İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)

    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)

    Nurul-Quran

    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
    «ALİ-İMRAN» SURƏSİ


    بسم الله الرحمن الرحيم
    AYƏ 1:

    ﴿ الم ﴾
    MÜQƏTTƏƏ HƏRFLƏRİ BARƏSİNDƏ İZAH

    «Bəqərə» surəsində qeyd olunduğu kimi, «Əlif, lam, mim» müqəttəə hərflərindən sayılır. Bu hərflər barəsində bəlkə də ən məşhur nəzəriyyə bunu hesab etmək olar ki, onlar Allahla Onun Peyğəmbəri arasında sirli bir rəmzdir. Yaxud bu məsələni çatdırır ki, Quran məhz həmin müqəttəə hərflərindən təşkil edilmiş və Allah-təala bu hərflərdən təşkil olunan Quranı bir mövzu şəklində nazil etmişdir.

    Allah-təala Öz qüdrəti ilə cansız torpaqdan canlı, şüurlu və idrak sahibi olan bir insan yaradır. İnsanlar isə torpaqdan sadəcə olaraq kuzə, saxsı, kərpic və s. kimi cansız əşyalar düzəldirlər. Məhz bu da ilahi qüdrətin bəşər qüdrəti ilə olan fərqidir.

    «Əlif, lam, mim» hərfləri altı surənin − «Bəqərə», «Ali-İmran», «Ənkəbut», «Nun», «Loğman» və «Səcdə» surələrinin əvvəllərində gəlmişdir. «Əlif, lam, ra» hərfləri də altı surənin: «Yunus», «Hud», «Yusif», «Rəd», «İbrahim» və «Hicr» surələrinin əvvəlində gəlmişdir. «Ham, mim» hərfləri də altı surənin: «Şura», «Fussilət», «Zuxruf», «Duxan», «Casiyə» və «Əhqaf» surələrinin əvvəllərində gəlmişdir. Göründüyü kimi, bu hərflərdən hər biri altı surənin əvvəlində nazil olmuşdur. Lakin yerdə qalan müqəttəə hərfləri isə yalnız bir surədə gözə çarpır.
    AYƏ 2:

    ﴿ اللّهُ لا إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ ﴾
    TƏRCÜMƏ:

    «Tək olan Allah ki, Ondan başqa bir məbud yoxdur! O diri və Öz zatı üzərində dayanan, (varlıq aləmini) öz yerində saxlayan qüdrət sahibi və əbədidir.»
    TƏFSİR:

    Allah-təala xəllaqiyyətdə (xəlq etməkdə), tədbirdə (yaradılış aləmini lazımınca idarə etməkdə) və varlıqlara hakim olmaqda tam və kamil agahlığa malikdir. Maddi səbəb və amillər isə yalnız hər hansı bir şeyin vücuda gəlməsinə, varlıq səhnəsinə qədəm qoymasına səbəb olur. Lakin onların heç biri zatən diri deyil və varlıqları zati sayılmır. Onların elm, həyat və qüdrət kimi maddi amilləri qeyri-müstəqildir. Yalnız Allah-təala mütləq şəkildə diridir və hər bir varlığın da diriliyi məhz Onun səbəbi ilədir.

    «Cövşən Kəbir» duasında oxuyuruq: «Ey hər bir diridən öncə var olan Diri, ey hər bir diridən sonra qalan Diri, ey o Diri ki, heç bir diri Onun oxşarı deyil, ey dirilikdə heç bir şəxsin Onunla şərik olmadığı Diri, ey heç bir diriyə ehtiyacı olmayan Diri, ey bütün diriləri öldürən Diri, ey bütün dirilərə ruzi verən Diri, ey diriliyini heç bir diridən əxz etməyən Diri.»[1]
    İNCƏ MƏTLƏBLƏR

    1. Bu məqama çatmağın şərti məhz zati kamal mərtəbələrinə malik olmaqdır. Həyy və Qəyyum da onun nümunələrindən biridir.

    2. Tövhid prinsipi bütün səmavi kitabların sərlövhəsini təşkil edir.
    AYƏ 3:

    ﴿ نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقاً لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ التَّوْرَاةَ وَالإِنجِيلَ ﴾
    TƏRCÜMƏ:

    «Özündən qabaqkıları (peyğəmbərləri, şəriətləri və səmavi kitabları) təsdiq edən bu kitabı haqq olaraq (və ali və əqlani bir məqsədlə) sənə tədricən nazil etdi. Tövrat və İncili (onların hər birini isə) birdəfəlik və məcmu halında nazil etdi.»
    TƏFSİR:

    «Tövrat» sözü ibrani mənşəli olub «şəriət» və «qanun» mənasını ifadə edir. Tövrat beş hissədən ibarətdir və bunlara sifr, yəni kitab deyilir:

    1. Yaranış sifri;

    2. Xüruc sifri;

    3. Laviyan sifri;

    4. Edad sifri;

    5. Təsniyə sifri.

    Tövratda Həzrət Musanın (ə) vəfatı və dəfni bəyan olunduğuna görə məlum olur ki, onun mətləbləri Musanın (ə) vəfatından sonra yazılaraq bir yerə toplanmışdır.

    İncil yunan sözü olub «müjdə» və «yeni yaradılış» mənasını ifadə edir və məsihilərin səmavi kitablarının adıdır. Onun adı Quranın hər yerində tək formada işlənmişdir. Lakin hazırkı məsihilərin arasında müxtəlif incillər mövcuddur ki, aşağıda qeyd olunanlar onlardan daha məşhurdur:

    1. Mətta (Matta); Mətta «Allah bəxş edən», «Allah bağışlayan» deməkdir. Mətta həzrət İsanın (ə) 12 şagirdindən birinin adıdır.

    2. Mərqus (yaxud Murqus); Mərqus İsadan (ə) sonra öz incilini Petrosun nəzarəti altında yazmışdır.

    3. Luqa (Luka); Luqa Həzrət Yunusun (ə) dostu və səfər yoldaşlarından birinin adıdır.

    4. Yühənna. Yühənna həzrət İsanın (ə) şagirdlərindən biridir.

    Qeyd olunmalıdır ki, adları çəkilən incillərin hamısı Həzrət İsanın (ə) göylərə çəkilməsindən sonra yazılmışdır.

    İNCƏ MƏTLƏBLƏR:

    1. Peyğəmbərlərin səmavi kitabları biri digərini təkmilləşdirir.

    2. Əvvəlki səmavi kitabların və peyğəmbərlərin təsdiq olunması allahpərəstlərin vəhdət amili və başqalarının haqq yola dəvət olunması vasitəsidir.

    3. Quran Tövrat və İncili təsdiq etməklə özündən əvvəlki səmavi kitabların həqiqətən mövcud olduğunu sübut edir və bununla da əvvəlki dinlərin üzərində böyük haqqa, imtiyaza malik olur. Çünki Tövrat və İncilə qarışdırılmış batil mətləblər və xurafatlar onların səmavi kitab olmasını tamamilə unutdura bilərdi.

    4. Tərbiyənin mərhələləri, eləcə də onun vasitə və göstərişləri müxtəlif məkan və zaman şəraitində bir-birindən fərqlənir. Lakin onların hamısı təkamül ahəngindən və vahid hədəfdən bəhrələnmişlər.

    5. Quranın Peyğəmbəri-Əkrəmə (s) nazil olması onun şəxsiyyəti ilə əlaqədardır və Allah tərəfindən ikrama, hörmətə layiq görülür. (Bu, «əleykə» kəlməsinin «kitab» kəlməsindən qabaq gəlməsindən məlum olur.)

    6. Quran hər növ batil, yanlış mətləblərdən uzaq və real həqiqətlərlə tam mənada uyğundur.

    7. Quran «Qədr» gecəsində Peyğəmbərin (s) qəlbinə birdəfəyə, 23 il ərzində isə tədricən (müəyyən hadisələrlə əlaqədar) yenidən nazil olmuşdur. Amma Tövrat və İncilin hamısı birlikdə və bir yerdə nazil olmuşdur. («Nəzzələ» tədriclə, «ənzələ» isə birdəfəyə nazil olmağı göstərir.)

    8. Səmavi kitabların göndərilməsi ilahi sifətlərin cilvələnməsidir. (Bu əvvəlki ayədəki xüsusiyyətlərə nəzər yetirməklə məlum olur.)

    AYƏ 4:

    ﴿ مِن قَبْلُ هُدًى لِّلنَّاسِ وَأَنزَلَ الْفُرْقَانَ إِنَّ الَّذِينَ كَفَرُواْ بِآيَاتِ اللّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَاللّهُ عَزِيزٌ ذُو انتِقَامٍ ﴾
    TƏRCÜMƏ:

    «Bundan öncə, insanları hidayət etmək üçün! Və Furqanı (haqq ilə batili bir-birindən ayıran digər səma kitablarını) nazil etdi. Şübhəsiz, Allahın ayə və nişanələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətli və intiqam sahibidir.»
    TƏFSİR:

    Bu ayədə Peyğəmbərə (s) xitab edilərək buyurulur: Qəyyum və əbədi olan Allah əvvəlki səmavi kitablarda verilən əlamətlərlə tamamilə uyğun olan Quranı sənə nazil etmişdir. O Allah ki, bəşəriyyətin hidayət olunub düz yola gəlməsi üçün Qurandan əvvəl Tövrat və İncili nazil etmişdir.

    Sonra buyurulur: Həmçinin haqq ilə batili bir-birindən ayıran Quranı (Furqanı) da nazil etmişdir.

    Sonra əlavə edilir: Höccətin tamam olunmasından, Allah tərəfindən ayələrin nazil edilməsindən, eləcə də əql və fitrətin peyğəmbərlərin dəvətinin doğru olmasına şahidlik etməsindən sonra haqqın qarşısında inadkarlıq edənləri cəzalandırmaqdan başqa bir yol qalmır. Buna görə də sözügedən ayədə Peyğəmbəri-Əkrəmin (s) haqq bir Peyğəmbər və Qurani-Məcidin ilahi bir kitab olmasından söz açılandan sonra buyurulur: Allahın ayələrinə kafir olanlar üçün şiddətli cəza vardır.

    Allah-təalanın Öz təhdidlərini gerçəkləşdirməyə qadir olmasında heç bir şəkk-şübhənin olmamasını göstərmək üçün yenidən buyurulur: Allah yenilməz qüdrət və intiqam sahibidir.
    AYƏ 5-6:

    ﴿ إِنَّ اللّهَ لاَ يَخْفَىَ عَلَيْهِ شَيْءٌ فِي الأَرْضِ وَلاَ فِي السَّمَاء. هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الأَرْحَامِ كَيْفَ يَشَاء لاَ إِلَـهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴾
    TƏRCÜMƏ:

    5. «Şübhəsiz, yerdə və göydə olanlardan heç bir şey (o cümlədən sizin iman və küfrünüz) Allaha gizli deyildir.»

    6. «Sizi (anaların) uşaqlıqlar(ın)da istədiyi şəkilə salan Odur. Ondan başqa bir tanrı yoxdur, yenilməz qüdrətli və (vücuda gətirmə və yol göstərmədə) möhkəm yaradılış sahibidir.»
    TƏFSİR:

    Hansısa bir şeyin Allahdan gizli qalması necə mümkün ola bilər? Halbuki, O bütün yerlərdə hazırdır və hər bir şeyə nəzarət edəndir. Allahın vücudu qeyri-məhdud olub, bizə bizim özümüzdən də yaxın olduğuna görə məkana ehtiyacı yoxdur. Eyni zamanda, hər bir şeyi əhatə edir. Bu əhatə də Onun bütün varlıqlar barəsində olan elm, məlumat və agahlığı mənasınadır.

    Sonra isə həqiqətdə yaradılış aləminin bədii əsərlərindən biri olan, Allahın elm və qüdrətinin cilvəgahı sayılan elm və qüdrətin bir nümunəsinə işarə olunaraq buyurulur: O həmin Allahdır ki, sizi analarınızın bətnində istədiyi şəkildə təsvir etdi.

    Bəli! Qüdrətli və hikmət sahibi olan Allahdan başqa heç bir məbud yoxdur. İnsana ana bətnində surət verilməsi, qaranlıq və zülmətli bir mühitdə maye olan nütfə üzərində çox bədii, ardıcıl və qəribə bir şəkildə insan surətinin çəkilməsi, doğrudan da, insanı heyrətə salır. İnsanlar bütün bu rəngarəngliklərlə yanaşı, şəkil, surət, cinsiyyət, istedad və s. cəhətdən də bir-biri ilə fərqlənirlər. «Ondan başqa sitayişə layiq heç bir məbud yoxdur» sözünü ona görə deyirik ki, Onun Müqəddəs Zatından başqa heç bir şey ibadətə layiq deyildir.
    AYƏ 7:

    ﴿هُوَ الَّذِيَ أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ في قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاء الْفِتْنَةِ وَابْتِغَاء تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ﴾
    TƏRCÜMƏ:

    «Bu kitabı sənə nazil edən Odur. Onun (kitabın) bir hissəsi kəlmələri aşkar (və mənası aydın) olan «möhkəm» ayələrdir ki, onlar kitabın əsası və anasıdırlar (başqa ayələrdə olan qaranlıq məqamlar onların vasitəsi ilə aradan qaldırılır). Digər bir hissəsi «mütəşabih» (bir neçə mənası olan) ayələrdir (və onların mənası məzmununun genişliyi, məfhumunun dərinliyi və ondan nəzərdə tutulan məqsədlərin çoxluğu səbəbindən ilk nəzərdə aydın deyildir və onlar «möhkəm» ayələrin və sağlam ağlın köməyi ilə təfsir olunmalıdırlar). Amma qəlblərində (haqdan) dönüklük olan kəslər, fitnəkarlıq və təvil etmək (düzgün olmayan məna vermək) üçün bu kitabın mütəşabihinə tabe olarlar. Halbuki, onun təvilini (və həqiqi mənasının nə olduğunu) Allahdan başqa heç kəs bilmir. Elmdə qüvvətli olanlar (isə) deyərlər: «Biz (möhkəm və mütəşabih olmasından və bizim mənasını bilib bilməməyimizdən asılı olmayaraq) ona iman gətirdik, (onun) hamısı bizim Rəbbimiz tərəfindəndir». (Bunu) sağlam ağıl sahiblərindən başqa heç kəs başa düşməz.»
    TƏFSİR:
    QURANDA MÖHKƏM VƏ MÜTƏŞABİH AYƏLƏR

    Əvvəlki ayələrdə Peyğəmbəri-Əkrəmin (s) nübüvvətinin aşkar dəlili kimi Quranın nazil olmasından söhbət gedirdi. Bu ayədə isə Quranın xüsusiyyətlərindən, bu böyük asimani kitabda mətləblərin necə bəyan olunmasından söhbət açılır. Əvvəlcə buyurulur: O, həmin Allahdır ki, bu kitabı sənə nazil etmişdir. Onun bəzi ayələri möhkəm (aşkar və açıq-aydın) olmaqla bu kitabın əsasını təşkil edir (sair mürəkkəb mənalı ayələri izah edir). Onun bəzi hissələri də mütəşabih ayələrdir. Bu ayələr mətləblərin dərin məfhumuna, cəhətinə və sair səbəblərə görə ilk baxışda çox mürəkkəb nəzərə çarpır.

    Mütəşabih ayələr insanlar üçün bir növ imtahandır; elmdə dərin biliyə malik olanlarla inadkar fitnəkarları bir-birindən ayırır. Buna görə də ayənin davamında buyurulur: Qəlblərində azğınlıq olanlara gəldikdə isə, onlar fitnə-fəsad törətmək üçün mütəşabih ayələrə tabe olur, bu ayələri öz meyl və istəkləri əsasında, düzgün olmayan şəkildə təfsir etmək istəyirlər ki, camaatı azdırsınlar. Halbuki, onun əsl təfsirini və həqiqi mənasını Allahdan və elmdə dərin biliyə malik olanlardan başqası bilməz.

    Sonra əlavə edilir: Məhz elmdə dərin biliyə malik olanlar düzgün idrak sayəsində həm mütəşabih, həm də möhkəm ayələrin düzgün mənasını bilir və «deyirlər ki, biz onların hamısına iman gətirmişik, hər şey Allah tərəfindəndir». Bəli, əql və fikir sahiblərindən başqası bunlardan agah olmaz.

    Bu ayədən məlum olur ki, Quran ayələri iki qismdir: bəzi ayələrin məfhumu o qədər aydındır ki, onlarda heç bir inkara, sui-istifadəyə yer yoxdur. Onları möhkəm ayələr adlandırırlar. Başqa qismi isə mətləbləri çox dərin mənalı və yüksək səviyyədə olduğundan, bizim idrak dairəmizdən kənarda olan qeyb elmi, axirət aləmi, Allahın sifətləri və s. amillər barədə olduğundan onların həqiqi mənasını, sirlərini və həqiqətlərini dərk etmək üçün xüsusi elmi hazırlığa ehtiyac duyulur. Məhz bu ayədən istifadə edərək onları «mütəşabih ayələr» adlandırırlar.

    Azğınlığa düşmüş və yolunu azmış şəxslər adətən çalışırlar ki, bu ayələri əllərində bəhanə edərək haqqın əksinə olan təfsirlər irəli sürsünlər. Nəticədə camaatın arasında fitnə-fəsad salaraq onları haqq yoldan çıxartsınlar. Amma Allah-təala və elmdə dərin biliyə malik olanlar bu ayələrin sirlərini bilir və camaat üçün şərh edirlər.

    Əlbəttə, elm və bilik nəzərindən ön cərgədə olanlar (peyğəmbərlər və imamlar) onun bütün sirlərindən agahdırlar. Halbuki, başqaları yalnız öz elm və bilikləri səviyyəsində ondan müəyyən və cüzi şeylər başa düşürlər. Məhz buna görə də nəinki adi camaat, hətta alimlər belə Quranın sirlərini anlamaq üçün ilahi müəllimlərin varlığına ehtiyac duyurlar.
    AYƏ 8-9:

    ﴿ رَبَّنَا لاَ تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً إِنَّكَ أَنتَ الْوَهَّابُ. رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لاَّ رَيْبَ فِيهِ إِنَّ اللّهَ لاَ يُخْلِفُ الْمِيعَادَ ﴾
    TƏRCÜMƏ:

    8. «(Onlar deyərlər:) «Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!»

    9. «Ey Rəbbimiz, həqiqətən Sən, barəsində heç bir şəkk-şübhə olmayan gündə insanları bir yerə toplayansan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz.»
    TƏFSİR:
    SAPMALARDAN QURTULUŞ

    8. Mütəşabih ayələr, onların həqiqi məna və sirləri ayrı-ayrı şəxslərin yoldan azmalarına səbəb olduğundan, eləcə də bu imtahandan üzüağ çıxmamalarına şərait yaratdığından elmdə dərin biliyə malik olan şəxslər, imanlı alimlər bu ayələrin həqiqi mənalarını dərk edib öz elmi sərmayələrindən istifadə etməklə yanaşı, Pərvərdigarlarına pənah aparırlar. Bu ayə, eləcə də elm sahibləri olan şəxslərin dilindən deyilən sonrakı ayə də məhz bu həqiqəti çatdırır. Onlar deyirlər: Pərvərdigara, bizim qəlblərimizi bizi hidayət etdikdən sonra azğınlığa salma və Öz tərəfindən bizim üçün rəhmət göndər. Həqiqətən, Sən çox-çox əta edənsən.

    9. Məada etiqad bəsləmək və Qiyamət gününə iman gətirmək insanın nəfsani istək və ehtiraslarının nəzarət altına alınmasında çox təsirli bir amil olduğundan, elmdə dərin bilikli olanlar o günü xatırlayıb deyirlər: Pərvərdigara! Sən insanları heç bir şəkk-şübhə olmayan gündə bir yerə yığacaqsan. Allah Öz vədəsinə xilaf çıxmaz.

    Beləliklə də onlar insanların yoldan azmalarına səbəb olan ifratçı hissiyyatlara qapılmaq, nəfs istəklərinə tabe olmaq kimi işlərdən uzaq olur və nəticədə Allahın ayələrini olduğu kimi dərk edə bilirlər.
    AYƏ 10-11:

    ﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلاَ أَوْلاَدُهُم مِّنَ اللّهِ شَيْئًا وَأُولَـئِكَ هُمْ وَقُودُ النَّارِ. كَدَأْبِ آلِ فِرْعَوْنَ وَالَّذِينَ مِن قَبْلِهِمْ كَذَّبُواْ بِآيَاتِنَا فَأَخَذَهُمُ اللّهُ بِذُنُوبِهِمْ وَاللّهُ شَدِيدُ الْعِقَابِ ﴾
    TƏRCÜMƏ:

    10. «Həqiqətən, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan olan heç bir şeyi əsla uzaqlaşdırmayacaqdır. Onlardır (Cəhənnəm) odun(un) yanacaqları!»

    11. «(Onların adəti) fironçuların və onlardan qabaqkıların adəti kimi(dir) ki, Bizim ayələrimizi və nişanələrimizi təkzib etdilər və Allah da onları günahlarına görə cəzalandırdı. Allah şiddətli cəzalandırandır.»
    TƏFSİR:

    «Vəqud» odun və yanar bir şey deməkdir.

    Bu ayədə qəlblərində azğınlıq olan şəxslərin vəziyyəti aşağıdakı şəkildə bəyan edilir:

    -Onlar Allahın ayələrinə və peyğəmbərlərə qarşı kafir olan şəxslərdir.

    -Onların malları və övladları Allah yanında onları ehtiyacsız etməyəcəkdir.

    Əbu Übeydə demişdir: Bu ayədəki «minəllahi» kəlməsi «indəllahi» mənasınadır. Yəni, Allahın yanında. Lakin Mübərrəd belə deyir: «Min» sözü özünün əsl mənasındadır: Yəni, başlanğıc. Bu halda ayənin mənası belə olur: əvvəldən axıra kimi onların mal və övladlarının heç bir faydası olmayacaqdır.

    Bəziləri demişlər ki, «minəllah» ifadəsi «min əzabillah» kimi mənalandırılmalıdır. Yəni, Allahın əzablarının bəziləri onları ehtiyacsız etməyəcəkdir.

    «Ulaikə hum vəqudunnar» yəni onların özü cəhənnəm atəşinin yanacaqlarıdır, od onların vasitəsi ilə şölələnir. Başqa ayələrdə isə belə buyurulur: «hətəbu cəhənnəmə» - onlar cəhənnəmin odunlarıdır.
    TƏFSİR:

    «Kə dəbi ali Firovnə» ayəsindəki «dəb» kəlməsinin mənasında bir neçə nəzər qeyd edilmişdir. O cümlədən:

    1. Kafirlərin səni (yəni, Peyğəmbəri) təkzib etmələri, sənə və səndən əvvəlki peyğəmbərlərə nazil olanları inkar edib onlara qarşı kafir olmaları eynilə fironçuların əməllərinə bənzəyir. Çünki onlar da peyğəmbərləri və Allah tərəfindən nazil olanları təkzib etmişlər.

    İbn Abbasdan nəql olunana görə, «dəb» kəlməsi «adət» mənasınadır.

    2. Bu kafir dəstənin sənə qələbə çalmaq üçün ciddi şəkildə çalışması, sənin dinini kökündən məhv etməyə can atması fironçuların Musaya qələbə çalmaq üçün səy göstərmələrinə bənzəyir. Bu cür yozumda «dəb» kəlməsi «səy və çalışmaq» mənasınadır.

    «Vəlləziynə min qəblihim»-onlardan əvvəl olan şəxslər, yəni əvvəlki ümmətlərin kafirləri kimi.

    «Kəzzəbu bi ayatina» - onlar Bizim ayələrimizi təkzib və inkar etdilər, buna görə də Allah-təala onları günahlarının cəzası olaraq əzaba düçar etdi. Bu da «müaxizə» kəlməsindən aydın olur. Çünki "müaxizə” «əzab vermək, müqəssir şəxsi tutub cəzalandırmaq» deməkdir.

    «Vəllahu şədidul-iqab» - Allah-təala əzaba layiq olan şəxslərə çox şiddətli əzab verəndir.
    AYƏ 12:

    ﴿ قُل لِّلَّذِينَ كَفَرُواْ سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَى جَهَنَّمَ وَبِئْسَ الْمِهَادُ ﴾
    TƏRCÜMƏ:

    «Kafirlərə de: «Tezliklə (İslama) məğlub olacaqsınız və (axirətdə özünüzün pərakəndə qəbirlərinizdən) Cəhənnəmə doğru toplanacaqsınız». Ora qalmaq üçün çox pis yerdir.»
    TƏFSİR:

    «Məcməul-bəyan» təfsirində, eləcə də Fəxr Razinin, Mərağinin və başqalarının təfsirində qeyd olunur ki, müsəlmanlar hicrətin ikinci ilində «Bədr» müharibəsində qələbə çalan zaman yəhudilərdən bir dəstəsi dedi: "Bu qələbə Məhəmmədin peyğəmbərlik iddiasının doğru olmasının bir nişanəsidir. Çünki Tövratda Onun qələbə çalacağı qabaqcadan deyilmişdir.” Yəhudilərdən bir qrupu isə belə dedi: "Çox da tələsməyin, bəlkə sonrakı müharibələrdə məğlubiyyətə uğradılar?!”

    Hicrətin üçüncü ilində baş verən «Ühüd» müharibəsində müsəlmanlar məğlub olduqda həmin yəhudilər sevindilər. Yuxarıdakı ayə nazil olaraq buyurdu ki, tələsik mühakimə yürütməyin, çox yaxın gələcəkdə siz məğlub olacaqsınız.
    İNCƏ MƏTLƏBLƏR

    1. Quranın möcüzələrindən biri onun öncədən verdiyi xəbərlərin doğru çıxmasıdır. Belə ki, çox çəkmədən müsəlmanlar Mədinədə Bəni-Qureyzə və Bəni-Nəzir tayfalarını məğlub etdilər. Məkkə fəth olunan zaman müşriklərin kökü yer üzündən kəsildi.

    2. Möminlərə ümid və təskinlik verilməsi və kafirlərin təhdid olunması düzgün rəhbərliyin və hədəfə olan imanın göstəricisidir.

    3. Peyğəmbərlər bu dünyanın məğlubiyyəti və axirət aləminin xəsarəti barədə bir-birilə eyni nəzərə malik olmuşlar.
    AYƏ 13:

    ﴿قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللّهِ وَأُخْرَى كَافِرَةٌ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ وَاللّهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَن يَشَاء إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لَّأُوْلِي الأَبْصَارِ﴾
    TƏRCÜMƏ:

    «Həqiqətən, sizin üçün (Bədr döyüşündə) bir-birləri ilə qarşılaşan iki dəstədə (Allahın qüdrəti və tovhidinə dair) nişanə var idi. Bir dəstə Allah yolunda döyüşürdü və digər bir dəstə kafir idi ki, müsəlmanları öz gözləri ilə özlərindən iki qat artıq görürdülər (və elə buna görə də məğlub oldular). Allah istədiyini Öz köməyi ilə qüvvətləndirir. Əlbəttə, bunda (bu işdə) bəsirət sahibləri üçün bir ibrət vardır.»
    TƏFSİR:

    «Məcməul-bəyan» təfsirində, eləcə də Mərağinin, Fəxr Razinin və digərlərinin təfsirlərində qeyd olunur ki, bu ayə «Bədr» müharibəsi ilə əlaqədar nazil olmuşdur. Bu müharibədə iki dəstə – müsəlmanlar və kafirlər bir-birinin qarşısında cəbhələşmişdilər. Müsəlmanların sayı 313 nəfər idi ki, onlardan da 78 nəfəri mühacir, 235 nəfəri isə ənsar olub. Ənsarın bayraqdarı Səd ibn Übadə imiş. Müsəlmanlar 70 dəvəyə, 2 ata, 6 zirehli paltara və 8 qılınca milik olublar. Lakin kafir ordusunun mindən artıq döyüşçüsü və 100 atı olmuşdur. Müsəlmanlar bu müharibədə 14 nəfəri mühacirdən, 8 nəfəri isə ənsardan olmaqla 22 şəhid verərək kafirlərə qələbə çalıblar. Kafirlərdən 70 nəfəri qətlə yetirildi, 70 nəfəri də əsir düşdü və onlar məğlubiyyətə uğradılar. Bu hadisədə bəsirət əhli üçün bir ibrət dərsi var. Çünki müsəlmanlar döyüş təchizatının son dərəcə zəif və döyüşçülərinin sayının az olmasına baxmayaraq, özlərindən üç qat artıq olan düşmən ordusuna qələbə çalmışdılar. Bu da göstərir ki, təkcə maddi amillər qələbəyə səbəb ola bilməz.
    İNCƏ MƏTLƏBLƏR

    1. «Bədr» müharibəsində müsəlmanların azsaylı qoşununun kafirlərin çoxsaylı qoşununa qələbə çalması Allah-təalanın yenilməz iradəsinin qələbə çalması sayılır. Bu haqqın batilə, imanın küfrə qələbəsinin ən mühüm və ən yaxşı nümunəsi hesab olunur.

    2. Əgər Allah istəsə baxışlar, nəzərlər və fikirlər tamamilə əksinə dəyişilə bilər. Belə ki, adi gözlərlə bir qrup insan ikiqat artıq görünə bilər.

    3. Müharibənin dəyəri onun hansı məqsədlə aparılmasına bağlıdır.

    4. Allah Öz köməyi ilə istədiyi hər kəsi qüvvətləndirir. Lakin başqa bir ayədə Allahın insanlara kömək etməsi onların Allah dininə kömək etməsi ilə şərtlənir.

    5. Müsəlman döyüşçülərinin yalnız bir, kafir döyüşçülərin isə müxtəlif hədəfləri və yolları var idi.

    6. Nişanə və əlamət hamı üçündür, lakin nişanələrdən ibrət dərsi almaq xüsusi bəsirət və agahlıq tələb edir.

    7. «Bədr» müharibəsi əvvəlcədən olan hazırlıqla baş verməmişdi. Əsas məqsəd mühacir müsəlmanlardan Məkkədə müsadirə olunan mal-dövlətin əvəzi olaraq kafirlərin mal-dövlətini müsadirə etmək idi. Lakin bu iş hərbi toqquşma ilə nəticələndi.
    AYƏ 14:

    ﴿زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاء وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَيْلِ الْمُسَوَّمَةِ وَالأَنْعَامِ وَالْحَرْثِ ذَلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَاللّهُ عِندَهُ حُسْنُ الْمَآبِ﴾
    TƏRCÜMƏ:

    «Qadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar və əkin yerləri kimi istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir. Halbuki, bunlar dünya həyatından faydalanmaq vasitəsidir. Gözəl qayıdış yeri isə Allahın yanındadır.»
    TƏFSİR:

    «Qənatir» sözü çoxlu mal-dövlət mənasında olan «qintar» kəlməsinin cəm formasıdır. Onun ardınca qeyd olan «müqəntərə» kəlməsi də (kökləri eynidir) bir növ əlavə təkid üçün gəlmişdir.

    «Xəyl» at və ata minən süvari, «əl-müsəvvəmə» isə əlamətli, nişanəli şey mənasına gəlmişdir.

    Gözəl bədən quruluşuna malik olduqlarına, yaxud təlim gördüklərinə görə bəzi atlar yorğunluq və çətinlik qarşısında müqavimətli olurlar. Onlara «xəylül-müsəvvəmə» deyilir.

    Zinətverilmə bəzən bir şəxsin xəyallara qapılması, bəzən şeytani vəsvəsələrə uyması ilə, bəzən də insanın ətrafında olan yaltaq şəxslər tərəfindən baş verir. Yuxarıdakı ayədə qeyd olunan cilvənin nümunələrinin ayənin nazilolma zamanı ilə əlaqədar olmasına baxmayaraq, hər dövrdə özünə yeni-yeni nümunələr tapa bilər.
    AYƏ 15:

    «De: Sizə bunlardan da xeyirlisini xəbər verimmi? Təqvalılar üçün Rəbbi yanında (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər vardır ki, orada əbədidirlər. Həmçinin (orada cismi və ruhi çirkinliklərdən) pak olan zövcələr və Allah tərəfindən razılıq vardır. Allah Öz bəndələrini görəndir»

    TƏFSİR:

    Allah-təala əvvəlki ayədə dünyanı dəyərsiz hesab edir, insanları dünyaya məftun olmaqdan çəkindirir. Bu ayədə isə axirət aləminin çox yüksək və qiymətli olduğunu bəyan edir və insanları bu yola təşviq edir.

    Müfəssirlər «əunəbbiukum» sözü ilə başlanan sual cümləsində «ində Rəbbihim» kəlməsini onun sonu hesab edir və deyirlər ki, cavab olaraq xəbər verilən şey «cənnatun təcri» kəlməsindən başlayır.

    Buna əsasən ayənin mənası belə olur: Sizə əvvəldə qeyd olunanlardan, yəni dünya şəhvətlərindən, ləzzətlərdən və onun cilvələrindən daha yaxşı olan bir şeyi xəbər verimmi?!

    «Lilləziynəttəqəv» – o kəslər üçün ki, haram işlərdən çəkinər, təqvalı olarlar.

    «İndə Rəbbihim» – Pərvərdigarın yanında "Cənnətun təcri min təhtihəl-ənhar” − ağaclarının altından çaylar axan bağlar vardır.

    «Xalidinə fiha» – onlar behiştdə həmişəlik olaraq qalacaqlar.

    «Əzvacun mutəhhərəh» - yəni hər növ zahiri aludəliklərdən və batini çirkinliklərdən, xoşagəlməz əxlaq, sifət və rəftarlardan pak olan zövcələr vardır.

    «Rizvanun minəllah» - bu behiştdən əlavə, onlar üçün Allahın razılığı da vardır.

    «Vəllahu bəsirun bil-ibad» - Allah-təala bəndələrin bütün rəftar və əməllərinə agahdır.
    Category: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 1217 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024