İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    135-137-Cİ AYƏLƏR

    وَقَالُواْ كُونُواْ هُودًا أَوْ نَصَارَى تَهْتَدُواْ قُلْ بَلْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ (135) قُولُواْ آمَنَّا بِاللّهِ وَمَآ أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِل َ إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَقَ وَيَعْقُوبَ وَالأسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَمَا أُوتِيَ النَّبِيُّونَ مِن رَّبِّهِمْ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ (136) فَإِنْ آمَنُواْ بِمِثْلِ مَا آمَنتُم بِهِ فَقَدِ اهْتَدَواْ وَّإِن تَوَلَّوْاْ فَإِنَّمَا هُمْ فِي شِقَاقٍ فَسَيَكْفِيكَهُمُ اللّهُ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ (137)
    TƏRCÜMƏ:

    135- ”(Əhli-kitab) dedilər ki, yəhudi, yaxud məsihi olun ki, hidayət tapasınız. (De: bu təhrif olunmuş dinlər hidayətə səbəb ola bilməz,) əksinə İbrahimin xalis dininə tabe olun. O, heç vaxt müşriklərdən deyildi.”

    136- ”Deyin: Biz Allaha, bizə nazil olan kitaba, İbrahim, İsmail, İshaq, Yəqub və Bəni-israildən olan əsbat peyğəmbərlərinə nazil olanlara, (həmçinin) Musaya, İsaya və sair peyğəmbərlərə Pərvərdigar tərəfindən verilənlərə iman gətirmişik. Biz on-lar arasında heç bir fərq qoymuruq. Allahın fərmanları müqabi-lində təslimik (tayfa təəssübləri, millətçilik və şəxsi qərəz-lər üzündən bəzilərini qəbul edib digərlərini rədd etmirik).”

    137- ”Əgər onlar da sizin iman gətirdiklərinizə iman gə-tirsələr, hidayət olunarlar; əgər inadkarlıq edib itaətdən boyun qaçırsalar haqdan ayrılacaqlar. Allah onların şərrini sizdən dəf edər. O, (hər şeyi) eşidən və biləndir.”
    AYƏLƏRİN NAZİL OLMA SƏBƏBİ

    Bu ayələrin nazil olma səbəbi barədə ibni Abbasdan be-lə nəql olunmuşdur: Nəcranın yəhudi və məsihi alimlərin-dən bir neçə nəfəri müsəlmanlarla mübahisə etdilər. Bu iki dəstənin hər biri özünü haqq ayini üçün daha layiqli he-sab edir və digərini rədd edirdi. Yəhudilər deyirdilər ki, Musa bizim Peyğəmbərimizdir və o, bütün peyğəmbərlərdən üstündür; bizim kitabımız Tövrat, bütün kitablardan üs-tündür. Həmin iddianı eyni ilə məsihilər də edib deyirdi-lər ki, Məsih ən gözəl yol göstərən, İncil isə asimani ki-tabların ən üstünüdür. Bu iki dinin ardıcılları müsəl-manları öz dinlərinə dəvət edirdilər. Yuxarıdakı ayələr nazil olaraq onların cavabını verdi.[40]
    TƏFSİR:
    YALNIZ BİZ HƏQİQƏT YOLUNDAYIQ!

    Özünü hamıdan yüksək görmək və xudpəsəndlik adətən insanın haqqı özünə həsr etməsinə gətirib çıxarır. Nəti-cədə hamını batil sayır və səy edir ki, başqalarını da özü kimi etsin. Quran birinci ayədə buyurur: "Əhli-kitab dedi-lər ki, yəhudi və ya məsihi olun ki, hidayət tapasınız.”

    وَقَالُواْ كُونُواْ هُودًا أَوْ نَصَارَى تَهْتَدُواْ

    De, bunlar təhrif olunmuşdur və heç vaxt hidayətə sə-bəb ola bilməz, "əksinə İbrahimin xalis dininə tabe olun ki, hidayət tapasınız; o, heç vaxt müşrik deyildi.”

    قُلْ بَلْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

    Xalis dindarlar o kəslərdir ki, şirklə heç bir cəhət-dən qarışmayan xalis tövhid ayininin ardınca olsunlar. Hər hansı pak bir dinin sair inhirafçı və təhrif olun-muş dinlərdən seçilməsinin əsas meyarı tam mənada tövhi-də riayət etməkdir.

    İslam bizə öyrədir ki, ilahi peyğəmbərlər arasında heç bir fərq qoymayaq, onların hər birisinə ehtiramla yana-şaq. Çünki, haqq olan dinin əsas ayinləri hər yerdə birdir. Dinlərinin sonradan təhrif olunmasına, şirklə qarış-dırılmasına baxmayaraq İsa, Musa və İbrahim hər bir növ şirkdən xalis olan tövhid ayininə tabe idilər. Əlbəttə, bu sözün bu gün öz vəzifələrini yerinə yetirməkdə səmavi din olan İslama tabe olmaqla heç bir ziddiyyəti yoxdur. Hansı ki, bu din hazırkı zaman üçün Allah tərəfindən nazil edilmişdir.

    Sonrakı ayə müsəlmanlara göstəriş verir ki, öz müxa-liflərinə desinlər: "Biz Allaha, Onun tərəfindən nazil olan kitaba, habelə İbrahimə, İsmailə, İshaqa, Yəquba və Bəni-isra-ildən olan əsbat peyğəmbərlərinə nazil olanlara, həmçinin Pər-vərdigar tərəfindən olan Musa, İsa və sair peyğəmbərlərə nazil olanlara iman gətirmişik.”

    قُولُواْ آمَنَّا بِاللّهِ وَمَآ أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَقَ وَيَعْقُوبَ وَالأسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَمَا أُوتِيَ النَّبِيُّونَ مِن رَّبِّهِمْ

    "Biz onların arasında heç bir fərq qoymuruq, haqq fərmanı qarşısında təslimik.” لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ

    Biz müsəlmanlarda isə yersiz təəssüblər və xudbinlik-lərə heç vaxt yol verilməməli, onlardan bəzilərini qəbul edib, digərlərini isə rədd etməyimizə səbəb olmamalıdır. Onların hamısı ilahi müəllimlər idi, müxtəlif zaman-larda insanlara yol göstərib onların təlim-tərbiyəsi ilə məşğul olmuşdular. Onların hamısının məqsədi yalnız bir şeydən ibarət idi: Bəşəriyyəti xalis tövhid və haqq-əda-lət əsasında tərbiyə etmək. Amma onlardan hər birinin mü-əyyən zaman çərçivəsində özünəməxsus vəzifə və xüsusiyyətləri olmuşdur.

    Sonra əlavə edir: "Əgər onlar sizin iman gətirdiyiniz şeylərə iman gətirsələr, hamısı hidayət taparlar.”

    فَإِنْ آمَنُواْ بِمِثْلِ مَا آمَنتُم بِهِ فَقَدِ اهْتَدَواْ

    "Əgər imtina etsələr, haqdan ayrılacaqlar.” وَّإِن تَوَلَّوْاْ فَإِنَّمَا هُمْ فِي شِقَاقٍ

    Əgər onlar tayfabazlıq, irqçilik və bu kimi sair puç təəssübləri dinə qarışdırmasalar və istisnasız olaraq bü-tün ilahi peyğəmbərlərin hamısını rəsmi şəkildə qəbul etsələr, mütləq hidayət taparlar. Əks halda haqqı buraxaraq batilin ardınca getmiş olacaqlar.

    Ayədəki "şiqaq” kəlməsi əsl mənasında təfriqə, müha-ribə mənasındadır. Bu ayədə bəzi təfsirçilər onu küfr, bəziləri azğınçılıq və bəziləri isə haqdan ayrılıb bati-lə yönəlmək kimi təfsir etmişlər. Bunların hamısı həqi-qətdə bir şeyə qayıdır.

    Təfsirçilərdən bəziləri nəql etmişlər ki, bu ayə na-zil olduqdan və Həzrəti Məsihin adı sair peyğəmbərlərlə bir sırada qeyd olunduqdan sonra məsihilərdən bir dəstəsi dedilər ki, biz bu sözü qəbul etmirik. İsa heç də sair pey-əmbərlər kimi deyildir; O, Allahın oğludur! Axırıncı ayə nazil oldu və onlara xatırlatdı ki, azğınlıqda, küfr və təf-riqədəsiniz.

    Ayənin axırında müsəlmanlara təskinlik verir ki, düşmənlərin hiylələrindən heç vaxt qorxmasınlar. Ayə buyu-rur: "Allah onların şərrini sizdən dəf edəcək. O, eşidən və bi-ləndir. Onların sözlərini eşidir və onların hiylələrindən agah-dır.” فَسَيَكْفِيكَهُمُ اللّهُ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
    İNCƏ NÖQTƏLƏR
    1- PeYĞƏMBƏRLƏRİN ÇAĞIRIŞINDA VƏHDƏT

    Quran müxtəlif ayələrdə təkrar işarə edir ki, bütün ilahi peyğəmbərlər yalnız bir hədəfi izləyirdilər və onla-rın arasında heç bir ixtilaf mövcud deyildi. Çünki, onla-rın hamısı bir mənbədən vəhy və ilham alıblar. Buna görə də müsəlmanlara tövsiyə olunur ki, ilahi peyğəmbərlərin hamısına eyni səviyyədə hörmət göstərsinlər. Amma qeyd et-diyimiz kimi, bu məsələnin Allah tərəfindən nazil olan hər yeni dinin keçmiş dinləri qüvvədən salması, İslamın axırıncı din olması ilə heç bir ziddiyyəti yoxdur. Çünki, Allah peyğəmbərlərinin hər biri cəmiyyətin müəyyən bir sinfinə təlim-tərbiyə verən müəllimlərdir.

    Aydındır ki, hər bir müəllimin təlim müddəti qurta-randan sonra başqa müəllimə, daha yuxarı sinifə təhvil ve-rilir. Beləliklə, insanların vəzifəsi budur ki, axırıncı Peyğəmbərin göstərişlərinə əməl etsinlər və bu dövrü din-lərin təkamülünün son mərhələsi olduğu üçün sair peyğəm-bərlərin dəvətinin haqq olmasına heç də maneə törətmir.
    2- ƏSBAT KİMLƏRDİR?

    "Sibt”, "səbt” və "inbisat” bir şeyin asanlıqla geniş yayılmasına deyilir. Bəzən ağaca bəsət deyilir. Çünki, onun şaxələri asanlıqla fəzaya yayılır. Övladlara, ailə üzvləri-nin bir nəsildə yaranan genişlənməsinə sibt-əsbat deyilir.

    Əsbatdan məqsəd Bəni-israil qəbilələrinin şaxələri, yaxud Yəqubun on iki övladlarından əmələ gələn insanlar-dır. Onların arasında peyğəmbərlər olduğuna görə, yuxarı-dakı ayə onları Allah ayələrinin nazil olduğu şəxslər cərgəsində sayır. Buna əsasən əsbat-ya məsihi, ya Bəni-israil qəbilələri, yaxud da Yəqubun övladlarından olan qəbilələr-dir ki, onların arasında peyğəmbərlər var idi. Bu, Yəqubun öz övladlarına aid deyildi, çünki, onlar qardaşları barə-sində günaha mürtəkib olmuşdular və onların hamısının Peyğəmbərlik səlahiyyəti yox idi.

    3-”Hənif” hənəf kökündən alınmışdır, azğınlıqdan düzlüyə, həqiqətə doğru meyl etmək mənasındadır. "Cənəf” isə tamamilə onun əksidir, yəni düzlükdən, doğruluqdan əy-riliyə yuvarlanmaq mənası daşıyır. Xalis tövhid ardıcıl-ları şirkdən üz döndərib bu həqiqətə təslim olduqlarına görə onlara "hənif” deyilir.

    Buna görə də "hənif” sözünün mənalarından biri də düzlük və saflıqdır. Buradan aydın olur ki, təfsirçilərin "hənif” kəlməsi barəsində dedikləri mənalar, o cümlədən Allah evinin ziyarəti, həcc, haqqa tabe olmaq, əməli ixlaslı etmək bütün bunlar ümumi və daha geniş mənalı olan bir sözə qayıdır və hamısı onun aşkar nümunələrindəndir.
    138-141-Cİ AYƏLƏR

    صِبْغَةَ اللّهِ وَمَنْ أَحْسَنُ مِنَ اللّهِ صِبْغَةً وَنَحْنُ لَهُ عَابِدونَ (138) قُلْ أَتُحَآجُّونَنَا فِي اللّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ وَلَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ وَنَحْنُ لَهُ مُخْلِصُونَ (139) أَمْ تَقُولُونَ إِنَّ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَـقَ وَيَعْقُوبَ وَالأسْبَاطَ كَانُواْ هُودًا أَوْ نَصَارَى قُلْ أَأَنتُمْ أَعْلَمُ أَمِ اللّهُ وَمَنْ أَظْلَمُ مِمَّن كَتَمَ شَهَادَة ً عِندَهُ مِنَ اللّهِ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ (140) تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ وَلاَ تُسْأَلُونَ عَمَّا كَانُواْ يَعْمَلُونَ (141)
    TƏRCÜMƏ:

    138- ”(Hamılıqla) "İlahi rəngə boyanın; (iman, tövhid və İslam rənginə). İlahi rəngdən daha gözəl nə rəng ola bilər? Biz yalnız Ona ibadət edirik.”

    139- ”(Kitab əhlinə) De: Allah barəsində bizimlə mübahisə edirsiniz? Halbuki O, bizim və sizin Pərvərdigarınızdır, bizim əməllərimiz özümüzə, sizin əməlləriniz isə sizin özünüzə məxsus-dur. Biz ixlasla Ona ibadət edirik (xalis tövhidçiyik).”

    140- ”Yoxsa deyirsiniz ki, İbrahim, İsmail, İshaq, Yəqub və əsbat yəhudi, yaxud nəsrani idilər? De: Siz yaxşı bilirsiniz, yox-sa Allah? (Yoxsa bilirdiniz ki, onlar yəhudi və nəsrani deyil, onda nə üçün həqiqəti gizlədirsiniz?) İlahi şəhadəti onun yanında gizlədən kəsdən daha zülmkar kimsə ola bilərmi? Allah sizin əməllərinizdən heç də qafil deyil.”

    141- ”(Hər halda) onlar bir ümmət idilər ki, keçib getdi-lər. Onların əməlləri özləri üçün, sizin etdikləriniz isə sizin üçündür. Siz onların əməlləri qarşısında məsuliyyət daşı-mırsınız.”
    TƏFSİR:
    İLAHİ OLMAYAN RƏNGLƏRİ TƏMİZLƏYİN

    Əvvəlki ayələrdə bütün din ardıcıllarından ilahi pey-ğəmbərlərin hamısının ayinlərinə tabe olmaq barədə çağırı-şın ardınca, indiki qeyd etdiyimiz ayənin əvvəlində onların hamısına fərman verib buyurur ki, yalnız ilahi rəngi qəbul edin. Elə bir rəng ki, iman və xalis tövhid rəngidir. صِبْغَةَ اللّهِ

    Sonra əlavə edir: "İlahi rəngdən daha yaxşı hansı rəng ola bilər? Və biz yalnız Ona sitayiş edirik.”

    وَمَنْ أَحْسَنُ مِنَ اللّهِ صِبْغَةً وَنَحْنُ لَهُ عَابِدونَ

    Beləliklə Quran buyurur ki, bütün tayfa və qəbilə ayrı-seçkiliklərini, məcazi rəngləri və sair təfriqə yaradan rəngləri aradan qaldırın və hamınız ilahi rəngə boyanın.

    Təfsirçilər yazmışlar ki, məsihilərin arasında belə bir qayda var idi ki, öz övladlarına təmid quslu verirdi-lər. Bəzən qusul verərkən sarı rəngli xüsusi bir dərmanı o suya qatıb deyirdilər ki, bu rənglə qusul vermək körpənin, Adəmdən irs apardığı zati günahların paklanmasına səbəb olur. Quran, bu məntiqi puç hesab edərək buyurur: Yaxşı olar ki, zahiri xurafat və təfriqə yaradan rənglər yerinə həqiqət və ilahi rəngi qəbul edin ki, ruhunuz hər növ çirkinliklərdən pak olsun. Doğrusu, necə də gözəl və lətafətli ifadədir! Əgər bəşəriyyət ilahi rəngə boyansa, yəni vəhdət, əzəmət, paklıq, pəhrizkarlıq rəngini qəbul etsələr, ədalət, müsavat, qar-daşlıq, bərabərlik, tövhid və ixlas rənginə boyansalar, onun sayəsində bütün münaqişə və müharibələrə son qoyulacaq, şirk və təfriqənin kökü kəsiləcək, həqiqətdə lazımsız olan bu rənglər aradan gedəcəkdir.

    Müxtəlif hədislərdə İmam Sadiq (ə) bu ayənin təfsi-rində buyurmuşdur ki, "sibğətəllah” kəlməsindən məqsəd pak İslam dinidir.[41] Bu hədis də yuxarıda qeyd olunanlara işarə edir.

    Yəhudilər və sair din ardıcılları bəzən müsəlman-larla mübahisə edərək deyirdilər: Bütün peyğəmbərlər bi-zim aramızdan seçilmişdir, dinimiz dinlərin ən qədimi, kitabımız da ən qədim kitabdır. Əgər Məhəmməd, peyğəmbər olsaydı, hökmən bizim aramızdan seçilməli idi. Bəzən də deyirdilər ki, bizim irqimiz iman və vəhyi qəbul etmək ba-xımından ərəb irqindən üstündür. Çünki, onlar bütpərəst idilər, biz isə bütə sitayiş etmirik. Onlar bəzi vaxtlar özlərini Allahın övladları sanırdılar, behişti özləri-nə, yalnız özlərinə məxsus hesab edirdilər.

    Quran yuxarıdakı ayələrdə bütün bu puç təsəvvürlərin üzə-rinə qələm çəkir. Əvvəlcə Peyğəmbərə buyurur: "Onlara de: məgər Allah barəsində bizimlə mübahisə edirsiniz? Halbuki, O, həm bi-zim, həm də sizin Pərvərdigarınızdır.” قُلْ أَتُحَآجُّونَنَا فِي اللّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ

    Pərvərdigari-aləm heç bir qəbiləyə və irqə məxsus deyil-dir. O, bütün aləmlərin, varlıq aləminin Pərvərdigarıdır. Bunu da bilin ki, biz öz əməlimizin, siz də öz əməlinizin cavabdehisiniz. Heç kimyaxşı əməllərindən başqa bir şey-lə digərlərindən üstün sayılmır. وَلَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ

    Fərq yalnız bundadır ki, "biz Ona ixlas üzündən sitayiş edirik, xalis tövhidçiyik, amma sizlərdən çoxu tövhidi şirklə qarışdırmısınız.” وَنَحْنُ لَهُ مُخْلِصُونَ

    Sonrakı ayə bu əsassız və puç iddiaların bir qisminə işarə edərək buyurur: "Məgər siz deyirsiniz ki, İbrahim, İs-mail, İshaq, Yəqub və əsbat hamısı yəhudi, yaxud nəsrani idilər-mi? Siz yaxşı bilirsiniz, yoxsa Allah?”

    أَمْ تَقُولُونَ إِنَّ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَـقَ وَيَعْقُوبَ وَالأسْبَاطَ كَانُواْ هُودًا أَوْ نَصَارَى قُلْ أَأَنتُمْ أَعْلَمُ أَمِ اللّهُ

    Allah hamıdan yaxşı bilir ki, onlar nə yəhudi idilər, nə də nəsrani. Siz də bilirsiniz ki, bu peyğəmbərlərin əksəriyyəti İsa və Musadan qabaq gəlmişlər. Əgər bilmirsinizsə yenə də elmsizlik ucbatından bu cür nalayiq sözləri onlara aid etmək töhmət, günah və həqiqəti gizlətməkdir. Allah yanında olan ilahi şəhadəti gizlədən kəsdən zalım bir kəs varmı?

    وَمَنْ أَظْلَمُ مِمَّن كَتَمَ شَهَادَةً عِندَهُ مِنَ اللّهِ

    Amma bilin ki, Allah sizin əməllərinizdən heç də qa-fil deyil. وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

    Əgər insan təəssübkeşlik və inadkarlıq üzündən hərə-kət edərsə, hətta tarixin danılmaz həqiqətlərini belə in-kar edər. Misal üçün, onlar hətta Musa və İsa Peyğəmbərdən qabaq dünyaya gəlib-gedən İbrahim, İshaq, Yəqub kimi peyğəm-bərləri Musa, yaxud Məsihin ardıcılları hesab edir və belə bir aşkar həqiqəti gizlədirlər. Elə bir həqiqət ki, insanların dini və imanı ilə əlaqədardır. Buna görə də Quran onları ən zalım şəxslər kimi bəyan edir, çünki, agahlıq üzündən həqiqəti gizlədib camaatı sərgərdan edən kəslərdən daha zalım kəs tapmaq olmaz.

    Sözü gedən ayənin axırında onlara başqa yolla cavab ve-rərək buyurur: fərz edək ki, sizin bu iddialarınızın hamı-sı düzdür. Onlar elə bir dəstə idilər ki, keçib getmişlər. (Onların əməl dəftərləri bağlanmış, dövranları ötüb keç-mişdir). Əməlləri onların özlərinə aiddir.

    تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ

    Siz də öz əməllərinizin cavabdehisiniz və onların əməlləri qarşısında heç bir məsuliyyət daşımırsınız.

    وَلَكُم مَّا كَسَبْتُمْ وَلاَ تُسْأَلُونَ عَمَّا كَانُواْ يَعْمَلُونَ

    Daim inkişafda olan bir millət öz əməllərinə arxa-lanmalı, keçmişlərinə, ötüb keçənlərinə güvənməməlidir. İnsan gərək öz fəzilətinə arxalansın. Çünki, məsəl var, de-yərlər:

    Tutaq ki, atanız olubdur fazil,

    Onun şöhrətindən sizə nə hasil?!
    142-Cİ AYƏ

    سَيَقُولُ السُّفَهَاء مِنَ النَّاسِ مَا وَلاَّهُمْ عَن قِبْلَتِهِمُ الَّتِي كَانُواْ عَلَيْهَا قُل لِّلّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ (142)
    TƏRCÜMƏ:

    "Tezliklə səfeh və axmaq şəxslər deyəcəklər: "Onların (müsəl-manların) olduqları qiblədən dönməsinə nə səbəb oldu?” De: Məş-riq və məğrib Allaha məxsusdur. Hər kəsi istəsə, düz yola hidayət edər.”
    TƏFSİR:
    QİBLƏNİN DƏYİŞDİRİLMƏSİ HADİSƏSİ

    Bu ayə və bundan sonrakı bir neçə ayə islam tarixində böyük bir həyəcanlanmaya səbəb olan mühüm dəyişikliklər-dən biri haqqında söhbət açır. İslam Peyğəmbəri (s) Alla-hın əmri ilə besətdən sonra on üç il Məkkədə və hicrətdən bir neçə ay sonra da Mədinədə Beytül-müqəddəsə doğru namaz qılırdı. Amma bundan sonra müsəlmanlara əmr olundu ki, Kəbəyə doğru namaz qılsınlar və bununla da qiblə dəyi-şildi.

    Qeyd etmək lazımdır ki, müsəlmanların Mədinədə Bey-tül-müqəddəsə doğru ibadət etmələrinin müddəti haqda təf-sirçilər arasında fikir müxtəlifliyi vardır və bu müd-dətin 7 aydan 17 aya qədər olması qeyd edilmişdir. Bu müddət ərzində müsəlmanlar müntəzəm olaraq yəhudilərin təhqir və tənələrinə məruz qalırdılar. Çünki Beytül-müqəddəs yəhu-dilərin qibləsi idi. Onlar müsəlmanlara irad edərək de-yirdilər: Siz öz dininizdə müstəqil deyilsiniz, bizim qib-ləmizə doğru namaz qılırsınız və bu da bizim haqq olmağı-mıza tutarlı dəlildir.

    Bu söz-söhbətlər Peyğəmbərə (s) və eləcə də müsəlmanla-ra xoş təsir bağışlamırdı. Onlar bir tərəfdən Allahın əmrinə itaət edir, digər tərəfdən də yəhudilərin ardı-ara-sı kəsilməyən təhqir və məsxərələrinə dözməli olurdular. Buna görə də Peyğəmbər (s) gecələr asimana baxır, sanki ilahi vəhyin intizarını çəkirdi. Bir müddət keçdikdən sonra, nəhayət Allahdan qiblənin dəyişdirilməsi haqda fərman gəldi. Peyğəmbər (s) "Bəni-salim” məscidində zöhr namazının iki rəkətini Beytül-müqəddəsə doğru qıldıqdan sonra, Allahın əmri ilə Cəbrail (ə) o həzrətin qolundan tutub onu Kəbəyə doğru döndərdi.

    Yəhudilər bu hadisədən çox narahat oldular, adətləri üzrə yenə də bəhanə və irad tutmağa başladılar. Onlar əvvəl-cə müsəlmanların müstəqil qibləsinin olmamasını əldə əsas tutaraq onlardan üstün olmalarını iddia edirdilər. Allah-taala tərəfindən qiblənin dəyişdirilməsi hökmü veriləndən sonra, yenə də etiraz edərək başqa bəhanələr ax-tarmağa başladılar. Ona görə də Qurani-məcid bu ayələrdə buyurur: Tezliklə səfeh və axmaq şəxslər deyəcəklər: Onla-rın (müsəlmanların), olduqları qiblədən dönməsinə nə səbəb oldu? Nə üçün bunlar əvvəlki peyğəmbərlərin qiblə-sindən üz döndərdilər? Əgər əvvəlki qiblə düz idisə, onda bu dəyişikliyin nə mənası vardır? Əgər ikinci düzgündür-sə, onda on üç ildən artıq bir müddət ərzində nə üçün Beytül-müqəddəsə doğru namaz qılıblar?

    Ayədə Peyğəmbərə əmr olunur:

    قُل لِّلّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

    "Onlara de: Məşriq və məğrib Allaha məxsusdur. Hər kəsi is-təsə, düz yola hidayət edər.”

    Qiblənin dəyişdirilməsi həqiqətdə imtahan və təkamü-lün müxtəlif mərhələləri, insanları düz yola istiqamət-ləndirən hidayət nümunələrindən biridir.

    Category: Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 919 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024