İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    "KƏHF” SURƏSİ
    (18-CI SURƏ, 110 AYƏ)
    On beş, on altıncı cüzlər
    "KƏHF” SURƏSININ SIMASI
    Bu surə 110 ayədən ibarətdir. İyirmi səkkizinci ayədən başqa onun bütün ayələri Məkkədə nazil olmuşdur. Bu surə Kəhf əshabından, həzrət Musa və Xızrın əhvalatından, Zül-Qərneyndən, yaranış və məad məsələlərindən bəhs olunur.
    Qüreyş müşrikləri Məkkədən Mədinəyə nümayəndə heyəti göndərdilər ki, yəhudi alimlərindən həzrət Məhəmmədin (s) besəti və onun düz olması nişanələri haqqında öyrənsinlər. Yəhudi alimləri onların sorğusunu belə cavablandırdılar: "Ondan üç şey soruşun. Əgər suallardan ikisinə cavab versə, birini cavabsız buraxsa, ona inanın. Ondan Kəhf əshabı, Zül-Qərneyn və ruh haqqında soruşun. Əgər Kəhf əshabı və Zül-Qərneynlə bağlı sualları cavablandırıb, ruhla bağlı bir söz deməsə, həqiqətən peyğəmbərdir.”("Furqan”, 1. "Nəcm”, 10. "Hədid”, 9. "Zumər”, 36. )
    Bu surənin fəziləti və onu oxumağın təsirləri haqqında xeyli hədis mövcuddur. Həmin hədislərdən bəzilərini nəzərdən keçirək: "Bu surəni oxuyan kəs Dəccal fitnəsindən amandadır.”; Cümə gecəsi bu surəni oxuyan şəxsin növbəti cüməyədək və sonrakı üç gün üçün günahları bağışlanar”; surənin sornncu ayəsini oxumaqla gecənin istənilən bir saatında oyanmaq olar”; "Bu surənin oxunması cəhənnəm əzabına, şeytanın evə daxil olmasına mane olar. (Surə oxunan gecə)”
    Hər halda bu surəni anlayıb əməl edərək oxumaq Quranın bərəkətlərinə yetişmək rəmzidir.
    بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم
    BAĞIŞLAYAN VƏ MEHRIBAN ALLAHIN ADI ILƏ
    AYƏ 1:
    الْحَمْدُ لِلَّهِ الَّذِي أَنزَلَ عَلَى عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَل لَّهُ عِوَجَا
    "Sitayiş öz bəndəsinə kitab nazil edən və onda heç bir yanlışlığa yol qoymayan Allaha məxsusdur.”
    AYƏ 2:
    قَيِّمًا لِّيُنذِرَ بَأْسًا شَدِيدًا مِن لَّدُنْهُ وَيُبَشِّرَ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًا
    "Öz tərəfindən olan şiddətli əzabla qorxutmaq, saleh işlər görən möminləri yaxşı mükafatla müjdələyən möhkəm və (digər səmavi kitabları) qoruyan (bir kitabdır).”
    Nöqtələr
    Quran surələri arasında "Həmd”, "Ənam”, "Səba”, "Fatir” və "Kəhf” surələri "Əlhəmdulillah” cümləsi ilə başlayır. Bu surələrdən üçündə yaranışdan danışılır. "Həmd” surəsində tərbiyədən, bu surədə səmavi kitabdan söhbət açılır. Belə ki, varlıq və yaranış insanların tərbiyəsi üçün kitab və qanunla yanaşı iki qanad kimidir.
    "İvncac” dedikdə "yanlışlıq və əyrilik”, "əvəc” dedikdə "hiss olunanlar”, "ivəc” dedikdə isə "hiss olunmayanlar” nəzərdə tutulur. ("Əvəc” insanlar, "ivəc” isə digərlərinə aiddir;(Təfsire-Nurus-səqəleyn”, c 5, s. 361; c. 3, s. 243.) "Qəyyim” sözü bərpa edən, sahmana salan mənasını bildirir.)
    Ötən surə "Subhanəlləzi”, bu surə isə "Əlhəmdulillah” (adətən yanaşı işlənən təsbih və təhmid) təbiri ilə başlayır.
    "Əbdihi” sözü harada mütləq formada işlədilmişdirsə, həzrət Peyğəmbər (s) nəzərdə tutulur.("Hucurat”, 7. )
    Bildirişlər
    1. Kitab və qanun neməti o qədər mühümdür ki, Allah bu nemətlərlə bağlı Özünü tərif edir.
    2. Allaha bəndəlik mənəvi kamilliklərin əldə olunması üçün zəmin yaradır.
    3. Nə Allahın kitabında, nə də İslam Peyğəmbərində (s) yanlışlıq müşahidə olunur. Onlar nə haqdan batilə, nə faydalıdan zərərliyə, nə də düzgündən yanlışa meyl edirlər.
    4. Quran qiyamətədək sabit və dəyişməzdir.
    5. Quran səmavi kitabların mühafizi, bəndələrin bütün faydalarını özündə əks etdirən kitabdır. Bu kitabda nöqsana, ixtilafa, ifrat və təfritə yer yoxdur. O, qiyama, həm də üstün bir qiyama çağırır.
    6. Rəhbərin başqalarının faydası üçün qiyam qaldırmasında onun yanlışlıqdan uzaq olması şərtdir.
    7. Zərərin dəfi mənfəət kəsb etməkdən mühümdür. Ona görə də öncə xəbərdarlıq, sonra müjdə gəlir.
    8. İman saleh əməllə yanaşı fayda verir.
    9. Saleh əməl davamlı olmalıdır.
    AYƏ 3:
    مَاكِثِينَ فِيهِ أَبَدًا
    "Orada həmişəlik qalasıdırlar.”
    AYƏ 4:
    وَيُنذِرَ الَّذِينَ قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا
    "(İlahi kitab və peyğəmbər) Allah Özünə övlad götürmüşdür” deyənlərə xəbərdarlıq edələr.”
    AYƏ 5:
    مَّا لَهُم بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ إِن يَقُولُونَ إِلَّا كَذِبًا
    "Onların və atalarının bu sözlə bağlı heç bir elmi yoxdur. Onların ağzından çıxan bu söz böyük böhtandır. Onlar yalnız yalan danışırlar.”
    Nöqtələr
    Ötən ayədə də xəbərdarlıq bəyan olunmuşdu. Amma müşriklərin Allahın övlad götürməsi ilə bağlı azğın fikirlərinin əhəmiyyətinə görə xəbərdarlıq təkrarlanır.
    Quranın digər ayələrinə əsasən, Allahın övlad götürməsi ittihamı müşriklər arasındakı ən böyük şayiə olmuşdur. Məsihilər İsanı, yəhudilər Üzeyri Allahın oğlu sayırdılar. Müşriklər isə mələkləri Allahın qızları hesab edirdilər. Halbuki belə bir əqidə nə gerçəkliklə, nə də ağılla bir araya sığır.
    Bildirişlər
    1. Daimi əməlin daimi mükafatı var. İkinci ayədəki "yəməlunəs-salihat” təbiri əməlin davamını göstərir. Bu ayədəki "Makisin” təbiri isə daimi mükafata işarədir.
    2. İnsanın əbədi həyata meyli var. Allah isə belə bir həyatı qiyamətdə qərar vermişdir.
    3. Axirətə aid ilahi nemətlərin xüsusiyyətlərindən biri onların əbədiliyidir. Qiyamətdə ölüm və fəna yoxdur.
    4. Xalqın əqidəsinin islahı peyğəmbərlərin vəzifələrindəndir.
    5. Cəhalət və bixəbərlik azğınlıq zəminidir.
    6. Əqidə elmə əsaslanmalıdır. Elmi əsası olmayan əqidə tənqid olunmuşdur.
    7. İmanı olmayan insan öz xaliqinə iftira yaxır.
    8. Allahın övladı olması fikri əsassız bir böhtandır.
    9. Allaha övlad aid etmək həm şirkdir, həm yersiz müqayisədir, həm də Allahı canişinə və həmkara ehtiyaclı saymaqdır.
    AYƏ 6:
    فَلَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ عَلَى آثَارِهِمْ إِن لَّمْ يُؤْمِنُوا بِهَذَا الْحَدِيثِ أَسَفًا
    "Qorxu var ki, əgər bu hədisə (Qurana) iman gətirməsələr, sən onların ardınca özünü həlak edəsən!”
    Nöqtələr
    "Əsəf” dedikdə hüznün, qəm-qüssənin ən şiddətli dərəcəsi başa düşülür.
    "Ləəlləkə baxiun nəfsəkə əla asarihim” cümləsi Peyğəmbərin (s) son dərəcə canıyananlığını göstərir. Peyğəmbər (s) ən əziz adamlarından ayrılan və onların arxasınca həsrətlə baxan şəxsə oxşadılır.
    Bildirişlər
    1. Başqalarının azğınlığına canıyananlıq və təəssüf bir dəyərdir. Peyğəmbər (s) ən canıyanan fərd olmuşdur.
    2. Rəhbər xalqın əqidə və əməlinin islahı barədə düşünməli və bu istiqamətdə çalışmalıdır.
    3. Quranda yeni söz və bildiriş var. Təbliğatçının da öz təbliğində yenilikçiliyi olmalıdır. ("Hədis” sözü yeni mənasını bildirir.)
    AYƏ 7:
    إِنَّا جَعَلْنَا مَا عَلَى الْأَرْضِ زِينَةً لَّهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا
    "Əlbəttə, Biz yer üzündə olanı onun üçün zinət qərar verdik və hansının daha üstün və yaxşı əməl edəcəyini sınağa çəkmək istədik.”
    AYƏ 8:
    وَإِنَّا لَجَاعِلُونَ مَا عَلَيْهَا صَعِيدًا جُرُزًا
    "Biz (sonda) onun üzərində olanı torpaq və otsuz-ələfsiz yer şəklinə saldıq.”
    Nöqtələr
    "Səid” dedikdə torpaq, mütləq yer üzü başa düşülür. "Curus” isə otsuz yerdir.
    Allah xalqın sınağı ilə bağlı olan "linəbluvəkum” sözünü "cəəlna” və "cailunə” sözləri arasında yerləşdirmişdir. Onlardan biri yaşıl örtüklü yerə, digəri otsuz-ələfsiz sahəyə aiddir. İşarə olunur ki, xalq yaşıllıqla quraqlıq, şadlıqla qəm arasında sınağa çəkilir. Ən mühümü isə insanın əməli və qalib gəlməsidir.
    Rəvayətlərdə bildirilir ki, «gözəl əməl» dedikdə, qiyamət azuqəsi olan ağıllı və təqvalı iş nəzərdə tutulur.(Təfsire-Məcməül-bəyan”. "Təfsire-Nurus-səqəleyn”. "Təfsire-kəşful-əsrar”. "Təfsire-Dürrül-Mənsur”. )
    Bildirişlər
    1. Kafirlərin iman gətirməməsinin səbəbi onların dünya zirvələrinə uymasıdır.
    2. Bağlar, güllər, meyvələr, heyvanlar, sular, mədənlər, rənglər, qoxular, bir sözlə yer üzündə nə varsa yerin zinətidir. İnkişaf etmiş insanlar üçün isə iman əsl zinət və yaraşıqdır.("Kafi”, c. 8, s. 398; "Təfsire-Nurus-səqəleyn”. )
    3. Zinətlər sınaq vasitəsidir. Zinətlər vasitəsi ilə kimin aldanıb özünü satması, kimin əqvalı olub onları saleh əməl üçün müqəddimə qərar verməsi müəyyənləşdirilir.
    4. Sınaq prinsipi insanın ixtiyar sahibi olduğunu göstərir. (O zaman sınaqdan danışmaq olar ki, insanda seçim imkanı olsun.)
    5. Əməlin kəmiyyəti yox, keyfiyyəti mühümdür.
    6. Gül-çiçəyin, təbiətin gözəlliyi bizi qürrələndirməsin. Hamı torpaqla bir olasıdır.
    AYƏ 9:
    أَمْ حَسِبْتَ أَنَّ أَصْحَابَ الْكَهْفِ وَالرَّقِيمِ كَانُوا مِنْ آيَاتِنَا عَجَبًا
    "Yoxsa güman edirsən ki, Kəhf əshabı və Rəqim Bizim qəribə nişanələrimizdəndir?”
    Nöqtələr
    "Rəqim” dedikdə, Kəhf əshabının əhvalatı yazılmış lövhə nəzərdə tutulur. Onların adı bu lövhədə qeyd olunmuşdur. "Kəhf” sözü böyük mağara mənasını bildirir.
    Ayədə deyilir: Bir neçə nəfəri mağarada yatırdıb sonradan oyatmaqdan da mühümü yer üzündə çoxsaylı gözəlliklər yaradıb, sonradan onları məhv etməkdir. İlahi qüdrət qarşısında Kəhf əshabının macərası o qədər də təəccüb doğurmur.
    Kəhf əshabının əhvalatı həzrət İsadan sonra, İslam Peyğəmbərindən (s) öncə, Rum məmləkətində, Efsus şəhərində, Dəqyanus adlı zalım hakimin zamanında baş vermişdir. Bu macəranın hicrət, ilahi yardımlar kimi ibrət dərsləri var. Uyğun həqiqətlər məkan, zaman və kəmiyyət məhdudiyyətinə sığmır.
    Zahirən belə görünür ki, Kəhf əshabı və Rəqim eyni bir qrupun adıdır. Bəzilərinin nəzərincə, Rəqim Kəhf əshabının yaşadığı məntəqənin adıdır. Bəzi təfsirlərdə isə Rəqim əshabının kəsb və ticarət üçün evdən çıxan 3 nəfərdən ibarət olduğu qeyd edilir. Onları yolda yağış tutur və bir mağaraya sığınırlar. Dağdan uçan bir daş mağaranın girişini bağlayır və bu 3 nəfər mağarada qalır. Onların hər biri həyatı boyu gördüyü ən xeyir və xalisanə işi xatırlayır. Onlar Allahdan bu əməlləri müqabilində qurtuluş diləyirlər. Hər biri öz xeyir əməli haqqında danışdıqda mağaranın girişindəki daş azca tərpənir. Nəhayət, həmin adamlar xilas olurlar. Həzrət Peyğəmbər (s) bu əhvalatı nəql etdikdən sonra buyurdu: ”Allahla olan hər kəs nicat tapar.”("Təfsire-Nurus-səqəleyn”.)
    AYƏ 10:
    إِذْ أَوَى الْفِتْيَةُ إِلَى الْكَهْفِ فَقَالُوا رَبَّنَا آتِنَا مِن لَّدُنكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا
    "Cavanlar mağaraya pənah apardıqları vaxt dedilər: «Pərvərdigara! Bizə Öz tərəfindən rəhmət əta et və bizim üçün işimizdə irəliləyiş qərar ver.»”
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-27)
    Views: 1089 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024