İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    108-Cİ AYƏ

    أَمْ تُرِيدُونَ أَن تَسْأَلُواْ رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسَى مِن قَبْلُ وَمَن يَتَبَدَّلِ الْكُفْرَ بِالإِيمَانِ فَقَدْ ضَلَّ سَوَاء السَّبِيلِ (108)
    TƏRCÜMƏ:

    108- ”Yoxsa siz də bundan qabaq Bəni-israilin Musadan istədiyi şeyləri öz Peyğəmbərinizdən istəyirsiniz? (Və bu bəhanə ilə imandan boyun qaçırmaq istəyirsinizmi?) Hər kəs küfrü imana dəyişsə (və onu imanın yerinə qəbul etsə), şübhəsiz, düzgün yoldan (əql və fitrət yo-lundan) azmışdır.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Təfsir kitablarında bu ayənin nazil olma səbəbi barə-də bir neçə nəzər buyurulmuşdur ki, onların nəticəsi təqri-bən eynidir:

    İbni Abbasdan nəql olunmuşdur ki, Vəhəb ibni Zeyd və Rafi ibni Hərmələ Rəsuli-əkrəmin yanına gəlib dedilər: Allah tərəfindən bizə bir məktub gətir ki, onu oxuyub sonra iman gətirək! Yaxud bizim üçün çaylar axıt ki, sənə tabe olaq. Bəziləri də demişlər ki, ərəblərdən bir dəstəsi Peyğəmbə-rin yanına gəlib yəhudilərin Musadan (ə) istədiklərinə ox-şar şeylər istədilər. Və dedilər: Allahı aşkar şəkildə bizə göstər, öz gözlərimizlə görüb iman gətirək. Yuxarıda-kı ayə nazil olub onlara cavab verdi.[6]
    TƏFSİR:
    ƏSASSIZ BƏHANƏLƏR

    Bu ayənin imanları zəif olan bir dəstə müsəlmana, ya-xud müşriklərəxitab olmasına baxmayaraq, görəcəyiniz ki-mi, yəhudilərin taleyi ilə də əlaqəsiz deyildir.

    Bəlkə də qiblənin dəyişdirilməsi hadisəsindən sonra müsəlmanlar və müşriklərdən bir dəstəsi yəhudilərin vəs-vəsəsi nəticəsində Peyğəmbəri-əkrəmdən yersiz şeylər istə-dilər ki, onların nümunəsi qeyd olunub.

    Allah-taala onlara bu cür suallar verməsini qadağan edib buyurur: "Məgər öz Peyğəmbərinizdən, sizdən əvvəlkilərin Musadan istədikləri ağılasığmaz şeyləri tələb edib bu kimi bə-hanələrlə iman gətirməkdən boyun qaçırmaq istəyirsinizmi?”

    أَمْ تُرِيدُونَ أَن تَسْأَلُواْ رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسَى مِن قَبْلُ...

    Bu iş bir növ imanın küfr ilə dəyişdirilməsi olduğuna görə, ayənin axırında buyurulur: "Hər kəs küfrü imanın yerinə qə-bul etsə, düzgün yoldan azmışdır”

    وَمَن يَتَبَدَّلِ الْكُفْرَ بِالإِيمَانِ فَقَدْ ضَلَّ سَوَاء السَّبِيلِ

    İslam heç də elmi və məntiqi sualların, həmçinin Pey-ğəmbəri-əkrəmin (s.ə.v.v) çağırışının haqq olmasını dərk etmək üçün möcüzə istənilməsinin qarşısını almır. Çün-ki, iman gətirməyin və haqqı başa düşməyin yeganə yolu bu-dur. Amma bəziləri Peyğəmbəri-əkrəmin (s.ə.v.v) çağırışı-na müsbət cavab verməmək üçün əsassız sualları, ağılasığmaz istəkləri bəhanə gətirirdilər.
    109-110-CU AYƏLƏR

    وَدَّ كَثِيرٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُم مِّن بَعْدِ إِيمَانِكُمْ كُفَّاراً حَسَدًا مِّنْ عِندِ أَنفُسِهِم مِّن بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّ فَاعْفُواْ وَاصْفَحُواْ حَتَّى يَأْتِيَ اللّهُ بِأَمْرِهِ إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (109) وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ وَمَا تُقَدِّمُواْ لأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ اللّهِ إِنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ (110)
    TƏRCÜMƏ:

    109- ”Əhli-kitabdan bəziləri öz vücudlarında kök salmış həsəd səbəbi ilə haqq onlar üçün tamamilə aydınlaşandan sonra sizi İslamdan və imandan küfr halına qaytarmaq istəyirlər. Siz, Allah Öz fərmanını (cihad hökmünü) nazil edənə qədər onları əfv edib güzəştə gedin. Allah hər şeyə qadirdir.”

    110- ”Namaz qılın, zəkat verin (və bu iki iş vasitəsi ilə öz cəmiyyətinizin ruhunu qüvvətləndirin və bilin ki,) özünüz üçün əvvəlcədən hər nə göndərmisinizsə, Allah yanında (axirət alə-mində) onu da görəcəksiniz. Həqiqətən Allah sizin əməllərinizdən agahdır.”
    TƏFSİR:
    İNADKAR PAXILLAR

    Kitab əhlinin çoxu, xüsusilə yəhudilər İslamı qəbul etməməklə kifayətlənməyib israr edirdilər ki, möminlər də öz imanlarından dönsünlər. Bu işdə onların məqsədləri həsəddən başqa bir şey deyildi. Quran yuxarıdakı ayələrdə bu işə işarə edib buyurur: "Kitab əhlindən çoxları vücudla-rında olan həsəd səbəbi ilə sizin İslamdan və imandan küfrə qay-tarmaq istəyirlər. Halbuki haqq onlar üçün tamamilə aşkar-dır.”

    وَدَّ كَثِيرٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُم مِّن بَعْدِ إِيمَانِكُمْ كُفَّاراً حَسَدًا مِّنْ عِندِ أَنفُسِهِم مِّن بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّ

    Burada Quran müsəlmanlara göstəriş verir ki, bu təx-ribatçı və inhirafçı səylər qarşısında "əfv edib güzəştə gedin ki, Allah Öz fərmanını göndərsin. Çünki, Allah hər şeyə qadirdir.” فَاعْفُواْ وَاصْفَحُواْ حَتَّى يَأْتِيَ اللّهُ بِأَمْرِهِ إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

    Həqiqətdə bu, müsəlmanlara verilən xüsusi bir göstə-rişdir. Belə ki, onlar düşmənin o xüsusi şəraitdəki ağır təzyiqləri müqabilində gərək güzəşt və əfv silahından is-tifadə etsinlər, İslam cəmiyyətini və özlərini mənəvi cə-hətdən qorumağa başlasınlar və Allah-taalanın əmrinin gəlməsini gözləsinlər. Allahın fərmanı dedikdə, burada məqsəd əksər təfsirçilərin dediyinə görə cihad hökmüdür. Bəlkə də müsəlmanların bu fərman üçün hərtərəfli hazır-lıqlı olmadıqları üçün bu hökm həmin ayə nazil olanda hə-lə gəlməmişdi. Buna görə də çoxları inanır ki, bu ayənin mövzusu, gələcəkdə işarə edəcəyimiz kimi, cihad ayələri ilə dəyişəcəkdir.

    Sonra ayə möminlərə mühüm bir göstəriş verir: Biri insanla Allah arasında möhkəm rabitə olan namaz, digəri isə ictimaiyyətin fərdləri arasında qarşılıqlı əlaqə və bağlılıq yaradan zəkat barəsindədir. Bu iki hökmün hər ikisi düşmənə qələbə çalmaq üçün zəruridir. Ayə buyurur: "Namaz qılıb zəkat verin və bu iki əməl vasitəsilə öz ruh və cis-minizi qüvvətləndirin.” وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ

    Sonra əlavə edir: "Heç də güman etməyin ki, gördüyünüz yaxşı işlər, Allah yolunda infaq etdiyiniz mal-dövlətlər aradan gedəcək. Əksinə, əvvəlcədən özünüz üçün göndərdiyiniz yaxşılıqları Allah ya-nında (axirət aləmində) tapacaqsınız.”

    وَمَا تُقَدِّمُواْ لأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ اللّهِ

    "Allah sizin bütün əməllərinizə agahdır.”

    إِنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

    O, hansı əməlin yalnız Allah xatirinə və hansı əmə-lin digər məqsədlər üçün yerinə yetirildiyini dəqiq şəkil-də bilir.

    111-112-Cİ AYƏLƏR

    وَقَالُواْ لَن يَدْخُلَ الْجَنَّةَ إِلاَّ مَن كَانَ هُوداً أَوْ نَصَارَى تِلْكَ أَمَانِيُّهُمْ قُلْ هَاتُواْ بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ (111) بَلَى مَنْ أَسْلَمَ وَجْهَهُ لِلّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِندَ رَبِّهِ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ (112)
    TƏRCÜMƏ:

    111- ”Onlar dedilər: "Yəhudilərdən və ya nəsranilərdən başqa heç kəs cənnətə daxil olmayacaq.” Bu onların puç arzuları, xülya-larıdır. De: Əgər düz deyirsinizsə, (bu məsələyə dair) öz dəlillə-rinizi gətirin!”

    112- ”Xeyr, (behiştə getməyin meyarı başqa şeydir:) Hər kəs Allah qarşısında təslim olub gözəl işlər görsə, onun mükafa-tı Pərvərdigarın yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və qəm-qüssə görməyəcəklər. (Buna əsasən, behişt heç bir tayfaya məx-sus deyildir).”
    TƏFSİR:
    BeHİŞTİ ÖZLƏRİNƏ HƏSR eDƏNLƏR

    Quran yuxarıdakı ayələrdə yəhudilərdən və məsihilər-dən bir qrupunun yersiz və puç iddialarından digər birinə işarə edir, daha sonra kəsərli bir cavab verib buyurur: On-lar dedilər: yəhudilərdən və ya nəsranilərdən başqa heç kəs behiştə daxil olmayacaq. وَقَالُواْ لَن يَدْخُلَ الْجَنَّةَ إِلاَّ مَن كَانَ هُوداً أَوْ نَصَارَى

    Cavablarında isə əvvəlcə buyurur: "Bu onların yalnız arzu-larıdır (və bu arzuya heç vaxt çatmayacaqlar).” تِلْكَ أَمَانِيُّهُمْ

    Sonra Peyğəmbərə xitab edərək buyurur: "Onlara de: Hər iddi-anın bir dəlili olmalıdır. Əgər bu iddianız doğrudursa, öz dəlil-lərinizi gətirin!” قُلْ هَاتُواْ بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ

    Bu iddialara heç bir dəlili olmayanlara, cənnətin on-lara məxsus olmasını əsassız bir xülya kimi başında gəz-

    dirənlərə həqiqəti isbat etmək üçün behiştə daxil olmağın əsas meyarını ümumi bir qanun şəklində buyurur: "Əksinə, hər kəs Allah qarşısında təslim olsa və saleh işlər görsə onun mükafatı Allahın yanındadır.”

    بَلَى مَنْ أَسْلَمَ وَجْهَهُ لِلّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِندَ رَبِّهِ

    Buna əsasən "Belə şəxslər üçün heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.” وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

    Bir sözlə, behişt, Allahın sair nemətləri və əbədi səadətə nail olmaq heç bir tayfaya məxsus deyildir. Bu o şəxs-lərə məxsusdur ki, iki şərt onlarda mövcud olsun: Birinci mərhələdə haqq fərmanı müqabilində qeydsiz-şərtsiz təs-lim olmaq və Allahın hökmlərində ayrı-seçkiiliyi tərk et-mək; Belə olmamalıdır ki, hər hansı göstəriş onların mə-nafeylərinə uyğun olsa qəbul etsinlər və müxalif olan surət-də arxa çevirsinlər. Onlar tamamilə haqqa təslimdirlər. Sonrakı mərhələdə isə bu imanın əməli təsirləri, gözəl əməllər yerinə yetirmək surətində əks etdirilir. Onlar bü-tün insanlara qarşı, bütün mərhələlərdə yaxşı əməl sahib-ləridir.

    Həqiqətdə Quran bu bəyanla irqçilik məsələsini, yersiz təəssübləri ümumi şəkildə rədd edir və səadəti, xoşbəxt-liyi hər hansı bir tayfaya məxsus olmaqdan çıxarır. Qurtu-luş rəmzi olan iman və saleh əməli ümumi bir meyar kimi müəyyən edir.
    113-CÜ AYƏ

    وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارَى عَلَىَ شَيْءٍ وَقَالَتِ النَّصَارَى لَيْسَتِ الْيَهُودُ عَلَى شَيْءٍ وَهُمْ يَتْلُونَ الْكِتَابَ كَذَلِكَ قَالَ الَّذِينَ لاَ يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ فَاللّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُواْ فِيهِ يَخْتَلِفُونَ (113)
    TƏRCÜMƏ:

    113- ”Yəhudilər dedilər: Məsihilərin (Allah yanında) heç bir mövqe və məqamı yoxdur; Məsihilər də dedilər: Yəhudilərin heç bir mövqeyi, məqamı yoxdur (batil və yanlış yoldadırlar). Hansı ki, hər ikisi səmavi kitabı oxuyurdular (və belə puç təəssübləri kənara qoymalı idilər). Nadan şəxslər də onlar (müşriklər) kimi sözlər deyirdilər. Allah Qiyamət günü onların arasında, ixti-laflı olan məsələdə hökm edəcəkdir.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Təfsirçilərdən bir dəstəsi İbni Abbasdan belə nəql etmişlər: Nəcran məsihilərindən bir qrupu Həzrəti Rəsu-li-əkrəmin yanına gəldi. Yəhudi alimlərindən də bir dəstə-si orada idi. Həzrəti Rəsuli-əkrəmin hüzurunda onlarla mə-sihilər arasında çəkişmə başlandı. Yəhudi alim Rabi ib-ni Hərmələ məsihilərə üz tutub dedi: Sizin dininizin əsa-sı puç və batildir. Sonra İsanın nübüvvəti və onun kitabı-nı (İncili) inkar etdi. Məsihi kişi də bu cümləni eyni ilə yəhudinin cavabında təkrar etdi və dedi ki, yəhudi di-ninin əsası puçdur və təməli yoxdur.

    Bu zaman yuxarıdakı ayə nazil oldu və hər iki dəstəni düz danışmadıqları üçün məzəmmət etdi.[7]
    TƏFSİR:
    İNHİSARÇILIQ HİSSLƏRİNDƏN YARANAN TƏZADLAR

    Keçən ayələrdə yəhudi və nəsranilərin dəlilsiz iddia-larından bəziləri qeyd olundu. Bu ayə isə göstərir ki, əgər dəlilsiz iddialar irəli sürülərsə, onun nəticəsi əvvəli inhisarçılıqdan, daha sonra isə təzaddan başqa bir şey ol-mayacaq. Ayə buyurur ki, "yəhudilər dedilər: Məsihilərin Allah yanında heç bir məqam və mövqeyi yoxdur. Məsihilər də dedilər ki, yəhudilərin Allah yanında heç bir mövqeyi yoxdur və batil yolda-dırlar.”

    وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارَى عَلَىَ شَيْءٍ وَقَالَتِ النَّصَارَى لَيْسَتِ الْيَهُودُ عَلَى شَيْءٍ

    "Ləysət əla şəyin” cümləsi göstərir ki, onların Allah dər-gahında heç bir məqamı yoxdur. Yaxud onların dinləri müla-hizə olunası bir şey deyildir.

    Sonra əlavə edir: "Onlar bu sözləri elə bir halda deyirlər ki, asimani kitabı oxuyurdular.” وَهُمْ يَتْلُونَ الْكِتَابَ

    Yəni bu kimi məsələlərdə onların çətinliklərini həll edə bilən ilahi kitablar əllərində olduğu halda, təəssüb və inaddan qaynaqlanan bu cür sözlərin deyilməsi çox qəribədir.

    Sonra Quran əlavə edir: "Onlardan əvvəl müşriklər də bunla-rın dedikləri həmin sözləri deyirdilər (halbuki, bunlar kitab əhli, onlar isə bütpərəstdirlər).” كَذَلِكَ قَالَ الَّذِينَ لاَ يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ

    Bu ayə yersiz təəssübün əsil mənşəyini cəhalət və nadan-lıqda görür. Çünki, nadan insanlar öz aləmlərinə mühitlə-rində qapandıqları üçün ondan qeyrisini qəbul etmirlər. Uşaqlıq çağlarında tanış olduqları xurafatçı və əsassız dinə qəlbən ürək bağlamış və ondan qeyrisini inkar edirdi-lər. Ayənin axırında buyurulur: "Allah bu ixtilafın mühakimə-sini Qiyamət günü Öz öhdəsinə alacaqdır.”

    فَاللّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُواْ فِيهِ يَخْتَلِفُونَ

    Məhz buradan da həqiqətlər aydınlaşır, hər şeyin sənədi aşkar olur. Heç kəsin haqqı inkar etməyə əsası olmur. Belə-liklə də ixtilaflar aradan qaldırılar. Bəli, Qiyamətin xüsu-siyyətlərindən biri də ixtilafların sona yetməsi, həll edil-məsidir.

    Həmçinin yuxarıdakı ayə müsəlmanlara təskinlik verir ki, əgər bu din ardıcılları onlarla mübarizəyə qalxsalar və onların dinlərini inkar etsələr də heç vaxt nigaran ol-masınlar. Çünki, onlar heç özlərini də qəbul etmirlər. Hər biri digərini inkar edir. Bir sözlə, cəhalət və nadanlıq təəssübün, təəssüb isə inhisarçılıq ruhiyyəsinin mənşəyi-dir.
    114-CÜ AYƏ

    وَمَنْ أَظْلَمُ مِمَّن مَّنَعَ مَسَاجِدَ اللّهِ أَن يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَى فِي خَرَابِهَا أُوْلَـئِكَ مَا كَانَ لَهُمْ أَن يَدْخُلُوهَا إِلاَّ خَآئِفِينَ لهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ (114)
    TƏRCÜMƏ:

    114- ”Allahın məscidlərində Onun adının zikr olunması-nı qadağan edən və onları viran etməyə səy göstərənlərdən daha za-lım kim ola bilər? Onlar gərək yalnız qorxu və vəhşət ilə iba-dət mərkəzlərinə daxil olsunlar. Onların dünyadakı bəhrələri rüsvayçılıq, axirətdə isə böyük əzabdır.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    "Əsbabun-nüzul” kitabında İbni Abbasdan rəvayət olun-muşdur ki, bu ayə Fəltəlus Rumi və Həzrəti Məsihin dost-ları barəsində nazil olmuşdur. Onlar Bəni-israil tayfası ilə vuruşub Tövratı yandırdılar və övladlarını əsir tut-dular. Beytul-müqəddəsi dağıdıb ölü heyvanları oraya tökdü-lər.[8]

    Mərhum Təbərsi "Məcməul-bəyan” təfsirində ibni Ab-basdan nəql edir ki, Beytul-müqəddəsin dağıdılması və məhv edilməsi müsəlmanların fəthinə qədər davam etməkdə idi.

    İmam Sadiqdən (ə) nəql olunan rəvayətdə buyurulur ki, bu ayə Qureyş qəbiləsi barəsində nazil olmuşdur. Belə ki, on-lar Peyğəmbərin Məkkə şəhərinə və Məscidul-hərama daxil olmasının qarşısını alırdılar.

    Bəzi təfsirçilər isə ayə üçün üçüncü bir şəni-nüzul qeyd etmiş və demişlər ki, məqsəd müsəlmanların Məkkədə namaz üçün seçdiyi məkandır ki, müşriklər Peyğəmbərin hicrətindən sonra o yerləri viran etdilər.[9]

    Bu ayənin nazil olma səbəblərinin arasında müəyyən bir uyğunluq olmasının heç də maneəsi yoxdur. Buna əsasən qeyd olu-nan səbəblərin hər birisi məsələnin bir tərəfini işıqlan-dırır.
    TƏFSİR:
    İNSANLAR İÇİNDƏ ƏN ZALIM ŞƏXS

    Qeyd olunan ayənin nazil olma səbəblərini çatdıran hə-dislərin araşdırılması göstərir ki, burada yəhudilərə, nəsranilərə və müşriklərə müraciət olunur. Keçən ayələ-rin bəzən yəhudilərə, bəzən də məsihilərə işarə etməsinə baxmayaraq, yəhudilər qiblənin dəyişdirilməsi məsələsində vəsvəsə yaradaraq, müsəlmanları yenidən Beytul-müqəddəsə doğ-ru namaz qılmağa vadar etmək istəyirdilər ki, bu yolla həm onlardan üstün olduqlarını bildirsinlər, həm də Məsci-dül-həram və Kəbə rövnəqdən düşsün.[10]

    Məkkə müşriklərinin Peyğəmbəri-əkrəmə və müsəlman-lara Allah evinin ziyarətini qadağan etməsi bu ilahi məkanın dağıdılması istiqamətində atdıqları ilk addımlar idi.

    Beləliklə, Quran onların bu işlərini böyük bir zülm, icraçılarını isə xalq arasında ən zalım şəxslər adlandı-rır.


    Görəsən tövhid məkanlarının dağıdılmasından, Alla-hın yad olunmasının qarşısını almaqdan, xalq arasında fəsad və şirki yaymaqdan da ağır bir zülm və cinayət ola bi-lərmi? Sonra ayə buyurur: "Layiq deyildir ki, onlar (müşriklər) qorxu və vəhşətdən başqa bir halda bu məkanlara daxil olsunlar.”

    أُوْلَـئِكَ مَا كَانَ لَهُمْ أَن يَدْخُلُوهَا إِلاَّ خَآئِفِينَ

    Yəni müsəlmanlar və bütün dünya tövhidçiləri o qədər möhkəm dayanmalıdırlar ki, bu zalımların əlləri müqəd-dəs məkanlardan kəsilsin və onlardan heç biri açıq-aşkar, vəhşət və qorxu olmadan müqəddəs məkanlara daxil ola bil-məsinlər.

    Yuxarıdakı cümlənin təfsirində belə bir ehtimal da vermək olar ki, zalım şəxslər bu əməl ilə heç vaxt ibadət məkanlarını ələ keçirməyə nail olmayacaq, əksinə iş o yerə çatacaq ki, vəhşət və qorxu hissi keçirmədən onun qapısın-dan keçə bilməyəcəklər.

    Ayənin axırında zalımların dünya və axirətdəki cəza-larını çox ciddi bir təbirlə bəyan edərək buyurur: "Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab vardır.”

    لهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ

    Allah ilə bəndələr arasında ayrılıq salmağa çalışan kəslərin aqibəti məhz, budur.
    İNCƏ NÖQTƏLƏR
    MƏSCİDLƏRİN VİRAN EDİLMƏSİ YOLLARI

    Şübhəsiz, bu ayənin daha geniş məfhumu vardır və mü-əyyən zaman və məkanla məhdudlaşmır. Xüsusi şəraitlə əla-qədar olaraq nazil olan sair ayələr də bu qəbildəndir. Amma onun hökmü bütün əsrlərdə sabit qalmaqdadır. Buna əsasən hər kəs ilahi məkanların dağıdılmasında hər hansı bir şəkildə çalışsa və Allahın adının zikr olunmasına, onda ibadət olunmasına maneə yaratsa, ayədə işarə olunan böyük rüsvayçı-lığa və əzaba düçar olacaqdır.

    Bu məsələyə diqqət yetirmək lazımdır ki, ibadət edənlərin məscidə daxil olmasını, Pərvərdigarın adının zikr edil-məsini qadağan etmək və məscidlərin dağıdılmasında səy gös-tərmək yalnız bel-külünglə dağıtmaqla məhdudlaşmır. Nəti-cəsi məscidin dağıdılmasına, rövnəqdən düşməsinə səbəb ola-caq hər bir iş həmin hökmə şamil olacaqdır. Çünki, "innəma yəmuru məsacidəllah”[11] إِنَّمَا يَعْمُرُ مَسَاجِدَ اللّهِ ayəsinin təfsirində, bəzi rəvayətlərdən məlum olduğu kimi, məscidin abadlaşdırılma-sından məqsəd, təkcə onun binası deyildir. Orada təşkil olu-nan və Allahın yad olunmasına səbəb olan dini məclislər də bir növ abadlaşdırma, hətta ən yaxşı abadlaşdırma sayılır.

    Bunun müqabilində camaatın Allah zikrindən qafil olmasına, məsciddən çəkilmələrinə səbəb olan hər bir şey böyük zülmdür! Allah bizi hər növ azğınçılıqdan qorusun!
    115-Cİ AYƏ

    وَلِلّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ فَأَيْنَمَا تُوَلُّواْ فَثَمَّ وَجْهُ اللّهِ إِنَّ اللّهَ وَاسِعٌ عَلِيمٌ (115)
    TƏRCÜMƏ:

    115- ”Məşriq və məğrib Allaha məxsusdur. Hər tərəfə üz tutsanız, Allah oradadır. Allah vüsət bəxş edən və bilikli-dir.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Bu ayənin nazil olma səbəbi barəsində müxtəlif rəva-yətlər nəql olunmuşdur. İbni Abbas deyir: Bu ayə qiblənin dəyişdirilməsi ilə əlaqədardır. Müsəlmanların qibləsi Beytul-müqəddəsdən Kəbəyə doğru dəyişiləndə, yəhudilər in-kar məqamında müsəlmanlara irad tutub dedilər ki, məgər qibləni dəyişdirmək olarmı? Bu ayə nazil oldu və onlara ca-vab verdi ki, dünyanın şərqi və qərbi hamısı Allaha məx-susdur.[12]

    Başqa bir rəvayətdə oxuyuruq ki, bu ayə müstəhəb namaz barəsində nazil olmuşdur. Belə ki, minik üzərində olan şəxs hər bir istiqamətə getsə, hətta arxası qibləyə olsa be-lə, müstəhəb namaz qıla bilər.[13]

    Bəziləri də Cabirdən belə nəql etmişlər ki, Peyğəm-bər (s.ə.v.v) müsəlmanlardan bir dəstəsini müharibə meyda-nına göndərdi. Gecənin qaranlığı hər yeri bürüyəndə qiblə-ni seçə bilmədilər və hər kəs bir tərəfə üz tutub namaz qıl-dı. Gün doğanda hamısı gördü ki, namazı qibləyə doğru qıl-mamışlar. Peyğəmbərdən bu barədə soruşdular. Yuxarıdakı ayə nazil olub onlara bildirdi ki, belə bir şəraitdə onla-rın namazları səhihdir. Əlbəttə, bu hökmün əlavə şərt-ləri də vardır ki, fiqhi kitablarda qeyd olunmuşdur.[14]

    Biz yuxarıdakı ayənin nazil olma səbəblərinin hamı-sının doğru olduğunu qəbul edə bilərik. Yəni ayə həm qib-lənin dəyişdirilməsini göstərə bilər, həm nafilə namaz-larının minik üstə qılınmasına, həm də qibləni bilmə-diyimiz şəraitdə vacibi namazı qılmağı göstərə bilər.
    TƏFSİR:
    HƏR TƏRƏFƏ ÜZ ÇeVİRSƏNİZ ALLAH ORADADIR!

    Keçən ayədə ilahi məkanlarla düşmən olan və onların dağıdılması üçün səy göstərən zalımlar barəsində söhbət edildi. İndiki ayə isə həmin sözün davamıdır. Ayə buyurur: "Məşriq və məğrib Allaha məxsusdur, hər tərəfə üz çevirsəniz, Al-lah oradadır.” وَلِلّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ فَأَيْنَمَا تُوَلُّواْ فَثَمَّ وَجْهُ اللّهِ

    Əgər sizin məscidlərə, tövhid qərargahlarına getməyini-zin qarşısını alırlarsa, heç də Allahın bəndəçilik yolu bağ-lanmır. Bu dünyanın şərqi də, qərbi də Allahın müqəddəs Zatı-na məxsusdur, hər tərəfə üz çevirsəniz Allah oradadır. Həmçi-nin müəyyən səbəblər vasitəsi ilə baş verən qiblənin dəyişdi-rilməsi hadisəsi bəndəçilik məsələsi barəsində azacıq təsirə malik deyildir. Məgər Allahın hazır olmadığı bir yer tapmaq olarmı? Ümumiyyətlə Allahın məkanı yoxdur. Buna görə də ayənin axırında buyurur: "Allah qeyri-məhdud, ehtiyacsız və biliklidir”

    إِنَّ اللّهَ وَاسِعٌ عَلِيمٌ

    Bu məsələni xatırlatmaq istəyirik ki, ayədə qeyd olunan məşriq və məğrib heç də iki müxtəlif istiqamətə deyil, ək-sinə bütün coğrafi cəhətlərə işarədir. Məsələn, Əli əley-hissalamın düşmənləri ədavət səbəbilə, dostları isə qorxu ucbatından onun fəzilətlərini gizlətmişdir. Amma bu-nunla belə, "o Həzrətin fəzilətləri şərqə-qərbə yayılmışdır”, deyiriksə, məlumdur ki, bütün dünyaya, aləmin şərqinə və qərbinə, yayılmışdır.

    Bəlkə də şərq və qərb deyilməsinin səbəbi budur ki, in-sanın tanıdığı ilk cəhət bu iki istiqamətdir. Yerdə qalan çoğrafi cəhətlər isə məşriq və məğribin vasitəsi ilə tanı-nır.

    Qurani-məcid buyurur: "Yerin şərqini və qərbini müstəz-əf olan insanların (məzlum kütlələrin) ixtiyarına verdik.”[15]

    وَأَوْرَثْنَا الْقَوْمَ الَّذِينَ كَانُواْ يُسْتَضْعَفُونَ مَشَارِقَ الأَرْضِ وَمَغَارِبَهَا
    İNCƏ NÖQTƏLƏR
    1. QİBLƏNİN FƏLSƏFƏSİ

    1- Burada qarşıya belə bir sual çıxır: Əgər hər tərəfə üz çevirsək Allah orada mövcuddursa, onda namazda qibləyə üz tutmağın nə lüzumu var?

    Sonradan qeyd edəcəyimiz kimi, qibləyə üz tutmaq heç də Allahın pak Zatını müəyyən istiqamətdə məhdudlaşdırmaq mənasına deyildir. İnsan maddi bir mövcud olduğuna, müəy-yən bir tərəfə namaz qılmalı olduğuna görə, əmr olunmuş-dur ki, bütün insanlar eyni bir istiqamətə namaz qılsınlar. Bununla da müsəlmanların cərgələrində nizamintizam və vəhdət yaransın, hərc-mərclikdən, pərakəndəlikdən uzaq ol-sunlar. Təsəvvür edin ki, onların hər biri bir tərəfə na-maz qılıb, pərakəndə cərgələr təşkil etsələr, necə də xoşa-gəlməz mənzərə yaranar!

    Qiblə kimi təyin olunan istiqamət - Kəbə, qədim zaman-lardan bəri tövhid qərargahı olan və ona üz tutulması töv-hid məsələsini xatirələrdə canlandıran müqəddəs bir mə-kandır.

    2- ”Vəchullah” ifadəsi heç də Allahın surəti demək de-yildir. Vəch sözünün mənası zat deməkdir.

    Çoxlu rəvayətlərdə qeyd olunur ki, bu ayə səhvən, yaxud qiblə-ni axtarıb tapmaq imkanına malik olmadığına görə Kəbədən başqa istiqamətə ibadət edən şəxslərin namazının düzgün ol-masını çatdırır. Bu ayənin vasitəsi ilə minik üzərində qılı-nan namazların səhih olduğu da qeyd olunur. Əlavə məlumat al-maq üçün "Vəsailüş-şiə” kitabının "səlat” bölməsinin "qib-lə” məsələsinə baxa bilərsiniz.

    Burada sizin diqqətinizi üç məşhur rəvayətə cəlb edirik:

    Mərhum Səduqun "Tövhid” adlı kitabında Salmani Farsi-dən maraqlı bir hədis qeyd olunmuşdur. Belə ki, o, Həzrəti Əli əleyhissalamdan soruşdu: "Allahın üzü hansı istiqamətədir?” Həzrəti Əli əleyhissalam buyurdu: "İbni Abbas, odun və od gə-tir.” O, da həmin şeyləri gətirdi, Həzrət odunu yandırıb buyur-du: "Bu alovun üzü hansı istiqamətədir?” Ərz elədi: "Onun müəy-yən bir cəhəti yoxdur, hərtərəflidir.” Həzrət buyurdu: "Mənim Pərvərdigarım da belədir. (Yəni heç bir cəhəti yoxdur.) Məş-riq və məğrib Allaha məxsusdur. Hər tərəfə üz çevirsən, Allah o istiqamətdədir.”[16]

    2- Əmirəl-möminin Əli əleyhissalamdan nəql olun-muşdur ki, Allah təbarək və taalanın cilvəsi Əhlibeytdir. Belə ki, onlar ümmətin İmamları və yol göstərənəridir. Onların ardıcılı olmaq Allaha və Peyğəmbərə (s.ə.v.v) itaət etməklə bərabərdir. Əhli-beyt yolu ilə getmək Allaha və Pey-ğəmbərə itaət etmək qədər vacib bir işdir. Yəni Allah-taalanın vəchinin əzəmətini, ilahi dərgahı dərk etməyin yolu yalnız İmamlardır, onlar Allahın insanlar üçün höc-cətləridir. Buna görə də imamlar buyuruşlar:"İnsanlar yal-nız bizim vasitəmizlə Allah barəsində mərifət kəsb edib iba-dət etmişlər.”[17]

    Tarik ibni Şəhab deyir: Həzrəti Əmirəl-möminin Əli əleyhissalam buyurdu: "Ey Tarik, İmam Allahın kəlməsi, höccəti, vəchi və nurudur.”[18]
    Category: Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 848 | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024