İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Nisa surəsinin təfsiri)

    Nurul-Quran (Nisa surəsinin təfsiri)

    AYƏ 140:

    ﴿وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِي الْكِتَابِ أَنْ إِذَا سَمِعْتُمْ آيَاتِ اللّهِ يُكَفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلاَ تَقْعُدُواْ مَعَهُمْ حَتَّى يَخُوضُواْ فِي حَدِيثٍ غَيْرِهِ إِنَّكُمْ إِذًا مِّثْلُهُمْ إِنَّ اللّهَ جَامِعُ الْمُنَافِقِينَ وَالْكَافِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا﴾

    TƏRCÜMƏ:

    «Həqiqətən Allah sizə bu kitabda (6-cı surənin 68-ci ayəsində) nazil edib ki, Allahın ayələrinin və nişanələrinin inkar və məsxərə edildiyini eşitdiyiniz zaman, onlar başqa bir söhbətə girişənə qədər onlarla bir yerdə oturmayın, əks halda siz də onlar kimisiniz. Şübhəsiz, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır

    TƏFSİR:

    Bu ayənin oxşarı «Ənam» surəsinin 68-ci ayəsində də qeyd olunmuşdur. Orada Peyğəmbərə (s) xitabən buyurulur: «Əgər müəyyən adamların yaramaz danışdıqlarını görsən, onlardan üz döndər ki, söhbət etdikləri mövzu dəyişilsin.»

    Bu ayədə isə bütün insanlara xitab olunur və onlarda dərin mənəvi dəyişiklik yaradıb onları təfriqədən vəhdətə, paxıllıqdan səxavətə və əliaçıqlığa, şirkdən tövhidə, cəhalətdən elmə, əxlaqi tənəzzüldən mənəvi meraca, vahid İslam ümməti təşkil etməyə çağırır. Bütün bunlar Allahın Öz Peyğəmbərinə (s) nazil etdiyi mərhəmətə və onun dininə diqqət yetirməsinə şahiddir.

    Buna görə də peyğəmbərlərin ən yaxşı arxalanacağı və ümid nöqtəsi Allah tərəfindən olan himayələrdir. Bunu da qeyd edək ki, vəhyin mənşəyi Allahın sonsuz elmi olduğuna görə müasir dövrdə elmi-texniki tərəqqi davam etdikcə Quran maarifindən hər gün yeni-yeni həqiqətlər kəşf edilir.

    Mömin şəxs bunu da bilməlidir ki, dünyanın müəyyən yerlərində inadkar və günahkar adamlar bəhanə gətirsələr də, onun əvəzində varlıq aləmində olan bütün pak və agah mələklər onun xeyrinə şahidlik edəcəklər.

    AYƏ 141:

    ﴿الَّذِينَ يَتَرَبَّصُونَ بِكُمْ فَإِن كَانَ لَكُمْ فَتْحٌ مِّنَ اللّهِ قَالُواْ أَلَمْ نَكُن مَّعَكُمْ وَإِن كَانَ لِلْكَافِرِينَ نَصِيبٌ قَالُواْ أَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُم مِّنَ الْمُؤْمِنِينَ فَاللّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ وَلَن يَجْعَلَ اللّهُ لِلْكَافِرِينَ عَلَى الْمُؤْمِنِينَ سَبِيلاً﴾

    TƏRCÜMƏ:

    «(Həmin) o kəslər(i) ki, həmişə sizə bir hadisə (üz verməsini) gözləyirlər. Beləliklə, əgər Allah tərəfindən sizə bir qələbə yetişsə, «məgər biz sizinlə birgə deyildik? (Odur ki, qənimətlərdən bizim də payımızı verin)» deyərlər. Əgər (qələbədən) kafirlərə bir pay düşsə, (kafirlərə) deyərlər: «Məgər biz (söhbətdə) sizə qalib gəlmirdik (ki, qələbə çalmaq üçün öz əqidələrinizdən möhkəm yapışın)?; məgər döyüşlərdə sizə qalib gəlmirdik və sizdən əl götürərək, sizi möminlərdən (onların zərər-ziyanlarından)qorumurduq? (Buna görə bizi də qənimətə şərik edin)». Allah Qiyamət günü sizin aranızda hökm edəcəkdir. Allah heç zaman kafirlərin (dəlil-sübut gətirməkdə) möminlərə qalib gəlmələrinə bir yol qoymayacaqdır

    TƏFSİR:

    MÜNAFİQLƏRİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ

    Bu və bundan sonrakı bir neçə ayə münafiqlərin bəzi yaramaz xüsusiyyətlərini, pərişan fikirlərini xatırladır və buyurulur: Münafiqlər baş verən hadisələrdən həmişə öz xeyirlərinə istifadə etmək əzmindədirlər. Əgər sizə qələbə nəsib olsa, dərhal özlərini möminlərin cərgəsində göstərir və deyirlər ki, biz sizinlə deyildikmi, məgər bizim dəyərli köməklərimiz sizin qələbənizdə təsirli olmadımı? Buna əsasən, bütün bu müvəffəqiyyətlərdə, maddi və mənəvi nəticələrdə sizinlə şərikik.

    Amma əgər İslam düşmənləri qələbə çalsalar, dərhal onlara yaxınlaşır, onlardan razı olduqlarını bildirib deyirlər: Sizi müsəlmanlarla mübarizəyə, onların qarşısında təslim olmamağa və müqavimətə təşviq edən biz idik! Buna əsasən, bu qələbədə biz də sizinlə şərikik.

    Beləliklə, bu kimi şəxslər xüsusi hiyləgərliklə bəzən «karvan yoldaşı», bəzən «oğrularla şərik» olur, ömürlərini bu iki yolda sərf edirlər.

    Lakin Quran onların axır-aqibətlərinin necə olacağını qısa bir cümlədə bəyan edir və buyurur: Nəhayət, bir gün gələcək, bu məkr və hiylələr ifşa olunacaq, onların çirkin sifətləri üzə çıxacaqdır. Bəli! Qiyamətdə Allah sizin aranızda mühakimə edəcəkdir!

    Həqiqi mömin onlardan qorxmasın deyə, ayənin axırında əlavə edilir: Allah heç vaxt kafirlərin müsəlmanlara qələbə çalıb onlara hakim kəsilmələri üçün bir yol qoymaz. Yəni kafirlər təkcə məntiq nəzərindən deyil, digər cəhətlərdən − hərbi, siyasi, mədəni, iqtisadi cəhətdən də imanlı şəxslərə qalib gələ bilməzlər. Amma hazırda onların bir çox sahələrdə müsəlmanlara qələbə çalmasının səbəbinə gəldikdə isə demək lazımdır ki, bu, müsəlmanlardan çoxunun həqiqi mömin olmamalarından irəli gəlir. Onların arasında nə ittihaddan, nə İslami qardaşlıqdan, nə də kifayət qədər elm və agahlıqdan əsər-əlamət vardır. Halbuki, İslam dini anadan olduğu vaxtdan qəbir evinə qədər elm öyrənməyi hər bir müsəlmana vacib etmişdir. Bu işləri tərk etdiklərinə görə də hazırda kafirlərin iti caynaqları altında acınacaqlı vəziyyətdə inildəyirlər.

    AYƏ 142:

    ﴿ إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُواْ إِلَى الصَّلاَةِ قَامُواْ كُسَالَى يُرَآؤُونَ النَّاسَ وَلاَ يَذْكُرُونَ اللّهَ إِلاَّ قَلِيلاً ﴾

    TƏRCÜMƏ:

    «Həqiqətən münafiqlər Allaha qarşı hiyləgərlik edirlər, halbuki, Allah onları aldadır (onların hiylələrinin cəzasını özlərinə qaytarır). Onlar namaza durarkən (yerlərindən) süst qalxır, camaatla (ünsiyyətdə olarkən) riyakarlıq edir və Allahı çox az yada salırlar

    TƏFSİR:

    Bəlkə də münafiqlərin Allaha qarşı məkr və hiylə işlətmələri dedikdə məqsəd iman izhar edərək ilahi hökmləri ələ salmaları ola bilər. İmam Rza (ə) buyurur: «Allah onların məkrli planlarının cəzasını verdiyinə görə bu ilahi cəzaya «ilahi məkr» deyilmişdir.»(Nurus-Səqəleyn», 1-ci cild, səh. 565)

    Burada qeyd edilir ki, onlar Allahdan uzaqdırlar. Onunla raz-niyaz və münacatdan ləzzət almırlar. Buna görə də namaza dayandıqları zaman başdan-ayağa halsızlıq və ikraha qərq olurlar. Onlar Allahın vədələrinə iman gətirmədiklərinə görə ibadət və ya hər hansı bir əməli də Allah xatirinə deyil, məhz riyakarlıq üzündən yerinə yetirərlər. Onlar bəzən zikr deyir, Allahı yad edirlər, amma bu əməllərin hamısı səmimi qəlbdən, ayıqlıq və agahlıq üzündən olsa da, yenə də çox azdır.

    AYƏ 143:

    ﴿ مُّذَبْذَبِينَ بَيْنَ ذَلِكَ لاَ إِلَى هَـؤُلاء وَلاَ إِلَى هَـؤُلاء وَمَن يُضْلِلِ اللّهُ فَلَن تَجِدَ لَهُ سَبِيلاً ﴾

    TƏRCÜMƏ:

    «Onlar bu arada (möminlərlə kafirlər arasında, qəlb və ya əməldə) tərəddüddədirlər, nə (birdəfəlik) bunların tərəfindədirlər və nə də (birdəfəlik) onların. Allahın azğınlıqda boşladığı kəs üçün əsla bir yol tapa bilməzsən

    TƏFSİR:

    Bu ayədəki «müzəbzəbinə» kəlməsinin kökü olan «təzəbzüb» havada asılı vəziyyətdə olan bir şeyin hərəkətinə deyilir. Deməli, münafiqlər heç vaxt müstəqil vəziyyətdə deyillər. Havadan asılmış əşyalar kimi, küləyin hərəkəti ilə hərəkət edirlər. Başqalarından asılı olduqlarına görə hədəfsiz və sərgərdandırlar. Onların ruhi asayişləri də yoxdur. Həmişə yeni mövzuda təcili qərar çıxarırlar. Bir sözlə, münafiq haqq yolunu azan, Allahın əzabına düçar olan şəxsdir.

    AYƏ 144:

    ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ الْكَافِرِينَ أَوْلِيَاء مِن دُونِ الْمُؤْمِنِينَ أَتُرِيدُونَ أَن تَجْعَلُواْ لِلّهِ عَلَيْكُمْ سُلْطَانًا مُّبِينًا ﴾

    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, möminlərin yerinə kafirləri özünüzə başçı, yardımçı və dost tutmayın! Məgər Allaha öz əleyhinizə (nifaqınıza dəlalət edən) aydın bir sübut və (əzabınıza dair) bir dəlil vermək istəyirsiniz?»

    TƏFSİR:

    Möminlərin, kafirlərin vilayət və rəhbərliyini qəbul etməyə haqları yoxdur. Lakin münafiqlər kafirlərlə sıx əlaqədədirlər. Quran kafirləri və münafiqləri «şeytanların qardaşları» adlandırır. «Nisa» surəsinin 139-141-ci ayələri onların kafirlərlə necə rabitə bərqərar etmələrini bəyan edir.

    İNCƏ MƏTLƏBLƏR

    1. Təvəlla və təbərra (Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmaq) dinin ayrılmaz hissəsidir.

    2. Nəticəsi müsəlmanların ziyanına olan hər cür dostluq və müqavilələrdən uzaq olmaq lazımdır.

    3. Xarici siyasətdə, siyasi və iqtisadi əlaqələrdə, müəyyən məqamlara seçilmə və ya mənsəbdən götürülmə və s. kimi işlərdə kafirlərin müsəlmanlara hakim olmasına səbəb olacaq hər bir iş haram və məhkumdur.

    4. Zilləti, zəlilliyi qəbul edən müsəlmanın Allah hüzurunda heç bir cavabı yoxdur.

    5. Kafirlərin vilayətini qəbul etmək iman ruhiyyəsi ilə düz gəlmir. Bir-birinə zidd olan iki şeyin məhəbbəti bir yerə sığmaz.

    AYƏ 145:

    ﴿ إِنَّ الْمُنَافِقِينَ فِي الدَّرْكِ الأَسْفَلِ مِنَ النَّارِ وَلَن تَجِدَ لَهُمْ نَصِيرًا ﴾

    TƏRCÜMƏ:

    «Şübhəsiz, münafiqlər odun ən aşağı təbəqəsindədirlər və onlar üçün əsla bir yardımçı tapmayacaqsan

    TƏFSİR:

    Bu ayədə bir dəstə qafil müsəlman ilə «dostluq» edən münafiqlərin Qiyamətdəki vəziyyəti bəyan edilir və buyurulur: Münafiqlər cəhənnəmin ən alçaq dərəcələrində qərarlaşar və onlar üçün heç bir köməkçi tapa bilməzsən.

    Bu ayədən məlum olur ki, İslam nəzərindən nifaq və münafiqlik küfrün ən pis növü, münafiqlər də Allah dərgahından ən uzaq olan şəxslərdir. Buna görə də onların yerləri cəhənnəmin ən pis və alçaq dərəcələridir.

    AYƏ 146:

    ﴿ إِلاَّ الَّذِينَ تَابُواْ وَأَصْلَحُواْ وَاعْتَصَمُواْ بِاللّهِ وَأَخْلَصُواْ دِينَهُمْ لِلّهِ فَأُوْلَـئِكَ مَعَ الْمُؤْمِنِينَ وَسَوْفَ يُؤْتِ اللّهُ الْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Tövbə edib (öz vücudlarının cövhərindən və əməllərindən xarab etdiklərini) düzəldənlər, Allahdan (və Onun kitabından) möhkəm yapışanlar və dinlərini Allaha görə xalisləşdirənlər istisna olmaqla ki, onlar möminlərlə birgə olacaqlar. Tezliklə Allah möminlərə böyük bir mükafat verəcəkdir

    TƏFSİR:

    Tövbə qapısı bütün insanların, hətta ən mənfur və yaramaz adamların üzünə belə daim açıqdır. Həqiqi tövbə insanı cəhənnəmin ən alçaq dərəcələrindən çıxararaq behiştin ən yüksək mərtəbələrinə çatdırır. İnsan azaddır, o, agahlıq üzündən əqidə yolunu dəyişə bilər. Tövbə sadəcə olaraq bir əməldən peşman olmaq deyil. İnsan özündə hərtərəfli dəyişiklik etməli, islahat aparmalıdır.

    Münafiqlər tövbə etdikləri zaman özlərinin əvvəldəki həmfikirlərindən ayrıldıqları üçün özlərini qürbətdə hiss etməməlidirlər. Çünki bunun əvəzində daha yaxşı dostlar tapmış olurlar.

    Düşüncə və əqidədə qarışıqlıq salmaq qadağandır. Yaxşı olar ki, möminlər həqiqi mənada tövbə edənləri tam gülərüzlə qarşılasınlar, onları özlərindən hesab etsinlər.

    AYƏ 147:

    ﴿ مَّا يَفْعَلُ اللّهُ بِعَذَابِكُمْ إِن شَكَرْتُمْ وَآمَنتُمْ وَكَانَ اللّهُ شَاكِرًا عَلِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Əgər şükr etsəniz və iman gətirsəniz, Allah sizə əzab verməyi neyləyir (Onun buna nə ehtiyacı və bunun Ona nə xeyri var)?! Allah həmişə qədirbilən (əməli qiymətləndirərək yaxşı mükafatlandıran) və (hər şeyi) biləndir»

    TƏFSİR:

    Əgər siz iman gətirib yaxşı əməllər görsəniz, ilahi nemətlərdən sui-istifadə etməsəniz və onların şükrünü yerinə yetirsəniz, şübhəsiz, azacıq belə cəzaya düçar olmayacaqsınız.

    Bu mövzunu təkidləndirmək üçün daha sonra buyurulur: Allah həm əməl və niyyətlərinizdən agahdır, həm də əməllərinizə təşəkkür olaraq sizə mükafat verir.

    Yuxarıdakı ayədə nemətlərə şükr etmək məsələsi imandan öncə gəlir. Çünki insan Allahın nemətlərini tanımayınca, şükr məqamına çatmayınca, özünü tanıya bilməz.

    AYƏ 148:

    ﴿ لاَّ يُحِبُّ اللّهُ الْجَهْرَ بِالسُّوَءِ مِنَ الْقَوْلِ إِلاَّ مَن ظُلِمَ وَكَانَ اللّهُ سَمِيعًا عَلِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Allah zülmə məruz qalmış şəxs istisna olmaqla (qeybət etmək, böhtan demək, pisləmək, söz gəzdirmək və qarğış etmək kimi) pis sözlərin aşkar və ucadan deyilməsini sevmir. Allah həmişə eşidən və biləndir

    TƏFSİR:

    Bu və bundan sonrakı ayədə İslami əxlaq göstərişlərindən bir qismi bəyan olunur. Əvvəldə buyurulur: Allah başqalarının çirkin işlərini, eyblərini aşkar etməyinizi, kiminsə ardınca danışmağınızı sevmir. Çünki O, Səttarul-uyub (eybləri örtən) olduğu kimi, insanlar tərəfindən də başqalarının iffət və həya pərdələrinin yırtılmasını, camaatın eyb və nöqsanlarının faş edilməsini, onların abır-heysiyyətinin aparılmasını istəmir.

    Sonra bəzilərinin arxasınca danışıb onun abrını aparmağa icazə verən hallara işarə edilir və buyurulur: Zülmə məruz qalanlardan – məzlum şəxslərdən başqa.

    Belələri öz haqqını almayınca, zülmü dəf etməyincə zalımların zülmündən müdafiə olunmaq üçün şikayət etməyə, onların zalımcasına olan əməllərini ifşa və tənqid etməyə, onların qeybətini etməyə və sair fəaliyyətlərə haqları vardır.

    Quran bu ayənin axırında özünün həmişəki üslubuna uyğun olaraq bəzilərinin bu hökmdən sui-istifadə etmələrinin, məzlum olduqlarını bəhanə edərək camaatın eyblərini nahaq yerə aşkar etmələrinin qarşısını almaq üçün buyurur: «Allah sözləri eşidir və niyyətlərdən agahdır.»

    AYƏ 149:

    ﴿ إِن تُبْدُواْ خَيْرًا أَوْ تُخْفُوهُ أَوْ تَعْفُواْ عَن سُوَءٍ فَإِنَّ اللّهَ كَانَ عَفُوًّا قَدِيرًا ﴾

    TƏRCÜMƏ:

    «Əgər yaxşı işi aşkar etsəniz, ya gizlətsəniz, yaxud pislikdən (başqalarının pisliklərindən) keçsəniz (bunların hamısında ilahi xislətlərə yiyələnmisiniz və) həqiqətən Allah həmişə (günahlardan) keçən və qüdrətlidir

    TƏFSİR:

    Qüdrətli vaxtınızda və həm də əfv etməyin müsbət təsirinə əmin olduğunuz təqdirdə əfv edin. Hər yerdə sükut etməyiniz zillətə və zülmün qüvvətlənməsinə səbəb olsa, fəryad edin.

    Deməli, zülmedən bir kimsədən intiqam və qisas almaq insanın haqqı, onun qüdrət məqamında olduğu zaman əfv edib güzəştə getməsi fəzilət sayılır. İmam Əli (ə) buyurur: «Düşməni bağışlamaq ondan qüdrətli olmağın şükrüdür.»(Nəhcül-Bəlağə», kəlimatu qisar, nömrə 10)

    AYƏ 150-151:

    ﴿إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِاللّهِ وَرُسُلِهِ وَيُرِيدُونَ أَن يُفَرِّقُواْ بَيْنَ اللّهِ وَرُسُلِهِ وَيقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ وَنَكْفُرُ بِبَعْضٍ وَيُرِيدُونَ أَن يَتَّخِذُواْ بَيْنَ ذَلِكَ سَبِيلا. أُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ حَقًّا وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا ً﴾

    TƏRCÜMƏ:

    150. «Əlbəttə Allaha və Onun peyğəmbərlərinə kafir olan, Allahla Onun peyğəmbərləri arasında (peyğəmbərlərin haqq olmaları və onlara etiqad bəslənilməsi baxımından) ayrılıq salmaq istəyən, «biz bəzilərinə iman gətirir, bəzilərinə isə kafir oluruq» deyən və onların (hamısına iman gətirməklə hamısına kafir olmaq) arasında bir yol tutmaq istəyən kəslər

    151. «Onlar əslində həmin (əsl) kafirlərdir (çünki, peyğəmbərlərin bəzilərini inkar etmək hamısını inkar etmək deməkdir). Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.»

    TƏFSİR:

    Yəhudilər və məsihilər nəfs istəkləri və cəhalət üzündən olan təəssüblər, eləcə də dəlilsiz dünyagörüş əsasında bəzi peyğəmbərləri qəbul edib, bəzilərinə qarşı isə kafir olurdular. Halbuki, nübüvvət daimi bir ilahi sünnə və peyğəmbərlərin gəlişi bir-birinə bağlı zəncir halqaları kimi olduğundan hamısına eyni zamanda və eyni səviyyədə etiqad bəsləmək lazımdır.(İmamət məsələsində də eynilə belədir: onların hamısına inanıb e’tiqad bəsləmək zəruridir, onlardan bə’zilərini qəbul edib, bə’zilərini inkar etmək hamısını inkar etmək kimidir.)

    Buna əsasən, Allahla peyğəmbərlərin arasında heç bir ayrılıq yoxdur. Allaha və Onun rəsullarına küfr etmək Allaha iman gətirib bütün peyğəmbərləri inkar etmək, yaxud Allaha iman gətirib peyğəmbərlərindən bir qismini inkar etməyə bərabərdir. Haqq yolu Allaha və bütün peyğəmbərlərə iman gətirməkdən ibarətdir. Peyğəmbərlərin yolu qarşısında yeni fikirlər irəli sürmək və ona qarşı çıxmaq küfrdür.

    AYƏ 152:

    ﴿ وَالَّذِينَ آمَنُواْ بِاللّهِ وَرُسُلِهِ وَلَمْ يُفَرِّقُواْ بَيْنَ أَحَدٍ مِّنْهُمْ أُوْلَـئِكَ سَوْفَ يُؤْتِيهِمْ أُجُورَهُمْ وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Allah tezliklə Ona və Onun peyğəmbərlərinə iman gətirib onların heç biri arasında ayrı-seçkilik salmayan (onların hamısını təsdiq edən) kəslərin mükafatlarını verəcəkdir. Allah həmişə çox bağışlayan və mehribandır

    TƏFSİR:

    Bu ayədə möminlərin vəziyyətinə və onların gözəl axır-aqibətlərinə işarə edilir və buyurulur: Allaha və Onun bütün peyğəmbərlərinə iman gətirərək onların heç birinin arasında fərq qoymayanların (və bu işdə tam təslimçilik və ixlas ruhiyyəsi ilə haqq qarşısında təslim olub hər növ yersiz təəssüblə mübarizə edənlərin) mükafatını Allah tezliklə verəcəkdir.

    Ayənin axırında xatırladılır ki, əgər möminlərdən bu qismi keçmişdə belə yersiz təəssüblərə yol vermiş, təfriqələrə və sair günahlara mürtəkib olmuşlarsa, imanlarını xalis edib Allaha doğru qayıtdıqları təqdirdə Allah onları bağışlayar. Allah bağışlayan və mehribandır.

    AYƏ 153:

    ﴿يَسْأَلُكَ أَهْلُ الْكِتَابِ أَن تُنَزِّلَ عَلَيْهِمْ كِتَابًا مِّنَ السَّمَاء فَقَدْ سَأَلُواْ مُوسَى أَكْبَرَ مِن ذَلِكَ فَقَالُواْ أَرِنَا اللّهِ جَهْرَةً فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ بِظُلْمِهِمْ ثُمَّ اتَّخَذُواْ الْعِجْلَ مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ فَعَفَوْنَا عَن ذَلِكَ وَآتَيْنَا مُوسَى سُلْطَانًا مُّبِينًا﴾

    TƏRCÜMƏ:

    «Kitab əhli səndən onlar üçün səmadan bir kitab endirməyini istəyirlər! Əlbəttə onlar Musadan bundan da böyüyünü istəyib «Allahı aşkar şəkildə bizə göstər!» dedilər. Beləliklə zülmlərinə görə onları ildırım vurdu. Yenə onlara aşkar dəlillər gəldikdən sonra buzovu özlərinə tanrı etdilər. Onda Biz bundan da keçdik və Musaya aydın dəlil-sübut (və aşkar qüdrət) verdik

    TƏFSİR:

    Yəhudilər Peyğəmbəri-Əkrəmə (s) deyirdilər ki, gərək Quran da Tövrat kimi bir yerdə nazil olsun. Bu da sırf bəhanədən başqa bir şey deyildi. Allah onların barəsində buyurur: «Hətta Quranı bir yerdə, yazılı bir kağız üzərində və hiss etdikləri bir şəkildə nazil etsəydik, yenə də kafirlər onu cadu hesab edərdilər.»(Ən’am» surəsi, ayə 7)

    Bəni-İsrail tayfası haqqı axtarmırdı. Çünki bu qədər möcüzə gətirilməsinə baxmayaraq, yenə də danaya pərəstiş etmişdilər. Buna görə də ayənin davamında müsəlmanlara xatırladılır ki, kafirlərin iman gətirməməsindən nigaran və narahat olmasınlar, çünki bütün peyğəmbərlərin qarşısında inadkarlar olmuşlar. (Başqalarının dərdi ilə tanış olmaq bizim dərdlərimizə də bir məlhəm olar.)

    ﴿ وَرَفَعْنَا فَوْقَهُمُ الطُّورَ بِمِيثَاقِهِمْ وَقُلْنَا لَهُمُ ادْخُلُواْ الْبَابَ سُجَّدًا وَقُلْنَا لَهُمْ لاَ تَعْدُواْ فِي السَّبْتِ وَأَخَذْنَا مِنْهُم مِّيثَاقًا غَلِيظًا ﴾

    TƏRCÜMƏ:

    «Tur dağını əhd-peymanlarına görə (Tövratı qəbul və ona əməl etmək barəsində əhd-peyman bağlamaq üçün) onların başı üzərinə qaldırdıq və onlara «bu qapıdan (Beytül-Müqəddəsin qapısından) səcdə edən halda (tam təvazökarlıqla) daxil olun» dedik. Onlara həmçinin «şənbə günü (balıq ovlamağın haramlığı) həddi(ni) aşmayın» dedik Onlardan möhkəm bir əhd-peyman aldıq

    TƏFSİR:

    Bu ayədə buyurulur ki, Bəni-İsrail tayfası (yəhudilər) qəflət yuxusundan ayılmadılar, qürur və inadkarlıqlarından əl çəkmədilər. Buna görə də Biz Tur dağını onların başları üzərində hərəkətə gətirdik. Həmin halda onlardan əhd-peyman aldıq və onlara buyurduq ki, öz günahlarınızdan tövbə əlaməti olaraq Beytül-Müqəddəsin qapısından xüzu və xüşu halətində daxil olun. Həmçinin onlara təkid etdik ki, şənbə günündə ticarətdən əl çəkinsinlər, təcavüzkarlıq yolunu tutmasınlar (həmin günlərdə ovlanması haram olan balıqlardan istifadə etməsinlər) və bütün bunlar haqqında onlardan möhkəm əhd-peyman aldıq. Ancaq onlar bu təkidli əhd-peymanların heç birinə vəfa etmədilər.

    AYƏ 155:

    ﴿فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ وَكُفْرِهِم بَآيَاتِ اللّهِ وَقَتْلِهِمُ الأَنْبِيَاء بِغَيْرِ حَقًّ وَقَوْلِهِمْ قُلُوبُنَا غُلْفٌ بَلْ طَبَعَ اللّهُ عَلَيْهَا بِكُفْرِهِمْ فَلاَ يُؤْمِنُونَ إِلاَّ قَلِيلاً﴾

    TƏRCÜMƏ:

    «Beləliklə (Biz İsrail övladlarını) əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, (Allahın) peyğəmbərləri(ni) haqsız yerə öldürdüklərinə, eləcə də «qəlblərimiz pərdədədir (və sənin sözlərini dərk etmir)» demələrinə görə (lənət və əzaba düçar etdik). (Lakin bu onların dedikləri kimi deyil) əksinə, Allah ona (onların qəlblərinə) küfrlərinə görə (bədbəxtlik) möhür(ü) vurmuşdur. Buna görə də onlar, az bir hissəsinin azacıq imanı istisna olmaqla iman gətirməyəcəklər

    TƏFSİR:

    Bu ayədə Bəni-İsrailin və yəhudilərin növbəti yaramaz əməllərinə – İslam Peyğəmbəri (s) ilə düşmənçilik etmələrinə və onun qarşısında müxtəlif maneə yaratmalarına işarə edilir. Əvvəlcə onların bir dəstəsinin əhd-peyman pozmalarına, Allahın ayələrinə qarşı kafir olmalarına, peyğəmbərləri günahsız olaraq qətlə yetirmələrinə işarə edilir və buyurulur ki, əhd-peyman pozduqlarına görə Biz onları Öz rəhmətimizdən uzaq etdik (yaxud pak-pakizə nemətlərin bir qismini onlara haram etdik).

    Onlar əhd-peyman pozmağın ardınca Allahın ayələrini inkar edərək Onunla müxalifətə başladılar. Bununla da kifayətlənməyib böyük bir cinayətə əl atdılar; heç bir əsas olmadan haqqa yol göstərənləri, ilahi peyğəmbərləri qətlə yetirib məhv etdilər.

    Onlar özlərinin yaramaz əməllərində o qədər həddini aşmışdılar ki, peyğəmbərlərin sözlərini məsxərəyə qoyur və onlara deyirdilər ki, qəlbləri möhürlənmişdir. Bu da peyğəmbərlərin dəvətini eşitməklərinə mane olur.

    Burada əlavə edilir və buyurulur ki, onların qəlbləri, doğrudan da, möhürlənmişdi. Ora heç bir haqq söz nüfuz edə bilməzdi. Lakin küfr və imansızlığın amili onların özləri idilər. Buna görə də belə inadkarlıqlardan əl çəkən az bir dəstə istisna olmaqla, heç biri iman gətirməz.

    Sonra buyurulur: Bəli, küfrləri səbəbi ilə Allah onların qəlblərinə möhür vurmuşdur. Haqqa dönərək inadkarlıqdan əl çəkən az bir dəstədən başqa heç biri iman gətirməz.

    AYƏ 156:

    ﴿ وَبِكُفْرِهِمْ وَقَوْلِهِمْ عَلَى مَرْيَمَ بُهْتَانًا عَظِيمًا ﴾

    TƏRCÜMƏ:

    «Həmçinin (İsaya qarşı olan) küfrlərinin və Məryəmin (İsanı haradan gətirməsi) barəsində dedikləri böyük böhtanın cəzası olaraq.»

    TƏFSİR:

    Onların Həzrət Məryəmə (ə) vurduqları zinakarlıq töhməti «Məryəm» surəsinin 27-ci ayəsində qeyd olunmuşdur. Onlar üstəlik Həzrət İsaya (ə) da zinazadəlik töhməti vurur və onu insanlara rəhbər və hidayətçi olmağa ləyaqətsiz hesab edirdilər. Elə bu töhmət də onların Həzrət İsaya (ə) qarşı kafir olmalarına dəlildir. Buna görə də töhmət günahı küfr ilə bir səviyyədə qeyd edilmişdir, (böyük böhtanın böyük də əzabı vardır). Əxlaqsız bir cəmiyyətdə də bəzən ən pak insanlara ən çirkin töhmətlər vurulur.

    AYƏ 157-158:

    ﴿وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِيحَ عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَـكِن شُبِّهَ لَهُمْ وَإِنَّ الَّذِينَ اخْتَلَفُواْ فِيهِ لَفِي شَكٍّ مِّنْهُ مَا لَهُم بِهِ مِنْ عِلْمٍ إِلاَّ اتِّبَاعَ الظَّنِّ وَمَا قَتَلُوهُ يَقِينً. بَل رَّفَعَهُ اللّهُ إِلَيْهِ وَكَانَ اللّهُ عَزِيزًا حَكِيمًا ا﴾

    TƏRCÜMƏ:

    «Və eləcə də "biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdük” demələrinə görə (lənət və əzaba düçar oldular)! Halbuki onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlara belə göründü (güman etdilər ki, İsa döyüşdə öldürüldü, yaxud onun şəklində olan başqa bir şəxsin öldürülməsini güman etdilər, yaxud da yalandan peyğəmbərlik iddiasında olan İsa adlı birisi bir müddətdən sonra öldürüldü). Həqiqətən onun barəsində fikir ayrılığında olanlar bu barədə şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və gümana tabe olmaqdan başqa bir elmləri yoxdur. Onu həqiqətən öldürməyiblər, əksinə, Allah onu (diri halda və dünyadakı bədəni ilə) Özünə (dərgahına) tərəf qaldırıb. Allah həmişə yenilməz qüdrət və (xilqət və şəriətdə) hikmət sahibidir

    TƏFSİR:

    Onlar (Bəni-İsrail tayfası) hətta peyğəmbərləri qətlə yetirməklə iftixar edib deyirdilər ki, Allahın rəsulu olan İsa ibn Məryəmi (ə) öldürüblər. Bəlkə də Həzrət Məsihin (ə) barəsində «Allahın göndərdiyi» təbirini istehza və məsxərə üzündən deyirdilər. Halbuki, öz iddialarında da yalançı idilər. Onlar İsanı heç vaxt öldürməmiş, yaxud dara çəkməmişdilər. Əksinə, ona oxşar başqa bir şəxsi səhvən dara çəkmişdilər.

    Sonra buyurulur: Həzrət Məsih (ə) barəsində ixtilaf edənlərin özləri də şəkdə idilər və onların heç biri öz dediklərinə inanmır, yalnız təxmini hesablamalara və gümanlara əsaslanırdılar.

    Sonra bu mətləbə təkid edilərək buyurulur: Şübhəsiz, onu öldürməmişdilər. Əksinə, Allah onu Öz dərgahına aparmışdı; Allah qüdrətli və hikmətlidir.

    Quranda Həzrət İsanın (ə) dara çəkilməməsi ilə bağlı ona görə daha çox təkid edilir ki, ümmətin günahlarının bağışlanmasını və xurafatçı «fida» məsələsini şiddətlə məhkum etsin, məsihilər də nicatın xaça sığınmaqda deyil, öz əməllərinin sayəsində mümkün olduğunu bilsinlər.

    Biz Həzrəti İsanın (ə) həm təvəllüdünün, həm də Allah dərgahına getməsinin qeyri-təbii şəkildə olduğunu yəqinliklə bilirik. O, Allah dərgahına merac etmişdir ki, gələcək üçün bir ehtiyat olsun.

    AYƏ 159:

    ﴿ وَإِن مِّنْ أَهْلِ الْكِتَابِ إِلاَّ لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ وَيَوْمَ الْقِيَامَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا ﴾

    TƏRCÜMƏ:

    «Kitab (Tövrat və İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən (bir neçə an) qabaq ona (İsanın Allahın elçisi və qulu olmasına) iman gətirməsin (lakin bu imanın heç bir xeyri yoxdur). (Yaxud: Kitab əhlinin hamısı (dünyanın sonunda İsa göydən yerə gələndən sonra və) ölümündən qabaq ona iman gətirəcək.) O da Qiyamət günü onlara şahid olacaqdır.»

    TƏFSİR:

    Bu ayənin təfsirində iki ehtimal edilir. Hər biri də müəyyən cəhətlərə görə mülahizə olunur:

    1. Ayənin belə buyurduğu ehtimal verilir: Kitab əhlindən elə birisi yoxdur ki, ölümündən qabaq Həzrət İsaya (ə) iman gətirməsin. Bu da o zamana təsadüf edir ki, insan ölüm ərəfəsində olsun, onun bu dünya ilə olan əlaqələri zəifləsin və ölümdən sonrakı bərzəx aləmi ilə rabitələri möhkəmlənsin. Bu zaman pərdələr insanın gözlərindən kənara çəkilir, bəsirət gözü açılır və həqiqətlərdən çoxunu görüb müşahidə edir. Məhz belə halda insanın həqiqət görən gözü Həzrəti İsanın (ə) yüksək məqamını müşahidə edir və onun qarşısında təslim olur. Onu inkar edənlər ona iman gətirir, onu «Allah» hesab edənlər öz səhvlərini anlayırlar. Halbuki, belə bir imanın onlara heç bir faydası yoxdur. Yaxşı olar ki, imanın faydalı olduğu indiki zamanda iman gətirsinlər.

    2. Ayə belə də təfsir oluna bilər ki, kitab əhli Həzrət Məsihin (ə) ölümündən qabaq ona iman gətirər; yəhudilər onu peyğəmbər kimi qəbul edər, məsihilər onun ilahiləşdirilməsi iddiasından əl çəkərlər. Bu da o zamana təsadüf edəcəkdir ki, İslam rəvayətlərinə uyğun olaraq, Həzrət Məsih (ə) Həzrət Məhdinin (ə) zühuru zamanı asimandan yerə nazil olsun və o həzrətə iqtida edərək onun arxasında namaz qılsın. Bu zaman yəhudilər və məsihilər onu görüb həm ona, həm də Həzrət Məhdiyə (ə) iman gətirəcəklər.

    Aydındır ki, bu zaman Həzrət Məsihin (ə) dininin dövrü keçdiyinə görə, o öz zəmanəsinin dininə – yəni Həzrəti Məhdinin (ə) əli ilə dünya səviyyəsində bərqərar edilən İslam dininə tabe olacaqdır.

    Rəvayətlərə əsasən, Həzrət Məhdinin (ə) dövründə əminamanlıq və təhlükəsizlik elə yüksək bir səviyyədə olacaqdır ki, hətta qoyunla canavar, şirlə öküz və sair yırtıcı heyvanlar bir yerdə olacaq, dünyanı maddi, can və namus baxımından əminamanlıq bürüyəcək, heç bir zülm və təcavüz olmayacaq, haqq-ədalət dünyanın hər yerini əhatə edəcəkdir. Ayənin axırında buyurulur: Qiyamət günündə Məsih (ə) onların əleyhinə şəhadət verəcəkdir.

    «Həzrət Məsihin (ə) onların əleyhinə şəhadət verməsi» fikrində məqsəd budur ki, o risalətini təbliğ etməkdə heç vaxt özünün ilahiləşdirilməsini təbliğ etmədiyinə, əksinə, hamını Pərvərdigarın qarşısında bəndə olmağa dəvət etməsinə dair şəhadət verəcəkdir.(Təfsiri Burhan», 1-ci cild, səh. 426, «Təfsiri Safi», 1-ci cild, səh. 480, «Məcməül-bəyan», həmin ayənin təfsirində.)

    Category: Nurul-Quran (Nisa surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 668 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024