İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Ənam surəsinin təfsiri)

    Nurul-Quran (Ənam surəsinin təfsiri)

    AYƏ 150:

    ﴿قُلْ هَلُمَّ شُهَدَاءكُمُ الَّذِينَ يَشْهَدُونَ أَنَّ اللّهَ حَرَّمَ هَـذَا فَإِن شَهِدُواْ فَلاَ تَشْهَدْ مَعَهُمْ وَلاَ تَتَّبِعْ أَهْوَاء الَّذِينَ كَذَّبُواْ بِآيَاتِنَا وَالَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ وَهُم بِرَبِّهِمْ يَعْدِلُونَ﴾
    TƏRCÜMƏ:

    «De: "Allahın bunları haram etməsinə şəhadət verən şahidlərinizi gətirin.” Beləliklə, əgər şəhadət versələr, sən onlarla birgə şəhadət vermə və Bizim ayələrimizi təkzib edənlərin, axirət gününə imanı olmayanların və Rəbblərinə şərik qoşanların nəfsi istəklərinə tabe olma.»
    TƏFSİR:

    Bu ayədə onların sözlərinin batilliyinin aşkar edilməsi, eləcə də düzgün mühakimə prinsiplərinə riayət olunması üçün dəvət olunur ki, mötəbər şahidləri olduğu təqdirdə gətirsinlər və isbat etsinlər ki, Allah bəzi heyvanları və əkin məhsullarını qadağan etmişdir. Buna görə də buyurulur: Ey Peyğəmbər! Onlara de: «Bunların haram edilməsinə dair şahidiniz varsa, gətirin.» Sonra əlavə edilir: Əgər onlar mötəbər dəlil tapa bilməsələr (şübhəsiz də tapa bilməyəcəklər) və yalnız öz iddia və şahidlərinə qənaətlənsələr sən heç vaxt onlara uyma, onların iddia və şəhadətlərinə uyğun şəhadət vermə.

    Mövcud əlamətlər göstərir ki, bu saxta hökmlər sırf şəkildə kor-koranə təqlidçilikdən və həvayi-nəfsə itaətdən irəli gəlir. Çünki ilahi peyğəmbərlərdən və səmavi kitablardan bu kimi şeylərin haram olunmasına dair heç bir mötəbər sənəd gəlməmişdir. Buna görə də sonrakı cümlədə buyurulur: Bizim ayələrimizi təkzib edən, axirətə iman gətirməyən və Allah üçün şərik qoşan şəxslərin həvayi-nəfslərinə tabe olma. Yəni onların bütpərəstlikləri, Qiyaməti inkar etmələri, xurafatçılıqları və həvayi-nəfsə itaət etmələri bu hökmlərin də saxta olmasını, həmçinin bu kimi şeylərin haram edilməsi ilə əlaqədar iddialarının əsassız və dəyərsiz olduğunu göstərir.
    AYƏ 151:

    ﴿قُلْ تَعَالَوْاْ أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ أَلاَّ تُشْرِكُواْ بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَلاَ تَقْتُلُواْ أَوْلاَدَكُم مِّنْ إمْلاَقٍ نَّحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ وَلاَ تَقْرَبُواْ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَلاَ تَقْتُلُواْ النَّفْسَ الَّتِي حَرَّمَ اللّهُ إِلاَّ بِالْحَقِّ ذَلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ﴾
    TƏRCÜMƏ:

    «De: "Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizə və onlara ruzini Biz veririk. Və pis işlərə – istər aşkar olsun, ya gizlin (əməli və etiqadi günahlara, yaxud camaatın gördüyü və görmədiyi günahlara) – yaxınlaşmayın. Həmçinin Allahın möhtərəm saydığı və öldürülməsini haram buyurduğu canı - (qisas, şəriətin müəyyənləşdirdiyi cəza hədlərinin icrası və ya müdafiə məqsədli) haqq (öldürmələr) istisna olmaqla – öldürməyin. Bəlkə düşünəsiniz deyə Allahın sizə tapşırdıqları bunlardır.”»
    TƏFSİR:
    BİR NEÇƏ İLAHİ FƏRMAN

    Əvvəldəki ayələrdə bəyan olunduğu kimi müşriklərin saxta hökmləri inkar edildikdən sonra bu ayədə və sonrakı iki ayədə İslamda haram olunan əsas şeylər və kəbirə günahlar çox qısa bəyanla, amma çox maraqlı və dolğun məna ilə on qismdə bəyan olunmuşdur. Əvvəlcə buyurulur: Onlara belə de: "Gəlin, Allahın sizə haram etdiyi şeyləri sizin üçün sadalayım:

    1. Heç nəyi Allaha şərik və oxşar qərar verməyin.

    2. Ata-anaya yaxşılıq və ehsan edin.

    3. Öz övladlarınızı yoxsulluq qorxusundan öldürməyin.

    4. İstər aşkarda, istərsə də gizlində olan çirkin və qəbahətli işləri nəinki etməyin, hətta onlara yaxın da düşməyin.

    5. Əlinizi günahsız insanların qanına bulaşdırmayın. Allahın möhtərəm saydığı, qanının axıdılmasına icazə vermədiyi insanı qətlə yetirməyin. Yalnız ilahi qanunla icazə verildiyi hallar (məsələn, qatildən qisas alınması kimi) istisna olunur.

    Bu beş göstərişin ardınca təkid üçün buyurulur: Bu işləri Allah sizə tövsiyə edir ki, başa düşəsiniz və onlara mürtəkib olmaqdan uzaq olasınız.
    AYƏ 152:

    ﴿وَلاَ تَقْرَبُواْ مَالَ الْيَتِيمِ إِلاَّ بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّى يَبْلُغَ أَشُدَّهُ وَأَوْفُواْ الْكَيْلَ وَالْمِيزَانَ بِالْقِسْطِ لاَ نُكَلِّفُ نَفْسًا إِلاَّ وُسْعَهَا وَإِذَا قُلْتُمْ فَاعْدِلُواْ وَلَوْ كَانَ ذَا قُرْبَى وَبِعَهْدِ اللّهِ أَوْفُواْ ذَلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَذَكَّرُونَ﴾
    TƏRCÜMƏ:

    «Və yetimin malına o, (cismani və ruhi baxımdan) həddi-büluğa çatana kimi, gözəl bir tərz istisna olunmaqla, yaxınlaşmayın. Ölçü və çəkini ədalətlə tam şəkildə verin. Biz heç bir kəsin üzərinə (əqidə və əməllərdə) öz imkanından artıq vəzifə qoymuruq. (Hakim və şahid kimi və ya fətva vermək məqsədilə) danışanda, hətta qohum(larınız barəsində) olsa belə, ədalətli olun. Və (şəriətin əsas və qollarını qəbul etməkdə) Allahın əhd-peymanına kamil surətdə vəfa edin. Bəlkə öyüd götürəsiniz deyə, Allahın sizə tapşırdıqları bunlardır.»
    TƏFSİR:

    6. İslah məqsədi istisna olmaqla, həddi-büluğa çatdığı vaxta qədər yetimin malına yaxınlaşmayın.

    7. Çəkidə aldatmayın, çəki və ölçüdə ədalətə riayət edin.

    8. Mühakimə və ya şahidlik zamanı, yaxud digər sahələrdə bir söz demək istəsəniz, hətta mühakimə və şəhadətinizin sizin qohum-əqrəbanızın əleyhinə tamam olsa belə, ədalətə riayət edin. Haqq yolundan çıxmayın.

    9. İlahi əhd-peymana vəfalı qalın və onu pozmayın. İlahi əhd-peyman dedikdə bütün ilahi əhd-peymanlar – təkvini və təşrii əhd-peymanlar, ilahi təkliflər, hər növ əhd, nəzir və and nəzərdə tutulur.

    AYƏ nin axırında bir daha təkid üçün buyurulur: Allah bu işləri sizə tövsiyə edir ki, özünüzə gələsiniz, əqlinizi işə salasınız.
    AYƏ 153:

    ﴿ وَأَنَّ هَـذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلاَ تَتَّبِعُواْ السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِ ذَلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ ﴾
    TƏRCÜMƏ:

    «Və (tövsiyə etdi ki,) bu (əmrlər) Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır.»
    TƏFSİR:

    Bu Mənim düzgün yolum, tövhid, haqq-ədalət, paklıq və təqva yoludur, ona itaət edin və heç vaxt insanı azğınlığa salan yollara düşməyin. Əks halda, sizi Allah yolundan çıxarıb pərakəndəliyə salar, aranıza ixtilaf və nifaq toxumu səpər.

    AYƏ nin axırında üçüncü dəfə olaraq buyurulur: Bunlar Allahın sizə etdiyi tövsiyələrdir ki, bəlkə pərhizkar və təqvalı olasınız.
    İNCƏ MƏTLƏBLƏR:
    1. ATA-ANAYA EHSAN VƏ YAXŞILIQ ETMƏYİN ƏHƏMİYYƏTİ

    Şirklə mübarizənin vacibliyi, günahsız insanın nahaq yerə öldürülməsinin haram edilməsindən və ədalətin icrasının vacibliyindən dərhal sonra ata-anaya yaxşılıq və ehsan etməyin qeyd olunması mütərəqqi İslam göstərişlərində ata-ananın haqqına nə qədər yüksək əhəmiyyət verildiyini göstərir.

    Bu məsələnin əhəmiyyəti o zaman daha aydınlaşır ki, bu ayədə qadağan edilən digər haram işlərlə yanaşı, ata-anaya əziyyət verilməsinin haramlığından deyil, birbaşa onlara ehsan və yaxşılıq etməyin vacibliyi irəli çəkilir. Yəni buyurulur ki, nəinki onları narahat etmək haramdır, əksinə, onlara yaxşılıq və ehsan etmək vacib və zəruri bir məsələdir.

    Maraqlıdır ki, bu ayədəki «ihsan» kəlməsi «bey» hərfi ilə təsirli hala salınmış və «və bil-validəyni ihsana» – deyə buyurulmuşdur. Deməli, ayədə təkidlə göstərilir ki, ata-anaya yaxşılıq edilməsi o qədər böyük əhəmiyyət daşıyır ki, bu məsələyə şəxsən və heç bir vasitə olmadan girişmək lazımdır.
    2. ACLIQDAN QORXDUĞUNUZA GÖRƏ ÖVLADLARINIZI ÖLDÜRMƏYİN!

    Çox təəssüflə qeyd etmək lazımdır ki, bu cahiliyyət ənənəsi müasir dövrdə başqa şəkildə təkrar olunmaqdadır. Yer üzündə yeyinti məhsullarının azalmasını ehtimal verməklə günahsız uşaqları rüşeym halında ikən ana bətnindəcə qətlə yetirirlər. Müasir dövrdə uşaq saldırılmasını izah etmək üçün başqa dəlillər də gətirilməsinə baxmayaraq, onun ən ümdə səbəbləri kimi yoxsulluq və yeyinti məhsullarının azlığı qeyd edilir. Bu və bu kimi məsələlər göstərir ki, cahiliyyət əsri bizim dövrdə başqa formada təkrarlanmaqdadır. İyirminci əsrin cahiliyyəti hətta İslamdan əvvəlki cahiliyyət dövründən qat-qat dəhşətli və geniş səviyyədə davam edir.

    AYƏ 154:

    ﴿ ثُمَّ آتَيْنَا مُوسَى الْكِتَابَ تَمَامًا عَلَى الَّذِيَ أَحْسَنَ وَتَفْصِيلاً لِّكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لَّعَلَّهُم بِلِقَاء رَبِّهِمْ يُؤْمِنُونَ ﴾
    TƏRCÜMƏ:

    «Sonra (nemətin) yaxşılıq edən, onu (kitabı) yaxşı bilən və özündə və öz cəmiyyətində gözəl şəkildə həyata keçirən şəxsə tamamlanması, eləcə də bəlkə Rəbblərinin görüşünə (Ona qovuşacaqlarına) iman gətirsinlər deyə hər bir şeyi (onun şəriətinin əsas və qollarını) müfəssəl bəyan etmək və (onlara) hidayət və rəhmət amili olması üçün Musaya kitab (Tövrat) verdik.»
    TƏFSİR:

    Əvvəlki ayələrdə təkcə İslamda deyil, bütün səmavi dinlərdə mövcud olan əsas hökmlərdən söhbət olunurdu. Onların ardınca bu ayədə buyurulur ki, sonra Biz Musaya səmavi bir kitab verdik, Öz nemətimizi yaxşı əməl sahibləri, Bizim fərmanımıza, haqqa tabe olanlar üçün kamilləşdirdik. Belə ki, onda insanın maddi-mənəvi təkamülü üçün lazım olan və ehtiyac duyulan hər bir şeyi xatırlatmışdıq. Həmçinin Musaya nazil etdiyimiz kitab hidayət və rəhmət vasitəsi idi. Bu işlərin hamısı ona görə edilirdi ki, Qiyamət gününə – Allahla görüşəcəkləri günə iman gətirsinlər. Bununla da özlərinin fikir, danışıq və rəftarlarını paklasınlar.
    AYƏ 155-156:

    ﴿ وَهَـذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ فَاتَّبِعُوهُ وَاتَّقُواْ لَعَلَّكُمْ تُرْحَمُونَ. أَن تَقُولُواْ إِنَّمَا أُنزِلَ الْكِتَابُ عَلَى طَآئِفَتَيْنِ مِن قَبْلِنَا وَإِن كُنَّا عَن دِرَاسَتِهِمْ لَغَافِلِينَ ﴾
    TƏRCÜMƏ:

    155. «Bu, Bizim nazil etdiyimiz mübarək bir kitabdır. Buna görə də ona tabe olun və təqvalı olun, bəlkə rəhm olundunuz.»

    156. «Məbada "(Səmavi) kitab bizdən qabaq yalnız iki tayfaya (yəhudilərə və xristianlara) nazil olmuşdur və həqiqətən biz onları oxumaq və araşdırmaqdan xəbərsiz olmuşuq” deyəsiniz.»
    TƏFSİR:

    155. Bu ayədə Quran və Onun təlimatlarının nazil olmasına işarə edilir, əvvəlki ayədəki bəhs təkmilləşdirilərək buyurulur: Bu Bizim nazil etdiyimiz əzəmətli, mübarək bir kitabdır. O bütün xeyirlərin və yaxşılıqların mənşəyidir. Siz pəhrizkar və təqvalı olun, Onun göstərişləri ilə müxalifətçilik etməkdən çəkinin. Bəlkə Allahın rəhməti sizə şamil ola.

    156. Bu ayədə isə bütün bəhanələr və qaçış yolları müşriklərin üzünə bağlanır. Əvvəlcə buyurulur: Biz bu səmavi kitabı bu qədər imtiyazlarla birlikdə nazil etmişik ki, siz «Səmavi kitab yalnız bizdən əvvəlki iki tayfaya (yəhudilərə və məsihilərə) nazil olmuşdur, biz Onun barəsində mütaliə edib araşdırma aparmaqdan qafil idik. Biz ona görə Sənin fərmanların qarşısında itaətsizlik etdik ki, bu fərmanlar başqalarının əlində idi və biz Onu əldə edə bilmirdik» - deməyəsiniz.
    AYƏ 157:

    ﴿أَوْ تَقُولُواْ لَوْ أَنَّا أُنزِلَ عَلَيْنَا الْكِتَابُ لَكُنَّا أَهْدَى مِنْهُمْ فَقَدْ جَاءكُم بَيِّنَةٌ مِّن رَّبِّكُمْ وَهُدًى وَرَحْمَةٌ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَّبَ بِآيَاتِ اللّهِ وَصَدَفَ عَنْهَا سَنَجْزِي الَّذِينَ يَصْدِفُونَ عَنْ آيَاتِنَا سُوءَ الْعَذَابِ بِمَا كَانُواْ يَصْدِفُونَ﴾
    TƏRCÜMƏ:

    «Yaxud "əgər bizə (səmavi) kitab nazil olsaydı, şübhəsiz, onlardan da artıq hidayət tapmış olardıq” deyəsiniz. Beləliklə, həqiqətən sizin üçün Rəbbiniz tərəfindən dəlil-sübut və hidayət və rəhmət amili gəlmişdir. Buna görə də kim Allahın ayələrini təkzib edən, onlardan üz çevirən və başqalarını da ondan döndərəndən daha zalım ola bilər? Tezliklə Bizim ayələrimizdən üz döndərən və (həmçinin) başqalarına da mane olanları üz döndərmələrinin və (başqalarına) mane olmalarının cəzası olaraq ağır bir əzabla cəzalandıracağıq.»
    TƏFSİR:

    Bu ayədə həmin bəhanə daha geniş səviyyədə – onların əksəriyyətinin qürur və iddiaları ilə qarışmış olan bir şəkildə qeyd olunur. Belə ki, əgər Quran onlara nazil olmasaydı, iddia edərək deyə bilərdilər ki, biz Allahın əmr və fərmanlarına itaət etməyə bütün millətlərdən artıq hazırlıqlı idik. Bu ayədə buyurulur ki, Biz Quranı nazil etdik ki, onlar «əgər bizə asimani bir kitab nazil etsəydin, biz onların hamısından daha artıq qəbul edərək daha çox hidayət olunardıq» - deməsinlər.

    Quran bu kimi şəxslərin iddiasının cavabında buyurur: Allah bütün bəhanə yollarını sizin üzünüzə bağlamışdır. Çünki Pərvərdigarınız tərəfindən sizin üçün daha aydın dəlil və ayələr gəlmişdir. Özü də ilahi hidayət və rəhmətlə yanaşıdır. Bununla belə, Allahın ayələrini təkzib edən və onlardan üz çevirənlərdən də zalım bir kimsə varmı?

    Bununla göstərilir ki, onlar təkcə ilahi ayələrdən üz çevirmir, həm də ondan çox sürətlə uzaqlaşırdılar. Ayənin axırında bu kimi inadkar və düşüncəsiz insanların intizarını çəkən dərdli əzablardan söhbət açılır. Çünki onlar haqqı-həqiqəti tapmaq üçün azacıq belə, axtarış aparmadan onu inkar etmiş və ondan qaçmışlar. Hətta başqalarının da düz yola hidayət olunmasına maneçilik törətmişlər.

    Quran qısa bir cümlə ilə buyurur: Bizim ayələrimizdən üz döndərənləri tezliklə şiddətli cəzalara düçar edəcəyik. Çünki onlar təəssüb üzündən və heç bir dəlil olmadan ayələrimizdən üz çevirirdilər.
    AYƏ 158:

    ﴿هَلْ يَنظُرُونَ إِلاَّ أَن تَأْتِيهُمُ الْمَلآئِكَةُ أَوْ يَأْتِيَ رَبُّكَ أَوْ يَأْتِيَ بَعْضُ آيَاتِ رَبِّكَ يَوْمَ يَأْتِي بَعْضُ آيَاتِ رَبِّكَ لاَ يَنفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِن قَبْلُ أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا قُلِ انتَظِرُواْ إِنَّا مُنتَظِرُونَ﴾
    TƏRCÜMƏ:

    «Yoxsa onlara (əzab) mələklərin(in) gəlməsini, ya Rəbbinin (Onun rübubiyyətinin bütün nişanələrinin – Qiyəmətin) gəlməsini, ya Rəbbinin (ölümün əlamətlərindən ibarət) bəzi nişanələrinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi nişanələrinin gələcəyi gün, ondan əvvəl imanı olmayan və ya iman halında bir şey əldə etməmiş şəxsə iman gətirməsinin bir xeyri olmayacaqdır (o, birinci halda kafir, ikinci halda isə itaətsiz günahkar halda dünyadan köçəcəkdir). De: "(Əzabın gəlməsini) gözləyin ki, biz də gözləyirik.”»
    TƏFSİR:

    Keçən ayələrdə bu həqiqət bəyan olundu ki, Allah-təala höccətini bütün müşriklərə tamamlamış, səmavi kitab olan Quranı bütün insanların hidayəti üçün göndərmişdir. Bu ayədə isə buyurulur ki, bu insanlar o qədər inadkardırlar ki, bu qədər aydın dəlil və bəyanlar belə, onlara təsir qoymur, sanki özlərinin məhv olmasını, yaxud axırıncı fürsətlərin əldən çıxmasını, yaxud da qeyri-mümkün olan işlərin baş verməsini gözləyirlər.

    Əvvəldə buyurulur: Onlar ölüm mələyinin onların sorağına gəlməsi, yaxud Pərvərdigarlarının onların gözlərinə görünməsinə iman gətirməkdən başqa bir şeyin intizarını çəkirlərmi?

    Sonra buyurulur: Yaxud bunu gözləyirlərmi ki, Pərvərdigarın ayə və nişanələrindən bəziləri – dünyanın sonunda, Qiyamətin başlanğıcında olacaq işlər baş versin? Halbuki, bunun ardınca bütün tövbə qapıları onların üzünə bağlanacaqdır.

    Bunun ardınca buyurulur: Bu kimi ilahi ayə və nişanələrin baş verdiyi o gündə əvvəlcə iman gətirməyənlərin, yaxud yaxşı işlər görməyənlərin imanları qəbul olunmayacaq və artıq tövbə qapıları onların üzünə bağlanacaqdır. Çünki zərurət şəraitində və çıxılmaz vəziyyətdə olan iman və tövbənin heç bir dəyəri yoxdur.

    AYƏ nin axırında təhdidli bir nəhy ilə belə inadkarlara buyurulur: İndi ki, siz belə (qeyri-mümkün) şeyləri təvəqqe edirsiniz, öz intizarınızda qalın, biz də gözləyənlərdən olacağıq.

    Yuxarıdakı ayədən düşünülən incə mətləb budur ki, bu ayədə nicatın imanda olması qeyd olunur, özü də elə bir iman ki, onun sayəsində insan yaxşı əməllər görmüş olsun.
    AYƏ 159:

    ﴿ إِنَّ الَّذِينَ فَرَّقُواْ دِينَهُمْ وَكَانُواْ شِيَعًا لَّسْتَ مِنْهُمْ فِي شَيْءٍ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُواْ يَفْعَلُونَ ﴾
    TƏRCÜMƏ:

    «Şübhəsiz, sənin dinlərini parçalayan (onun əsas və qollarının bəzilərini qəbul, bəzilərini isə rədd edən, yaxud dinlərində müxtəlif məzhəblər yaradan) və dəstə-dəstə olan kəslərlə heç bir əlaqən (onların işlərinə görə heç bir məsuliyyətin və onların cəzasında heç bir iştirakın) yoxdur. Onların işi yalnız Allaha qalmışdır. O, sonra (axirət günü) onları gördükləri işdən xəbərdar edəcəkdir.»
    TƏFSİR:

    Əvvəlki ayələrdə bəyan olunan göstərişlərin ardınca (onların axırında da Allahın düzgün yoluna itaət etmək, hər növ nifaq və ixtilaf ilə mübarizə aparmaq göstərişi verilmişdi) bu ayə həqiqətdə həmin mətləbləri bir növ təfsir və təkid edir. Əvvəlcə buyurulur: Öz dinlərini pərakəndə vəziyyətə salan, müxtəlif dəstələrə bölünən insanlarla sənin heç bir əlaqən yoxdur, onların da sənin məktəb və ideologiyanla heç bir əlaqəsi yoxdur. Çünki sənin məktəbin tövhid və düzgün yoldur. O da birdən artıq deyildir.

    Sonra bu kimi təfriqə yaradan insanları təhdid etmək üçün buyurulur: Bunların işini Allaha həvalə et. Allah onları, öz əməllərinin nəticəsindən agah edəcəkdir.

    Qeyd olunmalıdır ki, bu ayə təfriqə salan insanların hamısı barəsində ümumi bir göstərişdən ibarətdir ki, bu da müxtəlif növ bidətlər qoymaq, Allah bəndələrini pərakəndə vəziyyətə salmaq, ixtilaf və nifaq toxumu səpməkdən ibarətdir, istər əvvəlki ümmətlərdə olsun, istərsə də bizim ümmətdə.

    Bu ayə bir daha göstərir ki, İslam dini vəhdət və yeganəlik dinidir. O hər növ nifaq, təfriqə və pərakəndəliyə qarşı zidd mövqe tutur və bu məsələyə tam təkidlə nəzər yetirir.
    AYƏ 160:

    ﴿ مَن جَاء بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا وَمَن جَاء بِالسَّيِّئَةِ فَلاَ يُجْزَى إِلاَّ مِثْلَهَا وَهُمْ لاَ يُظْلَمُونَ ﴾
    TƏRCÜMƏ:

    «Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır (əməlin özü üçün ilkin dəyər kimi Allah tərəfindən müəyyənləşdirilmiş mükafat ən azı on qat artıqdır. Onun daha artıq ola biləcək qiyməti isə hüdudsuzdur). Və kim pis bir iş görsə, yalnız onunla cəzalandırılacaqdır. Onlara zülm olunmayacaqdır (onların nə savabları azaldılacaq və nə də cəzaları artırılacaqdır).»
    TƏFSİR:

    Əvvəlki ayədə günahkarlar təhdid olunmuşdu, bu ayədə isə yaxşı işlər müqabilində verilən bir neçə qat əvəz və mükafat barəsində söhbət edilir və aşkar şəkildə buyurulur: Hər kəs itaət niyyəti ilə yaxşı bir iş görsə, Allah ona on qat savab, həmçinin günah işə mürtəkib olanlara da elə günahlarının müqabilində cəza verəcəkdir. Allah Özünün böyüklüyü, fəzl və kərəmi ilə mükafatı layiq olduğundan artıq miqdarda verir, günahı əfv edir, cəza da verəndə çox deyil, öz miqdarında cəzalandırır. Bəzi müfəssirlər inanırlar ki, «həsənə» (yaxşılıq) dedikdə tövhid, «səyyiə» (pislik) dedikdə isə şirk nəzərdə tutulur. Bu mənaya əsasən bütün yaxşılıqların əsası tövhid, bütün pisliklərin əsası isə şirkdir.

    Bu zaman bir kimsəyə azacıq belə, zülm rəva görülməz. Çünki heç kəs layiq olduğundan artıq miqdarda cəzalandırılmaz.[«Məcməul-bəyan», 9-cu cild, səh.33).] Deməli, Allah-təala bəndələrə mükafat verərkən Özünün fəzl və mərhəməti ilə əməl edir. Lakin cəza məqamında ədalət əsasında cəza verir. Bunu da qeyd edək ki, on mükafatdan yalnız bir hissəsi əql, qalan doqquz hissəsi isə fəzilətdir.[«Maidə» surəsi, ayə137.]

    Diqqət yetirilməlidir ki, bir yaxşı işə əlavə olaraq on qat savab verilməsi adi insanlar üçündür. Lakin bəzi şəraitlərdə, xüsusilə bəzi şəxslər üçün müəyyən əməllərə yeddi yüz qat və bəzən isə saysız-hesabsız miqdarda əvəz və mükafat verilir.
    AYƏ 161:

    ﴿ قُلْ إِنَّنِي هَدَانِي رَبِّي إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ دِينًا قِيَمًا مِّلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ ﴾
    TƏRCÜMƏ:

    «De: "Şübhəsiz, Rəbbim məni doğru yola - sabit (və bəşəriyyətin səadətini təmin edən) bir dinə və haqpərəst olan və əsla müşriklərdən olmamış İbrahimin ayininə hidayət edib.”»
    TƏFSİR:

    Bu və surənin axırına qədər olan bir neçə ayə həqiqətdə bu surə ilə bağlı nazil olan məsələlərin xülasəsidir ki, şirk və bütpərəstliklə əlaqədardır. Əvvəlcə müşriklərin və bütpərəstlərin məntiqdən uzaq olan əqidə və iddiaları müqabilində Allah-təala Öz Peyğəmbərinə (s) buyurur ki, onlara belə desin: Pərvərdigarım məni hidayətə ən yaxın olan düzgün yola yönəltmişdir. Bu düzgün yol da tövhid və yeganəpərəstlik yoludur, müşriklik və bütpərəstliyi məhv edəndir.

    Bu ayədə və bundan sonrakı iki ayədə sirati-müstəqim izah edilir. Əvvəlcə deyilir: Mənim dinim düzgündür, son dərəcə düzlükdədir, əbədi və həmişəlikdir, insanların mənəviyyatı, dünyası, cismi və canları ilə yanaşı olan bir dindir.

    Ərəblər Həzrəti İbrahimə (ə) xüsusi hörmət göstərib, hətta öz ayinlərini belə, İbrahimin (ə) ayini kimi təqdim etdiklərindən buyurulur ki, İbrahimin (ə) həqiqi dini sizin qondardığınız saxta din deyil, elə mənim sizi dəvət etdiyim dindir. Həmin İbrahim (ə) ki, öz dövründə mövcud olan xurafatçı mühitlərdən üz döndərərək haqqa, yəni yeganəpərəstlik dininə pənah gətirmişdi. Bu təbir sanki Peyğəmbəri-Əkrəmin (s) , müşriklərin ata-babalarının dini olan bütpərəstliklə mübarizəsini məzəmmət edənlərə cavab verir. Peyğəmbər (s) onların cavabında buyururdu: Xurafatçı əqidələri məzəmmət etmək və onlardan üz çevirməklə bu xurafatçı ayinlərin adət-ənənələrini pozmaq təkcə mənim işim deyil, hamımızın ehtiram qoyduğumuz İbrahim də belə iş görmüşdü.

    Sonra əlavə təkid üçün buyurulur ki, o heç vaxt müşriklərdən və bütpərəstlərdən olmamışdı. Əksinə o, büt sındıranların, büt və bütpərəstliklə mübarizə aparanların yeganə və misilsiz qəhrəmanı idi.
    AYƏ 162-163:

    ﴿ قُلْ إِنَّ صَلاَتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلّهِ رَبِّ الْعَالَمِينَ. لاَ شَرِيكَ لَهُ وَبِذَلِكَ أُمِرْتُ وَأَنَاْ أَوَّلُ الْمُسْلِمِينَ ﴾
    TƏRCÜMƏ:

    162. «De: "Həqiqətən mənim namazım, ibadət, Həcc və qurbanlığım, həyatım (bütün ömrüm) və ölümüm (ruhumun əbədi xüsusiyyətləri) aləmlərin Rəbbi olan Allaha məxsusdur (ibadətlərim Ona xatirdir və hər bir şey Onun həqiqi mülküdür).”»

    163. «Onun heç bir şəriki yoxdur. Mənə bu (etiraf və etiqad) əmr olunmuşdur və mən ilk müsəlmanam (insan və cinlərin içində ilk müsəlman şəxsəm).»
    TƏFSİR:

    162. Bu ayədə əvvəlcə Peyğəmbərə (s) buyurulur ki, belə desin: Mən təkcə əqidə cəhətindən tövhidçi və yeganəpərəst deyiləm. Əməl baxımından da yerinə yetirdiyim hər bir yaxşı iş – namaz, ibadət, hətta ölümüm və həyatım da aləmlərin Rəbbi olan Allah üçündür. Onun üçün yaşayır, Onun üçün ölürəm. Malik olduğum hər şeyi Onun yolunda fəda edirəm. Mənim bütün hədəfim, bütün eşqim və bütün varlığım Ona məxsusdur!

    163. Bu ayədə əlavə təkid olaraq, eləcə də hər növ şirk və bütpərəstliyin batil olduğunu isbat etmək üçün buyurulur: Elə bir Allah ki, heç bir şəriki və oxşarı yoxdur.

    Axırda buyurulur: Mənə bu məsələ əmr olunub və mən ilk müsəlmanlardanam.

    İslam Peyğəmbərinin (s) ilkin müsəlman olması ya onun İslami əqidələrinin keyfiyyət və kəmiyyət baxımındandır (çünki onun İslamçılıq və təslimçilik dərəcəsi bütün peyğəmbərlərdən yüksəkdə olmuşdur), yaxud da bu ümmətdən olan ilk şəxs mənasınadır ki, İslamı və Quranı qəbul etmişdir.
    AYƏ 164:

    ﴿قُلْ أَغَيْرَ اللّهِ أَبْغِي رَبًّا وَهُوَ رَبُّ كُلِّ شَيْءٍ وَلاَ تَكْسِبُ كُلُّ نَفْسٍ إِلاَّ عَلَيْهَا وَلاَ تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى ثُمَّ إِلَى رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ﴾
    TƏRCÜMƏ:

    «De: "Allah hər bir şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbb axtarım?! Heç kəs (xeyir ya şər əməli) özündən başqası üçün qazanmır və heç bir günah yükü çəkən başqasının günah yükünü götürmür. Sonra dönüşünüz Rəbbinizə tərəfdir. Beləliklə O, sizi barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir.”»
    TƏFSİR:

    Bu ayədə müşrikləri digər məntiqi bir yolla tənqid edərək buyurur: Ey Peyğəmbər, onlara de: "Yeganə Pərvərdigardan başqasını özümə Rəbb seçməyim rəvadırmı? Halbuki, O hər bir şeyin maliki, mürəbbisi və pərvərişverənidir. Onun hökm və fərmanları bütün aləm zərrələrində cərəyan edir.

    Sonra Peyğəmbəri-Əkrəmin (s) yanına gələrək «Sən bizim dinimizə tabe ol, əgər xəta olarsa, sənin günahların bizim boynumuza!» deyən dargörüşlü müşriklərə cavab olaraq buyurulur: Heç kəs özündən başqası üçün əməl etmir və heç bir günahkar başqasının günah yükünü daşımır. Nəhayət, sizin hamınız Allaha tərəf qayıdacaqsınız və O sizi ixtilafda olduğunuz məsələlərdən agah edəcəkdir.
    AYƏ 165:

    ﴿ وَهُوَ الَّذِي جَعَلَكُمْ خَلاَئِفَ الأَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِّيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ إِنَّ رَبَّكَ سَرِيعُ الْعِقَابِ وَإِنَّهُ لَغَفُورٌ رَّحِيمٌ ﴾
    TƏRCÜMƏ

    «Sizi, sizə verdiyi şey barəsində imtahan etmək üçün yer üzündə Öz canişinləri yaxud keçənlərin canişinləri edən və sizin bəzinizi digər bəzilərindən (maddi və mənəvi baxımdan) dərəcələrlə üstün edən Odur. Doğrudan da Rəbbin tez cəza verəndir və həqiqətən elə O, çox bağışlayan və mehribandır.»
    TƏFSİR:

    «Ənam» surəsinin son ayəsi olan bu ayədə insanın məqamının əhəmiyyətinə, onun varlıq aləmindəki mövqeyinə işarə edilir ki, tövhid dininin sütunlarının qüvvətləndirilməsi, şirk ilə mübarizə barəsində olan bəhslər təkmilləşdirilsin. Buna görə də ilk cümlədə buyurulur: O həmin kəsdir ki, sizi yer üzündə canişin (Özünün nümayəndəsi) qərar verdi.

    Allahın yer üzündəki nümayəndəsi olan, bu dünyanın bütün mənbələri ixtiyarına verilən, bu aləmin bütün varlıqlarına hakim kəsilmək barədə Allah tərəfindən hökm verilən belə bir insan özünü, cansız əşyalardan da alçaq bir səviyyəyə gətirib onun müqabilində səcdə etmir!

    Sonra insanlar arasında mövcud olan ruhi və fiziki istedad təfavütlərinə, həmçinin bu ixtilaf və təfavütlərdə nə kimi məqsəd güdüldüyünə işarə edilərək buyurulur: Sizlərdən bəzinizi digərlərindən üstün etdi ki, bu nemətlərin vasitəsi ilə sizi imtahan etsin.

    AYƏ nin axırında insanın xoşbəxtlik və ya bədbəxtlik yolunu seçməkdə tam ixtiyar sahibi olmasını göstərməklə yanaşı, bu imtahanların nəticəsinə belə işarə edilir: Sənin Pərvərdigarın bu imtahan və sınaqlardan üzüqara çıxanları sürətlə cəzalandırandır. Həmçinin, öz xəta və səhvlərindən tövbə edib onları islah etmək fikrində olanlara qarşı da mehriban və bağışlayandır.
    İNSANLAR ARASINDA FƏRQLƏR VƏ ƏDALƏT PRİNSİPİ

    Şübəhsiz, insanlar arasında bir sıra süni təfavütlər vardır ki, bu da bəzi insanların bəzilərinə qarşı rəva gördüyü zülm və haqsızlıqdan irəli gəlir. Məsələn, bəzilərinin sayı-hesabı bilinməyən mal-dövləti vardır. Bəziləri isə bir tikə çörəyə möhtacdır. Bəziləri yeməyə bir şey tapmır, cürbəcür xəstəliklərə yoluxur, müalicə üçün pul tapa bilmir, bəziləri isə hər növ maddi imkanları olduğu üçün rifahda, tam asayişdə yaşayırlar.

    Bu kimi təfavütlər: yoxsulluq və fəqirlik, elm və cəhalət, sağlamlıq və xəstəlik əksər hallarda müxtəlif növ köləlik və istismarçılıq siyasətlərindən, aşkar və gizlin zülmlərdən irəli gəlir.

    Şübhəsiz, bütün bunların səbəbini yaradılış dəsgahında axtarmaq tamamilə yanlış bir fikirdir. Eləcə də bu kimi ixtilafları dəlilsiz müdafiə etmək də əsassızdır.

    İnsanlar məcmu halında böyük və meyvəli bir ağacı təşkil edən yarpaqlara oxşayırlar. Belə ki, onların hər birinin özünəməxsus və öz quruluşlarına mütənasib olan vəzifəsi vardır. Məhz buna görə də Quran buyurur ki, bunlar sizin üçün imtahan vasitəsidir. Çünki ilahi proqramlar barəsində imtahan məhz tərbiyə etmək, pərvəriş vermək mənasınadır.
    İNSANIN YER ÜZÜNDƏKİ XİLAFƏTİ

    Qurani-kərim dəfələrlə insanı Allahın yer üzündəki xəlifəsi, nümayəndəsi kimi təqdim etmişdir. Bu təbir insanın məqam və mövqeyini aydınlaşdırmaqla yanaşı, bu həqiqəti də çatdırır ki, Allahın insana əta etdiyi bütün mal-dövlətlər, sərvətlər, istedadlar və s.-nin həqiqi maliki Allahdır. İnsan isə sadəcə olaraq Allah tərəfindən onlarada təsərrüf və istifadə etməyə icazəli olan bir nümayəndədir. Aydındır ki, hər bir nümayəndə özünün istifadələrində tam mənada azad deyildir. Əksinə, onun təsərrüfləri və istifadələri əsl sahibinin icazəsi çərçivəsində olmalıdır. Buradan da aydın olur ki, misal üçün, İslam malikiyyət məsələsində həm kommunizmdən, həm də kapitalizmdən uzaqdır.

    İslam buyurur ki, malikiyyət nə ayrı-ayrı fərdlər, nə də cəmiyyət üçündür. Əksinə, həqiqətdə Allaha məxsusdur və insanlar da Allahın vəkili və nümayəndəsi rolunu ifa edirlər. Məhz buna görə də İslam həm ayrı-ayrı fərdlərin qazancına, həm də onlardan necə istifadə olunmasına diqqət yetirir. Bunlardan hər biri üçün də müəyyən qeydlər-şərtlər qoymuşdur. Bu da İslam iqtisadiyyatını konkret bir məktəb olaraq digər məktəblərdən fərqləndirir.
    Category: Nurul-Quran (Ənam surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 862 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024