İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Maidə surəsinin təfsiri)

    Nurul-Quran (Maidə surəsinin təfsiri)

    AYƏ 60:

    ﴿قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَلِكَ مَثُوبَةً عِندَ اللّهِ مَن لَّعَنَهُ اللّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ الْقِرَدَةَ وَالْخَنَازِيرَ وَعَبَدَ الطَّاغُوتَ أُوْلَـئِكَ شَرٌّ مَّكَاناً وَأَضَلُّ عَن سَوَاء السَّبِيلِ﴾
    TƏRCÜMƏ:

    «De: "Sizə Allah yanında cəzaları (sizin irad tutduğunuz bu möminlərinkindən) daha pis olan kəslərdən xəbər verimmi? Onlar (sizin keçənlərinizdən) Allahın lənət etdiyi, qəzəbləndiyi,bəzisini meymunlar və donuzlar surətinə saldığı və Tağuta pərəstiş etmiş kəslərdir. Onlardır yerləri daha pis olan və düz yoldan daha çox azanlar!”»
    TƏFSİR:

    Bu ayədə kitab əhlinin vəziyyəti - onların yaramaz əməlləri, təhrif olunmuş əqidələri və onların məruz qalacaqları cəzalar, həqiqi möminlər və müsəlmanların vəziyyəti ilə müqayisə olunur ki, bu iki dəstədən hansı birinin məzəmmət və tənqidə layiq olduğu məlum olsun. Bu da təəssübkeş və inadkar şəxslərin öz işlərinə diqqət yetirilməsi üçün istifadə edilən bir yoldur. Bu müqayisədə belə deyilir: Ey Peyğəmbər! Onlara de, möminlərin yeganə Allaha və səmavi kitablara iman gətirmək işi məzəmmətə layiqdir, yoxsa əməllərinin mükafatı Allah dərgahında hər şeydən pis olanların yaramaz əməlləri?![«Tərcümeyi Nur», 3-cü cild, səh. 124, «Təfsiri nümunə»nin xülasəsi, 1-ci cild, səh. 530]

    Daha sonra bu mətləbi bir qədər ətraflı şəkildə bəyan edərək buyurur: Öz yaramaz əməllərinin nəticəsində Allahın lənətinə gələn, Onun qəzəbinə düçar olan, nəticədə meymun və donuz surətinə salınan, həmçinin tağuta və bütə pərəstiş edənlərin dünyadakı yerləri, eləcə də Qiyamətdəki məqamları ən pis məqam olacaqdır və onlar düz yoldan ən çox azanlardır.
    AYƏ 61:

    ﴿ وَإِذَا جَآؤُوكُمْ قَالُوَاْ آمَنَّا وَقَد دَّخَلُواْ بِالْكُفْرِ وَهُمْ قَدْ خَرَجُواْ بِهِ وَاللّهُ أَعْلَمُ بِمَا كَانُواْ يَكْتُمُونَ ﴾
    TƏRCÜMƏ:

    «Onlar sizin yanınıza gələndə "iman gətirdik” deyərlər, halbuki, şübhəsiz (sizin hüzurunuza) küfr əqidəsi ilə gəlib və (elə) həmin əqidə ilə də xaric olublar! Allah onların həmişə gizlətdiklərini daha yaxşı bilir.»
    TƏFSİR:

    Bu ayədə kitab əhlindən olan münafiqlər barədə bəhs təkmilləşdirilir, onların cəmiyyətdəki riyakarlıqları və batini ikiüzlülükləri ifşa edilir və müsəlmanlara belə bildirilir: Onlar sizin yanınıza gəldiyi zaman «iman gətirmişik» – deyirlər, halbuki, qəlbləri küfrlə dolu olan halda sizin yanınıza gəlir, həmin halda da sizin yanınızdan çıxıb gedirlər. Sizin məntiqli sözləriniz, kəsərli dəlil və sübutlarınız onların qəlblərinə azacıq belə təsir etmir.

    AYƏ nin axırında onlara xəbərdarlıq edilir və buyurulur: Onlar öz işlərini nə qədər gizlətsələr, ört-basdır etsələr də, Allah onların gizlətdikləri şeylərdən xəbərdardır.
    AYƏ 62:

    ﴿ وَتَرَى كَثِيرًا مِّنْهُمْ يُسَارِعُونَ فِي الإِثْمِ وَالْعُدْوَانِ وَأَكْلِهِمُ السُّحْتَ لَبِئْسَ مَا كَانُواْ يَعْمَلُونَ ﴾
    TƏRCÜMƏ:

    «Onların çoxunun günah etmək, (başqalarının hüququna) təcavüzkarlıq və haram yeməkdə tələsdiklərini görürsən. Onların həmişə etdikləri çox pisdir!»
    TƏFSİR:

    Keçən ayədə onların küfrlə dolu ruhiyyələrindən söhbət getdiyi halda, burada onların əxlaqi, ictimai və iqtisadi fəsadları, eybəcərlikləri bəyan edilir, münafiqlik və ikiüzlülük kimi sifətlərinin digər nişanələri xatırladılır. O cümlədən buyurulur ki, onların çoxu sanki iftixarlı bir hədəfə doğru irəliləyirmişlər kimi, günah, zülm və haram mal yemək yolunda bir-birini qabaqlayır və həya etmədən bir-birindən qabağa keçməyə can atırlar.

    Buna əsasən, küfr və nifaq əsasında qurulan bir cəmiyyətin siması fəsad işlərdə yarışmaq, iman və düzlük əsasında qurulan İslami cəmiyyətin siması isə xeyir işlərdə bir-birindən qabağa keçməkdir.

    Həmçinin, münafiqlərin əsl hədəfləri şəhvət, sərvət, qüdrət, sələmçilik, rüşvətxorluq, düşmənçilik və günah icad etmək və bundan da pisi, aşkarda günah edərək mənəvi aludəlik bataqlığında qərq olmaqdır.

    AYƏ nin axırında onların əməllərinin nə qədər çirkin olmasını təkid etmək üçün buyurulur: Onların gördükləri işlər necə də çirkindir və onlar bu işləri davam etdirirlər.[«Tərcümeyi-nur», 3-cü cild, səh. 127, «Təfsiri nümunə»nin xülasəsi, 1-ci cild, səh. 531-532]
    AYƏ 63:

    ﴿ لَوْلاَ يَنْهَاهُمُ الرَّبَّانِيُّونَ وَالأَحْبَارُ عَن قَوْلِهِمُ الإِثْمَ وَأَكْلِهِمُ السُّحْتَ لَبِئْسَ مَا كَانُواْ يَصْنَعُونَ ﴾
    TƏRCÜMƏ:

    «Nə üçün (yəhudi və xaçpərəstlərin) ilahi alimlər(i) və dini bilik sahibləri onları günah danışıqdan və haram yeməkdən çəkindirmirlər?! Onların həmişə etdikləri çox pisdir!»
    TƏFSİR:

    Yəni alimlər fasid bir cəmiyyətin eybəcərliklərini islah etmək üçün ilk növbədə onların yanlış, xurafatçı əqidə və fikirlərini dəyişdirməlidirlər. Bu ayə alimlərə fasid bir düşüncə və təfəkküründəki inqilabdan başlanılmalı olan islahat yolunu göstərir.

    AYƏ nin axırında Quran əsl günahkarları məzəmmət etdiyi kimi, əmr be məruf və nəhy əz münkər işini tərk edərək cəmiyyətdəki yaramaz halları müşahidə edən, onun müqabilində sükut edən alimləri də məzəmmət edərək buyurur: Onların gördükləri işlər necə də pis idi!

    Beləliklə, əmr be məruf və nəhy əz münkər kimi böyük bir ilahi vəzifəni tərk edənlərin talelərinin (xüsusilə, alim olduqları surətdə) məhz həmin günahkarların taleyi ilə eyni olduğu və həqiqətdə onlarla bu günah işdə şərik sayıldıqları aydın olur. Məşhur müfəssir İbn Abbasdan nəql olunmuşdur ki, bu ayə öz vəzifələrinə aid olan bir iş qarşısında sükut edən alimləri məzəmmət edən ən şiddətli ayədir.

    Aydındır ki, həmin hökm bu işlərin qarşısında sakit qalan yəhudi və məsihi alimlərinə məxsus deyil; camaatın günaha aludə olduğu, sürətlə zülm və fəsada tərəf irəliləyib bu işlərə qurşandığı zaman, sükut edib onlara əmr be məruf etməyən bütün alim rəhbərlərə şamil olur. Çünki bütün insanlar üçün Allahın hökmü eyni səviyyədədir.

    Əmirəl-möminin Əli (ə) bir hədisdə («Qasiə» xütbəsində) buyurur: «Keçmiş qövmlərin məhv olmalarının səbəbi bu idi ki, onlar günahlara mürtəkib olurdular, alimləri də sükut edərək onları bu işdən çəkindirmirdi. Bu zaman ilahi bəla və cəzalar onlara nazil oldu. Siz, ey insanlar! Əmr be məruf və nəhy əz münkər işini yerinə yetirin ki, onların düçar olduqları aqibətə düçar olmayasınız.»
    AYƏ 64:

    ﴿وَقَالَتِ الْيَهُودُ يَدُ اللّهِ مَغْلُولَةٌ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُواْ بِمَا قَالُواْ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنفِقُ كَيْفَ يَشَاء وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا وَأَلْقَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء إِلَى يَوْمِ الْقِيَامَةِ كُلَّمَا أَوْقَدُواْ نَارًا لِّلْحَرْبِ أَطْفَأَهَا اللّهُ وَيَسْعَوْنَ فِي الأَرْضِ فَسَادًا وَاللّهُ لاَ يُحِبُّ الْمُفْسِدِينَ﴾
    TƏRCÜMƏ:

    «Yəhudilər dedilər: "Allahın əli bağlıdır (həm şəriət mərhələsində və həm də insanlara əta və bəxşiş etməkdə! Və elə buna görə də dinin istər Tövratda, istərsə də başqasında olan hökmləri nəsx oluna bilməz. Həmçinin əta və bəxşişdə də ona görə ki, möminlərin hamısı yoxsuldurlar və Allah insanlardan borc istəyir).” Öz əlləri bağlansın və dedikləri sözün cəzası olaraq Allahın rəhmətindən uzaq düşsünlər! Əksinə, Onun hər iki (qüdrət) əli daim açıqdır və Onun kamil qüdrəti həmişə qalmaqdadır (hökm və şəriətləri nəsx edir, dost və düşmənlərə dünyada və axirətdə) istədiyi kimi əta və bəxşiş edir. Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların bir çoxunun azğınlıq və küfrünü artıracaqdır. Biz onların (yəhudilər, xristianlar və onların firqələri) arasında Qiyamət gününə qədər düşmənçilik və kin salmışıq. Nə vaxt (müsəlmanlarla) bir müharibə alovu yandırıblarsa, Allah onu söndürüb. Onlar yer üzündə fəsad yolunu gedirlər. Allah fəsad törədənləri sevmir.»
    TƏFSİR:

    Tarix sübut edir ki, yəhudilər müəyyən bir dövrdə son dərəcə qüdrətdə yaşayır, həmin dövrün abad dünyasının mühüm bir nahiyəsinə hökmranlıq edirdilər. Buna nümunə olaraq Süleyman (ə) və Davudun (ə) dövranını göstərmək olar. Sonrakı əsrlərdə də onların qüdrəti müəyyən qədər davam etdi. Lakin İslamın zahir olması ilə onların qüdrət günəşləri, xüsusilə, Hicaz məntəqəsində qürub etdi. Peyğəmbəri-Əkrəmin (s) yəhudi qövmləri ilə, o cümlədən, Bəni-Qüreyzə, Bəni-Nəzir və Xeybər yəhudiləri ilə apardığı mübarizələr onların həddindən artıq zəifləmələrinə səbəb oldu. Bu zaman onlar özlərinin əvvəlki qüdrət və mövqelərini nəzərə alaraq istehza üzündən deyirdilər: «Allahın əli bağlanıb, bizə heç nə əta etmir!» Başqaları da onlarla razılaşdıqlarına görə Quran bu sözləri onların hamısına aid edərək buyurur: Yəhudilər dedilər: "Allahın əlləri zəncirə çəkilib.”

    Allah onların cavabında bu yersiz əqidəni məzəmmət edərək buyurur: Onların öz əlləri zəncirə bağlansın! Bu yaramaz sözə görə Allahın rəhmətindən uzaq olsunlar! Sonra bu yersiz əqidənin batil olmasını göstərmək üçün buyurur: «Allahın hər iki (qüdrət) əli açıqdır. İstədiyi hər kəsə istədiyi kimi bağışlayar. Onun işində nə bir məcburiyyət var, nə də tarixin məcburi təbii amillərinə məhkum olunur. Onun iradəsi hər şeyin fövqündə dayanır və hər şeydə nüfuzludur.

    Sonra buyurulur: Hətta onların yanlış əqidə və sözlərini ifşa edən bu ayələr onlarda müsbət təsir qoysa və azğın yoldan qayıtsalar belə, onların çoxu inadkarlıq yolunu tutar, bu ayələr onların küfr və inadkarlıqlarını daha da artırar.

    Onların küfr və tüğyançılıq yolunda bu qədər israr və inadkarlıq etmələri, yersiz əqidələri və sözləri müqabilində Allah-təala onlar üçün ağır cəzalar qərar vermişdir: Biz Qiyamət gününə qədər onların arasına düşmənçilik və ədavət saldıq.

    AYƏ nin sonunda yəhudilərin müsəlmanlar arasında müharibə odu şölələndirmək üçün göstərdikləri səylərə, bunun müqabilində də Allah-təalanın müsəlmanların fitnədən qurtuluşları üçün göstərdiyi mərhəmətə işarə edərək buyurur: Onlar hər zaman müharibə odu şölələndirsələr, Allah onu söndürər və sizi ondan hifz edər. Bu da həqiqətdə Peyğəmbəri-Əkrəmin (s) həyatının möcüzəli hadisələrindən biridir.

    Quran əlavə edib buyurur: Onlar yer üzündə fitnə-fəsad toxumu səpmək üçün səy edir və bu işdə davamlılıq göstərirlər, halbuki Allah-təala fəsad əhlini sevmir.
    AYƏ 65:

    ﴿ وَلَوْ أَنَّ أَهْلَ الْكِتَابِ آمَنُواْ وَاتَّقَوْاْ لَكَفَّرْنَا عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلأدْخَلْنَاهُمْ جَنَّاتِ النَّعِيمِ ﴾
    TƏRCÜMƏ:

    «Əgər kitab əhli (İslama) iman gətirsəydi və təqvalı olsaydılar, şübhəsiz, onların günahlarını təmizləyər və onları neməti bol olan Cənnətlərə daxil edərdik.»
    TƏFSİR:

    Kitab əhlinin tutduğu azğın yol və məkrli tədbirlərin tənqid olunması ardınca bu və bundan sonrakı ayədə Quran tərbiyə üslublarının tələbinə görə kitab əhlindən olan yolunu azanları düz yola qaytarmaq, onların yaramaz işlərindən razı olmayan azsaylı bir dəstənin əməyini və əməllərini dəyərləndirmək üçün əvvəlcə buyurur: Əgər kitab əhli iman gətirib təqvalı olsa, onların keçmiş günahlarını örtər və onlara güzəştə gedərik. Təkcə onların günahlarını bağışlamarıq, üstəlik, müxtəlif nemətlərin mövcud olduğu behişt bağlarına daxil edərik.

    Bu söz mənəvi və axirət nemətləri ilə əlaqədardır.
    AYƏ 66:

    ﴿وَلَوْ أَنَّهُمْ أَقَامُواْ التَّوْرَاةَ وَالإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيهِم مِّن رَّبِّهِمْ لأكَلُواْ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم مِّنْهُمْ أُمَّةٌ مُّقْتَصِدَةٌ وَكَثِيرٌ مِّنْهُمْ سَاء مَا يَعْمَلُونَ﴾
    TƏRCÜMƏ:

    «Əgər onlar (əsl) Tövrata və İncilə və onlara nazil olana əməl etsəydilər, şübhəsiz (həm) başlarının üstündən və (həm də) ayaqlarının altından ruzi yeyərdilər (göyün və yerin bərəkətlərindən faydalanardılar).»
    TƏFSİR:

    Əgər sair səmavi kitab ardıcılları Quranın qarşısında təslim olsaydılar və bu cür təslimçiliyi Bəni-İsrailin ərəblər qarşısında təslim olmaları hesab etməsəydilər, həmçinin peyğəmbərlərin təlimlərinin əsaslarının eyni olduğunu bilsəydilər, Tövrat və İncildən sonra nazil olanları əvvəlki göstərişlərin batil olması deyil, sadəcə olaraq daha yüksək səviyyəli bir mərhələyə daxil olmaq kimi qiymətləndirsəydilər, bu halda, Qiyamətdə axirət nemətlərindən bəhrələnməkdən əlavə, elə bu dünyada da onlara müxtəlif nemətlər nazil olardı.

    Əvvəlki ayədə ruhi-mənəvi və axirət səadətində imanın rolu irəli çəkilirdi. Burada isə onun dünyəvi səadət və iqtisadi cəhətdən firavanlıqla əlaqədar rolu bəyan edilir.

    Əvvəlki ayədə yəhudilərin «Allahın əlinin bağlı olması» ilə əlaqədar batil əqidələrindən söhbət gedirdi. Burada isə göstərilir: «Siz səmavi kitablara iman gətirdiyiniz halda mühakimə yürüdün və Allahın əlinin bağlı olub-olmadığını görün. Əgər sizin əzəmətiniz zillətə və xarlığa çevrilirsə, bu, Allahın (nəuzu billah) paxıllığına görə yox, sizin səmavi göstərişlərə etinasızlıq etdiyinizə görə verilən cəzadır.»

    Category: Nurul-Quran (Maidə surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 807 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024