İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    228-Cİ AYƏ

    وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلاَثَةَ قُرُوَءٍ وَلاَ يَحِلُّ لَهُنَّ أَن يَكْتُمْنَ مَا خَلَقَ اللّهُ فِي أَرْحَامِهِنَّ إِن كُنَّ يُؤْمِنَّ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَلِكَ إِنْ أَرَادُواْ إِصْلاَحًا وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ وَاللّهُ عَزِيزٌ حَكُيمٌ (228)
    TƏRCÜMƏ:

    "Təlaq verilmiş qadınlar üç paklıq müddətinə qədər gözlə-sinlər (və təlaqdan sonra üç dəfə heyz olub ondan təmizlənənə qədər iddə saxlasınlar və başqa ərə getməsinlər). Əgər Allaha və Qiya-mət gününə imanları varsa, Allahın onların bətnində yaratdı-ğını gizlətmələri halal deyildir. (Doğuş vaxtına qədər gözləmə-lidirlər.) Və bu müddət ərzində öz ərləri onlara qayıtmaqda (və ər-arvadlıq münasibətlərini yenidən bərqərar etməkdə) başqaların-dan daha irəlidirlər, əgər (doğrudan da) islah etmək istəyirlərsə; qadınlar üçün öhdələrinə qoyulan vəzifələr kimi, layiqli hüquqlar qərar verilmişdir. Kişilərin onlardan müəyyən üstünlükləri vardır və Allah qüdrətli və hikmətlidir.”
    TƏFSİR:

    Əvvəlki ayədə söhbət təlaqdan gedirdi. Bu ayədə isə tə-laqla əlaqədar olan beş hökm bəyan olunmuşdur. Əvvəlcə id-də barəsində belə buyurulur: "Təlaq verilmiş qadınlar üç dəfə pak oluncaya qədər gözləməlidirlər.”وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلاَثَةَ قُرُوَءٍ

    Bu ayədəki "qüru” qadının paklıq günləri mənasını daşıyır. Təlaq, ərin öz arvadı ilə yaxınlıq etmədiyi paklıq dövründə verilmədir. Bu, birinci paklıq hesab olunur. On-dan sonra iki dəfə heyz görüb pak olsa, üçüncü paklığın ta-mam olması və adət günlərinin başlaması ilə eyni zamanda iddə tamam olur. Həmin halda qadının başqa kişiyə ərə get-məsi caizdir.

    İkinci hökm budur ki, Allahın onların bətnində ya-ratdığı şeyləri gizlətmələri halal deyildir – əgər Allaha və Qiyamət gününə imanları vardırsa.

    وَلاَ يَحِلُّ لَهُنَّ أَن يَكْتُمْنَ مَا خَلَقَ اللّهُ فِي أَرْحَامِهِنَّ إِن كُنَّ يُؤْمِنَّ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ

    Diqqət yetirilməli məsələ budur ki, iddə günlərinin başlanğıcı qadınların öz öhdələrinə qoyulmuşdur (bunu yalnız onlar bilirlər) və onların sözləri mötəbər sayılır.

    Ayədən məlum olan üçüncü hökm də budur ki, ərin "rici təlaq” iddəsində öz arvadına qayıtmağa (və yeni bir əqd olma-dan ailə münasibətlərini davam etdirməyə) haqqı vardır. Ayədə buyurulur ki, qadınların həyat yoldaşları bu müddət ərzində onlara qayıtmaqda və ər-arvadlıq münasibətini yeni-dən bərpa etməkdə başqalarından daha üstündürlər. Əgər barışmaq istəsələr: إِنْ أَرَادُواْ إِصْلاَحًا

    "Rici təlaq” iddəsində olan qadının əri heç bir maneə olmadan onunla ailə münasibətlərini yenidən bərqərar edə bilər. Bu da ərin, boşamaq fikrindən dönməsini çatdıran hər hansı bir sözlə, yaxud əməllə gerçəkləşir.

    Ayədə daha sonra dördüncü hökm bəyan edilərək buyuru-lur: Qadınlar üçün onların öhdələrində olan vəzifələr ki-mi, layiqli hüquqlar da qərar verilmişdir və burada kişi-lər müəyyən üstünlüklərə malikdir.

    وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ

    Buna əsasən, qadının üzərində kişiyə qarşı müəyyən hü-quqlar qoyulduğu kimi, kişilərin də qadınlara qarşı müəy-yən hüquqları vardır və onların hər biri həmin hüquqlara riayət etməlidir.

    Qadınla kişi arasında olan fiziki, ruhi və digər xü-susiyyət fərqləri əsas götürülərək ailənin idarə olunması kişinin, ona köməkçilik vəzifəsi isə qadının öhdəsinə qo-yulmuşdur. Bununla yanaşı, hər hansı bir qadının mənəvi, elmi və digər cəhətlərdən kişilərdən üstün olmasının heç bir maneəsi yoxdur.

    Məntiqi, ağlasığan və yaxşı iş mənasında olan "mə-ruf” kəlməsi bu qəbildən olan ayələrdə on iki dəfə təkrar olunmuşdur. Bu da kişi və qadınlara bir növ xəbərdarlıq edir ki, heç vaxt öz hüquqlarından sui-istifadə etməsinlər, bir-birinin hüquqlarına ehtiramla yanaşaraq ər-arvad münasibətlərinin möhkəmləndirilməsinə və ilahi razı-lığın əldə olunmasına çalışsınlar.

    Ayənin axırında isə buyurulur: "Allah qüdrətli və hik-mətlidir.” وَاللّهُ عَزِيزٌ حَكُيم

    Deməli, ilahi hikmət və tədbir tələb edir ki, hər bir kəs, yaradılış qanununun onun üçün təyin etdiyi və onun fi-ziki vəziyyəti və ruhiyyəsi ilə müvafiq olan ictimai vəzifə-ləri yerinə yetirsin. Allahın hikmət və ədaləti də tələb edir ki, qadınlar, onların öhdəsinə qoyulan vəzifələr müqa-bilində müəyyən hüquqlara malik olsunlar, bununla da vəzifə ilə hüquqlar arasındakı tarazlıq bərqərar edilsin.
    229-CU AYƏ

    الطَّلاَقُ مَرَّتَانِ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ وَلاَ يَحِلُّ لَكُمْ أَن تَأْخُذُواْ مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا إِلاَّ أَن يَخَافَا أَلاَّ يُقِيمَا حُدُودَ اللّهِ فَإِنْ خِفْتُمْ أَلاَّ يُقِيمَا حُدُودَ اللّهِ فَلاَ جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ تِلْكَ حُدُودُ اللّهِ فَلاَ تَعْتَدُوهَا وَمَن يَتَعَدَّ حُدُودَ اللّهِ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ (229)
    TƏRCÜMƏ:

    "(Qayıtmaq hüququ olan) təlaq iki dəfədir: (və hər iki dəfədə də) ya layiqli şəkildə öz həyat yoldaşını saxlamalı (və barışıq etməli), yaxud onu yaxşı tərzdə yola salmalıdır (və ondan ayrıl-malıdır). Sizin üçün qadınlarınıza verdiyiniz şeyi (mehriyyə-ni) geri almağınız halal deyildir. Amma əgər siz (ər-arvad) ilahi hədd-hüdudların riayət olunmayacağından qorxsanız, qadının fidyə verməklə azad olmasının (və təlaq almasının) heç bir eybi yoxdur. Bunlar ilahi hədd-hüdudlardır, onu aşmayın. Hər kəs o hədd-hüduddan keçsə, zalımlardandır.”
    TƏFSİR:

    Bir qadın Peyğəmbər (s)-in zövcələrindən birinin yanı-na gəlib ərindən şikayət edərək dedi: Ərim mənə zərər və ziyana salmaq üçün vaxtaşırı təlaq verib sonra qayıdır.

    Cahiliyyət dövründə kişinin öz həyat yoldaşına, hətta min dəfə olsun belə, təlaq verib sonradan qayıtmağa haqqı var idi və bu işdə heç bir məhdudiyyət yox idi. Bu şikayət Peyğəmbərə çatdırılan zaman yuxarıdakı ayə nazil oldu və üç dəfədən artıq təlaq vermək qadağan edildi.

    Əvvəlki ayədə qeyd olundu ki, iddə və rücu (qayıtmaq) qanu-nu ailənin islah olunması və boşanma hallarının qarşı-sını almaq üçündür. Amma islamı təzə qəbul edən bəzi şəxslər cahiliyyət dövrünün adətlərinə əsasən, həmin hökm-dən sui-istifadə edir, öz arvadlarına təzyiq göstərmək üçün onlara vaxtaşırı təlaq verir və sonradan barışırdılar. Həmin ayə nazil olduqdan sonra bu çirkin və yaramaz əməl qa-dağan edildi.

    Ayədə buyurulur ki, qayıtmaq haqqı olan təlaq iki dəfə-dir və bu da ayrı-ayrı yerlərdə və ayrı-ayrı adamların işti-rakı ilə baş verməlidir.

    Sonra buyurulur: Bu iki dəfədən hər birində kişi öz həyat yoldaşını ya layiqli surətdə saxlayaraq onunla barış-malı, ya da onu gözəl şəkildə yola salaraq birdəfəlik ayrıl-malıdır: فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ

    Buna əsasən, üçüncü dəfə təlaq verdikdən sonra kişi-nin qayıtmaq haqqı yoxdur. Yəni iki dəfə təlaq verib son-radan barışarsa, üçüncü dəfə bu iş birdəfəlik sona yetir.

    "Yaxşı və gözəl şəkildə ayrılmaq”dan məqsəd budur ki, ki-şi o qadının bütün hüquqlarını təmin etməli, ayrılıqdan sonra onun arxasınca nalayiq, münasib olmayan sözlər da-nışmamalı, həmçinin camaatda ona qarşı bədbinlik yarat-mamalıdır ki, o, yenidən ərə gedə bilsin. Buna əsasən, ayrı-lıq da ehsan, xoş məram və hüsnü-niyyətlə yanaşı olmalı-dır.

    Ayənin davamında buyurulur: "Sizin üçün onlara verdiyi-nizdən (mehriyyədən) bir şey almağınız halal deyildir.”

    وَلاَ يَحِلُّ لَكُمْ أَن تَأْخُذُواْ مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا

    Buna əsasən kişi, ayrılan zaman arvadına mehriyyə kimi verdiyi şeyləri geri ala bilməz.

    Ayənin davamında "xül” təlaqına işarə edilərək buyu-rulur ki, yalnız bir halda mehriyyənin geri alınmasının eybi yoxdur: o da qadının öz əri ilə yaşamağa razı olmadığı, ərin də ailə münasibətlərinin davam etdiriləcəyi təqdirdə Allahın təyin etdiyi qanunlara riayət olunmayacağından qorxduğu haldır. إِلاَّ أَن يَخَافَا أَلاَّ يُقِيمَا حُدُودَ اللّهِ

    Sonra buyurulur: Əgər ilahi hədd-hüduda riayət olun-mayacağından qorxsanız, onda arvadın fidyə verib təlaq al-masının heç bir günahı yoxdur.

    فَإِنْ خِفْتُمْ أَلاَّ يُقِيمَا حُدُودَ اللّهِ فَلاَ جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ

    Burada ayrılığın səbəbkarı qadın olduğu üçün bu işin cəriməsini də məhz o verməli, sonradan istədiyi kişi ilə ailə qurmalıdır ki, əvvəlki əri də onun qaytardığı mehriyyə ilə yenidən evlənə bilsin.

    Axırda bu ayədə bəyan olunan bütün hökmlər nəzərdə tu-tularaq buyurulur: Bunlar Allah-taalanın təyin etdiyi hədd-hüdudlardır, bu həddi aşmayın. Hədd-hüdudu aşanlar yal-nız zülmkarlardır.
    İNCƏ NÖQTƏLƏR:

    1- Təlaqın sayı izdivacın sayı əsasındadır. Yəni hər təlaqdan əvvəl bir izdivac olmalıdır. Bir kəs eyni bir vaxtda "mən üç təlaq verdim” deyərsə, həqiqətdə bir təlaq ver-miş olur. Çünki bu təlaq yalnız bir izdivacın hökmünü aradan aparır.[30] Buna görə də Əhli-beyt (ə)-ın fiqhinə əsa-sən, təlaq bir neçə mərhələdə baş verməli və hər təlaqdan əvvəl də bir izdivac olmalıdır. Bu məsələnin, bir çox ayələ-rin zahiri mənasından düşünülməsindən əlavə, məsləhətə də tam uyğundur. Belə ki, ailə münasibətlərinin bir yığın-caqda və sadəcə bir qərarla həmişəlik pozulması əsla məs-ləhətə uyğun deyildir.

    2- Kişi ailənin məişət xərclərini, qadın isə onun cinsi ehtiyaclarını təmin etməlidir. Bu, Allah-taalanın təyin etdiyi hədd-hüduddur.

    3- Qanunu pozanlar zalımdırlar:

    وَمَن يَتَعَدَّ حُدُودَ اللّهِ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ
    230-CU AYƏ

    فَإِن طَلَّقَهَا فَلاَ تَحِلُّ لَهُ مِن بَعْدُ حَتَّىَ تَنكِحَ زَوْجًا غَيْرَهُ فَإِن طَلَّقَهَا فَلاَ جُنَاحَ عَلَيْهِمَا أَن يَتَرَاجَعَا إِن ظَنَّا أَن يُقِيمَا حُدُودَ اللّهِ وَتِلْكَ حُدُودُ اللّهِ يُبَيِّنُهَا لِقَوْمٍ يَعْلَمُونَ (230)
    TƏRCÜMƏ:

    "Əgər (kişi öz arvadına iki dəfə təlaq verib, hər dəfə də qa-yıtdıqdan sonra bir daha ona) təlaq versə, ondan sonra qadın ona halal olmayacaqdır. Amma əgər (həmin qadın) başqa ərə gedərsə (və ikinci əri də onunla cinsi yaxınlıq edərsə, bu halda) ikinci əri ona təlaq versə, (yalnız bundan sonra) qayıtmasının (və qadının əvvəlki əri ilə yenidən izdivac etməsinin) heç bir günahı yoxdur. Bu şərtlə ki, onlar ilahi hüdudları möhtərəm sayacaqlarına ümidvar olsunlar. Bunlar ilahi hədd-hüdudlardır ki, (Allah) onu hər bir agah şəxs üçün bəyan edir.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Bir qadın Peyğəmbəri-əkrəm (s)-in hüzuruna gəlib dedi: "Mən əmim oğlu Rəfaənin həyat yoldaşı idim. O mənə üç də-fə təlaq verdi. Mən ondan ayrıldıqdan sonra Əbdürrəhman adlı bir kişi ilə ailə qurdum. Təsadüfən o da mənə təlaq verdi. Amma bu müddət ərzində mənimlə yaxınlıq etməmiş-di. İndi mən yenidən əvvəlki ərimlə ailə qura bilərəmmi?”

    Həzrət mənfi cavab verərək buyurdu: "Birinci ərinlə ailə qurmağın o vaxt düzgün olar ki, ikinci ərinlə cinsi ya-xınlıq etmiş olasan.” Sonra bu ayə nazil oldu.
    TƏFSİR:

    Əvvəlki ayədə qısa şəkildə bəyan olundu ki, ikinci tə-laqdan sonra qadınla kişi ya mehribanlıq və barışıq yolu-nu seçməli, ya da həmişəlik olaraq bir-birindən ayrılma-lıdırlar. Bu ayə də bir növ onu təkmil edərək buyurur ki, ay-rılmağa dair verilən hökm həmişəlikdir. Amma əgər qa-dın başqa ərə gedib onunla yaxınlıq etdikdən sonra təlaq alsa, yalnız bu halda birinci əri ilə yenidən ailə qura bi-lər. Bu şərtlə ki, mehribanlıq və səfa-səmimiyyətdə yaşaya-caqlarına ümidləri olsun və Allahın təyin etdiyi hədd-hü-dudu möhtərəm saysınlar. Bu halda onların yenidən ailə qur-masının heç bir maneəsi yoxdur.
    İNCƏ NÖQTƏLƏR:

    1- Kişilər onlara verilən ixtiyarlardan sui-istifadə etməməli və bilməlidirlər ki, mütləq şəkildə azad və tam ixtiyar sahibi deyillər. İmam Riza (ə)-dan belə bir rəvayət


    nəql olunmuşdur: "Təlaqı yüngül saymayın və öz qadınlarınıza zərər yetirməyin.”[31]

    2- Allahın müəyyən etdiyi hikmət və sirlərin həqiqəti-ni hamı bilmədiyi üçün, bəlkə də bu göstərişlər bəziləri-nə qəribə görünə bilər. Amma bu qanunların sirləri bəzi agah şəxslərə tam aydındır. Adi camaat əmr və göstərişlə-rin zahirini, agah insanlar isə onun əsl mənasını dərk edirlər: لِقَوْمٍ يَعْلَمُونَ

    3- Müsəlmanlar bilməlidir ki, Allahın hədd-hüdud-ları təkcə namaz, zəkat, həcc, cihad və sair ilə bitmir, ailə məsələlərinə riayət edilməsi də ilahi hədd-hüdudlardan sayılır.
    231-Cİ AYƏ

    وَإِذَا طَلَّقْتُمُ النَّسَاء فَبَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍ وَلاَ تُمْسِكُوهُنَّ ضِرَارًا لَّتَعْتَدُواْ وَمَن يَفْعَلْ ذَلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُ وَلاَ تَتَّخِذُوَاْ آيَاتِ اللّهِ هُزُوًا وَاذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ وَمَا أَنزَلَ عَلَيْكُمْ مِّنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُم بِهِ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ (231)
    TƏRCÜMƏ:

    "Öz qadınlarınıza təlaq verdiyiniz zaman iddələri sona ça-tarkən onları ya lazımi şəkildə saxlayın (və barışın), ya da la-yiqli şəkildə yola salın. Heç vaxt (onlara) ziyan vermək və hüquq-larını tapdalamaq məqsədi ilə barışmayın. Əgər bir kəs belə edərsə, özünə zülm etmişdir. Və (bu əməllə və qanunlardan sui-is-tifadə etməklə) Allahın ayələrinə istehza etməyin. Allahın sizə verdiyi nemətləri, səmavi kitabı və sizə nazil etdiyi elmi xatırlayın ki, onlarla sizə nəsihət verir. Allah qarşısında təqvalı olun və bilin ki, Allah hər şeydən (ilahi qanunlardan sui-istifadə edənlərin niyyətindən) agahdır.”
    TƏFSİR:

    Keçən ayələrin davamında bu ayə islamın təlaq barəsin-də qoyduğu qanunlardakı məhdudiyyəti bəyan edərək buyurur ki, qadın hüquqlarının tapdalanmasının və ona qarşı hörmət-sizlik edilməsinin qarşısı alınmalıdır. فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ

    Ayədə buyurulur ki, iddə müddəti axıra çatmayınca (hət-ta axırıncı gün olsa belə), kişinin öz həyat yoldaşı ilə barışaraq səmimi həyat sürməyə və ya şəraiti münasib gör-mədikdə boşamağa fürsəti vardır: أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍ

    Amma o, diqqət yetirməlidir ki, qayıtmaq və ya ayrılma-ğın hər biri xoş niyyət və yaxşılıqla yanaşı, eyni zamanda intiqamçılıq hissindən uzaq olmalıdır.

    وَلاَ تُمْسِكُوهُنَّ ضِرَارًا لَّتَعْتَدُواْ وَمَن يَفْعَلْ ذَلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُ

    Bu cümlə "məruf” kəlməsini təfsir edir. Yəni qayıt-maq səfa-səmimiyyət əsasında olmalıdır. Cahiliyyət dövrün-də təlaq verib sonra qayıtmaq intiqamçılıq məqsədi güddü-yündən, ayədə qətiyyətlə buyurulur: Qadının saxlanması ər-ar-vad münasibətləri çərçivəsində olmalı, ona əzab-əziyyət ve-rilməsi və ya haqqının tapdalanması məqsədi güdməməli-dir. Əks halda bu iş, ona zülm olmaqla yanaşı, həm də insa-nın özünə etdiyi zülm sayılır. Səbəbi də, haqqın tapdalan-ması əsasında olan qayıtmağın heç bir asayiş və aramlıq gə-tirməməsidir. Quran nəzərindən qadın və kişi xilqətin ayrılmaz hissələri olduğundan, qadın hüquqlarının tapda-lanması insanın bir növ özünə etdiyi zülmdür.

    Başqasına zülm edən şəxs həqiqətdə özünü ilahi cəzaya layiq edir və özünə zülm etmiş olur.
    İLAHİ QANUNLARI MƏSXƏRƏ ETMƏYİN!

    وَلاَ تَتَّخِذُوَاْ آيَاتِ اللّهِ هُزُوًا وَاذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ وَمَا أَنزَلَ عَلَيْكُمْ مِّنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُم بِهِ

    "Hüzüv” kəlməsi "məsxərə etmək” mənasındadır. Adətən, bəzi şəxslər minlərlə çirkin iş və yaramaz əməllərə qur-şanır, amma vicdan əzabından qurtarmaq və ilahi cəzalar-dan qaçmaq üçün müəyyən hiylələrə, fırıldaqlara əl ataraq əməllərinə bəraət qazandırır, ilahi hökm və ayələrin zahi-rinə istinad edirlər. Quran da bu üslubu ilahi qanun və ayə-lərin istehza olunması hesab edir. Qeyd etmək lazımdır ki, bu cür yanlış və azğın fikirlərin qarşısını almaq üçün çoxlu hökmlər mövcuddur. Onlardan biri də təlaqdır. Ki-şiyə qayıtmaq haqqı verilməsinin səbəbi izdivacı mümkün qədər möhkəmləndirməkdir. Amma bəziləri bundan sui-is-tifadə edərək qadına əzab-əziyyət vermək, ondan intiqam al-maq istəyirlər. Qanuna əməl etmək adı altında öz zülmkarlıq əməllərini və əsl simalarını gizlədirlər. Bu da Quran və onun qanunlarının istehza edilməsidir.

    Yuxarıdakı ayədə buyurulur: Allahın ayələrini ələ sal-mayın və sizin səadətiniz üçün gələn bu böyük ayini və ilahi nemət olan asimani kitabı yad edin.

    Dünyanın sabit nizamından qaynaqlanan dini qanunlar məcmuəsi insanların həqiqi məsləhətlərini nəzərə almaq məqsədi ilə verilmişdir. Buna görə də məsləhətləri bəha-nə etmək və hökmlərin zahirinə əl atmaqla ruhsuz qəliblər düzəltməyin, əks halda həm sizin mənafeyiniz xətərə düşər, həm də ilahi ayələri məsxərə etmiş olarsınız:

    وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

    Ayənin axırında qadın hüququnu müdafiə etmək və ila-hi hökmlərdən sui-istifadə edilməsinin qarşısını almaq üçün xatırladılır ki, Allah qarşısında təqvalı olun və bilin ki, O, sizin bütün işlərinizdən, eləcə də dünyanın bütün sirlərindən agahdır.
    232-Cİ AYƏ

    وَإِذَا طَلَّقْتُمُ النِّسَاء فَبَلَغْنَ أَجَلَهُنَّ فَلاَ تَعْضُلُوهُنَّ أَن يَنكِحْنَ أَزْوَاجَهُنَّ إِذَا تَرَاضَوْاْ بَيْنَهُم بِالْمَعْرُوفِ ذَلِكَ يُوعَظُ بِهِ مَن كَانَ مِنكُمْ يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ ذَلِكُمْ أَزْكَى لَكُمْ وَأَطْهَرُ وَاللّهُ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ (232)
    TƏRCÜMƏ:

    "Qadınlarınıza təlaq verdiyiniz zaman iddələri sona çat-dıqda əvvəlki ərləri ilə izdivac etmələrinə – əgər aralarında mü-nasib razılıq olarsa – mane olmayın. Bu elə bir göstərişdir ki, yalnız Allaha və Qiyamət gününə imanlı olan şəxslər ondan ib-rət alırlar (və ona əməl edirlər). (Bu göstərişlər) sizin ailələ-rinizin inkişafı üçün daha təsirli, aludəlikləri yumaq üçün daha faydalıdır. Allah bilir, siz isə bilmirsiniz.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Peyğəmbər səhabələrindən biri olan Məqəl ibni Yəsar, öz bacısı Cəmlanın əvvəlki əri ilə yenidən izdivac etməsi-nə qarşı çıxmışdı. Cəmlanın əvvəlki əri Asim ibni Üdeyy ona təlaq vermişdi. Hər ikisi iddə tamam olduqdan sonra ye-nidən evlənmək istəyirdi. Yuxarıdakı ayə nazil olaraq onu belə bir izdivaca qarşı çıxmaqdan çəkindirdi.

    Bu ayənin, Cabir ibni Əbdüllahın öz əmisi qızının əvvəlki əri ilə yenidən izdivac etməsinə müxalifət etdiyi zaman nazil olması da qeyd edilmişdir. Bəlkə də cahiliyyət dövründə qadının yaxın adamlarına belə bir haqq verilir-di.

    Şiə fiqhində qardaşın bacı, eləcə də əmi oğlunun əmi qızı üzərində heç bir qəyyumluq haqqı yoxdur. Amma təf-sirdə görəcəyiniz kimi, bu ayə qəyyum və qeyri-qəyyum barəsində ümumi bir hökm verərək bəyan edir ki, ata, ana, əmi oğlu və sair şəxslərin belə bir izdivacla müxalifət etməyə haqqı yoxdur.
    TƏFSİR:
    DİGƏR BİR YANLIŞ ADƏTİN LƏĞV EDİLMƏSİ

    Əvvəldə qeyd olunduğu kimi, bir zaman qadınlar cahi-liyyət dövrünün dözülməz adət-ənələri və kişilərin kəskin zülmlərinə məruz qalırdılar. Onların arzu və istəklərinə məhəl qoyulmur, azğın kişilərin iradə və meyllərinə qeyd-siz-şərtsiz tabe olmaları tələb olunurdu.

    Bu acınacaqlı vəziyyətin bariz nümunələrindən biri də həyat yoldaşı seçmək idi: qadınların arzu və istəkləri bu işdə heç bir rol oynamırdı. Hətta qadın rəsmi şəkildə ərə gedib boşansaydı, onun ikinci dəfə ərə getməsi və ya əvvəlki əri ilə barışaraq yenidən evlənməsi də onun qəyyumlarından asılı idi. Bəzən bir-birindən ayrılmış ər-arvadın yeni-dən öz ailə həyatlarını davam etdirmək istəklərinə baxma-yaraq, onların qəyyumları öz şəxsi mənfəətləri naminə, ya-xud xurafi əqidələr səbəbilə bu işə mane olurdular.

    Quran bu adəti aşkar şəkildə məhkum edərək buyurur ki, qadının qəyyumlarının və sair şəxslərin belə bir hüqu-qu yoxdur. Çünki izdivacın iki əsas tərəfini təşkil edən qadın və kişi ayrıldıqdan sonra bir-biri ilə razılaşıb yenidən izdivac etmək qərarına gələrsə, başqalarının bu işə müxalifət və ya müdaxilə etməsinin heç bir əsası yoxdur.

    Yuxarıdakı ayədən məlum olur ki, birinci dəfə ərə ge-dib boşanan qadınlar yenidən ərə getmək istəsələr, qəyyumla-rının razılığı şərt deyildir və onların müxalifət etmə-sinin heç bir təsiri yoxdur. Amma bu ayə bakirə qızların ərə getməsində qəyyumlarının icazəsinin lazım olması ba-rəsində heç bir şey demir. (Bu məsələ fiqhi kitablarda şərh olunmuşdur.)

    Ayənin sonunda buyurulur: Sizin xeyrinizə bəyan olunan bu hökmlər Allaha və Qiyamət gününə imanlı olan şəxslərə təsir qoyur. Həmçinin göstərir ki, insan Allahpərəstlik sayəsində özünə pərəstişdən xilas olmayınca, heç vaxt öz şəxsi meyllərini nəzarət altına alıb azğınlıqdan xilas ola bilməz: "(Bu göstərişlər) sizin ailələrinizin inkişafı üçün daha təsirli, aludəlikləri yumaq üçün daha faydalıdır.”

    Bu cümlə göstərir ki, hökmlərə əməl etməyin müsbət nə-ticəsi insanın özünə qayıdır. Amma ola bilsin ki, onlar məlumatsızlıq ucbatından hökmlərin səbəb və fəlsəfəsin-dən agah olmasınlar. Bütün sirlərdən agah olan Allah bu göstərişləri məhz sizin mənafeyinizin qorunması, ailələ-rin pak-pakizə olması üçün vermişdir.


    Diqqət yetirilməlidir ki, bu cümlədə həmin göstəriş-lərə əməl olunması həm təzkiyə (ruhun saflaşdırılması), həm də təharət (paklıq) səbəbi kimi təqdim edilmişdir. Bu-nun da mənası budur ki, bu göstərişlərə əməl olunması həm ailələrdə səhvən baş verən anlaşılmamazlığı aradan qal-dırır, həm onları paklaşıdırır, həm də inkişaf, təka-mül, xeyir-bərəkət yolunu onların üzünə açır.
    233-CÜ AYƏ

    وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلاَدَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ لِمَنْ أَرَادَ أَن يُتِمَّ الرَّضَاعَةَ وَعلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ لاَ تُكَلَّفُ نَفْسٌ إِلاَّ وُسْعَهَا لاَ تُضَآرَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلاَ مَوْلُودٌ لَّهُ بِوَلَدِهِ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَلِكَ فَإِنْ أَرَادَا فِصَالاً عَن تَرَاضٍ مِّنْهُمَا وَتَشَاوُرٍ فَلاَ جُنَاحَ عَلَيْهِمَا وَإِنْ أَرَدتُّمْ أَن تَسْتَرْضِعُواْ أَوْلاَدَكُمْ فَلاَ جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُم مَّآ آتَيْتُم بِالْمَعْرُوفِ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ (233)
    TƏRCÜMƏ:

    "Analar öz övladlarına iki il tamam süd verməlidir. (Bu hökm) o kəslər üçündür ki, südəmərlik dövrünü təkmil etmək is-təsinlər. Və övladın məxsus olduğu şəxsə (yəni ataya) ananın ye-mək və geyimini (südəmərlik dövründə, hətta bu müddətdə təlaq almış olsa belə) layiqli şəkildə təmin etmək vacibdir. Heç kəs qüdrət və bacarığından artıq iş görməyə vəzifəli deyildir. Nə ananın (uşağın atası ilə olan ixtilafı səbəbilə) uşağa zərər vurmağa haqqı vardır, nə də atanın. (Uşağın atası vəfat edərsə, bu halda) onun varisləri bu işi yerinə yetirməlidir (və ananın südvermə dövründəki ehtiyac və xərclərini təmin etməlidir). Əgər uşağın atası və anası bir-birinin razılıq və məşvərəti ilə uşağı (qeyd olunan müddətdən daha tez) süddən ayırmaq istəsə-lər, onlar üçün heç bir günah yoxdur. Əgər (imkansızlıq üzündən və ya ananın razılığı olmadığı təqdirdə) övlada süd verilməsi üçün dayə tutmaq istəsəniz, sizə heç bir günahı yoxdur. Bu şərt-lə ki, ananın keçmiş haqlarını layiqli şəkildə verəsiniz. Al-lahdan (Onun əmr və fərmanları ilə müxalifət etməkdən) qorxun və bilin ki, Allah sizin gördüyünüz işlərdən agahdır.”
    TƏFSİR:

    "Validə” kəlməsi lüğətdə ana mənasını ifadə edir. "Ümm” kəlməsi isə daha geniş mənaya malik olub bəzən ana-ya, bəzən nənəyə, bəzən isə hər bir şeyin kökünə deyilir.

    Quran bu ayədə körpələrə südvermə barəsində müxtəlif göstərişləri, habelə ana, övlad və atanın bu məsələ ilə əla-qədar malik olduqları müxtəlif hüquqlardan söhbət açır. Ümumiyyətlə burada yeddi göstəriş bəyan edilmişdir.
    KÖRPƏLƏRƏ SÜD VERİLMƏSİ BARƏSİNDƏ YEDDİ GÖSTƏRİŞ

    1-Ana, iki il kamil şəkildə körpəyə süd verməlidir. Bu müddət ərzində körpəyə süd verib saxlamaq ananın vəzifə-sidir. Səğir (körpə) uşaqların qəyyumu ata olmasına baxma-yaraq, bu müddət ərzində körpənin ruhi və cismi qidalan-ması ananın südü, nəvazişi, qayğı və nəvazişləri ilə qı-rılmaz surətdə əlaqəli olduğundan, onun saxlanması da ana-nın öhdəsinə qoyulmuşdur. Digər tərəfdən də, onun analıq hisslərinə hörmət qoyulmalıdır. Çünki o, belə həssas an-larda öz ağuşunu balasız görüb ona etinasız qala bilməz. Körpənin saxlanması və ona süd verilməsi ikicəhətli bir haqq olduğundan, həm övladın, həm də ananın vəziyyəti nəzərə alınmalıdır: وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلاَدَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ

    2-Südvermə müddətinin hökmən iki il olması vacib deyildir: iki il o şəxslər üçündür ki, onlar südəmərlik dövrünü kamil şəkildə başa vurmaq istəyirlər. Amma vali-deynlər körpənin vəziyyətini nəzərə alıb onun sağlamlığına riayət edərək bu müddəti azalda bilərlər. لِمَنْ أَرَادَ أَن يُتِمَّ الرَّضَاعَةَ

    Əhli-beyt (ə)-dan nəql olunan hədislərdə südəmərliyin kamil olan dövrü iki il, kamil olmayan dövrü isə iyirmi bir ay qeyd olunmuşdur. Bəlkə də bu məsələ "Əhqaf” surəsi-nin 15-ci ayəsinin yuxarıda qeyd olunan ayəyə əlavə olunması ilə məlum olur. Çünki həmin ayədə buyurulur ki, hamiləlik və südvermə dövrü otuz aydır: وَحَمْلُهُ وَفِصَالُهُ ثَلَاثُونَ شَهْرًا

    Bildiyimiz kimi hamiləlik dövrü, adətən doqquz ay olur. Buna əsasən yerdə qalan iyirmi bir ay adi südvermə müd-dəti hesab olunacaqdır.

    "Əhqaf” surəsində bu məsələ zəruri və vacib şəkildə qeyd olunmadığından, anaya, körpənin sağlamlığını nəzərə alaraq südəmərlik dövrünü 21 aydan da azaltmaq haqqı veri-lir.

    3-Südəmərlik dövründə ananın yemək və geyim xərcləri, hətta əgər təlaq almış olsa da belə, uşağın atasının öhdə-sinə qoyulur ki, ana bu müddətdə tam xatircəmlik və asudə-liklə övladına süd verə bilsin: وَعلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ

    Ayədə "ata” deyil, "əl-movludu ləhu” (o kəs ki, övlad ona məx-susdur) ifadəsinin gətirilməsi diqqəti cəlb edir. Bu ifadə bəlkə də ona görə gətirilmişdir ki, ataların övlad qarşı-sındakı vəzifələrini yerinə yetirməkdə atifə və atalıq duyğularını daha çox təhrik etsin. Başqa sözlə desək, südə-mərlik dövründə körpə və onun anasının xərclərinin ata-nın öhdəsinə qoyulmasının səbəbi, övladın başqa şəxslə-rin deyil, məhz onun qəlbinin meyvəsi olmasıdır.

    "Məruf” qeydinin gətirilməsi də bunu çatdırır ki, ananın yemək və geyim ehtiyacları layiqli və camaat arasında adət olan şəkildə təmin olunmalıdır. Bu barədə nə həd-dindən artıq tələbkarlıq, nə də israfçılıq caiz deyildir.

    Sonra, yarana biləcək anlaşılmazlıqların aradan qal-dırılması üçün daha artıq izahat verilir və buyurulur ki, hər ata öz imkan və qüdrəti dairəsində vəzifəlidir. Çünki Allah-taala heç kəsi, qüdrət, bacarıq və imkan dairəsindən xaric olan şeylərə vəzifəli etməmişdir. لاَ تُكَلَّفُ نَفْسٌ إِلاَّ وُسْعَهَا

    4-Ata-ana öz aralarında mənasız ixtilaf və ya dava-da-laş səbəbi ilə övladı bədbəxt edib onun ruhuna və cis-minə ağır zərbələr vura bilməzlər: لاَ تُضَآرَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلاَ مَوْلُودٌ لَّهُ بِوَلَدِهِ

    Kişilərin vəzifəsi budur ki, (südəmərlik dövründə) uşağı saxlamaq haqqını onun anasına versin və körpəni on-dan almaqla bu haqqı aradan aparmasın. Onlara bu kimi haqq verilməsi ilə yanaşı, analar da ondan sui-istifadə etmə-məli, müxtəlif yanlış və xurafi bəhanələrlə süd verməyin qarşısını almamalı, habelə kişinin öz övladının görməsinə mane olmamalıdırlar.

    5-Ata ölərsə onun vərəsələri bu vəzifəni yerinə yetirə-rək (südəmərlik dövründə) körpənin anasının maddi ehti-yaclarını təmin etməlidir وَعَلَى الْوَارِثِ مِثْلُ ذَلِكَ

    6-Uşağın süddən ayrılması ata-anaya həvalə edilir. Əvvəlki cümlələrdə uşağın südəmərlik dövrü dəqiq şəkil-də təyin olunmasına baxmayaraq, ata və ana uşağın fiziki və-ziyyətini nəzərə alaraq, məsləhət gördükləri münasib vaxtda (bir-biri ilə razılaşaraq) uşağı süddən ayıra bilərlər:

    فَإِنْ أَرَادَا فِصَالاً عَن تَرَاضٍ مِّنْهُمَا وَتَشَاوُرٍ فَلاَ جُنَاحَ عَلَيْهِمَا

    Ata və ananın razılıq və məşvərət əsasında uşağı süd-dən ayırmasının heç bir maneəsi yoxdur.

    Ana körpəyə süd verməkdə məcbur deyildir və istədiyi vaxt ona süd verməkdən imtina edə bilər. Buna baxmayaraq da-ha yaxşı olar ki, uşağın lazımi qədər inkişaf etməsi üçün bəzi işlərdə güzəştə getsin və həyat yoldaşı ilə məşvərət etməyi və qarşılıqlı razılığı hər şeydən üstün tutsun. Belə ki, ayədə qarşılıqlı razılaşma mənasına olan "tərazi” və məşvərət etmək mənasına olan "təşavür” kəlmə-lərinin mənası əməli olaraq həyata keçirilsin.

    7-Uşağı saxlamaq və ona süd vermək haqqını anadan heç bir vəchlə almaq olmaz. Amma əgər ananın özü bu işdən im-tina edərsə, yaxud onun üçün müəyyən maneələr yaranarsa, onda eybi yoxdur. Bu halda buyurulur:

    لاَ جُنَاحَ عَلَيْهِمَا وَإِنْ أَرَدتُّمْ أَن تَسْتَرْضِعُواْ أَوْلاَدَكُمْ فَلاَ جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُم مَّآ آتَيْتُم بِالْمَعْرُوفِ

    Yəni bu halda uşağı saxlamaq və ona süd verməyi müna-sib bir dayəyə həvalə edə bilərsiniz. Yaxud təkcə süd verməyi onun öhdəsinə qoya bilərsiniz ki, körpənin anasına kömək etmiş olsun. "İza səlləmtum ma atəytum bil-məruf” cümlə-sinin mənası budur ki, körpəyə süd vermək üçün ananın yerinə başqa bir şəxsin təyin olunması uşağın ata-anası-nın razılıq və məşvərəti əsasında olarsa, bu işin heç bir eybi yoxdur. Bu şərtlə ki, bu iş ananın süd verdiyi müddət-dəki haqqının aradan getməsinə səbəb olmasın və bu haqq camaat arasında mövcud olan qayda-qanunlara əsasən verilsin:

    وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

    Qadınla kişi arasındakı münasib olmayan rəftar və söz-söhbətlər bəzən onlarda intiqamçılıq hissi yaradır. Nəticədə valideynlərdən hər hansı birinin, yaxud uşağın taleyi təhlükə ilə qarşılaşdığından, onların hər biri digərinin barəsində müəyyən tədbirlərə əl atmaq fikrinə düşə bilər. Buna görə də bu hökmün axırında buyurulur: "Allahdan qorxub təqvalı olun və bilin ki, Allah sizin əməllə-rinizi görür.”
    Category: Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 860 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024