İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (8-ci cild)

    Nur təfsiri (8-ci cild)
    AYƏ 55:
    وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا فِي مِرْيَةٍ مِّنْهُ حَتَّى تَأْتِيَهُمُ السَّاعَةُ بَغْتَةً أَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيمٍ
    "Küfrə uğrayanlar daim Quran və peyğəmbərliyə münasibətdə şəkdədirlər. Nəhayət, Qiyamət onları qəfildən yaxalayar, ya da bəhrəsiz bir günün əzabı soraqlarına gələr.”
    Bildirişlər
    1. Əgər şəkk-şübhə araşdırma və iman üçün müqəddimə olsa, dəyər sayılar. Sonu azğınlıq və əzab olan şəkk-şübhə pisdir.
    2. Hər adamdan iman intizarında olmayın. Çünki bəzilərinə heç bir dəlil təsir etmir.
    3. Küfr və haqla mübarizə yolunu seçən kəs istənilən bir həqiqət qarşısında şəkk-şübhəyə düşər.
    4. Ölüm və Qiyamət qəfil hadisədir. Heç vaxt qəflətdə olmayaq.
    5. Qiyamət qopduqdan sonra keçmiş səhvləri düzəltmək üçün fürsət qalmır.
    AYƏ 56:
    الْمُلْكُ يَوْمَئِذٍ لِّلَّهِ يَحْكُمُ بَيْنَهُمْ فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي جَنَّاتِ النَّعِيمِ
    "Qiyamət günü hakimiyyət yalnız Allaha məxsusdur. O, xalq arasında mühakimə aparar. İman gətirib saleh işlər görənlər nemət dolu bağlarda qalar.”
    Bildirişlər
    1. Qiyamət günü hər şey Allahın iradəsindən asılıdır, kimsədə hansısa qüdrət yoxdur.
    2. Allahın mühakiməsi bizim öz əməllərimizə əsaslanır.
    AYƏ 57:
    وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا فَأُوْلَئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ
    "Küfrə uğrayıb ayələrimizi təkzib edənlər üçün zəliledici əzab var.”
    Bildirişlər
    1. Qiyamətdə insanların küfr və ya imanı əsasında mühakimə aparılar.
    2. Təkəbbürlə haqdan üz çevirənin cəzası zəliledici əzabdır.
    AYƏ 58:
    وَالَّذِينَ هَاجَرُوا فِي سَبِيلِ اللَّهِ ثُمَّ قُتِلُوا أَوْ مَاتُوا لَيَرْزُقَنَّهُمُ اللَّهُ رِزْقًا حَسَنًا وَإِنَّ اللَّهَ لَهُوَ خَيْرُ الرَّازِقِينَ
    "Allah yolunda hicrət edən, sonra öldürülən kəslərə, şübhəsiz, Allah yaxşı ruzi verəcək. Həqiqətən, Allah ruzi verənlərin ən üstünüdür.”
    AYƏ 59:
    لَيُدْخِلَنَّهُم مُّدْخَلًا يَرْضَوْنَهُ وَإِنَّ اللَّهَ لَعَلِيمٌ حَلِيمٌ
    "Şübhəsiz, Allah onları razı qalacaqları bir məhəllə daxil edər. Həqiqətən, Allah bilən və həlimdir.”
    Bildirişlər
    1. Məqsədli hicrət dəyərli bir işdir.
    2. Allah yolunda hicrətdə ölənlər şəhid kimidirlər. (Əsas məsələ ölüm və ya şəhadət yox, Allah yolunda olmaqdır.)
    3. Allah yolunda nakamlıq yoxdur. Allahın saleh bəndələri dünya ləzzətlərindən məhrum olsalar da, onları böyük axirət nemətləri gözləyir.
    4. İlahi vədlərin həyata keçəcəyinə şübhə yoxdur.
    5. Dünya ruzisi bəzən şirindir, bəzən də acı. Amma behişt əhli yalnız yaxşı ruzidən faydalanır.
    6. Həqiqi ruzi verən Allahdır. Başqaları yalnız vasitə ola bilər.
    7. Xoşagələn məskən və mənzil yaxşı ruzi nümunələrindəndir.
    AYƏ 60:
    ذَلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِ ثُمَّ بُغِيَ عَلَيْهِ لَيَنصُرَنَّهُ اللَّهُ إِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ
    "(Bəli, hökm) budur. Hər kəs özünə verilən sitəm həddində cəzalandırsa, yenidən zülmə düçar olduqda, şübhəsiz, Allah ona yardım edəcək. Əlbəttə, Allah əfv edib bağışlayandır.”
    Nöqtələr
    "Təfsiri-nümunə”də oxuyuruq: "Müşriklər məhərrəm ayında dedilər: "Müsəlmanlar bu ayda döyüşü haram sayırlar. Onlar bu ayda müdafiə də olunmayacaqlar, belə isə yubanmadan hücum edək.” Ayədə isə buyurulur: "İstənilən bir ayda müdafiə vacibdir.”
    Bildirişlər
    1. Müdafiə hər bir insanın təbii haqqıdır.
    2. Ədalət hər yerdə dəyərdir.
    3. Məzluma yardım bəzən zalımın məhvi ilə müşayiət olunmur.
    4. Allah məzluma yardım edir, amma onun müəyyən səbəblərdən zalımı da bağışlaması mümkündür.
    AYƏ 61:
    ذَلِكَ بِأَنَّ اللَّهَ يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَأَنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ
    "Bu, (ilahi yardım vədi) Allahın (hər şeyə qadir olması,) gecəni gündüzə, gündüzü gecəyə qərq etməsinə xatirdir. Əlbəttə, Allah eşidən və görəndir.”
    Nöqtələr
    Allah-təala ötən ayədə buyurdu ki, Biz məzluma yardım edərik. Bu və bundan sonrakı ayədə isə yardım dəlilləri və zəminləri qeyd olunur: Allahın qüdrəti, Allahın elmi, Allahın haqq olması, Allahın böyüklüyü və əzəməti.
    Bildirişlər
    1. Allahın gecə və gündüzü dəyişmə qüdrəti və elmi Onun bəndələrə yardım gücünün nişanəsidir.
    2. Gecə və gündüzün dəyişməsi təsadüfi deyil. Varlıq aləmindəki işlərin hikmət və elm sahibi olan aparıcısı var.
    AYƏ 62:
    ذَلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِ هُوَ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ
    "Bunun (məzluma yardımın) səbəbi odur ki, Allah haqdır, ondan savay kimi çağırsalar batildir. Əlbəttə, Allah uca mərtəbəli və böyükdür.”
    Bildirişlər
    1. Gecə və gündüzün dəyişməsi Allahın tədbir, rübubiyyət və birliyini göstərən aşkar nişanədir.
    2. Ondan savay bütün məbudlar uydurmadır.
    3. Həqiqət ölçüsü yalnız Allah-təaladır.
    AYƏ 63:
    أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنزَلَ مِنَ السَّمَاء مَاء فَتُصْبِحُ الْأَرْضُ مُخْضَرَّةً إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ
    "Görmədinmi ki, Allah səmadan su endirdi, sonra yer yaşıllaşdı? Həqiqətən, Allah lütf və agahlıq sahibidir.”
    Bildirişlər
    1. Varlıq aləminin mütaliəsi Allaha iman üçün zəmindir.
    2. Allah varlıq aləmində təbii amillər əsasında iş görür.
    3. Təbiətin əsərləri və bərəkətləri ondandır. (Əgər yağış yer üzünü yaşıllaşdırırsa, bu da ilahi mərhəmətdir.)
    AYƏ 64:
    لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَإِنَّ اللَّهَ لَهُوَ الْغَنِيُّ الْحَمِيدُ
    "Səmalarda və yerdə nə varsa Ona məxsusdur. Həqiqətən, ehtiyacsız və tərifə layiq olan Allahdır.”
    Nöqtələr
    İnsan vücudu başdan-başa ehtiyac içindədir, havaya, qidaya, məskənə, libasa və digər şeylərə möhtacdır. İnsan bir anlıq özünü ehtiyacsız bildikdə tüğyan qoparır, fəsad törədir. Belə bir hal təqvasızlıq, qəflət, istismarla nəticələnir. Amma Allah mütləq surətdə ehtiyacsızdır və hər cür tərifə layiqdir.
    Bildirişlər
    1. Bütün varlıq aləmi möhtac, Allah isə ehtiyacsızdır.
    AYƏ 65:
    أَلَمْ تَرَ أَنَّ اللَّهَ سَخَّرَ لَكُم مَّا فِي الْأَرْضِ وَالْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِأَمْرِهِ وَيُمْسِكُ السَّمَاء أَن تَقَعَ عَلَى الْأَرْضِ إِلَّا بِإِذْنِهِ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَؤُوفٌ رَّحِيمٌ
    "Görmədinmi ki, Allah yer üzündə nə varsa, həm də Onun əmri ilə dəryada üzən gəmiləri sizə ram etdi, göyləri saxladı ki, Onun əmri olmadan yerə enməsin?! Həqiqətən, Allah insanlara qarşı mehriban və mərhəmətlidir.”
    Nöqtələr
    Mövcudların ram edilməsi dedikdə, onların bütünlüklə insanın istifadəsinə verilməsi nəzərdə tutulur. Günəş ram olmuşdur, yəni biz ondan bəhrələnirik.
    Yer üzündəki nemətlərlə yanaşı gəminin adının ayrıca qeyd olunması onun mühüm rola malik olduğunu göstərir. Elə günü bu gün su hövzələrində hərəkət edən gəmilər dayansa, dünyanın iqtisadiyyatı iflic olar.
    Bildirişlər
    1. Yaranışın mütaliəsi həm iman, həm də eşq üçün zəmindir.
    2. Varlıq aləminin ram olunması Allahın iradəsindən asılıdır.
    3. İnsan yer üzünə və ondakı hadisələrə qalib gələ bilər. (Bəşəriyyət yer üzündə mövcud olan yaranışların şərafətlisidir.)
    4. Təbiətin seyri Allahın iradəsindən asılıdır.
    5. Göy və göydə olanlar Allah tərəfindən öz yerindəcə saxlanılırlar.
    6. Varlıq aləmindəki nizam və onun hifzi Allahın daimi nəzarətinə ehtiyaclıdır.
    7. Təbiət qanunları Allahın iradəsi qarşısında dayana bilməz.
    8. Allahın mehribanlığı və mərhəməti Onun lütfünə dəlildir.
    Təbiətin insana ram edilməsi, gəmilərin dəryada hərəkəti, səma cisimlərinin təhlükəsiz hərəkəti Allahın mehribanlıq və mərhəməti ilə təmin olunur.
    9. Bütün insanlar Allahın lütfündən bəhrələnir.
    AYƏ 66:
    وَهُوَ الَّذِي أَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ إِنَّ الْإِنسَانَ لَكَفُورٌ
    "Sizi dirildən, sonra öldürən, növbəti dəfə canlandıran Odur. Əlbəttə, insan çox nankordur.”
    Bildirişlər
    1. Ölüm və həyat, keçmiş və gələcək Allahın əlində olduğu halda, insan tüğyan qoparıb nankorluq edir.
    AYƏ 67:
    لِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا هُمْ نَاسِكُوهُ فَلَا يُنَازِعُنَّكَ فِي الْأَمْرِ وَادْعُ إِلَى رَبِّكَ إِنَّكَ لَعَلَى هُدًى مُّسْتَقِيمٍ
    "Hər bir ümmət üçün əməl etsinlər deyə ayinlər müəyyənləşdirdik. Bu barədə səninlə mübahisə etməməlidirlər. (Xalqı) Rəbbinin yoluna çağır. Həqiqətən, sən doğru yoldasan.”
    Nöqtələr
    İnsanların mövsümi, ictimai və qeyri-sabit ehtiyacları olduğundan onlar üçün müxtəlif şəraitlərdə yeni göstərişlər verilməlidir. Necə ki, şərait dəyişdikcə həkim də yazdığı nüsxəni dəyişir. Yaşadığımız dövrdə fəqihlər (din alimləri) ümumi qanunlar çərçivəsində müsəlmanlara yeni göstərişlər verirlər.
    Bəziləri "mənsək” sözünün qurbanlıq mənasında olduğunu əsas götürüb ayəni belə mənalandırırlar: "Biz hər bir ümmət üçün bir növ qurbanlıq müəyyənləşdirdik ki, ona əməl etsinlər. Buna görə də müşriklər sənin qurbanlıq göstərişinə bəhanə tutmamalıdırlar.”
    Bildirişlər
    1. Allah heç bir ümməti məktəbsiz qoymur.
    2. Din Allah tərəfindən olmalıdır.
    3. Xalq ilahi yolda qədəm götürməlidir.
    4. Təbliğatçının vəzifəsi ümmətin hidayəti və bu yolda sabitqədəmlikdir.
    5. Doğru yol peyğəmbərlərin yoludur.
    6. Müxaliflərin təzyiqləri, düşmənçiliklərinə cavab üçün həqiqi rəhbərlərdən güc almaq lazımdır.
    7. Başqalarının doğru yola çağırışını öhdəsinə götürmüş kəs özü haqq yolda olmalıdır 
    AYƏ 68:
    وَإِن جَادَلُوكَ فَقُلِ اللَّهُ أَعْلَمُ بِمَا تَعْمَلُونَ
    "Əgər (kafirlər) səninlə mübahisəyə başlasalar, onlara de ki, Allah sizin əməllərinizdən daha çox agahdır.”
    AYƏ 69:
    اللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ
    "Allah Qiyamət günü aranızdakı ixtilaflar barəsində mühakimə aparacaq.”
    Bildirişlər
    1. Allah Öz peyğəmbərinə təsəlli verib onu məlumatlandırır.
    2. Peyğəmbərlər hətta möcüzə və məntiq vasitəsi ilə də inadkar fərdləri razı sala bilmirdilər.
    3. Allahın zikri və işlərin Ona həvaləsi ən üstün aramlıq vasitəsidir.
    4. İnadkar və höcətkeş fərdlərlə ağız-ağıza verməyin.
    5. Qiyamətdə hökm verən hər şeyə şahid və hər şeydən agah olan Allah-təaladır. (Kamil mühakimənin kamil elmə ehtiyacı var.)
    6. Allahın elm və mühakiməsinə iman möminləri arxayınlaşdırır, kafirləri hədələyir.
    7. Qiyamətə iman ixtilaf və çəkişmələrin qarşısını almaq üçün ən üstün vasitədir.
    8. Haqq və batil cəbhələri arasındakı döyüşün uzun tarixi var.
    Category: Nur təfsiri (8-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-10-01)
    Views: 851 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024