İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)

    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)
    1-5-Cİ AYƏLƏR
    الم (1) ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ (2) الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ (3) والَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَبِالآخِرَةِ هُمْ يُوقِنُونَ (4) أُوْلَـئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ (5)
    TƏRCÜMƏ:
    1 ”Əlif-lam-mim.”
    2- ("Zalikə” işarə əvəzliyi olub Qurana işarədir, yəni) "Bu elə bir kitabdır ki, onda heç bir şəkk-şübhə yoxdur, təqvalı-ları hidayət edən və onlara doğru yol göstərəndir.”
    3- ”Təqvalılar (müttəqilər) o kəslərdir ki, (hiss üzvləri ilə dərk olunmayan) qeyb aləminə iman gətirər, namaz qılar və onlara verdiyimiz ruzidən (Allah yolunda fəqirlərə) infaq edərlər.”
    4- ”(Həmçinin, o kəslərdir ki,) sənə və səndən əvvəlki peyğəm-bərlərə nazil olanlara iman gətirərlər, Qiyamət gününə iman-ları vardır.”
    5- ”Məhz onlar Allah tərəfindən doğru yoldadırlar və nicat tapanlar da onlardır.”
    QURANIN MÜQƏTTƏƏ HƏRFLƏRİ BARƏSİNDƏ TƏHQİQAT
    Quran surələrinin iyirmi doqquzunda müqəttəə hərf-ləri ilə rastlaşırıq. Adından göründüyü kimi, bu hərflər bir-birindən ayrılmış kimi nəzərə çarpır və vahid bir kəlmənin məfhumunu göstərmir. Amma ondan sonra dərhal Quran və onun əzəməti barəsində söhbət açılır. Bu göstərir ki, bu hərflərlə Quranın əsli arasında müəyyən rabitə var-dır. Misal üçün, "Nəml” surəsinin birinci və ikinci ayə-lərində oxuyuruq: "Ta sin. Bu, Quranın və aşkar bəyan edən kita-bın ayələridir.”
    Başqa nümunələr də mövcuddur. Qurandakı müqəttəə hərfləri həmişə Quranın əsrarəngiz kəlmələrindən he-sab olunur.
    Təfsir alimləri demişlər:
    Surələrin əvvəllərində gələn isim və onun kimi olan əlifba hərfləri mütəşabeh ayələrdən və sirlərdəndir ki, Quranın o hərflərlə xitab etdiyi kəslərdən başqa kimsə o rəmzlərdən agah deyildir. Yəni yalnız Peyğəmbəri-əkrəm (s.ə.v.v) və ondan sonra pak İmamlar onların sirlərini dərk edə bilərlər.
    Peyğəmbər (s.ə.v.v), Əhli-beyt (ə) və vəhy xanədanı olan İmamlardan nəql olunan aşağıdakı rəvayətlər müddəamıza canlı şahiddir:
    1-Həzrəti Əli əleyhissəlam buyurur: "Hər bir kitabın rəmzi vardır, Quranın da rəmzi onun xülasəsi olan əlifba hərf-ləridir.”[ "Təfsiri-Safi”, 1-ci cild, səh.78 ]
    2-Həzrəti İmam Sadiqdən (ə) rəvayət olunmuşdur: "Əlif, Lam, Mim Allahın böyük adlarını göstərən hərflərdir ki, Quranda bir-birindən ayrı yazılmışdır. Hər vaxt Peyğəmbər (s.ə.v.v) və İmamlar o ismi-əzəmi oxusalar, duaları qəbul olunar.”[ Məxzənul-ürəfa”, 1-ci cild, səh.66; "Təfsiri-Safi”, 1-ci cild, səh.77 ]
    3-Həzrəti Əliyyibni Hüseyn (ə) buyurur: "Qureyş və yəhudilər Quranı təkzib edib dedilər ki, o, sehrdir. Onu Məhəmməd özündən quraşdırmış və Allahın adı ilə bağlamışdır. Allah onlara elan edərək buyurur ki, "Əlif, lam, mim, zalikəl-kitab” yəni, ey Məhəm-məd, sənə nazil etdiyimiz kitab, həmin əlif, lam, mim kimi ayrı-ayrı hərflərdən təşkil olunmuşdur ki, onlar sizin əlifba hərflə-rinizdir.”[  "Təfsiri Burhan”, 1-ci cild, səh.54 ]
    4-İbni Abbas və İkrimədən nəql olunmuşdur ki, bunlar and hərfləridir. Mütəal Allah onlara and içir və o, Al-lahın adlarındandır.[ "Mənhəcus-sadiqin”, 1-ci cild, səh.126 ]
    Allah-taalanın bu hərflərə and içməsinin səbəbi, bəlkə də onların əhəmiyyət və əzəmətidir. Belə ki, bu hərflərin (əlifba hərflərinin) vasitəsilə haqqın böyüklüyü, cəlalı və yaradılış dünyasının sirləri bəyan olunur. Əvvəldən axıradək olan elmlər, cəmiyyətin idarə olunması, insanların yer üzərin-də bir-birləri ilə qarşılıqlı ünsiyyət və əlaqələri, həmçinin bəşəriyyətdə mövcud olan hər növ sənətkarlıq, al-ver, ticarət, qarşılıqlı rəftar, nikah, hərbi məsələlər, ictimai qanunlar, hüquqlar və s. hamısı bu hərflərlə bağlıdır. Keçmiş əsr-lərdən gələcək nəsillərə ötürülən məlumatlar, hətta ilahi qanunlar, Quran məfhumları və elmlərini bəyan edən bu təfsir özü də məhz həmin hərflərin vasitəsillə müxtəlif dillərdə çap olunmuşdur.
    Adətən böyük şeylərə and içildiyinə görə, habelə bu hərflər böyük əhəmiyyət və əzəmətə malik olduğuna görə, Al-lah-taala onlara and içir. Məsələn: ن وَالْقَلَمِ وَمَا يَسْطُرُون "And ol-sun qələmə və onun yazdıqlarına!”[ "Qələm” surəsi, 1-ci ayə ]
    Ümumiyyətlə, İslam alimlərindən bu hərflərin barə-sində yüzdən artıq hədis nəql olunmuşdur. Bu barədə ətraflı məlumat əldə etmək üçün mötəbər təfsir və hədis kitablarına baxa bilərsiniz.
    Böyük alimlərdən bəziləri deyiblər ki, bu asimani kitab ərəb və qeyri-ərəb söz ustalarını heyrətə salan əhəmiyyət və əzə-məti ilə yanaşı, elm xadimlərini Quranla qarşılaşmaqda aciz qoymuşdur. O əsrarəngiz incəliklərdən biri də bu hərf-lərdir ki, hamının ixtiyarındadır və hamı ondan istifadə edir. Bu rəmzlər göstərir ki, Quran heç də bəşər zəkasının məhsulu deyil, ilahi ənginliklərlə dolu olan vəhyi-mütləq-dir. Buna görə də bəşər onun mislini gətirməkdə acizdir.[ "Təfsiri Burhan”, 1-ci cild, səh.54; "Biharul-ənvar”, 92-ci cild, səh.877 ]
    Həzrəti Əliyyibni Musər-Riza (ə) buyurur: "Allah-taala Quranı bütün ərəblərin danışdığı həmin hərflərlə nazil et-mişdir.”[  "Tövhidi Səduq”, səh.163 (qədim çap ]
    Mütəal Allah buyurur:
    قُل لَّئِنِ اجْتَمَعَتِ الإِنسُ وَالْجِنُّ عَلَى أَن يَأْتُواْ بِمِثْلِ هَـذَا الْقُرْآنِ لاَ يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا
    "De! Əgər cin və insanlar bir yerə toplaşıb Quranın mis-lini gətirmək istəsələr, hətta bir-birinə kömək etsələr də belə, yenə də gətirə bilməzlər.”[ "İsra” surəsi, 88-ci ayə ] ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ
    Müqəttəə hərflərini bəyan etdikdən sonra Quran, bu asimani kitabın əzəmətinə işarə edərək buyurur: "Bu elə bir kitabdır ki, onda heç bir şək-şübhə yoxdur.”
    Bu ifadə bəlkə də Allahın Öz Peyğəmbərinə verdiyi və-dəni göstərir. Bu kitab insanlara yol göstərmək üçün nazil olmuşdur ki, bütün haqq axtaran insanlara hidayət səbəbi olsun, həqiqət axtaranlar üçün onda heç bir şübhə yeri ol-masın. Və indi isə Öz əhdinə vəfalı qalaraq onu yerinə ye-tirmişdir.
    "Quranda heç bir şəkk-şübhə yoxdur”-demək heç də sadəcə iddia deyildir. Məqsəd budur ki, Quranın möhtəva və məzmu-nu elə tərzdədir ki, o özü-özünün haqq olmasına şəhadət ve-rir. Başqa sözlə desək, o, doğru, əzəmətli, möhkəm, dərin mə-nalı, son dərəcə şirin, söz ustalığı, fəsahət və bəlağətlə bəyan edilmişdir ki, hər növ vəsvəsə və şəkki rədd edərək insanı yəqinə çatdırır.
    Maraqlıdır ki, bu ilahi kitab zamanın keçməsi ilə heç də öz təravətini, gözəlliyini itirməmiş, əksinə, elmin inkişafı, təbiət sirrlərinin kəşf edilməsi ilə öz həqi-qətlərini daha artıq aydınlaşdırmışdır. Elm və texnika təkamülə doğru nə qədər inkişaf edirsə, Quran ayələrinin nuraniliyi və parlaqlığı bir o qədər artır. Bu heç də sırf iddia deyil, gün kimi aydın bir həqiqətdir ki, onu Allahın istəyi ilə həmin təfsirdə özünüz müşahidə edəcəksiniz.
    1. HİDAYƏT NƏDİR?
    Hidayət kəlməsi Qurani-kərimdə bir çox yerlərdə iş-lədilmişdir. Amma onların hamısının kökü iki mənaya qayıdır: təkvini və təşrii hidayət.
    Bütün kainat varlıqlarında mövcud olan təkvini hida-yət dedikdə məqsəd, hər bir varlığın Pərvərdigar vasitəsi-lə yaradılış nizamı sayəsində, dəqiq hesablamalar əsasında və sirli qanunlar çərçivəsində olmasıdır.
    Qurani-məcid bu barədə çoxlu ayələrdə buyurmuşdur. O cümlədən, Həzrəti Musanın dilincə deyir:
    قَالَ رَبُّنَا الَّذِي أَعْطَى كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَى
    "Bizim Pərvərdigarımız o kəsdir ki, hər şeyi yaradıb sonra onu hidayət etdi.”[ "Taha” surəsi, 50-ci ayə ]
    Başqa sözlə desək, insanlar iki qismdir: Birinci qism haqqı axtarır və onların qəlblərində iman və təqva elə bir səviyyədədir ki, haqqı hər yerdə görsələr, onu qəbul edərlər. Amma ikinci qism insanlar inadkar, təəssübkeş və nəfsani istəklərə tabe olaraq haqqı axtarmaq istəməyən və hər yerdə həqiqət nurunu söndürmək üçün səy edən şəxslərdir.
    Şübhəsiz, Quran və sair asimani kitablar yalnız bi-rinci dəstədən olan insanlar üçün faydalıdır və ikinci dəstədən olan insanlar hidayətdən bərələnməyəcəklər. Belə ki, Qurani-kərim özü buyurur:
    وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاء وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ وَلاَ يَزِيدُ الظَّالِمِينَ إَلاَّ خَسَارًا
    "Biz bu Qurandan möminlər üçün şəfa və rəhmət olanları nazil edirik və o, zalimlərin (kafirlərin) yalnız zərər və ziyanı-nı artırar.”[ İsra” surəsi, 82-ci ayə ]
    Şoran torpaqda heç vaxt. Hətta əgər min dəfələrlə ya-ğış yağsa belə sünbül cücərməz. Amma əgər torpaq əkin üçün əlverişli olsa yağışın canlandırıcı damcılarından bəhrələnər.
    İnsanın vücud aləmi nə qədər ki, inadkarlıq, təəssüb-keşlikdən təmizlənməyibdir, hidayət toxumlarını qəbul etmir. Buna görə də Allah-taala buyurur ki, Quran yalnız təqvalıların (müttəqilərin) yol göstərənidir.
    İkinci qism isə təşrii hidayətdir. Bu, peyğəmbərlə-rin və asimani kitabların vasitəsilə yerinə yetirilir və insanlar onların təlim-tərbiyəsi altında təkamül yolunu ötüb keçirlər. Bunun da şahidi eynilə Qurani-kərimdə çox-lu yerdə gözə dəyir. O cümlədən: وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا "Biz on-ları İmamlar, yol göstərənlər etdik ki, Bizim əmrimiz ilə ca-maatı hidayət edirlər.”[ Ənbiya” surəsi, 73-cü ayə ]
    2. NƏ ÜÇÜN QURANIN HİDAYƏT ETMƏSİ TƏQVALILARA MƏXSUSDUR?
    Şübhəsiz Quran bütün bəşəriyyəti hidayət etmək üçün na-zil olmuşdur. Amma nə üçün yuxarıdakı ayədə Quranın hida-yəti təqvalılara məxsus edilir? Cavab budur ki, nə qədər ki, in-sanın vücudunda haqq qarşısında təslim və təqva nuru olma-yıbdır, onun asimani kitablardan və peyğəmbərlərin çağırış-larından bəhrələnməsi qeyri-mümkündür.
    Təqva barəsində azacıq izahat verməyi lazım bilirik.
    TƏQVANIN LÜĞƏTDƏKİ VƏ ŞƏRİƏTDƏKİ MƏNASI
    Təqva lüğətdə (viqayə) sözündən götürülmüşdür ki, zərər çatdıran şeylərdən qorunmaq mənasınadır. Allah-taala bu-yurur: قُوا أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا "Öz nəfsinizi və əhli-əyalınızı (öz adamlarınızı) oddan qoruyun.”[ Təhrim” surəsi, 6-cı ayə ]
    Bu mənada təqva insanın özünü qorxduğu şeylərdən qoru-masıdır. Şəriətdə isə müttəqi (təqvalı) o kəsə deyilir ki, öz nəfsini axirətdə zərərinə tamam olacaq şeylərdən saxla-sın.
    TƏQVANIN MƏRTƏBƏ VƏ DƏRƏCƏLƏRİ
    Təqvanın müxtəlif mərtəbə və dərəcələri vardır. Onun ilk mərhələsi günahlardan çəkinmək günahların qarşı-sında dayanmaqdır. Rəsuli-əkrəm (s.ə.v.v) buyurur: "Bir kəs nə qədər ki, haram işlərdən özünü saxlamayıb, təqva mərtəbəsinə çatmaz.”
    Məşhur hədisdə Həzrəti Peyğəmbəri-əkrəm (s.ə.v.v) ca-maatın əməllərini üç dəstəyə bölür: Aşkar halal olan əməllər; belə ki, onun halal olması zahir və məlumdur. İkincisi aşkar haramdır ki, onun haramlığı gerçəkləş-mişdir. Üçüncüsü isə bu ikisi arasında şübhəli məsələ-lərdir. Yəni harama oxşayan halal. Hər bir kəs şübhəli məsələlərdən uzaq olarsa, heç vaxt haram işlərə düçar ol-maz.
    Həzrəti Əmirəl-möminin Əli (ə) dan belə nəql olun-muşdur: "Müttəqi (təqvalı) o kəsdir ki, əgər onun bütün əməllərini və işlərini bir tabağa qoyub, onu dünyada dolandır-salar onda rüsvayçı heç bir şey görünməz”.
    Kəbul Əhbardan soruşdular: Təqva nə deməkdir? Dedi: Sən nə vaxtsa tikanla dolu olan bir səhradan keçmisənmi? Dedilər: Bəli. Dedi: Nə cür keçmisiniz? Dedilər: Öz ətəyi-mizi bir yerə yığırıq ki, tikanlar bizə batmasın. Dedi: Təq-va da həmin qəbildəndir. Yəni din yolunda məhz bu cür gü-nahlardan uzaq olmalısınız.
    Təqvanın ikinci mərhələsi Peyğəmbərin gətirdiyi bü-tün şeylərdə itaət edib müxalifət etməməkdir. Buna əsasən təqva, hacibata əməl edib haram işlərdən çəkinməkdən iba-rətdir.
    Təqvanın üçüncü mərhələsi isə ruhu və qəlbi Allahdan başqa bütün şeylərdən təmizləməkdir. Yəni müttəqi o kəs-dir ki, öz qəlbini Allahdan qeyriləri üçün bağlasın və məxluqatdan ayırsın, haqqa qovuşsun, Allahdan qeyri hər bir şeydən ümidini üzsün, öz nəzərini Allahın cəmal, cəlal və əzəmətinə yönəltsin. Həqiqi təqva məhz budur. Buna görə də Allah-taala buyurur: اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ "Allah qarşısında layiqincə təqvalı olun.”[ "Ali İmran” surəsi 102-ci ayə ]

    4-CÜ AYƏ

    الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ
    TƏFSİR:
    TƏQVANIN İNSANIN RUH VƏ CİSMİNDƏKİ TƏSİRLƏRİ
    Quran bu surənin əvvəlində camaatı İslam dini və onun proqramları qarşısında göstərdiyi rekaiyaya nisbətən üç qrupa bölmüşdür:
    1. TƏQVALILAR
    Onlar İslamı bütün yönlərdə qəbul edənlərdir.
    2. KAFİRLƏR:
    Bunlar eynilə birinci dəstənin müqabilində dayanır və öz kafirliklərini etiraf edir, danışıq və əməllərində İslamla düşmənçiliklərin düşmənçiliklərini elan edirlər.
    3. MÜNAFİQLƏR:
    Bunlar iki sifətə malikdirlər: Müsəlmanlarla bir-likdə olanda zahirdə müsəlman, müxalifə qrupla olduqda isə İslamın müxalifi kimi özlərini göstərirlər. Əlbət-tə, onların əsil siması küfrdür, amma İslamı təzahürlər də göstərirlər.
    Şəkk yoxdur ki, bu qrupun İslama vurduğu zərbə, ikinci qrupun vurduğu zərbədən qat-qat artıqdır. Buna görə də gələ-cəkdə görəcəyimiz kimi Quran onlarla daha şiddətli, kəskin tərzdə mübarizə aparır.
    Əlbəttə bu, heç də İslama məxsus olan məsələ deyildir; Dünyada mövcud olan bütün məktəblər bu üç qruplarla qarşı-laşır: Ya həmin məktəb və idealogiyaya qəlbən inanan, iman gətirənlərdir, ya aşkar müxalifət edənlər, yaxud da müha-fizəkar münafiqlərdir. Bu məsələ müəyyən zamanla da məh-dudlanmır, əksinə bütün dövrlərdə zamanlarında belə ol-muşdur.
    BİRİNCİ DƏSTƏ: TƏQVALILAR
    Qeyd olunan ayələrdə birinci dəstədən söhbət gedir. On-ların səciyyəvi xüsusiyyətləri iman və əməl nəzərindən beş ünvanda xatırladılır: Qeyb aləminə iman, namaz qılmaq, bü-tün ilahi neymətlərdən Allah yolunda xərcləmək, bütün pey-ğəmbərlərin çağırışlarına, dəvətlərinə iman gətirmək və Qiyamət gününə imancı olmaq.
    1-QEYB ALƏMİNƏ İMANLI OLMAQ
    Birinci ayə deyir: الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ "Onlar (müttəqilər) o kəslərdir ki, qeyb aləminə iman gətirərlər”
    Qeyb və şühud bir-birinin ziddinə olan antonim söz-lərdir. Şühud hiss olunan aləmdir. Qeyb aləmi isə hiss alə-minin fövqündə dayanır. Çünki, qeybin əsil mənası gizlin və örtülü olan şey deməkdir. Hisslərin fövqündə dayanan və bizim hiss üzvlərimizdən gizli olan aləmə qeyb aləmi deyi-lir. Qurani-kərim buyurur: عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ "Al-lah qeybin və şühud aləminə alimidir (biləndir), Odur rəhman və rəhim.”
    Qeyb aləminə imanlı olmaq möminləri digərlərindən ayıran ilkin nöqtədir və səmavi dinlərin ardıcıllarını Allahı, vəhyi və Qiyaməti inkar edənlərin qarşısında əks mövqedə saxlayır. Bu səbəbdən də təqvalıların ilkin səciy-yəvi xüsusiyyət qeyb aləminə iman gətirmək hesab olunur.
    Möminlər maddi varlığın hüdudlarını aşaraq özlə-rini bu aləmin divarlarından yüksəklərə qaldırmışlar. Onlar belə bir geniş baxışla son dərəcədə böyük bir aləm-lə rabitə yarada bilmişlər. Halbuki, onların müxalif-ləri israr edirlər ki, insan da heyvanlar kimi maddi alə-min dörd divarı arasında məhdudlanır, onun bu şəhvətlə dolu heyvani həyatını isə tərəqqi və inkişaf adlandırır-lar.
    Bu iki qrupa xas olan təfəkkür tərzi və dünya görüşünü müqayisə etdikdə belə bir nəticəyə çatırıq ki, möminlərin qeyb aləminə etiqadı var və onlar üçün varlıq aləmi zahiri hisslərlə dərk olunanlardan çox-çox geniş və böyükdür. Ya-radılış aləminin böyük yaradanı sonsuz elm, qüdrət, əzəmət və idrak sahibidir, əzəli və əbədidir, kainatı son dərəcə dəqiq hesablamalar əsasında yaratmışdır. Mömin insanla-rın nəzərində onlarla heyvanların arasında çox-çox uzun məsafələr vardır. Ölüm, fəna və yoxluq deyil, insan təka-mülünün növbəti mərhələsi və daha geniş dünyaya açılan bir qapıdır. Halbuki, maddi və materialist bir şəxsin əqidəsi budur ki, varlıq aləmi yalnız bizim hiss etdiyimiz və müşahidə edə bildiyimiz şeylərdən ibarətdir. Onların iddiasına görə artıq təbii elmlər bizim üçün isbat et-mişdir ki, təbiət qanunları bir sıra cəbri qanunauyğun-luqlardan ibarətdir. Varlıq aləmi heç bir plan və proqram olmadan öz-özünə yaranmışdır, təbiətin hətta bir kiçik yaşlı uşaq qədər də əqli və şüuru yoxdur; bəşər təbiətin bir hissəsidir və ölümdən sonra hər şey sona yetir, bədən çürüyüb aradan gedir, çürümüş hissələr isə təbii maddə-lərə çevrilir. Nəhayət, insan heç bir zaman əbədiyyətə qo-vuşmur, onunla heyvan arasında çox az fərq vardır.[ "Quran və axırıncı Peyğəmbər” kitabından iqtibas olunub ]
    Görəsən insanlar bu iki tərzi-təfəkkürlə belə müqayi-sə oluna bilərlərmi? Görəsən onların həyatda tutduqları yollar və rəftarlar cəmiyyətdəki rəftarları ilə eynidir-mi? Birinci dəstədən olan insanlar haqq, ədalət, xeyir-xahlıq və bu kimi digər məsələlərə etinasız yanaşa bil-mir. Amma ikinci dəstəyə mənsub olanlar bu kimi işlərə maraqlı deyillər və bunun üçün heç bir əsas da görmürlər. Onları yalnız maddi maraqlar, müvəqqəti işlər və bu dünya-da fayda verəcək məsələlər düşündürür. Buna görə də həqiqi möminlər arasında qardaşlıq və qarşılıqlı anlaşma hökm sürür, paklıq, həmkarlıq və yoldaşlıq mövcuddur. Hal-buki, materialistlərə və dünyapərəstlərə hakim olan maraq istismar, başqalarının əməyini mənimsəmək, qan axıdıl-ması, qarət, quldurluq və sairə kimi işlərdir. Quranın yu-xarıdakı ayələrində təqvanın başlanğıc nöqtəsinin qeyb aləminə imanla başlanmasının səbəbi də, məhz budur.
    Görəsən "qeyb aləminə iman” - dedikdə, burada yalnız Pər-vərdigara iman gətirmək nəzərdə tutulur, yoxsa onun daha geniş məfhumu vardır və vəhyə, Qiyamətə, mələklərə və hiss üzvlərilə dərk olunmayan sair işlərə də şamildir? Bu ba-rədə təfsirçilər arasında fikir ayrılığı nəzərə çarpır.
    Yuxarıda qeyd etdik ki, təbiətin fövqündə dayanan bir aləmə iman gətirmək möminləri kafirlərdən ayıran ilkin nöqtədir. Elə buradan da aydın olur ki, qeyb sözünün daha ge-niş məfhumu vardır. Bundan əlavə, ayədə göstərilən həmin ifadə qeydsiz gətirilmişdir və onda xüsusi mənaya dəlalət edəcək bir şey nəzərə çarpmır.
    Bir çox hədislərə əsasən, bu ayədə gətirilən qeyb sözü-nün Həzrət Məhdiyə (ə) aid edilməsinin həmin sözün yuxarı-da qeyd olunan mənaları ilə heç bir ziddiyyəti yoxdur. Çün-ki, o Həzrət də qeyb məfhumunun aşkar nümunələrindən bi-ridir. Başqa sözlə, qeyb o şeyə deyilir ki, zahiri hiss üzv-ləri ilə görünməsin, eşidilməsin, yaxud sair hiss orqan-ları onu dərk etməsin. Allahın varlığı və vücudu bizim şüur və hiss orqanlarımızdan qeybdədir. Qiyamət və axirətə aid olan işlər də bizim gözlərimizdən qeybdədir. Hal-ha-zırda yaşadığımız çətin bir dövrdə imamların və peyğəm-bərlərin vücuduna, xüsusilə zəmanə İmamının (ə) vücuduna dərin ehtiyac duyulur. Belə ki, o qarşıda dayanıb yol göstər-məli və biz də bu zülmətli və təhlükəli yolda onun vücud nu-rundan istifadə edərək təkamül zirvəsinə yüksəlməliyik. Həzrəti Məhdi (ə.c) bizim nəzərlərimizdən qeybdədir və za-hirdə bizim əlimiz ona çatmır. Halbuki, o Həzrət heç bir halda öz ardıcıllarına etinasız deyil, həmişə onları nə-zarət altında saxlayır.
    Buradan məlum olur ki, zəmanələrin ən mürəkkəbi sayı-lan müasir dövrdə kamil imanı olan şəxslər çox böyük və də-yərli məqama malikdir. Peyğəmbəri-əkrəmdən (s.ə.v.v) nəql olunur: "Mən axirəz-zamanda yaşayan qardaşlarımı görməyə necə də şövqlüyəm!”[ "Məxzənul-irfan”, 1-ci cild, səh.99 ]
    Görün, bu böyük və əzəmətli Peyğəmbər (s.ə.v.v) axirəz-za-manda yaşayacaq möminləri görməyə necə də şövqlüdür və hətta onları öz qardaşları kimi təqdim edir.
    2-ALLAH-TAALA İLƏ RABİTƏ
    Təqvalıların ikinci xüsusiyyəti onların namaz qılma-larıdır: وَيُقِيمُونَ الصَّلاةَ
    Gün ərzində ən azı beş dəfə Allah müqabilində daya-nan və Onunla həqiqi mənada raz-niyaz edən bir şəxsin əməl və rəftarı tamamilə dəyişər, ilahi rəngə boyanar. Belə bir insanın Allah əmrlərinə tabe olmamasını və Onunla müxa-lifətə qalxmasını təsəvvür etmək mümkündürmü?! Amma qeyd etdiyimiz kimi, gərək bu ibadətlər həqiqi mənada olsun, şəxsin bəndəçilik hisslərindən qaynaqlansın və bütün ruhu və qəlbi ilə Onun dərgahına üz gətirsin.
    2- NAMAZIN FƏZİLƏT VƏ ƏHƏMİYYƏTİ
    Namaz dinin sütunu və Allah dərgahına yaxınlaşmaq vasitəsidir. Namaz Pərvərdigar qarşısında bəndəçilik iz-har etmək, Onun geniş rəhməti müqabilində şükr və həmd etmək, Peyğəmbərin və məsum imamların getdiyi yolu get-məkdir; habelə bəndə ilə Allah arasında yeganə rabitə vasi-təsidir. O, elə bir vasitədir ki, insan onunla Allah dərga-hından hidayət diləmək, kömək almaq və xətalardan amanda qalmaq istəyir. Namaz elə bir yoldur ki, insan onunla öz qəl-bindəki imanını əməli olaraq aşkar edir, dünyada və axi-rətdə səadətin hüdudlarına daxil olmaq üçün icazə alır.
    Namazın fəzilət və əhəmiyyəti barəsində çoxlu hədis-lər nəql olunmuşdur. Əqli dəlillər və şəriət hökmləri də bu ibadətin yüksək fəzilətini təsdiq edir. Biz burada "Cə-vahirul-kəlam” kitabının yeddinci cildinin birinci sə-hifəsində qeyd olunan mətləbləri gətirməklə kifayətlə-nirik ki, onların hamısı ayə və rəvayətlərin məzmununu çat-dırır:
    "Namaz çirkin, yaramaz və pis işlərin qarşısını alır, onun vasitəsilə cəhənnəm odu sönür. O hər bir təqvalı şəxsin Allah dərgahına yaxınlaşma, hər pak möminin tə-rəqqiyə yüksəlmə səbəbidir. Axar su bədəni yuduğu kimi, o da günahları paklayır. Hər gündə onu beş dəfə təkrar etmək bədəni çayda beş dəfə yumaq kimidir. Allah-taala İsaya və ümumiyyətlə bütün peyğəmbərlərə ömürlərinin sonuna qədər namaz qılmağı tövsiyə edirdi. Namaz İslamın əsası və şə-riət tərəfindən müəyyən olunan ən gözəl əməldir. Namaz in-sanların sair əməllərinin ölçüsü və meyarıdır. Namazı ka-mil surətdə yerinə yetirən hər bir şəxsin bütün işləri kamilləşər və əməllərinin hamısı qəbul olunar. Bu səbəbə görə də namaz sair əməllərlə, hətta dinlə müqayisədə çadı-rın sütunu kimi hesab olunur. Qiyamət günü bəndələrdən soruşulan ilk sual və təftiş olunacaq ilk əməl namazdır. Namaz qəbul olunsa, sair əməllərə də baxılacaq və qəbul olu-nacaq. Əks təqdirdə heç bir əməl qəbul olunmaz və ümumiy-yətlə sair əməllərə nəzər yetirilməz və rədd olunar. Buna əsasən, namazı tərk edən şəxslərin kafirlər zümrəsinə aid olunması heç də təəccüb doğurmamalıdır. Namazın tərk olunması bir növ dinə təhqirlə yanaşmaq sayılır. Həzrəti Sadiq (ə) buyurur: "Allahı tanımaqdan sonra Pərvərdigarın nə-zərində namaz qədər əhəmiyyətli və sevimli bir əməl yoxdur.”
    Həzrəti Sadiq (ə) yenə buyurur: "Hər kəs gündəlik vacibi namazları qılsa və onların vaxtlarına riayət etsə, Qiyamət gü-nü Pərvərdigarına qovuşanda onun üçün Allah yanında bir əhd olacaq və onun vasitəsilə behiştə daxil olacaq.”
    Hər kəs bu namazları vaxtında qılmazsa, onun vaxtına riayət etməzsə, Allahın haqqı vardır ki, istəsə onu bağış-layar və istəməsə əzaba giriftar edər. Vacib namaz iyirmi həccdən daha üstündür. Hansı ki, hər bir həcc bir otaq qə-dər qızılı Allah yolunda sədəqə verməkdən daha üstündür.
    Vacib namaz min həccdən daha üstündür. Halbuki, bu həcc bütün dünya və onda olanlardan daha üstündür. Həqi-qətən Allaha itaət etmək, yer üzündə Ona xidmət etmək demək-dir və heç bir xidmət namazla müqayisə oluna bilməz. Bu sə-bəbdən də mələklər Həzrəti Zəkəriyyaya ibadət mehrabında namaz qılarkən nida etdilər. Namaz qılan şəxs namaz üçün qalxanda Haqqın rəhməti asimandan yer üzünə nazil olur, mələklər onu dövrəyə alırlar. Bir mələk nida edib deyir ki, əgər namaz qılan şəxs namazda olan savabların qədərini bilsəydi, heç vaxt ondan qafil olmazdı. Namaz barəsində ba-şqa hədislər də vardır.
    O cümlədən, Həzrəti İmam Riza (ə) Məhəmməd ibni Sə-nanın yazdığı məsələlərin cavabında buyurdu: "Namazın əzə-mətinin səbəbi budur ki, o, Allahın Rəbb olmasını iqrar etmək, Onun şərikini və mislini inkar etməkdir. Namaz cəlal sahibi olan Allah müqabilində zillət və təvazökarlıqla günahları etiraf etmək, Ondan bağışlanmaq istəmək, öz Rəbbinin qarşı-sında üzünü həmin halda təzim üçün yerə qoymaq, daimi olaraq Pərvərdigarı yad etmək və Onun zikrindən qafil olmamaqdır. Al-lah qarşısında namaza durmaq günahların qarşısını alır, gü-nah və fəsad törənməsinə maneçilik törədir.”
    3- İNSANLARLA RABİTƏ
    Təqvalı şəxslər Pərvərdigari-aləmlə daimi rabitə ya-ratmaqdan əlavə, insanlarla da çox yaxın və sıx əlaqə saxla-yırlar. Buna görə də onların üçüncü xüsusiyyətlərini Quran belə bəyan edir: "Bizim onlara verdiyimiz bütün nemətlərdən Allah yolunda infaq edərlər.” وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ
    Quran, heç də "onlar öz mal-dövlətlərindən infaq edir” deyil, "Bizim onlara ruzi verdiyimiz şeylərdən infaq edirlər”-deyə buyurur. Beləliklə bu ayə infaq məsələsini elə geniş səviyyədə götürür ki, bütün maddi və mənəvi nemət-ləri əhatə edir.
    Buna əsasən, təqvalı insanlar o kəslərdir ki, təkcə mal-dövlətlərindən deyil, həm də elm, əql, fiziki qüvvə, ictimai məqam və xülasə əvəzsiz olaraq özlərinin bütün maddi-mə-nəvi imkanlarından ehsan etsinlər.
    İkinci məsələ: Ehsan yaradılış dünyasında ümumi bir qanundur. Hətta hər bir varlıq öz bədən quruluşunda belə ehsan edir. Belə ki, insanın ürəyi təkcə özü üçün işləmir, həm də özünün malik olduğu şeylərdən bütün hüceyrələrə in-faq edir. Beyin, ciyər və sair orqanların hamısı öz işləri-nin nəticəsini daimi olaraq infaq edirlər. Ümumiyyətlə, ictimaiyyəti infaqsız təsəvvür etmək mümkün deyildir və on-suz həyatın heç bir mənası yoxdur.
    İnsanlarla rabitə yaratmaq həqiqətdə Allahla rabitə yarat-maq deməkdir. Allaha qovuşan və "mimma rəzəqnahum” ayəsinin hökmü ilə bütün ruzi və nemətlərin Allah tərəfindən gəl-məsini bilən hər bir şəxs bu nemətləri Allah yolunda infaq etməkdən əsla narahat olmur, əksinə sevinir də. Çünki, Allahın malını Onun Öz bəndələrinə paylayır.
    Belə bir insan bütün maddi və mənəvi nemətlərdən bəhrələnmiş olur. Bu təfəkkür tərzi insanın ruhunu pa-xıllıq, həsəd və sair kimi rəzil xüsusiyyətlərdən paklayır, yaşamaq uğrunda mübarizə dünyasını qarşılıqlı kömək dün-yasına çevirir. Belə bir dünyada hər kəs özünü başqaları qarşısında borclu bilir, ixtiyarında olan nemətləri eh-tiyaclılara verir və günəş kimi heç bir mükafat gözlə-mədən öz nurunu başqa varlıqlara ehsan edir.
    İmam Sadiq (ə) "Və mimma rəzəqnahum yunfiqun” ayəsinin təfsirində buyurur: "Bizim onlara öyrətdiyimiz elm və məri-fəti yayarlar və onu ehtiyacı olanlara öyrədərlər.[ "Məcməul-bəyan” və "Nurus-səqəleyn” təfsirləri ]
    Bu sözün məfhumu heç də infaqın elmi məlumatlara məxsus olması deyildir. İnfaq məsələsindən danışdıqda, əksər hallarda maddi ehsan və yaxşılıqlar nəzərdə tutuldu-ğundan İmam bu cür mənəvi infaqı qeyd etməklə, həmin məf-humun daha geniş olduğunu aşkar etmək istəyir.
    Buradan aydın olur ki, sözü gedən ayədə işlədilmiş in-faq kəlməsi təkcə vacib və ya müstəhəb əməllərə aid olmayıb geniş bir məna daşıyır və bütün əvəzsiz köməklərə şamil olur.

    5-Cİ AYƏ

    والَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَبِالآخِرَةِ هُمْ يُوقِنُونَ (4) أُوْلَـئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ (5)
    TƏRCÜMƏ:
    4-”(Müttəqilər) o kəslərdir ki, sənə və səndən əvvəlki peyğəm-bərlərə nazil olanlara (kitablara) iman gətirərlər və Qiyamət gününə imanları vardır.”
    5- ”Məhz onlar Allah tərəfindən doğru yoldadırlar və nicat tapanlar da onlardır.”
    TƏFSİR:
    Təqvalıların digər bir xüsusiyyəti də bütün peyğəmbər-lərə, ilahi proqramlara iman gətirməkdir. Quran buyurur: "Onlar həmin kəslərdir ki, sənə və səndən qabaqkı peyğəmbərlərə nazil olanlara (Quran, Tövrat, İncil, Zəbur və s. kimi asimani kitablara) imanları vardır.”
    Beləliklə, onlar peyğəmbərlərin dəvəti məsələsində dinin əsası baxımından heç bir ixtilaf olmadığını bi-lir, bundan əlavə, onları bu böyük dünyanın təlim-tərbiyə mərkəzində insanları təkamül yoluna istiqamətləndirmək üçün göndərilən ardıcıl tərbiyəçi və müəllimlər hesab edirlər. Onlar vəhdət və ittihad köklərinə malik olan asi-mani dinləri nifaq və təfriqə səbəbi deyil, Quran qanunla-rı əsasında insanlar arasında rabitə üçün möhkəm bir va-sitə bilirlər.
    Bu cür təfəkkür tərzinə malik olan insanlar öz ruhla-rını yersiz təəssüblərdən paklaşdırır, ilahi peyğəmbər-lərin hidayət və təkamül üçün gətirdiyi bütün şeylərə iman gətirirlər. Onlar tövhid yolunun bütün rəhbər və hidayət-çilərinə hörmətlə yanaşırlar.
    Əlbəttə, əvvəlki peyğəmbərlərə iman gətirmək, təkamül silsiləsinin sonuncu mərhələsi olan axırıncı Peyğəm-bərin dininə əməl etməyə və bu cür təfəkkürə malik olmağa heç də maneə törətmir. Çünki, başqa cür əməl etmək təkamül yolunda irəliyə deyil, geriyə bir addım hesab olunar.
    Məad və Qiyamətə iman gətirmək isə, təqvalılar üçün zikr olunan sonuncu sifətdir. Onlar axirət aləminə iman gətirərlər: وَبِالآخِرَةِ هُمْ يُوقِنُونَ
    Onlar qətiyyətlə inanırlar ki, insan heç də əbəs və hə-dəfsiz olaraq yaradılmamışdır. Bütün məxluqat kimi, onun yaradılışı da müəyyən məqsəd dayışır və onun üçün müəyyən hərəkət yolu təyin edilmişdir. Bu yol ölümlə sona yetmir, çünki, əgər ölməklə hər şey bitsəydi, şübhəsiz, bu dünyanın müvəqqəti həyatında bu qədər zəhmət və çarpışma qoparmaq çox gülünc və mənasız olardı.
    Təqvalı şəxs etiraf edir ki, Pərvərdigari-aləmin müqlət ədaləti hamının intizarını çəkir və bizim bu dün-yadakı əməllərimiz dəqiq şəkildə sorğu-suala çəkiləcək.
    Təqvalı şəxslər bu əqidə vasitəsi ilə ruhi aramlıq ta-pır, bu məsuliyyətli vəzifələri yerinə yetirmək yolunda qar-şılaşdıqları çətinliklərdən əsla yorulmur və üstəlik onu rəğbətlə qarşılayır da. O, xoşagəlməz hadisələr qarşısın-da sarsılmaz bir dağ kimi dayanır. Ədalətsizliklər qarşı-sında təslim olmur və gördüyü yaxşı və ya pis əməllərin heç birinin əvəzsiz qalmayacağına, öldükdən sonra hər növ zülm-dən uzaq olan daha geniş bir aləmə nəql olunaraq Pərəvr-digari-aləmin sonsuz rəhmətinə qovuşacağına əmindir.
    Axirətə iman gətirmək maddi aləm sərhədlərini aşıb, daha ali və yüksək mühitə daxil olmaq deməkdir. Belə ki, bu dünya həmin aləm üçün əkin sahəsi, daha artıq hazırlıq üçün sınaq meydanı hesab olunur. Bu dünya həyatı heç də son hədəf deyildir, əksinə təqdimat mərasimi rolunu oynayır və başqa bir dünya üçün quruculuq dövrü sayılır.
    Bu dünya həyatı insanın ana bətnindəki rüşeym dövra-nına bənzəyir. Bu dövr insan yaradılışı üçün son hədəf və məqsəd deyil, əksinə başqa bir həyat üçün təkamül dövranı-dır. Amma əgər bu rüşeym burada lazımınca inkişaf edib bütün eyblərdən amanda qalmazsa, ondan sonrakı həyatda xoş-bəxt və səadətli olmayacaq.
    Axirət aləminə iman insanların mənəvi tərbiyəsində dərin rol oynayır, onlara şəhamət, şücaət bağışlayır. Çün-ki, insan onun əsasında bu dünya iftixarının yüksək mərtə-bəsi olan müqəddəs hədəflər yolunda şəhadət məqamına yük-səlir. İmanlı şəxs üçün ən sevimli hədəf sayılan şəhadət əbədi bir həyatın başlanğıcıdır. Qiyamətə iman insanı gü-nahdan saxlayır. Başqa sözlə desək, bizim günahlarımız Al-laha və Qiyamət gününə imanla tərs mütənasibdir. Nə qədər iman artarsa, günah da bir o qədər azalar. "Sad” surəsinin 26-cı ayəsində Allah-taala Davuda (ə) buyurur:
    وَلا تَتَّبِعِ الْهَوَى فَيُضِلَّكَ عَن سَبِيلِ اللَّهِ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ
    "Heç vaxt nəfsani istəklərə tabe olma, yoxsa səni ilahi yol-dan sapdırar.”
    Həqiqətən Allah yolundan azanlar üçün dərdli və şid-dətli əzab hazırlanmışdır. Çünki, onlar Qiyamət gününü unutmuşlar. Bəli, Qiyamət gününün unudulması müxtəlif növ tüğyanların, zülm və günahların mənşəyi sayılır və on-lar üçün şiddətli əzab nəzərdə tutulub.
    Axırıncı ayə yuxarıda sadalanan beş sifəti özündə cəm edən möminlərin gözəl aqibətindən söz açır:
    "Onlar Pərvərdigarları tərəfindən olan hidayət yolu üzə-rindədirlər.” أُوْلَـئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ
    "Və onlar nicat tapanlardır.” وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ
    Həqiqətdə onların hidayətinə, həmçinin nicat tapma-larına Allah tərəfindən zəmanət verilmişdir. Başqa söz-lə desək, yeganə nicat və qurtuluş yolu bu dəstəyə məxsusdur ki, onlar sadalanan beş sifəti kəsb etməklə ilahi hidayətə na-il olurlar.
    Category: Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 952 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024