İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (8-ci cild)

    Nur təfsiri (8-ci cild)
     
    "MUMİNUN” SURƏSİ
    (23-CÜ SURƏ, 118 AYƏ)
    On səkkizinci cüz
    "MUMINUN” SURƏSININ SIMASI
    118 ayədən ibarət olan bu surə Məkkədə nazil olmuşdur.
    Surənin başlanğıc ayələrində möminlərin siması və iman nişanələri bəyan olunduğundan onu "muminun” adlandırmışlar. Surədə həzrət Nuh, Hud, Musa və İsa kimi peyğəmbərlərin sərgüzəştlərindən, müxtəlif qövmlərin onların dəvətinə cavabından da danışılır.
    "Muminun” surəsinin tilavətinin fəziləti haqqında İmam Sadiq (ə) buyurur: "Bu surənin xüsusi ilə cümə günlərində tilavətinin davamı dünya və axirət səadətinə, Firdovs cənnətlərdə ilahi peyğəmbərlərlə yoldaşlığa səbəb olur. 
    Rəhman və rəhim Allahın adı ilə
    بسم الله الرحمن الرحيم
    AYƏ 1, 2:
    قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ
    "Şübhəsiz, möminlər nicat tapdılar. Həmin kəslər ki, namazlarında xüşuludurlar (mütidirlər).”
    Nöqtələr
    Quranda "fəlah” (qurtuluş, nicat tapma) sözü "ləəllə” (bəlkə də) sözü ilə 11 dəfə yanaşı işlənmişdir ("ləəlləkum tuflihun”). Həmin söz üç yerdə "ləəllə” sözündən ayrı qeyd olunmuşdur və həmin üç məqamdan biri hazırkı, digəri "Şəms”, üçüncüsü "Əla” surəsində əks olunmuşdur. Bu üç halı bir-biri ilə müqayisə etdikdə aydın olur ki, iman və paklanmanın eyni bir cövhəri var.
    Bütün İslam proqramlarının üstün və son məqsədi insanın qurtuluşudur. Quranın bir çox ayələrində təqvadan danışılır, dini hökmlər təqvaya çatma yolu kimi tanıtdırılır.  Təqvanın son məqsədi isə qurtuluşdur. Maraqlıdır ki, İslam dininin mühüm və son məqsədi onun ilkin şüarında bəyan olunmuşdur: "Deyin "la ilahə illəllah” qurtulun!” Bəli, Allahın birliyinə iman gətirin və "la ilahə illəllah” deməklə nicat tapın.
    Hər gün gündəlik (yövmiyyə) namazlarının azan və iqaməsində "həyyə ələl fəlah” cümləsini 20 dəfə dilə gətiririk. Son məqsədi fəryad çəkərək elan edirik ki, yolu itirməyək. ("Həyyə ələl-fəlah” - "tələsin qurtuluşa!”)
    Quran iman gətirənlərin və nəfsini paka çıxaranların nicat tapdığını bildirir. Küfr isə başqa bir bəyanatla çıxış edirdi. Firon deyirdi ki, bu gün kimin gücü və üstünlüyü varsa, o, nicat tapmışdır. 
    "Fəlah” sözü cücərmə, böyümə mənalarını bildirir. Əkinçilərin "fəllah” adlandırılmasının səbəbi bu ola bilər ki, onlar toxumun torpaqda cücərməsinə zəmin hazırlayırlar. Torpaqda yerləşən toxum üç yolla özünü xilas edib işıqlı havaya çıxır: Öncə torpağa kök atır, sonra torpaqdan qidalanır, daha sonra yoluna çıxan torpağı kənarlaşdırır.
    Bəli, insan da özünü xilas etmək, açıq tövhid səmasına çıxmaq, maddiyyat zülmətlərindən qurtulmaq, nəfs istəkləri və tağutların boyunduruğundan azad olmaq üçün eynən həmin toxum kimi hərəkət etməlidir: O, dəlillərlə əqidə köklərini möhkəmləndirməli, sonra təkamülü üçün verilmiş imkanlardan faydalanmalı, daha sonra qarşısını kəsən maneə və düşmənləri kənarlaşdırmalıdır. Bəli, insan açıq tövhid fəzasına çıxmaq üçün "la ilahə illəllah” deməklə qeyri-ilahi məbudları dəf etməlidir.
    Bir şəxs namaz qıldığı vaxt saqqalı ilə oynayırdı. Həzrət Peyğəmbər (s) buyurdu: "Əgər onun qəlbində xüşu olsaydı, belə namaz qılmazdı.” 
    İmam Sadiq (ə) buyurmuşdur: "Namazda xüşu dedikdə, gözü qapamaq nəzərdə tutulur.” 
    Kimlər qurtuluş əhlidir?
    1. Abidlər ("Rəbbinizə pərəstiş edin, ola bilsin ki, nicat tapasınız”); 
    2. Əməlləri dəyərli və ağır gələnlər. 
    3. Xəsislikdən uzaq olanlar. 
    4. Hizbullah ("Allahın firqəsi nicat tapmışdır”;) 
    5. Çox zikr edənlər ("Allahı çox zikr edin ki, nicat tapasınız”;) 
    6. Təqvalılar ("Ey düşüncə sahibləri! Təqvalı olun ki, nicat tapasınız”;) 
    7. Mücahidlər (Allah yolunda cihad edin ki, nicat tapasınız”;) 
    8. Tövbə edənlər ("Ey iman əhli! Tövbə edin ki, nicat tapasınız”;) 
    Bildirişlər
    1. Möminlərin qurtuluşu labüddür.
    2. İmanın şərtləri və nişanələri var.
    3. Namaz İslam proqramlarının başlanğıcında gəlir.
    4. Namazda hal və keyfiyyət mühümdür.
    AYƏ 3, 4:
    وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ
    "O kəslər ki, boş işlərdən üz çevirər; o kəslər ki, zəkat ödəyərlər.”
    AYƏ 5:
    وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ
    "O kəslər ki, ayıb yerlərini (günahdan) hifz edərlər.”
    AYƏ 6:
    إِلَّا عَلَى أَزْوَاجِهِمْ أوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ
    "Yalnız zövcələri və əldə etdikləri kənizlər istisnadır. Onlar (zövcələri və kənizləri ilə yaxınlığa görə) məzəmmət olunmaz.”
    Nöqtələr
    Mənasız iş və danışıq "ləğv” adlanır.
    Boş işlərdən çəkinmək təkcə müsəlmanlara aid olan xüsusiyyət deyil. Quran kitab əhli arasında da belələrinin olduğunu bildirir. 
    "Zəkat” sözünün lüğətdə mənası inkişaf və paklıq, terminoloji mənası isə şəri vergi, dini vacibatdır.
    İslam cəmiyyətində namaz və namusun hifzi çox mühümdür. Həmin bir neçə ayədə namus "hafizun”, namaz isə "əla səlatihim yuhafizun” cümləsi ilə yad edilir.
    Dünyada boş işlərdən uzaqlığın nəticəsi Qiyamətdə boşluqdan hifz olunmaqdır. 
    Boş iş və danışıqdan uzaqlıq çirkin söz və tünd xasiyyətlə müşayiət olunmamalıdır. 
    Rəvayətlərdə boş iş və boş danışığın (ləğvin) müəyyən nümunələri göstərilir: Allah zikri olmayan söz, ğina (haram musiqi), mənasız işlər. 
    Rəvayətdə oxuyuruq: "Yalnız iffətli qadınla evlənin, malınıza münasibətdə əmin-aman saymadığınız kəslə bir yastığa baş qoymayın.” 
    Zəkatın əhəmiyyəti
    –Zəkat İslamın beş bünövrəsindən biridir.
    –Quranda 32 dəfə "zəkat”, 32 dəfə "bərəkət” ("bərək”) sözü işlədilmişdir. Sanki zəkatla bərəkət bərabərdir.
    –Həzrət Peyğəmbər (s) zəkat ödəməyənləri məsciddən çıxarardı.
    –Həzrət Mehdi (ə) öz böyük inqilabında zəkat ödəməyənlərlə vuruşacaq.
    –Zəkat ödəməyənə öldüyü vaxt deyilər: "Ya yəhudi, ya da məsihi kimi öl!”
    –Zəkat ödəməyən şəxs öldüyü vaxt Allahdan istəyər ki, yaxşı işlər üçün onu geri qaytarsın. Amma onun möhləti başa çatmışdır.
    –İmam Sadiq (ə) buyurur: "Əgər insanlar zəkat ödəsələr, yer üzündə zərrəcə yoxsulluq qalmaz.”
    Bildirişlər
    1. Boş işlərdən uzaqlıq iman nişanəsidir. (Möminin bütün işlərində və danışıqlarında düzgün hədəf olmalıdır.)
    2. Boş işlərdən uzaqlıq o qədər mühümdür ki, uyğun məsələ namaz və zəkat mövzuları arasında zikr olunmuşdur.
    3. Zəkat da namaz kimi əhəmiyyətlidir. (28-ci ayədə namaz və zəkat mövzuları yanaşı xatırlanır.)
    4. Etiqad təklikdə bəs etmir, əməl də lazımdır.
    5. Həya iman şərtidir. (Cinsi pozğunluq iman zəifliyini göstərir.)
    6. Şəhvət tüğyançıdır - ona nəzarət etmək zəruridir.
    7. Cinsi ehtirasın təminində məhdudiyyət qoyulmalıdır. Amma bu işi qadağan etmək fitrətə ziddir.
    8. Yersiz həya, utancaqlıq qadağandır. Bir işin icrası üçün İslamın icazəsi yetər. Yerdə qalan şəxsi səliqələr, dinə zidd adətlər məhkumdur.
    AYƏ 7:
    فَمَنِ ابْتَغَى وَرَاء ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْعَادُونَ
    "Bundan (zövcə və kənizdən) artığını istəyənlər həddi aşanlardır.”
    AYƏ 8:
    وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ
    "Nicat tapmış möminlər o kəslərdir ki, əmanət və əhdlərinə vəfa qılarlar.”
    AYƏ 9, 10:
    وَالَّذِينَ هُمْ عَلَى صَلَوَاتِهِمْ يُحَافِظُونَ أُوْلَئِكَ هُمُ الْوَارِثُونَ
    "Onlar namazlarını hifz edərlər; onlar varislərdir.”
    AYƏ 11:
    الَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ
    "O kəslər ki, Firdovs behiştə varis olar və orada əbədi qalarlar.”
    Nöqtələr
    "Firdovs” dedikdə bağça, behiştin ən yaxşı yeri nəzərdə tutulur.  Bu söz "cənnət” sözünün yerinə işləndiyindən, o, qadın cinsini bildirən işarə əvəzliyi ilə işlədilmişdir.
    İmam Sadiq (ə) istimna (özündən sperma xaric etmək) hökmü ilə bağlı suala 7-ci ayəni tilavət etməklə cavab vermişdir. 
    Category: Nur təfsiri (8-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-10-01)
    Views: 1075 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024