İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)

    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)

    67-74-CÜ AYƏLƏR
    وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُواْ بَقَرَةً قَالُواْ أَتَتَّخِذُنَا هُزُواً قَالَ أَعُوذُ بِاللّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ (67) قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لّنَا مَا هِيَ قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لاَّ فَارِضٌ وَلاَ بِكْرٌ عَوَانٌ بَيْنَ ذَلِكَ فَافْعَلُواْ مَا تُؤْمَرونَ (68) قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوْنُهَا قَالَ إِنَّهُ يَقُولُ إِنّهَا بَقَرَةٌ صَفْرَاء فَاقِـعٌ لَّوْنُهَا تَسُرُّ النَّاظِرِينَ (69) قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِيَ إِنَّ البَقَرَ تَشَابَهَ عَلَيْنَا وَإِنَّآ إِن شَاء اللَّهُ لَمُهْتَدُونَ (70) قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لاَّ ذَلُولٌ تُثِيرُ الأَرْضَ وَلاَ تَسْقِي الْحَرْثَ مُسَلَّمَةٌ لاَّ شِيَةَ فِيهَا قَالُواْ الآنَ جِئْتَ بِالْحَقِّ فَذَبَحُوهَا وَمَا كَادُواْ يَفْعَلُونَ (71) وَإِذْ قَتَلْتُمْ نَفْساً فَادَّارَأْتُمْ فِيهَا وَاللّهُ مُخْرِجٌ مَّا كُنتُمْ تَكْتُمُونَ (72) فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَا كَذَلِكَ يُحْيِي اللّهُ الْمَوْتَى وَيُرِيكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ (73) ثُمَّ قَسَتْ قُلُوبُكُم مِّن بَعْدِ ذَلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الأَنْهَارُ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاء وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللّهِ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا
    تَعْمَلُونَ (74)
    TƏRCÜMƏ:
    67- ”(Yada salın) o zamanı ki, Musa öz tayfasına dedi: "Al-lah sizə əmr edir ki, bir inəyi kəsəsiniz (və onun bir hissəsini qa-tili naməlum olan bir şəxsin bədəninə vurasınız ki, dirilsin və öz qatilini tanıtdırsın, həyəcanlar və çəkişmələr sakit-ləşsin). Dedilər: Bizi məsxərəyəmi qoyursan? (Musa) dedi: Allah məni cahillərdən olmaqdan saxlasın!”
    68- ”Dedilər: (belə isə) öz Allahından istə ki, bizim üçün bunun necə bir inək olduğunu bildirsin. Musa: "Allah buyurur ki, o, nə çox qoca və nə də çox cavan deyil, orta səviyyəli bir inəkdir. Sizə nə əmr olunubsa (dayanmadan) yerinə yetirin”-dedi.
    69- ”Dedilər: Öz Pərvərdigarından istə ki, bizim üçün onun nə rəngdə olduğunu müəyyən etsin.” Musa "Allah buyurur ki, onun bədəni heç bir qarışığı olmayan tünd sarı rəngdədir, gö-rənlərə şadlıq bəxş edir”-dedi.”
    70- ”Dedilər: ”Öz Allahından istə, bizim üçün onun nə cür inək olduğunu müəyyən etsin, çünki, inəklərimiz bir-birinə bənzəyir. Əgər Allah istəsə, biz hidayət olunarıq.”
    71- ”(Musa) dedi: Allah buyurur ki, o, yer əkmək üçün ram edilməmiş, əkini suvarmaq üçün istifadə edilməmiş bir inək olsun. Onda heç bir eyb, rəngində isə heç bir qarışıq yoxdur.” De-dilər: "İndi bu mətləbi lazımınca yerinə yetirdin.” Sonra (belə bir inəyi tapdılar və) onun başını kəsdilər, amma az qalırdı ki, bu işi yerinə yetirməsinlər.”
    72- ”Və (yada salın) o zamanı ki, bir nəfəri qətlə yetirdi-niz, sonra onun (qatilinin) barəsində dava-dalaş etdiniz. Allah sizin gizlətdiklərinizi aşkara çıxarandır.”
    73- ”Sonra: O inəyin ətinin bir hissəsini öldürülənin bə-dəninə vurun (ki, dirilsin və öz qatilini göstərsin) - dedik. Al-lah ölüləri də bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə dərk edəsiniz.”
    74- ”Bütün bunlardan sonra qəlbləriniz daş kimi bərkidi, yaxud daşdan da bərk (qatı) oldu. Çünki, bəzi daşlar yarılır və onlardan bulaqlar qaynayır və bəziləri yarılır, ondan su süzülməyə başlayır, bəziləri Allahın qorxusundan (dağın başından) aşağı düşür (amma sizin qəlbləriniz Allahdan qorxmur, sizin nə elmi-niz, nə də insani duyğularınız vardır). Allah sizin əməlləriniz-dən heç də qafil deyildir!”
    TƏFSİR:
    BƏNİ-İSRAİLİN İNƏK MƏSƏLƏSİ
    Bu ayə "Bəqərə” surəsində Bəni-israil barəsində olan sair ayələrdən fərqli olaraq, bəhs olunan hadisəni geniş şəkildə gətirmişdir. Bəlkə də bunun səbəbi həmin hadi-sənin Quranda yalnız bir dəfə qeyd olunmasıdır. Bundan əla-və onda geniş şərhə ehtiyacı olan çoxlu ibrətamiz dərslər vardır. Bəni-israilin bu hadisənin hər bir mərhələsində bəhanə axtarması, onların iman dərəcəsinin Musaya (ə) ay-dınlaşması və Qiyamətin baş verməsi üçün ən canlı şa-hidlərin müşahidə olunması həmin dərslərdəndir.
    Quran və təfsirlərdən məlum olduğu kimi, hadisə belə baş vermişdi: Bəni-israildən bir nəfər müəmmalı şəkil-də öldürülür, amma qatili heç bir vəchlə müəyyən etmək mümkün olmur. Bəni-israil qəbilələri arasında çəkişmə başlanır. Onlardan hər biri bu məsələni başqa qəbilənin boynuna atır və özünə bəraət qazandırır. Bu çəkişmələrə son qoymaq üçün Musanın (ə) yanına gedirlər və məsələnin həll edilməsini ondan xahiş edirlər. Bu hadisəni adi yolla həll etmək mümkün olmadığından, digər tərəfdən də çəkişmənin Bəni-israil arasında böyük bir fitnəyə səbəb olacağından qorxan Musa (ə) Pərvərdigarın lütfündən im-dad diləyərək möcüzəli şəkildə bu müşkülü həll edir.
    Əvvəldə buyurulur: "Yada salın o zamanı ki, Musa öz tayfasına dedi: Gərək bir inəyin başını kəsəsiniz.”
    وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُواْ بَقَرَةً
    "Onlar təəccüblə dedilər: Bizi məsxərə edirsənmi?”
    قَالُواْ أَتَتَّخِذُنَا هُزُواً
    Musa onların cavabında dedi: "Cahillərdən olmaqdan Al-laha pənah aparıram.” قَالَ أَعُوذُ بِاللّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ
    İstehza və məsxərə etmək nadan və cahil insanların işi-dir və Allahın Peyğəmbəri heç vaxt belə işlər görməz. İsteh-zanın yersiz olduğunu görərək bir daha əmin olduqdan sonra məsələnin ciddiləşdiyini gördükdə dedilər: "Əgər belədirsə, öz Allahından istə ki, hansı inəyi kəsməyi bildirsin.”
    قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لّنَا مَا هِيَ
    Onların istəklərində təkrar olunan "öz Allahından istə” cümləsi bir növ mərifətsizlik və istehzadır. Belə çıxır ki, Musanın Allahını öz Allahlarından ayrı bi-lirdilər!
    "Musa onların cavabında dedi: Allah buyurur ki, çox qocalıb əldən düşməyən və çox da cavan olmayan orta səviyyədə dişi bir inək kəsməlisiniz.” قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لاَّ فَارِضٌ وَلاَ بِكْرٌ عَوَانٌ بَيْنَ ذَلِكَ
    Həzrəti Musa bu məsələnin daha da uzadılmaması və Allahın fərmanının müxtəlif bəhanələrlə təxirə salın-maması üçün sözünün axırında buyurdu: "Sizə əmr olunanları yerinə yetirin.” فَافْعَلُواْ مَا تُؤْمَرونَ
    Amma onlar yenidən sözü uzadaraq, inadkarlıqla dedilər: "Öz Allahından istə ki, o inəyin hansı rəngdə olduğunu bizə anlat-sın.” قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوْنُهَا
    Həzrəti Musa buyurdu: "Allah buyurur ki, başdan ayağa sarı rəngdə olan bir inəyi kəsin, belə ki, o inək görənləri sevindirir.” قَالَ إِنَّهُ يَقُولُ إِنّهَا بَقَرَةٌ صَفْرَاء فَاقِـعٌ لَّوْنُهَا تَسُرُّ النَّاظِرِينَ
    Bir sözlə, demək lazımdır ki, bu inək tamamilə xoşa gələn rəngdə və parlaq olmalıdır. O qədər gözəl olmalıdır ki, görənləri heyrətə salsın. Təəccüblü məsələ budur ki, bununla da kifayətlənmədilər; hər dəfə bəhanə axtararaq öz işlərini daha da çətinləşdirdilər. İmam Rizadan (ə) nəql olunan bir rəvayətdə buyurulur: "Onlar hər hansı dişi inəyi seçsəydilər də kifayət edərdi. Amma onlar özləri məsələyə ciddi yanaşırdılar. Onlar nə qədər ciddiləşirdisə, Allah-taala da onların israrları səbəbi ilə həmin o inəyin incə xüsusiyyətlə-rini bəyan edirdi. Beləliklə onların nalayiq, yaramaz rəftar-larına dözən Musa (ə) layiqli və zahid bir şəxsə məxsus olan bir inəyi almağı əmr etdi. Onlar bu xüsusiyyətlərə malik olan yeganə bir inək üçün çoxlu miqdarda pul verməyə məcbur oldular. Buna görə də az qalırdı ki, o inəyi alıb kəsməsinlər.
    Yenə dedilər: "Öz Pərvərdigarından istə, görək (iş görmə nəzərindən) o inək necə olmalıdır?” قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لّنَا مَا هِيَ
    "Çünki, bu inək bizim üçün müəmmalıdır.” إِنَّ البَقَرَ تَشَابَهَ عَلَيْنَا
    "Əgər Allah istəsə biz hidayət olunarıq.” وَإِنَّآ إِن شَاء اللَّهُ لَمُهْتَدُونَ
    "Musa yenidən buyurdu: "Allah buyurur ki, o, belə bir inək ol-malıdır ki, əkin əkmək üçün ram edilməmiş və əkin üçün su çək-məmiş olsun.” قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لاَّ ذَلُولٌ تُثِيرُ الأَرْضَ وَلاَ تَسْقِي الْحَرْثَ
    "Və bütün eyb və nöqsanlardan uzaq olmalıdır, hətta onun rəngində heç bir qarışıq olmamalıdır.” مُسَلَّمَةٌ لاَّ شِيَةَ فِيهَا
    Sanki bura çatanda daha artıq suala yer qalmadığından de-dilər: "İndi (mətləbi) lazımınca bizə bəyan etdin.”
    قَالُواْ الآنَ جِئْتَ بِالْحَقِّ
    Sonra nəyin bahasına olursa olsun, o inəyi gətirdilər və başını kəsdilər. Amma bu işi görməyə heç də razı deyil-dilər. فَذَبَحُوهَا وَمَا كَادُواْ يَفْعَلُونَ
    Quran bu hadisənin incəliklərini qeyd etdikdən sonra həmin mətləbi xülasə şəkildə buyurur: "Yada salın o zamanı ki, bir nəfəri öldürdünüz, sonra onun qatili barəsində çəkişməyə başladınız.” وَإِذْ قَتَلْتُمْ نَفْساً فَادَّارَأْتُمْ فِيهَا وَاللّهُ مُخْرِجٌ مَّا كُنتُمْ تَكْتُمُونَ
    "Sonra dedik ki, o inəyin ətinin bir hissəsini öldürülənin bədə-ninə vurun ki, dirilsin və öz qatilini tanıtdırsın.” فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَا
    "Bəli, Allah ölüləri də məhz bu cür dirildir.” كَذَلِكَ يُحْيِي اللّهُ الْمَوْتَى
    "Və Öz ayələrini sizə bu cür bəyan edir ki, dərindən fikir-ləşəsiniz.” وَيُرِيكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ
    Sözü gedən ayələrin sonunda Bəni-israilin qəlbləri-nin daşa dönməsinə işarə edərək buyurur: "Bütün bu hadi-sələrdən sonra, o böyük ayə və möcüzələri görüb bunların müqabi-lində təslim olmadıqdan sonra, onların qəlbi daş kimi oldu, ya-xud daşdan da bərk oldu.”
    ثُمَّ قَسَتْ قُلُوبُكُم مِّن بَعْدِ ذَلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً
    "Çünki, daşlardan bəziləri yarılır və onlardan arxlar ax-mağa başlayır.” وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الأَنْهَارُ
    "Yaxud (heç olmasa) onlar parçalanır və su damlaları ondan sızır.” وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاء
    "Bəzən onlardan bir parçası (dağın zirvəsindən) Allahın xovfundan sürüşüb düşür.” وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللّهِ
    "Amma, sizin qəlbləriniz bu daşlardan da bərkdir. Nə ondan incə duyğular çeşməsi qaynayır, nə də məhəbbət qətrələri damır; Allah qorxusu yoxdur.”
    Axırıncı cümlədə buyurulur: "Allah-taala gördüyünüz işlərdən heç də qafil deyil.” وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
    Bu, Bəni-israil xalqına, habelə öz xəta və günah işlə-rini davam etdirən bütün insanlar üçün qısa şəkildə təh-qiqdən ibarətdir.

    75-77-Cİ AYƏLƏR
    أَفَتَطْمَعُونَ أَن يُؤْمِنُواْ لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِّنْهُمْ يَسْمَعُونَ كَلاَمَ اللّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِن بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ (75) وَإِذَا لَقُواْ الَّذِينَ آمَنُواْ قَالُواْ آمَنَّا وَإِذَا خَلاَ بَعْضُهُمْ إِلَىَ بَعْضٍ قَالُواْ أَتُحَدِّثُونَهُم بِمَا فَتَحَ اللّهُ عَلَيْكُمْ لِيُحَآجُّوكُم بِهِ عِندَ رَبِّكُمْ أَفَلاَ تَعْقِلُونَ (76) أَوَلاَ يَعْلَمُونَ أَنَّ اللّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ (77)
    TƏRCÜMƏ:
    75- ”İndi onların (yəhudilərin) sizin dininizə iman gəti-rəcəklərini ümid edirsiniz?! Halbuki, onların bir dəstəsi Al-

    lah kəlamını dinləyib dərk etdikdən sonra onu bilə-bilə təhrif edirlər.”
    76- ”Möminlərlə görüşəndə "iman gətirmişik”-deyirlər. Amma bir-birləri ilə xəlvətdə olanda deyirlər: Nə üçün Allahın (İslam Peyğəmbəri barəsində) buyurduğu mətləbləri müsəlmanlara deyirsiniz ki, (onlar da Qiyamət günündə) Allah dərgahında ona əsas-lanıb sizin əleyhinizə istidlal etsinlər?!”
    77- ”Məgər onlar bilmirlər ki, Allah-taala onların ba-tində gizlətdiklərini və aşkara çıxardıqlarını bilir?!”
    AYƏLƏRİN NAZİL OLMA SƏBƏBİ
    Təfsirçilərdən bəziləri sonuncu iki ayənin nazil ol-ma səbəbi barəsində İmam Baqirdən (ə) belə rəvayət etmiş-lər: "Haqq ilə düşmənçilik etməyən bir dəstə yəhudi, müsəl-manlara Tövratda İslam Peyğəmbərinin xüsusiyyətləri barəsində olanları xəbər verirdilər. Yəhudi başçıları bundan xəbər tut-duqdan sonra onları bu işdən çəkindirib dedilər: Siz Məhəm-mədin Tövratda gələn xüsusiyyətlərini onlara deməyin. Qoyun, Al-lah dərgahında sizin əleyhinizə dəlilləri olmasın. Yuxarıdakı ayələr nazil olaraq onlara cavab verdi.[ "Məcməül-bəyan”, 1-ci cild, səh:142]
    TƏFSİR:
    YeRSİZ TƏVƏQQÖ
    أَفَتَطْمَعُونَ أَن يُؤْمِنُواْ لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِّنْهُمْ يَسْمَعُونَ كَلاَمَ اللّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِن بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ
    Buna əsasən, əgər onlar Quranın canlı bəyanatlarına və İslam Peyğəmbərinin möcüzələrinə tabe olmurlarsa, heç də nigaran olmayın. Çünki, onlar Musa əleyhissəlamla birlik-də Tur dağına gedən və Allahın sözlərini eşidib dərk edən, amma qayıtdıqdan sonra onları təhrif edən şəxslərin övladlarıdır.
    "Və qəd kanə” cümləsindən məlum olur ki, onların hamısı ilahi ayələri təhrif etmirdi, bu yalnız bir qrup şəxsin, bəlkə də əksəriyyəti təşkil edən bir dəstənin işi idi.
    Ayələrin nazil olma səbəbi barədə qeyd olunmuşdur ki, Tur dağından qayıdan yəhudilərdən bir qrupu camaata dedi-lər: Biz eşitdik ki, Allah-taala Musaya (ə) buyurdu: "Əmr-lərdən bacardığınızı yerinə yetirin, bacarmadığınız yerdə tərk edin.” Bu da ilk təhrif idi.
    Ümumiyyətlə, İslam Peyğəmbərinin zühurunun əvvəllə-rində yəhudilərin başqalarından daha tez İslamı qəbul etmə-ləri gözlənilirdi. Çünki, onlar əhli-kitab idilər. Müşrik-lərin əksinə olaraq, İslam Peyğəmbərinin bütün xüsusiyyət-lərini öz kitablarında oxumuşdular. Amma Quran buyurur ki, rüsvayçı keçmişə malik olan belə bir xalqdan nə isə yaxşı şey gözləmək yersizdir. Çünki, bəzən bir cəmiyyətin azğın və rəzil sifətləri, hamıdan əvvəl haqqı qəbul etdikləri təqdirdə belə, onların inhirafa yuvarlanmalarına səbəb olur.
    Sonrakı ayə, digər bir həqiqəti ifşa edir; bu da hiylə-gər və münafiq cəmiyyət barəsindədir.
    "Onların pakqəlbliləri möminlərlə görüşəndə iman izhar edir və öz kitablarında Peyğəmbərin qeyd olunan xüsusiyyətlərin-dən xəbər verirlər.” وَإِذَا لَقُواْ الَّذِينَ آمَنُواْ قَالُواْ آمَنَّا
    "Amma gizlində onlardan bir dəstəsi deyir: Nə üçün Tövratda Allahın sizin üçün bəyan etdiklərini müsəlmanlara deyirsiniz?”
    وَإِذَا خَلاَ بَعْضُهُمْ إِلَىَ بَعْضٍ قَالُواْ أَتُحَدِّثُونَهُم بِمَا فَتَحَ اللّهُ عَلَيْكُمْ
    "Ki, Qiyamətdə Allah dərgahında sizin əleyhinizə dəlil gətirsinlər, məgər düşünmürsünüz?” لِيُحَآجُّوكُم بِهِ عِندَ رَبِّكُمْ أَفَلاَ تَعْقِلُونَ
    Ayənin təfsirində belə bir ehtimal da verilə bilər ki, ayənin əvvəli münafiq sifətli yəhudilər barəsində söhbət edir. Onlar müsəlmanların yanında imandan dəm vurur, başqa yer-lərdə isə İslamı inkar edirdilər. Hətta, pakqəlbli yəhudilərə də tənə vurub deyirdilər ki, nə üçün müqəddəs kitabın sirrlə-rini müsəlmanlara açıb deyirsiniz?
    Bir sözlə, bunların hamısı əvvəlki ayədə qeyd olunan mət-ləblərin təsdiqi üçündür. Yəni siz belə bir xüsusiyyətin əsiri olan cəmiyyətin iman gətirməsini heç də gözləməyin.
    "Fətəhəllahu əleykum” cümləsi Bəni-israilin ixtiyarında olan ilahi fərman və hökmlər və ya ilahi sirrlər qapısının yeni şəriətə aid olan xəbərlərinin aşkar olunmasına da işarə ola bilər. Bu ayədən məlum olur ki, həmin münafiqlə-rin imanı o qədər zəif idi ki, hətta Allahı adi insanlar kimi təsəvvür edir və müəyyən bir həqiqəti müsəlmanlardan gizlətməklə, Allahdan da gizlədə biləcəklərini düşünür-dülər.
    Ona görə də sonrakı ayə aşkar şəkildə buyurur: "Bunlar bilmirlər ki, Allah onların batini və zahiri sirlərindən agahdır?!” أَوَلاَ يَعْلَمُونَ أَنَّ اللّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ

    78-79-CU AYƏLƏR
    وَمِنْهُمْ أُمِّيُّونَ لاَ يَعْلَمُونَ الْكِتَابَ إِلاَّ أَمَانِيَّ وَإِنْ هُمْ إِلاَّ يَظُنُّونَ (78) فَوَيْلٌ لِّلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَـذَا مِنْ عِندِ اللّهِ لِيَشْتَرُواْ بِهِ ثَمَناً قَلِيلاً فَوَيْلٌ لَّهُم مِّمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَّهُمْ مِّمَّا يَكْسِبُونَ (79)
    TƏRCÜMƏ:
    78- ”Onların bir dəstəsi avam, bisavad camaatdan ibarət-dir ki, Allahın kitabından bir sıra arzu və xəyallardan başqa bir şey bilmir və yalnız özlərinin boş arzularına, xam xəyalla-rına və təxəyyüllərinə ürək bağlamışlar.”
    79- ”Vay olsun o şəxslərin halına ki, öz əlləri ilə kitab ya-zıb sonra "Allah tərəfindəndir”-deyirlər ki, onu azacıq qiymətə sata bilsinlər. Vay olsun öz əlləri ilə yazdıqlarına və vay olsun bu yolda əldə etdiklərinə!”
    AYƏLƏRİN NAZİL OLMA SƏBƏBİ
    Yəhudi alimlərindən bir dəstəsi Tövratda İslam Pey-ğəmbərinin qeyd olunan xüsusiyyətlərini dəyişdirdilər və bu dəyişikliyi məhz öz məqam və mənafeylərinin qorunub saxlanılması üçün etdilər. (Bu mənfəətlər avam camaat tə-rəfindən onlara çatırdı).
    Həzrəti Rəsuli-əkrəm Peyğəmbərliyə seçiləndən sonra, yəhudilər onun Tövratda qeyd olunan xüsusiyyətlərlə uyğun gəl-diyini görüb bu həqiqətin aydınlaşmasını öz mənafeləri-nə təhlükə kimi qiymətləndirdilər. Buna görə də Tövratda qeyd olunan həqiqi xüsusiyyətləri pozub, yerinə onun ziddinə olan əlamətlər yazdılar. O vaxta qədər az-çox onun həqiqi si-fətlərini eşidən yəhudilər öz alimlərindən soruşurdu-lar ki, bu şəxs, zühur edəcəyinə müjdə və vədə verilən hə-min peyğəmbərdirmi? Amma onlar avam camaatı qane etmək üçün Tövratın təhrif olunmuş ayələrini oxuyurdular.
    TƏFSİR:
    YƏHUDİLƏRİN AVAM CAMAATI İSTİSMAR eTMƏK ÜÇÜN HİYLƏLƏRİ
    Eçən ayələrin davamında yəhudilərin hiyləgər işləri ba-rəsində qeyd olunan bu ayələr yəhudi cəmiyyətini iki hissəyə ayı-rır: avam camaat və hiyləgər alimlər. Əlbəttə, onların alim-lərindən çox az qismi iman gətirib haqqı qəbul etdilər və mü-səlmanlara qoşuldular. Ayə buyurur: "Onlardan bir dəstəsi o kəs-lərdir ki, elmdən məhrumdurlar və Allahın kitabından azacıq arzu və xəyallardan başqa bir şey bilmirlər və yalnız öz təsəvvürlərinə ürək bağlayıblar.” وَمِنْهُمْ أُمِّيُّونَ لاَ يَعْلَمُونَ الْكِتَابَ إِلاَّ أَمَانِيَّ وَإِنْ هُمْ إِلاَّ يَظُنُّونَ
    "Ummiyyun” ummi kəlməsinin cəm forması olub, təhsil almayan, anadan doğulduğu halətdə qalan şəxs mənasına iş-lənir. Yaxud buna görə belə adlanır ki, bəzi analar cahiliy-yət dövrünün xas məhəbbəti ilə övladlarının onlardan ayrı-lıb məktəbdə dərs oxumalarına icazə vermirdilər.
    "Əmaniyyə” əmniyyə kəlməsinin cəm forması olub arzu mənasını daşıyır. Bu da yəhudilərin özləri üçün inanc saydıqları mövhumatçı təsəvvür və imtiyazlara işarə ola bilər. Onların alimlərindən bəziləri də həqiqətləri öz xeyirlərinə təhrif edirdilər. Belə ki, bundan sonrakı ayədə buyurulur: "Vay olsun o kəslərin halına ki, müəyyən mətləbləri öz əlləri ilə yazıb, "onlar Allah tərəfindəndir”- deyirlər.”
    فَوَيْلٌ لِّلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَـذَا مِنْ عِندِ اللّهِ
    "Onların məqsədi budur ki, azacıq bir məbləğdə pul əldə et-sinlər.” لِيَشْتَرُواْ بِهِ ثَمَناً قَلِيلاً
    "Vay olsun onların əlləri ilə yazdıqları şeylərə!”
    فَوَيْلٌ لَّهُم مِّمَّا كَتَبَتْ أَيْدِيهِمْ
    "Və vay olsun bu xəyanətdən əldə etdiklərinə!”
    وَوَيْلٌ لَّهُمْ مِّمَّا يَكْسِبُونَ
    Sonuncu cümlədən məlum olur ki, onlar çirkin vasitə-lərdən istifadə edir və eyni zamanda düzgün olmayan nəticə-lər alırdılar.

    80-82-Cİ AYƏLƏR
    وَقَالُواْ لَن تَمَسَّنَا النَّارُ إِلاَّ أَيَّاماً مَّعْدُودَةً قُلْ أَتَّخَذْتُمْ عِندَ اللّهِ عَهْدًا فَلَن يُخْلِفَ اللّهُ عَهْدَهُ أَمْ تَقُولُونَ عَلَى اللّهِ مَا لاَ تَعْلَمُونَ (80) بَلَى مَن كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيـئَتُهُ فَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ (81) وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أُولَـئِكَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِيهَا خَالِدُونَ (82)
    TƏRCÜMƏ:
    80- ”Və dedilər: Cəhənnəm əzabı bir neçə gündən artıq bizə toxunmayacaqdır (əzab verməyəcəkdir). De: Allahla əhd-peyman bağ-lamısınızmı? (Belədirsə,) Allah Öz peymanına, vədəsinə xilaf çıxmaz (əhdindən dönməz). Yoxsa bilmədiyiniz bir şeyi Allaha aid edirsiniz?!”
    81- ”Günah və xəta edənlər və günahın təsiri bütün vücu-dunu əhatə edən şəxslər cəhənnəm əhlidir və onlar əbədi olaraq orada qalacaqlar.”
    82- ”İman gətirib saleh əməl edənlər behişt əhlidirlər və həmişəlik orada qalacaqlar.”
    TƏFSİR:
    PUÇ VƏ YeRSİZ İDDİALAR
    Quran burada yəhudilərin məğlub olmaqlarına, habelə onların bəzi inhiraflarının mənşəyi olan əsassız danı-şıqlarına işarə edir və ona cavab verir.
    Əvvəldə buyurur: "Onlar dedilər: Cəhənnəm odu bir neçə gündən artıq bizə toxunmayacaq.” وَقَالُواْ لَن تَمَسَّنَا النَّارُ إِلاَّ أَيَّاماً مَّعْدُودَةً
    "De: Məgər Allahla əhd-peyman bağlamısınız?! Allah heç vaxt Öz əhdinə xilaf çıxmaz. Yoxsa bilmədiyiniz bir şeyi Allaha aid edirsiniz?”
    قُلْ أَتَّخَذْتُمْ عِندَ اللّهِ عَهْدًا فَلَن يُخْلِفَ اللّهُ عَهْدَهُ أَمْ تَقُولُونَ عَلَى اللّهِ مَا لاَ تَعْلَمُونَ
    Yəhudilərin özlərini sair millətlərdən üstün tutma-sı, xüsusi bir təbəqə kimi bir neçə gündən artıq cəzalanma-yacaqlarına, sonra isə əbədi behiştlərə malik olacaqları-na etiqad bəsləmək bu cəmiyyətin xudpəsəndlik və xudbinlik-lərinin aşkar dəlillərindəndir.
    Onların özlərini bu cür imtiyazlı və üstün sanmaq-ları heç bir məntiqlə uyğun deyildir. Çünki, Allah yanında əməllərə mükafat və ya cəza verilməsi məsələsində insanlar arasında heç bir fərq yoxdur. Məgər yəhudilər nə etmiş-dilər ki, ümumi cəza qanunlarında onların xeyrinə müəyyən müddəalar və bəndlər açılmış olsun?!
    Ümumiyyətlə, yuxarıdakı ayə məntiqi bir bəyanla bir da-ha bu yanlış təsəvvürləri batil edir və buyurur ki, bu söz-lər iki haldan xaric deyildir: Ya Allah ilə bu barədə xüsu-si əhd-peyman bağlamışdılar (halbuki belə deyildir), yaxud Allaha töhmət vururlar.
    Sonrakı ayə hər bir nəzərdən məntiqlə uyğun olan ümumi bir qanunu bəyan edərək buyurur: "Bəli, günah edənlər, günahın əsəri bütün vücudlarını əhatə edən şəxslər cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.”
    بَلَى مَن كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيـئَتُهُ فَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ
    Təqvalı şəxslər və möminlər barəsində də ümumi bir qa-nun mövcuddur ki, sonrakı ayə onu belə bəyan edir: "İman gətirib saleh əməl edən şəxslər behişt əhlidirlər və əbədi olaraq orada qala-caqlar.” وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أُولَـئِكَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِيهَا خَالِدُونَ
    İNCƏ NÖQTƏLƏR
    GÜNAH KƏSB ETMƏ:
    İktisab və kəsb, ixtiyar və iradə ilə müəyyən bir şeyi əldə etmək deməkdir. Buna əsasən "bəla mən kəsəbət” cümləsi o kəslərə işarə edir ki, elm və ixtiyarla günaha mürtəkib olublar. Bəlkə də "kəsb” təbiri gətirilməsinin səbəbi budur ki, günahkar ilk baxışda günah işi yerinə yetirməyi öz xeyrinə, onun tərk olun-masını isə ziyanına hesab edir. Bu kəslərə sonrakı bir neçə ayə-də işarə olunur. Belə ki, onlar axirəti dünya həyatına satmış-lar. Buna görə də onların cəzalandırılmasında heç bir güzəş-tə gedilməyəcək.
    Category: Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-15)
    Views: 721 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024