İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    AYƏ 11:
    وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍ كَانَتْ ظَالِمَةً وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا آخَرِينَ
    "Biz insanları zalım olan bir çox abadlıqları məhv etdik. Onlardan sonra başqa bir qövm yaratdıq.”
    Bildirişlər
    1. Zülmün ardınca insanların məhvi ilahi bir sünnədir.
    2. İlahi qanunu pozan hər kəs məhvə məhkumdur.
    3. İnsanlar talelərini özləri müəyyənləşdirirlər.
    4. Əgər zülm adət şəklini alarsa, ilahi qəzəb nazil olasıdır. Amma zülüm davamlı olmadıqda və insan ayılıb tövbə etdikdə uyğun qəzəb nazil olmur.
    5. Allah üçün məhv etməklə yaratmaq arasında fərq yoxdur, O, ehtiyacsızdır.
    AYƏ 12:
    فَلَمَّا أَحَسُّوا بَأْسَنَا إِذَا هُم مِّنْهَا يَرْكُضُونَ
    "Elə ki, (zalım qövm) Bizim qəzəbimizi hiss etdi, qəfildən qaçmağa üz tutdu.”
    AYƏ 13:
    لَا تَرْكُضُوا وَارْجِعُوا إِلَى مَا أُتْرِفْتُمْ فِيهِ وَمَسَاكِنِكُمْ لَعَلَّكُمْ تُسْأَلُونَ
    "(Amma xitab olundu ki,) qaçmayın! Evlərinizə və kam aldığınıza dönün. Ola bilsin ki, sorğuya çəkiləsiniz.”
    AYƏ 14:
    قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ
    "(Əzabımızı ağır görüb) dedilər: «Vay olsun bizə! Həqiqətən, biz, zalım idik.»”
    AYƏ 15:
    فَمَا زَالَت تِّلْكَ دَعْوَاهُمْ حَتَّى جَعَلْنَاهُمْ حَصِيدًا خَامِدِينَ
    "Biz onları qırıb, hərəkətdən salanadək daim bu sözləri deyirdilər.”
    Nöqtələr
    "Həsid” dedikdə "bitmək” mənası başa düşülür. "Xamid” sözü susmaq, dayanmaq mənasını bildirir.
    "Sorğuya çəkilərsiniz” cümləsi nəyə işarədir? Ola bilsin ki, bir-birinizi, ya fəqirlərin, ya da tarixin sizi sorğuya çəkməsi nəzərdə tutulur.
    Bildirişlər
    1. Zülmkar cəmiyyətə əzab tədricən nazil olur. (Qəzəb nişanələrini görməklə hisslər də tədricən yaranır.)
    2. Kimsədə Allahın qəzəbi qarşısında dayanmaq gücü yoxdur. (Ən məğrur insanlar da təhlükə zamanı səhnədən qaçırlar.
    3. Allahın qəzəbindən qaçmaq mümkünsüzdür.
    4. Eyş-işrət zülm və tüğyan üçün zəmin yarada bilər.
    5. Cəza günah baş verən yerdə icra olunmalıdır.
    6. Zülmkarlar nəhayət sorğuya çəkiləsidirlər.
    7. Zülmün sonu peşmançılıqdır.
    8. Sonda yatmış vicdanlar oyanası, inkarçılar həqiqəti etiraf edəsidirlər.
    9. Bəla nazil olan zaman ah-nalə fayda vermir.
    10. Küfr və zülm insan üçün ot kimi biçilmiş, qırılmış tale ərməğan gətirir.
    11. Qalmaqallı təbliğatlar, sitayişlər, yalanlar, hədələr Allah hüzurunda məhvə məhkumdur.
    12. Ardıcıl zülm ilahi əzabla sonuclanır.
    AYƏ 16:
    وَمَا خَلَقْنَا السَّمَاء وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ
    "Biz göy və yeri, onlar arasında olanı əyləncə yaratmadıq.”
    AYƏ 17:
    لَوْ أَرَدْنَا أَن نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنَاهُ مِن لَّدُنَّا إِن كُنَّا فَاعِلِينَ
    "Əgər əyləncə düzəltmək istəsəydik, Onu özümüz üçün edərdik.”
    Nöqtələr
    "Lov” kəlməsi ərəb dilində mümkünsüz işlərdən danışılarkən işlədilir. Allah üçün əyləncə mümkünsüz olduğundan burada həmin kəlmə işlədilmişdir.
    Bu ayələrdə Allah öncə əyləncə yaratmadığını bildirir. Burada "əyləncə istəsəydik, Özümüz üçün edərdik” buyurur. Öncəki "laib”, sonrakı ayədə "ləhv” təbiri işlədilir. Məlum olur ki, "ləhv” və "ləib” sözləri eyni mahiyyət daşıyır. "Əl-mizan” təfsirində oxuyuruq: "Xəyali məqsədlərlə qurulmuş nizamlı bir iş "ləib” adlandırılmışdır. Amma bu sayaq xəyali işlər ciddiləşib insanı əsl məqsəddən uzaqlaşdırdıqda ona "ləhv” deyirlər. Hər iki iş, yəni həm oyun, həm də əyləncə Allahdan uzaq işlərdir.
    Qurani-məciddə dəfələrlə qeyd olunur ki, varlıq aləmi oyuncaq deyil və məqsədli yaradılmışdır. "Təlaq” surəsinin 12-ci ayəsində insanın imanı yaranış məqsədi sayılır. Allah yeddi qat göyü və yeri xəlq etdi ki, Onun hər bir işə qadir olduğunu biləsiniz. Onun elmi hər şeyi əhatə edir. Əlbəttə, bu məqsədin gerçəkləşməsi üçün varlıq aləmi haqqında düşünmək, ibrət götürüb etiraf etmək lazımdır.
    "Əgər əyləncə istəsəydik, şübhəsiz Özümüz üçün edərdik” cümləsi müxtəlif cür mənalandırılır:
    a) Hətta əyləncə üçün də olsa, varlıq aləminin yaradılışı bütlərin yox, Allahın işidir.
    b) Allah əyləncə istəsəydi belə, bu iş üçün maddiyyat aləminə üz tutmaz, mələklərdən və dərgahına yaxın olanlardan istifadə edərdi.
    İmam Sadiq (ə) uyğun ayəyə istinad edərək insana mənasız işləri (ləvh) qadağan edir.("Lisanul-ərəb”.)
    Bildirişlər
    1. Varlıq aləmi məqsədli yaradılmışdır. (Əgər yaranış məqsədsiz deyilsə, demək ölüm də işin sonu, yoxluq sayılmamalıdır.)
    2. Oyun oynamaq istəyən kəs nəhayətsiz və sirli varlıq aləmi yox, oyun-oyuncaq hazırlayır. Bu varlıq aləminin təkcə hüceyrə və atomları əsrləri və nəsilləri araşdırmalara məşğul etmişdir.
    3. Allah əylənmək istəsəydi belə, onu Öz zatına münasib şəkildə həyata keçirərdi. (Maddi aləmə üz tutmazdı.)("Təfsire-Əl-mizan”. )
    4. Əgər Allah-təala varlıq aləmini oyun məqsədi ilə yaratsaydı bir bu qədər peyğəmbər göndərməz, halal-haram göstərişi verməz, mükafat və cəza müəyyənləşdirməzdi.
    AYƏ 18:
    بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَى الْبَاطِلِ فَيَدْمَغُهُ فَإِذَا هُوَ زَاهِقٌ وَلَكُمُ الْوَيْلُ مِمَّا تَصِفُونَ
    "(Yox, belə deyil,) Biz batilin beynini dağıtmaq üçün onu haqla vururuq, batil dərhal məhv olur. Vay olsun sizə, (Allaha) aid etdiyiniz sifətlərə görə!”
    Nöqtələr
    "Qəzf” dedikdə uzaqdan sürət və qüvvətlə atmaq mənası anlaşılır. "Dəmğ” sözü başa dəyib beynə təsir göstərən zərbə mənasını bildirir.
    "Vəyl” dedikdə əzab və məhv mənaları anlaşılır. Bu söz əzaba layiq olunduqda işlədilir.("Tövhidi-Səduq”, s. 250.)
    Bildirişlər
    1. Haqqın batilə qələbəsi Allahın iradəsi və varlıq aləminin məqsədli olduğunu göstərən bir əlamətdir.
    2. Haqq batillə müdafiə mövqeyindən davranmamalıdır.
    3. Batilin məhvi ilahi sünnədir.
    4. Haqq batilə qalibdir.
    5. Haqqın cəbhədə hüzuru ilə batil məhv olur.
    6. Batillə mübarizədə sürət, qüdrət və məqsədyönümlülük prinsiplərinə riayət olunmalıdır.
    7. Batil yarımcan buraxılmamalı, tam surətdə məhv edilməlidir.
    8. Haqq qalası, batil gedəsidir.
    9. Batil hökumət Allahın verdiyi möhlət qanununa əsasən bir neçə gün yaşayır. Sonda isə təqvalılar və haqq əhli iqtidara çatır.
    10. Vay olsun yaranışı oyuncaq sayanlara!
    AYƏ 19:
    وَلَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَنْ عِندَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَ
    "Göylərdə və yerdə nə varsa Ona məxsusdur. Onun yanında olanlar (mələklər) Ona ibadətdə təkəbbür göstərməz, yorulub dayanmazlar.”
    AYƏ 20:
    يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَ
    "Onlar gecə-gündüz süstlük göstərmədən Onu paklığına görə öyərlər.”
    AYƏ 21:
    أَمِ اتَّخَذُوا آلِهَةً مِّنَ الْأَرْضِ هُمْ يُنشِرُونَ
    "(Kafirlərin) yerdən seçdikləri tanrılar ölüləri dirildərmi?”
    Nöqtələr
    Məcazi malikiyyətdə (adi həyatda) insan ağasına yaxınlaşdıqca onu daha az saya salır, bəzən bu yaxınlıqdan arxayınlaşıb xətaya da yol verir. Həqiqi malikiyyətdə isə (Allah-bəndə münasibətlərində) insan öz məbuduna yaxınlaşdıqca daha çox ibadət edir.(Zuxruf”, 84.)
    "Nəhcül-bəlağə”nin birinci xütbəsində mələklər haqqında deyilir: "Mələklərdə yuxu, unutqanlıq, yorğunluq və qəflət yoxdur.”
    Bildirişlər
    1. Varlıq aləminin həqiqi maliki yalnız Allahdır. (Əgər Onun hökmü altındayıqsa, bəndəlik vəzifələrimizə əməl edək.)
    2. İbadət və bəndəlik təkcə insana aid deyil.
    3. Mələklərdən uzaqlığın kökü təkəbbürdür.
    4. Allahın bəzi məxluqları Ona yaxın məqama çatar.
    5. İbadətdən uzaqlığın kökü təkəbbürdür.
    6. İbadət insanı mələklərlə bir cərgəyə qatır.
    7. Xoşhallıq ibadətin dəyərini göstərir.
    8. Mələklər yatmır.
    9. Davamlılıq ibadətə dəyər verir.
    10. Batil əqidələri sual altına alaq.
    AYƏ 22:
    لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ
    "Əgər göylərdə və yerdə Allahdan başqa məbudlar olsaydı, hər ikisi (göy və yer) dağılardı. Ərşin Rəbbi olan Allah Ona aid edilən sifətlərdən pakdır.”
    Nöqtələr
    Bir neçə müəllif tərəfindən yazılmış kitaba diqqət və nəzər salsaq, onun müxtəlif cümlələri və hissələrinin üslubu arasında fərqlər görərik. Kitab böyüdükcə uyğun ziddiyyət də artır. Ola bilsin ki, eyni bir fikri müxtəlif şəxslər təsadüfi olaraq eyni bir tərzdə ifadə etsinlər. Amma varlıq aləmi kimi böyük bir kitabda mütləq uyğunluq və nizamı yalnız vahid Allah yarada bilər.
    Sual: Əgər Allah varlıq aləmindəki prosesləri nizamlayırsa, nə üçün müəyyən ziddiyyətlər var?
    Cavab: Əvvəla, nəzərdə tutulanları ziddiyyət adlandırmaq düzgün deyil. Bu növ təzadlar qayçının və tərəzinin bir-birinə zidd gedən iki tərəfi kimi eyni bir işə xidmət göstərir. Məsələn, yuyulmuş paltarın suyunu sıxmaq istəyən insanın əlləri bir-birinə zidd istiqamətdə hərəkət edir. Məqsəd isə birdir.
    Hişam ibn Həkəm İmam Sadiqdən (ə) soruşdu: "Allahın birliyinin dəlili nədir?” Həzrət buyurdu: ”Varlıq aləmindəki tədbirlər arasındakı bağlılıq, yaranışın kamil olması Allahın birliyinin dəlilidir.”("Saffat”, 24.)
    Bu ayə hər bir iş üçün xüsusi tanrı müəyyənləşdirənlərə cavabdır.
    Bildirişlər
    1. Yaradanın birdən çox olması mümkünsüz işdir.
    2. Göylərin və yerin Rəbbi birdir. Müşriklər isə göy üçün ayrı, yer üçün ayrı Rəbb nəzərdə tuturlar.("Təfsiri-Safi”. )
    3. Bir işi bir neçə nəfərin idarə etməsi ziddiyyət və fəsad yaradır.
    4. Batil söz yada salınarkən "sübhanəllah” deməklə Allahı paklığına görə öymək lazımdır.
    5. Allahın təsbihi (pak sayılması) kor-koranə takrarlanmamalı, agahlıq, dəlil və məntiqə əsaslanmalıdır. (Öncə dəlil göstərildi ki, varlıq aləmində iki müdiriyyət olsa, fəsad yaranar, sonra Allaha təsbih deyildi.)
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-25)
    Views: 646 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024