İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (8-ci cild)

    Nur təfsiri (8-ci cild)
    AYƏ 110:
    فَاتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّى أَنسَوْكُمْ ذِكْرِي وَكُنتُم مِّنْهُمْ تَضْحَكُونَ
    "Siz onları məsxərəyə qoyurdunuz. Nəticədə Məni yada salmağı sizə unutdurdu. Siz onlara gülürdünüz.”
    Nöqtələr
    "Suxriyya” və "sixriyya” sözləri arasında böyük fərq var.
    Əgər cəmiyyətdə insanların rabitələri həmfikirliyə, həmdərdliyə, qarşılıqlı yardıma əsaslansa və bütün insanlar bir-birlərinin imkanlarından bəhrələnsələr, bu cəmiyyət inkişaf edər güclənər. "Zuxruf” surəsinin 32-ci ayəsi də belə bir bəyanatla çıxış edir. Amma insanlar arasındakı rabitələr təhqirə, təcavüzə, biganəliyə əsaslansa, belə bir cəmiyyətdə Allah unudular, süqut labüdləşər. Hazırkı ayədə uyğun nöqtəyə işarə olunur.
    Möminlərin kafirlər üçün qəflət vasitəsi olması belə izah oluna bilər ki, əgər möminlər olmasaydılar, kafirlərin həqiqətlə düşmənçiliyinin mahiyyəti açıqlanmazdı. 
    Bildirişlər
    1. Təhqirin cəzası təhqirdir. (Allah möminləri himayə edir və onlara qarşı təhqirə cavab verir.)
    2. Bəndələrin dua və yalvarışına etinasızlıq Allaha etinasızlıqla sonuclanır.
    3. Möminlər daim kafirlər tərəfindən məsxərəyə qoyulmaqdadırlar.
    4. Möminlərin məsxərəyə qoyulmasının cəzası Allah zikrinin unudulmasıdır.
    5. Alçaldıcı zülm «kəbirə günah»lardandır. (Hansı günaha görə əzab vəd edilmişsə, həmin günah «kəbirə» sayılır. Möminlərə qarşı təhqiramiz gülüşə görə cəhənnəm vəd olunduğundan bu gülüş «kəbirə günah» sayılır.)
    AYƏ 111:
    إِنِّي جَزَيْتُهُمُ الْيَوْمَ بِمَا صَبَرُوا أَنَّهُمْ هُمُ الْفَائِزُونَ
    "Mən bu gün səbir etdiklərinə görə onları mükafatlandırdım. Onlardır qurtuluş əhli.”
    AYƏ 112, 113:
    قَالَ كَمْ لَبِثْتُمْ فِي الْأَرْضِ عَدَدَ سِنِينَ قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ فَاسْأَلْ الْعَادِّينَ
    "(Allah) onlardan soruşar: "Yer üzündə nə qədər qaldınız?” Deyərlər: "Bir gün, ya günün bir hissəsi. Hesab aparanlardan soruş.”
    AYƏ 114:
    قَالَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًا لَّوْ أَنَّكُمْ كُنتُمْ تَعْلَمُونَ
    "Buyurar: "Əgər agah olsaydınız, bilərdiniz ki, çox az yubandınız.”
    Nöqtələr
    "Fovz” sözü məqsədə çatmaq mənasını bildirir.
    Qiyamətdə insanlardan soruşular ki, siz dünyada nə qədər qaldınız! Bu sual Quranda bir neçə dəfə təkrarlanmışdır. Onu hər kəs öz düşüncəsi əsasında cavablandırır. O cümlədən:
    –"Bir günün bir saatı qədərində dünyada qaldıq.” 
    –"Bir gecə, ya bir sübh.” 
    –"Bir gün, ya günün bir hissəsi.” 
    Ola bilsin ki, "yer üzündə nə qədər qaldınız” soruşularkən qəbir və bərzəx aləmində nə qədər qalmaları nəzərdə tutulur.
    Bildirişlər
    1. Səbir əhli Allahın Özü tərəfindən mükafatlandırılar (Əzab-əziyyətlər, acı sözlər, məsxərələr qarşısında səbrin böyük mükafatı var.)
    2. İnsan sabitqədəmlilik sayəsində nicat tapır.
    3. Qiyamətdə yalnız səbir əhli nicat tapır.
    Səbir və qələbə dostdur qədimdən,
    Səbirlə çatarsan qələbəyə sən.
    4. Ən böyük peşmançılıq odur ki, insan bir neçə günlük ləzzət və rahatlığa görə həmişəlik cəhənnəm əzabını satın alsın.
    5. Möhlət sizi qürrələndirməsin, onun müddəti çox azdır.
    6. Dünya ömrü əbədiyyətlə müqayisədə cüzidir.
    7. Mələklərdən bəzisinə günlərin hesabı tapşırılıb.
    AYƏ 115:
    أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ
    "Yoxsa güman edirsiniz ki, sizi boş yerə yaratmışıq və Bizə doğru qaytarılmayacaqsınız?”
    Nöqtələr
    Quran insanın yaranış məqsədlərini bəyan etmişdir. O cümlədən:
    1. İbadət–"Mən cin və insi yalnız ibadət üçün xəlq etdim.” 
    2. İmtahan–"(Allah) ölüm və həyatı xəlq etdi ki, sizi sınağa çəksin, hansınızın yaxşı əməl etdiyi bilinsin.” 
    3. İlahi rəhmətin əldə olunması –"Rəbbinin rəhm etdiyi kəs istisnadır və (Allah) bundan (mərhəmətdən) ötəri xalqı yaratdı.” 
    Həzrət Əli (ə) buyurmuşdur: "Allah rəhm etsin öz qədrini bilən kəsə.”  İnsan haradan gəldiyini, harada olduğunu və haraya gedəcəyini bilməlidir.
    İmam Hüseyn (ə) buyurmuşdur: "Allah-təala bəndələrini yalnız Onu tanımaq üçün yaratmışdır. Belə ki, Onu tanıdıqdan sonra ibadət edərlər, Allaha pərəstiş və ibadətlə Ondan qeyrilərinə pərəstişdən ehtiyacsız olarlar.” 
    Həzrət Əli (ə) buyurmuşdur: "Dünya özü üçün yox, bir başqası üçün yaradılmışdır. (Dünya axirətə qovuşmaq üçün vasitədir.)
    Bəli, bütün məqsədləri dünyaya yönələn insanlar ona bağlanırlar. 
    Misilsiz sərvətdir ömrün hər anı,
    Sovrulsa havaya, yandırar canı.
    Bildirişlər
    1. İnsan məqsədli yaradılıb.
    2. İnsanın bəzi hesablamaları həqiqətdən uzaq olur.
    3. Allahın bütün işləri məqsədlidir.
    4. Axirət düşüncəsindən uzaq dünya həyatı puçdur.
    5. İnsan məsuliyyət daşıyır. (Özümüzü Qiyamət sorğusuna hazırlamalıyıq.)
    6. İnsanın yaranış məqsədi təkcə bu dünyada bitmir.
    AYƏ 116:
    فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ لَا إِلَهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْكَرِيمِ
    "Ucadır haqqı hökm edən Allah. Ondan başqa məbud yoxdur, O, dəyərli ərşin rəbbidir.”
    AYƏ 117:
    وَمَن يَدْعُ مَعَ اللَّهِ إِلَهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِندَ رَبِّهِ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ
    "Hər kəs Allahla yanaşı başqa bir məbudu çağırsa, işdə heç bir dəlili yoxdur. Şübhəsiz, onun hesabı Rəbbinə məxsusdur. Həqiqətən, kafirlər nicat tapmaz.”
    AYƏ 118:
    وَقُل رَّبِّ اغْفِرْ وَارْحَمْ وَأَنتَ خَيْرُ الرَّاحِمِينَ
    "De ki, Pərvərdigara, bağışla və rəhm et, Sən rəhm edənlərin ən üstünüsən.”
    Nöqtələr
    Surənin başlanğıcındakı bir ayədə nicat tapanlardan bir qrupu haqqında danışıldı. Surənin sonunda isə ziyankarların bir qrupu yada salınır: Zalımlar ; günahkarlar ; cadugərlər ; kafirlər ; Allaha iftira yaxanlar. 
    Bildirişlər
    1. Allah əbəs iş görmür.
    2. Haqq hökumət Allaha məxsusdur.
    3. Varlıq aləmi Allahın tərbiyə və müdiriyyəti altındadır.
    4. Şirk istənilən bir halda məhkumdur.
    5. Müşriklərin məntiqi yoxdur. (İnsanın əqidə və rəftarı dəlilə əsaslanmalıdır.)
    6. Məsum peyğəmbər də Allahın rəhmət və bağışlamasına ehtiyaclıdır.
    7. Duada Allaha sitayişi yaddan çıxarmayaq.
    Category: Nur təfsiri (8-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-10-01)
    Views: 1161 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024