İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    AYƏ 57:
    أُولَـئِكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَى رَبِّهِمُ الْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا
    "Onların çağırdıqları (İsa və ya mələklər) özləri Rəblərinə yaxınlıq üçün daha yaxın bir vasitə axtarırlar. Onun rəhmətinə ümid edir, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabı həzər qılınasıdır.”
    Nöqtələr
    Ayə belə də tərcümə oluna bilər: "Xalqı haqqa dəvət edən peyğəmbərlər özləri də onları daha tez və daha çox Allaha yaxınlaşdırası vasitə sorağındadırlar. Allaha yaxın peyğəmbər belə Ona doğru daha çox can atmaqdadır.
    Bir çox rəvayətlərdə ayə ilə bağlı bildirilir ki, insanda ümid və qorxu eyni həddə olmalıdır. Əks-təqdirdə, insan ya məyus olur, ya da qürrələnir.
    Bildirişlər
    1. Ümid və qorxu bağlılıq və zəiflik nişanəsidir. Özü vasitə sorağında olan insanı hansı əsasla vasitə seçmək olar?!
    2. Allaha yaxınlıq üçün yollar və vasitələr mövcuddur.
    3. Vasitə axtaran və şəfaət sorağında olan insan ilahi əzabı yaddan çıxarmamalıdır.
    4. Allaha yaxınlıqda yarış və müsabiqənin dəyəri var. (Allaha daha yaxın olan kəsin yaxınlıq üçün vasitə axtarışı, səyi də çoxdur).
    5. Ən üstün vasitə insanı Allaha yaxınlaşdıran vasitədir.
    6. Allahın mərhəməti onun qəzəbindən öndə gəlir. (Mərhəmətə ümid əzab qorxusundan əvvəl zikr edilir.)
    7. Əzab Allahın rübubiyyət şənindəndir, onunla zarafat olmaz.
    AYƏ 58:
    وَإِن مَّن قَرْيَةٍ إِلاَّ نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ الْقِيَامَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًا شَدِيدًا كَانَ ذَلِك فِي الْكِتَابِ مَسْطُورًا
    "Qiyamətdən öncə həlak edilməyən və ya şiddətli əzaba düçar olunmayan bir məntəqə yoxdur. Bu, ilahi kitabda təsbit olunmuşdur.”
    Nöqtələr
    "Qəryə” dedikdə xalqın toplaşdığı şəhər və ya kənd nəzərdə tutulur. "Əl-kitab” sözü isə "lövhi-məhfuz”, yəni toxunulmaz təqdir lövhəsi mənasını bildirir. "Əl-kitab” dedikdə ümmətlərin süqut səbəblərinin əks olunduğu Quran da nəzərdə tutula bilər.
    Bildirişlər
    1. Dünya həyatı kimsə üçün əbədi deyil.
    2. Yer üzündə həyat büsatının süqutu təsadüf deyil, ilahi qanuna əsaslanır. Fəlakətlər Allah tərəfindən öncədən təyin və qeyd olunmuşdur.
    AYƏ 59:
    وَمَا مَنَعَنَا أَن نُّرْسِلَ بِالآيَاتِ إِلاَّ أَن كَذَّبَ بِهَا الأَوَّلُونَ وَآتَيْنَا ثَمُودَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُواْ بِهَا وَمَا نُرْسِلُ بِالآيَاتِ إِلاَّ تَخْوِيفًا
    "Ayə və möcüzələr göndərməyimizə yalnız keçmiş ümmətlərin təkzibi mane oldu. Biz Səmud qövmünə (düşüncələri) aydınladan dişi bir dəvə verdik. Amma ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndərərik.”
    Nöqtələr
    Bəhanəcil Məkkə kafirləri Peyğəmbərdən (s) çoxsaylı möcüzələr istədilər. Onlar hətta Məkkə dağlarının qızıla çevrilməsi arzusunda idilər. Bəzən də dağların yerinin dəyişməsini və əkin sahəsinin cücərməsini tələb edirdilər. Allah-təala buyurur ki, tarixi təcrübəyə əsasən, inadkar kafirlər bu nişanələri də görsələr, iman gətirməzlər. Yaranış nizamı inadkar insanların istəkləri əsasında dəyişməz. Əgər xalqın istəyi ilə möcüzə göstərilsə və xalq bu möcüzəyə qarşı küfr etsə, onların dünya əzabı qətiləşər.
    Dəvə adi bir heyvandır. Amma Allah Salehin dəvəsi haqqında "Allahın dəvəsi” təbirini işlədir. Çünki Allaha aid olan hər şey müqəddəsdir. Quranda hətta Əbu-Ləhəbin adına belə dəstəmazsız toxunmaq olmaz.
    Bildirişlər
    1.Peyğəmbərlər rəngarəng möcüzələrinə baxmayaraq, inadkar insanların sıxıntısına məruz qalırdılar.
    2. Allah hər işə qadirdir, amma Onun işi xalqın həvəsinə yox, hikmətə bağlıdır.
    3. Müqəddəsliklərin təhqiri, möcüzələrin təkzibi ilahi qəhr-qəzəb və əzabla sonuclanır.
    4. Allah tərəfindən olan və ilahi rəngə malik hər şeyə münasibət fərqlidir.
    5. Möcüzələr xalqın tanınması və ona xəbərdarlıq üçündür.
    AYƏ 60:
    وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِالنَّاسِ وَمَا جَعَلْنَا الرُّؤيَا الَّتِي أَرَيْنَاكَ إِلاَّ فِتْنَةً لِّلنَّاسِ وَالشَّجَرَةَ الْمَلْعُونَةَ فِي القُرْآنِ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلاَّ طُغْيَانًا كَبِيرًا
    "(Xatırla,) o zaman ki, sənə dedik: Həqiqətən, Rəbbin insanları əhatə etmişdir. Sənə göstərdiyimiz röyanı və Quranda lənətlənmiş ağacı xalq üçün yalnız sınaq qərar verdik. Biz insanları qorxuduruq, amma (Bizim xəbərdarlığımız) onlarda tüğyan və azğınlıqdan başqa bir şey artırmır.”
    Nöqtələr
    Ötən ayədə Salehin dəvəsinin öldürülməsindən danışıldı. Bu ayədə isə Peyğəmbər (s) Əhli-beytinin (ə) qatili olmuş məlun ağacdan söz açılır.
    Rəvayətlərdə oxuyuruq ki, Əhli-beyt (ə) buyurmuşdur: "Biz Salehin dəvəsindən əskik deyilik, bizə qarşı düşmənçilik fəlakətlə sonuclanır.”(Bax: "Fəth”, 27 )
    Quranda İslam Peyğəmbərinin (s) bir neçə yuxusuna işarə olunur: Bədr döyüşü astanasında röyada Allah düşmənləri Peyğəmbərə (s) azsaylı göstərildi.("Bihar”, c. 38, s. 309 ) Digər bir röyada həzrət Məscidül-Hərama qalib halda daxil olduğunu gördü.(Ayə ilə bağlı əsaslı baxış "Əl-Mizan” təfsirindədir.  )Başqa bir yuxu isə bu ayədə bəyan olunur. Əvvəlki iki yuxu hicrətdən sonra Mədinədə gerçəkləşmişdi. Bu yuxu isə Məkkə dövrünə aiddir. Bəziləri bildirirlər ki, bu röya meracla bağlıdır. Halbuki merac gerçəkdə baş vermişdir, röya isə yuxuda görülənlərdir.
    Həmin yuxu və lənətlənmiş ağac bir-birindən ayrı deyil. Çünki hər ikisinin nəticəsi eynidir və bu nəticə xalq üçün fitnədən ibarətdir. Allah lənətlənmiş ağac və onların əməllərini Peyğəmbərə (s) yuxuda göstərdi. Bildirildi ki, bu, ümmətinin fitnə səbəbidir. "Rəbbin insanları əhatə edir” cümləsi ilə Peyğəmbərə (s) təsəlli verildi.
    "Şəcərə” həm ağac, həm də budağı olan hər hansı gövdə mənasını bildirir. Bu səbəbdən qəbilə, tayfa da şəcərə adlanır. Həzrət Peyğəmbər (s) buyurur: "Mən və Əli bir şəcərəyik.”(Bax: "Tövbə”, 14 ) Əsil-nəsil silsiləsi də "şəcərənamə” adlanır. Demək, lənətlənmiş şəcərə (ağac) dedikdə, lənətlənmiş qövm nəzərdə tutulur.
    Ayənin sonunda deyilir ki, lənətlənmiş ağacla bağlı ilahi xəbərdarlıq düşmənlərin yalnız tüğyanını artırdı. "Tuğyanən kəbira” təbiri yalnız bu ayədə işlədilmişdir. Demək, bir lənətlənmiş ağacdan, qövmdən danışılır. Bu qövm zahirən müsəlman olsa da, daxilən münafiqdir və xalq arasında fitnəyə səbəb olur.
    Quranda bir çox işlər lənətlənmişdir. Məsələn, İblis, yəhudilər, münafiqlər, müşriklər, haqqı gizlədən alimlər, Peyğəmbərə (s) əziyyət verənlər. Amma yalnız münafiqlər müsəlmanlarladır və onlar arasında fitnə törədirlər. İblis, kitab əhli və müşriklərin siması aydındır. Yalnız münafiqlər müsəlman qiyafəsində fitnə axtarırlar.("Şüəra”, 205-207 )
    Bəziləri elə düşünürlər ki, lənətlənmiş ağac dedikdə, ilahi əzab vasitəsi olan Zəqqum ağacına işarə olunmuşdur. Amma əzab vasitəsi olan başqa amillər də var və bu səciyyə lənətlənmə göstəricisidir. Fironun qərq olduğu Nil çayı, yolunu azmış qövmlərə əzab gətirən mələklər, Allahın qüdrəti ilə kafirləri məhv edən möminlər misal göstərilə bilər.("Təfsiri-Tibyan” )
    Əllamə Təbatəbai "Qədr” surəsi ilə bağlı rəvayətlərdən danışarkən Xətib Bağdadi, Termizi, İbn Cübeyr, Təbərani, Beyhəqi, İbn Mərdəvey kimi sünni, "Kafi” kitabının sahibi Kuleyni kimi şiə alimlərindən belə nəql edir: Həzrət Peyğəmbər (s) yuxuda öz minbərindən meymunların yuxarı qalxdığını görüb çox qəmgin oldu. Cəbrail nazil oldu. Həzrət öz yuxusunu ona danışdı. Cəbrail səmaya qalxıb çox keçməmiş qayıtdı və özü ilə bu ayələri gətirdi: "Görmürsənmi, əgər onlara illər uzunu bəhrə versək, sonra vəd olunmuş əzab soraqlarınca gəlsə, dünyadan aldıqları bəhrənin heç bir faydası olmayacaq.”("Təfsiri-Lahici” ) Bu röya həm də "Qədr” surəsinin nazil olma səbəblərindəndir. Peyğəmbərə (s) təsəlli verildi ki, əgər Bəni-Üməyyənin hakimiyyəti min il çəkərsə, əvəzində sənə min aydan üstün qədr gecəsi əta etdik.
    Peyğəmbərin (s) yuxuda meymunları görməsi, onların Peyğəmbərin (s) minbəri ilə yuxarı qalxaraq hakimiyyəti ələ keçirmələri məsələsi imam Baqir (ə) və imam Sadiqdən (ə) də nəql olunmuşdur.(Bax: "Kəhf”, 50 )Şiə və sünni təfsirçiləri bildirirlər ki, lənətlənmiş ağac (şəcərə) dedikdə Bəni-Üməyyə tayfası nəzərdə tutulmuşdur. İmam Səccad (ə) buyurur: "Cəbrail meymunları Bəni-Üməyyə kimi yozdu. Peyğəmbər (s) soruşdu: "Bu hadisə mənim dövrümdəmi baş verəcək?” Cəbrail cavab verdi: "Xeyr, sənin hicrətindən qırx il sonra!”(Bax: "Şüəra”, 95)
    Bəni-Üməyyə arasında ən böyük tüğyan qoparmış, Kərbəla hadisəsini vücuda gətirmiş şəxs Yezid idi. Bu faciə tarixin ən böyük faciəsidir.
    Bildirişlər
    1. Allah bəzən yuxu vasitəsi ilə müəyyən həqiqətləri peyğəmbərlərə və başqalarına ilham edir.
    2. İstənilən bir hadisə, hətta yuxu yozumu xalq üçün sınaq ola bilər.
    3. Lənətlənmiş ağac dedikdə azğınlıq səbəbi olan qəbilə və dəstələr nəzərdə tutulur.
    4. Xalqa, hətta lənətlənmiş qəbilələrə xəbərdarlıq ilahi sünnələrdəndir.
    5. Təəssübkeş inadkarların qəlbinə xəbərdarlıqlar təsir göstərmir. Dəmir mıx daşa yeriməz.
    AYƏ 61:
    وَإِذْ قُلْنَا لِلْمَلآئِكَةِ اسْجُدُواْ لآدَمَ فَسَجَدُواْ إَلاَّ إِبْلِيسَ قَالَ أَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا
    "Xatırla, bir vaxt mələklərə dedik: "Adəm üçün səcdə edin.” Səcdə etdilər. Yalnız İblis səcdə etməyib dedi: "Gildən yaranmış bir kəs üçünmü səcdə edim?!”
    Nöqtələr
    Quranda mələklərin səcdəsinə və İblisin səcdədən boyun qaçırmasına dəfələrlə işarə olunmuşdur.
    İblis cin tayfasındandır(Bax: "İsra”, 64)Onun qoşunu var.(Bax: "Əraf”, 12 ) Onun qoşunu süvari və piyadalardan ibarətdir.(Bax: "Hicr”, 29 ) Onun azğınlığının, səcdə etməməsinin səbəbi torpaqla odu müqayisə etməsi oldu.(Müfrədati-Rağib” )
    Bildirişlər
    1. Allahın əmri əsasında Allahdan qeyrisinə səcdənin eybi yoxdur.
    2. İnsan mövcudlar çələnginin çiçəyidir. Məsum mələklər də onun qarşısında səcdə etdilər.
    3. Mələklər Allahın əmrinə təslimdir.
    4. Xəyali üstünlüklərə etiqad şeytanın işidir. Çünki şeytan öz növünün üstünlüyünü iddia edirdi.
    5. Allahın hikmətinə, ədalətinə və əmrinə etiraz səcdə etməməkdən də pisdir.
    6. İblis ölçü aparan və azad buraxılmış bir mövcuddur.
    7. Allahın əmri qarşısında ictihad (araşdırma aparmaq) qadağandır. (İblis Allahın hökmünə münasibətdə ictihad etdi.)
    8. Bəzən günahın kökü özünəvurğunluq olur.
    9. İblisin həsədi onun gözünü bağladı, o, insandakı ilahi ruhu yox, torpaq bədəni gördü.("Təfsiri-Nurus-Səqəleyn” )
    10. İblisə elə gəlir ki, dəyərləndirmə meyarı maddi səciyyələrdir.
    AYƏ 62:
    قَالَ أَرَأَيْتَكَ هَـذَا الَّذِي كَرَّمْتَ عَلَيَّ لَئِنْ أَخَّرْتَنِ إِلَى يَوْمِ الْقِيَامَةِ لأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُ إَلاَّ قَلِيلاً
    "İblis dedi: "De görüm, məndən əziz tutduğun kəs budurmu? Əgər qiyamətə qədər mənə möhlət versən, şübhəsiz, az bir qismi istisna olmaqla onun nəslini cilovlayıb, hökmüm altına çəkərəm.”
    Nöqtələr
    "Ərəəytə” sözü "mənə xəbər ver” mənasını, "Əhtənikənnə” isə "hənək” sözündən olub heyvanı çəkmək üçün onun boynuna atılan ipi bildirir. "İhtinak” sözü kökdən qoparmaq və tam hakim olmaq mənasını verir.("Bihar”, c. 101, s. 136 )
    Bildirişlər
    1. Özünəpərəstiş insanı Allah qarşısında tüğyana sövq edir.
    2. Var-dövlət və məqama əsir olmamaq ən çətin imtahanlardandır. (Böyük şəxsiyyətlər bildirirlər ki, insanın özünütərbiyəsində qurtulmalı son şey cah-cəlal və məqamdır.)
    3. İblis həm qiyamətdən xəbərdar idi, həm də qiyamətin bərpasına inanırdı.
    4. Həsəd tədricən kin-küdurətə və başqalarına qarşı müxalifliyə çevrilir.
    5. Bir qisim həsəd və kin-küdurət gələcək nəsilləri də əhatə edir.
    6. İnsan şeytani vəsvəsələr qarşısında azad buraxılıb və onun seçim imkanı var.
    7. İnsanların bəziləri İblisin əsarətindən amandadırlar.
    AYƏ 63:
    قَالَ اذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ جَزَاء مَّوْفُورًا
    «(Allah İblisə) dedi: "Get! İnsanlardan kim sənə tabe olsa, cəzanız cəhənnəmdir, kamil bir cəza!”
    Bildirişlər
    1. Allah İblisin möhlət istəyini qəbul etdi.
    2. İnsan Allah yolunu və ya şeytana itaət yolunu seçməkdə azad buraxılıb.
    3. İblis və ardıcıllarının yeri cəhənnəmdir.
    4. Allahın cəzası kamildir. Günahkarlar həm öz günahlarının, həm də azdırdıqları insanların günahlarının cəzasını çəkərlər.
    AYƏ 64:
    وَاسْتَفْزِزْ مَنِ اسْتَطَعْتَ مِنْهُمْ بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِم بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِي الأَمْوَالِ وَالأَوْلادِ وَعِدْهُمْ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلاَّ غُرُورًا
    "(Ey şeytan,) insanlardan bacardığını öz səsinlə büdrət, süvari və piyada qüvvələrini onların ziddinə qaldır. Onların mallarına və övladlarına şərik ol, onlara vəd ver. Şeytan onlara yalandan başqa bir vəd vermir.”
    Nöqtələr
    "İstifzaz” dedikdə sürətlə büdrətmək və ya sürüşdürmək, cəldlik və təkan vurmaq mənaları başa düşülür.
    İblis insanı aldatmaq üçün yalnız bir qapıdan daxil olmur. O, təbliğatlar, vədlər, arzular, vəsvəsələr, yaxınlıqlar vasitəsi ilə piyada və süvari halda insanı mühasirəyə alır. Bu arada bir dəstə insan ona qoşulur.
    Nə danışdığından və ya haqqında nə danışıldığından qorxmayan, istənilən bir işə əl atıb açıq və ya gizli şəkildə günah edən kəs şeytana şərikdir.(Bax: "Nəhl”, 99 ) Eləcə də haram tikə, haram yemək, zina, pis övlad və nəsil tərbiyə etmək şeytana şəriklik hallarındandır.(Bax: "Əraf”, 201)
    Qeyri-sağlam istehsal və istehlak, ölü kapital toplamaq, xarici şirkət və müəssisələrin investisiyası, xaricilərin elmi-mədəni mərkəzlər təşkil etməsi, beynəlmiləl müsabiqələr bir növ şeytanın iştirakı ilə keçirilir.
    Bildirişlər
    1. İblisin qüdrəti məhduddur.
    2. Xalqın yolunu azmasında puç təbliğatın rolu var.
    3. Düşmənin təbliğat və ideoloji hücumları hərbi hücumlardan təhlükəlidir. Ayədə öncə çağırış, sonra güc vasitəsi xatırlanır.
    Şeytan öncə təbliğatla insandakı tövhid, təkallahçılıq amilini aradan götürür, sonra silah çəkib hücuma keçir.
    4. İblisin həm özü, həm də qoşunu azğınlığa aparır.
    5. Şeytanın qaydası pusquda oturmaq, cəzb edib oğurlamaqdır.
    6. İblisin iştirakı mal və övladdan başlayır, haram və şübhəli tikə, zinayadək davam edir.
    7. Allah bəzən insana lütf yox, bir növ qəzəb olaraq ixtiyar verir.
    8. İnsanın arzuları şeytanın nüfuzu üçün zəmindir. Şeytan boş vədləri ilə bu arzuları gücləndirir.
    9. Şeytan yalandan əlavə, günaha don geydirir, şəfaət vədi verərək tövbəni təxirə salır.
    AYƏ 65:
    إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ وَكَفَى بِرَبِّكَ وَكِيلاً
    "Həqiqətən, Mənim (xalis) bəndələrim üzərində sənin hökmün yoxdur. Rəbbinin (onlara) vəkil olması yetər.”
    Nöqtələr
    Bütün insanlar Allahın bəndəsi olsa da, Allah bəzi bəndələrinə hörmət olaraq onları Özünə aid edir. Belə bir halla başqa mövcudlara münasibətdə də rastlaşırıq.
    Digər bir ayədə Allahın bəndələri iman və təvəkkül kimi səciyyələrlə tanıtdırılır. Belələri üzərində şeytanın hökmü yoxdur.("Bihar”, c. 63, s. 268; c. 53, s. 182 ) Əlbəttə ki, şeytan onlara da vəsvəsə edir, yaxınlaşır. Amma onlar xəbərdar olub müqavimət göstərirlər.(Bax: "Hucurat”, 13; "Tin”, 4 )
    Hədisdə deyilir: "Azan və namaz şeytanı qovma amilidir.”("Təfsiri-Nurus-Səqəleyn” )
    Bildirişlər
    1. Allahın həqiqi bəndələri azdır. 62-ci ayədə oxuduq ki, İblis deyir: "Az bir hissə istisna olmaqla, bütün xalqı azdıraram.”
    2. Allaha bəndəlik insanı İblisin təbliğ və hücumlarından qoruyur. Bəli, sonsuz qüdrətə sığınanlara nüfuz yolu yoxdur.
    3. İnsan azad buraxılıb. O, İblisin hücumları qarşısında iman və bəndəliyə sığınmaqla müqavimət göstərə bilər.
    4. Allah Ona bəndə olan kəsin vəkili, qoruyanı və hamisidir.
    5. Peyğəmbər (s) Allahın xüsusi himayəsində olduğundan şeytanın nüfuzundan amandadır.
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-27)
    Views: 1244 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024