İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    AYƏ 40:
    بَلْ تَأْتِيهِم بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنظَرُونَ
    "(Bu od) onların sorağına qəfildən gələr və onlar yerlərində donub qalarlar. Onlarda nə müdafiə gücü var, nə möhlət verilər.”
    Bildirişlər
    1. Düşüncə dolaşığa düşdükdə, imkanlar da dolaşığa düşür.
    2. Kafirlərə möhlət verilməsi axirət yox, dünyaya aid olan ilahi sünnədir.
    AYƏ 41:
    وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُم مَّا كَانُوا بِهِ يَسْتَهْزِؤُون
    "(Onların istehzası səni narahat etməsin.) Həqiqətən, əvvəlki peyğəmbərlərə də istehza olundu. Amma məsxərə etdikləri (ilahi vəd) məsxərə edənləri yaxaladı!”
    Bildirişlər
    1. Bəşəriyyət tarix boyu peyğəmbərlərdən bəhrələnmişdir.
    2. Kafirlər tarix boyu məsxərə və istehza ilə məşğul olmuşlar.
    3. Başqalarının əziyyətindən xəbərdarlıq əziyyət çəkən insan üçün təskinlik olur.
    4. Kimlərinsə məsxərəsinə görə faydalı işdən əl çəkmək olmaz. (Peyğəmbərlər məsxərəyə qoyulsa da, onların ardıcıl gəlişi kəsilmədi.)
    5. İstehza insanı çətinliyə salır.
    6. Günaha görə oxşar cəza verilir.
    AYƏ 42:
    قُلْ مَن يَكْلَؤُكُم بِاللَّيْلِ وَالنَّهَارِ مِنَ الرَّحْمَنِ بَلْ هُمْ عَن ذِكْرِ رَبِّهِم مُّعْرِضُونَ
    "De ki, sizi gecə və gündüz Rəhmanın əzabından kim qoruya bilər?! Amma onlar (yenə) Rəblərinin zikrindən üz döndərirlər.”
    Bildirişlər
    1. Hansısa güc insanı təhlükədən qoruya bilməz.
    2. İnsan daim Allahın himayəsinə ehtiyaclıdır.
    3. Vicdanlara müraciət müvəffəqiyyətli təbliğ üsullarındandır.
    4. Allah daim (kafirlər də daxil olmaqla) hamını hifz edir.
    5. Bizim hərəkətlərimiz hətta rəhmət qaynağını da qəzəbə gətirir. (Allah Öz mərhəməti əsasında hifz edir.)
    6. Mühafizə Allahın rübubiyyət şənindəndir. (İnsan həyatı səmaların hifzi, heyvanların ram olması, orqanizmə düşmüş mikroblara qarşı mübarizə gücü kimi yüzlərlə növ mühafizə ilə müşayiət olunur.)
    7. İnsanlar Allah zikrindən üz çevirdikdə, Allah da onlardan üz çevirir. Allah öncə kafirlərə müraciət edir. Amma sonra onlardan üz döndərmiş kimi üçüncü şəxs (qaib) haqqında danışır.
    8. İnsan öz gerçək tərbiyəçini yada salmalıdır. Belə etmədiyi halda məzəmmətə layiqdir.
    AYƏ 43:
    أَمْ لَهُمْ آلِهَةٌ تَمْنَعُهُم مِّن دُونِنَا لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنفُسِهِمْ وَلَا هُم مِّنَّا يُصْحَبُونَ
    "Bəlkə onları əzabımız qarşısında qoruyacaq tanrıları var? Onlar (saxta tanrılar) özlərinə yardım göstərməyə qadir deyillər və Bizim tərəfimizdən də yardım almazlar.”
    Bildirişlər
    1. Allahdan qeyriləri nə özlərini qoruya bilir, nə başqalarına yardım göstərməyi bacarır.
    2. Ehtiyaclı bir varlığa hanı əsasla pərəstiş etmək olar?!
    3. Zatən ehtiyaclı bir varlıq başqa birini ehtiyacsız etməkdə acizdir.
    AYƏ 44:
    بَلْ مَتَّعْنَا هَؤُلَاء وَآبَاءهُمْ حَتَّى طَالَ عَلَيْهِمُ الْعُمُرُ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِي الْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا أَفَهُمُ الْغَالِبُونَ
    "Bununla belə, Biz onlara və atalarına ömürləri uzandıqca nemət verdik. Görmürlərmi ki, Biz yerin sorağına gəlib (ölüm və fəna ilə) onu ətrafından əskildirik. Yoxsa onlar (Bizə) qalibdir?”
    Nöqtələr
    Yerin ətrafdan əskildilməsi nə deməkdir? Bu barədə müxtəlif fikirlər var:
    a) Alimlərin ölümü nəzərdə tutulur.("Təfsire-Safi”.)
    b) Ümmətlərin azalması, yer əhlinin məhvi nəzərdə tutulur.("Ali-İmran”, 178.)
    v) İslam genişləndikcə küfr əraziləri azalır.("Kafi”, c. 1, s. 469; "Məaniyul-əxbar”, s. 31. )
    q) Coğrafi baxımdan yerin həcmi kiçilməkdədir.
    Bildirişlər
    1. Ömrün uzunluğu və nemətlərdən faydalanma Allahın iradəsindən asılıdır. Bu istiqamətdə heç bir məbudun rolu yoxdur.
    2. Bəşər nəslinin nemətlərdən faydalanması ilahi lütf nişanəsi deyil. (Ata-babaların ömrünün uzunluğu və rifah içində yaşaması sizi çaşdırmasın.)
    3. Allah kafirləri cəzalandırmağa tələsmir.
    4. Ömrün uzunluğu bizi sevindirməməlidir. Allah kafirlərə günahlarını yumaq üçün möhlət olaraq uzun ömür vermişdir.(Təfsire-nümunə”. )
    5. Millətlər və mədəniyyətlər tarixindən xəbərdarlıq, bütün bunlardan ibrət götürülməsi bəyənilmiş işdir.
    6. Kafirlər millətlərin bir-birinin ardınca məhv olub getdiyini görə-görə qələbə ümidindədirmi?!
    AYƏ 45:
    قُلْ إِنَّمَا أُنذِرُكُم بِالْوَحْيِ وَلَا يَسْمَعُ الصُّمُّ الدُّعَاء إِذَا مَا يُنذَرُونَ
    "De ki, mən yalnız vəhy yolu ilə sizə xəbərdarlıq edirəm. Amma (ey peyğəmbər, bil ki) karlar öyüd verilən zaman onu eşitmirlər!”
    Bildirişlər
    1. Peyğəmbərlərin müjdə və xəbərdarlıqları şəxsi mülahizələrə, fərziyyələrə yox, qəti ilahi vəhyə əsaslanır.
    2. İlahi nemətlərdən düzgün faydalanmayanlar onlardan bəhrələnməmiş kimidirlər. Qulağı olduğu halda haqqı eşitməyən, gözü olduğu halda haqqı görməyən kəs əslində kar və kordur.
    3. Bəzən təbliğat düzgün şəkildə aparılsa da, qarşı tərəfin qabiliyyətsizliyi səbəbindən səmərə vermir.
    4. Bəzilərinin hidayət olacağına doğru yola gələcəyinə ümid bəsləməyə dəyməz.
    Qara qəlbə qonmaz vaizin sözü,
    Necə daşda qalmır mismarın izi.
    AYƏ 46:
    وَلَئِن مَّسَّتْهُمْ نَفْحَةٌ مِّنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ
    "Rəbbinin əzabından onlara azca yetişsə, şübhəsiz deyəcəklər: «Vay olsun bizə, həqiqətən, biz zalım olmuşuq.»”
    Bildirişlər
    1. Peyğəmbərlərin xəbərdarlıqları ilə oyanmayan kəslər əzab şallağı ilə oyanar. Azca əzab görünən kimi bütün qürurlar sınar, yatmış vicdanlar oyanar.
    2. Zalımlar bir gün öz zülm-sitəmlərini etiraf edəcəklər.
    3. Peyğəmbərlərin xəbərdarlıqlarına biganə qalanlar zalımdırlar.
    AYƏ 47:
    وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا وَكَفَى بِنَا حَاسِبِينَ
    "Biz Qiyamət üçün ədalət tərəziləri quracağıq. (Həmin gün) bir nəfərə də olsun zülm olunmayacaq. Xardal dənəsi ağırlıqda olsa belə, onu (həmin əməli hesab üçün) gətirəcəyik. Hesabı bizim aparmağımız yetər.”
    Nöqtələr
    Bu ayə salehlərə müjdə, xətakarlara xəbərdarlıqdır. Bildirilir ki, hər bir əməl artırılıb-əskildilmədən dəyərləndirilər. Feyz Kaşani deyir:
    Ayıq ol, burada zərrə hesabda,
    Hesab var, kitab var, belədir qayda.
    Xardal kiçik və qara toxumu olan bitkinin adıdır. O, kiçikliyinə görə misal çəkilir.
    "Mizan” dedikdə ölçü vasitəsi nəzərdə tutulur. Bu söz Quranda dəfələrlə işlədilmişdir. Məlum məsələdir ki, hər bir şey özünə münasib vasitə ilə ölçülür. Məsələn havanın dərəcəsi termometrlə, uzunluq metrlə, çəki kiloqramla ölçülür. Şübhəsiz ki, insan və onun əməlləri üçün də münasib ölçü vasitəsi mövcuddur. Əgər uzunluq üçün metr, çəki üçün kiloqram ölçü kəmiyyətidirsə, insan üçün ölçü kamil insandır. Necə ki, rəvayətdə deyilir: Məsum imamlar, peyğəmbərlər və onların canişinləri ədalət ölçüsüdür.(Təfsire-Safi”. "Təfsire-nurus-səqəleyn”. ) Əmirəlmöminin Əlinin (ə) ziyarətnaməsində oxuyuruq: "Salam olsun sənə, ey əməl mizanı!”("Furqan”, 1; "Nisa”, 174; "Hicr”, 9.)
    Sual: Əgər Allah bu sayaq dəqiq hesab aparırsa, Onun əfv və kərəmini necə başa düşək?
    Cavab: Hesab-kitab bir prinsip, lütf və bəxşiş isə digər prinsipdir. Hər prinsipin öz yeri var və onlar bir-birinə zidd deyil.
    Sual: Bəzi ayələrdə buyurulur ki, Allah bəziləri üçün mizan qurmur. Yoxsa mizan xüsusi fərdlərə aiddir?
    Cavab: Xeyr, mizan bütün insanlar üçün qurulasıdır. Amma mizan əməllərin hesabı üçün qurulduğundan başdan ayağa günah içində olan cəhənnəm əhli üçün mizan qurmağa dəyməz.(Təfsire-nümunə”.)
    Bildirişlər
    1. Ölçülməsi mümkün olan hər bir şey, hər bir şəxs və hər bir əməl üçün münasib mizan olacaq.
    2. Allahın hesabı çox dəqiqdir.
    3. Əməllərimiz dünyada məhv olub getmir, Qiyamətdə onlarla üzbəüz dayanasıyıq.
    4. Allah həm alim, həm adil, həm də hesab aparandır.
    AYƏ 48:
    وَلَقَدْ آتَيْنَا مُوسَى وَهَارُونَ الْفُرْقَانَ وَضِيَاء وَذِكْرًا لِّلْمُتَّقِينَ
    "Həqiqətən, Biz Musa və Haruna Furqan, nur, təqva əhli üçün zikr əta etdik.
    AYƏ 49:
    الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالْغَيْبِ وَهُم مِّنَ السَّاعَةِ مُشْفِقُونَ
    "O kəslər ki, gizlində Rəbbindən qorxar və o kəslər ki, qiyamətdən çəkinər.”
    Nöqtələr
    Peyğəmbərlərin ümumi məqsədi eyni olduğundan, onların səmavi kitablarının da çöhrəsi eynidir. Bu ayədə Tövratın zikr olunmuş xüsusiyyəti digər ayələrdə Quran haqqında bəyan olunur: Furqan (haqqı batildən ayıran); ziya (nur); zikr(Təfsire-nümunə”.)
    Bildirişlər
    1. Hər bir peyğəmbərin ayrıca bir kitabla gəlməsi zəruri deyil. Musa və Harun hər biri peyğəmbər olsa da, onların bir kitabı vardı və bu kitab Tövrat idi.
    2. Müəyyən bir yolda ilahi yardımdan faydalanmaq üçün insan bir neçə şeyə ehtiyac duyur: doğru yolu tanımaq, yola işıq salan nur. Məqsədə diqqət.("Təfsire-kəbire-Fəxr Razi” )
    3. Peyğəmbərlərin hidayətindən bəhrələnmək üçün təqva ruhiyyəsi əldə etmək lazımdır.
    4. Allah qorxusu və qiyamətə görə nigaranlıq təqva nişanələridir.
    AYƏ 50:
    وَهَذَا ذِكْرٌ مُّبَارَكٌ أَنزَلْنَاهُ أَفَأَنتُمْ لَهُ مُنكِرُونَ
    "Bu (Quran), nazil etdiyimiz mübarək bir zikrdir. Yoxsa onu inkar edirsiniz?!”
    Nöqtələr
    Qısa bir müddətdə çoxsaylı insanları şirkdən tövhidə, təfriqədən vəhdətə, cəhalətdən elmə, tənəzzüldən tərəqqiyə, əsarətdən azadlığa, çirkinlikdən paklığa, yoxsulluqdan rifaha, hərəkətsizlikdən hərəkətə, xurafatdan həqiqətə, zillətdən izzətə, zalımlara itaətdən məsumlara itaətə, qəflətdən oyaqlığa, tərəddüddən sabitqədəmliyə, küfrdən imana, bir sözlə, zülmətdən nura yüksəltməsi Quranın mübarəkliyini yetərincə təsdiqləyir.
    Ötən ayədə Tövratla bağlı yalnız "zikr” sözü işlədildi. Amma bu ayədə Quran "mübarək zikr” adlandırılmışdır. "Furqan”, "nur” kimi sifətlər digər ayələrdə Qurana aid edilmiş sifətlərdəndir.
    Bildirişlər
    1. Quran öz xəbərdarlıqları ilə müxtəlif əsr və nəsillərdə milyonlarca qəlbi özünə cəzb etməyə qadir olan kitabdır.
    2. Quranın bərəkəti inkar olunmazdır.
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-25)
    Views: 563 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024