İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    143-CÜ AYƏ

    وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِّتَكُونُواْ شُهَدَاء عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنتَ عَلَيْهَا إِلاَّ لِنَعْلَمَ مَن يَتَّبِعُ الرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَى عَقِبَيْهِ وَإِن كَانَتْ لَكَبِيرَةً إِلاَّ عَلَى الَّذِينَ هَدَى اللّهُ وَمَا كَانَ اللّهُ لِيُضِيعَ إِيمَانَكُمْ إِنَّ اللّهَ بِالنَّاسِ لَرَؤُوفٌ رَّحِيمٌ (143)
    TƏRCÜMƏ:

    "(Sizin qibləniz orta bir qiblə olduğu kimi,) sizi də orta ümmət (ifrat və təfritdən uzaq olan mötədil səviyyədə) qərar verdik ki, camaata şahid olasınız və Peyğəmbər də sizə şahid ol-sun. Biz o qibləni – əvvəldə olduğun qibləni – yalnız Peyğəmbərə ta-be olan şəxsləri geri dönən şəxslərdən ayırmaq üçün qərar verdik. Bu hökm (imtahan), şübhəsiz ki, Allahın hidayət etdiyi şəxs-lərdən başqaları üçün çox ağır idi. (Bunu da bilin ki, sizin əv-vəlki qibləyə doğru qıldığınız namazlar düzgündür) və Allah heç vaxt sizin imanınızı (namazınızı) zay etməz; Çünki Allah bü-tün insanlara qarşı rəhimli və mehribandır.”
    TƏFSİR:
    ORTA ÜMMƏT

    Bu ayədə qiblənin dəyişdirilməsinin bəzi səbəbləri-nə toxunulmuşdur. Əvvəldə buyurulur: "(Sizin qibləniz orta bir qiblə olduğu kimi,) sizi də orta ümmət (ifrat və təfritdən uzaq olan mötədil səviyyədə) qərar verdik.” وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا

    Elə bir ümmət ki, hər bir cəhətdən orta səviyyədədir, ifrat və təfritdən uzaq olaraq, bütün insanlar üçün nümunə-dir. Müsəlmanların qibləsi orta bir qiblədir. Çünki mə-sihilər (ibadət edərkən) təqribən şərqə tərəf dururlar. Səbəbi də məsihilərin əksəriyyətinin qərb ölkələrində ya-şaması və ibadət zamanı Beytül-müqəddəsə doğru, yəni İsa (ə)-ın doğulduğu yerə tərəf dayanmaq məcburiyyətində qalması-dır. Beləliklə, şərq istiqaməti məsihilərin qibləsi hesab olunur. Amma əksəriyyəti Şamda, Babildə və sair yerlərdə olan yəhudilər isə Beytül-müqəddəsə doğru dayananda, onların qibləsi təqribən qərb istiqamətində olur.

    O dövrdə əksəriyyəti Mədinədə yaşayan müsəlmanlar üçün Kəbə, təqribən cənub istiqamətində, şərqlə qərb ara-sında olduğuna görə orta bir mövqe hesab olunur. Həqiqətdə bütün bu mətləbləri ayədə gələn "və kəzalikə...” cümləsindən başa düşmək olar. Quran, sanki islam qanunları arasında ümumi bir rabitə və bağlılıq olduğunu, müsəlmanların tək-cə qibləsinin deyil, həm də bütün qanun və göstərişlirinin mötədil xüsusiyyətə malik olmasını bəyan etmək istəyir.

    Sonra əlavə edir: Məqsəd bu idi ki, siz camaata, Peyğəm-bər də sizə şahid olsun.لِّتَكُونُواْ شُهَدَاء عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا

    İslam ümmətinin bütün dünya xalqlarına, habelə Pey-ğəmbəri-əkrəmin müsəlmanlara "şahid olması” ifadəsi, bəl-kə də onların nümunə olmasına işarədir. Çünki şahidlə-ri həmişə nümunəvi şəxslər arasından seçirlər. Ayə bu-yurmaq istəyir ki, Peyğəmbər (s) sizin aranızda nümunəvi şəxs olduğu kimi, siz də bu etiqad və təlimatlara malik ol-maqla nümunəvi bir ümmətsiniz. Siz öz əməl və proqram-larınızla şəhadət verirsiniz ki, insan həm dini, həm də dünyası üçün çalışmalı, ictimai bir varlıq olmaqla ya-naşı, mənəvi və ruhi yönlərdə də tamamilə diqqətli olma-lıdır. Siz bu əqidə və proqramlarla şəhadət verirsiniz ki, elm və din, dünya və axirət bir-biri ilə heç də ziddiyyət təş-kil etmir, əksinə biri digərinə xidmət edir.

    Ayənin davamında qiblənin dəyişdirilməsinin digər bir səbəbinə işarə edib buyurur:

    وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنتَ عَلَيْهَا إِلاَّ لِنَعْلَمَ مَن يَتَّبِعُ الرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَى عَقِبَيْهِ

    "Biz o qibləni – əvvəldə olduğun qibləni – yalnız Peyğəmbərə tabe olan şəxsləri geri dönən şəxslərdən ayırmaq üçün qərar ver-dik.”

    Ayədə "sənə tabe olan şəxslər” deyil, "Rəsuli-əkrəmə tabe olan şəxslər” ifadəsi gətirilmişdir. Buradan da məlum olur ki, Peyğəmbəri-əkrəm (s) Allahın rəsulu və ilahi rəh-bər olduğuna görə müsəlmanlar bütün işlərdə onun əmr və fərmanlarına tabe olmalıdır. Təkcə qiblə məsələsi deyil, ondan da yüksək işlərə əmr olunarsa, qeydsiz-şərtsiz itaət etmək lazımdır. Müxtəlif bəhanələr gətirmək isə cahiliy-yət və bütpərəstlik dövrünə aid olan xüsusiyyətin qorunub saxlanması deməkdir.

    "Yənqəlibu əla əqibəyhi” cümləsi daban üzərində qayıtmaq mənasını daşımasına baxmayaraq, burada geriyə qayıtmaq mənasını çatdırır.

    Sonra əlavə edir: "Bu hökm (imtahan), şübhəsiz ki, Alla-hın hidayət etdiyi şəxslərdən başqaları üçün çox ağır idi.”

    وَإِن كَانَتْ لَكَبِيرَةً إِلاَّ عَلَى الَّذِينَ هَدَى اللّهُ

    Nə qədər ki, ilahi hidayət yoxdur, Onun fərmanları mü-qabilində qeydsiz-şərtsiz təslim olmaq ruhiyyəsi də olmaya-caq. Əsas məsələ insanın ilahi hökm və fərmanlar qarşı-sında təslim olmasıdır ki, bu cür fərmanların icra olun-masında nəinki çətinlik hiss etməməli, hətta bu fərman-lar Allah-taala tərəfindən verildiyi üçün onun ləzzəti baldan da şirin olmalıdır.

    Hər bir işə qərəzli mövqedən yanaşan düşmənlər, yaxud nadan dostlar qiblənin dəyişdirilməsi ilə keçmiş ibadət və əməllərin batil olmasını və onlara savab verilməyəcəyi-ni güman etməsinlər deyə, ayənin axırında buyurulur:

    "Allah-taala heç vaxt sizin imanınızı (namazınızı) zay etməz; Çünki Allah-taala bütün insanlara qarşı rəhimli və mehribandır.” وَمَا كَانَ اللّهُ لِيُضِيعَ إِيمَانَكُمْ إِنَّ اللّهَ بِالنَّاسِ لَرَؤُوفٌ رَّحِيمٌ

    Onun göstərişləri həkimin xəstə üçün təyin etdiyi və hər biri müəyyən bir mərhələ üçün faydalı olan dərman və müalicə növünə bənzəyir. Hər bir göstəriş öz növbəsində tə-kamül və səadətə zəmanət verir. Buna əsasən, qiblənin dəyiş-dirilməsi müsəlmanlar üçün keçmiş və ya gələcək ibadət-lər üçün heç bir nigarançılıq yaratmamalıdır. Çünki, on-ların hamısı düzgün idi.
    144-CÜ AYƏ

    قَدْ نَرَى تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاء فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوِهَكُمْ شَطْرَهُ وَإِنَّ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ (144)
    TƏRCÜMƏ:

    "Sənin (son qibləni müəyyən etmək üçün) asimana doğru di-kilən intizarlı baxışlarını görürük. İndi səni, razı olduğun bir qibləyə doğru döndəririk. Üzünü Məscidul-hərama doğru döndər. Hər yerdə olsanız, üzünüzü ona tərəf döndərin. Səmavi kitab veri-lən şəxslər yaxşı-yaxşı bilirlər ki, bu, Allah tərəfindən veri-lən haqq bir fərmandır (və öz kitablarında oxumuşdular ki, İs-lam Peyğəmbəri iki qibləyə doğru namaz qılacaq). Allah-taala on-lardan (ilahi nişanə və ayələri gizlətmələrindən) heç də qafil de-yildir.”
    TƏFSİR:
    HƏR YERDƏ OLSANIZ, ÜZÜNÜZÜ KƏBƏYƏ DOĞRU DÖNDƏRİN

    Əvvəldə qeyd olunduğu kimi, Beytül-müqəddəs müsəlman-ların müvəqqəti qibləsi idi. Buna görə də Peyğəmbər (s) qib-lənin dəyişdirilməsi haqda fərman gəlməsinin intiza-rını çəkirdi. Xüsusilə yəhudilər Peyğəmbərin Mədinəyə hicrətindən sonra müntəzəm olaraq müsəlmanlara tənə vu-rub onların dini ayinlərdə müstəqil olmamasını bəhanə gətirirdilər. Onlar iddia edib deyirdilər ki, müsəl-manlara qiblənin nə olduğunu biz öyrətdik və onların bizim qibləmizə tabeçiliyi dinimizi qəbul etmələri deməkdir. Bu ayədə həmin məsələ haqda söhbət açılır və qiblənin dəyiş-dirilməsi fərmanı verilir. Allah-taala buyurur: "Sənin (son qibləni müəyyən etmək üçün) asimana doğru dikilən intizar-lı baxışlarını görürük.” قَدْ نَرَى تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاء

    "İndi səni, razı olduğun bir qibləyə doğru döndəririk.”

    فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا

    "Üzünü Məscidul-hərama doğru döndər.”

    فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ

    Təkcə Mədinədə deyil, "hər yerdə olsanız, üzünüzü Məsci-dul-hərama doğru döndərin.” وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوِهَكُمْ شَطْرَهُ

    Hədislərə əsasən, qiblənin dəyişdirilməsi zöhr nama-zı vaxtı, habelə camaatın gözü qarşısında, həssas bir şə-raitdə baş verdi. Vəhy mələyi Peyğəmbərə (s) nazil oldu və onu Beytül-müqəddəsdən Kəbə səmtinə döndərdi, müsəlmanlar da dərhal öz cərgələrinin istiqamətini dəyişdilər. Hətta bəzi hədislərdə buyurulur ki, kişilər öz yerlərini qadın-lara, qadınlar isə öz yerlərini kişilərə verdilər. Diqqət yetirmək lazımdır ki, Beytül-müqəddəs təqribən şimal isti-qamətində, Kəbə isə tamamilə cənub səmtində yerləşirdi.

    Maraqlı burasıdır ki, qiblənin dəyişdirilməsi məsə-ləsi o Həzrətin peyğəmbərlik əlamətlərindən biri kimi, əv-vəlki səmavi kitablarda da qeyd olunmuşdu. Onlar öz kitab-larında oxumuşdular ki, o həzrət iki qibləyə doğru namaz qılacaqdır.

    Buna görə də yuxarıdakı ayədə bu fərman qeyd edildikdən sonra buyurulur: وَإِنَّ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ

    "Səmavi kitab verilən şəxslər yaxşı-yaxşı bilirlər ki, bu, Allah-taala tərəfindən verilən haqq bir fərmandır.”

    Bundan əlavə, İslam Peyğəmbəri öz dövrünün çirkin adət-ənənələrinin təsiri altına düşməmişdi. Buna görə də əvvəldə ümumərəb xalqının sevdiyi və büt mərkəzi olan Kəbəni deyil, azsaylı şəxslərin məbədi olan Beytül-müqəd-dəsi rəsmi olaraq qiblə seçdi. Bunların hamısını onun ilahi dəvətinin doğruluğuna bir dəlil hesab etmək olar. Ayənin sonunda buyurulur: "Allah-taala onlardan (ilahi nişa-nə və ayələri gizlətmələrindən) heç də qafil deyildir.”

    وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ

    Yəni onlar qiblənin dəyişdirilməsini səmavi kitab-larda qeyd olunduğu kimi, o həzrətin peyğəmbərliyinin doğru-luq əlaməti kimi qəbul etməyib gizlətdilər, üstəlik hay-küy də qopartdılar. Allah-taala onların əməl və niyyətlərindən agahdır.
    145-Cİ AYƏ

    وَلَئِنْ أَتَيْتَ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ بِكُلِّ آيَةٍ مَّا تَبِعُواْ قِبْلَتَكَ وَمَا أَنتَ بِتَابِعٍ قِبْلَتَهُمْ وَمَا بَعْضُهُم بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءهُم مِّن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ إِنَّكَ إِذَاً لَّمِنَ الظَّالِمِينَ (145)
    TƏRCÜMƏ:

    "And olsun ki, əgər əhli kitabdan olan bu dəstə üçün hər növ dəlil və nişanə gətirsən, yenə də sənin qiblənə tabe olmayacaqlar; sən də heç vaxt onların qibləsinə tabe olmayacaqsan. (Onlar bir daha qiblənin dəyişdirilməsinin mümkünlüyünü təsəvvür etmə-məlidirlər.) Onlardan heç biri başqasının qibləsinə tabe olmaz. Əgər sənə elm və agahlıq verildikdən sonra onların nəfsani is-təklərinə tabe olsan, şübhəsiz ki, zalımlardan olarsan.”
    TƏFSİR:
    ONLAR HEÇ BİR ŞEYLƏ RAZILAŞMIRLAR!

    Əvvəlki ayənin təfsirində qeyd olundu ki, kitab əhli qiblənin Beytül-müqəddəsdən Kəbəyə doğru dəyişdiriləcəyi-ni bilirdilər. Amma onlar təkcə Peyğəmbərin özünə deyil, həm də onun peyğəmbərlik nişanələrinin hamısına irad tu-turdular. Onlar öz kitablarında oxumuşdular ki, vədəsi ve-rilən axirəzzəman Peyğəmbər iki qibləyə doğru namaz qıla-caqdır. Amma onların inad və təəssübləri haqqı qəbul etmə-lərinə imkan vermədi.

    Ümumiyyətlə, insan müəyyən məsələlər barəsində əvvəlcə-dən qəti qərara gəlməyibsə, qarşılıqlı anlaşma şəraitin-də, məntiqli dəlil və möcüzə göstərməklə əqidəsini dəyiş-mək və həqiqətləri onun üçün isbat etmək olar. Amma öz və-ziyyət və nəzərini qəti surətdə müəyyənləşdirənlər, xüsusilə nadan və təəssübkeş şəxslər heç bir vəchlə öz əqidələrini dəyişməzlər. Buna görə də bu ayədə Quran tam qətiyyətlə buyu-rur: "And olsun ki, əgər əhli kitabdan olan bu dəstə üçün hər növ dəlil və nişanə gətirsən, yenə də sənin qiblənə tabe olmayacaq-lar.” وَلَئِنْ أَتَيْتَ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ بِكُلِّ آيَةٍ مَّا تَبِعُواْ قِبْلَتَكَ

    Buna əsasən özünü yormağa dəyməz, onlar heç bir şərait-də haqqa təslim olmayacaqlar, çünki onlarda həqiqətaxtarma ruhiyyəsi ölmüşdür. Təəssüflər olsun ki, bütün ilahi pey-ğəmbərlər bu cür nadan şəxslərlə qarşılaşmışlar. Bu inadkarlar adətən, ya varlılar və cəmiyyətdə nüfuzlu şəxs-lər, ya yolunu azmış dünyapərəst alimlər və yaxud da sadə-lövh, təəssübkeş və cahil insanlar olmuşlar.

    Sonra əlavə edir: "Sən də heç vaxt onların qibləsinə tabe olmayacaqsan.” وَمَا أَنتَ بِتَابِعٍ قِبْلَتَهُمْ

    Yəni onlar bu cür hay-küy qoparmaqla müsəlmanların qibləsinin bir daha əvvəlki istiqamətə dəyişdirilməsini təsəvvür etməkdə yanılırlar. Bu, müsəlmanların sonuncu və əbədi qibləsidir. Qiblənin dəyişdirilməsi həqiqətdə mü-xaliflərin yaratdıqları hay-küylərə son qoymaq yollarından biridir. Hamı başa düşməlidir ki, bu cür hay-küylər ila-hi qanunların dəyişdirilməsində heç bir təsirə malik deyildir və onların bütün səyləri nəticəsiz qalacaqdır.

    Sonra əlavə edir: Onlar da öz əqidələrində o qədər təəs-sübkeşdirlər ki, "Onlardan heç biri başqasının qibləsinə ta-be olmaz.” وَمَا بَعْضُهُم بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ

    Yəni nə yəhudilər məsihilərin, nə də məsihilər yəhu-dilərin qibləsinə tabe olmazlar.

    Bir daha təkid və qətiyyətlə Peyğəmbərə xatırladılır ki, "Əgər sənə elm və agahlıq verildikdən sonra onların nəfsani istəklərinə tabe olsan, şübhəsiz ki, zalımlardan olarsan.”

    وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءهُم مِّن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ إِنَّكَ إِذَاً لَّمِنَ الظَّالِمِينَ

    Quranda Peyğəmbərə xitabən şərti cümlə şəklində gə-tirilən bu cür müraciətlər çoxdur və bunlar adətən, üç məq-səd daşıyır:

    1. Hamı bilməlidir ki, ilahi qanunların icrasında heç bir ayrı-seçkilik və fərq yoxdur. Hətta peyğəmbərlər də bu qanundan istisna olunmur. Buna əsasən, hətta əgər Peyğəm-bərin də haqdan uzaqlaşıb azğınlığa düşməsini fərz etsək, o da Pərvərdigar tərəfindən cəzalandırılacaq. Peyğəmbər-lərin bu qədər elm, iman, təqva və pəhrizkarlığı sayəsində bu ehtimalın qeyri-mümkün olmasına baxmayaraq, dini ter-minologiyada şərt cümləsi şərtin gerçəkləşməsinə dəla-lət etmir.

    2. İnsanlar öz əməllərinə diqqət yetirməli, bütün hərə-kətlərini tam nəzarət altında saxlamalı və peyğəmbərlər üçün belə bir təhdid və xəbərdarlıq edildiyi halda, adi in-sanların necə məsuliyyət daşıdığını dərk etməlidirlər. Onlar başa düşməlidirlər ki, heç vaxt düşmənlərin mən-fur təbliğatlarının qarşısında təslim olmamalıdırlar.

    3. Peyğəmbərin ilahi hökmlərdə heç bir dəyişiklik ya-ratmaq səlahiyyəti yoxdur və o da Pərvərdigarın əmrlərinə müti olan bir bəndədir. Başqa sözlə desək, bəşəri qanunlar-da mövcud olan güzəşt və istisnalar və yaxud müxtəlif yol-larla qanundan qaçma və sazişçilik burada mümkün deyildir.
    146-147-Cİ AYƏLƏR

    الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءهُمْ وَإِنَّ فَرِيقاً مِّنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ (146) الْحَقُّ مِن رَّبِّكَ فَلاَ تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ (147)
    TƏRCÜMƏ:

    146- "Səmavi kitab əta etdiyimiz şəxslər onu (Peyğəmbəri) öz övladları kimi tanıyırlar, (amma) onların bir dəstəsi haqqı bilərəkdən gizlədirlər.”

    147- "Bu hökm (qiblənin dəyişdirilməsi) haqq olaraq Pərvər-digarının tərəfindən gəlmişdir. Buna əsasən, onda şübhə və tə-rəddüd edənlərdən olma.”
    TƏFSİR:
    ONLAR PEYĞƏMBƏRİ ÇOX YAXŞI TANIYIRDILAR!

    Keçən bəhslərin davamı olaraq, bu ayələrdə kitab əh-lindən bir dəstənin təəssüb və inadkarlığı barəsində buyu-rulur: "Səmavi kitab əta etdiyimiz şəxslər onu (Peyğəmbəri) öz övladları kimi tanıyırlar.”الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءهُمْ

    Onlar Peyğəmbərin adını və bütün xüsusiyyətlərini öz dini kitablarında oxumuşdular, "amma onların bir dəstəsi haqqı bilərəkdən gizlədirlər.”وَإِنَّ فَرِيقاً مِّنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ

    Onlardan bəziləri isə açıq-aydın əlamət və nişanələ-ri müşahidə edərək islamı qəbul etdilər. Belə ki, yəhudi alimlərindən olan Əbdüllah ibni Səlam islamı qəbul et-mişdi. O, belə deyirmiş: "Mən islam Peyğəmbərini öz övladla-rımdan daha yaxşı tanıyıram!”[42]

    Bu ayə maraqlı bir həqiqəti aşkar edir: Səmavi kitab-larda islam Peyğəmbərinin fiziki və ruhi xüsusiyyətləri o qədər canlı və aydın bəyan olunmuşdu ki, o kitablarla maraq-lananların zehnində Peyğəmbəri-əkrəmin bütün xüsusiyyət-ləri canlanırdı.

    Belə bir ehtimal da verilə bilər ki, o kitablarda İs-lam Peyğəmbərinin adından əsər-əlamət olmayıb, amma o həz-rət onların qarşısında dayanaraq, özünün bütün xüsusiyyət-lərinin keçmiş səmavi kitablarda mövcud olmasını deyir. Belə bir halda təbiidir ki, kitab əhlinin bütün alimləri onun əleyhinə kəskin və ciddi mübarizəyə qalxmalı, ona "bizim kitablarımızın harasında sənin xüsusiyyətlərin yazılmışdır” deməli idilər. Mümkündür ki, hətta onla-rın alimlərindən biri islam Peyğəmbərin qabağında təs-lim olsun. Deməli bu cür ayələr Peyğəmbərin(s) haqq və düzgün olmasının dəlil və sübutlarındandır.

    Ayənin sonunda qiblənin, yaxud islam hökmlərinin də-yişdirilməsi barəsində olan keçmiş mətləbləri bir daha təkid edərək ümumi şəkildə buyurur:

    "Bu hökm (qiblənin dəyişdirilməsi) haqq olaraq Pərvərdiga-rının tərəfindən gəlmişdir. Buna əsasən, onda şübhə və tərəd-düd edənlərdən olma.”

    Bu cümlə ilə Peyğəmbərə (s) təskinlik verilir və təkid edilir ki, düşmənlərin istər qiblənin dəyişdirilməsi, istərsə də sair məsələlərdə bütün qüvvələrini səfərbər edə-rək apardıqları təbliğatlar qarşısında azacıq da olsa, özündə şəkk-şübhə yaratmasın.

    Bu sözlər, İslam Peyğəmbərinə (s) müraciət edilməsinə baxmayaraq, həqiqətdə bütün insanlara xitabdır. Əks halda şühud aləmi və vəhy ilə əlaqədə olan bir Peyğəmbər heç vaxt özündə şəkkə-şübhə yaratmaz. Çünki vəhy onun üçün hiss olu-nan eynul-yəqindən ibarətdir.
    148-Cİ AYƏ

    وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا فَاسْتَبِقُواْ الْخَيْرَاتِ أَيْنَ مَا تَكُونُواْ يَأْتِ بِكُمُ اللّهُ جَمِيعًا إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (148)
    TƏRCÜMƏ:

    "Hər tayfanın Allah-taala tərəfindən müəyyən olunmuş bir qibləsi vardır. (Buna əsasən qiblə barəsində həddindən artıq söhbət etməyin və onun yerinə) yaxşılıqlarda, xeyir əməllərdə bir-birinizdən qabağa keçməyə çalışın. Allah-taala sizi hər yer-də olsanız (Qiyamət günü yaxşı əməllərinizə görə mükafat ve-rib, pis əməllərinizə görə cəzalandırmaq üçün) hazır edəcəkdir. Çünki O, hər işə qadirdir.”
    TƏFSİR:
    HƏR ÜMMƏTİN MÜƏYYƏN BİR QİBLƏSİ VARDIR

    Bu ayə həqiqətdə qiblənin dəyişdirilməsi ilə bağlı həddindən artıq hay-küy salan yəhudilərə cavabdır. Ayədə bu-yurulur: "Hər tayfanın Allah-taala tərəfindən müəyyən olun-muş bir qibləsi vardır.” وَلِكُلٍّ وِجْهَةٌ

    Tarix boyu peyğəmbərlərin müxtəlif qiblələri olmuş və onların dəyişdirilməsi heç də qeyri-adi bir şey sayıl-mamışdır. Qiblənin əvəz olunması, heç də toxunulmaz və dəyişdirilməsi qeyri-mümkün olan üsulidin, yaxud təkvini işlərdən deyildir. Buna əsasən, qiblə barəsində həddindən artıq söhbət etməyin və onun yerinə "yaxşılıqlarda, xeyir əməl-lərdə bir-birinizdən qabağa keçməyə çalışın.” فَاسْتَبِقُواْ الْخَيْرَاتِ

    Bütün vaxtınızı bu kiçik məsələ barəsində söz-söhbətə sərf etmək yerinə, yaxşı və saleh əməllərin ardınca gedin və belə sahələrdə rəqabət aparıb bir-birinizi ötməyə çalı-şın. Çünki sizin varlığınızın dəyərinin meyarı pak və gözəl əməllərdən ibarətdir.

    Bu surənin 177-ci ayəsində eynilə bu məzmunda buyurulur:

    لَّيْسَ الْبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَـكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَالْمَلآئِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ

    "Yaxşılıq (təkcə) bu deyildir ki, (namaz vaxtı) üzünüzü şərqə və (yaxud) qərbə döndərəsiniz; əksinə yaxşılıq budur ki, Al-laha, Qiyamət gününə, səmavi kitablara, mələklərə, peyğəmbərlərə iman gətirəsiniz (güclü imandan ilham alaraq yaxşı, saleh əməllər görəsiniz).”

    Siz əgər islamı, yaxud müsəlmanları yoxlamaq istəyir-sinizsə, onu qiblənin dəyişdirilməsi ilə deyil, bu qanun-larla yoxlayın.

    Ayənin davamında irad tutanlara cavab verilməsi, elə-cə də yaxşı əməl sahiblərinin təşviq edilməsi üçün xatır-ladılır: "Allah-taala sizi hər yerdə olsanız (Qiyamət günü yax-şı əməllərinizə görə mükafat verib, pis əməllərinizə görə cəza-landırmaq üçün) hazır edəcəkdir.” أَيْنَ مَا تَكُونُواْ يَأْتِ بِكُمُ اللّهُ جَمِيعًا

    O, əməllərin mükafatlandırılması və ya cəzalandı-rılmasının son səhnəsi olan böyük Qiyamət məhkəməsində sizi bir yerə yığacaqdır. Yaxşı əməl sahibləri ilə düşmən-çilik edib təxribat toxumu səpənlər heç də bir-biri ilə bə-rabər deyil və belə təsəvvür olunmamalıdır ki, onlar üçün heç bir sorğu-sual və cəza yoxdur. Şübhəsiz, qarşıda belə bir gün vardır və o zaman hamı ilə tək-tək haqq-hesab çəki-ləcəkdir.

    Mümkündür, bəziləri çürüyüb-dağılmış insan cəsə-dinə yenidən həyat bəxş edilməsi kimi bir işə təəccüb etsinlər. Ona görə də Allah-taala dərhal buyurur: "Allah hər şeyə qadirdir.” إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

    Həqiqətdə bu cümlə əvvəldəki "əynəma təkunu” cümləsi üçün bir növ sübut və dəlildir.
    HƏZRƏTİ MƏHDİ (Ə)-IN DOSTLARININ YIĞIŞACAĞI GÜN

    Əhli-beyt (ə)-dan nəql olunan çoxlu hədis və rəvayətlər-də "əynəma təkunu yəti bikumullahu cəmiən” cümləsi Həzrəti Məhdi əleyhissəlamın səhabələri kimi təfsir olunmuş-dur. O cümlədən "Rövzətul-kafi” kitabında imam Baqir(ə)-dan belə nəql olunmuşdur: "Məqsəd İmam Məhdi (ə)-ın 313 nə-fərdən ibarət olan səhabələridir. Allaha and olsun ki, "ümmətun mədudətun” kəlməsindən məqsəd onlardır və onlar, güclü külək nəticəsində bir yerə yığışıb sonradan dağılan bulud parçaları kimi bir saatda bir yerə yığılacaqlar..”

    İmam Riza (ə)-dan belə nəql olunmuşdur: "And olsun Al-laha ki, Məhdi (ə) qiyam edəndə bizim bütün ardıcıllarımızın hamısını bir yerə yığacaqdır.”

    Şübhə yoxdur ki, bu təfsir ayənin batini məfhumla-rındandır. Hədislərə əsasən, Quranın neçə cür mənası var-dır: onlardan biri zahiri və ümumi, digəri isə batini mənadır. Bu batini mənanı Peyğəmbər (s), imamlar və Alla-hın istədiyi şəxslərdən başqası dərk edə bilməz.

    Başqa sözlə desək, həqiqətdə bu rəvayətlər göstərir ki, insanın çürüyüb-dağılmış zərrələrini Qiyamətdə dünyanın müxtəlif yerlərindən yığmağa qüdrəti olan Allah, həzrəti Məhdinin (ə) dostlarını bir gündə və bir saatda ilk inqi-lab şölələrini alışdırmaq üçün, habelə ilahi ədalət hö-kumətinin təsis olunub zülmə son qoyulması üçün bir yerə yığa bilər.
    149-150-Cİ AYƏLƏR

    وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَإِنَّهُ لَلْحَقُّ مِن رَّبِّكَ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ (149) وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوهَكُمْ شَطْرَه ُ لِئَلاَّ يَكُونَ لِلنَّاسِ عَلَيْكُمْ حُجَّةٌ إِلاَّ الَّذِينَ ظَلَمُواْ مِنْهُمْ فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِي وَلأُتِمَّ نِعْمَتِي عَلَيْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُونَ (150)
    TƏRCÜMƏ:

    149- "Hər yerdən (hər nöqtə və hər şəhərdən) çıxsan, (namaz vaxtı) üzünü Məscidul-hərama doğru döndər. Bu, sənin Pərvərdi-garın tərəfindən olan haqq bir göstərişdir. Allah sizin əməl-lərinizdən heç də qafil deyildir.”

    Əvvəlki ayələrdə Məscidul-hərama üz döndərmək hökmü müsəlmanların yaşadığı Mədinə şəhərinə aid idi. Amma bu ayələrdə buyurulur ki, hər yerdən çıxsan və səfərə getsən yenə də namaz vaxtı üzünü Məscidul-hərama tərəf döndər.

    İNCƏ NÖQTƏLƏR

    Müxtəlif ayələrdə ardıcıl olaraq qiblə məsələsinə və ona diqqət yetirilməsinə təkid olunmuşdur. Bu ifadələrin təkrar olunması heç də dəlilsiz deyildir və onların hər birində qibləyə aid olan yeni bir məsələ vardır. "Bəqərə” su-rəsində Peyğəmbərə və müsəlmanlara, üzlərini qibləyə doğru döndərmələri əmr edildikdən sonra buyurulur: Kitab əhli bilirdi ki, Kəbəyə doğru namaz qılmaq haqdır. Çünki onlar Tövratda oxumuşdular ki, axırıncı Peyğəmbər iki qibləyə doğru namaz qılacaqdır. Deməli, kitab əhlinin intizarında olduğu şərt gerçəkləşsin deyə, sənin üçün razı olduğun qib-ləni təyin etdik. Sonrakı ayədə təkrar olunan ifadəni ay-dınlaşdırmaq üçün başqa bir dəlildir. (Bu haqda sonra söhbət edəcəyik.)

    Ümumiyyətlə hər hansı bir məsələnin qəbul və ya tətbiq edilməsi üçün onun təkrarlanması lazımdır ki, insanlarda bir növ onu qəbul etmək üçün hazırlıq yaransın. Amma qeyd olunan məqsəd həyata keçdikdən sonra, artıq həmin şeyin tək-rarlanmasına ehtiyac qalmır.

    Allah-taala əmrlərindən imtina edənləri təhdid edə-rək buyurur: "Allah sizin əməllərinizdən heç də qafil deyildir.”

    وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

    Əvvəldə qeyd olunduğu kimi, qiblə məsələsinin bir çox ayələrdə təkrar olunması onun əhəmiyyətini çatdırır. Bu ayədə də qiblə məsələsi yeni bir mətləbi xatırladır. Burada Allah-taala Məscidul-hərama tərəf dönmək göstərişini verdikdən sonra buyurur: Bunun səbəbi bəzi adamların Pey-ğəmbər və müsəlmanlar əleyhinə bəhanə gətirməsinin qar-şısını almaqdır. Çünki, kitab əhli bilirdi ki, Peyğəmbər iki qibləyə doğru namaz qılacaqdır. Əgər bu məsələ gerçək-ləşməsəydi, onlar bəhanə gətirib deyəcəkdilər ki, Peyğəm-bər səmavi kitablarda qeyd olunan xüsusiyyətlərə malik deyil-dir. Yaxud, müsəlmanları təhqir edərək deyəcəkdilər ki, siz yəhudi dininə tabesiniz, sizin müstəqil qibləniz yoxdur. Əl-bəttə, bu irad təkcə yəhudilər tərəfindən deyil, həm də müş-riklər tərəfindən edilirdi. Onlar deyirdilər: Əgər Mə-həmməd (s), İbrahimin dinini möhtərəm sayırsa, nə üçün onun tikdiyi Kəbə evinə diqqət yetirmir? Münafiqlər də sa-kit oturmayıb qiblənin dəyişdirilməsinə irad etməyə baş-layıb dedilər ki, Peyğəmbərin fikrində sabitlik yoxdur.

    Hər halda bu ayə, əlavə təkidlə müsəlmanları bu məsə-ləni qəbul etmək üçün hazırlayır və onlara xatırladır: Hə-qiqi mənada dəlil axtaranlar sizə irad tutmayacaqlar. Amma zalımlar və həqiqəti gizlədənlər bəhanə axtarmaqdan əl çək-məyəcəklər. Siz onlara etina etməyin, "Onlardan qorxmayın; (və yalnız) Məndən qorxun!”

    Diqqət yetirilməli məsələlərdən biri də budur ki, töv-hidin izhar və nişanəsi qiblədir. Qiblə müsəlmanların qəlbinə aramlıq bəxş edir.

    "Nəhcül-bəlağə”də Kəbə aşkar nişanə və əlamət kimi qeyd olunmuşdur. Bütpərəstlər və ulduza sitayiş edənlər raz-niyaz edərkən öz bütlərinə, ulduzlara və yaxud aya baxır-dılar. İslam dini bu kimi azğın məsələləri Allah evinə diqqət yetirməklə əvəz etdi, qibləyə üz çevirməyi Allaha diq-qət yetirmək əlaməti qərar verdi. Rəvayətlərdə qeyd olunmuş-dur ki, Peyğəmbəri-əkrəm (s) əksər hallarda üzü qibləyə otu-rar, başqalarına da üzü qibləyə oturmağı və ya yatmağı tövsi-yə edərdi. Çünki üzü qibləyə oturmaq ibadət sayılır.

    Qiblənin xüsusi hökmləri vardır. Bəzi əməllərdə bu məsələni nəzərə almaq vacibdir. Misal üçün, heyvanların başı üzü qibləyə kəsilməli, cənazə üzü qibləyə dəfn olun-malı, vacibi namazlar da üzü qibləyə qılınmalıdır. Amma ayaqyolunda üzü və ya arxası qibləyə oturmaq haramdır.

    Qeyd olunanlardan əlavə, qiblə müsəlmanların vəhdət nişanəsidir. Əgər fəzadan yer üzərinə baxsaq, müsəlmanla-rın gündə beş dəfə nəzm və tərtiblə qibləyə üz döndərdik-lərini görərik. Qiblə ilahi inqilab və hərəkatların baş qərargahı, hazırlıq yeridir. Həzrət İbrahim, Həzrət Mə-həmməd (s), imam Hüseyn əleyhissəlam öz hərəkatlarını Kə-bənin yanından başlamış və bu ənənə Həzrəti Məhdi (ə)-ın zamanında da təkrarlanacaqdır.
    İNCƏ NÖQTƏLƏR

    1. Kəbə, müsəlmanların qibləsi olduğu üçün, hamıya əmr olunmuşdur ki, dünyanın hər yerində olsalar, namaz vax-tı ona doğru üz döndərsinlər.

    2. Müsəlmanlar düşmənlər üçün bəhanə yeri qoymamalı-dırlar.

    3. Hər hansı bir şeydə müstəqil olmaq dəyər və məziyyət, kimdənsə asılı olmaq və ya kiminsə nazını çəkmək isə nöq-san sayılır.

    4. Qiblənin dəyişdirilməsi səmavi kitablarda axirəz-zaman Peyğəmbər (s) üçün vədə verilmiş bir sifət və xüsu-siyyətin gerçəkləşməsi əlamətidir.

    5. Qiblənin dəyişdirilməsi kitab əhlinin, müşrik və münafiqlərin yersiz irad və bəhanələrinin qarşısını al-maq amilidir.

    6. Zülm qarşısında sükut etmək rəva deyildir.

    7. Müsəlmanlar üçün ən böyük təhlükə düşmənlər deyil, Allahdan qorxmamaq və təqvasızlıqdır.

    8. Yeni qiblənin təyin edilməsi ilahi nemətlərin ta-mamlanması üçün zəmindir.

    9. Qiblənin təyin olunması və Məscidul-hərama doğru namaz qılınması möminlərin hidayəti üçün də bir zəmin-dir.
    Category: Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 1021 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024