İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

     219-CU AYƏ

    يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَرُ مِن نَّفْعِهِمَا وَيَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ الْعَفْوَ كَذَلِكَ يُبيِّنُ اللّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ (219)
    TƏRCÜMƏ:

    "Səndən şərab və qumar barəsində soruşurlar. De: Onlarda bö-yük günah və ziyan vardır, (maddi nəzərdən) camaata müəyyən qədər mənfəətə də malikdir. (Amma) onların günahı faydasından daha artıqdır. Və səndən "nə infaq edək?” - deyə soruşurlar. De: "Ehti-yacdan artıq qalanlarla (yaxud əfv və güzəşt etməklə).” Allah Öz ayələrini sizin üçün belə aydınlaşdırır ki, bəlkə təfəkkür edə-siniz.”
    TƏFSİR:

    İlk sual şərab və qumar haqqındadır. "Xəmr” kəlməsi əslində örtük və pərdə mənasındadır. Qadınların hicaba riayət etmək üçün başına bağladığı örtüyə də "ximar” deyi-lir (bu da həmin kökdən alınmışdır). Spirtli içkilər in-sanın əql qüvvəsini aradan apardığına və bir növ onun üstü-nü örtdüyünə görə ona "xəmr” deyilir.

    Məysir kəlməsi asanlıq mənasında olan "yusr” kökündən alınmışdır. Çünki qumar oynayanlar bir-birinin mal-döv-lətini çox asanlıqla ələ keçirib mənimsəmək istəyir. Yuxa-rıdakı ayədə onların bu barədə verdiyi sualın cavabında buyurulur ki, şərab və qumar böyük günahlardandır, eyni za-manda onlarda müəyyən qədər mənfəət də vardır. Bu mənfəət şərab istehsal etmək məqsədi ilə üzüm əkmək, kişmiş bi-şirmək, şərab satmaq, vergi, gömrük haqqı və sair almaq, eləcə də qumarbazların qumarxana tikməklə əldə etdikləri mənfəətlərə aiddir. Amma bu iki şeyin əsl zərər və günahı onların zahiri mənfəətlərindən qat-qat artıqdır.

    Burada şərab və qumarın ziyanlarından bəzilərini qeyd edirik:

    1- Ömrün qısalması;

    2- Yeni doğulan körpələrdə anormallıqların yaranması, xüsusilə cinsi yaxınlıq məst halında baş vermiş olarsa;

    3- Müxtəlif əxlaqi pozğunluq və cinayətlər, oğurluq, qətl, cinsi təcavüzlər, ağır yol-qəza hadisələrinin yaranma-sı və sair.

    Həkimlərdən biri deyirdi: Əgər dövlət səviyyəsində şə-rab satışının yarısının qarşısı alınsa, biz ruhi və fi-ziki xəstəxanaların yarısını bağlamalı olarıq.

    Qumarın zərərlərinə gəldikdə isə, həyəcanlı vəziy-yətlərin yaranması, dava-dalaş, müflisləşmək, əsəb siste-minin pozulması, müxtəlif əsəb xəstəlikləri, beyin və ürək infarktı və sairəni qeyd etmək olar. Təhqiqatçılar cəmiyyət-də baş verən cinayətlərin otuz faizinin qumarla əlaqədar olduğunu bildirmişlər.

    Qumar iqtisadiyyata ağır və öldürücü zərbələr vurur və faydalı iş əmsalını aradan aparır. Hətta bəzi qeyri-isla-mi ölkələr də qumarı qadağan etmişlər. Məsələn, İngiltə-rədə 1853-cü ildə, Amerikada 1955-ci ildə, keçmiş Sovetlər ölkəsində 1954-cü ildə, Almaniyada 1873-cü ildə qumar qada-ğan edilmişdi. Amma görəsən, bu gün həmin qanunlara necə əməl olunur?

    Ayədəki ikinci sual isə infaq barəsindədir. Hansı şeylərlə infaq edək? - deyə soruşulduqda, cavabda "Əfv və gü-zəştə getməklə!” - deyə buyurulur.

    "Əfv” lüğətdə "güzəştə gedib bağışlamaq” mənasını ifadə etməkdən əlavə, "orta həddə olmaq”, "malın artığı” və "malın ən yaxşı hissəsi” mənalarını da ifadə edir. Bu mə-naların hər biri bu ayə ilə müvafiqdir və onda əfvin bütün mənalarının nəzərdə tutulması ehtimalı vardır. Yəni əgər infaq etmək istəsəniz, orta həddə riayət edin və mal-dövlətinizin hamısını infaq edərək özünüzü çətinliyə sal-mayın. Həmçinin infaq edərkən lazımsız və qiymətsiz şey-lərdən deyil, mal-dövlətinizin ən yaxşısından verin. Çün-ki Quran buyurur: "Sevdiyiniz şeylərdən infaq etməyincə, yax-şılığa çatmazsınız.”
    İNCƏ NÖQTƏLƏR:

    1- Öz rəftar və əməllərinizdə insaflı olun. Ayədə şə-rab və qumarın zahiri mənfəətləri unudulmur, amma bu möv-zu elə irəli çəkilir ki, insandakı təvəkkül və təfəkkür qüv-vəsi canlansın.

    2- Şərab və qumarın hər ikisi insanın cism və ruhunu fəsada çəkərək onun qəflətə düşməsinə səbəb olur. Buna gö-rə də onlar Quranda bir-birinin yanında qeyd edilmişdir.

    3- Əql və aramlığın keşiyində durun.

    Şərabın haram edilməsi ilə əql və düşüncənin, quma-rın haram edilməsi ilə ruhi və iqtisadi sağlamlığın, ic-timai asayişin keşiyində durun.

    4- Təfsirlərdə qeyd olunur ki, şərab tədrici surətdə haram edilmişdir. Çünki o zaman camaatın əksəriyyəti şə-rab içirdi. Yuxarıdakı ayələr nazil olaraq onları, şəra-bın haram olmasını qəbul etmək üçün tədriclə hazırladı. Əvvəlcə "Nəhl” surəsinin 67-ci ayəsi nazil oldu:

    وَمِن ثَمَرَاتِ النَّخِيلِ وَالأَعْنَابِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَعْقِلُونَ

    "Səkərən və rizqən həsənən” yəni üzümdən həm məstedici iç-kilər, həm də gözəl ruzilər əldə olunur.”

    Beləliklə, qeyd olunur ki, məstedici içkilər əsla gözəl ruzi deyildir. Sonra yuxarıdakı ayə nazil oldu:

    فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَر

    Bu ayədə buyurulur ki, şərab və qumarın zərəri, onların mənfəətindən daha artıqdır. Daha sonra isə "Nisa” surəsi-nin 43-cü ayəsi nazil oldu və buyurdu:

    لاَ تَقْرَبُواْ الصَّلاَةَ وَأَنتُمْ سُكَارَى حَتَّىَ تَعْلَمُواْ مَا تَقُولُونَ

    "Məst halda namaza yaxın durmayın.”

    Sonra isə şərab aşkar surətdə və birdəfəlik olaraq qadağan edildi:

    إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

    "Şərab və qumar nəcisdir və şeytan əməllərindən sayılır. Onlardan uzaq olun.”[25]

    Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: "Hər bir məstedici şey haramdır. Allah-taala şərabı, onu sıxanı, şirəsini çəkəni, satanı, alanı, piyalələrə süzəni, onun satışından əldə olunan-ları yeyəni, onu götürəni, bir kəs üçün aparanı və içirdəni lə-nətləmişdir.”[26]


    220-Cİ AYƏ

    فِي الدُّنْيَا وَالآخِرَةِ وَيَسْأَلُونَكَ عَنِ الْيَتَامَى قُلْ إِصْلاَحٌ لَّهُمْ خَيْرٌ وَإِنْ تُخَالِطُوهُمْ فَإِخْوَانُكُمْ وَاللّهُ يَعْلَمُ الْمُفْسِدَ مِنَ الْمُصْلِحِ وَلَوْ شَاء اللّهُ لأعْنَتَكُمْ إِنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ (220)
    TƏRCÜMƏ:

    "(Allah Öz ayələrini sizin üçün belə aydınlaşdırır ki, bəl-kə) dünya və axirət barəsində (fikirləşəsiniz). Və səndən yetim-lər barəsində soruşurlar. De: Onların işinin islah edilməsi da-ha yaxşıdır. Əgər öz həyatınızı (məişətinizi) onların həyat-ları (məişətləri) ilə qarışdırıb müştərək yaşasanız (heç bir eybi yoxdur), onlar sizin (din) qardaşınızdır (onlarla bir qardaş kimi rəftar edin). Allah fəsad törədənlərlə islah edənləri yax-şı tanıyır. Əgər Allah istəsə, sizi zəhmətə salar (və göstəriş verər ki, yetimlərə qəyyumluq etməklə yanaşı, onların məişət və mal-dövlətlərini öz mal-dövlətinizdən tamamilə ayırın, amma O, belə etməz,) çünki, Allah qüdrətli və hikmətlidir.”
    TƏFSİR:

    فِي الدُّنْيَا وَالآخِرَةِ "Fiddunya vəl-axirəti” cümləsi əvvəlki ayə-nin sonunda gələn "infaq” məsələsi ilə bağlıdır. Yəni in-faq dünya və axirətdə insanın səadət və asayişini təmin etməlidir. Mal-dövlətinizin hamısını xərcləməyin, əks halda dünyada çətinliyə, zəhmətə düşə bilərsiniz. Paxıl-lıq da etməyin, çünki bu iş sizi axirət savabından məhrum edə bilər.

    Yetimlərlə bağlı olan məsələlərə gəldikdə isə, təfsir-lərdə belə qeyd olunur: "Nisa” surəsinin doqquzuncu ayəsi nazil olub yetimlərin malını yeməyi cəhənnəm odu kimi bə-yan etdikdə, evlərində yetim saxlayan şəxslər təşvişə, izti-raba düşdülər, hətta bəziləri onları öz evlərindən çı-xartdı və bəziləri də onların yemək qablarını ayırdılar. Nəticədə yetimlər ev sahibi üçün müxtəlif çətinliklər yaratdı. Onlar Peyğəmbər (s)-in hüzuruna gəlib yetimlərlə necə rəftar etmək barəsində soruşduqda, həzrət cavab verdi: Yetimlərin işlərinin islah olunması (qaydaya salınması) daha yaxşıdır. Onların mal-dövlətinin sizinki ilə qa-rışmasını əsas tutaraq, yetimləri özbaşına buraxmamalı, onların məişətinin idarə olunması məsuliyyətindən im-tina etməməlisiniz. Onlar sizin din qardaşınızdır. Si-zin mal-dövlətiniz onların mal-dövləti ilə qarışdıqda, məqsədiniz onların israf edilməməsi olsa, onda bu işin ey-bi yoxdur. Allah-taala fəsad törətmək istəyənləri islahat aparmaq istəyənlərdən seçir və sizin əzab-əziyyətə düş-məyinizi istəmir. O, qüdrətli və hikmət sahibidir.

    İNCƏ NÖQTƏLƏR:

    1- Yetimlər sizin nə övladınızdır, nə də qulunuz; onlar sizin kiçik qardaşınızdır və sizdən hesab olunur. فَإِخْوَانُكُمْ


    Və onlar həyat və məişətdə sizinlə bir olmalıdır.

    2- Yetimləri öz başına və nəzarətsiz buraxmaq məsləhət deyildir; onlara hüsnü-niyyət və qardaşlıq nəzərləri ilə baxmaq, işlərinin tənzim olunmasında ədalətli şəkildə səy etmək lazımdır.

    3- İslahat zahiri əlamətlərlə deyil, insanın niyyəti əsasında olmalıdır. Allah-taala islahatçını da, fəsad niyyətində olanı da tanıyır. Xidmət adı ilə yetimlərin mal-dövlətini yemək, yaxud fəsad törənəcəyindən qorxub onları boşlamaq rəva deyildir!

    4- Təfsirlərdə və ayənin nazil olma səbəbində deyildiyi kimi, islam dinində insanların taqəti və gücü çatmayan iş-lərə əmr olunmaz.

    5- Yetimlərin vəziyyəti barəsində hər növ xidmətçilik və islahatçılıq işi təqdirəlayiq bir şey hesab olunur. Yu-xarıdakı ayədə "islah” kəlməsi qeydsiz-şərtsiz gətirildi-yindən, maddi, elmi, əməli, tərbiyəvi, dini və s. kimi bütün islahatlara şamil olur.
    221-Cİ AYƏ

    وَلاَ تَنكِحُواْ الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ وَلأَمَةٌ مُّؤْمِنَةٌ خَيْرٌ مِّن مُّشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ وَلاَ تُنكِحُواْ الْمُشِرِكِينَ حَتَّى يُؤْمِنُواْ وَلَعَبْدٌ مُّؤْمِنٌ خَيْرٌ مِّن مُّشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ أُوْلَـئِكَ يَدْعُونَ إِلَى النَّارِ وَاللّهُ يَدْعُوَ إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ وَيُبَيِّنُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ (221)
    TƏRCÜMƏ:

    "Müşrik və bütpərəst qadınlarla, iman gətirmədikləri vaxta qədər (hətta kənizlərlə izdivac etməkdən başqa çıxış yo-lunuz olmasa belə) izdivac etməyin. (Çünki) imanlı kəniz azad və müşrik qadından daha yaxşıdır. Hətta (onun mal-dövləti, gö-zəlliyi və yaxud cəmiyyətdəki mövqeyi) sizi təəccübə gətirsə də be-lə. Öz qadınlarınızı müşrik kişilərə, iman gətirmədikləri vaxta qədər ərə verməyin (hətta onları öz imanlı qullarınıza ərə verməyə məcbur olsanız belə). Bir imanlı qul azad müşrik kişi-dən daha yaxşıdır, hətta (onun gözəlliyi, mal-dövlət və sərvəti) sizi təəccübə gətirsə də belə. Onlar (müşrik həyat yoldaşları) sizi oda doğru dəvət edir, Allah isə Öz fərmanı ilə behiştə və bağışlanmağa çağırır, Öz ayələrini camaat üçün aşkar edir ki, bəlkə dərindən düşünüb ibrət alalar.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Şücaətli bir kişi olan Mərsəd, islamı qəbul etdik-dən sonra Məkkəyə gəlmişdi. Orada cahiliyyət dövründən ta-nıdığı Ənaq adlı müşrik qadınla rastlaşdı. O qadın keç-mişdə olduğu kimi, Mərsədi zinaya dəvət etdi, amma artıq müsəlman olan Mərsəd bu işə razı olmadı. İşi belə görən qadın onunla evlənməyi təklif etdi. Mərsəd "Bu məsələ Pey-ğəmbərin icazəsinə bağlıdır” - deyə cavab verdi. O, öz işlə-rini yerinə yetirdikdən sonra Mədinəyə qayıtdı və hadisəni Peyğəmbərə xəbər verdi. Bu ayə nazil olaraq müşrik və büt-pərəst qadınların müsəlman kişlərlə evlənib ailə qurmağa ləyaqətli olmadığını bəyan etdi.
    TƏFSİR:

    "Nikah” kəlməsi lüğətdə cinsi yaxınlıq və izdivac əqdi mənasındadır. İslam dini, ər-arvad arasındakı ailə müna-sibətlərinə çox əhəmiyyət verdiyinə, habelə irsiyyətin və ai-lə mühitinin övlad tərbiyəsində güclü təsir qoyduğuna gö-rə, həyat yoldaşı seçməkdə müxtəlif şərtlər qoymuşdur.

    Müşrik qadının müsəlman kişiyə həyat yoldaşı ol-mağa ləyaqəti yoxdur. Əks təqdirdə, irsiyyət qanununun tələbi ilə dünyaya gələn övlad anasının bir çox ruhi xüsusiyyət-lərini kəsb edəcək və dünyaya gəldikdən sonra da onun ağu-şunda tərbiyə alararaq bədbəxt olacaqdır. Qeyd olunan səbəb-lərə görə, bu ayədə müşrik və bütpərəst qadınlarla ailə qur-maq qadağan edilmişdir. Bundan əlavə, islama yad sayılan müşriklər izdivac yolu ilə müsəlmanların evinə yol tap-maqla islam cəmiyyəti hərc-mərcliyə düçar olar, daxili düşmənlər müsəlmanların cərgələrinə nüfuz edər və nəti-cədə müsəlmanla münafiq və müşrik bir-birindən seçil-məz. Buna görə də ayədə onlarla evlənmək qadağan edilmiş-dir. Amma bəzən cinsi istəklərindən istifadə edərək on-ların düz yola hidayət olunmaları üçün buyurulur ki, əgər iman gətirsələr, onda möminlərə həyat yoldaşı ola bilər-lər. وَلاَ تَنكِحُواْ الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ وَلأَمَةٌ مُّؤْمِنَةٌ خَيْرٌ مِّن مُّشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ

    Ayənin əvvəlində mömin kişilərin müşrik və büt-pərəst qadınlarla evlənməsi qadağan olunduğu kimi, bu his-sədə də möminə qadınları kafir və müşrik kişilərə ərə vermək qadağan olunmuşdur. Həmçinin möminə kənizlər ka-fir və azad qadınlardan, hətta onlar gözəl və dövlətli olsa-lar belə, üstün sayıldığı və izdivac üçün ləyaqətli olduğu kimi, imanlı qullar da zahirdə şəxsiyyətli və gözəl, lakin kafir olan kişilərdən üstün və daha ləyaqətlidir. Əlbəttə, mömin qadınların kafir kişilərə ərə getməsi qadağandır, amma iman gətirsələr onların evlənməsinin heç bir mane-əsi yoxdur. Bu da ayənin əvvəlində işarə olunan qayıdış yo-ludur: أُوْلَـئِكَ يَدْعُونَ إِلَى النَّارِ وَاللّهُ يَدْعُوَ إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ

    Bu cümlədə imanlı kişilərin müşrik və bütpərəst qadınlarla evlənməsinin qadağan edilmə səbəbi bəyan olun-muşdur. Çünki, onlar öz rabitə və rəftarları ilə – xüsusi-lə bu rabitə ailə qurmaq nəzərindən olarsa, öz imanlı ərlə-rinə güclü təsir göstərəcək və bu təsir kişinin ruhiyyə-sində daha dərin iz buraxacaqdır. Təbiidir ki, onlar daha sonra öz ərlərini bütpərəstliyə və onun yaramaz adətlərinə dəvət edəcəklər. Bunun da nəticəsi ilahi qəzəb və cəhənnəm odudur. Onlarla, xüsusilə izdivac yolu ilə tanış olmaq Al-lahdan uzaq düşmək deməkdir. Halbuki, möminlər öz imanı və onun nəticəsi olan ali insani sifətlər səbəbi ilə öz həmsöhbətlərini imana, behiştə, ilahi məğfirət və fəzi-lətlərə dəvət edirlər.

    Burada mömin şəxsin Allah-taala ilə olan möhkəm ra-bitəsinə görə, Pərvərdigari-aləm onun yerinə Öz adını bu-yurmuşdur:

    وَاللّهُ يَدْعُوَ إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِه

    وَيُبَيِّنُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

    Allah-taala Öz ayələrini, şəriət hökmlərini, əməli vəzifələri və əxlaqi göstərişləri camaata bəyan edir. Həmçinin bəndələrin dünya və axirət fəlakətindən qurtu-laraq səadət yoluna hidayət olunmasına gətirib çıxaran nişanələri, insanın öz daxili aləmində, eləcə də kainatda olan ayə və nişanələri şərh edir. Allah bu ayələri bütün insanların qəflət yuxusundan ayılaraq hidayət yolunu tapmaları və itaətlə məsiyəti bir-birindən ayırıb seçmə-ləri, nəticədə günahdan uzaq olub itaətin dalınca getmə-ləri üçün bəyan edir.
    222-Cİ AYƏ

    وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُواْ النِّسَاء فِي الْمَحِيضِ وَلاَ تَقْرَبُوهُنَّ حَتَّىَ يَطْهُرْنَ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللّهُ إِنَّ اللّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ (222)
    TƏRCÜMƏ:

    "Səndən heyz (aybaşı) barəsində soruşurlar. De: O, zəhmət və əziyyətdir. Buna görə də, heyz halında (pak olduqları vaxta qədər) yaxınlıq etməyin. Pak olduqları zaman Allahın sizə əmr etdiyi yollarla onlarla yaxınlıq edin. Allah tövbə edənləri və paklıq is-təyənləri sevir.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Qadınlar hər ayda ən azı üç gün, ən çoxu isə on gün heyz (aybaşı) olurlar. Fiqhi kitablarda qeyd olunduğu kimi, hə-min müddət ərzində qadının bətnindən müəyyən xüsusiyyətlə-rə malik olan qan xaric olur. Qadın bu halda haiz, o qanın özü isə heyz adlanır. Yəhudilərin və məsihilərin hal-ha-zırdakı qanunlarında heyz halında olan qadınlarla rəftar barəsində bir-biri ilə zidd olan iki hökm mövcuddur.

    Yəhudilərin bəziləri deyir ki, kişilərin bu cür qa-dınlarla yaxınlıq etməsi mütləq şəkildə haramdır, hətta onların kişilərlə bir yerdə süfrə başında oturub yemək ye-məsi, bir otaqda yaşaması və sair işlər görməsi də qadağan-dır. Kişi, heyzli qadının oturduğu yerdə oturmamalı, əks halda isə öz paltarlarını yumalıdır, çünki onlar artıq murdarlanmış hesab olunur. Həmçinin əgər kişi onun yataq yerində yatarsa, paltarını və bədənini yumalıdır. Bir söz-lə, yəhudilər qadını bu müddət ərzində tam mənada murdar bir varlıq hesab edirlər.[28]

    Bunların əksinə olaraq, məsihilər deyirlər ki, qadı-nın heyz halı ilə başqa halları arasında heç bir fərq yox-dur. Heyz halında onlarla hər növ rəftar, hətta cinsi yaxın-lıq da etmək olar.

    Ərəb müşrikləri – xüsusilə Mədinədə yaşayan müş-riklərin yəhudilərin rəftarından az-çox məlumatı var idi və onlar da heyzli qadınlarla yəhudilər kimi rəftar edir, aybaşı günlərində onlardan uzaq gəzirdilər. Həmin dində mövcud olan və güzəştə gedilməsi mümkün olmayan təfrit və ifratçı ixtilaflar bəzi müsəlmanların Peyğəm-bərdən bu barədə bəzi şeylər soruşmasına səbəb oldu və on-ların cavabında yuxarıdakı ayə nazil edildi.
    TƏFSİR:

    "Məhiz” kəlməsi ərəb dilində məsdərin bir növüdür və burada "heyz” mənasında işlənmişdir. Buna əsasən ayənin mənası belə olur: Ey Peyğəmbər, səndən heyz və onun hökmləri barəsində soruşacaqlar. Cavabında de ki, "huvə əzən” - yəni o, zəhmət və əziyyətli bir şeydir.

    Həqiqətdə bu cümlə, aybaşı dövründə qadınlarla cinsi yaxınlıqdan uzaq olmağın hökm və səbəbini bəyan edir. Çünki qadınlarla, belə bir vəziyyətdə cinsi yaxınlıq etmək olduqca iyrənc bir iş olmaqla yanaşı, öz ardınca müxtəlif ziyan-lar da gətirir ki, artıq müasir tibb elmi bunu sübut et-mişdir: فَاعْتَزِلُواْ النِّسَاء فِي الْمَحِيضِ وَلاَ تَقْرَبُوهُنَّ حَتَّىَ يَطْهُرْنَ ...

    Ayənin əvvəlində gələn və qadınlarla heyz halında olarkən cinsi yaxınlıqdan uzaq olmağı qadağan edən bu cümlə ilk baxışda yəhudilərin qadın münasibətlərində olan möv-cud göstərişlərini xatırladır, lakin "fətuhunnə min həy-su əmərəkumullah” cümləsi heyzdən pak olduqdan sonra qadın-la cinsi yaxınlığa icazə verildiyini göstərir. Onlarla ya-xınlıq etməmək və bir növ uzaq gəzmək dedikdə, yalnız cinsi yaxınlıqdan uzaq olmaq nəzərdə tutulur. Buna əsasən, islam dini qadınların aylıq adətləri barəsində orta bir mövqe seçmişdir. Ümumiyyətlə, islam dini bütün sahələrdə orta həddi tutaraq ifrat və ya təfritdən uzaqdır. Burada da yəhu-di ifratçılığının qarşısı alınmış və qadınlarla bu və-ziyyətdə cinsi əlaqə istisna olmaqla, qalan hər növ rəftar və ünsiyyətə, o cümlədən əri ilə birlikdə süfrə başında otur-mağa və sair münasibətlərə icazə verilirdi.

    Bu ayə müsəlmanları, heyz halında olan qadınla ünsiyyət saxlamaqda heç bir məhdudiyyət qəbul etməyən məsihilərin rəftarından da çəkindirir. Beləliklə də qadının şəxsiyyət və ehtiramı qorunur, onun təhqir olunmasının, tibbi və in-tim məsələlər baxımından qadın və kişi üçün müxtəlif zə-rərlər gətirən işlərin qarşısı alınır.
    İCAZƏ VERİLƏN CİNSİ YAXINLIQ

    فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللّه

    "Qadınlar (heyzdən) pak olduqdan sonra, Allahın əmr etdiyi şəkildə onlarla yaxınlıq edin.”

    Ayənin bu hissəsi həqiqətdə qadınlarla icazə verilən intim yaxınlığı izah edir. "İza tətəhhərnə” cümləsindən məlum olur ki, qadınlar aybaşından pak olduqdan sonra, on-larla cinsi yaxınlığa icazə verilir. Çünki bu cümlə, heyz qanının aludəlik sifəti ilə qeyd olunmasından sonra gəl-mişdir, yəni qadınlar bu aludəlikdən pak olduqdan sonra qeyd olunan qadağan aradan gedir. Bu cümlənin "tətəhhərnə min nəfsihi” (yəni qadınlar heyz quslu verdikdən sonra yaxınlığa icazə verilir) kimi təfsir edilməsi, ayənin zahiri mənası ilə uyğun deyildir. Çünki ayənin əvvəlində quslun vacib ol-ması barədə heç bir söhbət getmir. Başqa sözlə desək, əvvəl-dəki cümlənin ("hətta yəthurnə” cümləsinin) zahiri məna-sı budur ki, bu qadağan, qadının heyzli olduğu müddətdədir. "Fə iza tətəhhərnə” cümləsi "fey” hərfi ilə başlayır və əv-vəlki cümlənin məfhumunu çatdırır. Yəni qadınlar pak ol-duqdan dərhal sonra bu qadağan aradan qalxır. Bu, bizim böyük fəqihlərimizin verdikləri hökmdür. Bu hökmə əsasən, qa-dın heyz qanından pak olduqdan sonra, hətta qusuldan qabaq onunla cinsi yaxınlığa icazə verilir.

    Əvvəldə qeyd olunanlardan məlum olur ki, "tətəhhərnə” cümləsi bəzilərinin təsəvvür etdiyinin əksinə olaraq, qus-la dəlalət etmir və quslun vacib olması sair dəlillər əsa-sında isbat olunur.

    Sonrakı "min həysu əmərəkum” cümləsində göstəriş ve-rilir ki, qadınlarla, Allahın sizə fərman verdiyi yolla ya-xınlıq edin. Bu cümlə əvvəlki cümlə üçün təkid də ola bi-lər: yəni qadınlarla, yalnız paklıq günlərində yaxınlıq edin və bundan qeyri hallarda yaxınlıq etməyin. Bu ayədən da-ha geniş bir məfhumun düşünülməsi mümkündür. Yəni qadınlarla, pak olduqdan sonra yaxınlıq edilməsi Pərvərdi-gari-aləmin fərmanlarına uyğun olmalıdır. Bu fərman Al-lahın həm təkvini, həm də təşrii fərmanlarına şamil ola bilər. Çünki Allah-taala insan nəslinin davam etməsi üçün qadın və kişi arasında rəğbət və meyl yaratmışdır. Bu-na görə də cinsi yaxınlıq hər iki tərəf üçün xüsusi ləzzət gətirir. Əsl hədəf isə insan nəslinin qorunub saxlan-masıdır. Bu meyl və ləzzət də həmin məqsəd üçün bir növ mü-qəddimə hesab olunur. Deməli, cinsi ləzzətlərdən insan nəs-linin davam etməsi istiqamətində faydalanmaq lazımdır.

    İstimna, livat və bu kimi qanunsuz cinsi əlaqələr ila-hi fərmandan çıxmaq sayılır və buna görə də müqəddəs şəri-ətimizdə qadağan olunmuşdur. Çünki bu yaramaz əməllər heç bir vəchlə cinsi yaxınlığın əsl hədəfini təmin etmir. Bundan əlavə, onun çoxlu ziyanları da vardır.

    إِنَّ اللّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ

    Tövbə, günahdan qayıdaraq Allaha qarşı itaətsizlik et-məkdən peşmançılıq hissi keçirməkdir. O, üç əsas üzərin-də qurulmuşdur:

    1- İnsan keçmişdə Allaha qarşı itaətsizlik etdiyini bilsin;

    2- Günahdan peşman olmasını iqrar etsin;

    3- Gələcəkdə həmin günahı tərk etmək və onun əvəzini çıxmaq barədə qəti qərara gəlsin.

    Hər kəsdə belə bir vəziyyət yaranarsa, o, tövbə etmiş sa-yılır və onun əməli tövbə adlandırılır.

    Tövbənin şərtləri və onun barəsində geniş şərh və məlumatlar münasib yerlərdə bəyan olunmuşdur. Bu ayədəki "təthir” sözündən məqsəd insanın günaha aludə olmaması və Allaha qarşı itaətsizlikdən çəkinməsidir.

    Bu cümlə, ayənin axırında qeyd olunmuşdur. Səbəbi də budur ki, bəziləri cinsi ehtirasların coşması nəticəsin-də özünü saxlaya bilməyib qadınlarla, elə aybaşı dövründə yaxınlıq edərək günaha düşə bilərlər. Buna görə də bu qəbil insanlara, Allah rəhmətindən məyus olmamaları üçün xa-tırladılır ki, əgər tövbə etsələr Allahın mərhəmətinə nail ola bilərlər. Əlbəttə, hər kəs əvvəldən özünə nəzarət etsə və bu günahdan pak olsa Pərvərdigrın lütf və məhəbbə-tindən daha artıq faydalanacaqdır.
    223-CÜ AYƏ

    نِسَآؤُكُمْ حَرْثٌ لَّكُمْ فَأْتُواْ حَرْثَكُمْ أَنَّى شِئْتُمْ وَقَدِّمُواْ لأَنفُسِكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّكُم مُّلاَقُوهُ وَبَشِّرِ الْمُؤْمِنِينَ (223)
    TƏRCÜMƏ:

    "Qadınlarınız sizin üçün əkin sahəsi kimidir. Hər vaxt istəsəniz, öz əkin sahənizə daxil ola (və onlarla yaxınlıq edə) bi-lərsiniz. (Çalışın, yaranan bu fürsətdən istifadə edib saleh öv-lad tərbiyə edərək) əvvəlcədən özünüz üçün xeyir (saleh əməl) göndə-rin. Allah qarşısında təqvalı olun və bilin ki, Ona qovuşacaq-sınız. Və möminlərə müjdə ver.”
    TƏFSİR:
    BƏŞƏR NƏSLİNİN QORUNMA VASİTƏSİ

    Bu ayədə qadınlar əkin sahəsinə təşbih edilmişdir. Bəlkə də bu təşbih və bənzətmə bəziləri üçün qeyri-adi gö-rünsün. Onlar "nə üçün islam dini bəşər cəmiyyətinin yarı-sından çoxunu təşkil edən qadınlar üçün belə bir məsəl irəli sürmüşdür?” - deyə etiraz edə bilərlər.

    Amma qeyd etməliyik ki, bu təşbihdə çox dəqiq və incə bir məsələ gizlənmişdir. Həqiqətdə Quran bu bəyanla qadın-ların insan cəmiyyətində rolunun zəruri olmasını əyani olaraq canlandırmaq istəyir və buyurur ki, qadın təkcə şəh-vət hissinin təmin edilməsi üçün deyil, həm də bəşər həya-tının davam etdirilməsi vasitəsidir.

    İnsan öz həyatını davam etdirmək üçün qidalanmaya eh-tiyaclı olduğu, digər tərəfdən də əkin əkmədən qida əldə edə bilmədiyi kimi, qadınlar olmadan da öz nəslini davam et-dirə bilməz. Buna görə də onların vücuduna zəruri və həyati ehtiyac duyur.

    Müqəddəs kitabımız belə bir ifadə ilə qadına yalnız nəfsani istək və ehtirasların təminat vasitəsi kimi ba-xanlara cavab verir və onlara bir növ xəbərdarlıq edir.

    وَقَدِّمُواْ لأَنفُسِكُمْ "Və qəddimu li ənfusikum” cümləsi həqiqətdə bu məsələni göstərir ki, intim yaxınlıqdan əsas və son məq-səd təkcə cinsi ləzzət almaq olmamalıdır. İmanlı şəxslər layiqli övladlar yetişdirib tərbiyə etmək üçün bundan isti-fadə etməli və müqəddəs bir xidmət olan təlim-tərbiyə mə-sələsini bir savab iş olaraq öz gələcəkləri (axirət) üçün mənəvi bir ehtiyata çevirməlidirlər. Quran xatırladır ki, həyat yoldaşı seçdikdə müəyyən qayda-qanunlara riayət edin ki, saleh övlad tərbiyə edib insan cəmiyyəti üçün böyük xid-mətlər edə biləsiniz.

    Peyğəmbəri-əkrəm (s)-dən nəql olunmuşdur ki, insan ölərkən onun əməl dəftəri bağlanır və artıq bundan sonra o, üç şey istisna olunmaqla, özü üçün heç bir yol azuqəsi götürə bilməz:

    1- Davamlı sədəqə; yəni insanın özündən sonra ictimai faydalara malik olan və həmişə işlədilən məscid, xəstəxa-na, mədrəsə, kitabxana və bu kimi digər şeylər qoyub getməsi.

    2- Elmi əsərlər yadigar qoyması, kitab yazıb şagird tər-biyə etməsi;

    3- Ata-ana üçün əməldə və sözdə bağışlanmaq istəyən sa-leh övlad tərbiyə edib getməsi.

    Cinsi yaxınlıq mühüm bir məsələ və insanın ən kəskin qərizəsi ilə əlaqədar olduğundan Allah-taala bu cümlə ilə insana həmin məsələdə diqqətli olmağı və ilahi göstəriş-lərə əməl etməyi tövsiyə edib Allah qarşısında təqvalı ol-mağı buyurur.

    Sonra xatırladılır ki, Qiyamət günü Pərvərdigari-aləmlə görüşərək əməllərinizin nəticəsini görəcəksiniz.

    وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّكُم مُّلاَقُوهُ

    Axırda həm maddi, həm də mənəvi səadət olan bu göstə-rişlərə təslim olan imanlı şəxslərə müjdə verib buyurur: "Və bəşşiril-muminin”, yəni möminlərə müjdə ver.
    224-CÜ AYƏ

    وَلاَ تَجْعَلُواْ اللّهَ عُرْضَةً لِّأَيْمَانِكُمْ أَن تَبَرُّواْ وَتَتَّقُواْ وَتُصْلِحُواْ بَيْنَ النَّاسِ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ (224)
    TƏRCÜMƏ:

    "Allahı öz andlarınızda dəstaviz (alət və vasitə) qərar ver-məyin. Yaxşılıq etmək, təqvalı olmaq və camaat arasında islah edə bilməyiniz üçün (and içməyin). Həqiqətən Allah eşidən və bi-ləndir.”
    TƏFSİR:

    Bir çox təfsirlərdə, o cümlədən "Məcməul-bəyan” və "Ruhul-bəyan”da da bu ayənin nazil olma səbəbi barəsində be-lə deyilir: Peyğəmbər (s)-in səhabələrindən olan Əbdüllah ibni Rəvahənin qızı ilə kürəkəni arasında ixtilaf yaran-dı. O, and içdi ki, onların ixtilafını həll etmək üçün bu işə əsla dəxalət etməyəcək. Yuxarıdakı ayə nazil olaraq bu cür andları qadağan etdi.

    "Əyman” kəlməsi "yəmin” kəlməsinin cəm forması olub and içmək mənasına, "ürzə” isə nümayiş və mane qərar ver-mək mənasındadır.
    İNCƏ NÖQTƏLƏR:

    1- İnsan yaxşı işlər və xeyirxah əməlləri tərk edəcə-yinə and içməməlidir.

    2- And içməyin məsuliyyətindən qaçmaq üçün bəhanə gə-tirməyin və bu yolla da xeyir işləri və onun mükafatlarını əldən verməyin.

    3- Hər bir şeydə Allah və Onun sair müqəddəs adların-dan istifadə etməyin. Bu cür işlər bir növ ədəbsizlikdir.

    4- İmam Sadiq (ə) buyurur: "Allaha and içməyin – istər düz olsun, istərsə də yalan.”[29]

    5- Yüksək dəyərlər və xeyir işlər heç vaxt tərk olunma-malıdır.

    6- Ayıq olun ki, Allah-taala sizin danışıqlarınızı eşidir, hətta demədiklərinizi də bilir. Danışıq və fi-kirlərinizə diqqət edin.

    7- Cəmiyyətdə düzgün istiqamətdə islahat işləri apar-maq, yaxşılıq və təqvaya riayət etmək dəyərli bir əməldir və bunlar Allahın müqəddəs adına and içməyi bəhanə etməklə tərk olunmamalıdır. Ümumiyyətlə, bu işlərin dəyərini nə-zərə almaqla, bu cür andların batil olması məlum məsələ-dir.
    225-Cİ AYƏ

    لاَّ يُؤَاخِذُكُمُ اللّهُ بِاللَّغْوِ فِيَ أَيْمَانِكُمْ وَلَكِن يُؤَاخِذُكُم بِمَا كَسَبَتْ قُلُوبُكُمْ وَاللّهُ غَفُورٌ حَلِيمٌ (225)
    TƏRCÜMƏ:

    "Allah, (sizi) səhvən içdiyiniz andlara görə cəzalandırmaya-caqdır, amma qəlblərinizin kəsb etdiyi şeylər (iradə və ixtiyar üzündən etdiyiniz andlar) səbəbi ilə cəzalandıracaq. Allah bağış-layan və həlimdir (bəndələri günahlarına görə cəzalandırmağa tələsməyəndir).”
    TƏFSİR:

    Diqqətsizlik ucbatından, yaxud qəzəblənərək fikir və iradə olmadan, habelə tələsmək, çox danışmaq vasitəsilə təsadüfən and içməyin həqiqi dəyəri yoxdur. İnsan yalnız o andlar müqabilində məsuliyyət daşıyır ki, diqqətli olduğu halda müəyyən bir faydalı işi görmək üçün Allahın müqəd-dəs adlarına and içsin. Bu qəbildən olan andların yerinə yetirilməsi şəri cəhətdən vacibdir və təbiidir ki, onu pozmaq və ona əməl etməmək də haramdır. Pozulduğu surətdə isə ona kəffarə vacib olur. "Maidə” surəsinin 89-cu ayəsin-də bəyan olunduğu kimi, bu kəffarə on nəfər fəqirə təam ver-mək, yaxud onları geyimlə təmin etmək, yaxud bir qul azad et-mək və bunlara imkanı çatmadığı təqdirdə isə, üç gün oruc tutmaqdır.
    İNCƏ NÖQTƏLƏR:

    1- İnsan öz iradə və ixtiyarı ilə gördüyü işlər müqa-bilində məsuliyyət daşıyır.

    2- Allah-taala insanın, ixtiyarsız halda baş verən xə-talarını bağışlayır.
    226-227-Cİ AYƏLƏR

    لِّلَّذِينَ يُؤْلُونَ مِن نِّسَآئِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ فَإِنْ فَآؤُوا فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ (226) وَإِنْ عَزَمُواْ الطَّلاَقَ فَإِنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ (227)
    TƏRCÜMƏ:

    226- "Öz zövcələrini iyla edən şəxslər (iyla - öz zövcəsi ilə cinsi yaxınlıq etməməyə dair and içmək) dörd ay gözləməlidir. (O, bu dörd ay ərzində onlarla həyat sürmək, yaxud təlaq vermək barə-sində qəti qərara gəlməlidir.) Əgər (bu müddətdə) qayıtsalar, (on-lara heç bir günah yoxdur,) çünki Allah bağışlayan və mehriban-dır.”

    227- "Əgər boşanmaq barədə qəti qərara gəlsəniz (müəyyən şərtlər daxilində bu işin eybi yoxdur), Allah eşidən və bilən-dir.”
    TƏFSİR:
    CAHİLİYYƏT DÖVRÜNƏ XAS OLAN ADƏT-ƏNƏNƏLƏRİN LƏĞV EDİLMƏSİ

    Cahiliyyət dövründə və eləcə də təlaq hökmü verilənə qədər müsəlmanlar arasında mövcud olan məsələlərdən biri də ər-arvad münasibətlərinə son qoyulması barədə and içmək idi. Buna iyla deyilirdi.

    Cahiliyyət dövründə bir kişinin öz arvadından acığı gəlirdisə, onunla bir yataqda yatmayacağına and içir, belə-liklə də bu qeyri-insani yolla öz həyat yoldaşını təzyiqə mə-ruz qoyurdu. Onu, azad olub ürəyi istəyən şəxslə ailə qurması və öz arzularına çatması üçün nə rəsmi şəkildə boşayır və nə də and içdiyinə görə barışıb onunla bir qanuni həyat yoldaşı kimi rəftar edirdi.

    Yuxarıdakı ayə islamın bu barədəki göstərişlərini bəyan edərək ərə dörd ay müddətində möhlət verir ki, ya qadı-na bu çətinlik və ruhi narahatlıqdan nicat versin, ya öz an-dını geri götürsün və onunla həyatını davam etdirsin və ya-xud da rəsmi şəkildə təlaq verərək onu boşasın.

    Birinci yol ailəni dağıtmamaqdır; şübhəsiz bu yol əq-lin bəyəndiyi və Pərvərdigarın razı olduğu işlərdən oldu-ğu üçün, ayənin axırında buyurulur: فَإِنْ فَآؤُوا فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ
    فَإِنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ "fə nnəllahə ğəfurun rəhim” cümləsi göstə-rir ki, bu andın geri götürülməsinin heç bir günahı yox-dur. Buradan da aydın olur ki, and içmək ümumiyyətlə çox da bəyənilən bir iş deyildir.

    Amma əgər ayrılmaq barəsində qəti qərara gəlsələr və kişi öz arvadına təlaq versə, bu halda ilahi məğfirətin olması dəqiq məlum deyildir. Bütün sirlərdən agah olan Allah, kişinin həmin qanundan sui-istifadə edərək bu işi nəfsani istəklər üzündən və ya zərurətin tələbi olaraq etdiyini daha yaxşı bilir. Pərvərdigari-aləm zahiri təlaq qanununun əsil amilindən xəbərdardır. Buna görə də axırda buyurulur: وَإِنْ عَزَمُواْ الطَّلاَقَ فَإِنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ

    "Əgər qəti qərara gəlsəniz, həqiqətən Allah eşidən və bilən-dir.”

    Amma diqqət yetirmək lazımdır ki, islamın "iyla” hök-münü tamamilə ləğv etməməsinə baxmayaraq, gerçəkdə onun tə-sirlərini aradan aparması aydın məsələdir. Çünki islam dini heç bir kəsə icazə vermir ki, ailə münasibətlərini tərk etməyə dair and içməklə həyat yoldaşından ayrılsın. İy-la edən şəxs üçün müəyyən qayda-qanunlar nəzərdə tutulmasına baxmayaraq, o, ailə hüququnun tamamilə aradan getməsinə səbəb olmaz. Qeyd etmək lazımdır ki, bu məsələ qüvvədə olduğu təqdirdə də bir and içməklə ailə həyatının dağılmasını de-yil, onun müddətinin şəri bir vacib kimi dörd aydan çox olmamasını çatdırmaq üçündür. Əlbəttə, əgər qadın bu müd-dət ərzində günaha düşməzsə, bu hökm öz yerindədir. Əks halda, xüsusilə günaha düşmək ehtimalı çox olan cavan qadınlarda, onların cinsi ehtiyacı təmin olunsun deyə, bu fasilə müddəti həddindən artıq qədər az olmalıdır.
    İNCƏ NÖQTƏLƏR:

    1- Xurafat və mövhumat xarakterli adət-ənənələrin ləğv edilməsi peyğəmbərlərin əsas vəzifələrindən biridir.

    2- Həyat yoldaşının ruhi və cinsi ehtiyaclarına, eləcə də sair hüquqlarına diqqət yetirmək ümumi bir qanundur.

    3- İnsan bəzən yaramaz işlər üçün də ən müqəddəs adla-rı bəhanə edir.

    4- Fərdlərin yanlış fikirlərindən dönüb, əql və məs-ləhət əsasında qərara gəlməsi üçün müəyyən qədər fürsət la-zımdır.

    5- İslam dini məzlumların himayəçisidir. Qadın ta-rix boyu müxtəlif zülmlərə məruz qalmış və daim onların hüquqları tapdalanmışdır. Odur ki, Quran müxtəlif ayə-lərdə onları himayə edir.

    6- İnsanları sağlam həyata təşviq etmək lazımdır.

    فَإِنْ فَآؤُوا فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ "Fə in fau fə innəllahə ğəfurun rə-him” cümləsi insanları sağlam həyata qayıdaraq ilahi rəh-mət qazanmaq və məğfirət əldə etməyə dəvət edir.

    7- İslam, tam təəssüf və çarəsizliklə təlaq və boşan-mağı qanuni hesab edir, lakin həyat yoldaşını mənfi müna-sibətlərlə asılı vəziyyətdə saxlamağı qəbul etmir.

    8- Qadın həyatını puç edən və nəfsani istəklər üzündən olan fikir və qərarlardan uzaq olmaq lazımdır. Allah-ta-ala eşidən və biləndir
    Category: Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 1218 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024