İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    AYƏ 51:
    وَلَقَدْ آتَيْنَا إِبْرَاهِيمَ رُشْدَهُ مِن قَبْلُ وَكُنَّا بِه عَالِمِينَ
    "Həqiqətən, Biz bundan öncə İbrahimi öz kamalına çatdırdıq. Biz ondan agah idik.”
    AYƏ 52:
    إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا هَذِهِ التَّمَاثِيلُ الَّتِي أَنتُمْ لَهَا عَاكِفُونَ
    "Bir zaman atası (əmisi) və qövmünə dedi: "Daim pərəstiş etdiyiniz bu cansız heykəllər nədir?”
    AYƏ 53:
    قَالُوا وَجَدْنَا آبَاءنَا لَهَا عَابِدِينَ
    "(Onlar cavab olaraq) dedilər: "Biz atalarımızı onlara pərəstiş edən halda gördük!”
    AYƏ 54:
    قَالَ لَقَدْ كُنتُمْ أَنتُمْ وَآبَاؤُكُمْ فِي ضَلَالٍ مُّبِينٍ
    "(İbrahim) dedi: «Həqiqətən, siz və atalarınız aşkar azğınlıqda idiniz (və bu gün də həmin haldasınız!)»”
    Nöqtələr
    Ötən ayələrdə Tövrat və Quran haqqında danışıldı. Bu ayədə isə Allah-təala belə buyurur: "Peyğəmbərlər və səmavi kitabların göndərilməsi yeni bir məsələ deyil. Biz bundan öncə də İbrahimin dövründə azğınları dəvət etmişdik.”
    Bütpərəstlik tarixçəsinə nəzər saldıqda aydın olur ki, əvvəllər böyük şəxsiyyətlərin xatirəsini əziz tutmaq üçün bütlər düzəldilirdi. Bu iş tədricən müqəddəsləşdirildi, nəhayət, bütlərə pərəstiş olundu.("Təfsire-nümunə”.)
    "Timsal” sözünün cəm forması olan "təmasil” sözü cansız heykəllər mənasını bildirir.
    Bildirişlər
    1. Peyğəmbərlər məbus olmamışdan öncə Allahın nəzər-diqqətində olurlar.
    2. Həqiqi inkişaf insanı bir Allaha pərəstişə aparır.
    3. Həzrət İbrahimin özündə təkamül hazırlığı vardı. (İnsanların təkamül istedadları və tutumları fərqlidir.)
    4. Pisliyə qadağa vəzifəsinin icrasında yaş məhdudiyyəti yoxdur.
    5. Pisliyə qadağa qoyarkən öz yaxınlarımızdan başlayaq.
    6. Pisliyə qadağada çoxluq meyar deyil. Bəzən bir nəfər bir dəstənin qarşısında dayanmalı olur.
    7. Pisliyə qadağa vəzifəsinin icrasında vicdanlara müraciət etmək ən müvəffəqiyyətli üsullardandır.
    9. Batil və günah işlərin çirkinliyi açıqlanmalıdır.
    10. Təbliğdə qarşı tərəfi insani şəxsiyyət və kəramətlərdən xəbərdar edək.
    11. Xurafatla mübarizədə onun tərk olunması inkişaf göstəricisidir.
    12. Atalar öz çaşqınlıqları ilə gələcək nəsillər üçün azğınlıq zəmini yaradırlar.
    13. Ata-babalar öz pis rəftarlarına dəvət etməsələr belə, bu rəftarlar onların övladlarının tərbiyəsinə təsir göstərir.
    14. Kor-koranə təqlid, ata-babaların pis rəftarlarının təəssübünü çəkmək məzəmmət olunur və qadağandır.
    15. Pisliyə qadağa qoyarkən xəcalət çəkmək yersizdir.
    16. Nə yaş, nə də çoxluq haqlılıq göstəricisi deyil.
    17. Əqidə məsələsində ata-babaların yoluna yox, dəlillərə istinad etmək lazımdır.
    18. Azğınlığın dərəcələri var.
    AYƏ 55:
    قَالُوا أَجِئْتَنَا بِالْحَقِّ أَمْ أَنتَ مِنَ اللَّاعِبِينَ
    "(Müşriklər İbrahimə) dedilər: «Sən bizə həqiqəti deyirsən, yoxsa zarafat edirsən?!»”
    AYƏ 56:
    قَالَ بَل رَّبُّكُمْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ الَّذِي فَطَرَهُنَّ وَأَنَا عَلَى ذَلِكُم مِّنَ الشَّاهِدِينَ
    "(İbrahim) dedi: «Əlbəttə (həqiqəti deyirəm,) Rəbbiniz göylərin və yerin Rəbbidir, onları vücuda gətirmişdir. Mən (də) bu həqiqətə şahidəm.»”
    Nöqtələr
    "Həqq” sözü "laib” sözünün antonimi olaraq ciddilik mənasını bildirir. Yəni ciddi deyirsən, yoxsa zarafat edirsən?
    Bildirişlər
    1. Nəsilbənəsil kor-koranə təqlid nəticəsində yolunu azmış kəslərin haqqı birdəfəyə qəbul etmələri asan iş deyil.
    2. Allahın rübubiyyət və tərbiyəsi təkcə bəşəriyyətə yox, bütün varlıq aləminə aiddir.
    3. Bütün varlıq aləminin bir Rəbbi var. (Bəziləri yanılaraq göylərin, yerin və bəşəriyyətin ayrı-ayrılıqda Rəbbi olduğunu düşünürlər.)
    4. İlahi insanlar öz haqq əqidələri ilə tənha qalmamışlar. Onlar özlərini tarixin təkallahçıları ilə və ilahi mələklərlə bir yerdə görürlər.
    AYƏ 57:
    وَتَاللَّهِ لَأَكِيدَنَّ أَصْنَامَكُم بَعْدَ أَن تُوَلُّوا مُدْبِرِينَ
    "And olsun Allaha ki, siz olmayan vaxt bütləriniz üçün plan cızacağam.”
    Nöqtələr
    Həzrət İbrahimin belə qəti və hədələyici bəyanı ilə bağlı təfsirçilər arasında fikir ayrılığı var. "Təfsire-Safi” və "Təfsire-Əl-mizan”da bildirilir ki, bu cümlə açıq-aşkar bəyan olunmamışdır. Onlar düşünürlər ki, bir millətin tanrılarına qarşı təkbaşına mübarizəyə çağırış ehtiyata ziddir. Amma bu fikir əsaslı görünmür. İlahi insanlar adi insanlardan fərqlənir. Onların ilahi risalətinə heç nə mane ola bilməz. Ötən ayələrdə bildirilir ki, İbrahim xalqa aşkar şəkildə belə bəyan etdi: "Siz və atalarınız aşkar azğınlıqdasınız.” İmam Hüseynin (ə) bacısı həzrət Zeynəb Şamda əsir olduğu vaxt Yezidə buyurdu: "Mən səni alçaq sayıram.” Sonra xanım Yezid hökumətini tənqid atəşinə tutdu.
    İmam Xomeyni (r) şahın hakimiyyət zirvəsində olduğu, təpədən dırnağadək silahlandığı, daxildən və xaricdən himayə olunduğu bir vaxt qətiyyətlə buyurdu: "Şah getməlidir!” İmam şahın canişininə belə dedi: "Mən bu dövlətin ağzından vuraram.” Onun dünyaya hakimlik iddiasında olan Amerikaya ünvanlanmış "Amerika heç bir qələt edə bilməz” bəyanatı hansı siyasi mülahizə və adi ehtiyatla bir araya sığır?!
    Bəziləri düşünürlər ki, fəsadla mənfi (sadəcə arxa çevirməklə) mübarizə aparılmalıdır. Böyük şəxsiyyətlərdən birinin dövründə kinoteatrlar əxlaqsız filmlər nümayiş etdirməklə gənc nəsli mənəviyyatsızlığa aparırdı. Həmin şəxs bildirmişdi ki, əgər xalq kinoteatrlara getməsə, onların fəaliyyətinə son qoyular. Amma yuxarıdakı ayə bu sayaq təfəkkürü məhkum edir. Bildirilir ki, fəsadın kökü qazılmalıdır. Elə buna görə də, həzrət Musa hirslənib buzovu oda çəkdi, İslam Peyğəmbəri (s) nifaq yuvasına çevrilmiş "Zirar” məscidini uçurdu.
    Bildirişlər
    1. Məqsədə inam, yolun doğruluğuna əminlik insana güc verir.
    2. Böyük işlərin həyata keçməsi üçün böyük planlara ehtiyac var. Ayədəki "əkidənnə” sözü tədbir və plan mənasını bildirir.
    3. Qətiyyət yetərli rəhbərlik üçün bir şərtdir. "Təllah” sözü ilə and "vəllah” sözü ilə anddan daha ifadəlidir.("Tövriyə”.)
    4. Peyğəmbərlər vəhy qaynağına bağlanmaqla təkbaşına plan cıza bilirlər.
    5. Həzrət İbrahim bütlərlə tam ciddi mübarizə aparırdı və sadəcə qorxutmaq məqsədi yox idi.
    6. Bütlərin çoxluğu İbrahimin qərarına mane olmadı.
    7. Bütpərəstlər olmayan yerdə bütlər bir baltanın qarşısında acizdirlər. Əslində bütlər bütpərəstləri yox, bütpərəstlər bütləri qoruyur!
    8. Böyük məqsədlərin həyata keçməsi üçün bəzən xalqın iştirakı, bəzən onun kənarda qalması şərtdir.
    9. Büt varsa, bütpərəstlik də olasıdır. Bütləri məhv etmək zəruridir.
    AYƏ 58:
    فَجَعَلَهُمْ جُذَاذًا إِلَّا كَبِيرًا لَّهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ
    "(Nəhayət İbrahim münasib bir fürsətdə bütlərin) böyüklərindən savay onların hamısını uçurdu ki, bəlkə onun sorağına gələlər. (Və yatmış vicdanları oyana.)”
    AYƏ 59:
    قَالُوا مَن فَعَلَ هَذَا بِآلِهَتِنَا إِنَّهُ لَمِنَ الظَّالِمِينَ
    "Dedilər: "Bizim tanrılarımızla kim belə rəftar edib? Şübhəsiz, o zalımlardandır.”
    AYƏ 60:
    قَالُوا سَمِعْنَا فَتًى يَذْكُرُهُمْ يُقَالُ لَهُ إِبْرَاهِيمُ
    «Dedilər: "İbrahim adlı bir gəncin bütləri pislədiyini eşitmişik.”»
    Nöqtələr
    Həzrət İbrahim bütün camaat şəhərdən çıxdığı gün onlara qoşuldu, amma yarı yolda bəhanə gətirib şəhərə qayıtdı. O münasib fürsət əldə edib, öz məqsədini həyata keçirdi.
    "Cuzaz” dedikdə parça-parça olmaq mənası başa düşülür.
    İslam Peyğəmbəri (s) də Məkkənin fəthi günü 360-adək bütü sındırdı.
    Həzrət İbrahim böyük bütü də sındıra bilərdi. Amma belə etsəydi, onların hisslərini təhqir etməklə öz məqsədinə çatmazdı (bütpərəstlər üçün düşünmək fürsəti qalmazdı).
    Bildirişlər
    1. Büt sındırmaq ilahi peyğəmbərlərin əsas vəzifələrindəndir.
    2. Əgər gətirilən dəlillər və moizə fayda verməsə, növbə inqilabi rəftarlara çatır.
    3. Fiziki güc və cəsarət dəyər, zəiflik və qorxaqlıq isə nöqsandır.
    4. İctimai düşüncəni oyatmaq və şirki aradan götürmək üçün şirk vasitəsi olan bəzi əşyalar məhv edilməlidir. (İbrahimin dövründə bütlər, Musanın dövründə Samirinin buzovu qiymətli sayılırdı.)
    5. Büt mülk olaraq möhtərəm sayılmır, onu sındırmağa icazə verilir.
    6. Bütlər müvəhhidlərin (təkallahçıların) nəzərində yox, bütpərəstlərin nəzərində böyük və möhtərəmdir.
    7. Bütlərin sındırılması diqqəti cansız əşyalardan çəkmək və sorğu-sual üçün müqəddimədir.
    8. Azğın əqidə insanı yanlış mühakiməyə aparır. (İnsan bəzən o qədər süqut edir ki, ən böyük zülmü haqq, ən aşkar həqiqəti zülm sayır.)
    9. Kafirlər əvvəlcə İbrahimi zalım kimi tanıtdırdılar ki, onu rahatlıqla mühakimə edə bilsinlər.
    10. İbrahimin mübarizə fəryadı hər yana yayılmışdı.
    11. Haqq yolda gənclər də fəryad qopara bilər.
    12. Həzrət İbrahim bütləri dağıtmamışdan öncə öz təbliğatı ilə bütlərə qarşı inqilab zəmini yaratmışdı.
    AYƏ 61:
    قَالُوا فَأْتُوا بِهِ عَلَى أَعْيُنِ النَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ
    "(Qövm başçıları) dedilər: «Onu xalqın gözü qarşısına gətirin, qoy onlar (İbrahimin günahkarlığına) şəhadət versinlər.»”
    AYƏ 62:
    قَالُوا أَأَنتَ فَعَلْتَ هَذَا بِآلِهَتِنَا يَا إِبْرَاهِيمُ
    «Dedilər: "Ey İbrahim! Bizim tanrılarımızla sənmi belə rəftar etmisən?”»
    AYƏ 63:
    قَالَ بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هَذَا فَاسْأَلُوهُمْ إِن كَانُوا يَنطِقُونَ
    «(İbrahim) dedi: "Bəlkə onların böyükləri bu işi görüb? Danışa bilirsə, onun özündən soruşun!”»
    Nöqtələr
    İbrahimin xalqın qarşısına gətirilməsi, xalqdan şəhadət istənilməsi onun qətlə yetirilməsi üçün zəmin yaradırdı.
    Sual: İbrahimin "Böyük büt belə edib” sözləri yalan deyildimi? Axı peyğəmbər və məsum şəxs heç vaxt yalan danışmır.
    Cavab: Bu cümlənin təfsiri ilə bağlı müxtəlif baxışlar var. Onlardan bəzilərini nəzərdən keçirək:
    a) Həzrət İbrahim yalan danışmadı. O bu sözləri deməklə batil əqidəni ifşa etmək istəyirdi. Söz aldatmaq məqsədi ilə deyildikdə yalan sayılır. Əqli çatışmazlığı olan xəstə otağa daxil olanda əgər desələr ki: «İbn Sina gəldi,» bunu yalan saymaq olmaz.("Kafi”, c. 2, s. 342; "Təfsire-nurus-səqəleyn”.)
    b) Həzrət İbrahim uyğun cümləni işlədərkən qarşısındakıların başa düşməyəcəyi bir mənanı nəzərdə tuturdu.("Təfsire-nurus-səqəleyn”.) O, "böyükləri” sözü ilə Allaha işarə edirdi.
    v) Pozulmuş münasibətləri bərpa etmək üçün yalan danışmağa icazə verilir. Həzrət bu baxımdan da yalan danışa bilərdi. İnsanların donmuş düşüncəsini oyatmaqdan faydalı nə ola bilər?!("Səba”, 31)
    q) Uyğun cümlə bütpərəst təfəkkürünün ifşası məqsədi ilə onların dilində söylənə bilərdi. Əgər bütlər danışırsa, demək bu işi böyük büt görə bilər. Məsələn, qoca bir kişi belə deyə bilər: "Dağlar düzənlə birdirsə, mən körpəyəm.” Təbii ki, dağlar düzənlə bir ola bilməz. Demək, həmin şəxs də uşaq deyil.(Kafi”, c. 8, s. 318.)
    Bildirişlər
    1. Bütpərəstlər də günahın yerinə yetirilməsində insanların şahidliyini əsas sayırlar.
    2. İbrahim o qədər böyük iş görmüşdü ki, bütpərəstlər də təzim etməyə məcbur olmuşdu. Əvvəlki ayələrdə "İbrahim adlı biri” deyilirdisə, bu ayədə "Ya İbrahim” deyə müraciət olunur.
    3. Bəzən xurafata istehza və tənə ilə yanaşmaq lazım gəlir.
    4. Düşüncələri oyatmaq üçün film çəkmək, əsər səhnələşdirmək bəyənilmiş və caiz işdir.
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-23)
    Views: 568 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024