İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)

    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)
    Nurul-Quran
    «FATİHƏ VƏ BƏQƏRƏ 82-ci ayəyə qədər» SURƏLƏRİ
    بسم الله الرحمن الرحيم
    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
    ÖN SÖZ
    "Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İsla-ma) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!"
    "İsra” surəsi, 9-cu ayə
    "Qiyamət günü hər ümmətə özlərindən bir şahid (hər ümmə-tin öz peyğəmbərini) tutacağıq. (Ya Məhəmməd!) Səni də bunlara (öz ümmətinə) şahid gətirəcəyik. Biz Quranı sənə (hidayət üçün lazım olan) hər bir şeyi izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hida-yət, mərhəmət və müjdə olaraq nazil etdik!”
    "Nəhl” surəsi, 89-cu ayə
    "Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: "Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü-Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra da tövbə edib düzəlsə, (Allah onun günahından keçər.) Şübhəsiz ki, Allah ba-ğışlayan və rəhm edəndir!”
    "Ənam” surəsi, 54-cü ayə
    Yaşadığımız elm və texnologiya əsrində çox yüksək nai-liyyətlərin əldə olunması, hətta yaxın keçmişdə yaşamış insanların təsəvvür belə etməsi mümkün olmayan tərəqqinin hasil edilməsi hamıya aydındır. Artıq insan övladı kosmos texnologiyasına yiyələnmiş, ulduz və kəhkəşanların elmi tədqiqinə başlamış və bir çox göy cisimlərinə kosmik sə-fərlər etmişdir. Sənaye, kənd təsərrüfatı, məişət və ümu-miyyətlə həyatın bütün maddi və fiziki sahələrini texnika-laşdırmaqla insanın həyat səviyyəsini yüngülləşdirmiş, minlərlə insanın görə bilmədiyi işi kiçik cihazların vasitəsi ilə həyata keçirməyə nail olmuşdur.
    Amma bütün bunlarla yanaşı, mənəvi sahələrdə və in-sani yönlərdə sanki irəliləyişin olmaması, durğunluq və ya tənəzzülün mövcudluğu nəzərə çarpır. Dünya xalqlarının ümumi yaşayış və həyat tərzinə nəzər saldıqda çox dəhşətli və faciəli səhnələrlə rastlaşırıq. Kimlərsə həddini aş-mış var-dövlətini saymaqda acizdirlərsə, bəziləri bir tikə çörək pulu tapmaqda, gözünün qabağında gül kimi sara-lıb-solan övladlarını dolandırmaqda acizdir. Bəziləri ibtidai həyat şəraiti uğrunda, öz varlığını, namus-qeyrə-tini qorumaq yolunda dişiylə-dırnağıyla çalışır, çarpı-şır, sürünür... Kimlərsə dünya ağalığına çatmaq üçün müha-ribələr törədir, şəhərləri viran qoyur, minlərlə günahsız insanı bir andaca od-alov içində yandırır, qadınlara, qoca-lara, körpələrə rəhm etmir. Xülasə desək, bəşəriyyət istis-marçıların, nəyin bahasına olursa-olsun varlanmaq istəyən hegemonların ayaqları altında inləyir, can verir...
    Mənəvi böhranlar insaniyyəti boğur, kimsəyə rahatlıq vermir, bu anda elm və texnologiya insanların köməyinə gəl-mir, əksinə onun nümunələrindən olan kütləvi qırğın si-lahları bu zülmlərin şiddətlənməsinə kömək edir. Əlbət-tə, bu sözlərlə biz elm və texnikanın ziddinə çıxmaq, ehkam-çılar kimi mürtəce fikirlərə qapılmaq istəmirik. Əksi-nə, müsəlmanlar çalışmalıdırlar ki, elmi-texnoloji sahələrdə beynəlxaq inteqrasiyaya qovuşsunlar və hətta onla-rı da ötüb keçsinlər. Məqsəd budur ki, normal insan həyatı, sağlam ictimai mühit və ədalətli cəmiyyət yaratmaqda elm və texnikanın aciz qaldığını görürük. Bəşəriyyətin mübtəla olub girdabında qərq olduğu beynəlxalq cinayətləri, sosial ədalətsizlikləri, ictimai, əxlaqi və məişət pozğunluqla-rını, hər şeydən artıq dözülməz olan mənəvi və ruhi böh-ranları gördükdə, fikirləşirsən ki, bəs görəsən bütün bu dərdlərin bir dərmanı, rastlaşdığımız bu problemlərin həlli üçün bir çıxış yolu vardırmı?
    Bu barədə, yaranmışlar içərisində Allahın ən sevim-lisi Həzrət Məhəmməd (s.ə.v.v.) buyurub: "Bədbəxtlik və bəlalar sizi qaranlıq gecə kimi bürüyüb əhatə etdiyi zaman Qurana pənah aparın, çünki o şəfaəti qəbul olunan bir vasitə sayılır. O (Quran) bəşəriyyətin çətinliklərindən danışır, ona tabe olan-lara müjdə verir və yol göstərir, ondan üz döndərənlər isə cəhənnə-mə vasil olacaqlar. Quran düz yola hidayət edən ən yaxşı sirdaş-dır. Bu kitabda faydalı izahlar və çıxarışlar vardır, o, hədəfə çatmaq üçün yol göstərən bir mənbədir. O, sizə yaxşını pisdən ayırıb seçməkdə yardımçıdır.”[Üsuli-kafi”, 24-cü cild, 599-cu səh.]
    Bəli, Allah-taala insanların kamilləşmələri və nü-munəvi həyat qurmaları üçün kamil bir din, Öz elçilərinin ən sevimlisi olan bir Peyğəmbər və o dinin danışan dili və həmin Peyğəmbərin əbədi möcüzəsi olan Quran göndərmiş-dir. Bu ilahi kitab bəşəri yazıların ziddinə olaraq, get-dikcə öz təravətini artırır, elm inkişaf etdikcə öz elmi-liyini daha da aşkar büruzə verir.
    Allah-taalanın Öz bəndələrinə lütf və mərhəmət ola-raq əta etdiyi bu möcüzəli kitabda insanların hidayəti üçün lazım olan hər bir şey vardır. Amma məlum məsələ-dir ki, bütün bəşəriyyət üçün əbədi olaraq müraciət yeri kimi nəzərdə tutulan bir kitabın mətləbləri ümumi olma-lıdır. Əks təqdirdə, yəni orada hər bir şeyin xırdalıq-larına qədər və aydın yazıldığı təqdirdə onun həcmini tə-səvvür etmək mümkün olmaz.
    Digər tərəfdən də adi insanların ilahi kitabı başa düşməsi heç də asan bir iş deyildir. Məhz buna görə də Quranı yaxşı başa düşmək üçün əlavə izah və şərhlərə eh-tiyac vardır. Təfsir adlanan kitab da həqiqətdə həmin xüsu-si izahlardan ibarətdir.
    Bu vaxta qədər bir çox təfsir kitabları yazılmışdır. Onların əksəriyyəti yüksək üslubda yazıldığına və elm xa-dimləri üçün nəzərdə tutulduğuna görə adi xalq onlardan istifadə edə bilməmişlər. Mövcud təfsirlər də ərəb-fars dillərində çap olunub yayılmış, digər xalqların onlardan faydalanması çox çətin olmuşdur. Qeyd etmək lazımdır ki, bütün bu işlərin hamısı təqdirə layiqdir, amma bu vaxta qədər çəkilən zəhmətlər bizdən tələb olunan vəzifə və məsu-liyyətlər qarşısında çox-çox azdır. Artıq dünyanın hər bir yerində mərifət teşnələri, sağlam düşüncəli, azad fikir-li insanlar ilahi dinlərin tədqiqinə, həqiqi islamı mə-nimsəmək üçün axtarışa başlamışlar. Bizim də vəzifəmiz onları lazımi ədəbiyyatla təmin etmək, vəhy məktəbini, ilahi kəlamı, Quran maarifini onların ixtiyarında qoy-maqdır. Halbuki, Quran, islam xalqlarının özləri üçün tanınmaz qalmış və müsəlmanlar bir çox məhdudiyyətlər səbəbilə öz ilahi kitablarını oxuyub başa düşməkdən məh-rum qalmışlar. Biz insanların əlində təhrif olunmayıb öz orjinallığını tamamilə qoruyub saxlayan yeganə ilahi kitabı bütün dünya xalqlarına çatdırmalı, hər bir xalqdan olan insanları öz təbii hüququ ilə təmin etməliyik. Quran bütün bəşəriyyətindir, hər bir insan onu oxuyub başa düş-məlidir və bilməlidir ki, Yaradan onun üzərində nə kimi haqlar təyin etmiş və ondan bir bəndə kimi nələr tələb olunmuşdur.
    Bu işdə hər bir müsəlman, xüsusilə din alimləri məs-uliyyət daşıyır. Onlar öz qüvvələrini səfərbər etməli, Qurani-məcidin tanıtdırılması yolunda əllərindən gələ-ni əsirgəməməlidirlər. Mənfur siyasətlər nəticəsində qəbiristanlıq kitabı səviyyəsinə endirilmiş müqəddəs ki-tabımızı yenidən dirçəltməli, ilahi höccəti bütün bəndə-lər üçün tamamlamalıyıq.
    Əziz oxucular, qarşınızda olan bu təfsir kitabı da qeyd olunan ağır və məsuliyyətli vəzifənin icrası olaraq "Əmirəl-möminin” adına elmi-tədqiqat mərkəzinin məs-ulu, böyük alim, mücahid fəqih Ayətullah seyyid Kamal Fəqih İmani tərəfindən yazılmış və müxtəlif dillərə tərcümə olunaraq yayılmaqdadır. Qeyd edək ki, ümumi xalq kütləsi üçün nəzərdə tutulmuş bu sadə və çox cildli təfsir kitabı bu vaxta qədər alman, ingilis, fransız, ispan, rus və s. kimi dillərə tərcümə olunaraq yüksək tirajda çap edilmiş və dünyanın müxtəlif nöqtələrinə yayılmışdır.
    (Biz bu təfsir kitabının tərcüməsinə icazə almaq üçün İsfahan şəhə-rində müəllifin görüşünə getmişdik. "Əmirəl-möminin” adına həmin elmi mərkəzlə yaxından tanış olduqdan sonra cənab Ayətullah Fəqih İmani-dən bizim üçün yadigaraq olaraq bir xatirə, öz müvəffəqiyyət rəmzi haqqında yadda qalan bir şey söyləməsini xahiş etdik. O da bizim xahişimizi nəzərə alıb belə bir əhvalat danışdı: "Bir gün qəribə bir yuxu gördüm. Gördüm ki, Həzrət Əli əleyhissəlamın ziyarətgahındayam, imamın müqəddəs məqbərəsi-nin günbəzinin bir tərəfi sökülüb-dağılıb. Ziyarətgahın həyəti keçmiş alim və müctehidlərlə doludur, mərhum şeyx Müfid, Səduq, Hilli, Küleyni və digər məşhur şəxsiyyətlər orada toplanıb narahatlıqla sökülən günbəzə baxırlar. Qərara alındı ki, alimlərdən biri çıxıb günbəzi təmir etsin. Onların içərisində nisbətən cavan olduğum üçün bu işi mənə tapşırdılar. Mən də dərhal qəbamın ətəyini qatladım, qollarımı çırmayıb işə başla-dım. Kərpicləri hörməyə məşğul ikən bir nəfərin də kənarımda işlədiyi-ni gördüm. Mən kərpicləri çarpazı düzürdüm, o isə sadə şəkildə yanaşı hörürdü. Aramızda mübahisə yarandı, o sadə düzülüşün, mən isə çarpazı hörgünün möhkəm və münasib olmasını iddia edirdim. İxtilafı öz ara-mızda həll edə bilmədiyimiz üçün günbəzdən aşağı düşdük və gəlib uzaqdan bizə tamaşa edən alimlərdən mübahisəmizi həll etməyi xahiş etdik. Onlar mənim üslubumu bəyəndilər və bu dəfə tək qalxıb günbəzi təmir edib qurtar-dım.”Həzrət Əli əleyhissəlamın adını daşıyan və o həzrə-tin xüsusi diqqət mərkəzində olan[
    Müəllif əlavə edib buyurdu: "Mən bu yuxunu yazıb Qum hövzəsində yaşayan bir neçə övliyaullaha (Allah dostları) göndərdim. Onlar bir-birindən xəbərsiz olduqları halda bu yuxunu eyni məzmunda təbir edib yazdılar: "Siz İmam Əli əleyhissəlamın adıyla bağlı bir iş başlamısınız və ya başlaya-caqsınız. O iş İmamın xüsusi diqqət mərkəzindədir. İnşallah, böyük mü-vəffəqiyyət əldə edəcəksiniz.”
    Doğrudan da mən həmin vaxtlarda "Əmirəl-möminin” adına mərkəzi tə-sis etmək fikrinə düşmüşdüm. O vaxtdan etibarən mərkəzin tikilib başa çatdırılmasında, nəzərdə tutulan proqramların icrasında heç bir çətin-lik çəkməmişəm. Qeybi köməkliklərin, maliyyə yardımlarının gün-gündən artması nəticəsində yüz minlərlə tirajda təfsir kitabları avropa dil-lərində nəşr olunub dünyanın müxtəlif ölkələrinə göndərilmiş və geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
    Əlhəmdu lillahi Rəbbil-aləmin.”] bu elmi-tədqiqat mərkəzi təfsir kitabından əlavə, bir çox qiymətli işlər də gör-müş, "Peyğəmbər və Əhli-beyt gülüstanından bir dəstə gül” adlı çox cildli hədislər toplusunun tərcümə və nəşrinə də başlamışdır.
    Bizim ölkəmizdə də vaxtilə islama qarşı aparılan kəskin və amansız mübarizələr nəticəsində xalqımız Qur-andan və onun təfsirindən xəbərsiz qalmış, mənfur siyasət-lərin müqabilində müdafiəsiz qalaraq vəhy mənbəyindən uzaq düşmüşlər. Hal-hazırda həmin siyasətlərin bir ayrı şə-kildə aparılması, əcnəbi mədəniyyət və dinlərin üzərimizə qəfil hücumu, misyoner hərəkatının, üzdəniraq firqələrin meydana gəlməsi, torpaqlarımızı işğal etmiş qəsbkarla-rın ideoloji mübarizələri, ifratçı millətçilik hisslə-ri, müxtəlif fəsad və çirkin əməllərlə gənclərimizin korlanması bizim də məsuliyyətimizi qat-qat ağırlaşdır-mışdır. Azacıq da olsa, bu vəzifəni yerinə yetirmək üçün əlinizdə olan bu təfsirin azərbaycanca tərcümə və nəşrinə başladıq. Ümid edirik ki, Allah-taala bizim bu kiçik zəh-mətimizi Öz böyük dərgahında qəbul edə və gələcək işləri-mizdə müvəffəqiyyətimizi artıra, inşallah!
    Möhtərəm oxuculardan bir neçə xahişimiz vardır:
    Birincisi, tərcüməçilərin peşəkar qələm sahibi ol-mamasını nəzərə alıb rast gəldikləri səhvlərə görə onla-rı üzrlü hesab etsinlər və yeri gəldikcə onları qeyd edib kitabın əvvəlində yazılmış ünvana göndərsinlər. Kitabın təkrar çaplarında o düzəlişlərdən mütləq istifadə oluna-caq. Hətta əgər qələm sahiblərindən kimsə bu kitabın məna və məzmununu saxlamaqla, redaktə edib ünvanımıza göndərsə, ona öz dərin minnətdarlığımızı bildirib zəhmətini la-zımınca qiymətləndirərik.
    İkincisi, bu kitabı oxuyub öz Pərvərdigarının əmrlə-rinə, onları ata-anadan çox sevən Rəbbin dəvətinə müsbət cavab versinlər və onun təyin etdiyi doğru yola ürək bağlayıb bütün ayələrə əməl etməyi öz qarşılarına məqsəd qoysunlar.
    Üçüncüsü, kitabı oxuyub qurtardıqdan sonra, onu digər dost-tanışlarına, qohum-əqrəbalarına da verib ilahi kəla-mın yayılmasında yaxından köməklik etsinlər.
    Dördüncüsü, ziyalı təbəqədən və ümumiyyətlə ali savadlı şəxslərdən acizanə istənilir ki, bu kitabları oxuyub-öyrən-sinlər və onu ümumi məclislərdə, ictimai yerlərdə xalqa bə-yan etsinlər.
    Beşincisi, qələm sahiblərindən, qəzet və jurnal redak-torlarından, bütün yazarlardan və mətbuat işçilərindən xa-hiş olunur ki, xalqın mənəvi problemlərinin həllini ən mühüm iş hesab etsinlər və mətbuat səhifələrində gənclə-rimizin əxlaqını korlayan çılpaq şəkillər, seksual yazı-lar yerinə onların vətənpərvərlik, dindarlıq hisslərini gücləndirən Quran ayələri və mənəvi materiallar dərc et-sinlər. Əcaib şəkildə formalaşmaqda olan gənc nəslimizi mənəviyyatsızlıq, ümidsizlik və biganəlik bəlasından qur-tarsınlar.
    İlahi, Səni and veririk Öz müqəddəs kəlamına, biz-lərə Quranı oxuyub başa düşməkdə, ona ixlasla əməl etmək-də müvəffəqiyyət əta et! Amin!
    Category: Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 1032 | Rating: 1.3/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024