İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    QURAN VƏ MƏSIH
    Məkkə kafirlərinin İslam peyğəmbərinə qarşı ciddi təzyiqlərindən sonra bir qrup müsəlman Cəfər ibn Əbi-Taliblə birlikdə Həbəşəyə hicrət etdi. Qüreyş katibləri dedilər: "Əgər müsəlmanlar orada mövqelərini möhkəmləndirsələr və hökumət qursalar, bizim bütpərəstliyi məhv edəcəklər.” Onlar Əmr Asla birlikdə bir dəstəni Nəcaşinin vəzirləri üçün qiymətli hədiyyələrlə Həbəşəyə göndərdilər. Onlar hədiyyələr vasitəsi ilə Nəcaşini mühacir müsəlmanlara qarşı qaldırmaq istəyirdilər. Onları dinləyən Nəcaşi qərara gəldi ki, özü şəxsən müsəlmanları hüzuruna gətirib onların sözünü dinləsin.
    Həbəşə padşahının hüzurunda Cəfər müsəlmanların adından çıxış etdi. O, bütpərəstlik bəlasından, xurafatdan, cahiliyyət təcavüzkarlığından, İslamın gəlişindən, Məhəmməd (s) dininin nurundan elə danışdı ki, Nəcaşi ağladı. O, kafirlərin hədiyyələrini qaytarıb dedi: "Mənə qüdrət verən Allah məndən rüşvət almadı. Nə üçün mən sizdən rüşvət almalıyam?!”
    Bu məclis müsəlmanların xeyrinə, kafirlərin zərərinə başa çatdı. Əmr As bu məğlubiyyətdən sonra çox götür-qoy edib, səhəri gün yeni bir təklif verdi. O, Nəcaşinin dini hislərini qızışdırmaq üçün dedi: "Müsəlmanların əqidəsi sizin əqidənizə ziddir.”
    Nəcaşi növbəti dəfə müsəlmanları hüzuruna gətirib, onların həzrət Məsih haqqındakı əqidələrini soruşdu. Cəfəri-Təyyar onun cavabında Qurani-kərimin "Məryəm” surəsinin ayələrini tilavət etdi. Quranın nurani ayələrini eşidən Nəcaşi göz yaşı axıdıb dedi: "Deyilənlər həqiqətdir.”
    Əmr As növbəti rüsvayçılıqdan sonra yeni bir təklif vermək istədikdə Nəcaşi ona möhkəm bir sillə vurdu.("Ər-rəhman”, 26, 17;)
    Bildirişlər
    1. Azğınlar və çaşqın əqidələr qarşısında doğru yolu göstərmək lazımdır.
    2. Övlad sahibi olmaq Allahın şəninə uyğun deyil. (Çünki övlad istəyini doğuran ya ömrümüzün məhdudluğu, ya insan qüvvəsinə ehtiyacımız, ya da ruhumuzun tələbidir. Allah isə bütün bu sifətlərdən pak-pakizədir.
    3. Allahın heç bir övladı yoxdur. (Bəzilərinin düşündüyü kimi mələklər Allahın qızı, İsa Allahın oğlu deyil.)
    4. Övlad atanın növündən olmalıdır. Allahınsa uşağı yoxdur.
    5. Başqalarının xoşagəlməz sözlərini nəql etdikdə dərhal zehnimizi təmizləyək.
    6. Təkcə İsa atasız və ya Adəm ata-anasız yaranmayıb, hər bir şey Allahın iradəsi ilə vücuda gəlir.
    7. Allahın istəyi ilə bir şeyin gerçəkləşməsi arasında vaxt ötmür.
    8. Mövcudların Allahla rabitəsi ata-övlad rabitəsi yox, xaliq-məxluq rabitəsidir.
    AYƏ 36:
    وَإِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ
    "Həqiqətən, Allah mənim və sizin Rəbbinizdir. Beləsə, Ona pərəstiş edin, doğru yol budur.”
    Nöqtələr
    Həzrət İsa özünü belə tanıtdırır: ”Mən Allahın bəndəsiyəm.” Ona ilkin olaraq namaz və ibadət haqqında göstəriş gəldi. Onun ilkin olaraq elan etdiyi proqram da Allaha pərəstiş və ibadət idi.
    Həzrət Məsihin tövhid məsələsində israrı və tövhidi doğru yol sayması onu Allahın oğlu sayanlara, üç üqnumçulara yetərli cavabdır. (Uyğun nöqtəyə "Ali-İmran” surəsinin 51-ci, "Zuxruf” surəsinin 64-cü ayələrində də toxunulmuşdur.)
    Bildirişlər
    1. İbadət yalnız bizim Rəbbimizə layiqdir.
    2. İsanı Allahın övladı saymaq dinin təhrifi və küfr mayasıdır.
    3. Bir Allaha pərəstiş və Ona bəndəlik yeganə doğru yoldur. Bütün qalan yollar azğınlığa aparır. (Quranda Allah, peyğəmbər, ibadət, Allaha bağlılıq yolu doğru yol kimi tanıtdırılır.)
    AYƏ 37:
    فَاخْتَلَفَ الْأَحْزَابُ مِن بَيْنِهِمْ فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِن مَّشْهَدِ يَوْمٍ عَظِيمٍ
    "Öz aralarındakı dəstələr ixtilafa düşdülər. Vay olsun, böyük gündə (Qiyamət günündə) hüzuru inkar edənlərə.”
    AYƏ 38:
    أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا لَكِنِ الظَّالِمُونَ الْيَوْمَ فِي ضَلَالٍ مُّبِينٍ
    "Bizim hüzurumuza gəldikləri gün necə də yaxşı eşidir və görürlər. Amma zalımlar bu gün açıq-aşkar azğınlıqdadır.”
    Nöqtələr
    Xüsusi mövqe, məqsəd və birliyə malik olan dəstə "hizb” adlanır.
    "Məşhəd” dedikdə ya xalqın hüzur məhəlli, ya da şəhadət verilən yer nəzərdə tutulur. Qiyamət günü həm insanlar bir yerə toplanar, həm də mələklər və peyğəmbərlər insanların əməllərinə şəhadət verər.
    Bəzi insanlar İsanı Allah sayırdı. "Yəqubiyyə” kimi bəzi firqələr onu Allahın oğlu kimi qəbul edirdi. "Nəsturiyyə” kimi, "İsrailiyyə” kimi firqələr üç üqnuma inanırdı. Amma bütün bu firqələr qiyamət günü öz əqidələrinin ziddinə şəhadət verəcəklər.(Hədid”, 10)
    Bildirişlər
    1. Həzrət İsa doğru yolu göstərsə də, ətrafdakılardan bir qrupu ixtilaf törədirdi.
    2. Dəstəbazlıq, bilərəkdən ixtilaf yaratmaq tarix boyu müşahidə olunan bir gerçəkdir.
    3. Kafirlər zalımdırlar. (Onlar özlərinə, əqidə məktəbinə və cəmiyyətə zülm edirlər.)
    AYƏ 39:
    وَأَنذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُضِيَ الْأَمْرُ وَهُمْ فِي غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ
    "Onları peşmançılıq günü ilə qorxut. Elə bir vaxt ki, onlar qəflətdə olduğu və iman gətirmədiyi halda iş-işdən sovuşar.”
    AYƏ 40:
    إِنَّا نَحْنُ نَرِثُ الْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ
    "Yer və onun əhlinin yeganə varisi Bizik və (hamı) Bizə doğru qaytarılar.”
    Nöqtələr
    Bütün bədbəxtçiliklər qəflətdən doğur: Allahdan, məaddan, günahın nəticələrindən, fitnələrdən, məhrumlardan, tarix və onun sünnələrindən, gənclik və istedadlardan, inkişaf zəminlərindən qəflət.
    Bu ayənin oxşarı Quranın başqa yerlərində də gözə dəyir: "Hər şey fəna olar, yalnız cəlal və kərəm sahibi Allahın zatı əbədidir.”("Təfsire-Əl-mizan”. ); "Göylərin və yerin varisi yalnız Allahdır.”("Bihar”, c. 16, s. 95.)
    Qiyamət gününün bir adı da "həsrət günüdür.” Həmin gün insan əldən buraxdığı fürsətlərə, tələf olmuş sərmayələrə görə təəssüf edər.
    Bildirişlər
    1. Peyğəmbərlərin vəzifələrindən biri də xəbərdarlıqdır.
    2. Dünyada bacardığınız qədər çalışın. Qiyamətdə iş-işdən keçmişdir.
    3. Qəflət küfr üçün zəmindir.
    4. Qəflət və imansızlıq halında ölüm peşmançılıq səbəbidir.
    5. İnsanın mal-mülkü onda qəflət doğurur, qəflət isə küfrə səbəb olur.
    AYƏ 41:
    وَاذْكُرْ فِي الْكِتَابِ إِبْرَاهِيمَ إِنَّهُ كَانَ صِدِّيقًا نَّبِيًّا
    "Bu kitabda İbrahimi yad et. Həqiqətən, o, doğruçu bir peyğəmbər idi.”
    Nöqtələr
    "Siddiq” dedikdə həm haqqı çox təsdiq edən, həm də bütün danışıq və rəftarı sədaqətə əsaslanan kəs başa düşülür. Belə bir şəxs dediyinə əməl edir, əməl etdiyini deyir.
    Bildirişlər
    1. Münafiq insanları daim xatırlayaq.
    2. Başqalarının kamilliklərinə diqqət və böyük şəxsiyyətlər haqqında xoş söz tərbiyə üsullarındandır.
    3. Sədaqət peyğəmbərlik şərtidir.
    4. İnsanda xarakterə çevrilmiş sədaqət dəyərlidir.
    AYƏ 42:
    إِذْ قَالَ لِأَبِيهِ يَا أَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِي عَنكَ شَيْئًا
    "O (İbrahim), atasına dedi: «Ey ata! Nə üçün eşidib görməyən və sənin heç bir ehtiyacını ödəməyən bir şeyə pərəstiş edirsən?»”
    Nöqtələr
    Həzrət İbrahimin ana-atası dünyasını dəyişmişdi. Quranda İbrahimin atası kimi tanıtdırılan şəxs onu himayəsinə götürmüş əmisi Azər və ya anasının əri idi.("Tövbə”, 114)
    Əhli-beyt rəvayətlərində də bildirilir ki, həzrət İbrahimin atası tək Allaha inanırdı və ayədə "əb” dedikdə onun əmisi nəzərdə tutulmuşdur.
    Ərəb dilində "əb” sözünün geniş mənası var. Bu söz müəllim, tərbiyəçi, hətta qayınataya da aid edilə bilər. Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə buyurulur: "Mən və Əli bu ümmətin atalarıyıq.”("Bəqərə”, 256. )
    Bildirişlər
    1. İbrahimin öz əmisi ilə söhbətləri xatırlanası və dəyərləndiriləsi söhbətlərdir.
    2. Pisliyə qadağa qoyarkən öz yaxınlarımızdan başlayaq.
    3. Nəhy əz münkərdə yaş məhdudiyyəti yoxdur. (Oğul ehtiramı gözləməklə ailə başçısını pislikdən çəkindirə bilər.)
    4. İnsanların kamilliyi onların yaşından asılı deyil. Bəzən övlad evdəki böyüklərdən daha anlaqlı olur.
    5. Təlim-tərbiyə ümumi olmaya da bilər. Bəzən fərdin özünə nə isə demək lazım gəlir.
    6. Nəhy əz münkər zamanı, pisliyə qadağa qoyarkən suallar ünvanlamaqla insanların vicdanını mühakiməyə çəkək.
    7. Nəhy əz münkərə etiqadi məsələlərdən başlayaq. (Təəssüf ki, biz, adətən, əxlaqi və ictimai büdrəmələrə daha çox vaxt ayırırıq).
    8. Haqq yolu hisslərə fəda etməyə, qohumluq bağlılığı nəhy əz münkərə mane olmamalıdır.
    9. Bütpərəstlik mələkpərəstlikdən, insanpərəstlikdən, inəkpərəstlikdən də pisdir. Çünki bütlər görüb eşitmir, heç bir şüura malik deyil.
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-26)
    Views: 810 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024