İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Ənam surəsinin təfsiri)

    Nurul-Quran (Ənam surəsinin təfsiri)

    AYƏ 110:

    ﴿ وَنُقَلِّبُ أَفْئِدَتَهُمْ وَأَبْصَارَهُمْ كَمَا لَمْ يُؤْمِنُواْ بِهِ أَوَّلَ مَرَّةٍ وَنَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ ﴾
    TƏRCÜMƏ:

    «Onların qəlb və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi (əvvəllər olmuş itaətsizliklərinin cəzası olaraq onu qəbul etməkdən) döndərər və onları öz azğınlıq və itaətsizliklərində boşlayarıq ki, sərgərdan qalsınlar.»
    TƏFSİR:

    Bu ayədə Allah-təala elan edərək bildirir ki, küfr və günahlarının cəzası olaraq onların qəlblərini və gözlərini dəyişdirmişik. Yəni Biz onların qəlblərinin zatına, gözlərinin xəyanətinə agahıq, onların batinlərinin zahirlərinin əksinə olduğunu görürük.

    Mütəal Allah bilirdi ki, onların qəlblərində və gözlərində zahirdə iddia etdiklərinin əksi gizlənmişdir. Buna görə də istədikləri möcüzələr yerinə yetirilsəydi yenə də iman gətirməyəcəkdilər. Belə ki, əvvəllər onların ata-babaları da Allahın nazil etdiyi ayələrə iman gətirməmişdilər. Deməli, onları öz hallarına buraxmaq lazımdır ki, günahlarının və inadkarlıqlarının cəzasını alıb sərgərdan qalsınlar, insaniyyətə yaraşmayan alçaq həyatda itib-batsınlar və nəticədə axirətdə əzab əhlindən olsunlar.
    AYƏ 111:

    ﴿وَلَوْ أَنَّنَا نَزَّلْنَا إِلَيْهِمُ الْمَلآئِكَةَ وَكَلَّمَهُمُ الْمَوْتَى وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَيْءٍ قُبُلاً مَّا كَانُواْ لِيُؤْمِنُواْ إِلاَّ أَن يَشَاء اللّهُ وَلَـكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ﴾
    TƏRCÜMƏ:

    «Əgər Biz onlara mələkləri nazil etsəydik, ölülər onlarla danışsaydılar və (istədikləri) bütün şeyləri qarşılarında dəstə-dəstə toplasaydıq, onlar Allahın (mütləq və məcburi iradə ilə) istəməsi istisna olmaqla, yenə də iman gətirməyəcəkdilər. Lakin onların çoxu (özlərinin bu inadkarlıq ruhiyyələri ilə) nadanlıq edirlər.»
    TƏFSİR:

    Bu bir neçə ayədə əsas məqsəd möcüzə istəyənlərin, ağıla sığmayan qəribə istəklərində belə, sadiq olmadıqlarını, əsas hədəflərinin haqqı qəbul etmək deyil, tam başqa bir şey olduğunu çatdırmaqdır. Çünki onların istəklərinin bəziləri, ümumiyyətlə, qeyri-mümkün bir işdir (məsələn, Allahın onların hüzuruna gəlib yol getməsi kimi!)

    Quran bu ayədə aşkar şəkildə buyurur: Əgər Biz onların istəklərinə uyğun olaraq mələkləri onlara nazil etsəydik, ölülər dirilib gəlsəydi və onlarla danışsaydı, bir sözlə, istədikləri hər bir şeyi onların önünə gətirsəydik, yenə də iman gətirməyəcəkdilər. Sonra təkidləndirmək üçün buyurulur: Onların iman gətirməsi yalnız bir halda mümkündür. O da budur ki, Allah Öz iradəsi ilə onları iman gətirməyə vadar etsin.

    Aydındır ki, təkamül nəzərindən bu cür imanın heç bir tərbiyəvi faydası və müsbət nəticəsi olmayacaqdır. Ayənin axırında əlavə edilir ki, onların əksəriyyəti cahil və xəbərsizdirlər.
    AYƏ 112:

    ﴿ وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نِبِيٍّ عَدُوًّا شَيَاطِينَ الإِنسِ وَالْجِنِّ يُوحِي بَعْضُهُمْ إِلَى بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًا وَلَوْ شَاء رَبُّكَ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ ﴾
    TƏRCÜMƏ:

    «Beləcə (sənin kimi) hər bir peyğəmbər üçün insan və cin şeytanlarından (vücudlarında müxtəlif şəhvət meyllərini yaratmaq vasitəsilə) düşmənlər qoyduq. Onların bəzisi digər bəzisinə (o peyğəmbərin əleyhinə) sirli (gizlin) şəkildə bəzədilmiş puç və aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar və əgər Allah (əzəli iradəsi ilə) istəsəydi, onlar bu cür etməzdilər. Buna görə də (sənə döyüş əmr olunana kimi) onları və iftiralarını boşla.»
    TƏFSİR:

    Əvvəlki ayələrdə qeyd olundu ki, İslamın ən qatı və tərs düşmənlərinin Peyğəmbəri-Əkrəmin (s) müqabilində göstərdikləri inadkarlıqlar təkcə onlara məxsus deyildi. Bu ayədə əlavə olaraq buyurulur: Hər bir peyğəmbərin müqabilində insanlardan və cinlərdən olan şeytanlar qərar verdik. Onların işi bu idi ki, bir-birini aldatmaq üçün sirli şəkildə aldadıcı sözlər deyir, bəzən isə bir-birinə pıçıldayırdılar.

    Amma heç vaxt səhv düşünülməməlidir: Əgər Allah istəsəydi, onların hamısının qarşısını zorla alardı. Lakin Allah bu işi etməmişdir. Çünki O bütün insanların azad və ixtiyar sahibi olmasını istəmişdir ki, onların imtahana çəkilməsi və nəticədə təkamülə yetməsi üçün meydan geniş və azad olsun.

    Buna görə də ayənin axırında Peyğəmbərə (s) göstəriş verilir ki, bu cür şeytanlara qətiyyən etimad etməsin. Onların özlərini və vurduqları töhmətləri öz ixtiyarlarına buraxsın.
    AYƏ 113:

    ﴿ وَلِتَصْغَى إِلَيْهِ أَفْئِدَةُ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُواْ مَا هُم مُّقْتَرِفُونَ ﴾
    TƏRCÜMƏ:

    «(İns və cin şeytanlarının arasındakı söz mübadiləsini imtahan üçün azad qoyduq) ki, axirət gününə inanmayanların ürəkləri ona meyl etsin, onlar onu bəyənsinlər və (həm də) ona görə ki, mürtəkib olmaq istədəkləri hər bir günaha mürtəkib olsunlar.»
    TƏFSİR:

    Bu ayədə şeytanların aldadıcı təbliğat və təlqinlərinin nəticəsi belə bəyan olunur: Onların işlərinin nəticəsi belə olacaqdır ki, imansız şəxslər–Qiyamətə imanı olmayanlar onların sözlərinə qulaq asacaq, qəlbləri də onlara meyl edəcəkdir. Sonra buyurulur: Bu meyletmənin nəticəsi şeytani proqramlara kamil surətdə razılıqdan ibarət olacaqdır.

    Onların hamısının axırı çirkin əməllərə, günahlara və yaramaz işlərə mürtəkib olmaqdan ibarətdir ki, istədikləri hər günahı yerinə yetirsinlər.
    AYƏ 114:

    ﴿أَفَغَيْرَ اللّهِ أَبْتَغِي حَكَمًا وَهُوَ الَّذِي أَنَزَلَ إِلَيْكُمُ الْكِتَابَ مُفَصَّلاً وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْلَمُونَ أَنَّهُ مُنَزَّلٌ مِّن رَّبِّكَ بِالْحَقِّ فَلاَ تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ﴾
    TƏRCÜMƏ:

    «(Kafirlərə de:) Sizə (bəşər cəmiyyətinə dini maarif və haqq ilə nahaqqın bir-birindən seçilməsi yolu) geniş şəkildə açıqlanmış bu kitabı nazil edən Allah olduğu halda, mən Ondan başqa ayrı bir hakim arayım?! (Səmavi) kitab verdiyimiz şəxslər bu kitabın sənin Rəbbin tərəfindən haqq və doğru olaraq (və ali və ağılın qəbul etdiyi məqsədlər üçün) nazil olunduğunu bilirlər. Buna görə də əsla şəkk edənlərdən olma.»
    TƏFSİR:

    Bu ayə həqiqətdə əvvəlki ayələrin nəticəsidir. Belə ki, buyurulur: Tövhidlə əlaqədar məsələlər barəsində mövcud olan bu qədər aşkar dəlillərlə belə, kimin hakimliyi qəbul edilməlidir? Allahdan başqasını hakimlik üçün qəbul etməliyikmi? Halbuki, insanın tərbiyəvi zəminlərdə olan bütün ehtiyaclarını əhatə edən, haqq və batil arasında fərq qoyan, nuru zülmətdən, küfrü imandan ayıran bu asimani kitab sizə nazil edilmişdir.

    Sonra buyurulur: Nəinki sən və müsəlmanlar bu kitabın Allah tərəfindən nazil olmasını bilirsiniz, üstəlik kitab əhli (yəhudilər və məsihilər) də bu səmavi kitabın əlamət və nişanələrini öz kitablarında görmüşlər və Onun Pərvərdigar tərəfindən haqq olaraq nazil olmasını bilirlər. Deməli, bunda heç bir şəkk-şübhəyə, tərəddüdə yol yoxdur və sən, ey Peyğəmbər, heç vaxt tərəddüd və şəkk edənlərdən olma.
    AYƏ 115:

    ﴿ وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلاً لاَّ مُبَدِّلِ لِكَلِمَاتِهِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ ﴾
    TƏRCÜMƏ:

    «Rəbbinin sözü (Onun tovhidə dəvəti, həmçinin sonuncu kitabı və şəriəti mənasında) düzgünlük və (qanunvericilik mərhələlərində) ədalət baxımından kamil oldu. Onun sözlərini (kitab və şəriətini) əsla dəyişdirən olmayacaqdır. Odur eşidən və bilən!.»
    TƏFSİR:

    Bu ayədə buyurulur: Sənin Pərvərdigarının kəlamı doğruçuluq və ədalət baxımından təkmil olmuşdur. Onun kəlamını dəyişdirməyə heç kəsin qüdrəti çatmaz və O, eşidən və biləndir. Əvvəlki ayələrdə Quran barəsində söhbət olunduğuna görə bu ayədə də «kəlmə» dedikdə məqsəd Qurandır. Həqiqətdə buyurulur ki, Quran barəsində qətiyyən şəkk-şübhəyə yer yoxdur. Çünki hər bir nəzərdən kamil və eyibsizdir. Onun tarix və xəbərləri tamamilə doğru, hökm və qanunları eynilə ədalətdən ibarətdir.

    Bəzi müfəssirlər bu ayəyə istinadən Quranda təhrifin baş verməsinin qeyri-mümkünlüyünü isbat etmişlər, çünki «la mubəddilə likəlimatih» cümləsi göstərir ki, onda dəyişiklik etməyə heç kəs qadir deyil. İstər söz, istər xəbər, istərsə də hökm baxımından Quranda dəyişiklik edilə bilməz. Bu səmavi kitab da dünyanın axırına qədər insanların yolgöstərəni olmalı, xainlərin təhriflərindən amanda qalmalıdır.
    AYƏ 116:

    ﴿ وَإِن تُطِعْ أَكْثَرَ مَن فِي الأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ اللّهِ إِن يَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنْ هُمْ إِلاَّ يَخْرُصُونَ ﴾
    TƏRCÜMƏ:

    «Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn və gümanın arxasınca gedirlər və ancaq təxmin edirlər.»
    TƏFSİR:

    Bildiyimiz kimi, bu surənin bütün ayələri Məkkədə nazil olmuşdur. O dövrdə müsəlmanların sayı çox az idi, bəzən onların azlıqda, bütpərəstlərin isə əksəriyyət təşkil edən çoxluqda olması bəzilərində belə bir şübhə yarada bilərdi ki, əgər onların dinləri batil və əsassızdırsa, nə üçün bu qədər ardıcılı vardır? Eləcə də əgər biz haqq yoldayıqsa, nə üçün sayımız bu qədər azdır?

    Yarana biləcək belə yanlış təsəvvürlərin aradan qaldırılması üçün bu ayədə Peyğəmbərə (s) xitab olunaraq buyurulur: Əgər yer üzündə olan insanların əksəriyyətinə tabe olsan, səni haqq yoldan azdıracaqlar.

    Sonrakı cümlədə bu məsələnin dəlilinə işarə edilir və buyurulur: Çünki onlar düzgün məntiq və fikir əsasında işləmirlər, onların yolgöstərəni bir ovuc həvayi-nəfs, yalan, təxminə qarışmış gümandan başqa bir şey deyildir.
    AYƏ 117:

    ﴿ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ ﴾
    TƏRCÜMƏ:

    «Həqiqətən Rəbbin Özü Onun yolundan azanı(n halını) daha yaxşı bilir. O, doğru yolu tapanları(n halını) da daha yaxşı bilir.»
    TƏFSİR:

    Əvvəlki ayədən məlum oldu ki, əksəriyyət təşkil edənlər təklikdə haqq yolunu göstərə bilməzlər. Deməli, haqq yolunu, tərəfdarlarının azlıqda olmasına baxmayaraq, yalnız Allahdan əxz etmək lazımdır. Buna görə də bu ayədə həmin müddəanın dəlili bəyan edilir və buyurulur: Hər şeydən xəbərdar və agah olan, sonsuz elmində azacıq belə səhvə yol verilməyən Pərvərdigar kimin yoldan azdığını və kimin hidayət olunduğunu daha yaxşı bilir.
    AYƏ 118:

    ﴿ فَكُلُواْ مِمَّا ذُكِرَ اسْمُ اللّهِ عَلَيْهِ إِن كُنتُمْ بِآيَاتِهِ مُؤْمِنِينَ ﴾
    TƏRCÜMƏ:

    «Buna görə də, əgər Onun ayələrinə imanınız varsa (müşriklərin kəsərkən başı üstündə bütlərin adını çəkdiklərindən deyil başı) üzərində Allahın adı çəkilmiş şeydən yeyin.»
    TƏFSİR:
    ŞİRKİN BÜTÜN ƏSƏR VƏ ƏLAMƏTLƏRİ MƏHV EDİLMƏLİDİR.

    Əvvəlki ayələrdə müxtəlif bəyanlarla tövhid və onun həqiqəti isbat olunur ki, bununla da şirk və bütpərəstliyin batil olması aşkara çıxır. Bunun nəticələrindən biri də odur ki, müsəlmanlar bütlərin adına kəsilən heyvanların ətini yeməkdən çəkinməlidirlər. Yalnız o heyvanların ətini yeyə bilərlər ki, başları kəsilən zaman Allahın adı çəkilmiş olsun. Buna görə də əvvəlcə buyurulur: Əgər Onun ayələrinə imanınız varsa, o ətlərdən yeyin ki, Allahın adını çəkməklə kəsilmiş olsun.

    Yəni iman sadəcə iddia, danışıq və əqidədən ibarət deyil, əksinə, onunla yanaşı əməl də aşkar olmalıdır. Allaha imanı olanlar yalnız bu kimi yeməklər yeməlidirlər.
    AYƏ 119:

    ﴿وَمَا لَكُمْ أَلاَّ تَأْكُلُواْ مِمَّا ذُكِرَ اسْمُ اللّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلاَّ مَا اضْطُرِرْتُمْ إِلَيْهِ وَإِنَّ كَثِيرًا لَّيُضِلُّونَ بِأَهْوَائِهِم بِغَيْرِ عِلْمٍ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ﴾
    TƏRCÜMƏ:

    «Sizə nə olmuşdur ki, (kəsilərkən başı) üzərində Allahın adı çəkilən şeylərdən yemirsiniz, halbuki, O, sizə haram etdiklərini – zərurət halında (yeməyə) məcbur olduğunuz şey istisna olmaqla – bütün təfsilatı ilə bəyan etmişdir?! Şübhəsiz (insanların) çoxu nadanlıq üzündən öz nəfsi istəkləri ilə (başqalarını) azdırırlar (deyirlər: "Bu necə olur ki, sizin öldürdükləriniz halal, Allahın öldürdüyü isə haramdır?!) Həqiqətən sənin Rəbbin həddi aşanları (haqdan kənara çıxanların halını) daha yaxşı biləndir.”»
    TƏFSİR:

    Bu ayədə buyurulur: Nə üçün o heyvanların ətindən yemirsiniz ki, kəsilən zaman Allahın adı zikr olunmuşdur? Halbuki, Allah haram olunan şeyləri sizə şərh etmişdir. Sonra bir müstəsna hal göstərilir: Yalnız çıxılmaz vəziyyətə düşdüyünüz zaman haram yeməkdən yeyə bilərsiniz. İstər bu çıxılmaz vəziyyət çöldə və səhrada şiddətli aclığa düçar olmaqdan irəli gəlsin, istərsə də müşriklərin əlinə keçdiyiniz zaman bu məsələyə məcbur edildiyiniz zaman.

    Sonra əlavə edilir ki, camaatın çoxu cəhalət, nadanlıq və həvəs üzündən başqalarını yoldan azdırırlar.

    AYƏ nin axırında buyurulur: Sənin Pərvərdigarın təcavüzkarların halından daha agahdır. Onların nəinki özləri haqq yoldan azmışlar, üstəlik başqalarını da haqdan azdırmağa çalışırlar.
    AYƏ 120:

    ﴿ وَذَرُواْ ظَاهِرَ الإِثْمِ وَبَاطِنَهُ إِنَّ الَّذِينَ يَكْسِبُونَ الإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُواْ يَقْتَرِفُونَ ﴾
    TƏRCÜMƏ:

    «Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar.»
    TƏFSİR:

    Yuxarıda qeyd olunan əməllərin bəzilərinə gizlində mürtəkib olmaları mümkün olduğundan onun davamı olan bu ayədə ümumi bir qanun şəklində buyurulur: Həm gizlindəki, həm də aşkardakı günahları tərk edin.

    Cahiliyyət dövründə bəziləri inanırdılar ki, iffətə zidd olan zina əməli əgər gizlində baş verərsə, eybi yoxdur, yalnız aşkarda olanda günah sayılır! Müasir dövrdə də bəziləri cahiliyyət məntiqindən ibarət olan bu işi qəbul edərək yalnız aşkarda olan günahlardan vəhşət hissi keçirir, gizlində baş verən günahlar müqabilində əsla narahat olmurlar.

    Yuxarıdakı ayədə bu batil məntiq məhkum edilir. Sonra günahkarları təhdid etməklə onları gözləyən acınacaqlı aqibəti xatırlatmaq üçün buyurulur: Günah əməllər kəsb edənlər tezliklə öz əməllərinin cəzasına çatacaqlar.
    AYƏ 121:

    ﴿ وَلاَ تَأْكُلُواْ مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَآئِهِمْ لِيُجَادِلُوكُمْ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ ﴾
    TƏRCÜMƏ:

    «(Kəsilərkən başı) üzərində Allahın adı çəkilməmiş (və murdar olmuş) şeydən yeməyin ki, onu yemək əlbəttə, (Allaha qarşı) itaətsizlikdir. Həqiqətən şeytanlar öz köməkçi və dostlarına sizinlə mübahisə edərək çəkişsinlər deyə gizlincə ("Allahın öldürmüş olduğu heyvan sizin öldürdüyünüzdən daha yaxşıdır” kimi sözlər) təlqin edirlər. Əgər onlara itaət etsəniz, onda siz də (ya doğrudan da) müşriksiniz (ya da müşrik hökmündəsiniz).»
    TƏFSİR:

    Bu ayədə məsələnin mənfi yönünə təkid olunaraq buyurulur: Başları kəsilən zaman Allahın adı çəkilməyən heyvan ətlərindən yeməyin.

    Sonra qısa bir cümlə ilə bu əməl məhkum edilir və yenidən buyurulur: Bu pis və günah bir iş, düzgün yoldan və bəndəlik hüdudlarından azmaq, Allaha itaətdən çıxmaqdır.

    Bəzi sadəlövh müsəlmanların onların şeytani vəsvəsələrindən təsirlənməmələri üçün əlavə edilir: Şeytanlar vəsvəsə yaradan mətləbləri məxfi şəkildə öz dostlarına təlqin edirlər ki, sizinlə münaqişəyə qalxsınlar. Lakin ayıq olun və bilin ki, əgər onların vəsvəsələrinə təslim olsanız, siz də müşriklərin cərgəsinə keçəcəksiniz.

    Bu münaqişə və vəsvəsələr bəlkə də müşriklərin bir-birinə təlqin etdikləri məntiqdən ibarətdir. Onlar deyirdilər ki, bizim ölü heyvan ətini yeməyimizin səbəbi budur ki, onu Allah öldürmüşdür və ölmüş heyvan ətini yeməmək də Allahın işinə bir növ etinasızlıqdır! (Bəziləri demişlər ki, ərəb müşrikləri bu əqidəni məcusilərdən kəsb etmişlər.)

    Halbuki, özü ölən heyvanlar əksər hallarda xəstə olur, bundan əlavə, başı kəsilmədiyi üçün çirkli qan ətin içindəki damarlarda qalır. Onu halal sayanlar isə həm onun xarab olmasından, həm də əti xarab etməsindən qafil olmuşlar.
    AYƏ 122:

    ﴿أَوَ مَن كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَن مَّثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِّنْهَا كَذَلِكَ زُيِّنَ لِلْكَافِرِينَ مَا كَانُواْ يَعْمَلُونَ﴾
    TƏRCÜMƏ:

    «Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir.»
    TƏFSİR:

    Bu ayədə mütəal Allah yolunu azdıqdan sonra hidayət etdiyi bir şəxsi əvvəlcə ölü olan, sonra onu dirildərək onun üçün bir nur qərar vermiş olduğu bir adama bənzədir. Həmin şəxs o nurun vasitəsilə camaat arasına işıq saçır. Öz azğınlığında qalanlar isə heç bir yol göstərəni olmadan qaranlıq zülmətlərdə gəzən və oradan çıxa bilməyən bir şəxsə oxşadılmışdır.

    Bu ayədəki «nur» dedikdə məqsəd təkcə Quran və Peyğəmbərin (s) təlimatları deyildir. Əksinə, Allaha iman gətirmək də insana yeni idrak və ali görüş bağışlayır. Belə ki, onun nəzərləri maddi həyatın hüdudlarından kənara gedir, maddə aləminin dörd divarından daha yüksəklərə pərvaz edir, son dərəcə geniş olan bir aləmə qədəm qoyur.

    Şəxs bu nurun sayəsində özünün camaat arasındakı həyat yolunu tapıb başqalarının hərislik və tamahkarlıq nəticəsində düçar olduqları səhvlərin çoxundan amanda qala bilər. Eləcə də başqalarının maddi təfəkkür və həvayi-nəfsin əqlə qələbə çalması nəticəsində düçar olduqları səhvlərdən də kənarda qalar.

    İslam rəvayətlərində oxuduğumuz kimi, «mömin və imanlı insan Allahın nuru ilə nəzər edir» kəlamı da məhz həmin həqiqəti göstərir.
    AYƏ 123:

    ﴿ وَكَذَلِكَ جَعَلْنَا فِي كُلِّ قَرْيَةٍ أَكَابِرَ مُجَرِمِيهَا لِيَمْكُرُواْ فِيهَا وَمَا يَمْكُرُونَ إِلاَّ بِأَنفُسِهِمْ وَمَا يَشْعُرُونَ ﴾
    TƏRCÜMƏ:

    «Beləcə (Məkkədə olduğu kimi) Biz hər bir topluda (onların küfr və günah edərək haqdan üz döndərmələrinin cəzası olaraq) günahkar camaatın başçılarını hiylə-kələk işlədən (və camaatın peyğəmbərlərin dəvətlərinə iman gətirmələrinə mane olan) etdik. Lakin (əslində) onlar yalnız özlərinə (qarşı) hiylə-kələk işlədirlər və (bunu) dərk etmirlər.»
    TƏFSİR:

    Bu ayədə azğın küfr rəhbərləri və fəsad başçılarının vəziyyətinə işarə edilir və buyurulur: Hər bir şəhərdə və abadlıqda günah yolunu tutaraq məkr, hiylə və fırıldaqla camaatı düz yoldan azdıran böyüklər qərar verdik. Onlar çoxlu günaha batmaq və itaətsizlik etmək nəticəsində haqq yolunun quldurları sayılır, Allah bəndələrini haqq yolundan azdırırlar. Ayənin axırında buyurulur ki, onlar özlərindən başqa heç kəsə məkr işlətmirlər. Lakin bu həqiqəti dərk etmirlər.

    Bu ayədən məlum olur ki, bütün cəmiyyətlərin düçar olduqları fəsad, eybəcərlik və bədbəxtliklərin mənşəyi həmin cəmiyyətin böyükləri, başçılarıdır. Onlar müxtəlif növ hiylələrlə adi insanların Allah yoluna gəlməsinin qarşısını alır, haqqın simasını tamamilə başqa cür cilvələndirir və Allahın yolunu dəyişmək istəyirlər.
    AYƏ 124:

    ﴿وَإِذَا جَاءتْهُمْ آيَةٌ قَالُواْ لَن نُّؤْمِنَ حَتَّى نُؤْتَى مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللّهِ اللّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ سَيُصِيبُ الَّذِينَ أَجْرَمُواْ صَغَارٌ عِندَ اللّهِ وَعَذَابٌ شَدِيدٌ بِمَا كَانُواْ يَمْكُرُونَ﴾
    TƏRCÜMƏ:

    «Onlara (Qüreyş kafirlərinə) bir ayə və möcüzə gələn zaman "Allahın peyğəmbərlərinə verilmiş şey (peyğəmbərlik, kitab və möcüzə) bizə də verilməyincə əsla iman gətirmərik!” deyirlər. Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir. Tezliklə günah etmiş kəslərə işlətdikləri hiylənin cəzası olaraq Allahın yanında zillət, xarlıq və şiddətli əzab yetişəcəkdir.»
    AYƏ NİN NAZİLOLMA SƏBƏBİ

    Nəql olunanlara görə bu ayə Vəlid ibn Müğeyrənin barəsində nazil olmuşdur (o, bütpərəstlərin məşhur adamlarından idi. Başqa sözlə desək, onların «düşünən beyni» sayılırdı). O, Peyğəmbərə (s) deyirdi: "Əgər nübüvvət haqdırsa, bu məqama keçməyə mən daha artıq ləyaqətliyəm. Çünki həm yaşım səndən artıqdır, həm də mal-dövlətim!”
    TƏFSİR:
    PEYĞƏMBƏR YALNIZ ALLAH TƏRƏFİNDƏN TƏYİN OLUNUR.

    Bu ayə dolğun bir məna ilə bu kimi batil rəhbərlərin və günahkar qəbilə başçılarının məzhəkəçi iddialarını və puç təfəkkür tərzini belə çatdırır: Onların hidayəti üçün Allah tərəfindən bir ayə göndərilən zaman onlar dedilər: "Biz heç vaxt iman gətirməyəcəyik. Yalnız o vaxt iman gətirərik ki, Allahın seçilmiş bəndələrinə əta olunan ayə və məqamlar bizə də əta olunsun.” Quran onlara aydın şəkildə cavab verərək buyurur: Siz Allaha heç bir şey öyrətməyin! Allah hansı peyğəmbəri göndərəcəyini, kimin arasından seçəcəyini və Öz risalətini kimin ixtiyarında qoyacağını daha yaxşı bilir.

    Aydındır ki, Allah tərəfindən olan peyğəmbərlik məqamı nə mal-dövlətə və yaşa bağlıdır, nə də qəbilə və tayfa arasındakı nüfuza. Əksinə, onun ilkin şərti hər şeydən əvvəl ruhi hazırlıq, batinin paklığı, əsl insani səciyyələr, yüksək təfəkkür, güclü düşüncə və nəhayət ismət mərhələsində olan son dərəcə pərhizkarlıq və təqvadır. Bu kimi səciyyələrin, xüsusilə ismət məqamına hazırlıq sifətini Allahdan başqa heç kəs ayırd edə bilmir. Qeyd olunan şərtlərlə onların dediyi şərtlər arasındakı yerlə göy qədər fərq vardır.

    Peyğəmbərdən (s) sonrakı haqq canişin də vəhy və şəriət gətirməkdən başqa Peyğəmbərdəki (s) bütün bu sifət və proqramlara malik olmalıdır. Yəni o, həm şəriətin qoruyucusu, həm də ilahi qanun və ideologiyanın keşikçisi, insanların həm maddi, həm də mənəvi rəhbəridir. Buna görə, elə o da ismət məqamına malik olmalı, günah və xətalardan uzaq olmalıdır ki, öz ilahi vəzifəsini yerinə yetirərkən lazımi nəticə əldə edə bilsin. Həmçinin ülgü götürüləcək bir nümunə, itaət olunacaq bir rəhbər ola bilsin.

    Həmin səbəbə görə də o, camaatın nəzəri, yaxud şura təşkil edilməsi ilə deyil, yalnız Allah tərəfindən seçilməli idi. Bu məqamın hansı yerdə qərar verilməsini xalq yox, Allah daha yaxşı bilir.

    AYƏ nin axırında bu cür batil, iddiaçı və günahkar rəhbərləri gözləyən acınacaqlı tale barəsində belə buyurulur: Tezliklə bu günahkarları, camaatı yoldan azdırdıqları üçün işlətdikləri məkrli tədbir və hiylələrə görə, Allah dərgahında şiddətli həqarətə və əzaba düçar edəcəyik.

    Özünü bəyənən bu kimi adamlar öz yaramaz işləri və çirkin əməlləri ilə böyüklüklərini və cəmiyyətdəki mövqelərini qoruyub saxlamaq istəyirdilər. Lakin Allah onları o qədər təhqir edir ki, özlərini ən dərdli işgəncələrdə hiss etsinlər.
    AYƏ 125:

    ﴿فَمَن يُرِدِ اللّهُ أَن يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلإِسْلاَمِ وَمَن يُرِدْ أَن يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاء كَذَلِكَ يَجْعَلُ اللّهُ الرِّجْسَ عَلَى الَّذِينَ لاَ يُؤْمِنُونَ﴾
    TƏRCÜMƏ:

    Allaha mənsub edilən hidayət və zəlalət dedikdə məqsəd layiqli insanlar üçün hidayət səbəblərini tədarük görmək, ləyaqəti olmayanlar üçün isə həmin səbəbləri aradan aparmaqdır.


    Bu ayədəki «sədr» dedikdə məqsəd insanın ruhu və qəlbi, «qəlbi genişlik» dedikdə isə onun əql üfüqlərini, fikrini genişləndirmək, ruhunu haqqı və hidayəti qəbul etmək üçün yüksəltməkdir ki, bu da insanın ürəyi istəyən təmayüllərindən və həvayi-nəfsindən keçməsini lazımlı edir. Hər kəsdə qəlbi genişlik olmasa, əbədi olaraq özünün dar düşüncəsində qalar və ondan heç vaxt çıxa bilməz. Qəlb genişliyinin bir nəticəsi bəsirət, digəri isə nuranilikdir. Biri ürəyiyumşaqlıq, digəri isə haqqı qəbul etməkdir. Buna əsasən, haqqı qəbul etmək üçün əvvəlcədən batini zəmin və tutum olmalıdır. Hər kəsdə haqqı qəbul etməyə hazırlıq olmazsa, mərifət səmasında pərvaz edə bilməz.

    Fitrət və əql hüdudlarından xaric olmağın nəticəsi irticaçılıq və dar düşüncəlikdir. Yolunu azanlar zahirdə özlərini genişlikdə və tərəqqidə görsələr belə, həqiqətdə ruhi sıxıntılara və darlığa düçar olmuşlar.
    AYƏ 126:

    ﴿ وَهَـذَا صِرَاطُ رَبِّكَ مُسْتَقِيمًا قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَذَّكَّرُونَ ﴾
    TƏRCÜMƏ:

    «Bu (Quran və din), sənin Rəbbinin doğru yoludur. Doğrudan da Biz (Öz tövhid) ayələri(mizi və dinin haqq olmasını) öyüd götürən bir dəstə üçün ətraflı bəyan etdik.»
    TƏFSİR:

    Allahın daimi qanunu budur ki, haqqı qəbul edən pak qəlbli insanların qəlblərini daha da genişləndirsin, imandan qaçan inadkarları isə köməyin kəsilməsi bəlasına düçar etsin. Buna əsasən, Allah yolundan başqa mövcud olan yolların hamısı ya azğınlığa, ya da bağlı dalanlara aparır.

    Əgər diqqət yetirsələr, Mütəal Allahın höccəti bütün insanlara tamamladığını görərlər.
    AYƏ 127:

    ﴿ لَهُمْ دَارُ السَّلاَمِ عِندَ رَبِّهِمْ وَهُوَ وَلِيُّهُمْ بِمَا كَانُواْ يَعْمَلُونَ ﴾
    TƏRCÜMƏ:

    «Onlar üçün Rəbblərinin yanında (hər bir zərər-ziyandan və naqislikdən uzaq olan və bir-birlərinə yalnız salam verdikləri) "Darus-səlam” vardır. Və O, (dünyada) etdikləri əməllərin mükafatı olaraq onların dostu və yardımçısıdır.»
    TƏFSİR:

    Behiştdə heç cür kobudluq, rəqabət, ziddiyyət, töhmət, həsəd, kin-küdurət, yalan, qəm-qüssə, nigaranlıq, ölüm, xəstəlik, fəqirlik və s. yoxdur.

    Behişt əhli üçün əminamanlıq və salamatlıq nemətindən əlavə, Allahın xüsusi lütfünə şamil olmaq da vardır. Bir sözlə, bunlar o kəslər olmalıdır ki, Pərvərdigarın yanında müqərrəb mələklərin məqamına, hətta onlardan da yüksəkdə «indiyyət» (ində rəbbihim − rəbbləri yanında) məqamına malik olsunlar («ində Rəbbihim»). Hər bir halda, ilahi vilayət və əminamanlıq məqamına çatmaq yalnız saleh əməl sayəsində mümkün olur.
    AYƏ 128:

    ﴿وَيَوْمَ يِحْشُرُهُمْ جَمِيعًا يَا مَعْشَرَ الْجِنِّ قَدِ اسْتَكْثَرْتُم مِّنَ الإِنسِ وَقَالَ أَوْلِيَآؤُهُم مِّنَ الإِنسِ رَبَّنَا اسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍ وَبَلَغْنَا أَجَلَنَا الَّذِيَ أَجَّلْتَ لَنَا قَالَ النَّارُ مَثْوَاكُمْ خَالِدِينَ فِيهَا إِلاَّ مَا شَاء اللّهُ إِنَّ رَبَّكَ حَكِيمٌ عَليمٌ﴾
    TƏRCÜMƏ:

    «Və (yada sal) o gün(ü) ki, (Allah) onların (insan və şeytanların) hamısını toplayacaq (və buyuracaqdır): "Ey şeytanlar dəstəsi, insanlardan bolluca bəhrələndiniz (onların çoxusunu öz davamçınız etdiniz).” Və onların insanlardan olan dostları deyəcəklər: "Ey Rəbbimiz, biz iki tayfa bəzimiz bəzimizdən istifadə etdik (onlar çoxlu sayda insanı azdıraraq yoldan çıxarmalarının ləzzətini daddılar və biz, onların göstərişləri ilə sürdüyümüz keflərin ləzzətini daddıq) və bizim üçün təyin etdiyin o (ömür) müddət(inə və o bədbəxtlik həddin)ə gəlib çatdıq.” (Allah) buyuracaq: "Sizin yeriniz oddur, orada əbədi qalacaqsınız, Allahın (əbədi qalmamağınızı) istəməsi istisna olmaqla (ki, Allah da həmin oddan çıxmağınızı istəməyəcəkdir). Həqiqətən sənin Rəbbin hikmətli və biləndir (bilir ki, kimə və nə qədər əzab versin).”»
    TƏFSİR:

    Əvvəlki ayədəki mətləbin davamında buyurulur: O gündə Allah bütün məxluqatı dirildərək buyurar: Ey cinlər! Siz insanlardan çoxunu azdırdınız. O insanlar ki, sizə tabe olmuşdular, «Pərvərdigara! Biz bir-birimizdən faydalandıq» – deyərlər. Cinlərin insanlardan aldığı fayda budur ki, cinlər onların rəhbərləri, başçıları olmuşlar, insanlar da onların həvayi-nəfslərinə tabe olmuşlar. İnsanların onlardan aldığı fayda isə bu olmuşdur ki, cinlər şəhvət və ləzzətləri onların nəzərində zinətləndirmiş, onların başını bu kimi işlərlə qatmışdır.

    Onlar deyərlər: Bizim üçün təyin olunmuş vaxt gəlib çatdı. Bəziləri demişlər ki, burada məqsəd ölülərin dirilməsidir. Allah da onlara buyurar: Cəhənnəm odu sizin əbədi iqamətgahınızdır və orada əbədi olaraq əzaba düçar olacaqsınız. Yalnız Allahın istədiyi kəslərdən başqa.

    Bu istisna günahkar müsəlmanlara aiddir ki, əgər Allah istəyərsə, onlara əzab verər, istərsə də Öz lütf və mərhəməti ilə bağışlayar. Allah Öz işində hikmətli və hər şeyi biləndir.
    AYƏ 129:

    ﴿ وَكَذَلِكَ نُوَلِّي بَعْضَ الظَّالِمِينَ بَعْضًا بِمَا كَانُواْ يَكْسِبُونَ ﴾
    TƏRCÜMƏ:

    «Beləcə əldə etdiklərinin (günahlarının) cəzası olaraq zalımların bəzisini (digər) bəzisinə hakim edərik.»
    TƏFSİR:

    Həmçinin imtahan məqsədilə zalımları onların özünə həvalə edər, onları bir-birinə dost edərik ki, bir-birinin işlərinə maraq göstərsinlər. Nəhayət, onları cəzalandırarıq. Bu cəza onlara layiq olan miqdarda olar. Buna görə də Qiyamət günündə cinlərdən və insanlardan olan bu zalımları bir-birinə həvalə edərik, onlar isə nifrət hissi ilə bir-birindən uzaqlaşmağa can atar. Başqalarına tabe olanlar tabe olduqları şəxsə həvalə edilər və onlara «Gedin! Onlar sizi cəhənnəm odundan xilas etsinlər.» deyilər. Məqsəd budur ki, Qiyamət günündə onları əzabdan xilas edə biləcək heç bir dost və köməkçi olmadığı onlara bildirilər.

    Başqa sözlə desək, onların arasında mövcud olan dostluq və məhəbbətə görə onları bir-birinin ardınca cəhənnəmə daxil edərik.
    Category: Nurul-Quran (Ənam surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 918 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024