İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    AYƏ 23:
    لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ
    "O (Allah), gördüyü işə görə sorğuya çəkilməz. Amma onlar (insanlar) sorğuya çəkiləsidirlər.”
    Nöqtələr
    Quranda dəfələrlə bəyan olunmuşdur ki, insan gördüyü işlərə görə cavabdehlik daşıyır. "Hicr” surəsinin 92-ci ayəsində oxuyuruq: "And olsun Rəbbinə ki, bütün xalq sorğuya çəkiləcək.” Digər bir ayədə buyurulur: "Onları dayandırın, sorğuya çəkilməlidirlər.("Təfsiri-furat”, s. 261) İstənilən bir halda Qiyamət günü insandan onun düşüncəsi, niyyətləri, gəncliyi, ömrü, qazancı, xərci, rəhbər seçimi, böyüklərə itaəti haqqında sorğu-sual aparılacaq.
    Sual: Necə olur ki, "Ər-rəhman” surəsinin 39-cu ayəsində "Heç bin cin və ins sorğuya çəkilməz” buyurulur?
    Cavab: Qiyamətin müxtəlif səhnələri var. Hər səhnənin öz xüsusi şəraiti var. Məsələn, bir dayanacaqda insanlar onlara ünvanlanan suallara cavab verə bilirlər. Amma digər bir dayanacaqda onların ağzı möhürlənir, bədən üzvləri şəhadət verir.
    Bildirişlər
    1. Allah varlıq aləminin həqiqi və mütləq malikidir. Malik öz hökmlərinə görə qınanmır.
    2. Allahdan kimsənin tələbi, alacağı yoxdur. Sorğu haqqı isə tələb və alacağı olan kəsə aiddir.
    3. Allahı yalnız Ondan üstün kəs sorğuya çəkə bilər. Şübhəsiz ki, belə biri yoxdur.
    4. İnsanlar gördükləri işlərə görə məsuliyyət daşıyırlar.
    5. Sorğu və cəza məsuliyyətin ən üstün göstəricisi, azadlığın ən mühüm əlamətidir. (İmam Rzadan (ə) nəql olunmuş hədisdə deyilir: Allah Adəmə (ə) xitabən buyurdu: "Mən istəmişəm ki, sən öz arzunla azad olasan.”(Muminun”, 117.)Bəli, insan məcburən sorğuya çəkilmir. Çünki məsuliyyət daşımayan və məcbur olmuş şəxsin sorğuya çəkilməsi əqlən qəbahətlidir.
    AYƏ 24:
    أَمِ اتَّخَذُوا مِن دُونِهِ آلِهَةً قُلْ هَاتُوا بُرْهَانَكُمْ هَذَا ذِكْرُ مَن مَّعِيَ وَذِكْرُ مَن قَبْلِي بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ الْحَقَّ فَهُم مُّعْرِضُونَ
    "Yoxsa onlar (kafirlər) Allahın əvəzinə məbudlar qəbul etdilər? (Onlara) de ki, dəlilinizi gətirin. Bu (Quran), mənim ardıcıllarımın və məndən öncəkilərin zikridir. (Allahın şəriki olmamasını hamı yekdil olaraq qəbul edib,) amma insanların əksəri haqqı bilməz və (ondan) üz döndərər.”
    Nöqtələr
    Həzrət Əli (ə) buyurur: "Həqiqətən, Quranın Peyğəmbərə (s) nazil olması ilə, ötən peyğəmbərlərin, vəsilərin elmi, Qiyamətədək baş verəcək hadisələrin xəbəri ona çatdırılmış oldu.” Sonra həzrət hazırkı ayəni tilavət etdi.("Təfsiri-Furqan”. )
    Bildirişlər
    1. Bir Allahdan uzaqlaşan hər bir kəs çoxsaylı bütlərin tələsinə düşür.
    2. Peyğəmbər (s) xalqla dəlil əsasında danışmalı və onlardan dəlil tələb etməlidir.
    3. Tövhidin dəlilləri var. Şirk isə heç bir dəlilə əsaslanmır.(Təfsiri-Safi”.; "Təfsiri-nurus-səqəleyn”. "Tövhidi-Səduq”, s. 408)
    4. Əqidə əsaslarını təqlid əsasında qəbul etmək olmaz.
    5. Bütün səmavi kitablar tövhidə çağırmışdır.
    6. Səmavi kitablar yatmış fitrətlərin oyanmasına, unudulmuş həqiqətlərin yada salınmasına səbəb olur.
    7. Cahiliyyət fəzasında çoxluğun nə istiqbalı, nə də arxa çevirməsi əhəmiyyət kəsb etmir.
    AYƏ 25:
    وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونِ
    "Səndən öncə elə bir peyğəmbər göndərmədik ki, ona «Məndən başqa məbud yoxdur, Mənə pərəstiş edin»–deyə vəhy etməmiş olaq.”
    Nöqtələr
    "Əhzab” surəsinin 40-cı ayəsində Allah-təala İslam Peyğəmbərinin (s) son peyğəmbər olduğunu qəti şəkildə bildirsə də, digər məqamlarda da bu məsələyə toxunur. Belə ki, 30 dəfədən çox "səndən öncə” təbiri ilə rastlaşırıq. Amma bir dəfə olsun belə "səndən sonra” təbiri işlədilməmişdir.
    Bildirişlər
    1. Risalət vəhyin nazil olması ilə müşayiət olunur.
    2. Tövhid bütün ilahi peyğəmbərlərin proqramında birinci yerdə dayanır.
    3. Əməl etiqada əsaslanmalıdır. Öncə bünövrə, sonra bina. (Öncə ilahiyyatda, sonra ibadətdə tövhid.)
    4. Haqqın batil üzərində inhisarçılığı ilahi şüardır.
    AYƏ 26:
    وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا سُبْحَانَهُ بَلْ عِبَادٌ مُّكْرَمُونَ
    "(Kafirlər) dedilər: «Rəhman Allah (mələkləri özü üçün) övlad götürmüşdür!» O, (bu sifətdən) pakdır, (mələklər) əziz bəndələrdir.”
    AYƏ 27:
    لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِهِ يَعْمَلُونَ
    "(Mələklər) sözdə Ondan önə keçmirlər və Onun əmrinə əməl edirlər.”
    Nöqtələr
    Mələklərin Allahın övladları olmasına əqidə müşriklərdən əlavə yəhudi və məsihilər arasında da yayılmışdır.("Təfsire-nümunə”.)
    "Mukrəmun” (əziz) sifətinin mələklərə aid edilməsinin səbəbi budur ki, onlar öncə Allahın bəndələridir, ikincisi, onların bəndəliyi xalis bəndəlikdir.
    "Rəhman” adı müşriklər arasında Allahın tanınmış adıdır.
    İnsana hakim şəraitin onun etiqad və mühakimələrinə təsiri var. İnsan cismə malik olduğundan övlada ehtiyac duyur. O, maddilikdən uzaq Allahın da övlada ehtiyac duyduğunu düşünür.
    Bildirişlər
    1. Başqalarının küframiz sözlərini nəql edərkən "sübhanəllah” deməklə Allahı paklığı ilə yad edin.
    2. Başqalarının çaşqınlığı haqqında danışarkən doğru yolu da göstərək.
    3. Allah əmrinə təslimçilik insanın kəramətini göstərir. (Bəli, yalnız danışıq və əməldə Allah göstərişini ötüb keçməyənlər kəramət əldə edirlər.)
    4. Mələklər Allahın məmurlarıdırlar. Onlar yalnız Allahın əmrinə əməl edir, heç vaxt uyğun əmrlərdən boyun qaçırmırlar.
    AYƏ 28:
    يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ارْتَضَى وَهُم مِّنْ خَشْيَتِهِ مُشْفِقُونَ
    "(Allah) onların gələcəklərini və keçmişlərini bilir. Onlar (mələklər) yalnız Allahın razılıq verdiyi kəsə şəfaət edirlər və Onun (Allahın) qəzəbindən qorxurlar.”
    Nöqtələr
    "Xovf” dedikdə günahdan, "xəşyət” dedikdə ilahi əzəmətdən qorxu mənaları başa düşülür. "Xəşyət” qorxusu təzim və ehtiramla müşayiət olunur.
    Rəvayətdə bildirilir ki, "mən irtəza” dedikdə, "Onun dinindən razılıq var” mənası başa düşülür. İmanlı şəxs günaha yol versə belə, tövbə etdiyi üçün ilahi lütf və şəfaətdən bəhrələnir.("Qamus”.)
    Bildirişlər
    1. Yalnız hər şeydən xəbərdar olan Allah qarşısında nə üçün-niyəsiz təslim olmaq əhəmiyyətlidir. Allahın hər şeydən xəbərdar olduğunu düşünmək "xəşyətlə” müşayiət olunur.
    2. Allah keçmişdən və gələcəkdən eyni dərəcədə xəbərdardır. İnsanlar isə yalnız keçmişdən xəbər tuta bilirlər.
    3. Allah qarşısında bəndəlik və təslimçilik şəfaət məqamının əldə olunması səbəbidir.
    4. Mələklər də şəfaət əhlidir.
    5. Şəfaət üçün ləyaqət lazımdır. Dinindən Allahın razı olduğu kəslər şəfaətə nail olurlar.
    6. Allahı daha çox tanımaq daha çox xəşyət yaratmalıdır. (İnsanın paklığı onun Allah əzəmətindən qorxmasına mane olmur.)
    AYƏ 29:
    وَمَن يَقُلْ مِنْهُمْ إِنِّي إِلَهٌ مِّن دُونِهِ فَذَلِكَ نَجْزِيهِ جَهَنَّمَ كَذَلِكَ نَجْزِي الظَّالِمِينَ
    "Onlardan (mələklərdən) hansı biri «mən Allahın əvəzinə məbudam» desə, cəhənnəmi ona cəza qərar verərik. Biz zalımları bu sayaq cəzalandıracağıq.”
    Nöqtələr
    Ola bilsin ki, bu ayədə "qızım sənə deyirəm, gəlin sən eşit” prinsipi əsas götürülmüşdür. Yəni xalq bilməlidir ki, hətta mələklər belə bir kəsi şirkə dəvət etsələr, cəhənnəm əzabı gözləməlidirlər.
    Bildirişlər
    1. Şirk iddiası heç bir mövcuddan qəbul olunmur və bağışlanmır.
    2. Allah qarşısında özünü Ona şərik kimi tanıtdıran istənilən bir kəs - tərəfdarı olsa da, olmasa da - cəhənnəmlə cəzalandırılır.
    3. İlahi cəzalar əbədi sünnə və qanunlara əsaslanır.
    4. Müşrik zalımdır və zalımın cəzası yalnız cəhənnəmdir.
    AYƏ 30:
    أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا وَجَعَلْنَا مِنَ الْمَاء كُلَّ شَيْءٍ حَيٍّ أَفَلَا يُؤْمِنُونَ
    "Kafirlər görmürlərmi ki, göylərlə yer bir-birinə bitişik ikən Biz onları ayırdıq və hər bir canlını sudan yaratdıq. Yenədəmi iman gətirməzlər?”
    Nöqtələr
    Göylərin və yerin bitişikliyi və bir-birindən ayrılması ilə bağlı müxtəlif izahatlar var:
    a) Yer və göy yaranışın əvvəlində eyni kütlə idi. Böyük qaz toplumu olan bu kütlə daxili partlayışlar və hərəkətlər nəticəsində tədricən bir-birindən ayrılmışdır.
    b) Göyün və yerin ilkin maddəsi əvvəlcə eyni olub. Zaman ötdükcə onlar yeni forma alıb.
    v) Göyün bağlı olması dedikdə, yağıntının olmaması, yerin bağlı olması dedikdə, otların cücərməməsi nəzərdə tutulur. Allah bu bağlılıqları açmış, səmadan yağış nazil etmiş, yerdən otlar cücərtmişdir.("Hicr”, 17. )
    Su insan və heyvanın yaranış qaynağıdır. İnsan və heyvan orqanizminin 70%-ni su təşkil edir. Otların həyatı sudan asılıdır.
    Bildirişlər
    1. Təbiətin məqsədli müşahidəsi iman əldən etmək üçün vasitədir.
    2. Təbiət aləminin fərqli dövrləri olmuşdur.
    3. Cansızlıq və bağlılıqda fayda yoxdur. Həyat qaynağı açılışdır.
    4. Bütün canlı varlıqların başlanğıcı sudandır.
    AYƏ 31:
    وَجَعَلْنَا فِي الْأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًا سُبُلًا لَعَلَّهُمْ يَهْتَدُونَ
    "(Yer) onları silkələməsin deyə, yer üzündə sabit və möhkəm dağlar qərar verdik. Dağlar arasında geniş yollar qoyduq. Ola bilsin ki, yolu tapalar.”
    Nöqtələr
    "Rasiyə” sözünün cəm forması olan "rəvasi” sözü sabit mənasını bildirir. Bu söz ayədə sabit dağlar mənasında işlədilmişdir. "Təmid” sözü böyük şeylərin iztirabı, titrəyişi mənasını ifadə edir. "Ficac” dedikdə isə iki dağ arasındakı geniş yol nəzərdə tutulur. Dağlar arasındakı dar yollar isə "şəb” adlandırılmışdır.("Mulk”, 2.)
    Dağlarda bir çox fayda olduğu bildirilir. Qar saxlaması, yay üçün su ehtiyatı toplanması, hava kütlələrinin dəyişməsindən yaranan sərt küləklərin qarşısının alınması, bitki və canlıların inkişafı üçün münasib mühit yaranması, tikinti üçün müəyyən avadanlıqlar, müxtəlif qiymətli yataqlar uyğun faydalardandır.
    Necə inanmaq olar ki, yerin titrəyişinin qarşısını almaq üçün dağları qərar verən Allah insanların büdrəməsinin qarşısını almaq üçün övliyalar, səbirli və sabit rəhbərlər seçməmiş ola?!
    Bildirişlər
    1. Dağlar təsadüfən yaradılmamışdır. Onların yaranışı ilahi tədbirə əsaslanır.
    2. Dağlar yer üzündə aramlıq səbəbidir. Dağlar olmasaydı, yerdə daxili qazlar səbəbindən şiddətli titrəyişlər yaranardı.
    3. Böyük maneələr arasından da qurtuluş yolları müəyyənləşdirilib.
    4. Dağlar arası yollar həm insanları mənzilə çatdırır, həm də onların diqqətini ilahi hikmətə yönəldir.
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-25)
    Views: 554 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024