İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    207-Cİ AYƏ

    وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَاللّهُ رَؤُوفٌ بِالْعِبَادِ (207)
    TƏRCÜMƏ:

    "Camaatdan bəzisi (imanlı və fədakar insan olan Əli (ə) kimi, "Leylətul-məbit”də Peyğəmbər (s)-in yatağında yataraq) Al-lahın razılığını qazanmaq yolunda öz canlarını satır. Allah Öz bəndələrinə qarşı mehribandır.”
    TƏFSİR:

    Hicrətin yeddinci əsrində yaşamış sünnü alimlərin-dən olan ibni Əbil Hədid "Nəhcül-bəlağə”yə yazdığı şər-hində belə qeyd edir: "Bütün təfsirçilər demişlər ki, bu ayə Həzrəti Əli ibni Əbi Talib (ə)-ın barəsində, "Leylətul-məbit” gecəsində Həzrəti Rəsuli-əkrəm (s)-in yerində yatma-sı ilə əlaqədar olaraq nazil olmuşdur. Bu məsələ təvatür həddindədir, kafir və divanələrdən başqa heç kim onu in-kar etməz.”[21]

    Hadisə belə olmuşdu: Məkkə müşrikləri qərara al-mışdılar ki, hər qəbilədən bir nəfər toplaşaraq Peyğəm-bəri öldürsünlər. Belə olduqda Bəni-Haşim onun intiqa-mını ala bilməyəcək, bununla da Peyğəmbərin əlindən rahat olacaqdılar. Allah-taala bu məkrli hiyləni Peyğəmbər (s)-ə xəbər verdi. Əli (ə) Peyğəmbər (s)-in Məkkədən sağ-salamat çıxıb getməsinə şərait yaratmaq və o Həzrətin evini nəza-rət altında saxlayan müşriklərin diqqətini yayındırmaq üçün onun yatağında yatmağa hazır oldu.

    Əli (ə) o təhlükəli gecədə Peyğəmbər (s)-in yerində ya-tanda Allah-taala Özünün iki əziz mələyinə – Cəbrail və Mikayıla buyurdu: "Sizlərdən hansınız digərinə fəda ol-mağa hazırsınız?” Onlardan heç biri razı olmadı. Allah-taala buyurdu: "Yer üzünə baxın, Əli ibni Əbi Talibin öz ca-nını Rəsuli-əkrəmə (s) necə fəda etdiyini görün!”

    Sünnü alimlərindən çoxu Əli (ə)-ın bu fəzilətini iq-rar etmişlər. Mərhum Əllamə Əmini "Əl-Qədir” kitabı-nın ikinci cildinin 48-ci səhifəsində onların adını bir-bir qeyd etmişdir. O cümlədən, İmam Əhməd ibni Hən-bəl (Hənbəli məzhəbinin banisi) "Müsnəd” kitabının 1-ci cildinin 348-ci səhifəsində bu hadisəni qeyd etmişdir.

    "Ətyəbul-bəyan” təfsirində qeyd olunur ki, "Ğayətul-mə-ram” kitabında Əli (ə)-ın fədakarlığı barəsində iyirmi hədis – doqquzu sünnü alimləri, on biri isə şiə alimləri tərəfindən nəql olunmuşdur. Onların hamısında, bu ayə-nin Həzrəti Əli (ə)-ın fədakarlığı barəsində nazil ol-ması göstərilmişdir.[22]

    Üçüncü əsrin tanınmış şəxsiyyətlərindən olan sünnü alimi Təbəri "Tarix” kitabının 2-ci cildinin 373-cü səhi-fəsində Həzrəti Əli (ə)-ın Peyğəmbər (s)-in yatağında yat-ması hadisəsini nəql etmişdir. Həmçinin Yəqubi də "Ta-rix” kitabının 2-ci cildinin 39-cu səhifəsində bu məsə-ləni aşkar şəkildə bəyan etmişdir.

    İbni Əbil Hədid "Nəhcül-bəlağə”yə yazdığı şərhin 4-cü cildinin 73-cü səhifəsində belə deyir: "Müaviyə 4000 dirhəm pul verərək bu ayənin Əli (ə) barəsində deyil, o həz-rətin qatili olan Əbdürrəhman ibni Mülcəm barəsində na-zil olduğunu deyilməsini istəmişdi.”

    Qəzzali "Ehyaul-ülum” kitabının 3-cü cildinin 238-ci səhifəsində, Sind ibni Covzi Hənəfi "Təzkirətul-xəvass” kitabında, ibni Hişam "Siyrə” kitabının 2-ci cildinin 291-ci səhifəsində, Hələbi "Əs-siyrətul-Hələbiyyə” kita-bının 2-ci cildinin 29-cu səhifəsində, İbni Səbbağ Ma-liki "Əl-füsulül-mühimmətu” kitabında və sair sünni və şiə kitablarında bu ayənin Əli (ə) barəsində nazil olması qeyd olunmuşdur.
    İNCƏ NÖQTƏLƏR:

    1- Pis adamın gözəl sözləri, həqiqi möminin isə əməli dünyanı heyrətə salır:

    وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ وَمِنَ النَّاسِ مَن يُعْجِبُكَ قَوْلُه

    2- Ən böyük fayda və mənfəət odur ki, insan ən dəyərli mətahı olan canını behiştə daxil olmaq, yaxud cəhənnəm-dən xilas olmaq üçün deyil, yalnız Allah-taalanın razılı-ğını qazanmaq naminə öz Xaliqinə satsın: ابْتِغَاء مَرْضَاتِ اللّهِ

    3- Allah yolunda təhlükəni qəbul etmək deyil, ondan qorxmamaq və onun pişvazına getmək daha mühümdür. Ayənin nazil olma səbəbinə diqqət yetirməklə məlum olur ki, öz ca-nını, hətta ağır hadisə baş verməsə belə, qurban verməyə ha-zır olan şəxs tərifə layiqdir.

    4- Allahın lütf və mehribanlığı ən böyük mükafatdır. Allah-taala hər bir iş üçün müəyyən mükafat təyin etmiş-dir, amma bu ayədə hər hansı mükafat deyil, "Allah-taala mehribandır” - deyə buyurulur.
    208-209-CU AYƏLƏR

    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ ادْخُلُواْ فِي السِّلْمِ كَآفَّةً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ (208) فَإِن زَلَلْتُمْ مِّن بَعْدِ مَا جَاءتْكُمُ الْبَيِّنَاتُ فَاعْلَمُواْ أَنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ (209)
    TƏRCÜMƏ:

    208- "Ey iman gətirənlər! Hamılıqla sülh və barışığa da-xil olun və şeytanın izlərinə tabe olmayın, çünki o, sizin aş-kar düşməninizdir.”

    209- "Əgər siz, bütün bunlardan sonra (nemət, nişanə və göstərişlərdən) sapsanız (və yolunuzu azsanız,) bilin ki, (Pərvər-digarın ədalət məhkəməsindən qaça bilməzsiniz, çünki) Allah qüdrətli və hikmətlidir.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Əkrəmədən nəql olunmuşdur ki, bu ayə islam dinini qə-bul edən bəzi yəhudilər barəsində nazil olmuşdur. Belə ki, Əbdüllah ibni Səlam, Sələbə ibni Səlam, İbni Yamin, Əsəd və Üseyd (Kəbin oğlanları), Şöbə ibni Əmr, Büheyra, Səid ibni Əmr, Qeys ibni Zeyd və sairədən ibarət olan bir dəstə yə-hudi Rəsuli-əkrəm (s)-in yanına gəlib xahiş etdilər ki, on-lara şənbə gününü möhtərəm saymağı, Tövrat oxumağı, cahi-liyyət qayda-qanunlarına əsasən ət və südü özlərinə qadağan et-məyi icazə versin.
    TƏFSİR:
    DÜNYƏVİ SÜLH YALNIZ İMAN SAYƏSİNDƏ OLA BİLƏR!

    Lüğətdə "silm” və "səlam” sülh, asudəlik, aramlıq mə-nasındadır. Bu ayə bütün imanlı şəxsləri sülhə, asayişə, aramlığa dəvət edir. Möminlərə xitab edildiyindən, ayədən belə məlum olur ki, həqiqi sülh və aramlıq yalnız iman sayə-sində mümkün ola bilər və iman olmadan, sadəcə maddi qa-nunlara arxalanmaqla heç müharibə odu sönməyəcəkdir. İn-sanlar mövcud ixtilaflara baxmayaraq, yalnız mənəvi qüvvə olan iman sayəsində qardaş kimi bir yerə yığışaraq dünyəvi hökumət təşkil edər və yer üzünün hər bir yerində sülh və təhlükəsizliyi bərqərar edə bilərlər.

    Dil, irq, mal-dövlət, coğrafi sərhədlər, ictimai si-niflər və digər maddi işlərin hamısı ayrılıq və pəra-kəndəliyə səbəb olur. Bu kimi işlər dünyada heç vaxt insan-lar arasında möhkəm rabitə yaradan həqiqi sülhə səbəb ola bilməz. Bu birlik və vəhdət yalnız Allaha iman sayəsində mümkündür və bu, bütün ixtilafların fövqündə dayanır. Bu-na əsasən, insanın daxilində və onun ruhunda iman olmadan aramlıq müyəssər olmadığı kimi, imansız da sülh və səfa mümkün deyildir: وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَان

    Əvvəldə qeyd olduğu kimi, şeytan insanlarda vəsvəsə yara-daraq onları tədricən azdırır. Bu kimi işlərin də hər bi-ri Quranın təbiri ilə, şeytanın bir addımına tabe olmaq hesab olunur. Burada bu həqiqət bir daha təkrar olunmuşdur ki, haqdan dönmək, ədavət, düşmənçilik, nifaq, müharibə, qan tökülməsi və s. işlər adətən, sadə və kiçik mərhələlər-dən başlanır. İman əhli elə ilk əvvəldən ayıq olmalı və bu kimi işlərin qarşısını almalıdır. Ərəblərin arasında da belə bir atalar sözü var: "Bir müharibə bir sillədən başla-nır.”ِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

    Şeytanın insanla düşmənçiliyi heç də gizli bir şey deyildir, o, xilqətin əvvəlindən Adəmlə düşmənçiliyə baş-lamış və bu düşmənçiliyin nəticə verməsi üçün bacardığı qədər səy edəcəyinə and içmişdir. Amma qeyd olunduğu kimi, bu ziddiyyət və ədavət imanlı insanların ziyanına deyil, on-ların təkamülünə səbəb olur: فَإِن زَلَلْتُمْ مِّن بَعْدِ مَا جَاءتْكُمُ الْبَيِّنَاتُ

    Allah tərəfindən verilən göstərişlər, yol və məqsəd də tamamilə aydın olduğundan, şeytanın vəsvəsələrinə uymağa, yoldan azmağa heç bir əsas qalmır. Əgər bütün bunlarla belə yenə yoldan azarsa, şübhəsiz səhlənkarlıq onların özündən-dir. Onlar bilməlidirlər ki, Allah həm əzizdir (qüdrətli və bacarıqlı), bir kəs Onun ədalətindən qaça bilməz, həm də həkimdir, yəni hikmətin əksinə bir iş görməz.
    210-CU AYƏ

    هَلْ يَنظُرُونَ إِلاَّ أَن يَأْتِيَهُمُ اللّهُ فِي ظُلَلٍ مِّنَ الْغَمَامِ وَالْمَلآئِكَةُ وَقُضِيَ الأَمْرُ وَإِلَى اللّهِ تُرْجَعُ الأمُورُ (210)
    TƏRCÜMƏ:

    "Görəsən (bu qədər açıq-aydın dəlil və əlamətlərdən sonra) on-lar (şeytanın fərmanlarına tabe olanlar) yenə Allah və mələklə-rin buludların kölgəsində onlara tərəf gəlməsinin (və onlar üçün yeni-yeni dəlillər gətirməsinin) intizarını çəkirlər-mi?! (Halbuki belə bir şey qeyri-mümkündür) və hər iş yerinə ye-tirilmişdir. Bütün işlər Allaha tərəf qaytarılır.”
    TƏFSİR:

    Bu ayədə Peyğəmbərə (s) xitab olunaraq əvvələki ayənin da-vamında buyurulur: Görəsən bütün bu nişanə, dəlil və aydın hökmlər insanın düz yoldan çıxmasına mane olmaq və aşkar düşmən olan şeytanın vəsvəsəsindən qurtarmaq üçün kifayət deyilmi?!

    Yoxsa onlar Allah-taalanın mələklərlə birlikdə kölgə salan buludların arasında onlara tərəf gələrək onlar üçün daha aydın dəlillər gətirməsini təmənna edirlər?! Hal-buki, belə bir şey qeyri-mümkündür. Çünki Allah cism de-yildir ki, gözlə görünsün. Fərz edək ki, belə qeyri-mümkün bir hadisə baş verdi, axı bunun nə lüzumu var? Halbuki bü-tün işlər yerinə yetirilmiş, heç bir bəhanə yeri qalma-mışdır: وَقُضِيَ الأَمْرُ

    Hər bir şey də Allaha tərəf qayıdır, hər işin sonu Onunladır: وَإِلَى اللّهِ تُرْجَعُ الأمُورُ

    Buna əsasən, qeyd etmək lazımdır ki, ayənin əvvəlindəki sual inkari deyildir, yəni belə bir şey qeyri-mümkündür. Digər tərəfdən də bu hadisənin baş verməsinə heç bir lü-zum yoxdur. Çünki insanların düz yola hidayət olunması üçün lazım olan hər bir şey onların ixtiyarında qoyul-muşdur.

    Bu təfsirə əsasən ayədə heç bir təqdirə (zahirdə ixti-sara düşmüş mənanı nəzərdə tutmağa) ehtiyac yoxdur və ayə-dəki sözlər öz həqiqi mənasında təfsir edilməlidir. Amma təfsirçilərdən bəziləri ayədəki sualın inkari sual oldu-ğunu bəyan edərək onu Pərvərdigar tərəfindən günahkarlar və şeytanın əmrlərinə tabe olanlar üçün bir növ təhdid he-sab etmişlər. Belə ki, (həmin təfsirə görə,) Allah onları dünya və ya axirət əzabı ilə təhdid edir. Onlar ayədəki "Al-lah” kəlməsindən əvvəl təqdirdə "əmr” kəlməsinin olduğunu demişlər. Bu halda ayənin mənası belə olur: "Görəsən bü-tün bu yaramaz əməlləri ilə belə, mələklərin cəza və əzab verməsi üçün Allah əmrinin gəlməsini, dünya və ya axirət əzabına giriftar olmalarını və işlərinin sona çat-masını istəyirlərmi?” Əlbəttə, onların əməllərinin nəti-cəsi bundan başqa bir şey deyildir.

    Quran ayələri və Peyğəmbər (s) sünnəsi vasitəsi ilə Al-lah-taalanın, cisim və ümumiyyətlə yaranmışların hüdus, imkan, ehtiyac və nöqsanla yanaşı olan xüsusiyyətləri ilə vəsf olunmadığı isbat olunmuşdur. "Şura” surəsinin 12-ci ayəsində buyurulur: لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ البَصِي

    "Heç bir şey Allah-taalanın misli və oxşarı deyildir.”

    "Fatir” surəsinin 15-ci ayəsində buyurulur:

    يَا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

    "Yalnız Allah (hər bir şeydən) ehtiyacsızdır.”

    "Zumər” surəsinin 62-ci ayəsində buyurulur:

    اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ

    "Allah-taala bütün şeylərin yaradanıdır.”

    Bunlar "möhkəm” ayələrdir ki, Quranın "mütəşabeh” ayələri onların vasitəsi ilə zahiri mənadan başqa mənaya təvil olunur (yozulur). Buna əsasən, zahirdə hər hansı bir hadis (zati olmayan, sonradan yaranan) sifətin Allaha aid edilməsini göstərən ayəni onlarla tutuşdurub müqayisə etməli, yalnız Allahın gözəl sifətləri ilə ziddiyyət təş-kil etmədiyi təqdirdə onlardan həmin (zahiri) məna başa düşülməlidir. Məsələn, Allahın gəlişi qeyd olunan ayə-lər, o cümlədən, "Fəcr” surəsinin 22-ci ayəsi:

    وَجَاء رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا

    "Rəbbin və mələklər səf-səf gələrlər.”

    "Həşr” surəsinin 2-ci ayəsi: فَأَتَاهُمُ اللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا

    "Allah onların gözləmədiyi yerdən gələr.”

    "Nəhl” surəsinin 26-cı ayəsi:

    قَدْ مَكَرَ الَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَى اللّهُ بُنْيَانَهُم مِّنَ الْقَوَاعِد

    "Allah onların həyatlarının özülünə tərəf gedərək, onu kökündən məhv etdi.”

    Bu ayələrdə Allahın müqəddəs Zatı ilə müvafiq olan əhatə və sair mənalar məcazi məna daşısalar da, həmin mənalara qaytarılmalıdır. Buna əsasən, ayədə buyurulan "gəlmək” sözündən məqsəd, Müqəddəs Zatın mühakiməsi və hökmün icra olunması baxımından əhatəli olmasıdır.

    211-Cİ AYƏ

    سَلْ بَنِي إِسْرَائِيلَ كَمْ آتَيْنَاهُم مِّنْ آيَةٍ بَيِّنَةٍ وَمَن يُبَدِّلْ نِعْمَةَ اللّهِ مِن بَعْدِ مَا جَاءتْهُ فَإِنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ (211)
    TƏRCÜMƏ:

    "Bəni-israildən soruş: Onlar üçün nə qədər aydın nişanələr verdik? (Amma onlar Allahın əta etdiyi maddi və mənəvi ne-mətləri və imkanları batil yolda istifadə etdilər) və hər kəs Allahın nemətini, ona tərəf gəldikdən sonra dəyişərsə (və əks yolda istifadə edərsə, şiddətli ilahi əzaba giriftar olacaq) və Allah çox ağır cəza verəndir.”
    TƏFSİR:

    Bu ayə Bəni-israilin tutduğu yolu göstərir. Onlar bütün aydın ayə və nemətləri əxz etdikdən sonra dəyişib ilahi ne-mətlərə qarşı nankorluq etdilər və nəticədə müxtəlif cəza-lara düçar oldular.

    Bu ayədə buyurulan "nemətin dəyişdirilməsi” dedikdə, insanın öz ixtiyarında olan maddi və mənəvi mənbələri, qüdrət və imkanları təxribatçılıq, inhiraf, günah və zülm yolunda işlətməsi nəzərdə tutulur. Allah-taala Bəni-isra-ilə mənəvi rəhbərlər, müdrik tərbiyəçilər və bir sözlə, hər növ maddi və mənəvi imkanlar verdi, amma onlar Alla-hın nemətlərini dəyişdirərək bəlalara düçar oldular və bu da onların dünya həyatını süquta uğratdı. Onlar Qiya-mətdə də dərdli əzaba düçar olacaqlar.

    Nemətin dəyişdirilməsi və bundan irəli gələn ağır əzab Bəni-israil qövmünə məxsus deyildir, hal-hazırda el-mi-texniki tərəqqiyə nail olan müasir dünyamız da bu böyük bədbəxtçiliyə düçar olmuşdur. Çünki müasir insanların ixtiyarında olan nemət və qüdrətlər tarixin heç bir döv-ründə mövcud olmamışdır, amma onlar peyğəmbərlərin sə-mavi təlimlərindən uzaq düşdüklərinə görə, nemətin də-yişdirilməsi bəlasına düçar oldular və onu dəhşətli, acı-nacaqlı surətdə, özlərini fəna və yoxluğa aparan yolda isti-fadə etdilər, yer kürəsini dağıtmaq, viran etmək üçün ən təhlükəli silahlar hazırladılar, öz maddi qüdrətlərindən zülm və istismarçılığı yaymaq yolunda istifadə edərək dün-yanı "barıt çəlləyi”nə döndərdilər.

    سَلْ بَنِي إِسْرَائِيلَ"Səl Bəni-israil” (Bəni-israildən soruş) cüm-ləsi həqiqətdə onlardan, ilahi nemətlər barəsində etiraf alaraq, bu qədər maddi imkanlara malik ola-ola nə üçün belə qara günə düşüb dünyada pərakəndə vəziyyətdə dağılmalarını xatırlatmaq üçündür.
    212-Cİ AYƏ

    زُيِّنَ لِلَّذِينَ كَفَرُواْ الْحَيَاةُ الدُّنْيَا وَيَسْخَرُونَ مِنَ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ اتَّقَواْ فَوْقَهُمْ يَوْمَ الْقِيَامَةِ وَاللّهُ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ (212)
    TƏRCÜMƏ:

    "Kafirlər üçün dünya həyatı zinət verildi. Buna görə də on-lar (bəzən yoxsul olan) imanlı şəxsləri məsxərəyə qoyurdular. Han-sı ki, təqvalılar Qiyamətdə onlardan üstündürlər (çünki orada həqiqi dəyərlər aşkar olacaq və əyani surətdə təcəssüm edəcəkdir) və Allah hər kəsə istəsə, hesab-kitabsız ruzi verir.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Məşhur təfsirçi İbni Abbas deyir: Bu ayə Qüreyş baş-çılarının son dərəcə rifahda yaşayan və sayı bir neçə nə-fərdən çox olmayan əyan-əşrafı barəsində nazil olmuşdur. Onlar maddi nəzərdən fəqir və əliboş, amma sabit və güclü imana malik olan möminləri istehza edir və "əgər Peyğəm-bər doğrudan da böyük şəxsiyyət olub Allah tərəfindən se-çilsəydi, əyan-əşraf və qəbilə böyükləri ona tabe olardı” – deyirdilər. Bu ayə nazil olaraq onların əsassız sözlərinə cavab verdi.
    TƏFSİR:

    Bu ayənin nazil olma səbəbində qeyd olunanlar həmin ayənin ümumi və külli bir qanun olmasına, yaxud yəhudilər barəsində olan əvvəlki ayələri təkmilləşdirməsi ilə zid-diyyət təşkil etmir. Ayədə buyurulur ki, dünya həyatı kafir-lər üçün zinətləndirildi: زُيِّنَ لِلَّذِينَ كَفَرُواْ الْحَيَاةُ الدُّنْيَا

    Onlar da bundan qürurlanaraq məst olaraq bəzən kasıb möminləri məsxərə etdilər: وَيَسْخَرُونَ مِنَ الَّذِينَ آمَنُواْ

    Halbuki, imanlı və təqvalı insanlar Qiyamətdə onlar-dan üstün olacaqlar. Möminlər behiştin ən yüksək dərəcə-lərində, kafirlər isə cəhənnəmin ən alçaq dərəcələrində olacaqlar: وَالَّذِينَ اتَّقَواْ فَوْقَهُمْ يَوْمَ الْقِيَامَةِ

    Çünki axirət aləmində mənəvi məqamlar təcəssüm olu-nacaq, möminlər yüksək dərəcələrdə, sanki asimanların üs-tündə seyr edəcəklər. Kafirlər isə cəhənnəmin dərin qatla-rında olacaqlar. Burada heç bir təəccüblü məsələ yoxdur. Çünki Allah-taala istədiyi hər kəsə sonsuz nemət verər:

    وَاللّهُ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ

    Bunlar həqiqətdə fəqir möminlər üçün bir növ təsəl-li, xatircəmlik və müjdə, məğrur və imansız sərvətlilər üçün isə təhdiddir.

    Allahın imanlı şəxslərə verdiyi ruzinin hesabsız olması göstərir ki, ilahi mükafat və nemətlər bizim əməllərimiz miqdarında deyil, Allahın lütf və kərəminə uyğun olaraq verilir. Allahın lütf və kərəminin də həddi-hüdudu yoxdur.
    213-CÜ AYƏ

    كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُواْ فِيهِ وَمَا اخْتَلَفَ فِيهِ إِلاَّ الَّذِينَ أُوتُوهُ مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ فَهَدَى اللّهُ الَّذِينَ آمَنُواْ لِمَا اخْتَلَفُواْ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ وَاللّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ (213)
    TƏRCÜMƏ:

    "İnsanlar (əvvəldə) bir dəstə idi (və onların arasında zid-diyyət yox idi, tədricən cəmiyyət və siniflər meydana gəldi, sonra onların arasında ixtilaflar və təzadlar yarandı, bu zaman) Al-lah peyğəmbərləri göndərdi ki, onlar camaata (ilahi nemətlərə) müjdə verən və (ilahi əzabdan) qorxudan olsunlar. Haqqa doğru dəvət edən səmavi kitabı onlara nazil etdi ki, camaatın arasında, ix-tilaf olan məsələlərdə mühakimə etsin. (İmanlı şəxslər onda ixtilaf etmədilər,) yalnız bir dəstə, kitabı aldıqdan və ondakı açıq-aydın əlamətləri gördükdən sonra haqdan inhirafa çəkilmək və zülmkarlıq səbəbi ilə onda ixtilaf etdilər. Allah, iman gə-tirənləri ixtilaf etdikləri şeyin həqiqətinə çatdırdı və Öz fərmanına rəhbərlik etdi. (Amma imansız şəxslər yenə də öz az-ğınlıq və ixtilaflarında qaldılar). Allah hər kəsi istəsə, düz-gün yola hidayət edər.
    TƏFSİR:

    Bu ayədən məlum olur ki, insanlar ilk dövrlərdə sadə yaşayırdılar, amma sonralar əhalinin artımı və nəzər-lərin müxtəlifliyi nəticəsində təfriqə və çəkişmələr ya-randı. Bəzi rəvayətlərə görə, bu dövr, camaatın çox sadə və məhdud şəraitdə yaşadığı dövrlə – Həzrət Nuh (ə)-dan qabaq-kı dövrlərlə uyğun gəlir. Belə ki, onlar həmin dövrdə tam qəflətdə yaşayırdılar. Sonra insanlar müxtəlif mənfəət-lərdən bəhrələnərək çoxaldılar. Hər kəs başqasını özünə xidmətçi etmək və onun əməyindən bəhrələnmək istədiyi təq-dirdə ixtilaflar, cəmiyyətlər və siniflər meydana gəldi. İctimai həyat, ixtilafları həll edə biləcək ədalətli bir qanun tələb edirdi. Allah-taala ixtilafları həll etmək, çəkişmələri aradan qaldırmaq üçün peyğəmbərləri səmavi kitablarla birlikdə göndərdi. Amma insanlardan bir dəs-təsi agahlıq və inadkarlıq üzündən onların verdiyi müj-dələr, eləcə də qorxutduqları şeylər müqabilində müqavimət göstərdilər. Bunun özü də yeni-yeni ixtilaflara səbəb oldu.

    Amma Allah-taala Öz lütfü ilə hidayət olunmağa iste-dad və qabiliyyəti olan şəxslərə rəhbərlik edib yol göstər-di. Amma zorakılıq, həsəd və zülm nəticəsində haqq ilə mü-barizəyə qalxanları cəzalandırmaq üçün öz başına buraxdı.
    İNCƏ NÖQTƏLƏR:

    1- Həyat və məişət nə qədər sadə, cəmiyyət üzvləri nə qə-dər az olsa, çəkişmələr də bir o qədər az olacaq.

    2- Hər yerdə ixtilaf olsa, onu həll etmək üçün hökmən hakimə ehtiyac vardır. Bəşər tərəfindən yazılan qanunlar, yaradılan mədəniyyətlər mövcud ixtilafları həll etməyə qa-dir deyildir. Çünki hər qrup və şəxs yalnız öz mənafe və is-təyinə nail olmaq istəyir, (odur ki, başqlarının məna-feyini nəzərə almır). Bəşərin mövcud ixtilafları vəhy qa-nunu və peyğəmbərlərin vasitəsi ilə həll edilməlidir. Çün-ki, ilahi qanunlar hər növ xəta və nöqsandan uzaqdır, həmçi-nin Allah-taala onu məsum bir şəxsin vasitəsi ilə göndə-rir.

    3- İxtilafın həll edilməsinin ən yaxşı yolu məada, Qiyamət gününə iman gətirməkdir. Peyğəmbərlər ixtilafın qarşısını almaq üçün müjdədən, ixtilaf yarandığı halda isə xəbərdarlıq və təhdiddən istifadə edirdilər.

    4- İxtilafın ən pis növü, agahlıq üzündən olan ixti-lafdır. Bu da aşkar dəlillər gəldikdən sonra həsəd və ya zülm etmək nəticəsində yaranır.

    5- İxtilafın həll olunmasının yolu peyğəmbərlərin qanununa iman gətirib onlara itaət etməkdir.فَهَدَى اللّهُ الَّذِينَ آمَنُواْ

    6- Quran inadkarlıq üzündən törədilən ixtilafları tənqid atəşinə tutur, çünki bu halda insanlar ilahi pey-ğəmbərlərin gətirdiyi qanunların icra olunmasına razı olmur. Amma ədalət qarşısında təslim olmağa gətirib çı-xaran ixtilafın heç bir eybi yoxdur. Bu halda, ixtilaf tərə-zinin iki gözünə bənzəyir ki, bir-birinə zidd olan hərəkət-lərlə ədalətə, bərabərliyə çatmaq istəyir. Bu cür ixtilaflar adətən, münasib qərarların çıxarılması ilə nəticələnir.

    8- İxtilaflardan yaxa qurtarmağın yeganə yolu sirati-müstəqimdir.

    214-CÜ AYƏ

    أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُواْ الْجَنَّةَ وَلَمَّا يَأْتِكُم مَّثَلُ الَّذِينَ خَلَوْاْ مِن قَبْلِكُم مَّسَّتْهُمُ الْبَأْسَاء وَالضَّرَّاء وَزُلْزِلُواْ حَتَّى يَقُولَ الرَّسُولُ وَالَّذِينَ آمَنُواْ مَعَهُ مَتَى نَصْرُ اللّهِ أَلا إِنَّ نَصْرَ اللّهِ قَرِيبٌ (214)
    TƏRCÜMƏ:

    "Güman edirsiniz ki, keçmişdəkilərin başına gələn hadi-sələr sizin başınıza gəlmədən behiştə daxil olacaqsınız? On-lar o qədər narahatlıq və çətinliklərə düçar olmuşdular ki, Pey-ğəmbər və iman gətirən şəxslər "Bəs Allahın köməyi haradadır?” - dedilər. (Allahdan kömək istədikdə onlara deyildi:) agah olun, Allahın köməyi yaxındır.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Təfsirçilərdən bəzilərinin nəzərinə görə, "Əhzab” müharibəsində müsəlmanlar şiddətli qorxu hissi keçir-diyi zaman mühasirəyə düşdülər. Bu ayə nazil olaraq onları səbirli olub müqavimət göstərməyə çağırdı, Allah tərəfin-dən olan nüsrət və kömək vədəsini onlara müjdə verdi.

    Həmçinin deyilmişdir ki, müsəlmanlar "Ühüd” müha-ribəsində məğlub olan zaman münafiqlərin başçısı Əbdül-lah ibni Übəyy onlara dedi: "Nə vaxta qədər özünüzü ölümə ve-rəcəksiniz? Əgər Məhəmməd peyğəmbər olsaydı, Allah onun dostlarını ölümə və əsirliyə düçar etməzdi!” Bu zaman yuxa-rıdakı ayə nazil oldu.
    TƏFSİR:
    AĞIR HADİSƏLƏRLƏ İMTAHAN İLAHİ BİR QANUNDUR

    Yuxarıdakı ayədən belə məlum olur ki, möminlərdən bəziləri təsəvvür edirdilər ki, behiştə daxil olmağın əsil amili yalnız Allaha iman gətirməkdir və bunun ar-dınca heç bir narahatlıq və əzab-əziyyət görməməlidirlər. Eləcə də heç bir səy etmədən Allah onların işlərini ni-zamlayacaq və düşmənlərini məhv edəcək.

    Quran bu cür yanlış təsəvvürlərin qarşısını almaq üçün həqiqi və həmişəlik olan ilahi bir qanuna işarə edib buyurur ki, bütün möminlər iman və onun inkişafı yo-lunda narahatlıqlara, xoşagəlməz hadisələrə və çətinlik-lərə sinə gərməli və fədakarlıq etməlidirlər. Bunlar elə imtahanlardır ki, həqiqi imanı yalançı və zahiri imandan ayırır. Bu ayə həm də bunu bəyan edir ki, bu imtahanlar xil-qətin ümumi bir qanunudur və əvvəlki ümmətlərdə də mövcud olmuşdur.

    Məsələn, Bəni-israil qövmü fironçuların caynağından xilas olmaq üçün bir çox ağır hadisə və müsibətlərə düçar oldular. Həmin ağır anlarda ilahi kömək onları öz düş-mənlərinə qalib etdi. Bu məsələ təkcə Bəni-israil qövmünə məxsus deyildir. Yuxarıdakı ayədəki "vəlləzinə xəlov min qəbli-him” (və sizdən qabaq olanlar) ayəsi göstərir ki, imtahan olun-maq baxımından bütün insanlar müştərək taleyə malikdir-lər. Sanki, bu ilahi bir qanun və insanlar üçün təkamül və tərbiyə amilidir, bütün ümmətlər ağır və çətin hadisələr içərisində bərkiməlidir.

    Həmçinin bu imtahanlarda ləyaqətli şəxslər nalayiq və yaramaz insanlardan seçilməli, cəmiyyət saflaşmalıdır.

    Yuxarıdakı ayənin təfsirində bu məsələni də qeyd etmə-liyik ki, əvvəlki ümmətlərin başına o qədər ağır və müsi-bətli hadisələr gəlirdi ki, hətta imanlı şəxsləri və pey-ğəmbərləri belə, həyəcana gətirirdi. Onlar bir səslə "Bəs Allahın köməyi haradadır?” - deyirdilər. Aydındır ki, bu söz-lə məqsədləri Pərvərdigara etiraz etmək deyil, bir növ il-timas və dua etmək idi.
    215-Cİ AYƏ

    يَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلْ مَا أَنفَقْتُم مِّنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَالأَقْرَبِينَ وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ (215)
    TƏRCÜMƏ:

    "Səndən "nə infaq edək?” - deyə soruşurlar, de: İnfaq etdiyi-niz hər bir xeyir və yaxşılıq (maddi və mənəvi faydalar) ata-ana-nız, yaxın qohumlarınız, yetimlər, kasıblar və yolda qalanlar üçün olmalıdır. Allah, yerinə yetirdiyiniz hər bir yaxşı işdən agahdır (onu zahir edərək başqalarına xəbər verməyiniz zəruri de-yildir, O, bunları Özü bilir).”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Böyük və varlı bir şəxs olan Əmr ibni Cəmuh, Peyğəm-bərdən "hansı şeylərdən və kimlərə sədəqə verim?”- deyə so-ruşduqda, yuxarıdakı ayə nazil oldu.
    TƏFSİR:

    Qurani-məciddə Allah yolunda infaq və ehsan barəsin-də çoxlu ayələr mövcuddur. Pərvərdigari-aləm müsəlmanla-rı müxtəlif yollarla infaq etməyə, fəqirlərə əl tutmağa təşviq edir. Amma bu ayənin bəyanı tamamilə başqa cürdür. Bəzi şəxslər hansı şeylərdən infaq etməyi bilmək istəyir-dilər. Buna görə də Allah-taala buyurur: "Səndən "nə infaq edək?” - deyə soruşurlar.”

    Onların cavabında infaq ediləsi şeyləri bəyan etmək-lə yanaşı, daha mühüm bir məsələyə də işarə olunur. O da infaq və ehsanın kimlərə aid edilməsi məsələsidir. Yuxa-rıda qeyd olunduğu kimi, ayənin nazil olma səbəbi göstərir ki, sualda hər iki məsələ (hansı şeylərdən və hansı şəxs-lərə infaq etmək) gəlmişdir.

    Birinci halda suala, (yəni hansı şeylərdən infaq edilməsinə) "xeyir” kəlməsi zikr edilməklə daha geniş və tam cavab verilir. Camaata faydalı və xeyirli olan hər növ iş və ya sərmayə infaq edilməlidir. Buna əsasən, bütün mad-di və mənəvi sərmayələr "xeyirli infaq” sayılır.

    İkinci halda (yəni infaqın hansı yerlərdə məsrəf olunmasında) isə hər şeydən əvvəl qohum-əqrəba, onların da içərisində ilk növbədə ata-ana, sonra isə yetimlər, kasıblar və yolda qalanlar qeyd edilmişdir. Aydındır ki, qohum-əqrə-baya infaq edilməsi, bu məsələ ilə əlaqədar qeyd olunan savab və müsbət nəticələrdən əlavə, qohumluq əlaqələrinin möh-kəmlənməsində də dərin təsirlərə malikdir.

    وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ "Və ma təfəlu min xəyrin fə in-nəllahə bihi əlim” cümləsi göstərir ki, infaq edən şəxslər camaatın bu xeyir işdən xəbərdar olmasına israr etməmə-lidir. Yaxşı olar ki, bu əməlin daha artıq xalis niyyətlə yerinə yetirilməsi üçün gizlində infaq edilsin. Çünki bu işlərə mükafat verən şəxs, yəni Allah-taala onların ha-mısından agahdır və bütün insanların hesabı Onun yanın-dadır.
    216-CI AYƏ

    كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَّكُمْ وَعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَهُوَ خَيْرٌ لَّكُمْ وَعَسَى أَن تُحِبُّواْ شَيْئًا وَهُوَ شَرٌّ لَّكُمْ وَاللّهُ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ (216)
    TƏRCÜMƏ:

    "Allah yolunda cihad etmək sizə yazıldı, halbuki siz ona ik-rah hissi ilə yanaşırsınız. Ola bilsin ki, siz bir şeyə ikrah hissi ilə yanaşasınız, amma o şey sizin xeyrinizə olsun; yaxud bir şeyi çox istəyəsiniz, amma o sizin zərərinizə tamam olsun. Allah bilir və siz bilmirsiniz.”
    TƏFSİR:

    Əvvəldəki ayə infaq barəsində idi, amma bu ayə fədakar- lıq və candan keçmə ilə əlaqədardır. Bu iki məsələ qəhrə-manlıq səhnəsində yanaşı addımlayır.

    Ayədə buyurulur ki, düşmənlərlə cihad etmək sizə vacib və hökmən yazılmış bir göstərişdir. Amma insan təbii olaraq çətinliklərdən əzab çəkir və onu xoşlamır. O, rahat yaşamağı daha çox sevir.

    وَعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَهُوَ خَيْرٌ لَّكُمْ "Və əsa ən təkrəhu şəyən və huvə xəyrun ləkum” cümləsi göstərir ki, düşmənlərlə müharibə insanların ölümünə, maddi cəhətdən ziyana uğramasına, təh-lükəsizliyin aradan getməsinə və müxtəlif narahatlıqlara səbəb olduğundan, insanlar üçün ağır və xoşagəlməz bir şey sayılır. Amma həmişə elə fədakar insanlar tapılır ki, müqəddəs hədəfə çatmaq üçün heç nəyi əsirgəmir, camaatın əksəriyyəti isə yuxarıda qeyd olunan səbəblərə əsasən, cihad və fədakarlığa ikrah hissi ilə yanaşırlar.

    Pərvərdigari-aləm bu təfəkkür tərzini qətiyyətlə məh-kum edərək onlara başqa bir yol göstərir və buyurur ki, siz bu işin əsl mənafe və məsləhətindən xəbərdar deyilsiniz. Haradan məlumdur ki, sizin xoşunuza gəlməyən şeyin ar-dınca xeyir və xoşladığınız şeyin ardınca şər gəlməsin?! Bütün gizlin sirlərdən yalnız Allah agahdır. Amma şüb-həsiz, ayıq insanlar bu hökmlərin bəzi sirlərindən agah ola bilər.

    Bu ayə təkvini və təşrii qanunlardakı ilahi bir prin-sipə işarə edərək, bu qanunlar qarşısında insanlara inzi-batçılıq və bəndəçilik ruhiyyəsini aşılayır və onlara öy-rədir ki, bəşər övladı Allah qanunları qarşısında öz şəxsi nəzərinə əsaslanaraq mühakimə yürütməməlidir. Çün-ki şübhəsiz, onların elmi bütün cəhətlərdən məhdud və dərya müqabilində olan bir damlaya bənzəyir. Buna əsasən, hər bir cəhətdən qeyri-məhdud olan Allah elmindən qaynaq-lanan qanunlar qarşısında durmaq olmaz. Onların hamısı – istər cihad və zəkat kimi şəriət qanunları, istərsə də hə-yatda baş verən və insanın ixtiyarında olmayan təkvini qa-nunlar olsun – insanların xeyrinədir və bu qanunlardan qaç-maq mümkün deyildir. (Dostların, qohum-əqrəbanın ölümü, yaxud insanın gələcək hadisələrdən xəbərsiz olması və sairəni də təkvini qanunlara misal göstərmək olar.)

    Ümumiyyətlə, Quran ayələri, habelə Peyğəmbəri-əkrəm (s) və imamlardan (ə) gəlib çatan hədislər fürudinin bir böl-məsi olan cihadın əhəmiyyət və fəzilətini göstərir. "Came-us-sadat” kitabında Peyğəmbəri-əkrəm (s)-dən belə nəql olun-muşdur: "Yaxşı əməllərin cihad ilə müqayisəsi tufanlı dərya-nın üzərinə yığılan köpüklə suyun məsəli kimidir.”

    İmam Sadiq (ə)-dan belə rəvayət olunmuşdur: "Namaz, oruc, həcc və zəkat kimi vacib əməllərdən sonra ən fəzilətli əməl cihaddır.”

    Peyğəmbəri-əkrəm (s)-dən belə nəql olunmuşdur: "Cən-nətdə bir qapı vardır, ona mücahidlər (cihad edənlər) qapısı de-yilir.”[23]

    Cihad hökmü təkcə islam dininə məxsus deyildir və sa-ir ilahi dinlərdə də bu hökm mövcud olmuşdur. Tövratın "Təsniyə” bölməsinin 7-ci və 13-cü bablarında, habelə "Xuruc” bölməsinin 22-ci babında və "Ədab” bölməsinin 31-ci babında Musa (ə)-ın Bəni-israil qəbiləsi istisna olmaq-la, sair qəbilələrlə cihad hökmü verməsi bəyan olunmuşdur. Matta İncilinin 10-cu babının 34-cü cümləsindən, Luka İncilinin 19-cu babının 28-ci cümləsindən və 32-ci ba-bının 36-cı cümləsindən məlum olur ki, Həzrəti İsa (ə)-a cihad əmri verilmişdi, amma o, dostu və yaxın köməkçiləri olmadığından cihad edə bilməmişdi.

    "Bəqərə” surəsinin 246-cı, "Ali-imran” surəsinin 47-ci, "Maidə” surəsinin 27-ci və sair ayələrində kafir və müşriklərlə döyüşən peyğəmbərlərdən bəzilərinin əhva-latı qeyd olunmuşdur.
    217-218-Cİ AYƏLƏR

    يَسْأَلُونَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ فِيهِ قُلْ قِتَالٌ فِيهِ كَبِيرٌ وَصَدٌّ عَن سَبِيلِ اللّهِ وَكُفْرٌ بِهِ وَالْمَسْجِدِ الْحَرَامِ وَإِخْرَاجُ أَهْلِهِ مِنْهُ أَكْبَرُ عِندَ اللّهِ وَالْفِتْنَةُ أَكْبَرُ مِنَ الْقَتْلِ وَلاَ يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتَّىَ يَرُدُّوكُمْ عَن دِينِكُمْ إِنِ اسْتَطَاعُواْ وَمَن يَرْتَدِدْ مِنكُمْ عَن دِينِهِ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُوْلَـئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالآخِرَةِ وَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ (217)اِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَاجَرُواْ وَجَاهَدُواْ فِي سَبِيلِ اللّهِ أُوْلَـئِكَ يَرْجُونَ رَحْمَتَ اللّهِ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ (218)
    TƏRCÜMƏ:

    217- "Səndən, haram aylarda müharibə barəsində soruşurlar. De: Onda müharibə (böyük) günahdır, amma Allahın yolunun, (ca-maatın haqqa yönəlməsinin) qarşısını almaq, Ona qarşı kafir olmaq, Məscidul-hərama qarşı hörmətsizlik etmək və onun sa-kinlərini çıxartmaq, Allah yanında ondan daha böyük günahdır və fitnə-fəsad törətmək (camaatı küfrə təşviq edib imandan yayındırmağa şərait yaratmaq) hətta qətldən də ağır günahdır. Müşriklər həmişə sizinlə müharibə edirlər ki, qüdrətləri ça-tarsa sizi bu dindən qaytarsınlar. Amma hər kəs öz dinindən qa-yıtsa və küfr halında ölsə, onun dünya və axirətdəki bütün əməl-ləri hədər olacaq. Onlar cəhənnəm əhlidirlər və həmişəlik orada qalacaqlar.”

    218- "İman gətirib hicrət edənlər və Allah yolunda cihad edənlər Pərvərdigarın rəhmətinə ümidvardırlar və Allah bağış-layan və mehribandır.”
    AYƏLƏRİN NAZİL OLMA SƏBƏBİ

    Qeyd olunmuşdur ki, bu ayə Əbdüllah ibni Cəhişin barəsində nazil olmuşdur. Belə ki, "Bədr” müharibəsindən əvvəl Peyğəmbər ona bir məktub verib mühacirlərdən olan səkkiz nəfərlə yola saldı və əmr etdi ki, iki gün yol get-dikdən sonra məktubu açıb onda yazılanlara əməl etsinlər. O, iki gün yol getdikdən sonra məktubu açıb belə yazıldı-ğını gördü: "Məktubu açdıqdan sonra Nəxləyə qədər (Məkkə ilə Taif arasında bir yer adıdır) irəli get və orada qü-reyşliləri nəzarət altına al və müntəzəm olaraq vəziyyəti bizə xəbər ver.”

    Əbdüllah bu məsələni yoldaşlarına dedikdən sonra əlavə etdi ki, Peyğəmbər mənə, bu işi sizə icbari olaraq gördürməyi qadağan etmişdir. Hər kəs şəhid olmağa hazır-dırsa mənimlə gəlsin, istəməyənlər geri qayıtsın.

    Hamısı onunla birlikdə hərəkət etdi. Nəxləyə çatan za-man onlar Qüreyş karvanı ilə rastlaşdılar. Əmr ibni Həz-rəmi də orada idi. Rəcəb ayının axırıncı günü (bu ay da ha-ram aylardandır) onlara həmlə etmək barəsində məşvərət et-dilər. Bəziləri dedi ki, əgər bu gün fürsəti əldən versək, onlar hərəmə daxil olacaq. Belə olduqda isə artıq onlara to-xuna bilməyəcəyik.

    Nəhayət şücaətlə onlara həmlə etdilər. Əmr ibni Həz-rəmini öldürüb karvanı ələ keçirdilər və iki nəfərlə birlikdə Peyğəmbər (s)-in yanına gətirdilər. Həzrət onlara buyurdu: "Mən sizə haram ayda müharibə etməyi göstəriş ver-məmişdim.” Peyğəmbər qənimətə və əsirlərə əl vurmadı. Mücahidlər narahat oldular. Sair müsəlmanlar da onları məzəmmət etdilər. Müşriklər də dil yarası vuraraq deyir-dilər ki, Məhəmməd haram aylarda müharibəni, qan axıt-mağı və əsir tutmağı halal sayır. Bu zaman yuxarıdakı ayə nazil oldu.

    Bu ayə nazil olduqdan sonra Əbdüllah ibni Cəhiş və onun dostları bu yolda cihad savabı qazanmaq üçün çalış-dıqlarını bildirdilər. Sonra Peyğəmbər (s)-dən "bizim işimizin mücahidlər qədər savabı varmı?” - deyə soruşdu-lar. Bu zaman ikinci ayə nazil oldu.[24]
    TƏFSİR:

    Yuxarıda qeyd olunduğu kimi, bu ayə haram ayda cihad ilə əlaqədar suallara cavab verir və haram aylarda müharibənin haram edilməsini aşkar elan edərək onu böyük günah sayır:

    قُلْ قِتَالٌ فِيهِ كَبِيرٌ

    Amma təkid edilir ki, Allaha qarşı küfr edən, cama-atın hidayət olunmasının qarşısını alan, Məkkənin dinc əhalisini ev-eşiyindən çıxaran, Allahın əmin-amanlıq hərəmi sayılan, hətta heyvan və bitkilərin belə amanda ol-duğu bir müqəddəs məkana qarşı ehtiramsızlıq göstərən və bununla böyük bir günaha mürtəkib olan müşriklərin ha-ram aylarda səhvən müharibə edən müsəlmanları məzəmmət etməyə haqqı yoxdur.

    Bundan əlavə, müşriklərin fitnə-fəsad mərkəzi, poz-ğunluq, küfr, bütpərəstlik ilə qarışmış bir mühit ya-ratması, haqq axtaranlara təzyiq göstərərək onları nəzarət altında saxlaması və onların haqqa yönəlməsinin qarşısı-nı almaqla mürtəkib olduqları böyük günahlar bu haram ayda müharibə etməkdən qat-qat ağırdır: وَالْفِتْنَةُ أَكْبَرُ مِنَ الْقَتْلِ

    Sonra müsəlmanlara xitabən buyurulur ki, heç vaxt müşriklərin zəhərli təbliğatlarının təsiri altına düşməsinlər. Onlara xatırladılır ki, müşriklər daim pusquda dayanır, gücləri çatarsa sizi islamdan döndərməyə və öz ayinlərinə gətirməyə çalışırlar.

    Quran bu məkrli hiylənin qarşısını almaq üçün mü-səlmanlara ciddi şəkildə xəbərdarlıq edir: Onlardan hər biri haqq dinindən dönüb kafir olsa və küfr halında ölsə bu iş onun bu cihaddakı bütün yaxşı əməllərini, eləcə də axirət əməllərini batil edib aradan aparacaq və buna görə də onlar həmişəlik olaraq ilahi əzabda qalacaqlar.

    Bu ayələrdəki "həbitə” kəlməsi əməlin təsirsiz və ba-til olmasına işarədir. Bəzilərinin nəzərinə görə, bu sö-zün kökü "həbət”dir. Buna əsasən, qeyd olunan ayədəki "həbitə” sözünü sair ayələrdəki "həbt” sözü kimi götürdükdə, ayənin mənası belə olur: küfrə qayıdaraq mürtəd olmaq (dindən çıxmaq) yaxşı əməlləri və onların insanın səadətə çat-maqdakı təsirini aradan aparır. İman isə əmələ yeni ruh verir, insanın əbədi səadət və xoşbəxtliyini təmin edir. Əgər bir şəxs kafirlikdən sonra iman gətirsə əməlləri dirilər, onun səadətində təsirli olar və kafir olduğu dövrlərdəki əməlləri, onun dünya və axirət səadətində mən-fi təsir göstərməz. Amma küfr halında dünyadan getməyin-cə, səadətdən tamamilə məhrum deyildir. Əgər dindən çıxa-raq mürtəd halında ölsə, onun əməllərinin məhv olması la-büd, bədbəxtçiliyi isə qəti bir məsələdir.

    Bu ayə göstərir ki, Əbdüllah Cəhişin əhvalatında qeyd olunduğu kimi, Allah yolu mücahidlərinin bəzisi məlu-matsızlıq, yaxud ehtiyatsızlıq ucbatından bəzən səhvə düçar ola bilərlər. Amma Allah-taala böyük xidmət və sədaqətli cihad səbəbi ilə onları bağışlayacaqdır: وَاللّهُ غَفُورٌ رَّحِيمٌ
    Category: Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 1041 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024