İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    AYƏ 64:
    فَرَجَعُوا إِلَى أَنفُسِهِمْ فَقَالُوا إِنَّكُمْ أَنتُمُ الظَّالِمُونَ
    "Beləcə, dönüb özlərinə dedilər: "Həqiqətən, siz zalımlarsınız.”
    AYƏ 65:
    ثُمَّ نُكِسُوا عَلَى رُؤُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَؤُلَاء يَنطِقُونَ
    "Sonra başlarını aşağı saldılar. (Peşmanlıqla dedilər: «Ey İbrahim!) Doğrudan da, sən özün bilirsən ki, bunlar danışan deyillər.»”
    Bildirişlər
    1. Vicdanın oyanışı, insanın özünə gəlməsi, fitrətə diqqət peyğəmbərlərin ümdə hədəflərindəndir.
    2. Şirk insanın özünə biganəliyi, tövhid isə insanın özünü tapmasıdır.
    3. Düşüncə oyandıqda hər bir günahkar günahı o birinin boynuna atır. Necə ki, Qiyamətdə onlar bir-birinə deyərlər: "Siz olmasaydınız, biz mütləq mömin olardıq.”("Nəcm”, 3.)
    4. Tarix, fitrət və vicdan həqiqəti işıqlandıran amillərdəndir. Dünənədək İbrahimi zalım sayanlar bu gün vicdanlarına müraciət etməklə özlərini zalım bilirlər.
    AYƏ 66:
    قَالَ أَفَتَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَنفَعُكُمْ شَيْئًا وَلَا يَضُرُّكُمْ
    «(İbrahim) dedi: "Yoxsa Allahın əvəzinə sizə heç bir faydası və zərəri olmayan şeyə pərəstiş edirsiniz?!”»
    AYƏ 67:
    أُفٍّ لَّكُمْ وَلِمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ أَفَلَا تَعْقِلُونَ
    "Vay olsun sizə və Allahdan savay pərəstiş etdiyiniz hər şeyə! Yoxsa düşünmürsünüz?!”
    AYƏ 68:
    قَالُوا حَرِّقُوهُ وَانصُرُوا آلِهَتَكُمْ إِن كُنتُمْ فَاعِلِينَ
    "(Amma inadkar və təəssübkeş müşriklər) dedilər: «Əgər istəyirsinizsə, bir iş görün! Onu yandırın və tanrılarınıza yardım göstərin.»”
    AYƏ 69:
    قُلْنَا يَا نَارُ كُونِي بَرْدًا وَسَلَامًا عَلَى إِبْرَاهِيمَ
    «Nəhayət tonqal qalayıb, İbrahimi oda atdılar. Amma Biz) dedik: "Ey od! İbrahim üçün soyuq və ziyansız ol.”»
    AYƏ 70:
    وَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَخْسَرِينَ
    "Bütpərəstlər ona qurğu qurmaq istədilər. Amma Biz onları daha çox ziyana düşənlərdən qərar verdik.”
    Nöqtələr
    İlahi insanlar öz müqəddəs amallarını istənilən bir şəraitdə həyata keçirmək istəyirlər. Bir an olsun aram dayanmırlar. Onların səyləri müxtəlif şəkillərdə həyata keçir. Həzrət İbrahim ilahi risalət yolunda öncə əmisi və qövmünün sorağına getdi. Onları tövhid və təkallahçılığa çağırdı. Nəticə çıxmadığını görüb ikinci mərhələdə bütlərin sorağına getdi və onları qırdı. Sonra bütpərəstlərin fitrətinə üz tutub onları oyatmağa çağırdı. Nəhayət, öyüd-nəsihətdən sonra onları düşünməyə məcbur etdi.
    Təfsirlərdə həzrət İbrahimin oda atılması ilə bağlı müxtəlif məsələlər açıqlanır. Məsələn, bildirilir ki, müşriklər şeytanın yardımı ilə mancanaq düzəltdilər. Amma həzrət İbrahim Allaha misilsiz təvəkkülü ilə hətta Cəbrailin köməyindən imtina edib, Allaha üz tutdu, Məhəmməd (s) və onun Əhli-beytini (ə) vasitə seçdi.
    "Əxsərin” sözü pis iş görüb, yaxşı iş gördüyünü güman edən kəslər mənasını bildirir. Belə ki, onlar zərərə düşdüklərini anlamadıqlarından özlərinə çarə qılmaq haqqında düşünmürlər.
    İmam Sadiq (ə) buyurur: "Allah oda soyumaq əmri verdiyi vaxt "ziyansız ol” əmri gələnədək soyuqdan İbrahimin dişi dişinə dəydi.("Məryəm”, 12)
    Bildirişlər
    1. Xalqı dinə çağırış qaydalarından biri onları dinsizliyin zərərindən agah etməkdir.
    2. İnsan xeyir əldə etmək və şərdən qurtulmaq üçün ibadət edir. Bütlərdə isə nə xeyir vermək, nə də şərdən xilas etmək qüdrəti var.
    3. İnsanları oyatmaq üçün zəmin yarandıqda azğınların çirkin sifətlərini açmaq lazımdır.
    4. Hisslər əqidə məktəbinin təsiri altında olmalıdır. İbrahimin əmisi də bütpərəst idi. Amma İbrahim bütpərəstliyə münasibətini yumşaltmırdı.
    5. Bütpərəstlik ağılla bir araya sığmır. Düşüncəsiz və inadkar insanlar məzəmmətə layiqdirlər.
    6. Tövhid aqillərə xas düşüncədir.
    7. Ağıl və məntiqdən məhrum şəxslər zora üz tutur.
    8. İlahi insanlar son damla qanları tökülənədək məqsəddən üz döndərmirlər. İnsan üçün ən çətin ölüm odda yandırılmaqdır.
    9. Yalnız təkallahçılar aradan götürüldükdə şirk yaşaya bilər.
    10. Yersiz təəssüblər insanı o qədər alçaldır ki, peyğəmbəri də yandırmaqdan çəkinmir.
    11. Düşmən cahil kütlələri qızışdırmaq üçün müqəddəsliklərdən, dini qeyrət hissindən istifadə edir.
    12. Allah həm səbəb salmağa, həm də onu aradan qaldırmağa qadirdir. O, həzrət İsanın (ə) nəfəsini ölülər üçün həyat səbəbi edir, oddan yandırıcılığını alaraq onu İbrahim üçün soyudur.
    13. Varlıq aləminin şüuru var, ona müraciət olunur.
    14. Mövcudların səciyyələri Allahın istək və iradəsindən asılıdır.
    15. Haqq nuru küfr odu ilə aradan götürülə bilməz.
    16. Allahın qüdrəti bütün qurğuları puça çıxara bilər.
    17. Sonda haqq qalibdir.
    AYƏ 71:
    وَنَجَّيْنَاهُ وَلُوطًا إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا لِلْعَالَمِينَ
    "Biz onu (İbrahimi) və Lutu bütün aləmlərdəkilər üçün bərəkətli etdiyimiz yerlə xilas etdik.”
    AYƏ 72:
    وَوَهَبْنَا لَهُ إِسْحَقَ وَيَعْقُوبَ نَافِلَةً وَكُلًّا جَعَلْنَا صَالِحِينَ
    "Biz ona (İbrahimə) İshaq və Yaqubu əlavə nemət olaraq verdik və hamısını salehlərdən etdik.”
    Nöqtələr
    Düşmən İbrahimi aradan götürmək istədi. Allah isə ona nicat verməklə yanaşı, bərəkətli nəsil bəxş etdi, onların hamısını salehlərdən qərar verdi.
    Ayədə İshaqın adı zikr olunsa da, İbrahimin birinci övladı İsmailin adı çəkilmir. Bunun səbəbi İshaqın qeyri-adi şəkildə dünyaya gəlişi ola bilər. İshaqı Allahın iradəsi ilə sonsuz və yaşı keçmiş bir ana dünyaya gətirdi.
    Bildirişlər
    1. Allah Öz övliyalarını tənha qoymur.
    2. Alov dağından, düşmən dəryasından qorxmayan kəs mübarək məntəqəyə çatasıdır.
    3. İlahi qurtuluş insanın səy və hicrətindən asılıdır.
    4. Nəvələr Allahın hədiyyəsidir. (Yaqub İbrahimin nəvəsi idi.)
    5. Yer üzünün ayrı-ayrı məntəqələri bir-birindən fərqlənir. Bəzən bir məntəqə hamı üçün bərəkətli olur. (Bəziləri belə hesab edirlər ki, yeri bərəkətli edən orada övliyaların yaşamasıdır. Amma bu ayədə bərəkət yerin öz səciyyəsi kimi təqdim olunub.)
    6. Bərəkət Allahın əlindədir.
    7. İman və saleh əməl insanın özündən əlavə onun nəslinə də təsir göstərir.
    8. Mübarək fərdlər və nəsillər mübarək məntəqələrdə məskunlaşmalıdırlar.
    9. Övlad Allahın ətasıdır. Amma övladın varlığından da mühümü onun saleh olmasıdır.
    10. Rəhbərlik və peyğəmbərlik üçün əsas şərt salehlikdir.
    AYƏ 73:
    وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَا إِلَيْهِمْ فِعْلَ الْخَيْرَاتِ وَإِقَامَ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ وَكَانُوا لَنَا عَابِدِينَ
    "Onları Bizim göstərişimizlə (xalqı) hidayət edən rəhbərlər qərar verdik. Onlara yaxşı işlər görməyi, namazın bərpasını və zəkat ödəməyi vəhy etdik. Onlar yalnız Bizim abidlərimiz idilər.”
    Bildirişlər
    1. İmamət də nübuvvət kimi Allahın seçimi ilə müəyyənləşməlidir.
    2. Böyük peyğəmbərlər risalət məqamından əlavə, cəmiyyətə imamət və rəhbərlik məqamını da öhdəyə götürmüşlər.
    3. Zor və quldurluqla əldə olunmuş imamət və rəhbərlik cəhənnəmə dəvətdir. Allah tərəfindən müəyyənləşmiş imamət isə mübarək və haqq yolda olasıdır.
    4. Peyğəmbərlərin dəvəti şəxsi istəklərinə yox, Allahın əmrinə əsaslanır.("Hud”, 83.)
    5. Xeyir işlərə diqqət Allahın xüsusi lütflərindəndir.
    6. Xeyir işlər arasında namaz və zəkatın xüsusi yeri var.
    7. Namaz və zəkat bütün səmavi dinlərin iki mühüm əsasıdır.
    8. Namaz və zəkatsız Allaha bəndəlik dərəcəsinə çatmaq mümkünsüzdür.
    9. İlahi rəhbərlər Allahın xalis bəndələridir.
    10. İlahi nemətlər bizə Allaha bəndəliyi unutdurmasın. (Peyğəmbərlər rəhbərlik məqamına nail olsalar da, bəndəlik məqamında qalmışlar.)
    11. Din siyasətdən ayrı deyil.
    12. Rəhbər dəvət etdiyi həqiqətin daşıyıcısı olmalıdır.
    AYƏ 74:
    وَلُوطًا آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا وَنَجَّيْنَاهُ مِنَ الْقَرْيَةِ الَّتِي كَانَت تَّعْمَلُ الْخَبَائِثَ إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَاسِقِينَ
    "Luta hikmət və elm verdik. Onu çirkin işlər görülən məntəqədən xilas etdik. Doğrudan da, onlar pis və azğın qövm idi. ”
    AYƏ 75:
    وَأَدْخَلْنَاهُ فِي رَحْمَتِنَا إِنَّهُ مِنَ الصَّالِحِينَ
    "Onu Öz rəhmətimizə daxil etdik. Həqiqətən, o, salehlərdən idi.”
    Nöqtələr
    Həzrət İbrahimin dövründə Lut peyğəmbər idi. İmamət və rəhbərlik isə İbrahimin öhdəsinə düşmüşdü. Ola bilsin ki, elə bu səbəbdən də ötən ayələrdə İshaq və Yaqub haqqında "Onları imam qərar verdik” təbiri işlənmişdir. Bu ayədə isə Lutun adı ayrıca çəkilir. İbrahim imam olduğundan Lut imamət məqamında olmamışdır.
    Bu ayədə Allah Luta əta olunmuş 4 mühüm nemətə işarə edir: Hökm, elm, qurtuluş, rəhmətə daxil olma.
    Bu ayədə "hökm” dedikdə nübuvvət məqamı nəzərdə tutula bilər. Çünki həzrət Yəhya haqqında da uyğun təbir işlədilmişdir.("Səcdə”, 18.)
    Allahın nicat verməsi insanların səy və təlaşına zidd deyil. Çünki həzrət Lutun qurtuluşu Allahın əmr və hidayəti, Lutun öz istək və təlaşı ilə baş tutdu.("Qəmər”, 10.)
    Ayədə "fasiqlər” deyərkən kafirlər nəzərdə tutulmuşdur. Uyğun məna ilə başqa ayələrdə də rastlaşırıq.("Əl-fəqih”, c. 3, s. 57)
    Bildirişlər
    1. Allah Öz övliyalarına nicat verir.
    2. Günahkarlıq rəvac tapmış məntəqədə qalmayın.
    3. Bəzən bir günah başqa günahlara səbəb olur.
    4. Günahdan da pisi günahın davamlı şəkil almasıdır.
    5. Günahın davamlı şəkil alması küfr səmərəsi və bədbəxtlik səbəbidir.
    6. Mühit və cəmiyyət zora "yox” deyir.
    7. Biz saleh olsaq, Allah bizi mərhəmətində qərq edər.
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-23)
    Views: 543 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024