İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    260-CI AYƏ

    وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِـي الْمَوْتَى قَالَ أَوَلَمْ تُؤْمِن قَالَ بَلَى وَلَـكِن لِّيَطْمَئِنَّ قَلْبِي قَالَ فَخُذْ أَرْبَعَةً مِّنَ الطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ اجْعَلْ عَلَى كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا وَاعْلَمْ أَنَّ اللّهَ عَزِيزٌ حَكِيمٌ (260)
    TƏRCÜMƏ:

    "Və (yada sal o) zamanı ki, İbrahim dedi: "Pərvərdigara, ölü-ləri necə diriltməyini mənə göstər!” (Allah) buyurdu: "Məgər iman gətirməmisən?” (İbrahim) dedi: "Əlbəttə ki, (inanı-ram), amma qəlbimin sakitləşməsini istəyirəm.” (Allah) buyur-du: "(Belədirsə,) dörd quşu (təfsirlərə əsasən: tovuz quşu, xoruz, göyərçin və qarğa) tutub (kəsdikdən sonra) onların ətini tikə-tikə doğra (və bir-birinə qarışdır). Sonra onun hər bir hissəsi-ni bir dağın başına qoy və onları çağır. Sürətlə sənə tərəf gə-ləcəklər. Bil ki, Allah (hər bir işə) qadir və hikmət sahibidir (həm ölülərin bədən zərrələrindən agahdır, həm də onları topla-yıb diriltməyə qadirdir).”
    TƏFSİR:

    Sevimli peyğəmbərimiz həzrəti Məhəmməd (s)-dən sonra tarixin ən böyük şəxsiyyəti olan həzrət Əli (ə)-ın belə bu-yurduğu nəql olunur: "Əgər bütün pərdələr kənara çəkilsə, mə-nim yəqinliyim heç də artmaz (yəni pərdənin olub-olmamasının mənim yəqinimə heç bir təsiri yoxdur).”[37]

    Amma bütün insanlar təkcə eşitdiklərini deyil, hətta öz inandığı şeyləri də belə əyani olaraq müşahidə etmək istəyirlər. Məsələn, qəndin şəkər çuğundurundan alındığı-nı bildikləri halda, onun necə hazırlandığını da görmək istəyirlər.

    1- İnsan qəlbən xatircəm olmaq üçün həmişə öz iman və yəqin dərəcəsini yüksəltmək fikrində olmalıdır: لِّيَطْمَئِنَّ قَلْبِي

    2-Kəşf və şühud məqamına yalnız o kəslər nail ola bi-lər ki, elm, iman və istidlalın müəyyən dərəcələrini qət et-miş olsunlar.

    3- İlahi övliyaların duası bütün aləm zərrələrində təsirlidir: ثُمَّ ادْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا

    4- Məad cismanidir və Qiyamətdə ruh insanın elə bu dünyadakı bədəninin zərrələrinə qayıdacaqdır.

    261-Cİ AYƏ

    مَّثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللّهِ كَمَثَلِ حَبَّةٍ أَنبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنبُلَةٍ مِّئَةُ حَبَّةٍ وَاللّهُ يُضَاعِفُ لِمَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ (261)
    TƏRCÜMƏ:

    "Öz mal-dövlətlərini Allah yolunda infaq edənlərin məsəli yeddi sünbül cücərdən və hər sünbülündə də yüz dən olan toxumun məsəli kimidir. Allah onu istədiyi (və ləyaqəti olan) hər kəs üçün iki dəfə, yaxud bir neçə qat artırar və Allah (qüdrət və rəh-mət nəzərindən) geniş və (hər bir şeyi) biləndir.”
    TƏFSİR:

    Cəmiyyətdə yaranan sinfi ixtilaf və ziddiyyətlərin həll edilməsi üçün israf və yersiz xərclərdən uzaq olaraq infaq etmək ən yaxşı bir vasitədir. Əksinə olaraq sələmçi-liyin meydana gəlib yayılması sinfi ziddiyyətlərin yaranıb dərinləşməsinə səbəb olur. Qurani-kərimdə infaq etməyin zəruri olduğunu və sələmçiliyin qadağan edilməsini göstə-rən bütün ayələr yanaşı qeyd olunmuşdur.[38]

    Qeyd etmək lazımdır ki, yerə əkilən hər bir dəndən yed-di sünbül və hər bir sünbüldən də yüz dən əmələ gəlməsinin müəyyən şərtləri də vardır. O şərtlərdən biri də toxumun əkin üçün yararlı olması, əkildiyi yerin münbitliyi, əkin zamanının münasibliyi, inkişaf etməsi üçün şəraitin əlverişli olması və cücərdikdən sonra onun tam nəzarət altında saxlanılmasıdır. İnfaqın da bir neçə dəfə artıq səmərə verməsi müəyyən şərtlər daxilində mümkündür. On-lardan biri də infaq olunan malın halal olması, pak niy-yətlə və Allah dərgahına yaxınlaşmaq məqsədi ilə verilmə-si, düzgün şəkildə və həssas anlarda minnətsiz olaraq yoxsul və ehtiyaclı insanlara çatdırılmasıdır.
    İNCƏ NÖQTƏLƏR:

    1- Təbii misallardan istifadə edilməsi heç vaxt röv-nəqdən düşmür, hansı yaşda və şəraitdə olmasından asılı olmayaraq hər bir insan üçün dərk olunmağa qabildir.

    2- Təşviq etmək və vədə vermək hərəkət üçün ən təsirli amillərdən biridir.

    3- Allahın lütf və mərhəmətində heç bir məhdudiyyət yoxdur: وَاللّهُ يُضَاعِفُ ... وَاللّهُ وَاسِعٌ عَلِيمٌ

    4- İnfaq etmək yalnız o vaxt dəyərli iş hesab olunur ki, Allah yolunda və yalnız Onun razılığı xatirinə olsun:

    فِي سَبِيلِ اللّهِ

    5- Quran o şəxsləri tərifləyir ki, infaq onların dai-mi və adət etdikləri işlərdəndir. İndiki zaman forma-sında olan "yunfiqunə” feli də məhz bu mənanı çatdırır.

    6- Ən yaxşı misal odur ki, onun nümunəsini real həyat-da da tapmaq mümkün olsun.[39]

    7- Malın infaq edilməsi onun xeyir-bərəkətini yeddi yüz dəfəyə qədər artırırsa, onda Allah yolunda öz canların-dan keçib bu əziz və dəyərli sərmayəni infaq edənlərin mə-qam və dərəcəsi necə olar!
    262-Cİ AYƏ

    الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللّهِ ثُمَّ لاَ يُتْبِعُونَ مَا أَنفَقُواُ مَنًّا وَلاَ أَذًى لَّهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ (262)
    TƏRCÜMƏ:

    "Öz mal-dövlətlərini Allah yolunda infaq etdikdən sonra (etdikləri infaqa görə kimsəyə) minnət qoymayanların və əzab-əziyyət verməyənlərin mükafatı Allah yanındadır. Onların nə bir şeydən qorxuları vardır, nə də qəmgin olarlar.”

    TƏFSİR:
    HANSI İNFAQ DAHA DƏYƏRLİDİR?

    Əvvəlki ayədə Allah yolunda infaq etməyin əhəmiyyəti ümumi şəkildə bəyan edildi. Bu ayədə isə onun bəzi şərtlə-ri qeyd olunaraq buyurulur: Öz mal-dövlətlərini Allah yo-lunda infaq etdikdən sonra bir kimsəyə minnət qoymayanların və əzab-əziyyət verməyənlərin mükafatı Allah yanındadır.

    Bundan əlavə, onlar üçün nə bir qorxu vardır, nə də qəm-gin olarlar: وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

    Deməli, öz mal-dövlətlərini Allah yolunda infaq et-dikdən sonra, əzab-əziyyət verib minnət qoyanlar, yaxud əzab-əziyyətə səbəb olan işlər görənlər bu yaramaz əməlləri ilə Allah dərgahındakı savab və mükafatlarını məhv edib ara-dan aparırlar. Hətta demək olar ki, belə şəxslər bir çox hallarda borc verən deyil, borclu sayılırlar. Çünki, insa-nın abır-heysiyyəti, eləcə də onun ictimai və mənəvi sərmayə-si mal, dövlət və sərvətdən müqayisəedilməz dərəcədə üstündür.

    لَّهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ"Ləhum əcruhum ində rəbbihim” (onların sa-vab və mükafatı Rəbbinin yanındadır) cümləsi infaq edənlə-rə bu yolda tam xatircəmlik bəxş edir və onların daha əzm-lə çalışmaları üçün əcr və mükafatlarının Allah yanın-da toxunulmaz olmasını bəyan edərək onlara təminat verir. "Rəbbihim” kəlməsi də göstərir ki, Allah onlara pərvəriş verir və onların mal-dövlətini artırır.
    263-CÜ AYƏ

    قَوْلٌ مَّعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِّن صَدَقَةٍ يَتْبَعُهَآ أَذًى وَاللّهُ غَنِيٌّ حَلِيمٌ (263)
    TƏRCÜMƏ:

    "(Ehtiyaclılar qarşısında) yaxşı sözlər danışmaq (və et-dikləri kobudluqlar qarşısında onları) əfv etmək, öz ardınca əzab-əziyyət gətirən infaqdan (bəxşişdən) daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir.”
    TƏFSİR:

    Bu ayə əvvəldəki ayənin mətləblərini bir növ təkmil-ləşdirərək buyurur: Ehtiyaclıların qarşısında yaxşı və mülayim sözlər deyənlər, onların hətta kobudluqla üzlülük və israr etməsini əfv edib güzəştə gedənlər, bəxşiş etdik-dən sonra əzab-əziyyət verənlərdən daha yaxşıdır.

    Bu ayə islam dininin, şəxslərin ictimai dəyərlər və insanların heysiyyəti qarşısındakı məntiqini açıq-aydın şəkildə bəyan edir. Həmçinin bu insani dəyərləri qoruyub saxlamaq yolunda çalışaraq, möhtaclarla yaxşı və mülayim rəftar edənlərin, lazım olan şəraitlərdə onlara yol göstə-rənlərin və onların sirlərini heç vaxt faş etməyənlərin əməllərini, onlara cüzi miqdarda kömək etdikdə dərhal üz-lərinə çəkib onlara dil yarası vuran və şəxsiyyətini sındı-ran dar düşüncəli adamların bəxşişindən üstün sayır. Qeyd etdiyimiz kimi, bu kimi şəxslər yoxsullara xeyirdən daha çox zərər çatdırırlar, əgər müəyyən qədər maddi yardım etmişlərsə də, onu məhv edib aradan aparırlar. Deməli, "qovlun mərufun” kəlməsinin daha geniş mənası vardır və o, hər növ yaxşı sözlərə, qəlbə təskinlik verməyə, yol göstər-məyə və s. kimi şeylərə şamil olur.

    Yuxarıdakı ayədə "məğfirət” kəlməsi ehtiyaclı şəxslə-rin kobud hərəkətləri müqabilində əfv edib güzəştə gedil-məsinə deyilir.

    "Nurus-səqəleyn” təfsirində Peyğəmbəri-əkrəm (s)-dən belə nəql olunur: "Ehtiyaclı bir şəxs sizdən bir şey istəyəndə, onun sözünü kəsməyin, (və imkan verin ki,) öz məqsədini tam şə-kildə bəyan etsin. Sonra tam vüqar və mülayimliklə cavab verin; ya qadir olduğunuz şeyi ona verin, ya da (imkan və qüdrətiniz olma-dığı halda) layiqli surətdə (bir şey vermədən) onu yola salın. Mümkündür ki, o şəxs sizi imtahana çəkmək və Allahın sizə əta etdiyi nemətlər qarşısında necə əməl edəcəyinizi görmək üçün üçün göndərilmiş bir mələk olsun.”[40]
    264-265-Cİ AYƏLƏR

    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُبْطِلُواْ صَدَقَاتِكُم بِالْمَنِّ وَالأذَى كَالَّذِي يُنفِقُ مَالَهُ رِئَاء النَّاسِ وَلاَ يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ فَمَثَلُهُ كَمَثَل ِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لاَّ يَقْدِرُونَ عَلَى شَيْءٍ مِّمَّا كَسَبُواْ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ (264) وَمَثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَتَثْبِيتًا مِّنْ أَنفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَآتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِن لَّمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌّ وَاللّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ (265)

    TƏRCÜMƏ:

    264- "Ey iman gətirənlər! Bəxşişlərinizi (sədəqələrinizi) öz mal-dövlətini camaata göstərmək üçün (riyakarlıq məqsədi ilə) infaq edən, Allaha və qiyamət gününə iman gətirməyən şəxs-lər kimi, minnət qoymaqla və əzab-əziyyət verməklə puça çıxarma-yın. Onun (əməlinin) məsəli, üzərində (nazik) torpaq qatı olan (və toxum səpilən) bir daşın məsəli kimidir. Onun üzərinə iri damlalı yağış yağar (və onun üstündə olan torpağın və toxumla-rın hamısını yuyub aparar), onu tər-təmiz hala salar. Onlar, öz əməllərindən heç bir şey (və müsbət nəticə) əldə etməzlər. Allah kafir qövmləri hidayət etməz.”

    265- "Və Allahın razılığını qazanmaq və öz ruhlarında (in-sani səciyyələri) təsbit etmək üçün mal-dövlətlərini infaq edənlərin (işi) uca bir yerdə olan bağa bənzəyər ki, oraya iri dənəli yağış yağar (və səfalı havadan, günəşin nurundan tam şəkildə bəhrələnər), öz səmərəsini bir neçə qat artırar (ki, həmişə təzə və təravətlidir). Əgər ona iri damlalı yağış yağmasa da, narın yağış yağar və üzərinə şəbnəm çökər. (Buna görə də həmişə təra-vətli olar). Allah sizin yerinə yetirdiyiniz bütün işləri gö-rəndir.”
    TƏFSİR:

    Yuxarıdakı ayədə bu həqiqət bəyan olunur ki, imanlı şəxslər Allah yolunda etdikləri infaq müqabilində bir kə-sə minnət qoymamalı, əzab-əziyyət verərək onu puça çıxarma-malıdırlar. Sonra isə iki maraqlı məsəl gətirməklə əvvəl-cə minnət qoymaq, əzab-əziyyət vermək və özünü göstərmək kimi yaramaz işlərlə yanaşı olan infaqı nəzərə çatdırır, sonra isə mənşəyi ixlas, insani duyğular olan infaqı belə bəyan edir:

    Üzərini nazik torpaq qatı örtmüş möhkəm bir daş parçasını nəzərə alın. O torpağa əkin üçün yararlı olan toxum əkilir, lazımi qədər günəş enerjisindən və havadan istifadə edir. Amma onun üzərinə yağış yağdıqda, şübhəsiz ki, üstündəki nazik torpaq layını yuyub aradan aparacaqdır. Bununla yanaşı o toxumlar da yuyulub aradan gedəcəkdir. Nəticədə heç bir bitkini cücərtməyə qabil olmayan bu daş parçasının qabarıq sifəti aşkar olacaqdır. Səbəbi də gü-nəş enerjisindən, yağışdan və havadan lazımınca isti-fadə etməməsi və ya bu amillərin mənfi təsir qoyması deyil, əkin yerinin həmin məqsəd üçün əlverişli və münasib bir yer olmamasıdır. Onun zahiri gözəl, batini isə çox bərk-dir, su və ya hava onun daxilinə nüfuz edə bilmir. Sadəcə olaraq onun üstünü nazik torpaq qatı örtmüşdür. Halbuki, bitkilərin cücərib inkişaf etməsi üçün müxtəlif şə-raitlər lazımdır. O cümlədən, torpağın təkcə üst qatı de-yil, həm də aşağı qatları da münbit olmalıdır.

    Qurani-kərim riyakarların əməllərini, onların daş ürəklərindən qaynaqlanan minnət və əzab-əziyyətlə yanaşı olan infaqlarını bərk daşın üstündə olan nazik torpaq qa-tına bənzədir ki, ondan heç bir bəhrə almaq olmaz və bu, bağ-ban və əkinçinini əməyini hədərə verər. Bu da birinci ayədə riyakarlıq, əzab-əziyyət və minnətlə yanaşı olan infaqlar üçün bəyan olunan təşbih idi.[41]
    DİGƏR BİR MARAQLI MİSAL

    Mülayim küləklərin əsdiyi uca bir yerdə, təmiz havanın mövcud olduğu və günəş şüalarının altında yerləşən yam-yaşıl, təravətli bir bağı təsəvvür edin. Onun üzərinə iri damlalı yağış yağır. Belə yağışlar yağmadıqda da narın yağış damcıları və şəbnəmin təsirindən yenə də bağın ya-şıllıq və təravəti öz yerində qalır. Belə bir bağ da sair bağlarla müqayisədə artıq məhsul verir, çünki torpaq mün-bit və məhsuldardır. Bu yerin meyvə ağaclarının səmərə ver-məsində təkcə iri damlalı yağışlar deyil, həm də şəbnəm və narın yağış damcıları da kifayətdir. Belə bir bağ uca yerdə yerləşdiyi üçün günəş enerjisi və saf havadan lazımi qə-dər faydalanır, uzaqdan baxan hər bir şəxsin nəzərini özü-nə cəlb edir, gözəl mənzərəli olmaqdan əlavə, seldən də tam amandadır.

    Allahın razılığını qazanmaq, qəlblərindəki yəqin və imanlarını möhkəmləndirmək üçün öz mal-dövlətlərini infaq edənlər, xeyir-bərəkətli, məhsuldar və insanlara fay-da verən belə bir bağ kimidir.
    266-CI AYƏ

    أَيَوَدُّ أَحَدُكُمْ أَن تَكُونَ لَهُ جَنَّةٌ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ لَهُ فِيهَا مِن كُلِّ الثَّمَرَاتِ وَأَصَابَهُ الْكِبَرُ وَلَهُ ذُرِّيَّةٌ ضُعَفَاء فَأَصَابَهَا إِعْصَارٌ فِيهِ نَارٌ فَاحْتَرَقَتْ كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ (266)
    TƏRCÜMƏ:

    "Məgər sizdən biriniz istərmi ki, xurma ağacları, üzüm-lükləri, ağacları altından arxlar axan və içində cürbəcür meyvə-ləri olan bir bağı olsun, sonra zəif (və kiçik) uşaqları olduğu halda, ona qocalıq üz versin, (bu zaman) odlu (və güclü bir) qasırğa əssin və o (bağ) yanıb tələf olsun? (Öz infaq və ehsanlarında min-nət qoyub əzab-əziyyət verənlərin əməlinin nəticəsi də belədir.) Allah Öz ayələrini sizin üçün bu cür aşkar edir ki, bəlkə dərin-dən düşünəsiniz (və bununla da haqq yolunu tapasınız).”
    TƏFSİR:
    DİGƏR BİR MİSAL

    Bu ayədə insanın qiyamət günündə saleh əməllərə nə qədər möhtac olması, həmçinin riyakarlıq, minnət qoymaq və əzab-əziyyət verməyin saleh əməlləri və infaqı necə aradan aparması daha da aydın olsun deyə, digər bir maraqlı misal göstərilir. Bu misal o kəslərin vəziyyətini təcəssüm etdi-rir ki, onların müxtəlif ağacları (xurma, üzüm və s.) yaşıl və təravətli bir bağı vardır. Bu bağın ağaclarının altın-dan həmişə su axır, onların suvarılmağa heç bir ehtiyacı yoxdur. Bu misalda bağ sahibi qocalıb əldən düşmüş, zəif və körpə uşaqları ətrafını tutan şəxs kimi təqdim olunur. Bu uşaqların dolanışıq xərcləri də yalnız bu bağın vasi-təsi ilə təmin olunur. Bu bağ məhv olub aradan gedərsə, nə onun özü, nə də körpə övladları onu yenidən bağ halına sal-mağa qadir deyillər. Təsadüfən güclü və yandırıcı bir qa-sırğa külək əsir, o bağı yandırıb külə döndərir. Bu zaman artıq qocalıb əldən düşmüş, özünün və övladlarının dola-nışığını başqa bir yerdən təmin etməyə qadir olmayan bu şəxsin vəziyyəti necə olar? O necə də həsrət çəkib qəm-qüssəyə düçar olar!

    Yaxşı əməllər etdikdən sonra riyakarlıq etməklə, min-nət qoyub əzab-əziyyət verməklə onu puç edən şəxslərin vəziy-yəti də belədir. Onlar bir çox əzab-əziyyətlərə sinə gərib öz əməyinin səmərəsinə hər şeydən artıq möhtac olduğu bir za-manda (qiyamət günündə) əməyinin nəticəsi puç olub tamami-lə aradan gedir, əlində həsrət və qəm-qüssədən başqa heç bir şey qalmır. كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

    Bütün bu bədbəxtliklərin, xüsusilə faydası çox az, vur-duğu ziyanlar isə çox böyük və ağır olan minnət qoymaq kimi əbəs bir işin mənşəyi əql qüvvəsindən lazımınca istifadə etməməkdir. Buna görə də ayənin sonunda Allah-taala insan-ları təfəkkür və düşüncəyə dəvət edib buyurur: "Allah Öz ayələrini sizin üçün belə bəyan edir ki, bəlkə düşünəsiniz.”
    267-Cİ AYƏ

    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَنفِقُواْ مِن طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا أَخْرَجْنَا لَكُم مِّنَ الأَرْضِ وَلاَ تَيَمَّمُواْ الْخَبِيثَ مِنْهُ تُنفِقُونَ وَلَسْتُم بِآخِذِيهِ إِلاَّ أَن تُغْمِضُواْ فِيهِ وَاعْلَمُواْ أَنَّ اللّهَ غَنِيٌّ حَمِيدٌ (267)
    TƏRCÜMƏ:

    "Ey iman gətirənlər, (ticarət yolu ilə) əldə etdiyiniz pak (halal) mal-dövlətin bir qismini və sizin üçün yerdən çıxart-dığımız şeylərdən (yeraltı sərvət, mədənlər, bitkilər) infaq edin, napak şeylərin ardınca gedib onlardan infaq etməyin. Hal-buki, sizin özünüz (mal-dövləti qəbul edərkən) onları (napak şey-ləri) qəbul etməyə razı deyilsiniz və (belə şeyləri) yalnız ikrah hissi ilə qəbul edərsiniz. Bilin ki, Allah (hər şeydən) ehtiyacsız və sitayişə layiqdir.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    İmam Sadiq (ə)-dan nəql edilmişdir ki, bu ayə cahiliy-yət dövründə sələmçiliklə mal-dövlət toplayan və onu Allah yolunda xərcləyən bir neçə şəxsin barəsində nazil olmuş-dur. Allah-taala onları bu işdən çəkindirərək buyurdu ki, Allah yolunda pak-pakizə şeylərdən infaq etsinlər.

    "Məcməül-bəyan” təfsirində bu hədis qeyd edildikdən sonra Əli (ə)-ın belə buyurduğu nəql olunur: "Bu ayə quru, ətsiz və xoşagəlməyən xurmaları yaxşı xurmalarla qarışdırıb infaq edən kəslərin barəsində nazil olmuşdur. Allah onlara əmr etdi ki, bu işdən çəkinsinlər.”

    Ayənin nazil olması barədə qeyd olunan bu iki səbəb arasında heç bir təzad yoxdur və onun hər iki dəstə barə-sində nazil olması mümkündür. Onlardan biri mənəvi və batini paklığa, digəri isə zahiri və maddi keyfiyyətə işarə ola bilər.
    TƏFSİR:

    HANSI MAL-DÖVLƏTİ İNFAQ ETMƏK LAZIMDIR?

    Keçən ayələrdə infaqın səmərələri, infaq edənlərin xüsusiyyətləri və bu insani və Allahın bəyəndiyi işi aludə edə bilən, onun mükafatını aradan aparan əməllər geniş şəkildə bəyan edildi. Bu ayədə isə infaq edilməli olan ma-lın hansı növdən və keyfiyyətdə olması şərh olunur. Ayənin birinci cümləsində Allah taala imanlı şəxslərə göstə-riş verir ki, öz mallarının içində "təyyibat”dan, yəni pak-pakizə şeylərdən infaq etsinlər.

    Ərəb dilində "təyyib” kəlməsi pakizə mənasını ifadə edir. "Təyyibat” isə onun cəm formasıdır. Maddi və zahiri pakizəliyə deyildiyi kimi, mənəvi və batini paklığa da deyi-lir. Yəni o şeylərdən infaq edilməlidir ki, həm yaxşı və istifadəyə yararlı, faydalı olsun, həm də hər növ şübhədən və aludəlikdən pak olsun. Yuxarıda ayənin nazil olma səbə-bində qeyd olunduğu kimi, bu, ayənin mənasındakı ümumiliyi də çatdırır.

    "Ləstum bi axiziyhi illa ən tuğmizu fiyhi” (yəni sizin özünüz də pak olmayan şeyləri qəbul etməyə razı olmazsınız, yal-nız iğmaz və ikrah hissi ilə qəbul edərsiniz) cümləsi məqsədin təkcə zahiri paklıq olmadığını göstərir. Çünki imanlı şəxslər həm zahiri nəzərdən aludə olan və ya dəyərsiz olan malı, həm də məkruh, napak və şübhəli malları qəbul etməyə hazır deyillər. Bunları yalnız ikrah üzündən qəbul edə bi-lərlər: َ وَلَسْتُم بِآخِذِيهِ إِلاَّ أَن تُغْمِضُواْ فِيهِ

    "Ma kəsəbtum” cümləsi (yəni kəsb etdiyiniz şeylərdən) ticarət yolu ilə əldə edilən mal-dövlətə işarə edilir.

    وَمِمَّا أَخْرَجْنَا لَكُم مِّنَ الأَرْضِ

    "Mimma əxrəcna...” (yerdən sizin üçün çıxartdığımız şey-lərdən) cümləsi isə əkin sahələrindən, mədən və yeraltı tə-bii sərvətlərdən əldə edilən qazanclara işarədir. Deməli bu ayə bütün qazanc növlərinə şamil olur. Çünki insanın malik olduğu bütün nemət və sərvətlərin mənşəyi yer və onun müxtəlif ehtiyatlarıdır. Hətta sənaye, ticarət, maldarlıq və sair kimi qazanc növlərinin hamısının mənşəyi yerdir. Bu cümlə həm də bunu çatdırır ki, Allah bütün bu ehtiyatları sizin ixtiyarınıza qoymuşdur. Ona görə də bu sərvətlərin ən yaxşısını və ən keyfiyyətlisini Allah yo-lunda xərcləmək lazımdır.

    وَلاَ تَيَمَّمُواْ الْخَبِيثَ مِنْهُ تُنفِقُونَ وَلَسْتُم بِآخِذِيهِ إِلاَّ أَن تُغْمِضُواْ فِيهِ

    Camaatdan bəzisinin adəti belədir ki, öz mal-dövlət-lərinin ən dəyərsizini, bəzi hallarda isə özləri üçün heç bir işə yaramayan, istifadə olunmayan şeyləri infaq edir-lər. Bu kimi infaqlar nə infaq edən şəxsin mənəvi yüksə-lişinə, insaniyyət ruhiyyəsinin inkişaf etməsinə səbəb olar, nə də ehtiyaclıların çətinliklərini həll edə bilər. Üstəlik, onlar üçün bir növ təhqir və hörmətsizlik də sa-yılır. Bu cümlə insanları açıq-aşkar şəkildə bu kimi iş-lərdən çəkindirib buyurur: Siz bu kimi mallardan necə infaq edirsiniz, halbuki, ikrah olmadan özünüz onları qəbul etməyə razı deyilsiniz?! Nə üçün sizin müsəlman qarda-şınız və yolunda infaq etdiyiniz Allah, sizin nəzərinizdə sizin özünüzdən aşağı tutulmalıdır?!

    Həqiqətdə bu ayə bu dəqiq məsələni xatırlatmaq istəyir ki, Allah yolunda edilən infaqların bir tərəfində yoxsul və ehtiyaclılar, digər tərəfində isə Allahdır və siz də məhz Allahın razılığını qazanmaq üçün infaq edirsiniz. Belə olan təqdirdə infaq üçün dəyərsiz şeyləri seçsəniz, həm təyyib mallarınıza layiq görməmiş olduğunuz üçün Pər-vərdigari-aləmin müqəddəs hüzuruna hörmətsizlik edil-miş olur, həm də ehtiyaclılara qarşı hörmətsizlik və təh-qir sayılır. Çünki, ola bilsin ki, onlar yoxsul olmalarına baxmayaraq, iman və insaniyyət baxımından yüksək məqama ma-lik olsunlar və onların ruhu belə yaramaz infaqlar səbəbi-lə incimiş olsun.

    Diqqət yetirmək lazımdır ki, "la təmənnəv” (yəni nəzər-də tutmayın) cümləsi bəlkə də bunu çatdırır ki, əgər insa-nın infaq etdiyi şeylər arasında bəzən diqqətsizlik ucba-tından xoşagəlməyən şeylər olsa, bu işi qəsdən və bilərək-dən edənlər barəsində deyilən sözlər onlara aid deyildir:

    وَاعْلَمُواْ أَنَّ اللّهَ غَنِيٌّ حَمِيدٌ

    Bu cümlədə buyurulur: "Bilin ki, Allah (hər şeydən) ehti-yacsız və tərifə layiqdir.”

    Yəni diqqət yetirmək lazımdır ki, siz elə bir Allah yo-lunda infaq edirsiniz ki, O, hər bir şeydən ehtiyacsızdır və tərif yalnız Ona məxsusdur və O, bütün bu nemətləri si-zin ixtiyarınızda qoymuşdur.

    Mümkündür ki, "Həmid” kəlməsi "həmd edən” mənasında da olsun. Belə olduqda cümlənin mənası belə olur ki, O eh-tiyacsız olmaqla yanaşı, sizi etdiyiniz infaqlar qarşısın-da dəyərləndirir. Buna əsasən, çalışın, pakizə mallarınız-dan infaq edin.
    268-Cİ AYƏ

    الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُم بِالْفَحْشَاء وَاللّهُ يَعِدُكُم مَّغْفِرَةً مِّنْهُ وَفَضْلاً وَاللّهُ وَاسِعٌ عَلِيمٌ (268)
    TƏRCÜMƏ:

    "Şeytan (infaq etdiyiniz zaman) sizə yoxsulluq və fəqirlik vədəsi verir və sizi yaramaz və alçaq işlərə (çirkin əməllərə) də-vət edir, lakin Allah sizə bağışlanmaq və bərəkət vədəsi verir. Allahın qüdrəti vüsətlidir və (O, hər bir şeydən) agahdır. (Bu-na görə də Öz vədələrinə əməl edir).”
    TƏFSİR:
    ŞEYTANİ FİKİRLƏR VƏ İNFAQA MANE OLAN ŞEYLƏRLƏ MÜBARİZƏ

    Bu ayənin ilk cümləsində buyurulur: İnfaq etdiyiniz, ya-xud zəkat verdiyiniz zaman, xüsusilə əvvəlki ayədə qeyd olun-duğu kimi, yaxşı və nəzərə çarpacaq dərəcədə infaq etmək is-tədikdə şeytan sizi yoxsulluq və fəqirliklə qorxudur. Bir çox hallarda şeytani vəsvəsələr infaqa mane olur, hətta bəzi hallarda xums, zəkat və bu kimi digər vacib infaqlara da təsir göstərir.

    Allah-taala insanlara bu yolla xəbərdarlıq edərək bu-yurur ki, yoxsulluq qorxusundan infaq və ehsandan qaçmaq yan-lış bir fikirdir və onların mənşəyi şeytani vəsvəsələr-dir. Çünki bəziləri belə fikirləşə bilər ki, bu qorxu şeytan tərəfindən olmasına baxmayaraq, məntiqi və ağlası-ğan bir məsələdir. Bu yanlış təsəvvürün qarşısını almaq üçün dərhal buyurur: "Şeytan sizi günaha, pis işlərə və asi olmağa vadar edir.” Deməli, hər bir halda fəqirlik və yox-sulluqdan qorxmaq yanlış bir fikirdir. Çünki, "şeytan in-sanları yalnız batil yola və azğınlığa dəvət edir.”

    Ümumiyyətlə, insanı mənfi işlərə sövq edən, işgüzar-lıq və faydalı fəaliyyətdən saxlayan dar düşüncəli fikir-lərin mənşəyi insani fitrətdən azmaq və şeytani vəsvəsələr qarşısında təslim olmaqdır. Bunun əksinə olaraq, hər bir qurucu, hərəkətverici, yüksək ideayalı məramlar yolunda olan fikirlərin mənşəyi isə Allahın insana əta etdiyi pak fit-rət və ilahi ilhamlardır. Şeytani vəsvəsələrin ilahi sün-nətlərin, yaradılış qanunlarının əksinə oluğunu nəzərə alsaq, onun bədbəxtlik və ağır faciələr törədən nəticələri də tamamilə aydın olacaqdır.

    Şübhə yoxdur ki, Pərvərdigari-aləmin əmr və fərman-ları sağlam insan fitrəti ilə tamamilə uyğun olduğundan təbii olaraq bunun nəticəsi də xoşbəxtlik gətirən bir həyat olacaqdır: وَاللّهُ يَعِدُكُم مَّغْفِرَةً مِّنْهُ وَفَضْلاً

    "Məcməul-bəyan” təfsirində İmam Sadiq (ə)-dan nəql olunur ki, infaq edilən zaman iki şey Allah tərəfindən ilham olunur, digər iki şey isə şeytan tərəfindən təlqin edilir. Allah tərəfindən olanların biri günahların ba-ğışlanması, digəri isə mal-dövlətə xeyir-bərəkət və fira-vanlıq verilməsidir. Şeytan tərəfindən olanların biri fəqirlik və yoxsulluq vədəsi, digəri isə alçaq və yaramaz iş-lərə əmr edilməsidir.

    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə)-ın belə bu-yurduğu nəql olunmuşdur: "Çətinliyə düşüb əliboş olduğunuz zaman Allah ilə müamilə edin (Allah yolunda infaq edin və bu yol-la çətinliklərdən xilas olun.)”[43]

    Category: Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 994 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024