İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Maidə surəsinin təfsiri)

    Nurul-Quran (Maidə surəsinin təfsiri)

    AYƏ 40:

    ﴿ أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ يُعَذِّبُ مَن يَشَاء وَيَغْفِرُ لِمَن يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾
    TƏRCÜMƏ:

    «Məgər göylərin və yerin həqiqi səltənət və mülkiyyətinin Allaha məxsus olmasını bilmirsən?! (Çünki yaratmaq, qorumaq, işlərin nizama salınması və yox etmək, bunların hamısı Onun iradə və istəyinin təsiri altındadır.) İstədiyinə (ədalət və hikmətə uyğun olaraq) əzab verər və istədiyini (rəhmət əsasında) bağışlayar. Allah hər şeyə qadirdir.»
    TƏFSİR:

    Allahın bəndələrin tövbəsinə heç bir ehtiyacı yoxdur. Çünki bütün varlıq aləmi Ona məxsusdur. Günah əhli də bilməlidir ki, heç bir qaçış yolu yoxdur, yalnız Allaha tərəf qayıtmalıdır.
    AYƏ 41:

    ﴿يَا أَيُّهَا الرَّسُولُ لاَ يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ مِنَ الَّذِينَ قَالُواْ آمَنَّا بِأَفْوَاهِهِمْ وَلَمْ تُؤْمِن قُلُوبُهُمْ وَمِنَ الَّذِينَ هِادُواْ سَمَّاعُونَ لِلْكَذِبِ سَمَّاعُونَ لِقَوْمٍ آخَرِينَ لَمْ يَأْتُوكَ يُحَرِّفُونَ الْكَلِمَ مِن بَعْدِ مَوَاضِعِهِ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَـذَا فَخُذُوهُ وَإِن لَّمْ تُؤْتَوْهُ فَاحْذَرُواْ وَمَن يُرِدِ اللّهُ فِتْنَتَهُ فَلَن تَمْلِكَ لَهُ مِنَ اللّهِ شَيْئًا أُوْلَـئِكَ الَّذِينَ لَمْ يُرِدِ اللّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ﴾
    TƏRCÜMƏ:

    «Ey Peyğəmbər, küfrdə (ona meyl göstərməkdə və kömək etməkdə) tələsən kəslər – istər dilləri "iman gətirdik” deyib qəlbləri iman gətirməmiş kəslər (münafiqlər), istərsə də yəhudilər səni kədərləndirməsinlər. Onlar çox yalan eşidən və sənin yanına gəlməyən dəstənin (alimlərinin) əmrlərinə çox qulaq asan (tabe olan)lardır. (Onların alimləri) o kəslər(dir) ki, (Tövratın) kəlmələri (və hökmlərini) öz yerlərində qərar tutduqdan sonra təhrif edirlər (və avamlarına) «əgər bunu (bu hökmü) sizə versələr, götürün və əgər onu verməsələr (ondan başqasını versələr) çəkinin» deyirlər. Sən Allahın əzab(a düçar) və xar olmasını istədiyi kəsdən Allah(ın əzabın)dan əsla bir şeyi dəf edə bilməzsən. Onlar Allahın qəlblərini pak etmək istəmədiyi kəslərdir. Onlar üçün dünyada xarlıq, axirətdə isə böyük bir əzab olacaqdır.»
    TƏFSİR:

    Peyğəmbərlər günahkar bəndələrə ürək yandırırlar.

    Münafiqlər yəhudilərlə əl-ələ verərək bir hədəfi izləyirlər. Bu da başqalarını dindən azdırmaqdır. Kafirlər həmişə müsəlmanların arasına casus göndərirlər. Buna görə də dini təbliğatçılar bütün dinləyiciləri xoşniyyətli hesab etməməlidirlər.

    Bunu da qeyd edək ki, münafiqlər dünyada bədbəxtdirlər (çünki dini casusluq, təhrif, qazanc əldə etmək kimi məqsədlərlə istəyirlər), Qiyamətdə də onları böyük əzab gözləyir.

    Hər bir halda biz Allahın əmr və fərmanlarına qeydsiz-şərtsiz təslim olmalı, dini hökmləri öz istəklərimizə uyğunlaşdırmağa çalışmamalıyıq.
    AYƏ 42:

    ﴿سَمَّاعُونَ لِلْكَذِبِ أَكَّالُونَ لِلسُّحْتِ فَإِن جَآؤُوكَ فَاحْكُم بَيْنَهُم أَوْ أَعْرِضْ عَنْهُمْ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْئًا وَإِنْ حَكَمْتَ فَاحْكُم بَيْنَهُمْ بِالْقِسْطِ إِنَّ اللّهَ يُحِبُّ الْمُقْسِطِينَ﴾
    TƏRCÜMƏ:

    «Onlar yalana çox qulaq asaraq onu qəbul edən və haram yeyənlərdir (onlar öz alimlərindən yalan qəbul edirlər və alimləri camaatdan rüşvət alırlar). Buna görə də əgər sənin yanına gəlsələr, istəsən onların arasında hökm et, yaxud onlardan üz döndər. Əgər üz döndərsən, sənə əsla bir ziyan vura bilməzlər. Əgər hökm etsən, aralarında haqq-ədalətlə hökm et, çünki Allah ədalətliləri sevir.»
    TƏFSİR:

    Möhsinə zina edən yəhudilərdən bəziləri yəhudi dinində də mövcud olan daşqalaq cəzasından amanda qalmaq üçün[Tövratın «Təsniyə sifri»nin 22-ci fəslində zinanın hökmü bəyan olunur.] Peyğəmbərin (s) yanına gəldilər ki, o Həzrət (s) onların barəsində mühakimə yürütsün. Halbuki, İslamda da zinakarın daşqalaq olunması hökmündən qafil idilər. İslamda da hökmün məhz belə olduğunu gördükdə onu qəbul etməyə hazır olmadılar.

    Rəvayətlərə əsasən, «süht» müəyyən bir işi yerinə yetirmək üçün verilən hədiyyə və rüşvətə aid edilir, mənası da həlakət, yaxud həlakətə səbəb olan bir şeydir.
    AYƏ 43:

    ﴿ وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ التَّوْرَاةُ فِيهَا حُكْمُ اللّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِن بَعْدِ ذَلِكَ وَمَا أُوْلَـئِكَ بِالْمُؤْمِنِينَ ﴾
    TƏRCÜMƏ:

    «Allahın hökmü içərisində olan Tövrat onların yanlarında ola-ola səni necə hakim təyin edir, sonra onun (sənin çıxardığın hökmün) ardınca (çıxarılmış hökmün kitabları ilə üst-üstə düşməsinə baxmayaraq) üz döndərirlər?! Onların (öz kitablarına da) imanları yoxdur.»
    TƏFSİR:

    Bu ayə yəhudilərin, Peyğəmbərdən (s) onların arasında hakim olmaq istəyini bəyan edərək təəccüblə buyurur: Bunlar sənin onların arasında hakim olmağını necə istəyirlər, halbuki Tövrat onların yanındadır?! Allahın hökmü orada mövcuddur və ona imanları vardır.

    Bilmək lazımdır ki, yuxarıdakı hökm – möhsinə zina edən kişi və qadının daşqalaq edilməsi hazırkı Tövratın təsniyə sifrinin 22-ci fəslində də gəlmişdir.
    AYƏ 44:

    ﴿إِنَّا أَنزَلْنَا التَّوْرَاةَ فِيهَا هُدًى وَنُورٌ يَحْكُمُ بِهَا النَّبِيُّونَ الَّذِينَ أَسْلَمُواْ لِلَّذِينَ هَادُواْ وَالرَّبَّانِيُّونَ وَالأَحْبَارُ بِمَا اسْتُحْفِظُواْ مِن كِتَابِ اللّهِ وَكَانُواْ عَلَيْهِ شُهَدَاء فَلاَ تَخْشَوُاْ النَّاسَ وَاخْشَوْنِ وَلاَ تَشْتَرُواْ بِآيَاتِي ثَمَنًا قَلِيلاً وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ﴾
    TƏRCÜMƏ:

    «Həqiqətən Biz onda hidayət və nur olan Tövratı nazil etdik. (Musanın zamanından İsanın zamanına qədər Musanın dininə) təslim olan peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarırdılar. Həmçinin rəbbani (Allahpərəst) alimlər və (Tövratşünas) bilik sahibləri onlardan Allahın kitabının qorunması istənildiyi və onlar onun (qalması və toxunulmazlığına) şahid olduqları üçün (onun əsasında hökm çıxarırdılar). Odur ki, (ey yəhudi alimləri,) insanlardan qorxmayın, Məndən qorxun və Mənim ayələrim(i təhrif etmək) vasitəsilə az bir qazanc əldə etməyin! Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır kafirlər!»
    TƏFSİR:

    Tövrat və İncilin təhrif olunmasını etiraf etməklə yanaşı, səmavi kitabın əslini təqdirəlayiq bilməliyik. Tövratın Musaya (ə), İncilin İsaya (ə) nazil olmasına baxmayaraq, onlardan sonrakı bütün peyğəmbər və alimlərin tərəfindən qəbul olunurdu və onlar da məhz onun hökmləri əsasında əməl edirdilər. Peyğəmbərlər özlərindən heç bir hökm vermir, əksinə, Allahın hökmünə tabe idilər. Əgər peyğəmbərlər Allahın hökmünə təslimdirsə, onda biz nə üçün təslim olmamalıyıq? İslam bütün insanların dinidir. Bəni-İsrail peyğəmbərləri də yəhudiyyət və nəsraniyyətlə deyil, «əsləmu» cümləsi ilə vəsf edilmişlər.

    Ümumiyyətlə, hər ümmətin alimləri ilahi hökmlərin məhz onların arasında icra olunmasına cavabdehdir. Vilayəti-fəqih məsələsi bütün dinlərdə mövcud olmuşdur.

    İNCƏ MƏTLƏBLƏR

    «Rəbbani» kəlməsi «tərbiyə edən» mənasında olan bir kəlmədir (rəbban – ətşan vəznindədir). Bəzilərinin nəzərinə əsasən, rəbbani o kəsə deyilir ki, Rəbbul-aləminlə əlaqəsi olsun, Ondan başqası ilə aramlıq tapmasın, elm və əməli ilə ilahi bir insan olsun və digər insanların tərbiyəsini də öhdəsinə alsın.

    «Hibr» yaxşı əsər mənasınadır. Cəmiyyətdə olan alimlər yaxşı əsərin mənşəyi olduğundan onlara hibr və əhbar deyilir (əhbar – hibrin cəm formasıdır).[Həzrət Əlidən (ə) nəql olunur ki, «bu ümmətin rəbbanisi mənəm.» («Təfsiri Məraği»). İmam Sadiq (ə) buyurur: «Rəbbaniyyun Əhli-beyt imamlarıdır.» («Təfsiri Safi»)]
    AYƏ 45:

    ﴿وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنَ بِالْعَيْنِ وَالأَنفَ بِالأَنفِ وَالأُذُنَ بِالأُذُنِ وَالسِّنَّ بِالسِّنِّ وَالْجُرُوحَ قِصَاصٌ فَمَن تَصَدَّقَ بِهِ فَهُوَ كَفَّارَةٌ لَّهُ وَمَن لَّمْ يَحْكُم بِمَا أنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ﴾
    TƏRCÜMƏ:

    «Biz o kitabda onlar üçün (belə) qərara aldıq ki, canın müqabilində can, gözün müqabilində göz, burunun müqabilində burun, qulağın müqabilində qulaq və dişin müqabilində dişdir (və bunların hər birinin qisası alınır). Yaraların da qisası vardır. Kim qisas alınmasına boyun qoysa bu, (onun həmin günahı üçün) bir kəffarədir. Kim qisas almaqdan keçsə, bu, (onun günahları üçün) bir kəffarədir. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır zalımlar!»
    TƏFSİR:
    QİSAS VƏ GÜZƏŞT

    Bu ayə Tövratın ilahi cəza qanunları və cinayət hökmlərinin bir qismini şərh edərək buyurur: Biz Tövratda qisas qanununu belə qərara aldıq ki, əgər bir kəs qəsdən günahsız bir insanı qətlə yetirsə, öldürülən şəxsin vəliləri qatildən qisas alaraq (onun əməli müqabilində) edam edə bilərlər.

    Əgər bir kəs başqasının gözünə xəsarət yetirib onu kor etsə, o da həmin şəxsin (xəsarət vuranın) gözünü çıxarıb kor edə bilər. Həmçinin biri başqasının burnunu kəsərsə, onun burnunu kəsməsi, qulağını kəssə, qulaq kəsənin də qulağını kəsməsi caizdir. Əgər bir kəs başqasının dişini sındırsa, caninin dişini sındıra bilər. Ümumiyyətlə, hər kəs başqasına bir yara (xəsarət) vursa, onun müqabilində həmin şəxsdən qisas alına bilər.

    Buna əsasən, qisas hökmü ədalətli şəkildə, irqi, ictimai və sinfi təbəqə, tayfa və şəxsiyyət baxımından heç bir fərq qoyulmadan icra olunur. Lakin Allah-təalanın bu kimi hallarda qisas alaraq xəsarətin əvəzini çıxmağı vacib etməsi düşünülməsin deyə, bu hökmün ardınca buyurulur: Əgər bir kəs öz haqqından keçərək qisas almayıb güzəştə gedərsə, onun günahlarının kəffarəsi hesab olunar. O nə qədər güzəştə getsə, Allah da onun günahlarından güzəştə gedər.

    AYƏ nin axırında buyurulur: Hər kəs Allahın hökmü əsasında hökm etməzsə, zalımdır. Bundan da böyük zülm ola bilərmi ki, biz yalançı duyğulara, hissiyyata qapılaraq qatildən «qanı qanla yumaq olmaz» – deyə birdəfəlik göz yumaq?!
    AYƏ 46:

    ﴿وَقَفَّيْنَا عَلَى آثَارِهِم بِعَيسَى ابْنِ مَرْيَمَ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ وَآتَيْنَاهُ الإِنجِيلَ فِيهِ هُدًى وَنُورٌ وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ وَهُدًى وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ﴾
    TƏRCÜMƏ:

    «Onların (qabaqkı peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı göndərdik ki, o, özündən əvvəlki Tövratı təsdiqləyirdi. Və ona içində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən və pəhrizkarlar üçün hidayət və nəsihət olan İncil verdik.»
    TƏFSİR:

    Tövratla əlaqədar nazil edilən ayələrin ardınca bu ayədə İncilin vəziyyətinə işarə edilir və buyurulur: Əvvəlki peyğəmbərlərdən və ilahi rəhbərlərdən sonra Məsihi (ə) məbus elədik. Halbuki, o, Tövratın haqq olmasını təsdiq edirdi. Onun nişanələri Tövratda gələn nişanələrlə tamamilə uyğun idi.

    Sonra buyurulur: İncili onun ixtiyarında qoyduq, halbuki, onda hidayət və nur var idi. Bu iki kitaba «nur» deyildikdə əsl İncil və Tövrat nəzərdə tutulur.

    Bir daha təkid ünvanı ilə bu mətləbi çatdırır ki, təkcə İsa ibn Məryəm (ə) Tövratı təsdiq etmirdi, onun səmavi kitabı olan İncil də Tövratın düzlüyünə şahid idi. Ayənin axırında buyurulur: Bu səmavi kitab təqvalılar üçün mövizə, öyüd-nəsihət və hidayət mənbəyi idi.
    AYƏ 47:

    ﴿ وَلْيَحْكُمْ أَهْلُ الإِنجِيلِ بِمَا أَنزَلَ اللّهُ فِيهِ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْفَاسِقُونَ ﴾
    TƏRCÜMƏ:

    «Gərək İncil əhli Allahın onda nazil etdiyinin əsasında hökm etsin. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır fasiqlər!»
    TƏFSİR:
    ALLAHIN QANUNU ƏSASINDA HÖKM ETMƏYƏNLƏR

    Keçən ayələrdə İncilin nazil olmasına işarə edildikdən sonra bu ayədə buyurulur: Biz İncil əhlinə göstəriş verdik ki, Allahın onda nazil etdiyi əsasda hökm etsinlər. Yəni Biz İncili İsaya (ə) nazil etdikdən sonra onun ardıcıllarına göstəriş verdik ki, ona əməl edib onun əsasında mühakimə yürütsünlər.

    AYƏ nin axırında bir daha təkid olaraq buyurulur: Allahın hökmü əsasında mühakimə yürütməyənlər fasiqdirlər.
    AYƏ 48:

    ﴿وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ فَاحْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللّهُ وَلاَ تَتَّبِعْ أَهْوَاءهُمْ عَمَّا جَاءكَ مِنَ الْحَقِّ لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا وَلَوْ شَاء اللّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَـكِن لِّيَبْلُوَكُمْ فِي مَآ آتَاكُم فَاسْتَبِقُوا الخَيْرَاتِ إِلَى الله مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ﴾
    TƏRCÜMƏ:

    «Biz bu kitabı sənə haqq və doğru olaraq özündən əvvəlki (səmavi) kitabları təsdiq edən və onlara hakim, nəzarətçi, qoruyan və şahid kimi nazil etdik. Buna görə də onların arasında Allahın (sənə) nazil etdiyinin əsasında hökm et və heç vaxt sənə gəlmiş haqdan dönərək onların (nəfsi) istəklərinə tabe olma. Siz (ümmətlər)in hər biriniz üçün aydın bir şəriət və yol qoyduq. Əgər Allah (Öz qəti iradəsi ilə) istəsəydi, şübhəsiz, sizin hamınızı (bütün ümmətləri) bir ümmət edərdi (tarix boyu bütün bəşəriyyətə eyni durğun zehni istedad verər və hamını bir şəriətə möhtac edərdi). Lakin sizi, sizə verdiyi şeylə imtahan etmək istədi (buna görə də insanlara kamilləşməsi mümkün olan müxtəlif istedadlar verdi və onun təkamülünə uyğun olaraq şəriətlər nazil etdi). Buna görə də xeyir işlərə doğru bir-birinizi qabaqlayın. Hamınızın qayıdışı Allaha tərəfdir. O sizi, barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir.»
    TƏFSİR:

    Əvvəlki peyğəmbərlərin səmavi kitabı zikr edildikdən sonra bu ayədə Quranın mövqeyinə işarə edilir. Əvvəlcə buyurulur: Biz bu səmavi kitabı haqq olaraq sənə nazil etdik. O əvvəlki kitabları təsdiq edir və onun nişanələri əvvəlki kitablarda gələnlərlə tam müvafiqdir və Quran onların keşikçisi, qoruqçusudur.

    Ümumiyyətlə, bütün səmavi kitablar əsl məsələlərdə bir-birləri ilə uyğundur və onlar vahid bir hədəfi, yəni insanın təkamül və tərbiyəsi məsələsini izləyirlər. Sonra göstəriş verilir ki, buna görə də onların arasında sənə nazil olan hökm əsasında mühakimə yürüt. Daha sonra əlavə edilir: İlahi hökmləri öz istəklərinə uyğunlaşdırmaq istəyənlərin nəfs istəklərinə tabe olma, sənə haqq olaraq nazil olanlardan üz çevirmə. Bu bəhsin təkmilləşdirilməsi üçün buyurulur: Sizlərdən hər biri üçün aydın yol, şəriət və ayin qərar verdik. Sonra buyurulur: Allah insanların hamısını vahid bir ümmət qərar verib, hamını bir dinin ardıcılı edə bilərdi. Lakin O sizə əta etdiyi şeylərlə sizi imtahana çəkmək, nəticədə müxtəlif qabiliyyət və istedadlarınızı çiçəkləndirmək istəyir.

    Nəhayət, bütün millət və qövmlərə xitab edərək buyurur ki, öz qüvvələrinizi ixtilaflara sərf etmək əvəzinə, yaxşı işlərdə yarışıb bir-birinizdən qabağa keçin. Çünki, hamınızın qayıdacaq yeri Allaha tərəfdir, O sizi Qiyamət günü ixtilaflı olduğunuz məsələlərdən agah edəcəkdir.

    İNCƏ MƏTLƏBLƏR

    ﴿وَأَنِ احْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ اللّهُ وَلاَ تَتَّبِعْ أَهْوَاءهُمْ وَاحْذَرْهُمْ أَن يَفْتِنُوكَ عَن بَعْضِ مَا أَنزَلَ اللّهُ إِلَيْكَ فَإِن تَوَلَّوْاْ فَاعْلَمْ أَنَّمَا يُرِيدُ اللّهُ أَن يُصِيبَهُم بِبَعْضِ ذُنُوبِهِمْ وَإِنَّ كَثِيرًا مِّنَ النَّاسِ لَفَاسِقُونَ﴾

    TƏRCÜMƏ:

    «(Sənə vəhy etdik ki,) onların arasında Allahın nazil etdiyinin əsasında hökm et, onların nəfsi istəklərinə tabe olma və onlardan çəkin ki, məbadə səni Allahın sənə nazil etdiyinin bəzisindən döndərələr. Beləliklə əgər onlar (sənin hökm etməyindən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarının cəzası olaraq müsibətə düçar etmək istəyib. Əlbəttə insanların çoxu fasiq və Allahın itaətindən çıxandırlar.»
    AYƏNİN NAZİLOLMA SƏBƏBİ

    İbn Abbasdan rəvayət olunur: Yəhudi böyüklərindən bir neçəsi hiylə qurub dedilər: " Məhəmmədin (s) yanına gedək, bəlkə onu öz dinindən döndərə bildik.” Sonra Peyğəmbərin (s) yanına gəlib dedilər: "Biz yəhudilərin əyan-əşrafı və alimləriyik. Əgər biz sənə tabe olsaq, digər yəhudilər də bizə baxıb sənə tabe olacaqlar. Lakin bizimlə bir dəstə adamın arasında (bir qətl hadisəsi, yaxud başqa şeylə əlaqədar) münaqişə vardır. Əgər bu münaqişədə bizim xeyrimizə mühakimə yürütsən, sənə iman gətirəcəyik.” Peyğəmbər (s) ədalətli olmayan belə bir mühakimədən imtina etdi və sonra bu ayə nazil oldu.
    TƏFSİR:

    Allah-təala Öz Peyğəmbərinə (s) bir daha təkidlə buyurur ki, kitab əhli arasında Allahın hökmü əsasında mühakimə yürütsün və onların istəklərinə təslim olmasın. Sonra Peyğəmbərə (s) xəbərdarlıq edərək buyurur ki, onlar Allahın nazil etdiyi hökmlərin bəzisində onu yoldan çıxartmaq barədə məkrli hiylə qurmuşlar. Onların barəsində ehtiyatlı olsun. Əgər kitab əhli onun ədalətli mühakiməsi müqabilində təslim olmasalar, bilsin ki, günahları onların amanlarını kəsmiş, tovfiqi onlardan almışdır. Allah da günahlarının bəzilərinə görə onları cəzalandırmaq istəyir.

    AYƏ nin axırında buyurulur: Onların batil yolda bu qədər israr etmələrindən əsla nigaran olma. Çünki camaatın çoxu fasiqdir
    Category: Nurul-Quran (Maidə surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 846 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024