İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (8-ci cild)

    Nur təfsiri (8-ci cild)
    AYƏ 45:
    ثُمَّ أَرْسَلْنَا مُوسَى وَأَخَاهُ هَارُونَ بِآيَاتِنَا وَسُلْطَانٍ مُّبِينٍ
    "Sonra Musa və qardaşı Harunu aşkar möcüzə və dəlillə yola saldıq”.
    AYƏ 46:
    إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا عَالِينَ
    ”(Yola saldıq) Firon və onun qövmünün başçılarına doğru. Amma təkəbbür göstərdilər. Onlar özlərini üstün tutan qövm idilər”.
    Nöqtələr
    "Sultan” sözü höccət və dəlil sözlərinin sinonimidir. Çünki insan elmi və əqli dəlillər yolu ilə başqalarının qəlbinə hakim olur.
    Bildirişlər.
    1. Bəzən təbliğ bir neçə nəfərlik qrup, ezam olunmuş heyət tərəfindən aparılmalıdır.
    2. Din təbliğatçısı elmi dəlillərə istinad etməlidir.
    3. Xalqın və ictimai quruluşun islahı üçün öncə tanınmış adamlara üz tutmaq lazımdır.
    4. Zalım hakimlərin ətrafında olanlar onların hakimiyyətində mühüm rol oynayırlar.
    AYƏ 47:
    فَقَالُوا أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَابِدُونَ
    "(Musa və Harunun cavabında) dedilər: "Musa və Harunun qövmü bizə qul olduğu halda özümüz kimi bu iki insana imanmı gətirək?!”
    AYƏ 48:
    فَكَذَّبُوهُمَا فَكَانُوا مِنَ الْمُهْلَكِينَ
    "Həmin iki peyğəmbəri təkzib etdilər və məhv edilənlərdən oldular.”
    AYƏ 49:
    وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ لَعَلَّهُمْ يَهْتَدُونَ
    "Həqiqətən, Biz Musaya kitab verdik. Bəlkə (xalq bu yolla) hidayət ola.”
    Bildirişlər
    1. Musa və Harun Bəni-İsrail tayfasından idi. (Bəni-İsrail tayfası fironçuların qulu sayılırdı.)
    2. Təkəbbür əhli məntiq və möcüzə əvəzinə insanların ictimai məqamını əsas götürür.
    3. Millətçilik imperializm amilidir. (Fironçular özlərini Bəni-İsraildən üstün tayfa sayırdılar.)
    4. Peyğəmbərlər möcüzə və dəlilə, zalım qüvvələr millətlərin istismarına əsaslanır.
    5. həqiqətin təkzibi həlakətlə nəticələnir.
    AYƏ 50:
    وَجَعَلْنَا ابْنَ مَرْيَمَ وَأُمَّهُ آيَةً وَآوَيْنَاهُمَا إِلَى رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِينٍ
    "Biz Məryəm oğlu (İsa) və onun anasını möcüzə qərar verdik. O iki nəfərə əmin-aman və şirin suyu olan uca bir məkanda yer verdik.”
    Nöqtələr
    "Məin” sözü yer üzü ilə axan su mənasını bildirir.
    Allah bu surədə İsa və Məryəmi bir ayə ünvanında yada salır. Gecə və gündüz haqqında isə belə buyurulur: "Gecə və gündüz iki ayədir.”  Bunun səbəbi İsanın atasız dünyaya gəlişi, Məryəmin ərsiz doğuşudur.
    Bəs İsa və onun anasının yerləşdirildiyi axar suyu olan uca məkan haradır? Bu barədə müxtəlif fikirlər var:
    a) "Rəbvə” Kufəyə, "zati qərar” Kufə məscidinə, "məin” Fərat suyuna işarədir. Bu çay Kufədə daim axmaqdadır. 
    b) Nəzərdə tutulan Şamın ən üstün məntəqəsi Dəməşqdir. 
    Bildirişlər
    1. Nübüvvət məqamı məqamların ən üstünüdür. (İsa nübüvvət məqamında olduğundan onun adı anasının adından öndə çəkilir.)
    2. Mühüm və qəribə hadisələri Allahı tanımaq üçün vasitə, onun qeybi qüdrət nişanəsi sayın.
    3. Su və əmin-amanlıq yaşayış məskəninin zəruri məziyyətlərindəndir.
    AYƏ 51:
    يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ
    "Ey peyğəmbərlər! Pak qidalardan yeyin, saleh işlər görün, həqiqətən, Mən sizin gördüyünüz işlərdən agaham.”
    Nöqtələr
    Qurani-Kərimdə "kulu” (yeyin) ilə yanaşı digər göstərişlər də zikr olunmuşdur. Məsələn: «yeyin və Allaha şükür edin» ; «yeyin və yedirin» ; «yeyin və israf etməyin» .
    Həzrət Peyğəmbər (s) uyğun ayə ilə bağlı buyurmuşdur: "Həzrət İsa anası Məryəmin toxuduğu ipin qazancı ilə dolanırdı.” 
    İmam Sadiq (ə) ayə ilə bağlı buyurur: "Pak qida dedikdə halal qida nəzərdə tutulur.” 
    Hədisdə oxuyuruq: "Allah bir tikə haram yeyənin ibadətini qəbul etməz.” 
    Bildirişlər
    1. Peyğəmbərlər də qidadan, təbii nemətlərdən bəhrələnirlər.
    2. Xalqı haqqa dəvət etmək üçün öncə onların maddi dolanışığı barədə düşünək.
    3. Bütün ilahi dinlər rahiblik, guşənişinlik və riyazətlə müxalifdir. (İsanın adı çəkildikdən sonra "yeyin” göstərişinin gəlməsində məqsəd məsihilikdə özünə yer almış rahibliyin qarşısının alınması ola bilər.)
    4. Yediyiniz vaxt iki mühüm şərti unutmayın: Qidanın halallığı və paklığı.
    5. Qidalanma da nəfs istəklərinə əsaslanmamalı, məqsədli olmalıdır.
    6. Qarına münasibətdə iffət əməldə təqva ilə yanaşıdır.
    7. İnsan halal və pak qidalanma sayəsində saleh əməl üçün tövfiq (ilahi yardım) əldə edir.
    8. Halal və pak qida, saleh əməl bütün ilahi dinlərdə diqqət mərkəzindədir.
    9. Əgər halal yeyib saleh işlər görməsəniz, bilin ki, Allah peyğəmbərlərlə də hesab aparasıdır.
    AYƏ 52:
    وَإِنَّ هَذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاتَّقُونِ
    "Əlbəttə, sizin bu ümmət vahid bir ümmətdir və Mən sizin Rəbbinizəm. Belə isə, məndən qorxun.”
    AYƏ 53:
    فَتَقَطَّعُوا أَمْرَهُم بَيْنَهُمْ زُبُرًا كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ
    "Amma insanların işi onların arasında pərakəndəliyə apardı. Hər dəstə bir yolla getdi. Hər firqə özündə olana sevindi.”
    Nöqtələr
    "Zubur” dedikdə heyvanın ayrıca yığılmış tükü nəzərdə tutulur. Sonralar bu söz ayrıca toplanmış hər cüzə aid edilmişdir. 
    Bildirişlər
    1. Dini və ilahi dünya görüşünə əsasən əslində bütün ümmətlər vahid bir ümmətdir. Çünki:
    –Bütün ilahi peyğəmbərlərin dəvət üsulu eynidir;
    –İnsanların fitri, ruhani və fiziki ehtiyacları eynidir;
    –Hamının Yaradanı və Rəbbi eynidir.
    2. Təqva və haramlardan uzaqlıq Rəblik məqamına layiqdir.
    3. Təfriqə tarixi keçmişi olan böyük bəladır.
    4. Təfriqə yaratmaq təqvasızlıqdır.
    5. Təfriqənin əsası insanlardakı eqoistlikdir.
    AYƏ 54:
    فَذَرْهُمْ فِي غَمْرَتِهِمْ حَتَّى حِينٍ
    "Onları bir müddət (ölüm və əzab vaxtı çatanadək) cəhalət və qəflət içində burax.”
    AYƏ 55:
    أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِ مِن مَّالٍ وَبَنِينَ
    "Yoxsa güman edirlər ki, onlara mal və övlad verməyimizin səbəbi...”
    AYƏ 56:
    نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ بَل لَّا يَشْعُرُونَ
    "Onlara xeyir verməyə tələsməyimizdir? (Qətiyyən belə deyil,) onlar anlamırlar (ki, mal və övlad imtahan vasitəsidir.)”
    Nöqtələr
    "Ğəmrə” dedikdə qərq olmaq mənası anlaşılır. Burada Məkkə əhlinin yersiz təəssübə qərq olması nəzərdə tutulur.
    Bildirişlər
    1. Azğınlığın ən pis növü insanın Allah tərəfindən özbaşına buraxılmasıdır.
    2. İxtilaf və təfriqə ölüm girdabı, Allah və Onun rəsulunun qəhr-qəzəb səbəbidir.
    3. İnsan özü özünə bədbəxtlik quyusu qazır.
    4. Təfriqəçi azğınlara böyük möhlət verilməyib və ilahi qəhr-qəzəb onların intizarındadır.
    5. Sərvət sahibləri əsassız yerə təhlil edirlər. Var-dövlət, ailə-övlada aldanan bu zümrə özünü Allaha yaxın sayır.
    6. Yalnız mal və övlad əsasında dəyərləndirmə şüursuzluq nişanəsidir.
    AYƏ 57:
    إِنَّ الَّذِينَ هُم مِّنْ خَشْيَةِ رَبِّهِم مُّشْفِقُونَ
    "Həqiqətən, o kəslər ki, Rəblərinin qorxusundan titrəyərlər...”
    AYƏ 58:
    وَالَّذِينَ هُم بِآيَاتِ رَبِّهِمْ يُؤْمِنُونَ
    "O kəslər ki, Rəblərinin ayələrinə iman gətirmişlər...”
    AYƏ 59:
    وَالَّذِينَ هُم بِرَبِّهِمْ لَا يُشْرِكُونَ
    "Rəblərinə şərik qoşmazlar...”
    Nöqtələr
    "Xəşyət” dedikdə elm və agahlıqdan yaranan qorxu nəzərdə tutulur. Məhəbbət və ehtiram qatqılı qorxu isə "işfaq” adlanır. Xəşyət daha çox qəlbə, işfaq daha çox əmələ aiddir. Ayədə bildirilir ki, möminlər və xeyir işə tələsənlər qəlblərində ilahi əzəmətdən doğan qorxu olanlardır. Onlar əməldə haramlardan çəkinir və həya edirlər.
    Bildirişlər
    1. Agahlıqdan doğan qorxu və Allahın əzəmətinə diqqət inkişaf qaynağıdır.
    2. Allahın nazil etdiyi hər bir qanuna iman, çeşidli şirklərdən uzaqlıq bizim daimi vəzifəmizdir.
    AYƏ 60:
    وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوا وَّقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ
    "O kəslər ki, sonda Rəblərinə doğru qayıdacaqlarından qorxan halda (mallarından Allah yolunda) əta edərlər.”
    Nöqtələr
    "Vəcil” dedikdə iztirab və nigarançılıq nəzərdə tutulur.
    İnsanın mənəvi təkamülü bir neçə mərhələdə gerçəkləşir: xəşyət gətirən elm və agahlıq, dərk olunanlara dərin və daimi iman, istər məxfi, istər aşkar, hər növ şirkdən uzaqlıq, Allahın verdiklərindən infaq etmək, qürrələnməmək və Qiyamət sorğusuna görə narahat olmaq.
    Bildirişlər
    1. Etdiyimiz infaqlara görə qürrələnməyək.
    2. Mömin Qiyamət günü Rəbbinin hüzurunda dayanacağına görə qorxur.
    AYƏ 61:
    أُوْلَئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ
    "Belələri xeyir işə tələsər. Xeyir işdə bir-birindən önə keçən onlardır.”
    Nöqtələr
    56-cı ayədə bəyan olundu ki, bəziləri mal və övladı xoşbəxtlik səbəbi, xeyir nişanəsi sayır. Amma bu ayədə buyurulur ki, xeyir onların düşündüyü yox, elm, iman, ixlas, qorxu və xəşyətlə müşayiət olunan infaqdır.
    Bildirişlər
    1. Allah və Qiyamət qorxusu insanı xeyir işlərə tələsdirən səbəbdir.
    2. Daim xeyir işlərə tələsmək gerçək imanın nişanəsidir.
    3. Yaxşı işdə tələsmək bir dəyərdir.
    AYƏ 62:
    وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا وَلَدَيْنَا كِتَابٌ يَنطِقُ بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ
    "Biz kimsənin öhdəsinə gücü çatmayanı vəzifə qoymarıq. Bizim yanımızda haqqı danışan kitab var. Onlara heç bir sitəm qılınmaz.”
    Nöqtələr
    Fiqhdə "nəfyi-usr və hərəc” (çətinliyin və taqətdən uzaq işlərin inkarı”) adlı bir qayda var. Bu qayda hazırkı ayəyə əsaslanır. Yəni insan üçün dözülməz çətinlik yaradan vəzifə onun öhdəsindən götürülür.
    Bildirişlər
    1. Xeyir işlərdə tələsmək yaxşı sayılsa da, ifrata varmaq olmaz.
    2. İnsanlar arasında vəzifə fərqi var. Hər kəs fiziki və mənəvi imkanları həddində göstəriş alır. Allah varlıdan istədiyini yoxsuldan istəmir.
    3. İlahi dünya görüşündə gücdən artıq vəzifə qoyulmadığından kimsə çıxılmaz vəziyyətə düşüb əskiklik hiss etmir. (Bəli, vəzifə ona gücü çatana aiddir. Gücümüz çatmaz deyə narahat olmayaq.)
    4. Yaranış nizamının hesab-kitabı var.
    5. Bu ayədə müdiriyyətin bəzi şərtləri zikr olunmuşdur:
    a) Fərdlərin gücü ilə tanışlıq və onlara gücləri həddində iş tapşırılması;
    b) Onların işinə dəqiq nəzarət;
    v) Onların tənbeh və təşviqində ədalətin əsas götürülməsi.
    AYƏ 63:
    بَلْ قُلُوبُهُمْ فِي غَمْرَةٍ مِّنْ هَذَا وَلَهُمْ أَعْمَالٌ مِن دُونِ ذَلِكَ هُمْ لَهَا عَامِلُونَ
    "Bəlkə də, onların qəlbi bundan (Kitabdan) xəbərsizdir. Bundan əlavə bəzi (yersiz) işlər də görürlər.”
    Nöqtələr
    Ötən ayədə xalis bəndələr, bu ayədə azğın dəstə haqqında danışılır.
    Bəli, hər kəs öz xarakterini göstərir, kuzəni onun içində olan nəmləndirir.
    «Bəli» kəlməsi mətləbi ötürmək üçündür.
    Ötən ayələrdə xeyir əməl sahiblərindən, bu ayədə fərqli əməl sahibi olan kafirlərdən danışılır.
    "Ğəmrə” dedikdə insanı bütünlüklə bürüyən su nəzərdə tutulur. Yəni qəflət onların bütün vücudunu bürümüşdü.
    Bildirişlər
    1. Öncə ruh yolunu azır, sonra insanın rəftarı dəyişir.
    2. Çirkin rəftardan da pisi həmin rəftarı təkrarlamaqdır.
    3. İnsan öncə xilaf iş görür, sonra xilaf iş onda adətə çevrilir. Adətə çevrilmiş büdrəmə insanı özünə cəlb edir. Yəni insan əməldə yolun azır, günaha batdıqdan sonra həmin yola əsir olur.
    Category: Nur təfsiri (8-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-10-01)
    Views: 861 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024