İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    158-Cİ AYƏ

    إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِن شَعَآئِرِ اللّهِ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلاَ جُنَاحَ عَلَيْهِ أَن يَطَّوَّفَ بِهِمَا وَمَن تَطَوَّعَ خَيْرًا فَإِنَّ اللّهَ شَاكِرٌ عَلِيمٌ (158)
    TƏRCÜMƏ:

    "Səfa və Mərvə Allahın (nişanə və) şüarlarındandır. Buna əsasən, Allah evinin həccini və ya ümrəni yerinə yetirən bir şəx-sin o iki yerdə təvaf etməsinin, (Səfa və Mərvə arasında səy əmə-lini yerinə yetirməsinin) heç bir maneəsi yoxdur. Hər kəs Alla-hın əmr etdiyi yaxşı işlərə itaət eləsə, (Allah) bu şəxslərin əməlləri müqabilində təşəkkür edər. Allah onların əməllərin-dən agahdır.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Səfa və Mərvə dağları arasında edilən səy əməli şiə fiqhi nəzərindən, həcc və ümrənin əsas və vacib şərtlə-rindən biridir. Lakin cahiliyyət dövründə Səfa və Mərvə dağlarının hər birinin üstündə bir büt olduğuna görə, müşriklər orada səy əməlini yerinə yetirərkən əllərini o bütlərə sürtürdülər. Buna görə də müsəlmanlar belə təsəv-vür edirdilər ki, bu işdə müəyyən təsir vardır. Bu təsəv-vürün qarşısını almaq üçün yuxarıdakı ayə nazil oldu və bununla da həmin şübhə aradan qaldırıldı.

    "Tibyan” və "Məcməul-bəyan” təfsirlərində imam Mə-həmməd Baqir (ə) və imam Sadiq (ə)-dan aşağıdakı hədis nəql olunmuşdur: "Müsəlmanlar müşriklərin cahiliyyət dövründə Səfa və Mərvədəki bidətləri (xurafatları) adət halına sal-dıqlarını görmüşdülər. (Buna görə də orada səy əməlini yerinə ye-tirməyə ikrah hissi ilə yanaşırdılar). Allah-taala bu ayəni na-zil etdi (və bununla da bu ikrah hissi aradan qaldırıldı).”[59]

    Hadisənin ətraflı izahı belədir: İslamdan əvvəl və eləcə də islamın ilk çağlarında müşrik və bütpərəstlər həcc əməllərini yerinə yetirmək üçün Məkkəyə gəlir, İbra-him (ə)-ın dövründən yadigar qalan həcc mərasimini müəyyən qədər şirk və xurafatla qarışmış halda və müəyyən ayinlər əsasında yerinə yetirirdilər. Ərəfatda dayanmaq (vüquf), qurban kəsmək, təvaf, Səfa və Mərvə arasında səy etmək də bu əməllərdən idi.

    İslam dini bu barədə müəyyən islahat işləri apararaq böyük ibadət olan həccin özünü ümumi şəkildə təsdiq et-miş, onu şirk və xurafatlardan təmizləmişdir.

    Həcc əməllərindən biri də səy – yəni Səfa və Mərvə ad-lı iki məşhur təpənin arasında nisbətən sürətlə hərəkət etməkdir. Bütpərəstlər onun birinin üstündə "Əsaf”, digə-rinin üstündə isə "Tatlet” adlı büt qoymuşdular və onların üstünə qalxan zaman əllərini bütlərə sürtürdülər. Bura müşriklərin ziyarətgahı olduğuna görə, müsəlmanlar o iki dağ arasında səy əməlini yerinə yetirməkdən çəkinirdilər. Bu ayə həmin şübhə və ikrahı aradan qaldırmaq üçün Səfa və Mərvə dağları arasında səy əməlini Allahın şüarla-rından (dini ayinlərdən) biri hesab etmişdir.

    Bəzi rəvayətlərə əsasən, bu ayə hicrətin yeddinci ilin-də "Ümrətul-qəza” zamanı nazil olmuşdur. Məhz bu zaman elan olunmuşdu ki, Səfa və Mərvə Pərvərdigarın şüarla-rından biridir. Sadəcə olaraq bəzi nadan insanlar büt qoy-maqla oranı aludə etmişlər. Bu iş müsəlmanların səy əmə-lini yerinə yetirməyinə mane olmamalıdır.
    TƏFSİR:
    CƏHALƏT ÜZÜNDƏN YERİNƏ YETİRİLƏN ƏMƏLLƏR

    Nazil olma səbəbində qeyd olunduğu kimi, bu ayə müsəl-manlara hakim kəsilən ruhi vəziyyətlə əlaqədar olaraq, əv-vəlcə onlara xəbər verir ki, Səfa və Mərvə Allahın nişanə və şüarlarındandır: إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِن شَعَآئِرِ اللّهِ

    Bu müqəddimədən belə bir nəticə alınır: Həcc və ya üm-rə əməlini yerinə yetirən şəxsin bu iki yerdə təvaf etməsi-nin heç bir günahı yoxdur.

    فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلاَ جُنَاحَ عَلَيْهِ أَن يَطَّوَّفَ بِهِمَا

    Müşriklərin cəhalət və nadanlıq üzündən gördükləri əməllər heç vaxt bu müqəddəs məkanların əhəmiyyətini azalt-maz. Ayənin axırında buyurulur: "Hər kəs Allahın əmr etdiyi yaxşı işlərə itaət eləsə, (Allah) bu şəxslərin əməlləri müqa-bilində təşəkkür edər. Allah-taala onların əməllərindən agah-dır.” وَمَن تَطَوَّعَ خَيْرًا فَإِنَّ اللّهَ شَاكِرٌ عَلِيمٌ

    Buna əsasən Allah-taala bəndələrin yaxşı əməl və ita-ətləri müqabilində yaxşı da mükafat verir və onların niy-yətlərindən də gözəl şəkildə agahdır: kimlərin bütlərə qarşı rəğbət, kimlərin isə nifrət bəsləməsini daha yaxşı bilir.
    İNCƏ NÖQTƏLƏR

    Qeyd etmək lazımdır ki, Səfa və Mərvə Məkkədəki iki dağın adıdır ki, Quranda yalnız bir dəfə və elə bu ayədə qeyd olunmuşdur. Onların arası təqribən 420 metrdir. Hal-hazırda bu məsafə böyük və üstü örtülü keçid halına salın-mışdır ki, hacılar bu məsafəni sürətlə ötüb keçirlər (bu əmələ səy deyilir). Səfa dağında bu keçidin hündürlüyü 15, Mərvədə isə 8 metrdir.

    Hal-hazırda xüsusi isim kimi işlənən bu iki kəlmə-nin öz leksik mənaları vardır. Səfa kəlməsi lüğətdə qum və torpaqla qarışmış möhkəm və saf, Mərvə isə möhkəm və sərt daşa deyilir.

    Ayədə işlənən "şəair” kəlməsi əlamət mənasını daşı-yan "şəirə” sözünün cəm formasıdır. "Şəairəllah” – Allahı yada salan, o müqəddəs Zatın xatirəsini insanın zehnində canlandıran əlamətlərə deyilir.

    Lüğət baxımından "etəmərə” kəlməsi "ümrə” kökündən alınmışdır. Onun əsil mənası "evə əlavə olunub artırı-lan və onun təkmilləşməsinə səbəb olan yer” deməkdir. Şə-riət istilahında isə, həcc əməllərinə əlavə edilən müəyyən əməllərə deyilir (bəzən ayrılıqda, "ümreyi-müfrədə” adı ilə yerinə yetirilir). Əlbəttə, ümrə bir çox cəhətlərdən həccə oxşayır və onların arasında çox az fərq vardır.
    159-160-CI AYƏLƏR

    إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَـئِكَ يَلعَنُهُمُ اللّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ (159) إِلاَّ الَّذِينَ تَابُواْ وَأَصْلَحُواْ وَبَيَّنُواْ فَأُوْلَـئِكَ أَتُوبُ عَلَيْهِمْ وَأَنَا التَّوَّابُ الرَّحِيمُ (160)
    TƏRCÜMƏ:

    159- "Həqiqətən insanları düz yola hidayət etmək üçün gön-dərdiyimiz aydın ayələrimizi, Kitabda bəyan etdikdən sonra giz-lədənləri Allah lənətləyir və bütün lənət edənlər də onları lə-nətləyir.”

    160- "Amma tövbə edib öz əməllərindəki fəsadı islah edən-lərdən və (gizlətdikləri şeyi camaat üçün) bəyan edənlərdən (öz pis işlərinə yaxşı işlərlə düzəliş verənlərdən) başqa; (belə ki,) Mən onların tövbəsini qəbul edirəm. Çünki Mən (günahkarla-rın) tövbəsini qəbul edən və (məxluqata) rəhimliyəm.”
    AYƏLƏRİN NAZİL OLMA SƏBƏBİ

    Böyük sünnü alimi Cəlaləddin Süyuti özünün "Əsbabun-nüzul” adlı kitabında ibni Abbasdan belə nəql edir:

    Məaz ibni Cəbəl, Səd ibni Məaz, Xaricə ibni Zeyd baş-da olmaqla, müsəlmanlardan bir neçəsi yəhudi alimlərindən islam Peyğəmbəri barəsində Tövratda mövcud olan mətləblər haqda bəzi suallar soruşdular. Onlar həqiqi mətləbi giz-lədərək düzgün məlumat verməkdən imtina etdilər. Yuxarı-dakı ayə onların barəsində nazil oldu və onlara haqqı giz-lədənlərin nə qədər ağır məsuliyyət daşımasını xatır-latdı.[60]
    TƏFSİR:

    Bu ayə zahirdə yəhudi alimlərinə xitab etməsinə baxma-yaraq, haqqın gizlədilməsi barəsində ümumi və külli bir hökmü bəyan edir və onun məfhumu heç vaxt məhdudlaşdı-rılmamalıdır.

    Bu şərif ayə onları kəskin tərzdə təhdid edərək buyu-rur: "Həqiqətən insanları düz yola hidayət etmək üçün gön-dərdiyimiz aydın ayələrimizi, Kitabda bəyan etdikdən sonra giz-lədənləri Allah-taala lənətləyir və bütün lənət edənlər də on-ları lənətləyir.”

    Bu ayədən məlum olur ki, həm Allah, həm də Onun mələklə-ri və bütün bəndələri bu işə nifrət edirlər. Başqa sözlə desək, haqqın gizlədilməsi haqq tərəfdarlarının qəzəbinə səbəb olan yaramaz bir əməldir. Yəhudi alimləri ilahi əma-nət olan ayələri öz şəxsi mənafeylərinə görə gizlədərək ca-maatı azğınlığa, zəlalətə çəkirdilər. Bundan da böyük xəya-nət ola bilərmi?!

    مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ cümləsi göstərir ki, bu cür şəxs-lər həqiqətdə peyğəmbərlər və fədakar insanların ilahi ayə-lərin yayılması yolunda çəkdikləri zəhmətləri hədərə ve-rirdilər. Bu da böyük və bağışlanmaz günahdır.

    Bəşəriyyət üçün ən gözəl hidayət kitabı olan Quran heç vaxt tövbə və qayıdış yolunu camaatın üzünə bağlamır, onla-rı nə qədər günah əməllər etmiş olsalar da belə, Allahın rəhmətindən naümid etmir. Buna görə də sonrakı ayədə bu gü-nahların islah olunması yolu belə bəyan olunur: "Amma töv-bə edib öz əməllərindəki fəsadı islah edənlərdən və (gizlətdik-ləri şeyi camaat üçün) bəyan edənlərdən (öz pis işlərinə yaxşı işlərlə düzəliş verənlərdən) başqa; (belə ki,) Mən onların tövbə-sini qəbul edirəm. Çünki Mən (günahkarların) tövbəsini qəbul edən və (məxluqata) rəhimliyəm.”

    إِلاَّ الَّذِينَ تَابُواْ وَأَصْلَحُواْ وَبَيَّنُواْ فَأُوْلَـئِكَ أَتُوبُ عَلَيْهِمْ وَأَنَا التَّوَّابُ الرَّحِيمُ

    أَنَا التَّوَّابُ الرَّحِيمُ "Ənət-təvvabur-rəhim” cümləsi, xüsusilə onun فَأُوْلَـئِكَ أَتُوبُ عَلَيْهِمْ "fə ulaikə ətubu ələyhim” sözlərindən sonra gəlməsi Pərvərdigarın tövbə edən şəxslərə qarşı sonsuz məhəbbət və mehribanlığını göstərir. Ayədə buyu-rulur ki, əgər onlar günah əməllərdən qayıtsalar, Mən də on-lara doğru qayıdaram. Onlar itaət və bəndəçiliyə qayıdaraq haqqı aşkar etsələr, Mən də Öz rəhmətimlə məhrum etdiyim nemətləri yenidən onlara bağışlayaram.
    161-163-CÜ AYƏLƏR

    إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُولَئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللّهِ وَالْمَلآئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ (161) خَالِدِينَ فِيهَا لاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنظَرُونَ (162) وَإِلَـهُكُمْ إِلَهٌ وَاحِدٌ لاَّ إِلَهَ إِلاَّ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ (163)
    TƏRCÜMƏ:

    161- "Həqiqətən kafir olub küfr halında dünyadan gedənlərə Allahın, mələklərin və bütün insanların lənəti olar.”

    162- "Onlar həmişəlik (Allahın rəhmətindən məhrum ola-raq) lənətdə qalarlar. Onların əzabı yüngülləşdirilməz və onla-ra möhlət də verilməz.”

    163- "Sizin Rəbbiniz vahid olan Allahdır ki, Ondan başqa heç bir məbud (sitayişə layiq olan) yoxdur, yalnız O, mehriban və bağışlayandır (ümumi və xüsusi rəhmətə malikdir).”
    TƏFSİR:

    Əvvəlki ayədə qeyd olundu ki, əgər haqqı gizlədənlər öz çirkin əməllərindən tövbə edib haqq-həqiqəti bəyan etsələr, Allahın lütfü onlara şamil olacaqdır. Bu ayədə isə bir daha təhdid edilir ki, əgər kafirlər tövbə etməyib küfr halında dünyadan getsələr, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olacaqlar. Tövbənin faydalı və səmərəli olması yalnız ölümdən qabaq mümkündür, amma ölüm anlarında artıq onun heç bir faydası yoxdur.

    Ayənin əvvəlində buyurulur: "Həqiqətən kafir olub küfr halında dünyadan gedənlərə Allahın, mələklərin və bütün insan-ların lənəti olar.”

    إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُولَئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللّهِ وَالْمَلآئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ

    Bu kimi şəxslər də haqqı gizlədənlər kimi Allahın, mələklərin və insanların lənətinə düçar olmuşlar. Fərq yalnız bundadır ki, onlar ömürlərinin axırına kimi küf-rə israr etdiklərinə görə, təbii olaraq, onlar üçün haqqa doğru qayıdış yolu tamamilə bağlanmışdır.

    Sonra əlavə edir: "Onlar həmişəlik (Allahın rəhmətin-dən məhrum olaraq) lənətdə qalarlar. Onların əzabı yüngülləş-dirilməz və onlara möhlət də verilməz (ilahi əzab təxirə düş-məz).”

    Tövhid əqidəsi bütün bu bədbəxtliklərə son qoyduğundan ayənin axırında buyurulur: "Sizin Rəbbiniz vahid olan Allah-dır.” وَإِلَـهُكُمْ إِلَهٌ وَاحِدٌ

    Yenə də əlavə təkidlə buyurur: "Ondan başqa heç bir məbud (sitayişə layiq olan) yoxdur.” لاَّ إِلَهَ إِلاَّ هُوَ

    Axırıncı cümlə də bir daha həmin səbəbi bəyan edərək buyurur: "O, mehriban və bağışlayandır (ümumi və xüsusi rəhmə-tə malikdir).” الرَّحْمَنُ الرَّحِيمُ

    Bəli, ibadətə layiq olan bir varlıq - bir tərəfdən ümu-mi rəhməti hamını əhatə edən, digər tərəfdən də möminlə-rə xüsusi rəhmət nəzərləri ilə baxan Allahdır. Bütün var-lığı tam mənada möhtac, fəqir və asılı olan vücudlar isə pərəstişə, ibadətə əsla layiq deyillər.
    164-CÜ AYƏ

    إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنفَعُ النَّاسَ وَمَا أَنزَلَ اللّهُ مِنَ السَّمَاء مِن مَّاء فَأَحْيَا بِهِ الأرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٍ وَتَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخِّرِ بَيْنَ السَّمَاء وَالأَرْضِ لآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ (164)
    TƏRCÜMƏ:

    "Həqiqətən asimanların və yerin yaradılışında, gecə-gün-düzün bir-birini əvəz etməsində, dəryalarda insanların xeyrinə olaraq hərəkət edən gəmilərdə, Allahın səmadan nazil edərək ölü yeri bir daha diriltdiyi və yer üzərində müxtəlif növ canlıları vücuda gətirdiyi yağış suyunda, həmçinin küləklərin cərəyan is-tiqamətlərinin dəyişməsində, yerlə göy arasında təsxir olun-muş vəziyyətdə qalan buludlarda əql və təfəkkür sahibi olan in-sanlar üçün (Allahın haqq olmağına dair) əlamət və nişanələr vardır.”
    TƏFSİR:
    VARLIQ ALƏMİNDƏ İLAHİ ZATIN CİLVƏLƏRİ

    Qeyd olunan ayə Pərvərdigarın yeganəliyi haqda, yəni tövhid barəsində söhbət edərək Allahın varlığını isbat edir.

    Qeyd etmək lazımdır ki, hər hansı bir yerdə qanuna-uy-ğunluq və nizamın olması həmin yerdə elm və biliyin hakim olmasına, vəhdət və yeganəliyə dəlalət edir. (Bu prinsipin əsası kəlam elmində qeyd olunmuşdur.)

    Buna əsasən varlıq aləmində mövcud olan nəzmə, dəqiq və harmonik şəkildə nizamlanan qanunauyğunluğa, yenilməz və kamil olan qüdrət və elm mənbəyinə, eləcə də Allahın, məx-luqatın xəlq və idarə olunmasındakı yeganəliyinə diqqət yetirdikdə bilirik ki, bütün bu ecazkar varlıqlar Allah tərəfindəndir.

    Bu ayədə varlıq aləminin hər bir üzvü böyük Yaradanın aşkar bir nişanəsini və ulu Tanrının misilsiz qüdrət nü-munələrini bəyan edir.

    1- Göylərin və yerin yaradılışı: إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ

    Bu əzəmətli asimanda milyonlarla günəş sistemləri, milyardlarla sabit və hərəkətdə olan ulduzlar mövcuddur. Onların bəziləri qaranlıq gecədə sayrışaraq, sanki bizim-lə söhbət edir, bəziləri isə adi gözlə görünməyib yalnız böyük teleskopların vasitəsi ilə müşahidə olunur. Bunla-rın hamısı zəncir halqaları kimi bir-biri ilə bağlıdır, aralarında son dərəcə qəribə və dəqiq əlaqələr vardır. Həm-çinin yerin yaradılışı, onda olan müxtəlif həyat təzahür-ləri, milyonlarla bitki və heyvan növlərinin hamısı O pak və müqəddəs Zatın nişanələri, Onun, elm, qüdrət və yeganəli-yini əks etdirən şah əsəridir.

    Bəşər elmi inkişaf edib irəlilədikcə bu kainatın əzəmət və genişmiqyaslılığı daha da aşkar olur. Halbuki, elmi-tərəqqinin son inkişaf mərhələsi heç kəsə məlum de-yildir.

    Alimlərin nəzərinə görə kainatda minlərlə kəhkəşan (qalaktika) mövcuddur. Təkcə bizim kəhkəşanda yüz milyon-larla sistemlər vardır ki, yaşadığımız günəş sistemi on-lardan yalnız biri hesab olunur.
    NECƏ DƏ ƏZƏMƏT, NECƏ DƏ QÜDRƏT!

    Həzrət Peyğəmbər (s) və məsum imamlardan (ə) Qurani-kərim ayələrinə istinadən, bəzi planetlərdə canlı varlıq-ların olmasını göstərən çoxlu rəvayətlər nəql olunmuşdur. Bu barədə həm islam alimləri, həm də sair elm xadimləri tərəfindən çoxlu kitablar yazılmışdır. Onlardan bəzilə-ri aşağıdakılardan ibarətdir:

    "Quran nəzərindən Yer, asimanlar və ulduzlar” (doktor Məhəmməd Sadiqi);

    "Quran və müasir elm” (Əbdül Qəni əl-Xətib);

    "Yaradılış aləmi” (Hüseyn Nuri);

    "Yer və asiman” (A. Velkof);

    "Kəhkəşan və teleskoplar” (Vilyam Cikafi Men).

    Əlbəttə, başqa planetlərdə olan həyatın, yer üzərində mövcud olan həyatdan fərqli olması ehtimalı da verilə bi-lər. Buna görə də bu işin tam araşdırılması üçün Yerdə mövcud olan həyat və onun xüsusiyyətlərini ümumi həyat meya-rı kimi götürmək olmaz.

    2- Gecə-gündüzün bir-birini əvəz etməsi: وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ

    Gecə-gündüzün bir-birini əvəz etməsi xüsusi nəzm və tədrici hərəkətlə baş verir. Onlardan biri müntəzəm su-rətdə azalır, digəri isə artır. Bu artıb-azalma ilə dörd fəsil əmələ gəlir, bitkilər və sair canlılar öz təkamül mərhələlərini keçir. Bütün bunlar Allahın gözəl sifət və Zatının nişanələrindən sayılır.

    Əgər bu tədrici dəyişiklik olmasaydı, yaxud dəyişik-liklər müəyyən qanunauyğunluq əsasında baş verməsəydi, ha-belə həmişə gündüz və ya gecə olsaydı, həyat tamamilə məhv olub aradan gedərdi.[61]

    Ola bilər ki, "ixtilaf” sözü burada gecə və gündüzün, yaxud hər ikisinin il boyu artıb-azalmasını çatdırsın. Ümumiyyətlə, dəqiq elmi və riyazi qanunauyğunluqlar əsasında yaradılan bir şey təsadüf nəticəsində, yəni alim və qadir Zatın, mütəal Allahın dəxaləti olmadan yarana bilməz. Bu-na görə də bir çox ayələrdə Allahın pak Zatının dəlilləri qeyd olunmuşdur.

    3-Gəmilərin dəryalarda camaatın xeyrinə hərəkət etmə-si; وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنفَعُ النَّاسَ

    İnsan istər böyük, istərsə də kiçik gəmilərin vasitə-silə dəryalarda üzür, öz məqsədlərini yerinə yetirmək üçün dünyanın müxtəlif nöqtələrinə səfər edir. Yelkənli gəmi-lərin dənizlərdə istiqamətli hərəkəti üçün də bir neçə qa-nun lazımdır:

    -Belə gəmilərin hərəkəti ilk növbədə dəniz və okeanla-rın üzərində əsən daimi küləklərin vasitəsilə mümkün olur. İstər müntəzəm surətdə şimal qütbündən cənub qütbü istiqamətində əsən və ekvatordan da şimal qütbünə və cənuba doğru hərəkətdə olan cərəyanlar, istərsə də müəyyən qanunauy-ğunluqlar əsasında əsən zonal xarakterli küləklər gəmilərə bu pulsuz təbii qüvvədən, enerjidən istifadə edərək öz məq-sədinə doğru irəliləmək imkanı verir.

    -Həmçinin taxta və bəzi maddələr öz xüsusi çəkisinə uyğun olaraq suyun üzündə qalıb üzür. Göy cisimlərinin müəyyən astronomik qanunlar əsasında müşahidəsi və eləcə də mənfi və müsbət maqnit qütbünün dəyişilməz xüsusiyyəti kompasın əqrəblərini tən-zim edir və nəticədə gəmilərin hərəkət istiqaməti müəyyən olunur.[62]

    Qeyd olunan bütün bu elmi və təbii amillər nəticəsində insanlar çox ucuz və tez başa gələn gəmi nəqliyyatından istifadə edir, sərnişinləri və ağır yükləri dəniz yolları ilə istənilən məqsədə çatdırırlar. Bunlar da Allahın pak Zatı üçün dəlil və nişanələrdir.

    Maraqlı burasıdır ki, müasir dövrdə texnologiyanın inkişafı və yük daşıyan böyük gəmilərin ixtira olunması ilə bu mənanın əzəməti nəinki azalmış, üstəlik artmış-dır da. Çünki, hal-hazırda insanların istifadə etdiyi ən böyük nəqliyyat vasitələrindən olan gəmilər, bəzən o qədər böyük olur ki, hətta onun üzərində təyyarə limanları, futbol meydançaları və s. mövcud olur.

    4-Allahın asimandan su göndərib ölü torpağı dirilt-məsi və onda müxtəlif bitki və heyvanları yaratması.

    وَمَا أَنزَلَ اللّهُ مِنَ السَّمَاء مِن مَّاء فَأَحْيَا بِهِ الأرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٍ

    Yağışın təravətli, bərəkətli damcıları, başqa sözlə, təbiətin məlhəmi sayılan həyat maddəsi töküldüyü hər bir yerə həyat və yaşayış bəxş edir, özü ilə hərəkət, bərəkət, abadlıq, nemət gətirir. Xüsusi bir nizamla yağan yağış, ha-belə bu cansız mayedən nəşət tapan bütün varlıqların ha-mısı Allahın əzəmət və qüdrətinin nişanələridir.

    İlahi nişanələrdən sayılan külək təkcə dəniz və oke-anlarda gəmilərin hərəkəti üçün deyil, eləcə də quru yerlə-ri, dağları, dərələri, meşələri öz cövləngahına çevirərək canlı aləmin ən zəruri həyat ehtiyaclarını da təmin edir. O, bitkiləri tozlandırmaqla mayalandırır və bununla da müxtəlif meyvə və tərəvəzlərin yaranmasına kömək edir, tə-bii bağban rolunu oynayaraq müxtəlif bitki toxumlarını ya-yır. Habelə okeanlarda dalğaları hərəkətə gətirərək müntə-zəm surətdə suları bir-birinə qarışdırır və bununla da dəniz heyvanlarının yaşaması üçün münasib və əlverişli şərait yaradır, isti ölkələrin isti hava cərəyanlarını soyuq məntəqələrə, soyuq məntəqələrin soyuq havasını isə isti yerlərə apararaq yer kürəsinin temperatur və iqlimini normallaşdırır. Bəzən də şəhərlərdə böyük zavod və fab-riklərin, saysız-hesabsız nəqliyyat vasitələrinin buraxdığı zəhərli havanı çöllərə, meşələrə aparır, havanı, insan öv-ladının normal yaşayışı üçün təmizləyib saflaşdırır.


    Qeyd olunanlardan başa düşmək olar ki, küləklərin əs-məsi Allahın sonsuz lütf və mərhəmətinin başqa bir nümu-nəsidir.

    6-Yerlə göy arasında asılı halda qalmış buludlar.

    وَالسَّحَابِ الْمُسَخِّرِ بَيْنَ السَّمَاء وَالأَرْض

    Başımızın üstündə milyonlarla ton ağırlıqda suyu aparan sıx buludlar yer tərəfindən (ümumdünya cazibə qanu-nuna əsasən) cəzb olunmasına baxmayaraq, yerlə göy arasında asılı vəziyyətdə qalaraq heç bir təhlükə icad etmədən onla-rı bir məntəqədən digər bir məntəqəyə aparır. Bu özü də ila-hi əzəmətin digər bir nişanəsidir. Aydın məsələdir ki, əgər buludlar öz təbii funksiyasını lazımınca yerinə ye-tirməsəydi, quraqlıq böyük bir təbii fəlakət kimi bütün canlı aləmin məhv olmasına gətirib çıxarardı. Bu da ila-hi elm və qüdrətin təcəllisinə digər bir nümunədir. Bütün bunlar pak və müqəddəs Zatın əlamət və nişanələridir. Am-ma ayədə qeyd olunduğu kimi, bunlar axmaq, cahil və nadan in-sanlar üçün deyil, yalnız əql və təfəkkür qüvvəsini işə sa-lan bəsirətli insanlar üçün ibrət sayılır: لآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ
    Category: Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 769 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024