İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    AYƏ 26:
    وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ وَلاَ تُبَذِّرْ تَبْذِيرًا
    "Qohumun, çarəsizin, yolda qalanın haqqını ver, heç cür dağıdıb israf etmə.”
    Nöqtələr
    "Bəzr” kökündən olan "təbzir” sözü bədxərclik, israf mənasını bildirir. Məsələn, iki qonaq üçün on qonağın xörəyini hazırlamaq "təbzir” sayılır.
    İmam Sadiq (ə) buyurur: "Hər kəs Allaha itaət yolunda yox, başqa yolda nə isə sərf etsə, bədxərc, israfçıdır.”(Ehticaci-Təbərsi”, c. 2, s. 33; "Təfsiri-Nurus-Səqələyn” ) Həzrətdən soruşulur ki, halal xərclərdə də israf varmı? Həzrət buyurur: "Bəli, çünki özünə bir şey saxlamadan varını paylayan şəxs halal məsrəfdə israf etmişdir.”("Kafi”, c. 1, s. 294 )
    Bu ayə nazil olduqdan sonra möhtərəm Peyğəmbər (s) qohumların haqqını ödəmək haqqında düşünürdü. Həzrət (s) Allahın əmri ilə Fədək bağını həzrət Fatiməyə bağışladı. (Fədək böyük bir sahə idi və heç bir savaşsız Peyğəmbərin (s) ixtiyarına keçmişdi. Həzrət Peyğəmbər (s) Əhli-beytə (ə) diqqət göstərərək din təbliğində onların iqtisadi dayaqlarını möhkəmləndirmək üçün bu bağı onlara bağışlamışdı. Amma Peyğəmbərin (s) vəfatından sonra Əbu-Bəkr Fədəyi geri aldı. Yalnız Ömər ibn Əbdül-Əziz bu bağı Əhli-beytə (ə) qaytardı. Sonra Fədək yenidən qəsb olundu. Məmunun dövründə Əhli-beytin (ə) ixtiyarına verildi. Çox keçməmiş Peyğəmbərin (s) hədiyyəsi geri qaytarıldı.) Amma həzrətin vəfatından sonra Fədək haqsız olaraq Əhli-beytin (ə) əlindən alındı. Əhli-beyt (ə) öz haqqını geri qaytarmaq üçün bu ayəyə istinad edirdi.
    Şiə və sünni təfsirçiləri (məsələn, Təbəri) rəvayətlərə istinadən yazırlar: "İmam Səccad (ə) əsirlik vaxtı karvanla Şama gəldiyi vaxt Əhli-beyt (ə) əsirlərinə ünvanlanmış dinsizlik ittihamına bu ayəyə istinadən cavab vermişdi: "Zəl-qurba” bizik!”("Təfsiri-Furqan” )
    Bəzi rəvayətlərdə ayənin xümsə aid olduğu bildirilir. Bəziləri isə ayədə daha üstün, qeyri-maddi məsələlərin nəzərdə tutulduğunu önə çəkir. Onlar bildirirlər ki, ayədə həzrət Əlinin (ə) canişinliyi ilə bağlı vəsiyyət əmri verilir. (İmam Sadiq (ə) bu ayə haqqında buyurur: "Allah rəsuluna canişinlik və peyğəmbər elminə sahiblik Əli ibn Əbi-Talibin (ə) haqqıdır.”(Bax: "Zuxruf”, 36 ) Ayədə "təbzir”-ə qadağa qoymaqla, əslində ifratçılıq qadağan edilmişdir.(Təfsiri-Ətyəbul-bəyan” )
    Bildirişlər
    1. Dini göstərişlər insan fitrətinə uyğundur. İnsan fitri olaraq öncə valideynlərinə, sonra yaxınlarına məhəbbət göstərir. İslamda haqqın ödənməsi göstərişi də buna əsaslanır.
    2. İnfaqda növbəni nəzərə almaq lazımdır: öncə valideyn, sonra qohum, sonra fəqirlər və yolda qalanlar.
    3. Qohumların bizim boynumuzda haqqı var, onlara minnət qoymayaq.
    4. Qohumluq, yoxsulluq və yolda qalmaq xüsusi haqlar yaradır.
    5. Qohuma infaq edərkən onun yoxsulluğu nəzərə alınmalıdır.
    6. İnfaqda orta həddi gözləmək, ifrata yol verməmək lazımdır.
    7. Bədxərclik, israfçılıq haramdır.
    8. İnsan öz var-dövlətini xərcləməkdə heç vəchlə azad deyil.
    AYƏ 27:
    إِنَّ الْمُبَذِّرِينَ كَانُواْ إِخْوَانَ الشَّيَاطِينِ وَكَانَ الشَّيْطَانُ لِرَبِّهِ كَفُورًا
    "Həqiqətən, israfçılar şeytanın qardaşlarıdır. Şeytan öz Rəbbinə qarşı çox nankor idi.”
    Nöqtələr
    Ərəb dilində "əx” dedikdə həm qardaş, həm də yoldaş nəzərdə tutula bilər. Məsələn, "əxus-səfər” dedikdə daim səfərdə olan şəxs, "əxul-kərəm” dedikdə səxavətli insan başa düşülür. İnsan həm ailə, həm də əqidə baxımından qardaş ola bilər. İsrafçılar şeytanın əqidə qardaşlarıdır. "İxvanəş-şəyatin” dedikdə şeytan yolunu izləyənlər başa düşülür.
    Quranda şeytanın fərdlər üzərindəki vəsvəsə və vilayəti ardıcıl şəkildə xatırlanmışdır. Amma yalnız bu ayədə "ixvanəş-şəyatin” (şeytanla olanlar) təbiri işlədilmişdir. Yəni israfçılar artıq şeytanla həmkar olanlardır və sadəcə vəsvəsədən ötüb həmkarlıq mərhələsinə çatmışdır. Başqa ayələrdə də bu ayəyə toxunulur.(Bax: "Hucurat” )
    "Təbzir” daha çox maddiyyata aid olsa da, bəzən digər nemətlərə münasibətdə də işlədilir. Məsələn, ömür və gəncliyin hədərə verilməsi, düşüncə, göz, qulaq və dil kimi vasitələrin əyri yolda işlədilməsi, məsuliyyətin qeyri-saleh insanlara tapşırılması, ləyaqət və güc olmayan bir məqamda məsuliyyətin qəbulu, faydasız biliklərin öyrənilməsi və öyrədilməsi. ("Təfsiri-Lahici” )
    Bildirişlər
    1. Var-dövlətin düzgün olmayan istiqamətdə xərclənməsi şeytani işdir və bir növ nankorluqdur.
    2. İsraf əhli təriflənməməli, əksinə məzəmmət olunmalıdır.
    3. Mömin möminə qardaşdır.("Təfsiri-Nurus-Səqəleyn” ) İsrafçılar isə şeytanla qardaşdırlar.
    4. İsraf səxavət yox, naşükürlük nişanəsidir.
    AYƏ 28:
    وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ابْتِغَاء رَحْمَةٍ مِّن رَّبِّكَ تَرْجُوهَا فَقُل لَّهُمْ قَوْلاً مَّيْسُورًا
    "Əgər Rəbbindən gözlədiyin bir mərhəmətin intizarı ilə onlardan üz çevirərsənsə, onlarla yumşaq danış.”
    Nöqtələr
    Bu ayə xalqla münasib rəftar haqqındadır. Ona görə də Peyğəmbər (s) Allahdan qurtuluş və mərhəmət gözlədiyi bir vaxt istədiyini yerinə yetirmədiyi bir kəs üçün dua edir və buyurur: "Allah bizə və sizə Öz fəzlindən ruzi versin.”(Bax: "Taha”, 44; "İsra”, 23; "Nisa”, 9; "Nisa”, 8; "Nisa”, 63 )
    Fatimeyi-Zəhra (s) ev işlərində kömək üçün Peyğəmbərdən (s) kəniz istədikdə həzrət buyurdu: "Məsciddə libası və yeməyi olmayan dörd yüz nəfər var. Əgər belə olmasaydı, sənə xidmətçi təyin edərdim.” Sonra Peyğəmbər (s) "Həzrət Zəhranın təsbihi” adlanan məşhur zikri öz qızına öyrətdi.("Kafi”, c. 2, s. 55  )
    Quranda xalqla necə danışmağı aydınlaşdıran göstərişlər var. İnsan yumşaq, sadə, tutarlı, yaxşı və təmiz danışmalıdır.("Təfsiri-Nurus-Səqəleyn” )
    Bildirişlər
    1. Bəzən peyğəmbərlər də ətrafdakılara kömək etməyə aciz qalır.
    2. Allahın mərhəmətinə ümid bəsləmək lazımdır.
    3. Allahın bizə borcu yoxdur, nə verirsə rəhmətindən verir.
    4. Səy və ümid yanaşı olmalıdır. Təklikdə nə səy, nə də ümid səmərə verir.
    5. Mömin məhrumlara əl tutmaq üçün imkan axtarışındadır.
    6. Maddi imkanları ilahi rəhmət sayaq.
    7. Maddi imkanlar insanların tərbiyə və təkamülünə yönəldilməlidir.
    8. İnfaq və yardımı dayandırmaq üçün yalnız əliboşluq üzr sayıla bilər.
    9. Bir şəxsə maddi yardım göstərmək imkanımız yoxdursa, heç olmasa xoş sözlərlə onun qəlbini ələ alaq.
    10. Yoxsullara ümid verin ki, onlar çalışıb öz müşküllərini həll edə bilsinlər.
    AYƏ 29:
    وَلاَ تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَى عُنُقِكَ وَلاَ تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَّحْسُورًا
    "Əlini nə qoynunda bağlı saxla (ki, heç infaq etməyəsən), nə də onu tam açıq saxla ki, (özün üçün heç bir şey qalmasın). Yoxsa qınanarsan və həsrət çəkərsən.”
    Nöqtələr
    İmam Sadiq (ə) buyurur: "Məhsur” dedikdə yoxsulluq nisgili başa düşülür.”(Bax: "Hud”, 6 )
    Bəziləri bildirirlər ki, məzəmmət ayənin əvvəlindəki xəsisliyə, həsrət və nisgil isə ayənin sonuna, israfçılığa aiddir.
    Bir qadın öz oğlunu Peyğəmbərin (s) yanına göndərib, təbərrük üçün bir köynək istədi. Peyğəmbərin (s) başqa bir libası olmadığından öz köynəyini verdi və köynəksiz qaldığından evdən çıxa bilmədi. Ayə nazil oldu ki, əynindəki bircə köynəyi vermək səxavət deyil.
    Digər bir rəvayətdə deyilir: "Peyğəmbərə (s) bir qədər qızıl gətirdilər. Həzrət bütün qızılı həmin gün infaq etdi. Növbəti gün bir yoxsul həzrətə ağız açdı. Amma həzrətdə ona vermək üçün bir şey olmadı. Yoxsul şəxs həzrəti qınadı. Peyğəmbər (s) ona bir şey verə bilmədiyi üçün qəmləndi. Sonra bu ayə nazil oldu.(Bax: "Zariyat”, 22 )
    Bildirişlər
    1. Mömin xəsis olmamalı, ətrafındakılara kömək göstərməlidir.
    2. İslam infaqda da orta yolu tutan məktəbdir.
    3. İfrat və təfrit məhkum olunur, orta yol bəyənilmiş sayılır.
    4. İnfaqda bədxərclik və ifrata varmaq insanın xanənişin olub, içini yeməsinə səbəb olur.
    5. İslam heç vəchlə müsəlmanların zilləti ilə barışmır. Müsəlmanı alçaldan istənilən bir iş qadağandır.
    6. İşin pis sonluğunu düşünmək həmin işdən uzaq dayanmağa səbəb olur.
    7. Müdiriyyət prinsiplərindən biri gələcəyi nəzərə almaqdır.
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-27)
    Views: 798 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024