İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    197-Cİ AYƏ

    الْحَجُّ أَشْهُرٌ مَّعْلُومَاتٌ فَمَن فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلاَ رَفَثَ وَلاَ فُسُوقَ وَلاَ جِدَالَ فِي الْحَجِّ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ يَعْلَمْهُ اللّهُ وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُوْلِي الأَلْبَابِ (197)
    TƏRCÜMƏ:

    "Həcc, müəyyən olunmuş aylardadır. Hər kəs (ehram bağlayaraq, həcc əməllərinə başlayarsa,) həcci özünə vacib etsə, (diqqət yeti-rib bilməlidir ki,) həcc əməllərində qadınlarla yaxınlıq, günah və mücadilə etmək olmaz. Yerinə yetirdiyiniz hər bir yaxşı əməli Allah bilir. Özünüz üçün yol azuqəsi götürün (və bilin ki,) ən yaxşı azuqə pəhrizkarlıqdır. Məndən qorxun, ey əql sahibləri!”
    TƏFSİR:

    Qurani-kərim bu ayədə insanlara xatırladır ki, həcc ilin istənilən vaxtında deyil, müəyyən olunmuş aylarda yeri-nə yetirilməlidir. Hədis, təfsir və fiqh kitablarında qeyd olunduğu kimi, bu böyük ibadət Şəvval, Zil-qədə və Zil-həc-cə ayının on günündə yerinə yetirilməlidir. Onun bir his-səsini Zil-həccə ayının 9-12-ci günləri, qalan hissəsini isə bütün bu müddət ərzində yerinə yetirmək olar.

    Daha sonra buyurulur ki, ehram bağlayıb həcc əməlləri-nə başlamaqla həcci özünə vacib edən şəxslər bu əməlləri yerinə yetirərkən cinsi ləzzətlər, günah işlər, faydasız və əbəs söz-söhbətlər, dava-dalaş və dəyərsiz çəkişmələrdən uzaq olmalıdırlar: فَمَن فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلاَ رَفَثَ وَلاَ فُسُوقَ وَلاَ جِدَالَ فِي الْحَجِّ

    Çünki həcc əməllərinin yerinə yetirildiyi mühitə xa-lis ibadət ruhiyyəsi hakim olmalı, maddi ləzzətlər tərk edilməlidir. Ora elə bir mühit olmalıdır ki, insan ruhu ondan qüvvət alaraq maddi aləmdən birdəfəlik ayrılsın, bu aləmin fövqündə olan mücərrəd aləmlə əlaqə yaradaraq qar-daşlıq tellərini möhkəmləndirsin.

    Sonra buyurulur: وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ يَعْلَمْهُ اللّهُ

    "Yerinə yetirdiyiniz hər bir yaxşı əməli Allah bilir.”

    Bu, yaxşı əməl sahiblərinə veriləcək ilk mükafatdır, çünki imanlı şəxsin ilk mərhələdəki sevinci Pərvərdiga-rının, Onun xatirinə yerinə yetirdiyi yaxşı əməllərdən agah olmasını bilməsidir. Bu çox ləzzətli və vəsfedilməz bir halətdir! وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى ...

    Ayənin bu hissəsində yol üçün tədarük görülməsi və azu-qə götürülməsi göstərişi verilir. Tarixdə qeyd olunur ki, Yəmən əhalisindən bəziləri özləri üçün heç bir yol azuqəsi götürmədən Allah evini ziyarət etmək üçün yola düşmüş-dülər. Onlar fikirləşirdilər ki, biz Allah evini ziya-rət etməyə getdiyimiz halda, O bizə ruzi verməzmi? Halbuki, Allah-taala ruzini hamıya adi vasitələrlə yetirir?!

    Buna görə də Quran bu ayədə göstəriş verir ki, həccə ge-dərkən özünüz üçün yol azuqəsi də götürün.

    Bunun ardınca mənəvi bir məsələyə də işarə edib buyu-rur ki, yol azuqəsindən əlavə, hökmən hazırlanmalı olan başqa bir azuqə növü də lazımdır. O da pəhrizkarlıq və təq-vadan ibarətdir.

    Bu cümlə incə bir həqiqətə işarə edib buyurur ki, həcc səfərinə mənəvi qida hazırlamaq üçün çox şey lazımdır. Biz onlardan qafil olmamalıyıq. Orada dünyanın heç bir ye-rində mövcud olmayan mənəvi səhnələr, o cümlədən islamın əzəmətini təcəssüm etdirən tarixi hadisələr xatirələrdə canlanır, tövhid qəhrəmanı Həzrəti İbrahimin fədakar-lıq nümunələri və Pərvərdigarın xüsusi cilvələri müşa-hidə olunur. Müdrik və ayıq insanlar bu misilsiz ruhani səfərdən bir ömürlük mənəvi azuqə əldə edə bilərlər:

    وَاتَّقُونِ يَا أُوْلِي الأَلْبَابِ

    Bu cümlədə elm sahiblərinə xitab edilərək onların da pəhrizkarlığa, təqvaya adət etmələri tövsiyə olunur. Çünki bu ali-tərbiyəvi proqramları dərk edib onlardan yüksək də-rəcədə istifadə edənlər məhz onlardır. Başqaları isə sa-dəcə onun zahiri mənalarından bəhrələnirlər.
    198-199-CU AYƏLƏR

    لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ فَإِذَا أَفَضْتُم مِّنْ عَرَفَاتٍ فَاذْكُرُواْ اللّهَ عِندَ الْمَشْعَرِ الْحَرَامِ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِن كُنتُم مِّن قَبْلِهِ لَمِنَ الضَّآلِّينَ (198) ثُمَّ أَفِيضُواْ مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُواْ اللّهَ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ (199)
    TƏRCÜMƏ:

    198- "Sizin üçün Pərvərdigarınızın fəzlindən (və həcc mövsümündə olan iqtisadi mənfəətlərdən) faydalanmağınız gü-nah deyildir. (Çünki, həccin faydalarından biri də dünya səviyyəli islam iqtisadiyyatının bünövrəsinin qoyulmasıdır). Və Ərə-fatdan köç etdiyiniz zaman Məşərül-həramın yanında Allahı yad edin. Onu yad edin, çünki (O,) sizi hidayət etmişdir. Şübhə-siz ki, bundan əvvəl azğınlıqda idiniz.”

    199- "Sonra (siz də) camaatın köç etdiyi həmin yerdən (Mi-naya doğru) köç edin. Allahdan bağışlanmaq istəyin (və bilin) ki, Allah bağışlayan və mehribandır.”
    TƏFSİR:
    HƏCDƏ İQTİSADİ FƏALİYYƏTLƏR

    Cahiliyyət dövründə həcdə alver, ticarət, sərnişin və yük daşınması və sair işlər haram və günah sayılır, bu ki-mi işləri görənlərin həcci batil hesab olunurdu. Müsəl-manlar həcc mövsümündə cahiliyyət dövründə olan adətlərin təsdiq ediləcəyini, yoxsa dəyərsiz və batil elan olunacağını gözləyirdilər.

    Yuxarıdakı ayə cahiliyyət dövründə həcdə alverin günah olması barəsindəki əqidəni batil və əsassız elan edib bil-dirir ki, həcc mövsümündə ticarət etməyin, eləcə də Alla-hın fəzl və rəhmətindən bəhrələnərək müəyyən mənfəət əldə etməyin heç bir günahı yoxdur. Buna görə də onlar işləyib öz zəhmət haqlarından lazımınca istifadə edə bilərlər.

    Həccin fəlsəfəsi barəsində nəql olunan hədislərdə bu əməlin əxlaqi, siyasi və mədəni yönlərindən əlavə, iqtisadi yönünə də işarə olunmuşdur. Müsəlmanlar dünyanın müxtə-lif məntəqələrindən Allah evinə səfər edib orada böyük is-lami toplantı təşkil etməklə islam xalqları arasında dünya səviyyəli bir iqtisadi sistemin əsasını qoya bilərlər. Belə ki, iqtisadçılar və düşünən beyinlər həcc mövsümün-dən əvvəl və sonra dəyirmi stol arxasında oturaraq bir-biri ilə fikir mübadiləsi edib islam cəmiyyəti üçün möhkəm iq-tisadi baza, düzgün ticarət mübadilələri əsasında olan güclü bir iqtisadiyyat yaradadaraq düşmənlərdən ehtiyacsız ola bilərlər.

    Buna əsasən, ticarət mübadiləsi islam cəmiyyətinin düşmənlər qarşısında güclənməsinə səbəb ola bilər. Çün-ki heç bir millət güclü iqtisadi potensiala malik olmadan tam istiqlaliyyətə nail ola bilməz. Bunu da nəzərə almaq la-zımdır ki, ticarət və iqtisadi fəaliyyətlər də həccin ibadi və əxlaqi yönlərinin təsiri altında olmalı, bu əməllərə hakim kəsilərək əsas məqsəd sayılmamalıdır. Xoşbəxtlik-dən müsəlmanların həcc əməllərindən əvvəl və ya sonra bu işi görmək üçün kifayət qədər fürsətləri olur.

    İmam Sadiq (ə)-ın səhabələrindən biri olan Hişam ibni Həkəm deyir: "İmam Sadiq (ə)-dan "nə üçün Allah-taala camaata, həcc əməllərini yerinə yetirib Allah evini təvaf etməyi əmr etmişdir?” - deyə soruşduqda, İmam (ə) buyurdu: "Allah-taala insanları yaratmış və onlara həcc əməllərini va-cib etmişdir ki, bu iş onların dini itaətlərini və dünyəvi məsləhətlərini öhdəsinə alsın. Həcc mövsümündə müsəlmanlar dünyanın hər yerindən bir yerə toplaşaraq bir-biri ilə tanış olsun, hər millət başqa millətin ticarət və sair iqtisadi məh-sullarından istifadə edə bilsin, həmçinin, səfər edənlər və əm-təələri daşıyanlar bu səfərdə öz nəqliyyat vasitələrini kirayə verməklə bəhrələnsinlər, Peyğəmbəri-ərkəm (s)-dən yadigar qalmış tarixi əsər və səhnələrlə tanış olsunlar və bu əsərlər onlar üçün unudulmayan canlı xatirələrə çevrilsin. Əgər hər bir millət yalnız öz yaşadığı mühitə qapılıb qalarsa, onda həlak olar, şə-hərlər viran qalar, ticarət malları və mənfəətləri aradan gedər, Peyğəmbər (s)-in əsər və hədisləri məhv olar. Həccin fəlsəfəsi bu-dur.” [17] فَإِذَا أَفَضْتُم مِّنْ عَرَفَاتٍ ...

    Quran bu hissədə müsəlmanlara göstəriş verib buyurur ki, Ərəfatdakı əməlləri düzgün şəkildə yerinə yetirdikdən sonra Məkkənin təqribən 2,5 fərsəxliyində, Mina ilə Ərə-fat arasında yerləşən Məşərul-hərama köçün və orada Al-laha zikr deyib Onu xatırlayın. وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ ...

    Ayənin bu hissəsində qeyd olunur ki, Məşərul-hərama gedib orada Pərvərdigari-aləmə, sizi hidayət etdiyi üçün şükr edin və bu hidayətə münasib olan surətdə Onu yad edin.

    Müsəlmanlar məhz o gündə böyük ilahi nemət olan hi-dayətin dəyərini yaxşı başa düşə bilərlər. Çünki onların Ərəbistan yarımadasının bütün cəhətlərdən azğınlıq və cə-halət bataqlığında üzdüyü bir vaxt ilə çox da fasiləsi yox idi və onlar bu pak və müqəddəs dinin vasitəsi ilə bədbəxt-lik, azğınlıq və sərgərdanlıqdan necə nicat tapmalarını açıq-aydın görürdülər: وَإِن كُنتُم مِّن قَبْلِهِ لَمِنَ الضَّآلِّينَ
    NƏ ÜÇÜN ƏRƏFATA "ƏRƏFAT” DEYİLİR?

    Qeyd etdik ki, Ərəfat Məkkənin dörd fərsəxliyində yer-ləşən geniş bir səhranın adıdır. Hacılar Zil-həccə ayı-nın doqquzuncu günündə günortadan gün batana qədər orada qalırlar. Bu diyarın nə üçün Ərəfat adlandırılması barə-də bir neçə nəzər verilmişdir. O cümlədən, vəhy mələyi Cəb-rail həcc əməllərini İbrahimə orada öyrətmişdi. O zaman İbrahim – "Ərəftu-ərəftu” – yəni tanıdım-tanıdım” – de-di.

    Amma bu cür ad qoymanın başqa bir həqiqətə də işarə olunmasını ehtimal vermək olar. O da bundan ibarətdir ki, həccin ilk mərhələsinin başlandığı bu diyar Pərvərdiga-rı tanımaq, Onun pak və müqəddəs Zatına mərifət tapmaq üçün çox əlverişli bir mühitdir. Doğrudan da insanın o diyara qədəm qoyarkən özündə hiss etdiyi mənəvi və ruhi ca-zibə heç bir bəyanla vəsf edilə bilməz. Qəribə bir bərabər-lik: hamı bir şəkildə, yeknəsəq, dünyanın maddi bər-bəzək-lərindən, hay-küylərindən uzaqda olan bir çöldə oturmuş, günah aludəliklərindən asudə olan bir fəzada, vəhy mələyi Cəbrailin şəhpər saldığı, Hacərin "zəmzəm”, İbrahim Xə-lilin həzin-həzin raz-niyaz səslərinin eşidildiyi bir di-yarda, həzrəti Məhəmməd (s)-in və islam mücahidlərinin təkbir nidalarının eşidildiyi bir belə bir səhrada sanki təbiətin fövqündə olan mücərrəd aləmlərə bir qapı açı-lır. Belə bir mühitdə insan öz Pərvərdigarına sığınaraq sanki Ona yeni bir mərifət tapır, öz məhbubuna qovuşmuş aşiqlər tək sərməst olur və bir anlığa ümumi xilqətin hə-mahəng olan təsbih pıçıltıları ilə öz vücudunda itirdiyi və bir ömür axtarışında olduğu şeyi tapır. Öz halına arif olur və bilir ki, heç bir şey onun daxilindəki yanğı-nı söndürməyə qadir deyil, gecəgündüz hərisliklə bağlarda, səhralarda vurnuxaraq axtardığı bir varlıq bunlardan ta-mamilə başqa bir şeydir. Onun bu vaxta qədər rastlaşdığı yalançı məbudlar daxilindəki yanğını söndürə bilməz. O başa düşür ki, ruhunun ənginliklərində başqa bir gövhər yatmışdır ki, o, həqiqətdə indi tapdığı həmin şeydir. Bə-li, Ərəfat məhz bu səbəbdən Ərəfat adlandırılmışdır. Necə də münasib və maraqlı bir ad!

    Məşərul-həramın da belə adlandırılmasına gəldik-də isə, oranın həcc şüarları üçün mərkəz və əzəmətli məra-sim nişanələri olmasını qeyd etmişlər. Amma unutmaq ol-maz ki, "məşər” kəlməsi "şüur” kökündən alınmışdır. Zil-həccənin onuncu gecəsi – belə bir həyəcanlı və tarixi bir gecədə Allah evinin ziyarətçiləri Ərəfatdakı tərbiyə-vi günü arxada qoyduqdan sonra ora köçür və bir gecəni sübhə qədər orada, ulduzları sayrışan səmanın altında, böyük Məhşərin (yə”ni Qiyamətin) kiçik nümunəsi olan bir diyar-da keçirirlər. Cəmiyyətin, təlatümlü dərya kimi dalğalan-dığı, tufanın hər yeri bürüdüyü bir yerdə izdihamlı cama-atın həzin səsləri sübhə qədər kəsilmək bilmir. Belə səfa-lı, hər növ aludəlikdən pak olan bir mühit insanı vəcdə gətirir, ehramın ağ məsum paltarında, narın qumların üstündə əyləşərək, öz qəlbində təfəkkür və şüurdan yeni çeşmələr qaynadığını hiss edir və onun öz qəlbinə süzül-məsini aydınca hiss edir. Buna görə də ora "Məşər” deyi-lir. ثُمَّ أَفِيضُواْ مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ

    Allah-taala bu ayədə Qureyş qəbiləsinin özünə mənsub etdiyi imtiyazlardan birini əsassız və batil hesab edir. Onlar özlərini hüms (dində möhkəm olan şəxslər), Həzrəti İbrahimin övladları və Kəbə evinin qəyyumları hesab edir və sair ərəblərin özlərinə mənsub etdikləri məqamı rəsmi şəkildə qəbul etmirdilər. Onlar deyirdilər ki, biz Məkkə hərəmi hüdudlarından kənarda olan heç bir şeyin eh-tiramını Məkkədə olan şeylərin ehtiramına bərabər hesab etməməliyik. Əks halda, ərəblər bizə qədir-qiymət verməz. Bu-na görə də onlar hərəmin hüdudlarından kənarda yerləşən Ərəfatda vüqufu (dayanmağı), bu əməlin İbrahim (ə)-ın ayi-nində həcc əməllərinin bir hissəsi olduğunu bilə-bilə tərk edirdilər.[18]

    Quran bu ayədə müsəlmanlara göstəriş verir ki, Ərə-fatda dayansınlar və birlikdə oradan Məşərə gəlsinlər və oradan da Minaya köçsünlər, beləliklə, yuxarıda qeyd olunan yanlış imtiyazı aradan qaldırsınlar.

    Qeyd olunanlardan məlum olur ki, bu ayədəki ("əfazə” fe-linin məsdəri olan) "ifazə” (hərəkət) sözü Məşərul-hə-ramdan Minaya doğru köç etməyə işarə edir. Buna görə də tər-tibə dəlalət edən "summə” kəlməsindən sonra (yəni Ərəfat-dan hərəkət etdikdən sonra) Məşər sözü qeyd olunmuşdur.

    Həqiqətdə Quran bu bəyanla göstəriş verir ki, heç bir istisna olmadan bütün insanlar əvvəlcə Ərəfata getməli, oradan Məşərul-hərama və daha sonra Minaya köçməlidir-lər.

    Sonra buyurulur ki, Allahdan bağışlanmaq istəyin və cahiliyyət dövrünün yanlış fikir və xəyallarından uzaq olun: وَاسْتَغْفِرُواْ اللّهَ إِنَّ اللّهَ

    Çünki həcc bərabərlik və qardaşlıq dərsidir. Ayədə qeyd edilir ki, Allah-taala bağışlayan və mərhəmətlidir.
    200-202-Cİ AYƏLƏR

    فَإِذَا قَضَيْتُم مَّنَاسِكَكُمْ فَاذْكُرُواْ اللّهَ كَذِكْرِكُمْ آبَاءكُمْ أَوْ أَشَدَّ ذِكْرًا فَمِنَ النَّاسِ مَن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الآخِرَةِ مِنْ خَلاَقٍ (200) وِمِنْهُم مَّن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ (201) أُولَـئِكَ لَهُمْ نَصِيبٌ مِّمَّا كَسَبُواْ وَاللّهُ سَرِيعُ الْحِسَابِ (202)
    TƏRCÜMƏ:

    200- "(Həcc) əməllərini yerinə yetirdikdən sonra, Allahı, ata-babalarınızı yad etdiyiniz kimi (cahiliyyət dövrünün qayda-larına əsasən ata-babaları fəxr hesab edərək onlarla öyünürdü-lər), hətta ondan da artıq yad edin. (Bu mərasimdə camaat iki dəstəyə bölünür:) Camaatdan bəziləri "Pərvərdigara, bizə dünyada yaxşılıq əta et!” - deyirlər, amma axirətdə onların heç bir bəh-rəsi yoxdur.”

    201- "Bəziləri də "Pərvərdigara, bizə dünyada da, axirətdə də mərhəmət və yaxşılıq əta et və bizi cəhənnəm odundan qoru!” – de-yirlər.”

    202- "Onların kəsb etdiyi şeylərdən (və dualardan) bəhrələri vardır və Allah, çox sürətlə hesab edəndir.”
    TƏFSİR:

    İmam Baqir (ə)-dan nəql olunmuşdur ki, ərəblər cahi-liyyət dövründə həcc mərasimini yerinə yetirdikdən sonra


    böyük bir toplantı təşkil edir və orada ata-babalarının mövhumatçı və əsassız iftixarlarını şərh edib sadalayır-dılar.

    Quran müsəlmanlara xatırladır ki, həcc əməllərini yerinə yetirdikdən sonra o böyük toplantıda Allahı, Onun sonsuz və minnətsiz nemətlərini xatırlayın, qəlbən Ona doğru yönəlin. Heç olmasa Allahı, öz ata-babalarınıza qar-şı göstərdiyiniz məxsus rəğbətlə və ya ondan da üstün şəkil-də yad edin: كَذِكْرِكُمْ آبَاءكُمْ أَوْ أَشَدَّ ذِكْرًا

    Bu ayə bizə öyrədir ki, alicənablıq, əzəmət və mərdanə-lik ata-babaların mövhumatçı iftixarları ilə deyil, Al-lahın razılığı sayəsində olmalıdır. فَمِنَ النَّاسِ مَن يَقُولُ ...

    Quran iki dəstənin vəziyyətini, onların düşüncə meya-rını bəyan etdikdən sonra öz maddi mənfəətlərindən başqa bir şey görməyən və Allahdan bundan başqa bir şey istəmə-yənlərin barəsində söz açıb onların dilincə buyurur: "Pər-vərdigara, bizə dünya nemətlərini əta et!” رَبَّنَا آتِنَا فِي الدُّنْيَا

    Daha sonra buyurur ki, onların mənəviyyatdan heç bir pa-yı yoxdur və onlar insanın tam mənada ehtiyaclı olduğu əbə-di axirət nemətlərindən məhrumdurlar.

    İkinci dəstə isə o kəslərdir ki, onların düşüncə tər-zi maddi həyatla məhdudlaşmır, üstəlik onlar maddi dünya-nı mənəvi təkamül və axirət səadəti üçün bir vasitə və mü-qəddimə hesab edirlər. Bu ayə islamın maddi və mənəvi məsə-lələrdəki düzgün məntiqini bəyan edərək buyurur ki, yalnız maddiyyatda çulğalaşan insanların məsəli dünya həyatında heç bir nəzər sahibi olmayan şəxslər kimidir.

    وِمِنْهُم مَّن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً

    Onlar həm də o dünyanın dərdli əzablarından xilas ol-maq istəyirlər: وَقِنَا عَذَابَ النَّارِ

    Yaxşılıq mənası daşıyan "həsənə” sözünün bütün mad-di və mənəvi nemətləri əhatə edən daha geniş məfhumu vardır. Amma Peyğəmbər (s)-dən dünya və axirətdəki "həsənə”-nin nə olması barəsində soruşulduqda belə buyurmuşdur: "Hər kəsə, Allaha şükür edən qəlb, Allahı zikr edən dil, dünya və axirət işlərində kömək edən bir həyat yoldaşı əta olunsa, şüb-həsiz, o şəxsə dünya və axirətdə "həsənə” veriləcək və cəhənnəm odundan qorunacaq.”[19]

    Aydındır ki, bu hədis "ümumi və geniş məfhumun xüsu-si şəkildə təfsiri” və onun təkcə bu məna ilə bitməyən aş-kar nümunələrindən biridir:

    أُولَـئِكَ لَهُمْ نَصِيبٌ مِّمَّا كَسَبُواْ وَاللّهُ سَرِيعُ الْحِسَابِ

    Keçən bəhslərin davamında bu ayədə buyurulur ki, bu iki dəstədən hər biri hər nə qazanıbsa, ondan da bəhrələnə-cəkdir. Allahdan həm təkcə dünyanı istəyənlər, həm də dünya və axirəti birlikdə istəyənlər bəhrələnəcəklər. Heç biri bu nemətdən məhrum olmayacaq, amma bunlardan hər birinə öz istəkləri dairəsində nemət əta olunacaqdır.

    Allah-taala Qiyamətdə bütün insanların əməllərini qısa müddət ərzində yoxlayacaq və camaatdan heç birinin he-sabı digəri ilə qarışmayacaq.

    Həzrət Əmirəl-möminin Əliyyibni Əbi Talib əleyhis-salamdan belə nəql olunmuşdur: "Allah-taala bütün insan-ların ruzisini bir anda verdiyi kimi, bir gündə də onların hesa-bına yetişəcəkdir.”[20]

    Buna görə də Allah-taala buyurur: "Allah çox sürətlə he-sab edəndir” وَاللّهُ سَرِيعُ الْحِسَابِ

    Bu ayədə Pərvərdigarın hesablara sürətlə yetişməsi xatırladılmışdır.
    203-CÜ AYƏ

    وَاذْكُرُواْ اللّهَ فِي أَيَّامٍ مَّعْدُودَاتٍ فَمَن تَعَجَّلَ فِي يَوْمَيْنِ فَلاَ إِثْمَ عَلَيْهِ وَمَن تَأَخَّرَ فَلا إِثْمَ عَلَيْهِ لِمَنِ اتَّقَى وَاتَّقُواْ اللّهَ وَاعْلَمُوا أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ (203)
    TƏRCÜMƏ:

    "Allahı müəyyən olunmuş günlərdə (Zil-həccənin 11, 12 və 13-cü günlərində) yad edin. Hər kəs tələsərsə və (Allahı yad et-məyi) iki gündə yerinə yetirərsə onun üçün heç bir günah yoxdur. Hər kəs təxir edərsə (və üç gündə yerinə yetirərsə) ona – təqvalı olanlara heç bir günah yoxdur. Allahdan qorxun və bilin ki, məh-şərdə Ona doğru qaytarılacaqsınız.”
    TƏFSİR:

    Bu ayədə həcc mərasiminin ardınca, Allahın yad edil-məsi göstərişi bəyan edilərək buyurulur ki, cahiliyyət döv-rünün xurafatlarına uymaqdansa, bir neçə gündə – ən azı iki, ən çoxu isə üç gün olmaqla Allahı yad edin. Keçən ayə-lərdən məlum olduğu kimi, bu günlər Qurban bayramından sonrakı günlərdir və təbiidir ki, bunun müddəti həmin ayın on birindən on üçünə qədərdir. Rəvayətlərdə bu günlər "təşriq” (aydınlıq) günləri adlandırılır. Adından məlum olduğu kimi, bu günlər insanın ruh və canına böyük dini ibadət olan həcc mərasimində aydınlıq gətirdiyi üçün belə adlandırılmışdır.

    Bu günlərə məxsus olan zikrlər hədislərdə qeyd olun-muşdur. Əvvəli bayram gününün zöhr namazı, axırı isə on üçüncü gününün sübh namazı olan on beş namaz qılınandan sonra həmin zikrlər təkrar olunmalıdır.

    فَلا إِثْمَ عَلَيْهِ"Fəla ismə əleyh” (ona günah yoxdur) cümləsi bəlkə də hacıların Allahı iki, yaxud üç gün yad etməkdə ixtiyar sahibi olmasına işarədir. Yəni onlardan hər birini se-çərsə, ona günah yoxdur. Ayənin ilkin və zahiri mənası da məhz budur.

    Bu ayənin, həcc ziyarətçilərinin günahlarının yuyul-masını da çatdırması mümkündür. Yəni həcc əməllərini iman, ixlas və Pərvərdigari-aləmə olan diqqət üzündən yeri-nə yetirdikdən sonra əvvəldəki günahların əsər-əlamətləri onların qəlbindən yuyulacaq və bu böyük tərbiyəvi məktəbdən pak, günahsız bir ruh ilə çıxacaqlar. لِمَنِ اتَّقَى"Limənittəqa” (təqvalılar üçün) cümləsi də bu sözü təsdiq edir.

    Ayənin axırında buyurulur ki, təqvalı olun və bilin ki, Allaha doğru qaytarılacaqsınız, sizin əməl və rəftarınız araşdırılacaqdır: وَاتَّقُواْ اللّهَ وَاعْلَمُوا أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ
    204-206-CI AYƏLƏR

    وَمِنَ النَّاسِ مَن يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللّهَ عَلَى مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ (204) وَإِذَا تَوَلَّى سَعَى فِي الأَرْضِ لِيُفْسِدَ فِيِهَا وَيُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَ وَاللّهُ لاَ يُحِبُّ الفَسَادَ (205) وَإِذَا قِيلَ لَهُ اتَّقِ اللّهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالإِثْمِ فَحَسْبُهُ جَهَنَّمُ وَلَبِئْسَ الْمِهَادُ (206)
    TƏRCÜMƏ:

    204- "(Ya Peyğəmbər,) camaatdan bəzisinin dünya həyatında-kı danışıqları səni təəccübə gətirir (və o, zahirdə şiddətli məhəbbət izhar edir). O, Allahı öz qəlbində olanlara şahid tu-tur, (halbuki) o, düşmənlərin ən qəddarıdır.”

    205- "(Onların əlaməti budur ki,) üz döndərdikdən (və sənin yanından çıxıb getdikdən) sonra yer üzərində fitnə-fəsad tö-rətməyə, əkin sahələrini, mal-qaranı məhv etməyə səy göstərir-lər. (Bunu da bilirlər ki,) Allah fəsadı sevmir.”

    206- "Onlara "Allahdan qorxun!” - deyiləndə (inadkarlıqları daha da artır və) inadkarlıq və təəssübləri onları günaha çəkir. Cəhənnəm odu onlar üçün kifayətdir və ora, necə də pis yerdir!”
    AYƏLƏRİN NAZİL OLMA SƏBƏBİ

    Bu ayələr Əxnəs ibni Şəriqin barəsində nazil olmuş-dur. Gözəl bəyanlı və xoş qiyafəli olan bu kişi batində mü-nafiq olmasına baxmayaraq, zahirdə Peyğəmbərlə dostluq edə-rək özünü müsəlman kimi göstərir, o həzrətin yanına gəlib onunla birlikdə oturanda iman izhar edir, and içərək Pey-ğəmbəri sevib Allaha iman gətirdiyini deyirdi. Peyğəmbər də onunla yaxşı rəftar edir, ona mehribanlıq göstərirdi.

    O şəxs ilə Səqif tayfası arasında ixtilaf yarandıqda gecə qəfildən onlara hücum etdi, mal-heyvanlarını öldürüb əkin sahələrini yandırdı.

    Nazil olma səbəbində deyildiyi kimi, bu ayə bəzi şəxs-lərin nifaq (ikiüzlülük və münafiqlik) xüsusiyyətini gös-tərir və Peyğəmbərə xəbərdarlıq edərək buyurur: Camaatdan bəziləri sözdə iman izhar edir, and içərək sözlərinin qəl-bən doğru olmasını sübut etməyə çalışırlar, halbuki onlar islamın ən inadkar düşmənləridir. Buna görə də həmin şəxslər Peyğəmbərin yanından getdikdən sonra yer üzündə fitnə-fəsad törətmək, əkin sahələrini məhv etmək, günah-sız insanları qətlə yetirmək və haqq dini məhv edib aradan qaldırmaq üçün ciddi səy göstərirlər.


    Allah-taala onların mənfur niyyət və yaramaz işləri-ni ifşa edib iç üzlərini Peyğəmbərə aşkar edir və onla-rın fəsadın yayılması yolunda göstərdikləri səyləri xa-tırladıb buyurur ki, əgər onlar sənə dedikləri sözlərdə sa-diq olsaydılar, fəsada, təxribatçılığa əl atmazdılar. Çün-ki onlar bilirlər ki, Allah-taala fəsadı sevmir:

    وَاللّهُ لاَ يُحِبُّ الفَسَادَ

    Amma Peyğəmbərin onlara nə üçün xoş üz göstərməsinə gəldikdə isə, qeyd etməliyik ki, Peyğəmbərə əmr olunmuşdu ki, camaatın dediklərini, onun əksi görünməyənə qədər qəbul etsin.

    Bəziləri belə bir ehtimal da vermişlər ki, "iza təvəl-lov” cümləsindən məqsəd həmin şəxslərin hakimiyyətə çatma-sıdır. Çünki "təvəlla” sözü "vilayət” kökündən alınıb və hökumət etmək, hakimiyyətə çatmaq mənasını daşıyır. Buna əsasən, ayə belə təfsir edilməlidir: Əgər münafiqlər haki-miyyətə çatsalar fitnə-fəsad törədib təxribatçılığa başla-yar və Allah bəndələrinə zülm edərlər. Zülmün yayılması abadlıqların viran edilməsinə, camatın mal və canları-nın təhlükəyə düşməsinə səbəb olur. Onları bu çirkin və ya-ramaz əməldən çəkindirdikdə inadkarlıq və təəssübləri da-ha da şölələnir, müdrik şəxslərin öyüdnəsihətinə qulaq asmır, üstəlik qürur hissi ilə öz pis əməllərini günbəgün artırırlar da. Belə şəxsləri yalnız cəhənnəm əzabı islah edə bilər: فَحَسْبُهُ جَهَنَّمُ

    "Cəhənnəm ona bəsdir və ora, necə də pis yerdir!”

    Həqiqətdə bu ayə münafiqlərin sifətlərindən digər bi-rinə işarə edib buyurur ki, onların xasiyyəti quru təəssüb-lər, kobudluq və inadkarlıqla yoğrulmuşdur, bu da onları günahın axırıncı sərhəddinə qədər sürükləyir:

    َ أَخَذَتْهُ الْعِزَّةُ بِالإِثْمِ

    Halbuki, möminlər öz imanları sayəsində bu çirkin və yaramaz sifətdən, eləcə də onun acı nəticələrindən tamami-lə uzaqdır.
    Category: Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 979 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024