İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (8-ci cild)

    Nur təfsiri (8-ci cild)
    "HƏCC” SURƏSİ
    (22-CI SURƏ, 78 AYƏ)
    On yeddinci cüz
    "HƏCC” SURƏSININ SIMASI
    Bu surə 78 ayədən ibarətdir və Mədinədə nazil olmuşdur. "Həcc” sözü lüğətdə bir işin yerinə yetirilmə məqsədi mənasını bildirir. İslam şəriətində isə hər il Məkkədə keçirilən xüsusi bir mərasim "Həcc” adlandırılmışdır. Surənin on üçədək ayəsində (ayə 25- 37) Kəbə, onun tarixi, Həccin ictimai-siyasi əhəmiyyəti haqqında danışılır. Bu səbəbdən surə "Həcc” adlandırılmışdır.
    Bu surədə ilahi peyğəmbərlərin bir çox qövmləri haqqa dəvət etmələri və həmin qövmlərin taleyi mövzuları bəyan olunur. Rəvayətlərə əsasən, əziz İslam Peyğəmbəri (s) buyurmuşdur: "Allah "Həcc” surəsini oxuyana keçmişdə və gələcəkdə həcc və ümrə əməllərini yerinə yetirənlərin sayı qədər həcc və ümrə savabı verər.” 
    Rəhman və Rəhim Allahın adı ilə
    بسم الله الرحمن الرحيم
    AYƏ1:
    يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيمٌ
    "Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən, Qiyamət zəlzələsi böyük və hövlnak bir hadisədir.”
    Nöqtələr
    Rəvayətlərdə oxuyuruq: "Hicri 6-cı il, şəban ayında müsəlmanlar "Bəni-Müstələq” döyüşündə hərəkətdə ikən "Həcc” surəsinin birinci və ikinci ayələri nazil oldu. Həzrət Peyğəmbər (s) dayanmaq göstərişi verdi. Müsəlmanlar dayandılar. Həzrət həmin bu iki ayəni tilavət etdi. Peyğəmbərin (s) bəzi yoldaşları həmin gecəni ağlamaqla keçirdilər. Allahın rəsulu (s) dünyadan bezmiş bu insanları öz müjdələri ilə sakitləşdirdi.  
    Bildirişlər
    1. Quran bütünlüklə insanlara ünvanlanmışdır.
    2. Qəflətdə olanlarla açıq-aydın danışmaq, onlara xəbərdarlıq etmək lazımdır.
    3. Qiyamət təhlükələrindən qurtuluş yolu təqvadır.
    4. Qiyamətin yada salınması təqva yaranmasına səbəb olur.
    5. Varlıqda hər nə varsa kiçik, Qiyamət zəlzələsi isə böyükdür.
    6. Aləmin Rəbbi və sahibi olan Allahdan qorxaq.
    7. Varlıq aləmində mövcud olan nizam bir zəlzələ ilə dağılıb gedəsidir.
    AYƏ 2:
    يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَى وَمَا هُم بِسُكَارَى وَلَكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ
    "Onu (böyük zəlzələni) müşahidə edəcəyiniz gün (vücudunuzu qorxu elə bürüyər ki,) hər bir süd əmdirən (qadın körpəsini) unudar, hər bir hamilə öz həmlini yerə qoyar (uşaq salar). Xalqı məst halda görərsən, amma onlar məst deyillər. Fəqət Allahın əzabı şiddətlidir.”
    Nöqtələr
    Quran Qiyamət səhnəsini təsvir edərkən insanı lərzəyə gətirən təbirlərdən istifadə edir. O cümlədən: "Uşaqları qocaldan gün” ; "amansız və çətin gün” ; "Əzabı əhatəli olan gün” 
    Ən güclü məhəbbət ananın öz övladına olan məhəbbətidir. Bu səbəbdən də Allah-təala Qiyamət çətinliyini bəyan edərkən ananın südəmər körpəsindən üz çevirməsini misal çəkir. Hamilə ananın bətnindəki körpəni vaxtsız salması da Qiyamət çətinliyinə bir işarədir. Əslində isə Qiyamətdə hamilə və ya südəmər körpəsi olan qadın yoxdur.
    Bildirişlər
    1. Qiyamətin çətin hadisələri insanın həm hisslərini, həm də ağlını alır.
    2. Tərbiyəvi mövzuların bəyanında hisslərə toxunan misallardan istifadə edək.
    3. Çəkilən misalın həqiqətə uyğun gəlməsi zəruri deyildir.
    4. Quran məsəlləri zaman ötdükcə öz aktuallığını itirmir.
    5. İnsanda məstlik yaradan yalnız şərab deyil. (Bəzən qürur, qəflət, sərvət, məqam da insandakı tarazlığın pozulmasına səbəb olur.)
    6. Həzrət Peyğəmbər (s) Qiyamət təhlükələrindən sığortalanmışdır və amandadır.
    AYƏ 3:
    وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّبِعُ كُلَّ شَيْطَانٍ مَّرِيدٍ
    "İnsanların bəzisi Allah haqqında bilmədən höcətləşir və hər azğın şeytana tabe olur.”
    Nöqtələr
    "Mərid” sözü xeyirsiz mənasını bildirir. Otsuz biyaban "mərid”, üzü tüksüz gənc "imrəd” adlandırılmışdır.
    Ayədə zəruri agahlıq əldə etmədən mübahisə aparmaq qadağan olunur. Əslində müxaliflərlə düzgün və ya analoji məntiqlə mübahisə etmək çox yaxşıdır. 
    Bildirişlər
    1. Qiyamət əzabı şəkk-şübhə yaratmaqla xalqın əqidəsinə zərbə vuranları hədəfə alır.
    2. Danışıqlar inad və təəssübə yox, məntiq və elmə əsaslanmalıdır.
    3. Elmi əsası olmayan mübahisə şeytana itaətdir.
    4. Cəhalət və təəssüb haqqın qəbuluna mane olur.
    5. Allah və onun yolundan ayrı düşən şəxs hər an şeytanın əsarətindədir.
    6. Şeytanlar çoxdur, onların hər biri müəyyən üsulla azdırır.
    7. Şeytana ardıcıllıqda xeyir yoxdur.
    AYƏ 4:
    كُتِبَ عَلَيْهِ أَنَّهُ مَن تَوَلَّاهُ فَأَنَّهُ يُضِلُّهُ وَيَهْدِيهِ إِلَى عَذَابِ السَّعِيرِ
    "Onun (şeytan) üçün yazıldı ki, vilayətini qəbul edəni hökmən azdırar, yandırıcı oda çəkər.”
    Nöqtələr
    "Yazıldı” sözü şeytanın məcbur edildiyini göstərmir. Çünki başqa bir ayədə şeytanın öz iradəsi ilə, inadkarlıq səbəbindən səcdə etmədiyi və Allaha qarşı çıxdığı bildirilir. Qeyd olunur ki, şeytan insanları azdıracağına and içmişdir. "Onun üçün yazıldı” dedikdə şeytanın öz istək və iradəsi əsasında ardıcıllarını azdırmasının labüdlüyü nəzərdə tutulur.
    Bildirişlər
    1. Şeytan yolu seçiminin və ona itaətin qəti ilahi əzabdan savay nəticəsi yoxdur. (Günahkarlar üçün cəza yalnız onlar günaha batdıqdan sonra müəyyənləşdirilir.)
    2. Şeytana tabeçilik onun vilayətini, hakimiyyətini qəbul etməkdir.
    3. Şeytan istədiyini yox, ona tabe olanları azdırır.
    4. Bütün şeytanlar insanları bir yola çəkir; yandırıcı oda!
    AYƏ 5:
    يَا أَيُّهَا النَّاسُ إِن كُنتُمْ فِي رَيْبٍ مِّنَ الْبَعْثِ فَإِنَّا خَلَقْنَاكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِن مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِّنُبَيِّنَ لَكُمْ وَنُقِرُّ فِي الْأَرْحَامِ مَا نَشَاء إِلَى أَجَلٍ مُّسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ وَمِنكُم مَّن يُتَوَفَّى وَمِنكُم مَّن يُرَدُّ إِلَى أَرْذَلِ الْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِن بَعْدِ عِلْمٍ شَيْئًا وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاء اهْتَزَّتْ وَرَبَتْ وَأَنبَتَتْ مِن كُلِّ زَوْجٍ بَهِيجٍ
    "Ey insanlar! Qiyamətə şəkkiniz varsa (öz vücudunuza diqqət yetirməklə şəkkinizi aradan qaldırın). Biz sizi torpaqdan, nütfədən, sonra laxta qandan, daha sonra ətdən yaratdıq. Bəzisi kamil şəkilə düşdü, (dünyaya gəldi), bəzisi kamil şəkilə gəlmədi (vaxtından əvvəl düşdü). (Bununla da istədik ki, hər şeyə qadir olduğumuzu) sizə aşkarlayaq. (Bətndəkilərdən) istədiyimizi müəyyən nəticəyədək anaların bətnində qərar verər, sonra körpə şəklində bayıra çıxararıq ki, yetkinlik həddinə çatasınız. (Bu arada) sizlərdən bəzisi ölər, bəzisi həyatın ən rəzil mərhələsinə (qocalığa) çatar və bildiklərini əldən verər. Torpağı (qışda) quru və ölü görərsən. Elə ki, üzərinə yağış yağdırarıq, hərəkətə gələr, inkişaf edər, növbənöv gözəl otlar bitirər.”
    Nöqtələr
    "Vəfat” kökündən olan "yutəvəffa” sözü insan vücudundan ruhun tam çıxarılması və ölümdən sonra ruhun əbədiliyi mənalarını bildirir.
    "Bəhcət” kökündən olan "bəhic” sözü şadlıq mənasını bildirir. Yaşıllığın seyri insanda ruh yüksəkliyi və şadlıq yaradır.
    Ayədə qocalıq insan ömrünün ən rəzil çağı sayılsa da, bu rəzilliyi doğuran əsas səbəb yalnız qocalara aid deyil. Həyatının istənilən bir dövründə, hətta cavanlıq dövründə ağıl qüvvəsi zəifləyən insan öz ömrünün rəzil çağını yaşayır.
    Bildirişlər
    1. Şəkkin qaynağı Allahın qüdrətindən xəbərsizlikdir.
    2. Kafirlərlə dəlillər əsasında, məntiqi və anlaşılan şəkildə danışaq.
    3. Hisslər vasitəsi ilə həqiqətlərlə tanış olmaq mümkündür.
    4. Məad həm cismani, həm də ruhanidir.
    5. İnsanın mənşəyi, ilkin maddəsi torpaqdandır.
    6. İnsan ölümdən öncə yeddi mərhələ keçir (torpaq, nütfə, laxta qan, formalaşmamış ət, körpəlik, yetkinlik, qocalıq).
    7. "Muzğə” (ana bətnində laxtalanımış ət) dövrü insanın formalaşma dövrüdür.
    8. Dünyada cansız torpaqdan insan yaradan kəs Qiyamətdə də bu işi görə bilər.
    9. Həyat yüksəliş və enişdən ibarətdir; torpaqdan yüksəliş və həyatın rəzil çağına eniş!
    10. Yaranışın bütün mərhələləri, nütfənin möhkəmlənməsindən doğuşadək ötən pillələr Allahın əlindədir.
    11. Təbii gedişatların zamana ehtiyacı var.
    12. Nütfənin möhkəmlənməsi və ya vaxtsız düşməsi Allahın istəyindən asılıdır.
    13. Hamiləlik dövrü Allah tərəfindən müəyyənləşdirilmişdir.
    14. İnsanın dünyaya gəlişi Allahın iradəsindən asılıdır.
    15. İnsanlar öncə eyni olur, sonra qidalanma və tərbiyə nəticəsində hərə özünəməxsus əxlaq və rəftarlara yiyələnir.
    16. Ölüm təkcə qocalara aid deyil.
    17. İnsan ölümlə məhv olmur.
    18. İnsan və insan həyatının dəyəri onun elm, agahlıq və ağlından asılıdır. (Quran, biliklərin unudulmasını ömrün ən rəzil çağı üçün dəlil göstərir.)
    19. Bitkilər arasında da zövciyyət, erkək-dişi bölgüsü var.
    AYƏ 6:
    ذَلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّهُ يُحْيِي الْمَوْتَى وَأَنَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
    "Bunun (insan və bitkilərin mərhələli yaranışının) səbəbi Allahın haqq olması, ölüləri diriltməsi və hər işə qadirliyidir.”
    AYƏ 7:
    وَأَنَّ السَّاعَةَ آتِيَةٌ لَّا رَيْبَ فِيهَا وَأَنَّ اللَّهَ يَبْعَثُ مَن فِي الْقُبُورِ
    "(İnsanın torpaqdan yaranışı, bitkilərin torpaqdan cücərməsi göstərir ki,) həqiqətən, Qiyamət gələsidir və bunda şübhə yoxdur. Allah qəbirdə uyuyan bütün insanları dirildəcək.”
    Bildirişlər
    1. İnsan və bitki aləminin yaranışı Allahın haqlılıq nişanəsidir.
    2. Allah heç vaxt yaranışı ölümlə başa çatdırmaz. Çünki haqq olan varlığın mənasız, batil iş görməsi mümkünsüzdür. O öz yaratdıqlarını son məqsədə çatdırmalıdır və ölümdən sonra növbəti mərhələnin mövcudluğu labüddür.
    3. Bir dəfə yaradan ikinci dəfə də yarada bilər.
    4. Həm heçdən yaradan, həm də yaratdıqlarını hökmü altında saxlayan şəxs mütləq qeyd-şərtsiz qüdrət sahibidir.
    5. Məad–ölümdən sonrakı həyat cismanidir.
    AYƏ 8:
    وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُّنِيرٍ
    "Xalq arasında eləsi var ki, heç bir biliyi, göstərişi və aşkar kitabı olmadan Allah haqqında mübahisə aparır.”
    Bildirişlər
    1. Hamını qınamamağa çalışaq.
    2. Elmə əsaslanan mübahisə pis deyil.
    3. İnsanı müxtəlif yollarla tanımaq olar. Ola bilsin ki, bəzən düşüncə və təhsil yolu səmərə verdiyindən ayədə "heç bir elmi olmadan” təbiri işlədilmişdir. Bəzən də insanın tanınmasında qəlbə verilən ilham son söz deyir. Bu səbəbdən də "heç bir göstərişsiz” təbiri işlədilə bilər. Bəzən də tanışlıq səmavi kitab, vəhy və nübuvvət yolu ilə əldə edilir.
    AYƏ 9:
    ثَانِيَ عِطْفِهِ لِيُضِلَّ عَن سَبِيلِ اللَّهِ لَهُ فِي الدُّنْيَا خِزْيٌ وَنُذِيقُهُ يَوْمَ الْقِيَامَةِ عَذَابَ الْحَرِيقِ
    "Təkəbbür və təşəxxüslə xalqı Allahın yolundan azdırmaq istəyir. Onun üçün dünyada rüsvayçılıq var. Qiyamətdə də ona yandırıcı əzab daddırarıq.”
    Nöqtələr
    "Sani” dedikdə "burmaq”, "itf” dedikdə "çiyin” mənaları anlaşılır. "Saniyə itfihi” təbiri təkəbbür və təşəxxüsə işarədir.
    Bildirişlər
    1. Cahil insanları mübahisəyə sövq edən onlardakı qürur və təkəbbürdür.
    2. Günah cəzaya uyğun olur. Təkəbbürlünün cəzası xarlıq, zəlillikdir.
    3. Təkəbbürlü insan elə bu dünyada bədbəxt olur.
    AYƏ 10:
    ذَلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيدِ
    "(Qiyamətdə ona deyilər: Bu yandırıcı əzab) öz əllərinlə öncədən göndərdiklərinə görədir. Yoxsa Allah, bəndələrinə heç vaxt zülm etməz.”
    AYƏ 11:
    وَمِنَ النَّاسِ مَن يَعْبُدُ اللَّهَ عَلَى حَرْفٍ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انقَلَبَ عَلَى وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ
    "Xalq arasında eləsi var ki, Allaha yalnız dili ilə pərəstiş edir. (Onun imanı küfrə yaxındır və kiçik bir hadisədən lərzəyə gəlir,) bir xeyir gördükdə Ona (Allaha) əmin olur, müsibətə düşüb sınağa çəkildikdə isə özünü itirir (küfrə doğru gedir. Belə birisi) dünya və axirətdə ziyankardır və bu, həmin aşkar ziyandır.”
    Nöqtələr
    Ədalətli Allah üçün kiçik bir zülm də böyük sayılar. "Zəllam” sözü bu məqsədlə işlədilə bilər.
    Bildirişlər
    1. Allah adildir. Onda qəzəb və ya mərhəmət doğuran bizim öz əməllərimizdir.
    2. Günaha yol verdikdə başqalarını ittiham etməyək. Hər şey özümüzdən asılıdır.
    3. Bəzilərinin imanı mövsümi, səthi olur. Kiçik bir acı və ya şirin hadisə onların imanına təsir göstərir.
    4. Məntiqi əsası olan əqidə və əməl maddi eniş-yoxuşlarla dəyişən əqidə və əməldən fərqlidir. (Dini çörəyə xatir istəməyək.)
    5. İnsan acı və şirin hadisələrin hədəfindədir.
    6. Yoxsulluq və acı hadisələr sınaq vasitələridir.
    7. Allahın yolundan çıxmaq İlahinin şiddətli qəzəbi və cəhənnəm əzabı ilə sonuclanır.
    Category: Nur təfsiri (8-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-10-01)
    Views: 1831 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024