İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    AYƏ 32:
    وَجَعَلْنَا السَّمَاء سَقْفًا مَّحْفُوظًا وَهُمْ عَنْ آيَاتِهَا مُعْرِضُونَ
    "Səmanı qorunmuş tavan qərar verdik. Onlar isə ondakı nişanələrdən üz döndərdilər.”
    Nöqtələr
    Yer iki şəkildə mühafizə olunur: Daxildən və xaricdən. Yer daxildən dağlar vasitəsi ilə qorunur. Dağlar şiddətli zəlzələlər törədəcək qazların fəsadını aradan götürür. Yeri əhatə etmiş hava təbəqəsi onu xaricdən qoruyan amildir. Bu təbəqə gün uzunu atmosferdən yerə istiqamətlənmiş saysız-hesabsız meteorit yağışının qarşısını alır. Günəşin və kainatın zəhərli şüalanması həmin atmosfer təbəqəsindən süzülüb zərərsizləşir.
    "Səmanın qorunması dedikdə” şeytanların get-gəlinin qarşısının alınması nəzərdə tutula bilər.("Təfsire-Lahici”. )
    Bildirişlər
    1. Səma hesablı və məqsədli yaradılmışdır.
    2. Təkcə yer yox, göylər də hifz olunur. (Onların insanın üzərinə süqutunun qarşısı alınır.)
    3. Səma həm hifz edəndir, həm də hifz olunan.
    4. Səmada Allahın qüdrət və hikmət nişanələri var.
    5. Allah insanı təkrar-təkrar Onun ayə və qüdrət nişanələrindən ibrət götürməyə çağırsa da, insan qəflət içində arxa çevirir.
    AYƏ 33:
    وَهُوَ الَّذِي خَلَقَ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ كُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ
    "O, gecə və gündüzü, günəşi və ayı yaradan kəsdir. Onların hər biri öz yolu ilə üzməkdədir.”
    Nöqtələr
    Gecə də gündüz kimi Allahın məxluqu, yaratdığıdır.("Təfsire-Əl-mizan”; "Təfsire-nümunə”.) Ölümün də həyat kimi varlığı var və o, Allah tərəfindən xəlq olunmuşdur.
    Bu ayədəki "kullun” sözü ilə bağlı bir neçə ehtimal var:
    a) Təkcə günəş və ay yox, bütün səma cisimləri hərəkətdədir.
    b) Günəş və ayın tülu (doğuş) məhəlli müxtəlif və çoxsaylıdır.("Müstədrək”, c. 2, s. 149. )
    v) Gecə və gündüz də günəş və ay kimi hərəkətdədir. Əgər yer kürəsinə kənardan baxa bilsək, yerin kölgəsi olan gecəni konus, gündüzü işıqlı silindr formasında yer ətrafında hərəkət halında görərik.("Cumuə”, 6.)
    Bildirişlər
    1. Allahın xəlq etdiklərinə diqqət ən yaxşı allahşünaslıq yoludur. Çünki təbiət daim bütün insanların gözü qarşısındadır.
    2. Hər bir göy cisminin öz orbiti var və bu orbitdə hərəkət edir.
    AYƏ 34:
    وَمَا جَعَلْنَا لِبَشَرٍ مِّن قَبْلِكَ الْخُلْدَ أَفَإِن مِّتَّ فَهُمُ الْخَالِدُونَ
    "Biz səndən öncə heç bir insan üçün əbədilik qərar vermədik. Sən dünyadan getsən, onlar əbədi həyat tapacaqmı?!”
    AYƏ 35:
    كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ وَنَبْلُوكُم بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً وَإِلَيْنَا تُرْجَعُونَ
    "Hər kəs ölümü dadasıdır. Biz sizi şər və xeyirlə sınağa çəkirik. Bizə doğru qaytarılarsınız.”
    Nöqtələr
    Həzrət Əli (ə) ayədəki şər və xeyir təbirləri haqqında buyurur: "Salamatlıq və ehtiyacsızlıq xeyir, xəstəlik və yoxsulluq şərdir. Hər ikisi imtahan üçündür.” ("Bihar”, c. 6, s. 154.)
    QURAN VƏ RƏVAYƏTLƏRDƏ ÖLÜMÜN SIMASI
    1. Ölümə hazırlıq Allah övliyalarının xüsusiyyətidir.(Bihar”, c. 6, s. 152)
    2. İnsan həyatında ölüm sinədəki boyunbağı kimidir. (Bu təşbeh Kərbəla səfəri astanasında İmam Hüseynin (ə) dilindən bəyan olunmuşdur.)
    3. Ölüm yolun sonu yox, libas dəyişilməsi kimi həyat üsulunun dəyişilməsidir.("Nəhcül-bəlağə”, h. 77)
    4. Bu dünya ilə hər kəs bir şəkildə vidalaşır. Bəziləri çətinliklə ayrılır, bəziləri ayrılıq vaxtı sanki gül iyləyir.("Təfsire-Safi”. )
    5. İnsanın ölüm qorxusu sürücünün qorxusu kimidir. Sürücü ya yanacaq olmadıqda(Təfsire-Əl-mizan”.), ya qaçaq mal apardıqda, ya da avtomobildən baş çıxarmadıqda qorxur.
    Bildirişlər
    1. İnsanın dünya həyatının müvəqqətiliyi ilahi sünnədir.
    2. Əgər bir insanın dünyada daimi yaşaması nəzərdə tutulsa, həmin şəxs peyğəmbər olar.
    3. Həm xeyir, həm də şər sınaq vasitələri olsa da, acı hadisələrlə sınaq daha münasibdir. (Ola bilsin ki, ayədə şər sözü bu məqsədlə öndə gəlmişdir.)
    4. İlahi sınaqlar həm çətin, həm də mühümdür.
    5. İnsan ölümlə yox olmur.
    AYƏ 36:
    وَإِذَا رَآكَ الَّذِينَ كَفَرُوا إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَذَا الَّذِي يَذْكُرُ آلِهَتَكُمْ وَهُم بِذِكْرِ الرَّحْمَنِ هُمْ كَافِرُونَ
    "Kafirlər səni gördükdə işləri ancaq istehza olar. (Bir-birlərinə deyərlər:) «Budurmu sizin tanrınızı (pisliklə) yada salan?» Halbuki onlar özləri Rəhmanın zikrinə kafirdirlər.”
    Nöqtələr
    Küfr nəticəsində insan o qədər süqut edir ki, güclü məntiqi və məsumun sözünü də məsxərəyə qoyur. Amma rəva bilmir ki, cansız daş və taxtaya (bütlərə) azca hörmətsizlik göstərilsin.
    Əgər pis qoxulu bir leş kiçik bir gölməçəyə düşsə, yağış yağdıqda onun üfunəti daha da artar. Küfr insan ruhundakı leş kimidir. Kafir insan peyğəmbər gördükdə daha çox inadkarlıq göstərir.
    Bildirişlər
    1. Kafirlərin elmi və məntiqi sözü yoxdur, işləri məsxərə və təhqirdir. (İstehza əldə dəlil olmamasını göstərir.)
    2. Kafirlər Peyğəmbərin (s) əleyhinə xalqı qızışdırırdılar.
    3. Daxilən xəbisliyə mübtəla olan kəs ilahi rəhbərləri çox gördükcə daha da inadkarlaşır.
    AYƏ 37:
    خُلِقَ الْإِنسَانُ مِنْ عَجَلٍ سَأُرِيكُمْ آيَاتِي فَلَا تَسْتَعْجِلُونِ
    "(Təbiət baxımından elə görünür ki, sanki) insan tələskənlikdən yaradılmışdır. (Amma) Mən Öz ayələrimi tezliklə sizə göstərəcəyəm. (Məndən əzab istəməyə) tələsməyin!”
    Bildirişlər
    1. İnsanların öz istəklərinə tez çatmağa tələsməsi Allahın tədbir və hikmətinə təsir göstərmir.
    2. İnsana öz istəklərini cilovlamaq üçün güc verilmişdir.
    AYƏ 38:
    وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ
    "(Kafirlər peyğəmbərə və möminlərə) deyirlər: «Əgər doğru deyirsinizsə, bu vəd (qiyamət) nə vaxt yetişər?»”
    Bildirişlər
    1. Tələskənlik xüsusiyyəti kafirlərdə ilahi vədin gerçəkləşmə vaxtı ilə bağlı sual üçün zəmindir.
    2. Kafirlər İslam Peyğəmbəri (s) və onun tərəfdarlarını yalançı sayırlar.
    AYƏ 39:
    لَوْ يَعْلَمُ الَّذِينَ كَفَرُوا حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ النَّارَ وَلَا عَن ظُهُورِهِمْ وَلَا هُمْ يُنصَرُونَ
    "Əgər kafirlər bilsəydilər ki, həmin gün (çatan vaxt) alov şöləsini üzlərindən və arxalarından uzaqlaşdıra bilməzlər, kimsə onlara yardım göstərməz. (Bilsəydilər, Qiyamətə bu qədər tələsməzdilər.)”
    Nöqtələr
    Bu ayədə insanın tələskənlik nümunələrinə işarə olunur. Göstərilir ki, kafirlər ardıcıl şəkildə Qiyamət vədinin nə vaxt yetişəcəyi ilə bağlı suallar verirdilər. Onlar öz sualları ilə həzrəti narahat edirdilər. Allah peyğəmbərə təsəlli verir ki, əgər onlar həmin gün alovun onları təkcə qarşıdan və arxadan yox, bütünlüklə bürüyəcəyini bilsəydilər, tələsməzdilər.
    Bildirişlər
    1. Tələskənliyin səbəbi cəhalətdir. (Əgər kafirlər bilsəydilər, tələsməzdilər.)
    2. Qiyamət çətinliklərindən xəbərdarlıq həqiqət və düşmənçiliyə mane olur.
    3. Küfr şəfaət üçün maneədir.
    4. Allahdan savay heç bir məbud yardım göstərmək gücündə deyil.
    5. Qiyamət günü odun qarşısının alınması üçün nə kafirlərdə, nə bütlərdə, nə də zalım qüvvələrdə güc var.
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-25)
    Views: 538 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024