İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    118-119-CU AYƏLƏR

    وَقَالَ الَّذِينَ لاَ يَعْلَمُونَ لَوْلاَ يُكَلِّمُنَا اللّهُ أَوْ تَأْتِينَا آيَةٌ كَذَلِكَ قَالَ الَّذِينَ مِن قَبْلِهِم مِّثْلَ قَوْلِهِمْ تَشَابَهَتْ قُلُوبُهُمْ قَدْ بَيَّنَّا الآيَاتِ لِقَوْمٍ يُوقِنُونَ (118) إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا وَلاَ تُسْأَلُ عَنْ أَصْحَابِ الْجَحِيمِ (119)
    TƏRCÜMƏ:

    118- ”Agah olmayan, cahil şəxslər dedilər: "Nə olaydı, Allah bizimlə danışaydı, bizim üçün ayə və nişanə nazil olaydı!” On-lardan əvvəlki cahillər də bu cür sözlər deyirdilər. Onların qəlb-ləri və fikirləri bir-birlərinə oxşayır. Biz (kifayət qədər) ayə və nişanələri yəqin əhli (həqiqət axtaranlar) üçün aydınlaşdır-mışıq.”

    119- ”Biz səni haqq olaraq (ilahi nemətlərə) müjdə verən və (əzabdan) qorxudan şəxs kimi insanlara göndərdik. Sən (risaləti çatdırandan sonra) cəhənnəm əhlinin ağzınlığı barəsində sorğu-suala tutulmayacaqsan.”
    TƏFSİR:
    DİGƏR BİR BƏHANƏ: ALLAH NƏ ÜÇÜN BİZİMLƏ DANIŞMIR?

    Yəhudilərin bəhanə axtarmaq xüsusiyyətinə mütənasib olaraq, yuxarıdakı ayələrin əvvəlində bəhanə axtaranların digər bir dəstəsinin sözləri nəql olunur və bu da zahirən ərəb müşrikləri idi. Ayə buyurur: "Agah olmayan şəxslər de-dilər: Nə üçün Allah bizimlə danışmır və bizə ayə və əlamət na-zil etmir?” وَقَالَ الَّذِينَ لاَ يَعْلَمُونَ لَوْلاَ يُكَلِّمُنَا اللّهُ أَوْ تَأْتِينَا آيَةٌ

    Həqiqətdə bunlar o şəxslərdir ki, Quran onları "əllə-ziynə la yələmunə” təbiri ilə, yəni elmləri olmayan şəxslər kimi yad edir. Onların qeyri-məntiqi olan iki istəkləri var idi:

    1- Nə üçün Allah bizimlə vasitəsiz danışmır?

    2- Nə üçün bizə ayə nazil etmir?

    Quran inadkarların bu iddialarına cavab verib buyu-rur: "Onlardan əvvəlkilər də bu cür sözlər deyirdilər. Onların qəlbləri və fikirləri bir-birlərinə oxşardır. Amma Biz ayə və nişanələrimizi (kifayət qədər) həqiqət axtaran yəqin əhli üçün aydın edirik.”

    كَذَلِكَ قَالَ الَّذِينَ مِن قَبْلِهِم مِّثْلَ قَوْلِهِمْ تَشَابَهَتْ قُلُوبُهُمْ قَدْ بَيَّنَّا الآيَاتِ لِقَوْمٍ يُوقِنُونَ

    Əgər doğrudan da onların məqsədi həqiqətləri dərk et-mək olsaydı, Peyğəmbərə nazil etdiyimiz ayələrin doğruluğu-na aşkar dəlillər olduğu halda, hər fərdə ayrılıqda ayə na-zil etməyin nə lüzumu var?! Allahın kiminləsə birbaşa söhbət etməsinə israr etmək nəyə lazımdır?!

    Bu sözlərin oxşarı "Müddəssir” surəsinin 52-ci ayə-sində qeyd olunmuşdur: بَلْ يُرِيدُ كُلُّ امْرِئٍ مِّنْهُمْ أَن يُؤْتَى صُحُفًا مُّنَشَّرَةً

    "Onlardan hər birinin təvəqqösü var ki, müxtəlif ayələr ya-zılmış vərəqlər ancaq onlara nazil olsun!”

    Necə də yersiz bir istəkdir! Ümumiyyətlə bu, qeyri-zəru-ri olmaqdan əlavə, Allahın hikmətinin də əksinədir. Çün-ki, əvvəla, xalq üçün peyğəmbərlərin sözünün isbat edilməsi, məhz onların özlərinə nazil olan ayələr vasitəsi ilə olur və bu, tamamilə mümkün bir işdir.

    İkincisi: Ayələrin və ilahi möcüzələrin hər kəsə na-zil olması mümkün deyil. Bu iş üçün əvvəlcədən bir növ lə-yaqət, hazırlıq və ruhun paklığı tələb olunur. Bu, bir şəhə-rin elektrik şəbəkəsinin bütün xətlərinin - istər qalın olsun, istərsə də nazik, ilk elektrik xətlərinə daxil olan güclü cərəyana tab gətirməsini gözləmək kimidir.

    Şübhəsiz, bu, səhv və yersiz bir intizardır. Naqilləri müxtəlif işlər üçün tənzimləyən bir mühəndis, onların hamısının tutumunu nəzərə almışdır. Onlardan bəziləri birbaşa elektrik stansiyasından işıq alır, başqaları isə müxtəlif vasitələrlə, müəyyən gərginliklərlə onu qəbul edir. Sonrakı ayə Peyğəmbərə xitab edərək möcüzə tələbi qar-şısında başqa bir bəhanəni də irəli çəkib buyurur: "Biz sə-ni haqq olaraq insanları ilahi əzabdan qorxudub, əbədi nemətlərə müjdə vermək üçün göndərmişik.” إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا

    Sənin vəzifən budur ki, Bizim göstərişlərimizi bü-tün insanlara bəyan edəsən, möcüzəni onlara göstərəsən və həqiqəti məntiqi şəkildə çatdırasan. Bu dəvət yaxşı əməl sahiblərinin təşviq olunması, bəd əməl sahiblərininsə qorxudulması ilə yanaşı olmalıdır və bu sənin vəzifən-dir. Amma əgər onlardan bir dəstəsi bu risalət vəzifəsinin yerinə yetirilməsindən sonra iman gətirməsələr, sən onların cəhənnəmə yuvarlanmasında məsuliyyət daşımırsan.

    وَلاَ تُسْأَلُ عَنْ أَصْحَابِ الْجَحِيمِ
    İNCƏ NÖQTƏLƏR
    1- ONLARIN GƏTİRDİKLƏRİ DƏLİLLƏR EYNİ İLƏ BİR-BİRLƏRİNƏ OXŞAYIR

    Allah-taala yuxarıdakı ayələrdə buyurur: "Bu bəhanələr heç də təzə deyildir, bundan qabaq da münhərif firqələr bu sözləri deyirdilər. Sanki onların qəlbləri eyni cür düzəldilmişdir.” Bu təbir bunu da göstərir ki, zaman keçdikcə peyğəmbərlərin təlimləri elə bir təsir qoymalıdır ki, gələcək nəsillər daha artıq məlumatlar əldə etsin, cəhalət və nadanlıq səbə-bi ilə söylənən əsassız sözləri kənara qoysunlar. Amma təəs-süflə bildirməliyik ki, onlar bu təkamül proqramından heç də faydalanmamış və həmişə durğunluqda qalmışlar. Sanki, onlar min il bundan əvvəl yaşamış, zamanın dəyiş-məsi təfəkkür tərzlərində azacıq da təsir qoymamışdır.
    2- TƏRBİYƏNİN İKİ MÜHÜM ƏSASI

    Müjdə və xəbərdarlıq, yaxud təşviq və təhdid tərbiyə-nin əsas mehvərlərini, ictimai hərəkatın əsas məqsədini təşkil edir. İnsan gərək həm yaxşı əməllərə təşviq olun-sun, həm də pis işlər müqabilində cəzalandırılsın ki, ilk yolun qət edilməsində, ikinci yola keçməməsində daha çox ha-zırlıqlı olsun.

    Təşviq, təklikdə hər hansı bir fərdin, yaxud cəmiyyə-tin təkamülə çatmasında kifayət deyildir. Çünki, insan bu halda günah işlərə qurşanmağı özü üçün heç bir təhlükə saymır. Misal üçün, Həzrəti İsanın hal-hazırdakı ardı-cıllarının "fida”ya əqidələri vardır. Bu əqidəyə görə Həz-rəti İsa onların günahlarının kəffarəsini vermişdir.

    Hətta onların rəhbərləri də bəzən behişt qəbzləri satır və ya günahları Allah tərəfindən bağışlayırlar! Şübhəsiz, belə bir cəmiyyət asanlıqla günah işlərə qurşa-nar.

    Qamusi-kitabi-müqəddəsdə oxuyuruq: "Fida da Məsihin qiymətli qanının kəffarəsinə işarədir. Belə ki, bütün gü-nahlarımız onun öhdəsinə qoyuldu və bizim günahlarımıza öz cəsədində dar ağacının üzərində dözdü!”

    Şübhəsiz, bu yanlış məntiq, fərdləri günah işlər görməyə daha da sövq edib cürətləndirir. Təşviqin də istər uşaq, istərsə də yaşlı insanların tərbiyəsində yeganə rol oynadığını təsəvvür edən, habelə tənbeh, təhdid və cəzalan-dırmanın bütünlüklə kənara qoyulmasını təsəvvür edənlər tamamilə yanılırlar. Eləcə də tərbiyənin əsasını yalnız qorxu və təhdid üzərində qoyub təşviq yolunu unudanlar da yo-lunu azmışlar və həqiqətdən xəbərsizdirlər.

    Hər iki dəstə, insanı həqiqi mənada tanımaqda yanı-lırlar. Çünki, onlar nəzərə almırlar ki, insan qorxu ilə ümid arasında, bu iki hissin məcmuəsində öz zatını sevmək, həyata məhəbbət, yoxluğa nifrət istəklərindən təşkil olunmuşdur. Onda mənfəətin cəlb olunması, zərərin dəf edilməsi kimi iki amil mürəkkəbləşmişdir. Görəsən ruhunun yönləri bu iki şeydən təşkil olunan bir insan tərbiyənin əsaslarını yalnız bir tərəf üzərində möhkəmlədə bilərmi? Xüsusilə bu iki xüsusiyyət arasında orta səviyyə və mötədilliyə riayət etmək lazımdır. Çünki, təşviq və ümidvarlıq həddini aşarsa, bir növ məsuliyyət-sizlik və qəflətə bais olar. Qorxu və təhdidin də həddindən artıq olması ümidsizlik, məyusluq və süstlük yaradar, sönük-lüyə aparar, həyat uğrunda aparılan mübarizə və çarpış-manın dayanması ilə nəticələnər. Məhz bu dəlilə görə Quran ayələrində "nəzir” və "bəşir”, yaxud "inzar” və "bəşarət” sözləri həmişə yanaşı gəlmişdir. Hətta bəzən "bəşarət (müjdə) sözü "inzar” (qorxutmaq) sözündən əvvəl gətirilmişdir. Bizim bəhs elədiyimiz ayədə də "bəşirən” və "nəzirən” kimi qeyd olunmuşdur. Bəzən isə "Əraf” surəsinin 188-ci ayəsində olduğu kimi, nəzir bəşirdən öncə gəlir. إِنْ أَنَاْ إِلاَّ نَذِيرٌ وَبَشِيرٌ لِّقَوْمٍ يُؤْمِنُونَ

    "Mən iman gətirən insanları qorxudan və müjdə verənəm.”

    Quranın əksər ayələrində müjdənin təhdiddən qabaq gəl-məsinə baxmayaraq, onların məcmusundan göründüyü kimi, Al-lahın rəhməti əzabından və qəzəbindən irəlidədir.

    يا من سَبَقَتْ رَحْمَتُهُ عَضَبَهُ

    "Ey rəhməti qəzəbindən qabağa keçən Allah!”
    120-121-Cİ AYƏLƏR

    وَلَن تَرْضَى عَنكَ الْيَهُودُ وَلاَ النَّصَارَى حَتَّى تَتَّبِعَ مِلَّتَهُمْ قُلْ إِنَّ هُدَى اللّهِ هُوَ الْهُدَى وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءهُم بَعْدَ الَّذِي جَاءكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللّهِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ (120) الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَتْلُونَهُ حَقَّ تِلاَوَتِهِ أُوْلَـئِكَ يُؤْمِنُونَ بِهِ وَمن يَكْفُرْ بِهِ فَأُوْلَـئِكَ هُمُ الْخَاسِرُونَ (121)
    TƏRCÜMƏ:

    120- ”Yəhudi və nəsranilərin istəklərinə, təhrif olunmuş dinlərinə tabe olmasan onlar qətiyyən səndən razı qalmayacaqlar. De: "Hidayət yalnız Allahın hidayətidir.” Əgər sənə elm veril-dikdən sonra onların nəfsani istəklərinə itaət etsən, Allah tərəfindən sənin üçün heç bir dost və köməkçi olmayacaqdır.”

    121- ”Asimani kitab əta etdiyimiz kəslər, bu kitabı diq-qətlə, layiqincə tilavət edənlər İslam Peyğəmbərinə iman gəti-rərlər və ona kafir olanlar, sözsüz ki, ziyankarlardır.”
    AYƏLƏRİN NAZİL OLMA SƏBƏBİ

    Birinci ayənin nazil olma səbəbi barəsində ibni Ab-basdan belə nəql olunmuşdur: Mədinə yəhudiləri və Nəcran nəsraniləri istəyirdilər ki, İslam Peyğəmbəri həmişə on-ların qibləsi ilə razılaşsın. Amma Allah-taala müsəl-manların qibləsini Beytul-müqəddəsdən Kəbəyə doğru dön-dərdikdə, onlar İslam Peyğəmbərindən məyus oldular. Bu za-man müsəlman tayfalarından bəziləri irad tutub deyir-dilər ki, elə iş görməməliyik ki, yəhudilərin və nəsra-nilərin əziyyətə düşmələrinə, incimələrinə səbəb olsun.[21]

    "Əl-mənar”ın müəllifi əlavə edir ki, sünnülərin qə-bul etdiyi dörd imam öz dövrünün hökumətləri ilə müxalif idi və onları müsəlmanların rəhbərliyinə layiq bilmir-dilər. Çünki, onlar zalım şəxslər idi.[31]


    Amma təəccüblüdür ki, bizim əsrimizdə çoxlu sünnü alimləri İslam düşmənləri ilə sıx əməkdaşlıq və rabitə-ləri olan, zülm və fəsadları heç kəsə gizli olmayan azğın zülmkar hökumətləri əməldə təsdiq edir və onlara əllə-rindən gələn köməkləri əsirgəmirlər. Onları ulul-əmr və itaətləri vacib olan şəxslər hesab edirlər.
    6- İKİ SUAL VƏ ONUN CAVABI

    1- İmamət kəlməsinin mənasında qeyd etdiklərimizdən belə bir sual yarana bilər ki, əgər İmamın işi bəndələri Allahın istədiyi məqsədə çatdırmaq və ilahi qanunları icra etməkdirsə, onda bu işi peyğəmbərlərin çoxu, hətta Peyğəmbəri-əkrəmin (s.ə.v.v) özü və İmamlar da geniş və ümumi miqyasda gerçəkləşdirməmiş, həmişə çox azğın və mənfur insanlar onların qarşısında maneə törətmişlər. Cavabda deməliyik ki, bu dediyimiz sözün mənası heç də bu deyildir ki, İmam xalqı zorla, məcburi olaraq haqqa çatdır-sın. Əksinə insanlar ixtiyarın qorunub saxlanması, hazır-lıq və ləyaqətlə İmamın zahiri və batini nüfuzundan fayda-lanıb hidayət oluna bilərlər.

    Günəş canlı varlıqları enerji ilə təmin etmək üçün yaradılmışdır. Yaxud Quran buyurur ki, yağışın rolu ölü torpaqları diriltməkdir. Şübhəsiz, bu təsir ümumi bir yönə malikdir. Amma bu yalnız təsiri qəbul edə bilən və inkişafa hazırlığı olan varlıqlar üçündür.

    2- Yuxarıda qeyd olunan təfsirdən belə çıxır ki, hər bir İmam əvvəldə nəbi və rəsul olmalı, sonradan imamət mə-qamına çatmalıdır. Hansı ki, Peyğəmbəri-əkrəmin (s.ə.v.v) məsum canişinləri belə olmamışdır.

    Cavab: İmamın şəxsən əvvəlcə nübüvvət və risalət məqa-mına çatması heç də zəruri deyil, hətta əgər ondan əvvəl nü-büvvət, risalət və imamət məqamına malik olan bir kəs (İs-lam Peyğəmbəri kimi) olarsa, onun da canişini imamət və-zifəsini davam etdirə bilər və eyni zamanda yeni risalətə ehtiyaclı olmaz. Peyğəmbərlərin sonuncusu olan Həzrəti Peyğəmbəri-əkrəmin (s.ə.v.v) canişinliyi də eynilə belə idi.

    Bəziləri nəql etmişlər ki, Həzrəti Peyğəmbər (s.ə.v.v) bu iki dəstə İslamı qəbul etsin deyə, çox israr edir və on-ları razı salmağa çalışırdı.

    Yuxarıdakı ayə nazil olaraq Peyğəmbərə bildirdi ki, bu fikirdən daşınsın, çünki, onlar heç bir şeylə razılaş-mayacaq və yalnız dinlərinə tabe olduqdan sonra səndən razı qalacaqlar.[22]

    İkinci ayənin nazil olma səbəbi barəsində isə müxtə-lif cür rəvayətlər gözə çarpır. Təfsirçilərdən bəziləri-nin rəyinə görə, bu ayə Cəfər ibni Əbi Talib ilə Həbəşis-tana gedən, habelə, sonradan gəlib ona qoşulan şəxslərin barəsində nazil olmuşdur. Onlar qırx nəfər idilər, otuz iki nəfər həbəşistanlı, səkkiz nəfəri isə məşhur Büheyra adlı rahibin iştirak etdiyi Şam dindarları idi.[23]

    Bəzilərinin nəzərincə bu ayə Abdullah ibni Səlam, Səid ibni Əmr, Təmam ibni Yəhuda və sair kimi yəhudilərin barəsində nazil olmuşdur. Onlar İslamı qəbul edib həqiqi möminlərdən oldular.[24]
    TƏFSİR:

    Bu iki dəstənin razılığını cəlb etmək mümkün deyil

    Yuxarıdakı ayələr Peyğəmbərin inadkar və azğın şəxs-lər qarşısında məsuliyyət daşımamasını çatdırır. Bu ayə-lər də həmin bəhsin davamında Peyğəmbəri-əkrəmə deyir: "Nəsrani və yəhudilərin razılığını qazanmağa israr etmə, çünki, onların istəklərinə tamamilə təslim olmayınca, səndən razı qalmayacaqlar.” وَلَن تَرْضَى عَنكَ الْيَهُودُ وَلاَ النَّصَارَى حَتَّى تَتَّبِعَ مِلَّتَهُمْ

    Sənin vəzifən budur ki, onlara "deyəsən: Hidayət yalnız Allah hidayətidir.” قُلْ إِنَّ هُدَى اللّهِ هُوَ الْهُدَى

    Elə bir hidayət ki, nadan şəxslərin azdırıcı fikir-ləri və xurafatla qarışmamış olsun. Bəli, yalnız belə bir xalis hidayətə tabe olmaq lazımdır. Sonra əlavə edir: "Əgər ilahi vəhy əsasında həqiqətlərin sənə aydın olmasından sonra on-ların fikirlərinə, həvəslərinə, təəssüblərinə tabe olsan, Allah tərəfindən sənin üçün heç bir rəhbər və köməkçi olmayacaq.”

    وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءهُم بَعْدَ الَّذِي جَاءكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللّهِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ

    Amma yəhudi və nəsranilər içərisində bəzi haqq axta-ran şəxslər İslam Peyğəmbərinin dəvətini müsbət qarşı-ladığına və bu müqəddəs dini qəbul etdiklərinə görə, Quran əvvəlki dəstəni məzəmmət etdikdən sonra bunları gözəl ifa-dələrlə yad edərək buyurur: "Asimani kitab əta etdiyimiz və onları layiqincə tilavət edən şəxslər (layiqincə dedikdə təfək-kür və sonra əməl nəzərdə tutulur) İslam Peyğəmbərinə iman gə-tirdilər.” الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَتْلُونَهُ حَقَّ تِلاَوَتِهِ أُوْلَـئِكَ يُؤْمِنُونَ بِه

    "Ona qarşı kafir olanlar isə özlərinə zülm edən və ziyana uğ-rayanlardır.” وَمن يَكْفُرْ بِهِ فَأُوْلَـئِكَ هُمُ الْخَاسِرُونَ

    Onlar asimani kitabı həqiqi mənada, layiqincə tilavət edirdilər və bu məsələ də onların hidayətlərinə səbəb ol-muşdu. Çünki, o kitabda oxuduqları zühur əlamətlərini İs-lam Peyğəmbərində aşkar şəkildə gördülər, ona təslim ol-dular və Allah da onları qüvvətləndirdi.
    İNCƏ NÖQTƏLƏR
    1- BİR SUAL

    "Vələin-ittəbətə əhvaəhum” cümləsi belə bir sual do-ğura bilər ki, görəsən yüksək ismət məqamına malik olan İs-lam Peyğəmbəri yəhudi azğınlarının nəfsani istəklərinə necə tabe ola bilərdi?

    Cavabda qeyd etməliyik ki, Quran ayələrində işarə olu-nan bu cür ifadələr heç də peyğəmbərlərin ismət məqamı ilə ziddiyyət təşkil etmir. Çünki, bu mətləb bir tərəfdən şərt cümləsi şəklində gətirilib və belə cümlələrdə şərtin gerçəkləşəcəyi mütləq deyildir. Digər tərəfdən də məsum olmaq Peyğəmbər (s.ə.v.v) üçün günaha düşməyi qeyri-mümkün etmir; əksinə Peyğəmbər (s.ə.v.v) və İmamlar günah işi gör-məyə qadir olduqları, habelə ixtiyarın onlardan alınma-dığı bir vəziyyətdə heç zaman günaha düşmürlər. Başqa sözlə desək, onların günah işi görməyə qüdrətləri vardır, amma o şəxsiyyətlərin iman, elm və təqvaları elə bir yüksək həddədir ki, heç vaxt günahın ardınca getmirlər. Buna əsa-sən yuxarıdakı ayənin verdiyi xəbərdarlıq tamamilə yerin-dədir. Həm də bu müraciət Peyğəmbərə xitab olmasına baxma-yaraq bütün insanları əhatə edə bilər.
    2- DÜŞMƏNİN RAZILIĞINI CƏLB ETMƏYİN HƏDDİ VARDIR

    İnsan, əxlaqın cazibəli qüvvəsi ilə düşmənləri öz tə-rəfinə dəvət etməlidir. Amma bu, həmin şəxsin gözəl əxlaq müqabilində yumşalmasının mümkün olduğu şəraitdədir. Haqqı qəbul etməyən şəxslərə gəldikdə isə, qeyd etməliyik ki, insan heç vaxt onların razılığını cəlb etmək fikrində ol-mamalıdır. Buna görə də əgər iman gətirməsələr, əbəs yerə onlara vaxt sərf etməməliyik.
    3- HİDAYƏT YALNIZ İLAHİ HİDAYƏTDİR!

    Yuxarıdakı ayələrdən məlum olur ki, insanların qurtu-luş səbəbi ola bilən qanun yalnız ilahi hidayət və qanundur. Çünki, bəşəri elmlər nə qədər inkişaf edib təkamülə çatsa belə, həmişə cəhalət, şəkk və müxtəlif yönlərdən olan ça-tışmamazlıqlarla qarışıqdır. Belə bir naqis elmin sayə-sində olan hidayət heç də mütləq olmayacaqdır. Mütləq hida-yət qanunlarına yalnız o kəslər rəhbərlik edə bilər ki, müt-ləq elmə malik olub cəhalət və çatışmamazlıqlardan uzaq olsun. O da yalnız Allahdır.
    4- ”LAYİQİNCƏ TİLAVƏT” NƏ DEMƏKDİR?

    Bu çox dolğun mənalı ifadə olub bizim, Qurani-məcid və sair asimani kitablar qarşısındakı vəzifəmizi müəyyən edir. Çünki, insanlar ilahi ayələr müqabilində bir neçə dəstəyə bölünür.

    Bəziləri müqəddəs kitabın sözlərinin və hətta hərf-lərinin düzgün tələffüz olunmasını israr edirlər. Onlar daimi olaraq vəqf, vəsl, yərməlun hərfləri, təşdid və bu ki-mi digər şeylərin fikrində olaraq, mənalara diqqət yetir-mirlər. Belə olan halda ona əməl etməyə artıq yer qalmır. Quranın təbiri ilə desək, onlar kitabları daşıyan yük hey-vanlarına bənzəyir.

    Digərləri asimani kitabın sözləri ilə kifayətlən-məyib nisbətən geniş miqyasda hərəkət edir, onun mənaları-na da diqqət yetirir, Quranın incəliklərində təfəkkür edib məlumatlarını artırır, amma əməldən heç bir xəbər yox-dur!

    Amma üçüncü bir dəstə həqiqi möminlərdir ki, Qur-anı əməli göstərişlər və həyati bir proqram kimi qəbul edirlər. Onlar Quranın sözlərinin oxunmasını, məna-larında təfəkkür edilməsini, məfhumlarının dərk olun-masını əməl etmək üçün bir müqəddimə bilirlər. Buna görə də hər zaman Quran oxuyanda yeni bir ruh, yeni bir iradə və hazırlıq, yeni əməl və s. müsbət hallar tapırlar. Layiqincə tilavət məhz bu qəbildən olan qiraətdir.
    TƏFSİR:

    İmam Sadiqdən (ə) bu ayənin təfsirində belə nəql olun-muşdur: Məqsəd budur ki, (onlar) ayələri diqqətlə oxuyurlar, onun həqiqətlərini dərk edirlər və hökmlərinə əməl edirlər; onun ver-diyi vədələrə ümidvardırlar, xəbərdarlıq etdiyi əzablardansa qor-xurlar, onun əhvalatlarından ibrət alır, əmrlərinə tabe olub qadağan etdiyi şeylərdən-nəhylərindən uzaq olurlar. Allaha and ol-sun ki, məqsəd heç də onun ayələrini əzbərləmək, kəlmələri oxuyub, surələri tilavət etmək, onda bir, beşdə birini öyrənmək deyil-dir. Bəziləri Quran kəlmələrini əzbərləyir, amma hədd-hüdudunu pozurlar. Məqsəd yalnız budur ki, Quran ayələrində təfəkkür edib, hökmlərinə əməl etsinlər. Belə ki, Allah-taala buyurur: "Bu bə-rəkətli bir kitabı sənə nazil etmişik ki, onun ayələrində də-rindən təfəkkür edəsən.”[25]
    122-123-CÜ AYƏLƏR

    يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ (122) وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً وَلاَ يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلاَ تَنفَعُهَا شَفَاعَةٌ وَلاَ هُمْ يُنصَرُونَ (123)
    TƏRCÜMƏ:

    122- ”Ey İsrail övladları, sizə əta etdiyim nemətləri və sizi dünyadakılara üstün etdiyimi xatırlayın.”

    123- ”Qorxun elə bir gündən ki, o gündə heç kəs başqasının yerinə cəzalandırılmaz, (o gündə) heç bir əvəz qəbul olunmaz və şə-faət fayda verməz və (heç bir nahiyədən) kömək olunmaz.”
    TƏFSİR:

    Allah-taala bir daha sözü Bəni-israilə yönəldir və on-lara verdiyi Öz nemətlərini sadalayır. Xüsusilə onlara verdiyi məxsus dövranda camaatdan üstünlüklərini qeyd edir. Buyurur: "Ey İsrail övladları, sizə əta etdiyim nemətləri yada sa-lın, habelə xatırlayın ki, Mən sizi dünyadakılardan (o zamanda ya-şayan bütün insanlardan) üstün etdim.”

    يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ

    Amma heç bir nemət qarşısında vəzifə və məsuliyyət olmadan verilmədiyi kimi, habelə Allah-taala verdiyi hər bir nemət qarşısında insanlara müəyyən vəzifələr və əhd-peymanlar qoyduğuna görə sonrakı ayə onlara xatırladaraq buyurur: "Elə bir gündən qorxun ki, həmin gündə heç bir kəs baş-qasının yerinə cəzalandırılmaz.” وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً

    "Və heç bir şey əvəz kimi, yaxud bəlanı qaytaran fidyə kimi qəbul olunmaz.” وَلاَ يُقْبَلُ مِنْهَا عَدْلٌ

    "(Allahın izni olmadan) heç bir şəfaətin ona faydası ol-maz.” وَلاَ تَنفَعُهَا شَفَاعَةٌ

    Əgər o gündə Allahdan başqa bir kəsin insana kömək edə biləcəyini düşünürsünüzsə, doğrudan da yanılırsınız. Çünki, "heç kəsə orada kömək olunmayacaq.” وَلاَ هُمْ يُنصَرُون

    Buna əsasən bu dünyada əl atdığınız bütün nicat və qur-tuluş vasitələri bağlanacaq və yeganə bir yol qalacaq. O da iman və saleh əməl, günahlar qarşısında tövbə edib, özünü islah etməkdir.

    Bu surənin 47-48-ci ayələrində həmin məsələlər gəti-rildiyi və biz də orada bu barədə geniş şəkildə şərh ver-diyimiz üçün qeyd olunanlarla kifayətlənirik.

    Burada qeyd edirik ki, وَلاَ تَنفَعُهَا شَفَاعَةٌ cümləsi Peyğəmbər (s.ə.v.v) və Əhli-beyt əleyhimussəlamın Qiyamət günündəki şəfaətinə aid deyil. Bu yalnız öz yalançı məbudlarına ürək bağlayan müşriklərə bir növ xəbərdarlıqdır.
    124-CÜ AYƏ

    وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِن ذُرِّيَّتِي قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ (124)
    TƏRCÜMƏ:

    124- ”(Ya Peyğəmbər, yada sal) o zamanı ki, İbrahimi Rəbbi müxtəlif sözlərlə (vasitələrlə) imtahana çəkdi və o, imtahan-ları gözəl şəkildə yerinə yetirdi. Belə olduqda Allah ona: "Mən səni camaat üçün İmam və rəhbər təyin edirəm”-deyə buyurdu. İb-rahim isə: "Mənim nəslimdən də (imamlar seç).”-dedi. Allah bu-yurdu: "Mənim peymanım (imamət) zalımlara çatmaz (sənin öv-ladlarından yalnız ləyaqətli, məsum və pak olanlar bu məqama layiqdirlər).”
    TƏFSİR:
    İMAMƏT İBRAHİMİN İFTİXAR ZİRVƏSİDİR

    Bu ayələrdən başlayaraq söhbət, Allahın böyük peyğəmbə-ri, tövhid qəhrəmanı və Kəbə evini tikən Həzrəti İbrahi-min, habelə bu böyük tövhid mərkəzinin, onda edilən ibadə-tin əhəmiyyəti barəsində gedir ki, on səkkiz ayə bu məsələlə-ri bəyan edir. Bu ayələrdən əsas məqsəd üç şeydir:

    Birincisi, qiblənin dəyişdirilməsi məsələsidir ki, qeyd olunan mətləblərə bir müqəddimə sayılır. Bununla da müsəlmanlar bilməli idilər ki, Kəbə bütsındıran İbra-him Peyğəmbərin qoyduğu yadigarlardandır və əgər bu gün müşrik və bütpərəstlər onu bütxanaya döndəriblərsə, bu yalnız zahiri aludəlikdir, Kəbənin həqiqi məqam və dəyəri-nə zərrəcə xələl gətirmir.

    Digəri də budur ki, yəhudilər və nəsranilər iddia edirdilər ki, biz Həzrəti İbrahimin varisləri və onun dininin davamçılarıyıq. Bu ayələr yəhudilər barəsində olan bir çox ayələrlə birlikdə onların, İbrahimin dininə nə qədər biganə olmalarını bəyan edir.

    Üçüncüsü də budur ki, ərəb müşrikləri özləri ilə Həz-rəti İbrahim arasında qırılmaz bir rabitənin olduğunu iddia edirdilər. Quran onları başa salmalı idi ki, sizin ayinləriniz bu böyük və bütsındıran Peyğəmbərin məqsəd-ləri ilə heç bir şəkildə əlaqəli deyildir.

    Qeyd olunan ayələrin birincisi buyurur: "Yada salın o za-manı ki, Allah İbrahimi müxtəlif vasitələrlə imtahana çək-di və o da imtahanların öhdəsindən alnı açıqçıxdı.”

    وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ

    Bu ayə Həzrəti İbrahimin (ə) həyatının ən parlaq nöq-tələrini, yəni böyük imtahanı və onun imtahandan qələbə ilə başıuca çıxmasını göstərir. Elə imtahanlar ki, İbra-himin əzəmət, məqam və şəxsiyyətini tamamilə aydınlaşdı-rır, onun varlığının dəyərini aşkar edir.

    O, bu imtahanlardan müvəffəqiyyətlə çıxdıqdan sonra Al-lah ona müəyyən bir mükafat verməli idi. Buna görə də buyurur: "Mən səni insanlara İmam və rəhbər təyin edirəm.”

    قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا

    İbrahim öz nəslindən də imamlar seçilməsini istəyir ki, nübüvvət və imamət silsiləsi kəsilməsin və onun öz şəx-siyyəti ilə sona çatmasın. قَالَ وَمِن ذُرِّيَّتِي

    Amma Allah-taala cavabında buyurur: "Mənim əhd-peymanım, (yəni imamət məqamı) heç vaxt zalımlara çatmaz.”

    قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ

    Sənin istəyini qəbul etdim, amma nəslindən yalnız pak və məsum olanlar bu məqama layiqdirlər...

    Burada bir neçə mühüm məsələ vardır ki, dəqiq şəkildə araşdırılmalıdır:
    1- ”KƏLİMAT” DEDİKDƏ MƏQSƏD NƏDİR?

    Quran ayələri, Həzrəti İbrahimin yerinə yetirdiyi mü-hüm əməllər və Allah tərəfindən bəyənilən işlərin araş-dırılması göstərir ki, kəlimat sözündən məqsəd (Allahın İbrahimi yoxladığı cümlələr) bir sıra ağır və çətin vəzi-fələrdən ibarətdir. Belə ki, Allah onu İbrahimin öhdəsi-nə qoyur və o Həzrət də onları çox yüksək səviyyədə yerinə yeti-rir. Bu göstərişlər aşağıdakılardan ibarət idi:

    1- Övladını qurbangaha aparması və Allahın əmri ilə onu qurban kəsmək üçün ciddi hazırlaşması;

    2- Əhli-əyalını aparıb susuz, ot-ələfsiz, hətta heç bir nəfərin yaşamadığı bir yerdə-Məkkə çölündə qoyması;

    3- Babil bütpərəstlərinin qarşısında qiyam edib onla-rın bütlərini sındırması, tarixi mühakimədə şücaətlə müdafiə olunub odun içinə atılması, bütün bu mərhələ-lərdə son dərəcə soyuqqanlılıqla kamil iman nümayiş etdir-məsi;

    4- Bütpərəstlərin məmləkətindən hicrət edib orada ya-şamaqdan üz döndərməsi və öz risalətini yerinə yetirmək üçün ucqar məkanlara köçməsi;

    Doğrudan da bu imtahanların hər biri öz növbəsində çox ağır və çətin idi. Amma Həzrəti İbrahim iman qüdrəti ilə onların hamısının öhdəsindən gəldi və imamət məqa-mına layiqli olduğunu isbat etdi.
    2- İMAM KİMDİR?

    Qeyd olunan ayədən xülasə şəkildə məlum olur ki, bütün bu imtahanlardan başıuca çıxdıqdan sonra İbrahimə veri-lən imamət məqamı nübüvvət və risalətin fövqündə dayanır-dı. Burada imamətin müxtəlif mənalarını qeyd edirik:

    1- İmamət - əhli-cəmaətin (sünnülərin) dediyi kimi, dünyəvi işlərin rəhbərliyini öhdəyə almaq;

    2- İmamət-bəzi sünnülərin təfsir etdiyi kimi, insan-ların həm dini, həm də dünyəvi işlərinə rəhbərlik;

    3- İmamət-dini proqramları, istər hökumət, istərsə də daha geniş mənada olan qanunları həyata keçirmək, Alla-hın hökmlərini icra etmək, ictimai ədaləti icra etmək və insanları zahiri və batini cəhətdən tərbiyələndirmək.

    Bu məqam risalət və nübüvvətdən də üstündür. Çünki, nü-büvvət və risalət yalnız Allah tərəfindən xəbər vermək, Onun əmrlərini insanlara çatdırmaq və onlara müjdə ve-rib xəbərdarlıq etməkdir. Amma imamət məsələsində bütün bunlarla yanaşı ilahi hökmlərin icrası, insanların za-hiri və batini tərbiyəsi də bu vəzifəyə daxildir. Əlbəttə, aydındır ki, peyğəmbərlərdən çoxunun imamət məqamı ol-muşdur.

    İmamət məqamı təkcə yol göstərmək deyil, dinin hədəf-lərini gerçəkləşdirmək, insanları Allahın istədiyi məq-sədə hidayət edib çatdırmaqdır. Bundan əlavə təkvini ira-dəyə də şamildir. Yəni İmamın ruhani nüfuzu və batini təsiri, onun vücud şüalarını qəbul etməyə hazırlığı olan insanların qəlblərinə nur saçır və onlara mənəvi hidayət bəxş edir. O, bu nəzərdən eynilə günəşə oxşayır. Belə ki, öz həyatverici şüaları ilə bitkiləri böyüdüb canlı varlıq-lara həyat verir. İnsanların mənəvi həyatında İmamın ro-lu da məhz bu cürdür.

    Qurani-məcid buyurur:

    هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ لِيُخْرِجَكُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَكَانَ بِالْمُؤْمِنِينَ رَحِيمًا

    "Allah və Onun mələkləri sizə rəhmət göndərir ki, sizi qa-ranlıqlardan nura doğru hidayət etsinlər. O, möminlərə mehri-bandır.”[26]

    Bu ayə gözəl şəkildə çatdırır ki, Allahın xüsusi rəh-məti, mələklərin qeybi yardımları möminləri zülmətdən nura doğru hidayət edə bilər. Bu məsələ İmam barəsində də doğrudur. İmamın, imamət məqamına malik olan sair pey-ğəmbərlərin və onların canişinlərinin, batini qüvvəsi lazımi həddə çatan digər insanları tərbiyə etməkdə, onla-rı cəhalət, azğınlıq zülmətlərindən hidayət nuruna doğru çıxarmaqda əvəzedilməz təsirləri vardır.

    Şəkk yoxdur ki, sözü gedən ayədə imamətdən məqsəd qeyd olunan üçüncü mənadır. Çünki, Quranın bir çox ayələrin-dən göründüyü kimi, imamətin məfhumunda hidayət də giz-lənmişdir. Belə ki, "Səcdə” surəsinin 24-cü ayəsində buyu-rur: وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ

    "Onlardan elə imamlar qərar verdik ki, Bizim fərmanımız ilə hidayət etsinlər. Çünki, iradəli və müqavimətli idilər və Bizim ayələrimizə iman gətirmişdilər.”

    Bu cür hidayət sadəcə yolu göstərmək deyildir, çünki, İbrahim bundan əvvəl də risalət, nübüvvət və yol göstərmək mənasına olan hidayətdən də faydalanmışdı.

    Bir sözlə, Quran aşkar şəkildə şəhadət verir ki, çə-tin imtahanları yerinə yetirdikdən, yəni şücaət, müqavi-mət və iradə göstərməklə çox çətin mərhələləri keçdikdən sonra İbrahimə (ə) müjdə verilən imamət məqamı Allahın hökmlərini çatdırıb ilahi əzabdan qorxutmaq mənasına olan hidayət məqamından fərqlənir. Deməli, imamətin məf-humunda olan hidayət, bəndələri Allahın istədiyi məqsədə çatdırmaq, dinin həqiqətini gerçəkləşdirmək və insanlar-da təlim-tərbiyə proqramlarını bərqərar etməkdən başqa bir şey deyildir. Bu həqiqət İmam Sadiqdən (ə) nəql olunan dolğun mənalı bir hədisdə də qeyd olunmuşdur: "Həqiqətən Allah-taala İbrahimi ilk növbədə bəndə, sonra nəbi, sonra rəsul, daha sonra xəlil və bundan sonra isə İmam seçdi. Bu sifətlər onda cəm olduqdan sonra Allah buyurdu: "Mən səni insanlar üçün İmam və rəhbər təyin edirəm.” Bu məqamların hamısını cəm etdikdən sonra buyurdu: "Pərvərdigara, mənim nəslimdən də İmamlar qərar ver.” Allah buyurdu: "Mənim peymanım zalımlara çatmaz.” Çün-ki, ləyaqətsiz bir şəxs təqvalı insanlara heç vaxt İmam ola bil-məz. (Yəni sənin nəslindən yalnız pak və məsum olan şəxslər bu məqama layiqdirlər.)[27]
    3- İMAMƏT, NÜBÜVVƏT VƏ RİSALƏT ARASINDAKI FƏRQ

    Ayə və hədislərdə müxtəlif təbirlərlə gələn mətləb-lərdən məlum olur ki, Allah tərəfindən ilahi vəzifələrə təyin olunan şəxslərin müxtəlif məqamları var imiş. O cümlədən:

    1- Nübüvvət məqamı-yəni Allah-taaladan vəhy almaq. Bu-na əsasən nəbi o şəxsə deyilir ki, ona vəhy nazil olur və o, vəhy vasitəsilə əldə etdiklərini camaata deyəcək və onların ixtiyarında qoyacaqdır.

    2- Risalət məqamı-yəni vəhyi çatdırmaq, ilahi hökm-ləri təbliğ etmək və insanlara təlim-tərbiyə yolu ilə agah-lıq vermək. Buna əsasən rəsul o şəxsə deyilir ki, əmr olun-duğu dairədə təbliğlə məşğul olsun, camaatı Allaha doğru istiqamətləndirməkdə bütün vasitələrdən istifadə etsin və insanlarda mədəni əqidə və inqilabi təfəkkür yaratmaq üçün səy göstərsin.

    3- İmamət məqamı-yəni insanlara rəhbərlik. Həqiqətdə İmam o şəxsdir ki, ilahi hökumət təşkil etməklə, lazımi qüdrətlərə yiyələnməklə Allah hökmlərinin icraya qoyulma-sına çalışsın, əgər rəsmi şəkildə hökumət təşkil edə bilməsə, mümkün qədər hökmlərin icrasına çalışsın.

    Başqa sözlə desək, İmamın vəzifəsi ilahi göstərişlə-rin icra olunmasıdır. Rəsulun vəzifəsi yalnız bu göstə-rişləri camaata çatdırmaq və yol göstərməkdirsə, İmam insanları Allahın istədiyi məqsədə çatdırır. Bundan əlavə əvvəldə işarə edildiyi kimi, sair ağır məsuliyyətli vəzi-fələr də vardır. Məlumdur ki, peyğəmbərlərdən çoxu, o cüm-lədən İslam Peyğəmbəri hər üç məqama malik idi. Yəni Al-lah tərəfindən vəhy alır, ilahi göstərişləri təbliğ edir, hökumət təşkil edilməsi, hökmlərin icrası və cəmiyyətdə tətbiq edilməsi yolunda səy edir, həm də batini yolla insan-ları tərbiyə edirdi. Sözün qısası budur ki, imamət insan-ların maddi, mənəvi, cismi, ruhi, zahiri, batini və bu kimi qalan bütün yönlərinə rəhbərlik məqamıdır. İmam hö-kumətin rəisi, cəmiyyətin rəhbəri, dinin başçısı, əxlaqi tərbiyəçi və batini rəhbərdir. İmam öz güclü mənəvi qüvvə-si ilə layiqli şəxslərə batini təkamül yolunda rəhbərlik edir, elmi qüdrəti ilə nadan insanlara elm öyrədir, höku-mət qüdrəti ilə, yaxud sair icrai güclər vasitəsi ilə ədalət prinsipini icra mərhələsinə çatdırır.
    4- İMAMƏT-İBRAHİMİN (Ə) TƏKAMÜLÜNÜN SON NÖQTƏSİ

    İmamət mahiyyətinin bəyan olunmasında qeyd edilənlər-dən gözəl şəkildə məlum olur ki, mümkündür bir kəs Pey-ğəmbərlik, risalət və təbliğ məqamında olsun, amma onda imamət məqamı mövcud olmasın. Bu məqam bütün cəhətlərdə yüksək tutum və geniş mənəvi imkanlar tələb edir. İbrahim (ə) yalnız bütün bu imtahanlardan və sübuta yetirdiyi ləya-qətlərdən sonra bu məqamı kəsb etmişdir. Bu o Həzrətin təkamül yolunun son zirvəsidir. Bəziləri güman edirdilər ki, imamət dedikdə yalnız layiqli və nümunəvi bir fərd nəzərdə tutulur. Sanki heç bu həqiqətə diqqət yetirmirlər ki, belə bir mətləb İbrahimin nübüvvətinin əvvəlində möv-cud deyildi. Bəziləri də güman edirlər ki, imamətdən məqsəd camaat üçün nümunə olmaqdır. Amma demək lazımdır ki, bu xüsusiyyət İbrahimin və ümumiyyətlə bütün peyğəm-bərlərin nübüvvətinin əvvəlində mövcud olmuşdur və bu dəlilə görə də Peyğəmbər (s.ə.v.v) məsum olmalıdır. Çünki, onun bütün əməlləri camaat üçün nümunədir.

    Buna əsasən tam qətiyyətlə deməliyik ki, imamət çox yük-sək bir məqamdır və hətta o, nübüvvət və risalətdən də böyük bir məqamdır. Bu, Həzrəti İbrahimin imtahanlardan şə-rəflə çıxdıqdan sonra Allah tərəfindən layiq görüldüyü həmin məqamdır.
    ZALIM KİMDİR?

    لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَcümləsində gətirilən zülm təkcə baş-qalarına əziyyət etmək mənasında deyildir. Həmin kəlmə burada daha geniş məna daşıyaraq "hər bir şeyin öz yerində qoyulması” məfhumunu çatdıran ədalətin qarşısında daya-nır. Buna əsasən zülm odur ki, bir şəxs müəyyən bir işi və ya şeyi onun özünə layiq olmadığı yerdə və ya tərzdə qərar ver-sin.

    İnsanların zahiri və batini rəhbərliyi, imamət məqamı son dərəcə yüksək, məsuliyyətli və əzəmətli bir məqam olduğuna görə, bir an olsun belə günah, itaətsizlik və əvvəllər çirkin işlər görmək bu məqamın ləyaqətini insandan alır. Buna görə də hədislərdə oxuyuruq ki, Əhli-beyt İmamları Peyğəmbərdən sonra fasiləsiz olaraq layiqli sifətlərini isbat etmək üçün həmin qeyd olunan ayəni şahid gətirmiş və bildirmişlər ki, cahiliyyət dövründə Peyğəmbərdən başqa hamı bütpərəst olmuşdur. Hətta bir an da olsun belə, bütlərin qarşısında səcdə etməyən şəxs yal-nız Həzrəti Əli (əleyhissalam) idi. İnsanın bütə sitayiş etməsindən daha böyük zülm ola bilərmi? Məgər Loğman öz oğluna "ey oğul Allaha şərik qoşma, həqiqətən şirk böyük günah-dır”-deyə buyurmamışdımı?[28]

    Nümunə üçün qeyd edirik ki, Hişam ibni Salim İmam Sadiqdən (ə) belə nəql edir: "İbrahim (ə) Allah-taala ona "Mən səni insanlar üçün İmam qərar verirəm” buyurmazdan qabaq peyğəm-bər idi, amma imam deyildi. Hər kəs bütə sitayiş etsə, heç vaxt İmam ola bilməz.”[29]

    Başqa bir hədisdə Əbdullah ibni Məsud Peyğəmbəri-əkrəmdən belə nəql edir: "Allah-taala İbrahimə buyurdu: "Mən imamət peymanını sənin nəslindən olan zalımlara vermərəm.” İbrahim ərz etdi: "Bu peymanın çatmadığı zalımlar kimlər-dir?” Allah buyurdu: "O kəsdir ki, bütə səcdə etmiş olsun, belə şəxsi Mən heç vaxt imam etmərəm və o, imam olmağa layiq deyil-dir.”[30]
    5- İMAM ALLAH TƏRƏFİNDƏN TƏYİN OLUNUR

    Bu ayədən məlum olur ki, İmam Allah tərəfindən təyin olunmalıdır. Çünki, imamət ilahi əhd-peymandır və aydın-dır ki, belə bir şəxsi Allah Özü təyin etməlidir. Çünki, o, əhd-peymanı bağlayan qarşı tərəfdir.

    Başqa sözlə desək, əgər ilahi vəhyin Allah tərəfindən alınması, bütün hökmlərin çatdırılması mərhələsi yeri-nə yetirilərsə və yalnız onun icra mərhələsi qalmış olarsa, Peyğəmbərin canişini onun yolunu davam etdirə bi-lər və artıq rəsula, yaxud nəbiyə heç bir ehtiyac duyulmaz.

    7-İBRAHİMİN PARLAQ ŞƏXSİYYƏTİ

    Həzrəti İbrahimin adı Qurani-məciddə 69 dəfə qeyd olunmuş. 25 surədə ondan söhbət açılmışdır. Quran ayələ-rində bu böyük Peyğəmbər (s.ə.v.v) çoxlu yerdə təriflənmiş və onun dəyərli səciyyəvi xüsusiyyətləri xatırladılmışdır.

    O bütün cəhətlərdən kamil bir insan nümunəsi idi. Onun Allaha olan mərifət məqamı, bütpərəstlər qarşısında kəsər-li məntiqi, zalımların qarşısında yorulmaz və ciddi mübari-zəsi, Allahın fərmanı müqabilində hər şeydən keçməsi, ağır imtahanlar, müxtəlif hadisələr tufanı müqabilində müqavi-mət və s. hər biri geniş bir hadisələrdən ibarətdir ki, hamı-sı da biz müsəlmanlar və Allah yolunu gedənlər üçün örnək və nümunə ola bilər.

    Quranın buyurduğuna görə o, yaxşı insanlardan,[32] (salehlər-dən,[33] qanitinlərdən,[34] siddiqlərdən,[35] səbirlilərdən,[36] öz əhdinə vəfa edənlərdən olmuşdur. O Həzrət eyni zamanda son dərəcə misilsiz şücaət və səxavətə malik idi. Allahın köməyi ilə "İbrahim” surəsinin təfsirində, xüsusilə o surənin axır hissələrində bu barədə ətraflı söhbət olunacaq.
    Category: Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 910 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024