İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (8-ci cild)

    Nur təfsiri (8-ci cild)
    ƏMANƏTIN ƏHƏMIYYƏTINI GÖSTƏRƏN RƏVAYƏTLƏR
    –Xalqın namaz, oruc, həccinə yox, sədaqət və əmanətdarlığına fikir verin. 
    –Həzrət Peyğəmbər (s) ömrünün son anlarında Həzrət Əliyə (ə) buyurdu: "Əmanət sahibi istər xeyirxah olsun, istər günahkar, əmanət istər dəyərli olsun, istər dəyərsiz, istər sap qədərində olsun, istər parça və ya libas, əmanəti sahibinə qaytar.” 
    –Bütün maddi və mənəvi nemətlər ilahi əmanətdir. (İmam Rahil buyurmuşdur: "İslam respublikası ilahi əmanətdir.)
    –Qurani-Kərim əmanətdar olan bəzi kitab əhlini tərifləmişdir: "Kitab əhlindən bəzisinə böyük miqdarda malı əmanət tapşırsan, onu sənə necə varsa elə qaytararlar.” 
    Bildirişlər
    1. Qanunun pozulması Allahın təyin etdiyi hədlərə təcavüzdən ibarətdir.
    2. Günah sorağınca getmək də günahdır.
    3. Mömin vədinə vəfa qılır. Vədə xilaflıq imanın zəifliyini göstərir.
    4. Əməldə vəfa qıla bilməsək də əhd-peymana riayət etmək lazımdır.
    5. Möminlərin siması tanıtdırılarkən əvvəldə və sonra namazın adı çəkilir. Bu təkrar namazın əhəmiyyətini göstərir.
    AYƏ 12:
    وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِن سُلَالَةٍ مِّن طِينٍ
    "Həqiqətən, Biz insanı sıxılmış torpaqdan yaratdıq.”
    AYƏ 13:
    ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَّكِينٍ
    "Sonra onu nütfə şəklində möhkəm bir yerdə qərar verdik.”
    AYƏ 14:
    ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنشَأْنَاهُ خَلْقًا آخَرَ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ
    "Sonra nütfədən laxta qan yaratdıq. Laxta qanı bir parça ət etdik. Ət parçasını sümüklər şəklinə gətirdik. Sümüklərə ət geyindirdik. Sonra ona yeni bir yaranış verdik. Yaradanların ən üstünü olan Allah təzimə layiqdir.”
    Nöqtələr
    "Sulalə” dedikdə cövhər, "ələqə” dedikdə laxta qan, "muzğə” dedikdə bir parça sümüksüz ət nəzərdə tutulur.
    İmam Baqir (ə) buyurur: "Yeni yaranış dedikdə ruhun bədənə üfürülməsi nəzərdə tutulur.” 
    İmam Rzanın (ə) buyruğuna əsasən, "ən üstün yaradan” dedikdə Allahın başqalarına da yaratmaq qüdrəti verməsi nəzərdə tutulur. Məsələn həzrət İsa Allahın istəyi ilə yaradırdı.” 
    Allahın ən üstün yaradan olmasının bir çox dəlilləri var: Onun xaliqliyi daimidir, bu yaranış xüsusi bir əşya ilə məhdudlaşmır, bu işdə çeşidlilik sonsuzdur, ən sadə şeydən ən mürəkkəbi yaradılır, ilkin maddə özündəndir, Allah yaratdığı vaxt təqlid etmir, bu yaradılışda peşmanlıq və tərəddüd yoxdur, yaranış Allahın mərhəmətinə əsaslanır və bütün yaranışlar məqsədlidir, Onun yaratdıqları varlıq nizamına uyğundur.
    Bildirişlər
    1. Keçmişin və zəifliklərin yada salınması, Allahın qüdrət və lütfünə diqqət imanın güclənməsi və daha çox ibadət üçün zəmindir.
    2. İnsanın yaranışı bir neçə mərhələdə gerçəkləşmişdir.
    3. Ana müxtəlif hərəkətlər etsə də, onun bətni övlad üçün ən etibarlı yerdir.
    4. Yaranışın bütün mərhələləri Allahın nəzəri altda həyata keçir.
    5. İnsanın dəyəri onun ruhundadır.
    6. İnsanın özünü tanıması onun Allahı tanıması üçün müqəddimədir.
    AYƏ 15, 16:
    ثُمَّ إِنَّكُمْ بَعْدَ ذَلِكَ لَمَيِّتُونَ ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ
    "Sonra heç şübhəsiz ölərsiniz, Qiyamət günü ayağa qaldırılarsınız.”
    Nöqtələr
    Allah bu ayələrdə ölümü labüd sayır. Bu məqamda Əmirəl-mömininin (ə) kəlamını yada salmaq yerinə düşər: "Əgər dünyada həmişəlik qalmaq və ölümdən qurtarmaq üçün bir kəs çarə axtarsa o, Davud oğlu Süleyman ola bilər ki, cin və insana hakim idi. Bundan əlavə peyğəmbərliyə, böyük məqama malik idi... Lakin bununla belə yoxluq kamanları ölüm oxları ilə onun həyatına son qoydu.” 
    Ötən ayədə insanın təkamül yolu bəyan olundu və Allah özünə «əhsən» söylədi. Bu iki ayədə isə təkamülün ölümdən sonrakı axır mərhələləri bəyan olunur.
    Bildirişlər
    1. Ölüm yox olmaq deyil, təkamülün növbəti mərhələsidir.
    2. Ölüm qaçılmaz bir taledir.
    3. İnsan məqsədli yaradılmışdır.
    4. Ölümlə Qiyamət arasında yetərincə uzun fasilə var.
    AYƏ 17:
    وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَائِقَ وَمَا كُنَّا عَنِ الْخَلْقِ غَافِلِينَ
    "Həqiqətən, Biz sizin başınız üstə yeddi yol (yeddi səma) yaratdıq və Biz xilqətdən (varlıq aləmindən) xəbərsiz deyildik.”
    Nöqtələr
    «Təraiq» kəlməsindən məqsəd ya mələklərin keçib getdiyi yol, ya digər planetlərin hərəkət istiqaməti və orbiti və yaxud da bir-birinə yolları olan yeddi göydür.
    Ötən ayələrdə insanın, bu ayədə göylərin yaranışından danışılır.
    Bildirişlər
    1. Allah həm xaliqdir, həm də nəzərdə saxlayan. (Aləm Allahın hüzurundadır.)
    2. Yaradılış və varlıq aləminin idarəsi üçün daimi müdiriyyətə ehtiyac var.
    AYƏ 18:
    وَأَنزَلْنَا مِنَ السَّمَاء مَاء بِقَدَرٍ فَأَسْكَنَّاهُ فِي الْأَرْضِ وَإِنَّا عَلَى ذَهَابٍ بِهِ لَقَادِرُونَ
    "Səmadan müəyyən qədər su nazil etdik. Ona yer üzündə yer verdik. Həqiqətən, Biz onu aparmağa qadirik.”
    Bildirişlər
    1. Allah nemət verməyə və neməti geri almağa eyni dərəcədə qadirdir.
    2. Yağış damlalarının hesabı var. (Yağış təsadüfi təbii hadisə deyil.)
    3. Su hövzələrinin yaranışı ilahi lütfdür və Allahın Öz məxluqundan xəbərdar olduğunu göstərir.
    4. Allah hadisələrə hakimdir.
    5. Nemətlərin daimi olduğunu düşünməyək.
    AYƏ 19:
    فَأَنشَأْنَا لَكُم بِهِ جَنَّاتٍ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ لَّكُمْ فِيهَا فَوَاكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ
    "Onun (suyun) vasitəsi ilə sizin üçün xurma və üzümdən ibarət bağlar yaratdıq. Həmin bağlarda sizin üçün bol meyvələr var və onlardan yeyirsiniz.”
    AYƏ 20:
    وَشَجَرَةً تَخْرُجُ مِن طُورِ سَيْنَاء تَنبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِّلْآكِلِينَ
    "Sina dağında cücərən bir ağac, yeyənlər üçün yağ və yavanlıq bara gətirər.”
    Bildirişlər
    1. Su nəbatat aləmi üçün həyat qaynağıdır.
    2. Ağaclar və otlar insanların istifadəsi üçün yaradılmışdır.
    3. Meyvələr arasında xurma və üzüm kimi nemətlərin ayrı yeri var.
    4. Hikmət sahibi olan Allah insanların maddi ehtiyaclarını təmin etmişdir.
    5. Allah insanların istifadə etdiyindən daha artıq yaradır.
    6. Allahın yaratdığı hər bir şey faydalı və bərəkətlidir. (Harada zərər varsa səbəbkar insandır. "Nəhl” surəsinin 67-ci ayəsində buyurulur: "Siz ondan şərab hazırlayırsınız.”)
    7. Hər məntəqə müəyyən bir qrup ağac və ot üçün münasibdir.
    8. Bəzi torpaqlar mənəvi və maddi baxımdan bərəkətlidir. (Sina dağı vəhyin nazil olduğu və zeytun ağaclarının cücərdiyi məhəldir.)
    9. Zeytun yağı ilahi nemətlərdən biridir.
    AYƏ 21:
    وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً نُّسقِيكُم مِّمَّا فِي بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَافِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ
    "Həqiqətən, dördayaqlılarda sizin üçün ibrət var. Onların qarnında olandan (süddən) sizə içirərik. Onlarda sizin üçün böyük faydalar var və onlardan (onların ətindən) yeyirsiniz.”
    AYƏ 22:
    وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ
    "Onlara və gəmilərə süvar olursunuz.”
    Bildirişlər
    1. Dördayaqlılar insan üçün yaradılmışlar.
    2. Heyvanların əbəs yaradıldığını düşünməyək. Torpaqdan dəmiri ayırmaq üçün yüzlərlə mütəxəssisə və alətə ehtiyac var. Amma Allah-təala otdan süd çıxarır. O elə bu qüdrətlə də insanları torpağın köksündən bayıra çıxarasıdır.
    3. Süd Quranın qeyd etdiyi nemətlərdəndir.
    4. Meyvələr və bitki yağları heyvan mənşəli qidalardan öndə gəlir.
    5. Süd, ət və minik heyvanların mənafelərinin bir hissəsidir. Süd məhsulları, yağ, konserv, sap-ip istehsal edən müəssisələr heyvandarlıq sayəsində fəaliyyət göstərir və milyonlarla insan üçün iş yeri açılır.
    6. Sərnişin və yük daşınmasında gəmiçiliyin rolunu lazımınca qiymətləndirək.
    AYƏ 23:
    وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَهٍ غَيْرُهُ أَفَلَا تَتَّقُونَ
    "Həqiqətən, Nuhu öz qövmünə doğru göndərdik. Onlara dedi: "Ey mənim qövmüm, (bir olan) Allaha pərəstiş edin. Sizin üçün Ondan savay məbud yoxdur. Qorxmursunuzmu?”
    Nöqtələr
    Allah ötən ayələrdə insanın yaranışından və onun ehtiyaclarının təmini üçün nəzərdə tutulmuş maddi nemətlərdən danışdı. Bu ayələrdə isə düşüncə ehtiyaclarının təminindən söz açılır.
    Bildirişlər
    1. Dini təbliğatda xalqa məhəbbətlə müraciət edin.
    2. Peyğəmbərlərin ilkin vəzifəsi tövhidə dəvətdir. (Təbliğdə əsas məsələlərə diqqət yetirin.)
    3. İnsanın batinində pərəstiş ruhu var. Peyğəmbərlər isə pərəstiş nümunələrini bəyan edir.
    4. Allahdan qeyrisinin sorağınca getmək özünü təhlükəyə atmaqdır.
    AYƏ 24:
    فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِن قَوْمِهِ مَا هَذَا إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَاء اللَّهُ لَأَنزَلَ مَلَائِكَةً مَّا سَمِعْنَا بِهَذَا فِي آبَائِنَا الْأَوَّلِينَ
    "Onun qövmünün küfrə uğramış başçıları dedilər: "Nuh yalnız sizin kimi bir insandır və sizin üzərinizdə üstünlük əldə etmək istəyir. Əgər Allah sizə peyğəmbər göndərmək istəsəydi, hökmən mələkləri göndərərdi. Biz bunu ata-babalarımız arasında görməmişik.”
    Bildirişlər
    1. Peyğəmbərlərə müxalifət cəbhəsində başçılar, əyanlar ön cərgədə dayanırdı.
    2. İnsanın daxilində özünə sevgi hissi var. (Başqalarının ondan üstünlüyü insanı narahat edir.)
    3. Üstünlük böhtanı kafirlərin təbliğat vasitələrindəndir.
    4. Təkəbbürlü insan Allah üçün də vəzifələr müəyyənləşdirir.
    5. Kafirlər əslində kamillik olan bir səciyyəni nöqsan sayırlar. (Peyğəmbərlərin üstün olması onlar üçün nöqsan yox, kamillikdir.)
    6. Düzgün məntiq qarşısında tarixə, ata-babalara, milli ənənələrə istinad edib mövqeyinizi müdafiə etməyin.
    AYƏ 25:
    إِنْ هُوَ إِلَّا رَجُلٌ بِهِ جِنَّةٌ فَتَرَبَّصُوا بِهِ حَتَّى حِينٍ
    "O yalnız ağlını itirmiş bir adamdır. Ona qarşı bir müddət səbir edin.”
    AYƏ 26:
    قَالَ رَبِّ انصُرْنِي بِمَا كَذَّبُونِ
    "Nuh dedi: "Pərvərdigara! Onların təkzibi qarşısında bizə yardım buyur.”
    Bildirişlər
    1. Keçmişdəkilərin tarixindən xəbərdarlıq insanlar üçün təsəlli olur. ("Ey peyğəmbər! Əvvəlki peyğəmbərləri də dəli sayırdılar.)
    2. Bəziləri özü yüksələ bilmədiyindən böyüklərin məqamını alçaltmağa çalışırlar.
    3. Qürur və inadkarlıq ən ağıllı insanların dəli adlandırılmasına səbəb olur.
    4. Küfr başçıları peyğəmbərlərin dəvətini onların ruhi sarsıntısı kimi qələmə verirdilər.
    5. Böhtan və təhqirlərə qarşı ən güclü vasitə təvəkkül və duadır.
    6. Allahdan yardım istəyində məqsəd fərdin fərdə yox, imanın küfrə qələbəsidir.
    AYƏ 27:
    فَأَوْحَيْنَا إِلَيْهِ أَنِ اصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَاء أَمْرُنَا وَفَارَ التَّنُّورُ فَاسْلُكْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ الْقَوْلُ مِنْهُمْ وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا إِنَّهُم مُّغْرَقُونَ
    "Nuha vəhy etdik ki, Bizim nəzarətimiz altında və vəhyimizə əsasən gəmi düzəlt; elə ki, (qəzəb) fərmanımız gəldi və təndir qaynadı, hər heyvandan bir cüt (erkək və dişi) və öz əhlini gəmiyə mindir. Yalnız öncədən haqqında danışılan kəs istisnadır; zalımlar haqqında Mənimlə danışma (onlar üçün şəfaət istəmə), onlar hökmən qərq olasıdırlar.”
    Nöqtələr
    İmam Baqir (ə) buyurur: "Həzrət Nuh 950 il aşkar və gizli şəkildə xalqı tövhidə dəvət etdi. Nəhayət, Allah buyurdu ki, sənə iman gətirənlərdən qeyrisi boyun əyməyəcək. Nuh dedi: "Onların nəsli də hidayət olası deyil.” Sonda Allah gəmi düzəltmək göstərişi verdi. 
    Bildirişlər
    1. Peyğəmbərlərin duası qəbuldur.
    2. Sənət ilahi bir ilhamdır.
    3. İlahi yardım istəyi insanın təlaşlarına mane olmur. Peyğəmbərlər dua ilə yanaşı iş də görürdülər.
    4. Təhqir olunmuş insanları himayə edək. (Xalq səni divanə sayır, amma sən Bizim himayəmizdəsən.)
    5. Əgər bütün işlərimizi vəhyə uyğun qursaq, müvəffəq olarıq.
    6. Allahın iradəsi ilə qaynar təndirdən su çıxır.
    7. Heyvanların nəslini kəsilməyə qoymayın.
    8. Yolunu azan insan peyğəmbərin ailə-övladı olsa da ilahi qəzəbə gəlir.
    9. Şəfaət hər yerdə fayda vermir. Peyğəmbərlərin şəfaətinə yalnız Allahın izni ilə nail olmaq mümkündür.
    10. Müşrik zalımdır.
    11. Zülmün sonu həlakətdir.
    12. Bəzən həyat qaynağı olan su ölüm gətirir.
    AYƏ 28:
    فَإِذَا اسْتَوَيْتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى الْفُلْكِ فَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي نَجَّانَا مِنَ الْقَوْمِ الظَّالِمِينَ
    "Sən və yoldaşların gəmiyə süvar olduğunuz vaxt de ki, həmd-səna bizi sitəmkar qövmün əlindən qurtaran Allah üçündür.”
    Bildirişlər
    1. Sitəmkarlardan uzaqlıq, onların hakimiyyətindən qurtuluş ilahi nemətlərdən biridir.
    2. Hər bir nemət üçün şükür etmək lazımdır.
    3. Ən üstün şükür deyilişi mübarək "əlhəmdulillah” kəlməsidir.
    4. Başqalarının məhvi üçün yox, öz qurtuluşunuz üçün Allaha şükür edin.
    5. Gəmi sadəcə bir vasitədir, qurtuluş isə Allahın əlindədir.
    AYƏ 29:
    وَقُل رَّبِّ أَنزِلْنِي مُنزَلًا مُّبَارَكًا وَأَنتَ خَيْرُ الْمُنزِلِينَ
    "De ki, Pərvərdigara, məni bərəkətli bir mənzilə endir, Sən nazil edənlərin ən üstünüsən.”
    AYƏ 30:
    إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ وَإِن كُنَّا لَمُبْتَلِينَ
    "Əlbəttə, bu dastanda nişanələr var, həqiqətən, Biz sınağa çəkənlərik. (Nuh qövmünü və başqa qövmləri təkamül məqsədi ilə dəfələrlə sınağa çəkdik.)”
    Nöqtələr
    Hədisdə oxuyuruq: Həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurdu: "Mənzilə daxil olduğun vaxt "və qul Rəbbi ənzilni...”ayəsini oxu. Belə etsən, Allah həmin yerin xeyrindən səni faydalandırar, şərindən amanda saxlayar.” 
    Category: Nur təfsiri (8-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-10-01)
    Views: 940 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024