İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Nisa surəsinin təfsiri)

    Nurul-Quran (Nisa surəsinin təfsiri)

    AYƏ 70-71:

    ﴿ ذَلِكَ الْفَضْلُ مِنَ اللّهِ وَكَفَى بِاللّهِ عَلِيمًا. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ خُذُواْ حِذْرَكُمْ فَانفِرُواْ ثُبَاتٍ أَوِ انفِرُواْ جَمِيعًا ﴾

    TƏRCÜMƏ:

    70. «(Həmin şəxslərlə) bu (dostluq) Allah tərəfindən olan bir əta və bəxşişdir. Allahın (hər kəsin layiq olduğu dərəcəni və ona münasib olan savabı) bilməsi kifayətdir

    71. «Ey iman gətirənlər, (din düşmənləri qarşısında) öz hazırlığınızı qoruyaraq silahlarınızı götürün. Beləliklə (şəraitə uyğun olaraq) dəstə-dəstə və ya hamılıqla hərəkət edin və köçün

    TƏFSİR:

    Əvvəlki ayələrdə Allaha və məsum rəhbərlərə itaət, həmçinin Peyğəmbərin (s) hakimiyyəti məsələlərinə işarə olunmuşdu. Bu ayədə isə İslam ümməti üçün qüdrət, ayıqlıq və hərbi hazırlığın zərurəti, həmçinin haqq rəhbərlik məsələsi irəli çəkilir.

    «Hizr» ayıqlıq, hazırlıq və müdafiə vasitəsinə deyilir.

    «Sübat» isə «sübət»in cəm forması olub pərakəndə dəstələrə (düşməni gicəlləndirərək onun fikri təmərküzünü dağıdan partizan dəstələrinə) deyilir.

    İNCƏ MƏTLƏBLƏR

    1. Müsəlmanlar hər bir halda hazır vəziyyətdə və ayıq olmalı, düzgün plan cızmalı, təchizat və döyüş texnikasına, yüksək ruhiyyəyə malik olmalı, daxili və xarici düşmənlərlə rəftar məsələlərindən tamamilə agah olmalı və bütün bunlara mütənasib şəkildə tədbir tökərək əməl etməlidirlər.

    2. Müsəlmanlar tam hərbi hazırlığa malik olmalıdırlar.

    3. Müsəlmanlar könüllü dəstələrdə birləşməlidirlər.

    4. Müsəlmanlar düşmənlə qarşılaşmaq üçün müxtəlif texnika və taktikalardan istifadə etməlidirlər.

    5. Müsəlmanlar özlərinin ölkə sərhədlərini qorumalıdırlar.

    Bu ayənin göstərişinə əməl etmək izzət rəmzi, ondan qafil olmaq isə müsəlmanların məğlubiyyətə və tənəzzülə uğrama səbəbidir.

    AYƏ 72:

    ﴿ وَإِنَّ مِنكُمْ لَمَن لَّيُبَطِّئَنَّ فَإِنْ أَصَابَتْكُم مُّصِيبَةٌ قَالَ قَدْ أَنْعَمَ اللّهُ عَلَيَّ إِذْ لَمْ أَكُن مَّعَهُمْ شَهِيدًا ﴾

    TƏRCÜMƏ:

    «Şübhəsiz, sizin aranızda (cihada yola düşməkdə) ağır tərpənən (və başqalarını da ağır tərpənməyə vadar edən), beləliklə sizə bir müsibət üz verdikdə «Allah mənə lütf və kömək etdi ki, orada onlarla birgə olmadım» deyən də var

    TƏFSİR:

    Əvvəlki ayədə düşmən qarşısında ümumi cihad hökmü və hərbi hazırlıqla əlaqədar məsələlərin davamında bu ayədə bir dəstə münafiqin ruhi vəziyyəti bəyan edilir və buyurulur: Sizin aranızda olan belə ikiüzlülər Allah yolunda döyüşən mücahidlərin cərgələrində iştirak etməmək üçün çox ciddi çalışırlar.

    Lakin mücahidlər cihad meydanından qayıdanda, yaxud onların məğlub olması, yaxud şəhid edilməsi kimi müharibə xəbərləri münafiqlərə çatanda onlar çox xoşhal olub deyirlər: "Allah bizə necə böyük bir nemət əta etdi! Biz onlarla birlikdə getmədik, belə ürəkyandıran səhnələrin şahidi olmadıq.”

    AYƏ 73:

    ﴿ وَلَئِنْ أَصَابَكُمْ فَضْلٌ مِّنَ الله لَيَقُولَنَّ كَأَن لَّمْ تَكُن بَيْنَكُمْ وَبَيْنَهُ مَوَدَّةٌ يَا لَيتَنِي كُنتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Və əgər sizə Allah tərəfindən (qələbə və qənimət kimi) bir lütf və mərhəmət gəlsə, o, sizinlə onun arasında əsla bir dostluq və məhəbbət olmamış (və sizinlə birgə döyüşdə iştirak edə bilməzmiş) kimi deyər: «Kaş mən də onlarla birgə olub böyük bir feyzə nail olaydım!k

    TƏFSİR:

    Həqiqi möminlərin qələbə çalması və təbii olaraq qənimət əldə etməsi xəbəri onlara çatanda sanki möminlərlə heç bir bağlılığı olmayan yadlar kimi təəssüf hissi keçirir və həsrətlə deyirdilər: «Kaş biz də mücahidlərlə birlikdə olaydıq, bizə də böyük bir pay çataydı!»

    Aydındır ki, Allah yolunda şəhid olmağı bir növ bəla və müsibət, şəhadətə nail olmayıb sağ qalmağı isə bir növ ilahi nemət hesab edənlərin nəzərində böyük qələbə və əzəmətli qurtuluş maddi qələbəyə nail olmaq və müharibə qənimətlərini əldə etməkdən başqa bir şey olmayacaqdır.

    AYƏ 74:

    ﴿ فَلْيُقَاتِلْ فِي سَبِيلِ اللّهِ الَّذِينَ يَشْرُونَ الْحَيَاةَ الدُّنْيَا بِالآخِرَةِ وَمَن يُقَاتِلْ فِي سَبِيلِ اللّهِ فَيُقْتَلْ أَو يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Odur ki, gərək dünya həyatını axirətə satan kəslər Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşaraq öldürülsə, yaxud qalib gəlsə, tezliklə ona böyük bir mükafat əta edəcəyik

    TƏFSİR:

    MÖMİNLƏRİ CİHAD ÜÇÜN HAZIRLAMAQ

    Bu və bundan sonrakı bir neçə ayədə güclü imana, təsirli məntiqə və emosional əhval-ruhiyyəyə malik olanlar Allah yolunda cihada dəvət edilir. Ayənin əvvəlində buyurulur: Allah yolunda o kəslər cihad etməlidirlər ki, dünyanın əhəmiyyətsiz və alçaq həyatını axirət aləminin əbədi həyatına dəyişməyə razı olsunlar. Yəni yalnız belə bir müamiləyə razı olanlar həqiqi mücahidlərdən sayıla bilər.

    Ayənin davamında buyurulur: Belə mücahidlərin taleyi tamamilə aydındır. Çünki iki haldan xaric deyillər: ya şəhid olacaqlar, ya da düşmənə qələbə çalacaqlar və hər iki halda da böyük mükafata nail olacaqlar. Şübhəsiz, bu cür güclü müqavimət ruhiyyəsinə malik olduqlarına görə məğlubiyyət onlar üçün heç bir əhəmiyyət kəsb etmir və hər iki halda özlərini qalib hesab edirlər. Hətta Peyğəmbərin (s) zamanında və ondan sonrakı dövrlərdə ölkələrin çox sürətlə fəth edilməsi barəsində kitab yazan alimlər bu məntiqi müsəlmanların inkişafında təsirli amillərdən hesab etmişlər.

    AYƏ 75:

    ﴿وَمَا لَكُمْ لاَ تُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ وَالْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاء وَالْوِلْدَانِ الَّذِينَ يَقُولُونَ رَبَّنَا أَخْرِجْنَا مِنْ هَـذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُهَا وَاجْعَل لَّنَا مِن لَّدُنكَ وَلِيًّا وَاجْعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا﴾

    TƏRCÜMƏ:

    «Sizə nə olub ki, Allah yolunda və (o günlərdə müşriklərin hakimiyyəti altında olan Məkkə müsəlmanlarının, eləcə də bütün əsrlərdə zəmanə imperiyalarının hakimiyyəti altında olan) kişi, qadın və uşaqlardan ibarət müstəzəflərin (zəif hala salınıb həmin halda saxlanılan təbəqənin) - həmişə "ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən bir başçı ver və bizə Öz tərəfindən bir köməkçi təyin et” deyən kəslərin (nicatı) uğrunda vuruşmursunuz?!»

    TƏFSİR:

    İNSANİ DUYĞULARDAN KÖMƏK ALMAQ

    Əvvəlki ayədə Allaha və Qiyamət gününə iman, eləcə də mücahidlərin xeyir və ya ziyanı əsasında dəlil gətirilərək möminlər cihada təşviq olunur. Amma bu ayədə insani duyğu və atifələrin həyəcanlandırılıb təhrik edilməsi əsasında cihada dəvət olunur və buyurulur: Nə üçün siz Allah yolunda və düşmənlərin əlində əsir olan məzlum və müdafiəsiz uşaqların, qadınların və kişilərin azadlığı yolunda cihad etmirsiniz?! Məgər insani duyğularınız, atifələriniz sakit oturaraq insan qəlbini riqqətə gətirən acınacaqlı səhnələrə tamaşa etməyə icazə verirmi?!

    Sonra möminlərin insani duyğularını daha da şölələndirmək, hisslərini təhrik etmək üçün buyurulur: Bu məzlumlar və zəiflər: «Pərvərdigara! Bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) çıxart!» – deyə imdad diləyir, himayə olunmaq üçün Öz tərəfindən onlara bir rəhbər qərar verməsini, bir köməkçi təyin etməsini Allahdan acizanə istəyirlər.

    Həqiqətdə yuxarıdakı ayə göstərir ki, Allah-təala onların duasını qəbul etmiş və bu böyük insani vəzifəni möminlərin öhdəsinə qoymuşdur. Möminlər Allah tərəfindən onların himayə olunması və xilas edilməsi üçün təyin olunmuş köməkçilərdir.

    Bunu da qeyd etmək lazımdır ki, rəvayətlərdə imamlarımız (ə) buyurmuşlar: «Biz ayədə qeyd olunan həmin zəiflərik ki, camaat bizim (ilahi) hökumətə çatmağımız üçün qiyam etməlidirlər.»(Təfsiri Safi», 1-ci cild, səh. 371, «Təfsiri Burhan», 1-ci cild, səh. 194)

    AYƏ 76:

    ﴿ الَّذِينَ آمَنُواْ يُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ وَالَّذِينَ كَفَرُواْ يُقَاتِلُونَ فِي سَبِيلِ الطَّاغُوتِ فَقَاتِلُواْ أَوْلِيَاء الشَّيْطَانِ إِنَّ كَيْدَ الشَّيْطَانِ كَانَ ضَعِيفًا ﴾

    TƏRCÜMƏ:

    «İman gətirənlər Allah yolunda vuruşurlar. Küfr edənlər isə azğının (haqqa itaətsizlik edən tüğyançının) yolunda vuruşurlar. Buna görə də siz Şeytanın köməkçiləri və dostlarına qarşı vuruşun. Şübhəsiz Şeytanın məkr və hiyləsi həmişə (Allahın tökdüyü tədbir müqabilində) zəifdir

    TƏFSİR:

    Bu ayədə mücahidlərin əhval-ruhiyyələrini gücləndirmək, şücaətlərini artırmaq, düşmənlə mübarizəyə təşviq etmək, onların cərgələrini müəyyən etmək və hədəflərini aydınlaşdırmaq üçün belə buyurulur: İman gətirənlər Allah yolunda və Onun bəndələrinə faydalı olan işlər uğrunda mübarizə aparırlar. Lakin imansızlar tağutların, təxribatçı və dağıdıcı qüvvələrin yolunda vuruşurlar.

    Yəni, həyat səhnəsi heç bir halda mübarizəsiz deyildir. Lakin bir dəstə haqq yolunda, digər bir dəstə isə batil və şeytan yolunda mübarizə aparır.

    Ayənin davamında buyurulur: Şeytanın köməkçiləri və qoşunu ilə mübarizə aparın və onlardan əsla qorxmayın.

    Tağutlar, tüğyançı qüdrətlər, hegemonlar və zalımlar zahirdə böyük və qüvvəli görünsələr belə, daxildə zəlil və bacarıqsızdırlar. Siz onların zahiri təchizatından və bər-bəzəklərindən qorxmayın. Çünki onların içləri boşdur. Onların tədbirləri də öz qüdrətləri kimi süst və zəifdir. Çünki onlar Allahın əzəli qüdrətinə deyil, şeytani qüvvələrə arxalanırlar.

    AYƏ 77:

    ﴿أَلَمْ تَرَ إِلَى الَّذِينَ قِيلَ لَهُمْ كُفُّواْ أَيْدِيَكُمْ وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ إِذَا فَرِيقٌ مِّنْهُمْ يَخْشَوْنَ النَّاسَ كَخَشْيَةِ اللّهِ أَوْ أَشَدَّ خَشْيَةً وَقَالُواْ رَبَّنَا لِمَ كَتَبْتَ عَلَيْنَا الْقِتَالَ لَوْلا أَخَّرْتَنَا إِلَى أَجَلٍ قَرِيبٍ قُلْ مَتَاعُ الدَّنْيَا قَلِيلٌ وَالآخِرَةُ خَيْرٌ لِّمَنِ اتَّقَى وَلاَ تُظْلَمُونَ فَتِيلاً﴾

    TƏRCÜMƏ:

    «Məgər (cihad hökmündən qabaq Məkkədə) "(müşriklərlə döyüşdən) əl saxlayın, namaz qılın və zəkat verin” deyilən (lakin döyüşə tələsən), amma (Mədinədə) döyüş yazılan və qərara alınan zaman, bir dəstəsi insanlardan Allah qorxusu qədər və ya ondan da artıq qorxan və "ey Rəbbimiz, nə üçün bizə döyüş qərara aldın (yazdın)? Nə üçün bizə azacıq bir möhlət vermədin?” deyən kəsləri görmədinmi?! De: "Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır. (Orada) sizə hətta xurma çərdəyinin yarığındakı nazik tel qədər zülm olunmayacaq və haqqınızdan kəsilməyəcəkdir.”»

    AYƏNİN NAZİLOLMA SƏBƏBİ

    İbn Abbasdan nəql olunmuşdur ki, müsəlmanlardan bir qrupu Məkkədə Qüreyş müşriklərinin şiddətli təzyiqləri və ağır işgəncələri altında olan zaman Peyğəmbərin (s) hüzuruna gəlib deyirdilər: "Biz İslamı qəbul etməzdən əvvəl möhtərəm və izzət sahibi idik. İndi o izzət və ehtiramı əldən vermişik. Düşmənlər tərəfindən əzab-əziyyətə, işgəncələrə məruz qalırıq. Əgər icazə versəydin, düşmənlə vuruşub öz izzətimizi geri qaytarardıq. Həmin zaman Peyğəmbər (s) onlara buyurmuşdu: «Hal-hazırda mənə mübarizə əmri verilməmişdir.» Lakin cihad hökmü nazil olanda əvvəllər atəşli çıxışlar edənlərin bəziləri cihada getməkdə süstlük göstərdilər. Yuxarıdakı ayə nazil olaraq müsəlmanları şücaətləndirməklə, eləcə də süst imanlıları tənqid atəşinə tutmaqla bəzi həqiqətləri bəyan etdi.

    TƏFSİR:

    SÖZÜNƏ ƏMƏL EDƏNLƏR

    Burada buyurulur: Doğrudan da, bəzilərinin söz və əməlləri çox qəribədir! Münasib olmayan bir şəraitdə son dərəcə israr və hərarətlə, qəribə bir istəklə cihad icazəsi istəyirdilər. Lakin onlara əmr edildi ki, hal-hazırda cihad fikrində olmayın, öz ruhlarınızı saflaşdırın, namaz qılıb oruc tutun, qüvvələrinizi gücləndirin və zəkat verin. Amma cihad üçün hər bir cəhətdən şərait yarandıqdan, cihad hökmü verildikdən sonra qorxu və vəhşət hissi onların bütün varlıqlarını bürüdü, bu göstərişə qarşı çıxıb etiraz etdilər.

    Onlar açıq-aşkar etiraz edərək deyirdilər ki, Pərvərdigara, nə üçün cihad hökmünü bu tezlikdə nazil etdin? Yaxşı olardı ki, bu əmri bir qədər təxirə salaydın, yaxud bu vəzifəni gələcək nəsillərin öhdəsinə qoyaydın!

    İkincisi: Belə şəxslərə deyilməlidir ki, cihadı tərk etməklə bir neçə gün aram yaşasanız belə, onsuz da bu fani dünyadan gedəcəksiniz. Lakin əbədi həyat pərhizkarlar üçün daha dəyərlidir. Xüsusilə öz mükafatınızı kamil şəkildə alacaqsınız. Sizə azacıq belə zülm edilməyəcəkdir.

    AYƏ 78:

    ﴿أَيْنَمَا تَكُونُواْ يُدْرِككُّمُ الْمَوْتُ وَلَوْ كُنتُمْ فِي بُرُوجٍ مُّشَيَّدَةٍ وَإِن تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُواْ هَـذِهِ مِنْ عِندِ اللّهِ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُواْ هَـذِهِ مِنْ عِندِكَ قُلْ كُلًّ مِّنْ عِندِ اللّهِ فَمَا لِهَـؤُلاء الْقَوْمِ لاَ يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا﴾

    TƏRCÜMƏ:

    «Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara (münafiqlərə) bir yaxşılıq (sərvət, firavanlıq və qənimət) yetişəndə "bu, Allah tərəfindəndir” deyərlər, bir pislik (yoxsulluq, xəstəlik və məğlubiyyət) yetişəndə isə "bu, sənin tərəfindəndir (sənin nəhsliyinin ucbatındandır)” deyərlər. De: "Bunların hamısı Allah tərəfindəndir” (dünyada baş verən bütün hadisələr birbaşa Onun istək və iradəsi ilədir, lakin onları yaradan səbəblər müxtəlifdir). Bəs bu qövmə nə olub ki, sözü dərk etmək istəmirlər?»

    TƏFSİR:

    Bu ayə möminləri cihada təşviq edir, onları müharibə meydanında ölümdən qorxmamağa çağırır. Eləcə də münafiqlərin bəd fal vurmaqlarına cavab verir. Belə ki onlar məsələni düzgün şəkildə anlayıb səbəblərini araşdırmaq əvəzinə, Allahı acı hadisələrin və məğlubiyyətlərin səbəbi hesab edirdilər.

    Bunu da qeyd edək ki, rəhbərlərin bədnam edilməsi münafiqlərin həmişəki üslubudur. Məsuliyyəti öz üzərindən götürməklə günahlara bəraət qazandırmaq, eləcə də günahları başqasının boynuna atmaq olmaz.

    Bilmək lazımdır ki, qələbə və məğlubiyyət, ölüm və həyat, acı və şirin hadisələr və s. bunların hamısı Allahın hikmətli təqdirinin təzahürünə əsasən dövr edir.

    Ölümün qəti və labüd olmasına diqqət yetirməklə bilməlisiniz ki, harada olsanız ölüm sizi haqlayacaq. Buna görə də müharibədən qaçmağa heç bir əsas yoxdur.

    AYƏ 79:

    ﴿ مَّا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللّهِ وَمَا أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ وَأَرْسَلْنَاكَ لِلنَّاسِ رَسُولاً وَكَفَى بِاللّهِ شَهِيدًا ﴾

    TƏRCÜMƏ:

    «(Ey insan,) sənə yetişən hər hansı bir yaxşılıq Allah tərəfindəndir (onun səbəbi Allahın rəhmətidir) və sənə yetişən hər hansı bir pislik sənin öz tərəfindəndir (onun səbəbi sənin günahlarındır). (Ey Peyğəmbər,) Biz səni insanlara elçi olaraq göndərdik. Allahın (sənin peyğəmbərliyinə) şahid olması kifayətdir

    TƏFSİR:

    İlahi dünyagörüşdə hər bir şey Allahın məxluqudur(Zümər», 63.) və Allah hər bir şeyi gözəl yaratmışdır.(Səcdə», 7.)

    Allaha aid olan şeylər yaradılışdır və həmişə gözəlliklə yanaşıdır. Bizim üçün xoşagəlməz sayılan hadisələr və çətinliklər ilk növbədə Allahın məxluqu olan kamalları əldən verməyin, ikincisi isə ilahi xeyirlərdən məhrum olmağın, habelə fərdin, yaxud cəmiyyətin pis əməllərinin nəticəsidir.

    Hər bir halda insana nəsib olan kamallar Allah tərəfindən, nöqsanlı hallar və çatışmayan cəhətlər isə öz tərəfindəndir.

    AYƏ 80:

    ﴿ مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ وَمَن تَوَلَّى فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا ﴾

    TƏRCÜMƏ:

    «Allahın peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib və kim üz döndərsə, Biz səni onların (əməlləri) üzərində gözətçi göndərməmişik

    TƏFSİR:

    PEYĞƏMBƏRİN SÜNNƏSİ İLAHİ VƏHY KİMİDİR.

    Bu ayədə Peyğəmbəri-Əkrəmin (s) insanların özləri, eləcə də onların gözəl, yaxud pis əməlləri qarşısındakı mövqeyi bəyan edilərək əvvəlcə buyurulur: «Hər kəs Peyğəmbərə (s) itaət etsə, Allaha itaət etmişdir.» Buna əsasən Allah qarşısındakı itaəti Peyğəmbərə (s) itaətdən ayırmaq olmaz. Çünki Peyğəmbər (s) Allahın iradə və istəyi ilə müxalif olan heç bir iş görməz.

    Sonra buyurulur: Əgər müəyyən şəxslər bu hökmdən imtina edərək sənin göstərişlərinlə müxalifətçilik etsələr sən onların əməlləri qarşısında heç bir məsuliyyət daşımırsan və icbari şəkildə onların müxalifətlərinin qarşısını almağa vəzifəli deyilsən. Sənin vəzifən yalnız ilahi risaləti təbliğ etmək, insanları yaxşılığa dəvət edib pisliklərdən çəkindirmək, eləcə də yolunu azmış xəbərsiz insanlara düz yol göstərməkdən ibarətdir.

    Diqqət yetirmək lazımdır ki, bu ayə Peyğəmbər (s) sünnəsinin və o Həzrətin (s) hədislərinin mötəbər bir sənəd kimi qəbul olunmasının zəruri olduğunu göstərən ən aşkar bir dəlildir. Məlum olduğu kimi, Peyğəmbər (s) də «Səqəleyn» hədisinə əsasən Əhli-Beytin (ə) hədislərini sənəd hesab etmiş və onlara məhəbbət bəsləməyi aşkar şəkildə vacib bilmişdir. Buradan aydın olur ki, Əhli-Beytin (ə) əmr və fərmanlarına itaət etmək Allahın fərmanlarına itaət etməkdən başqa bir şey deyildir.

    AYƏ 81:

    ﴿وَيَقُولُونَ طَاعَةٌ فَإِذَا بَرَزُواْ مِنْ عِندِكَ بَيَّتَ طَآئِفَةٌ مِّنْهُمْ غَيْرَ الَّذِي تَقُولُ وَاللّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى اللّهِ وَكَفَى بِاللّهِ وَكِيلاً﴾

    TƏRCÜMƏ:

    «Onlar (sənin yanında) «itaət edənlərik» deyirlər. Sənin yanından çıxanda(n sonra isə) onların bir dəstəsi öz gecə yığıncaqlarında, başlarında sənin dediyindən başqasını və özlərinin sənin yanında dediklərindən başqa şey dolandırırlar. Allah onların gecələr başlarında dolandırdıqlarını yazır. Odur ki, onlardan üz döndər və Allaha təvəkkül et. Allahın işləri öhdəsinə götürməsi kifayətdir

    TƏFSİR:

    Bu ayədə bir dəstə münafiqin və ya imanı zəif olan müsəlmanın vəziyyəti bəyan olunur və buyurulur: Onlar müsəlmanların arasında, Peyğəmbərin (s) hüzurunda olarkən öz mənafelərini qorumaq, ehtimal olunan zərəri dəf etmək, yaxud da zahirdə başqaları ilə eyni fikirdə olduğunu və ya Peyğəmbərin (s) fərmanına itaət etməsini göstərmək üçün deyirlər: «Cani-dildən ona itaət etməyə hazırıq!»

    Amma bu münafiqlər və imanları zəif olanlar Peyğəmbərin (s) hüzurundan getdikdən sonra öz sözlərini və əhd-peymanları unudaraq özlərinin gecə yığıncaqlarında Peyğəmbərin (s) sözlərinin əksinə olan qərarlar qəbul edirlər. Lakin Allah bu yığıncaqlarda qəbul edilən qərarları yazır və Peyğəmbərə (s) göstəriş verir ki, öz tədbirlərində heç vaxt onlara güvənmə. Yalnız Allaha arxalan, çünki O ən yaxşı köməkçi və müdafiəçidir.

    AYƏ 82:

    ﴿ أَفَلاَ يَتَدَبَّرُونَ الْقُرْآنَ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ اللّهِ لَوَجَدُواْ فِيهِ اخْتِلاَفًا كَثِيرًا ﴾

    TƏRCÜMƏ:

    «Bəs məgər onlar bu Quranın (maarifi) barəsində düşünmürlər?! Əgər o, Allahdan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz, onda çoxlu ziddiyyət tapardılar

    TƏFSİR:

    Peyğəmbərə (s) vurulan ittihamlardan biri də bu idi ki, guya, «o, Quranı başqasından öyrənmişdir!»(Nəhl», ayə 106)

    Quranın onların tərəfindən dərindən dərk oluna bilməməsi qəlblərinin paslanması və qıfıllanması ilə əlaqədardır. Başqa bir ayədə buyurulur:(Məhəmməd», ayə 24)

    "Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa qəlblərinə qıfıl vurulmuşdur?”

    Adi yazılar uzun müddət ərzində yazıldıqda və ya adi sözlər uzun müddət ərzində deyildikdə onda müxtəlif dəyişikliklər, təzadlar yaranır, müəyyən qədər təkmilləşir. Amma Quranın 23 il ərzində, həm də müxtəlif şəraitlərdə, o cümlədən, müharibə, sülh, qürbət, hicrət, qüvvəli və zəif hallarda, eləcə də zamanın axarlarında, eyni zamanda təhsil almamış bir şəxs tərəfindən heç bir ixtilaf, ziddiyyət və təzad olmadan bəyan olunması onun bəşər kəlamı deyil, məhz Allah tərəfindən olan bir kəlam olmasına dəlalət edir.

    Buna əsasən Quran Peyğəmbərin (s) əbədi möcüzəsidir və o Həzrətin (s) risalətinin haqq olmasına canlı bir dəlildir.

    AYƏ 83:

    ﴿وَإِذَا جَاءهُمْ أَمْرٌ مِّنَ الأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُواْ بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُوْلِي الأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنبِطُونَهُ مِنْهُمْ وَلَوْلاَ فَضْلُ اللّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لاَتَّبَعْتُمُ الشَّيْطَانَ إِلاَّ قَلِيلاً﴾

    TƏRCÜMƏ:

    «Əgər onlara əmin-amanlıq və ya qorxu (müsəlmanların qələbəsi və ya məğlubiyyətinin səbəbi) barəsində bir xəbər çatsa (araşdırmadan) onu yayarlar, halbuki əgər onu Allahın peyğəmbərinə və özlərinin ixtiyar sahiblərinə həvalə etsəydilər, şübhəsiz onlardan araşdırma əhli olanlar onun həqiqətini dərk edərdilər (və bir çarə yolu tapardılar). Əgər Allah sizə lütf və mərhəmət göstərməsəydi, şübhəsiz ki, az bir qisminizi çıxmaqla hamınız Şeytana tabe olardınız

    TƏFSİR:

    Sirli xəbərləri və şayiələri faş edib yaymaq müsəlmanlara həmişə zərbə vurmuşdur. Bu kimi xəbərlərin yayılması, adətən, aşağıdakı səbəblərdən irəli gəlir: sadəlik, intiqamçılıq hissi, zərbə vurmaq, kiminsə əlində oyun-oyuncaq olmaq, maddiyyata tamah, özünü göstərmək, özünün məlumatlı olduğunu bildirmək və sair. İslam dini hərtərəfli bir din olmaqla bu məsələni də irəli çəkərək sözügedən ayədə hərbi sirlərin açılmasını tənqid atəşinə tutmuş, qələbə və ya məğlubiyyət xəbərini öz rəhbərlərinə təqdim etməzdən qabaq camaat arasında yaymağı bir növ xəyali düşməndən vəhşət və ya qürur amili hesab etmişdir. Əgər ilahi məhəbbət və xəbərdarlıqlar olmasaydı bu yolda daha çox adam şeytanın toruna düşər, sirlərin ifşa olunması kimi səhvə düçar olardılar.

    Buna əsasən, şayiə yaymaq münafiqlərin seçdiyi yollardan biridir. Halbuki, cəbhə xəbərləri və hərbi sirlər mərkəzi bir nöqtəyə aparılmalı, araşdırılıb təhlil edildikdən sonra məsləhət görülən qədər yayılmalıdır.

    Buna görə də ilahi rəhbərə müraciət olunmadan hərbi xəbərlərin yayılması şeytana tabe olmaq sayılır. Əlbəttə, hərbi, siyasi və təhlükəsizliklə əlaqədar xəbərlərin hidayət olunması və ictimai sirlərin saxlanması ictihad və istinbat sahibi olan bir şəxsin – rəhbərin nəzarəti altında olmalıdır. Buna görə də vilayətlə fəqahət arasında qırılmaz rabitə mövcuddur.

    AYƏ 84:

    ﴿ فَقَاتِلْ فِي سَبِيلِ اللّهِ لاَ تُكَلَّفُ إِلاَّ نَفْسَكَ وَحَرِّضِ الْمُؤْمِنِينَ عَسَى اللّهُ أَن يَكُفَّ بَأْسَ الَّذِينَ كَفَرُواْ وَاللّهُ أَشَدُّ بَأْسًا وَأَشَدُّ تَنكِيلاً ﴾

    TƏRCÜMƏ:

    «Odur ki, Allah yolunda vuruş. Sən yalnız özün (öz vəzifən) üçün məsuliyyət daşıyırsan. Möminləri də (cihada) həvəsləndir. Ümid var ki, Allah kafirlərin bəla və zərərin(dən siz)i saxlasın. Allah daha artıq bəla və daha ağır cəza verəndir

    TƏFSİR:

    Kafirlər «Ühüd» müharibəsində qələbə çaldıqdan sonra Əbu Süfyan qürurla dedi: Bir daha kiçik «Bədr mövsümü»ndə (zil-qədə ayında «Bədr»də təşkil olunan bazarın adıdır) müsəlmanlarla qarşılaşarıq!»

    Vədə verilən gün gəlib çatanda Peyğəmbər (s) camaatı cihada dəvət etdi. 70 nəfər hazır oldu. Lakin hərbi qarşıdurma baş vermədən müsəlmanlar sağ-salamat Mədinəyə qayıtdılar.

    Buna əsasən, təhlükə hiss olunan zaman rəhbər hamıdan öndə getməlidir.

    Əgər müsəlmanlar zəif və məzlumların ah-nalələrinə laqeyd yanaşsalar müsəlmanların rəhbəri təklikdə hərəkət etməlidir.

    Peyğəmbərə (s) tək qaldıqda belə, düşmənlə müharibə etmək fərmanının verilməsi nümunəvi bir fərmandır.

    AYƏ 85:

    ﴿ مَّن يَشْفَعْ شَفَاعَةً حَسَنَةً يَكُن لَّهُ نَصِيبٌ مِّنْهَا وَمَن يَشْفَعْ شَفَاعَةً سَيِّئَةً يَكُن لَّهُ كِفْلٌ مِّنْهَا وَكَانَ اللّهُ عَلَى كُلِّ شَيْءٍ مُّقِيتًا ﴾

    TƏRCÜMƏ:

    «Kim (hər hansı bir xeyir işdə Allah və ya məxluq yanında) gözəl vasitəçilik etsə, həmin işdən ona pay (dünyada və axirətdə savab) çatacaqdır. Həmçinin kim pis vasitəçilik (hər hansı bir nahaq işdə və ya ləyaqətsiz bir şəxsin xeyrinə vasitəçilik) etsə, ona da həmin işdən (işin günah və əzabından) pay düşəcəkdir. Allah həmişə hər şeyə qadir və hər şeyi qoruyand

    TƏFSİR:

    Ayədə qeyd olunan «muqit» kəlməsi başqasına «qüvvət verən», «canını qoruyan» deməkdir, həmçinin mühafizəçi və hesabdar mənasında da işlənir.

    Əvvəlki ayədə qeyd olundu ki, hər kəs öz işinə cavabdehdir. Amma burada insanlar yaxşı işlərdə vasitəçiliyə dəvət edilərək buyurulur ki, hər kəs bu işi görsə, onun fayda və mükafatından bəhrələnəcəkdir. Buna əsasən, moizə etmək, barışıq yaratmaq, elm tədris etmək, cihada təşviq etmək, yaxşı işlərə kömək və s. - hamısı yaxşı işlərdə şəfaətin nümunələrindəndir. Bunun da müqabilində qeybət etmək, söz gəzdirmək, yaxşı işə maneçilik törətmək, töhmət vurmaq, fitnə-fəsad yaratmaq, camaatı cihaddan çəkindirmək, vəsvəsə yaratmaq, məkrli tədbirlərə əl atmaq və sair kimi işlər «səyyiə şəfaət»in (mənfi şəfaət) bariz nümunələrindəndir. Bütün vasitəçiliklərdə Allahı nəzərə almaq lazımdır.

    Hədislərdə qeyd olunur ki, başqalarının barəsində dua etmək, əmr be məruf, insanlara düz yol göstərmək, hətta yaxşı işə işarə etmək belə, "həsənə şəfaət”in (müsbət şəfaət) nümunələrindəndir.(Təfsiri Safi»)

    AYƏ 86:

    ﴿ وَإِذَا حُيِّيْتُم بِتَحِيَّةٍ فَحَيُّواْ بِأَحْسَنَ مِنْهَا أَوْ رُدُّوهَا إِنَّ اللّهَ كَانَ عَلَى كُلِّ شَيْءٍ حَسِيبًا ﴾

    TƏRCÜMƏ:

    «Sizə salam verildikdə siz ondan daha gözəl və yaxud onun kimi bir salam(la cavab) verin. Şübhəsiz, Allah hər şeyin hesabını aparandır

    TƏFSİR:

    Ayədə qeyd olunan «təhiyyət» dedikdə məqsəd salam vermək, yaxud hər növ başqa xoş rəftara deyilir – istər sözlə olsun, istərsə də əməllə. Bu zaman salam verilən şəxsin həyatı, sağlamlığı və şadlığı Allahdan istənilir. Hədiyyənin əvəzi də onun özündən yaxşı şəkildə verilməlidir.

    İslamın tərbiyəvi sistemində təkcə kiçiklərdən böyüklərə salam verilmir, Allahdan, Peyğəmbərdən (s) və mələklərdən də salam verilir:

    1. Allahın salamı.(Saffat», 79.)

    2. Peyğəmbərin salamı.(Ən’am», 54)

    Bir kəniz İmam Həsənə (ə) bir dəstə gül verdikdə İmam (ə) onu azad etdi. Camaatın bu barədə təəccüblə verdikləri suala həmin ayəni oxumaqla cavab verdi.

    İslam dinində başqalarına salam vermək çox tövsiyə edilmişdir – istər salam verənin tanıdığı adam olsun, istərsə də tanımadığı. Simic o kəsdir ki, salam verməkdə də simiclik etsin. Peyğəmbər (s) görüşdüyü hər kəsə, hətta uşaqlara belə, salam verirdi.

    Ayənin axırında salamın cavabının hər bir mərhələdə Allaha gizlin olmamasını bəyan etmək üçün buyurulur: «Allah hər şeyin hesabına yetişəndir.»

    AYƏ 87:

    ﴿ اللّهُ لا إِلَـهَ إِلاَّ هُوَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لاَ رَيْبَ فِيهِ وَمَنْ أَصْدَقُ مِنَ اللّهِ حَدِيثًا ﴾

    TƏRCÜMƏ:

    «Tək olan Allahdan başqa bir tanrı yoxdur. Sizi mütləq, (qəbirlərinizdən) barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət gününə (hesaba) toplayacaqdır. Sözdə kim Allahdan daha doğruçu ola bilər?!»

    TƏFSİR:

    TÖVHİDLƏ MƏAD BİR-BİRİLƏ QIRILMAZ ƏLAQƏDƏDİR.

    Qiyamət günü bütün insanların əməllərindən hesabat almaq üçün bir yerə yığıldığı gündür. Belə isə, Allahın razılığını qazanmaq üçün yorulmadan çalışmaq və yalnız Ona ibadət etmək lazımdır.

    Məadın haqq olmasına dair mövcud olan bütün dəlillərlə belə Allahın ədaləti, hikməti, təbiətdə Qiyamətin nişanələrinin mövcud olması, qış aylarında təbiətin bir növ ölüb baharda dirilməsi, yuxu və oyaqlıq, bədəndə olan hüceyrələrin yeniləşməsi və s. Qiyamətin barəsində azacıq belə şəkk-şübhəyə yer qoymur.

    Ayənin axırında qeyd olunan mətləbləri təkid etmək üçün buyurulur: «Allahdan da doğru danışan bir kimsə ola bilərmi?»

    AYƏ 88:

    ﴿ فَمَا لَكُمْ فِي الْمُنَافِقِينَ فِئَتَيْنِ وَاللّهُ أَرْكَسَهُم بِمَا كَسَبُواْ أَتُرِيدُونَ أَن تَهْدُواْ مَنْ أَضَلَّ اللّهُ وَمَن يُضْلِلِ اللّهُ فَلَن تَجِدَ لَهُ سَبِيلاً ﴾

    TƏRCÜMƏ:

    «Bəs sizə nə olub ki, münafiqlər barəsində iki dəstə olmusunuz (bir dəstəniz onlara tərəfdar, digər bir dəstə isə müxalif olub), halbuki Allah onları etdiklərinə görə küfr və azğınlıq halına salmış və qəlblərini alt-üst etmişdir! Allahın öz azğınlığı içərisində boşladığı kəsi hidayət etmək istəyirsiniz?! Allahın öz azğınlığı içərisində boşladığı şəxs üçün (onun yaxşılığına doğru) əsla bir yol tapa bilməzsən.»

    AYƏNİN NAZİLOLMA SƏBƏBİ

    Bəzi təfsirçilərin İbn Abbasdan nəql etdiyinə görə, zahirdə müsəlman olan bəzi məkkəlilər Mədinəyə hicrət etməyə hazır olmadılar. Lakin axırda Məkkədən çıxmaq məcburiyyətində qaldılar (bəlkə də malik olduqları yüksək mövqeyə görə casusluq üçün bu işə təyin edilmişdilər).

    Müsəlmanlar bu hadisədən agah oldular və onlarla necə rəftar etmək məsələsinə gədikdə aralarında ixtilaf yarandı. Bəziləri inanırdı ki, bu dəstə həqiqətdə İslam düşmənlərinin köməkçiləri olduğuna görə onları qovmaq lazımdır. Lakin çox sadəlöhv şəxslərdən bir qrupu bu işlə müxalifətçilik edib deyirdi: «Biz Allahın birliyinə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət verənlərlə necə müharibə edə bilərik?!»

    Bu zaman yuxarıdakı ayə nazil oldu və ikinci dəstənin yol verdiyi səhvə görə onları danlayıb sonra düzgün yolu göstərdi.

    TƏFSİR:

    Bu ayənin nazilolma səbəbinə diqqət yetirməklə bu və ondan sonrakı ayələrin, əvvəllər münafiqlər barəsində nazil olmuş ayələrlə əlaqəsi tamamilə aydın olur. Ayənin əvvəlində buyurulur: Nə üçün münafiqlər barəsində iki dəstəyə ayrıldınız və hərəniz bir cür mühakimə yürütdünüz?!

    Sonra buyurulur: Münafiqlərin mürtəkib olduğu çirkin və yaramaz əməllərə görə Allah-təala Öz himayəsini və müvəffəqiyyəti kəsmiş, onların fikirlərini tamamilə alt-üst etmişdir. Bunlar eynilə ayaq üstə durmaq əvəzinə kəlləsi üstə dayananlara bənzəyirlər.

    Münafiqləri himayə edən sadəlöhvlərə xitabən buyurulur: Yoxsa siz Allahın, çirkin əməllər səbəbi ilə hidayətdən məhrum etdiyi adamları hidayət etmək istəyirsiniz? Halbuki, Allah hər kəsi hidayətdən məhrum etsə, onun üçün heç bir nicat və qurtuluş yolu tapmazsınız.

    Çünki Allahın inkarolunmaz və həmişəlik qanununa görə, əməllərin təsir və nəticələri heç vaxt insandan ayrılmaz. Fikirləri çirkli və qarışıq, qəlbləri nifaq və riya ilə dolu, işi-peşəsi Allah düşmənlərini himayə etmək olanların ilahi hidayətdən bəhrələnməsi necə mümkün ola bilər?! Bu çox yersiz bir təvəqqedir!

    AYƏ 89:

    ﴿وَدُّواْ لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُواْ فَتَكُونُونَ سَوَاء فَلاَ تَتَّخِذُواْ مِنْهُمْ أَوْلِيَاء حَتَّىَ يُهَاجِرُواْ فِي سَبِيلِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ وَجَدتَّمُوهُمْ وَلاَ تَتَّخِذُواْ مِنْهُمْ وَلِيًّا وَلاَ نَصِيرًا﴾

    TƏRCÜMƏ:

    «(Bu ayə kitab əhli və müşriklərdən olan kafirlərin öz müşrik qohum və dostlarının içərisində olanlar barəsindədir.) Onlar sizin də özləri kimi kafir olmanızı istəyirlər ki, bir-birinizlə bərabər olasınız. Buna görə də onlar Allah yolunda (və dini qəbul etmələrini sübuta yetirmək üçün İslam diyarına) hicrət etməyincə, əsla onlardan dostlar götürməyin. Beləliklə əgər (bu işdən) üz döndərsələr onları (müşriklər kimi) harada tapsanız tutun və öldürün. Onlardan heç vaxt dost və köməkçi götürməyin

    TƏFSİR:

    Bəzi sadəlövh müsəlmanlar tərəfindən himayə olunan və onlara vasitəçilik edilən, eləcə də Quranın İslama yad olmasını bəyan etdiyi münafiqlər barəsində söhbət açan əvvəlki ayələrin ardınca bu ayədə buyurulur: Onların qəlbləri o qədər qaranlıq və zülmətdir ki, təkcə özləri kafir olmaqla kifayətlənmir, üstəlik sizin də kafir olaraq onlarla eyni səviyyədə olmağınızı istəyirlər. Deməli, onlar adi kafirlərdən də pisdirlər. Çünki adi kafirlər başqalarının əqidə və fikirlərini oğurlamaq əzmində deyillər. Amma bunlar başqalarının əqidələrini sarsıdaraq mənəvi cəhətdən təxribatçılıq fəaliyyəti göstərirlər. Belə isə, heç vaxt siz müsəlmanlar onlarla dostluq etməməlisiniz. Əgər öz əməllərinə yenidən baxaraq təxribatçılıq və nifaq əhval-ruhiyyəsindən əl çəksələr və Allah yolunda hicrət etsələr onda başqa məsələ. Bunun da əlaməti küfr və nifaq mərkəzindən çıxıb İslam mərkəzinə hicrət etmələridir. Yox, əgər hicrət etməyə razı olmasalar, bilin ki, küfr və nifaqlarından əl çəkməmiş, zahirdə İslamı qəbul etməklə təxribatçılıq və casusluq məqsədi güdürlər. Belə olan halda onları hər yerdə tapsanız əsir tutub lazım gördüyünüz təqdirdə də qətlə yetirə bilərsiniz. Ayənin axırında bir daha təkid üçün buyurulur ki, onlardan heç kəsi özünüzə dost və köməkçi tutmayın.

    İslahatçı və inqilabi bir yolda hərəkət edən hər hansı bir cəmiyyətin, dost paltarına bürünmüş düşmənin və təhlükəli casusların şərindən xilas olmasının yeganə yolu onlarla bu cür ciddi şəkildə rəftar etməkdir.

    Category: Nurul-Quran (Nisa surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 819 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024