İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    AYƏ 76:
    وَنُوحًا إِذْ نَادَى مِن قَبْلُ فَاسْتَجَبْنَا لَهُ فَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ
    "(Xatırla,) ondan da (İbrahim və Lutdan) qabaq (Rəbbini) çağıran Nuhu. Onun (istəyini) qəbul etdik. Onu və ailəsini böyük bəladan qurtardıq. ”
    AYƏ 77:
    وَنَصَرْنَاهُ مِنَ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ
    "Ayələrimizi təkzib edən qövmə qarşı ona yardım göstərdik. Həqiqətən, onlar pis bir qövm idi. Onların hamısını qərq etdik.”
    Nöqtələr
    Ola bilsin ki, həzrət Nuhun dua və naləsi "Nuh” surəsinin 27-ci ayəsində haqqında danışılan nifrindən ibarətdir: "Pərvərdigara! Yer üzündə bir nəfər olsun kafir saxlama." Bəlkə də həzrət Nuh insanların hidayətindən ümidini üzdükdən sonra belə nifrin etmişdir. "Hud” surəsinin 38-ci ayəsində buyurulur: "Ey Nuh! Sənə iman gətirənlərdən savay bir başqası iman gətirməyəcək.” Nuh 950 il təbliğ, səbir və dözümdən sonra əlini açıb dua etdi: "Pərvərdigara! Mən məğlubam, mənə yardım buyur.”("Təfsire-Safi”. "Təfsire-nurus-səqəleyn”.)
    Bildirişlər
    1. Başqa qövmlərin tarixini öyrənmək, onların bəla və çətinliklərindən xəbər tutmaq insanı səbirli edir.
    2. Peyğəmbərlərin duası qəbuldur. (Tarixi gedişatda duanın rolu var.)
    3. Əgər günahkar cəmiyyəti dəyişməyə gücünüz yoxsa, özünüzü xilas etmək barədə düşünün.
    4. Küframiz cəmiyyətdə yaşamaq çox böyük bəladır.
    5. Sonda haqq əhli qalib, batil əhli məğlubdur.
    6. Bəlalar insanların öz düşüncə və əməllərinin əks-sədasıdır.
    AYƏ 78:
    وَدَاوُودَ وَسُلَيْمَانَ إِذْ يَحْكُمَانِ فِي الْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ الْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَاهِدِينَ
    "Davud və Süleymanı (xatırla). O zaman ki, bir qövmün qoyunlarının əkin sahəsi haqqında hökm verdilər və Biz onların mühakiməsinə şahid idik.”
    AYƏ 79:
    فَفَهَّمْنَاهَا سُلَيْمَانَ وَكُلًّا آتَيْنَا حُكْمًا وَعِلْمًا وَسَخَّرْنَا مَعَ دَاوُودَ الْجِبَالَ يُسَبِّحْنَ وَالطَّيْرَ وَكُنَّا فَاعِلِينَ
    "Biz onu (həqiqi hökmü) Süleymana anlatdıq. Biz onların hər birinə hökm və elm verdik. «Quşlarla birlikdə təsbih etsinlər» deyə dağları Davuda ram etdik. Bu işləri görən Biz idik.”
    Nöqtələr
    Bu macəra ilə bağlı rəvayət və təfsirlərdən məlum olur ki, qoyunlar gecə bir şəxsin əkinəcəyinə daxil olub onu zay etdilər. Üzüm tənəklərinin sahibi şikayət üçün Davudun yanına gəldi. Həzrət Davud ziyanın ödənməsi ilə bağlı hökm çıxardı və bütün qoyunları bağ sahibinə verdi. Amma onun oğlu Süleyman atasına başqa bir təklif etdi: qoyunlar ziyan vurulmuş şəxsə verilsin, bağsa qoyunların sahibinə tapşırılsın. Qoyunların sahibi tədricən ziyanı ödəsin və ziyan ödəndikdən sonra hərə öz malına sahib dursun.("Nəml”, 17)
    Təbii ki, hər iki peyğəmbər məsələni düzgün həll etməyə çalışırdı. Amma ata və oğulun göstərdiyi yollar fərqli idi. Ata qoyunları zərər dəymiş şəxsə vermək istəyir, övlad qoyunların gəliri ilə zərəri ödəmək təklifini irəli sürürdü.
    Allah-təala buyurur: "Biz hər ikisinə elm və hikmət versək də, bu dəfə Süleymanın mühakiməsi üstün idi.”
    Hədisdə bildirilir ki, Davud səmavi Zəbur kitabını oxumağa məşğul olduqda, dağlar, daşlar, quşlar səsini eşidib, ona qoşulardı.("Təfsire-Əl-mizan”. "Təfsire-Fəxr-Razi”; "Təfsire-ətyəbul-bəyan”. "Təfsire-əbül-Futuh”. "Təfsire-nümunə”.)
    Bildirişlər
    1. Atanın hörməti onun adı övladla yanaşı çəkilərkən də gözlənilməlidir.
    2. Mühakimə peyğəmbərlik şənindəndir.
    3. Peyğəmbərlər xalqın ixtilaflarını həll edəcək həqiqi ünvandırlar.
    4. Hadisədən dəyən zərər bilməyərəkdən baş verdikdə belə ödənməlidir.
    5. Hakim öz işində Allahı şahid və nəzarətçi bilməlidir.
    6. Allahın lütfü olmadan məsələni düzgün anlamaq mümkünsüzdür.
    7. Bəzən ataya əta olunmamış xeyir övlada əta olunur.
    8. Dağların təsbihi kiminsə təsbihinin əks-sədası deyil. Dağlar gerçəkdən təsbih deyir.
    9. Bütün mövcudların, hətta dağların və quşların şüur payı var və onlar Allaha təsbihə məşğuldur.
    AYƏ 80:
    وَعَلَّمْنَاهُ صَنْعَةَ لَبُوسٍ لَّكُمْ لِتُحْصِنَكُم مِّن بَأْسِكُمْ فَهَلْ أَنتُمْ شَاكِرُونَ
    "Ona (Davuda) zireh düzəltməyi öyrətdik ki, sizi vuruşda hifz etsin. Heç şükür edirsinizmi?!”
    AYƏ 81:
    وَلِسُلَيْمَانَ الرِّيحَ عَاصِفَةً تَجْرِي بِأَمْرِهِ إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا وَكُنَّا بِكُلِّ شَيْءٍ عَالِمِينَ
    "Süleymana əmri ilə bərəkət verdiyimiz yerə doğru əsən şiddətli küləyi ram etdik. Biz hər şeydən agahıq.”
    Nöqtələr
    Bu ayədə mübarək torpaqda (Şamat) əsən şiddətli küləkdən danışıldı. Amma "Sad” surəsinin 36-cı ayəsindən məlum olur ki, həzrət Süleyman digər məntəqələrdəki aram küləklərə də təsir göstərə bilirdi. Ayədə buyurulur ki, Biz küləyi Süleymanın ixtiyarına verdik, mülayim və ahəstə, istədiyi yerə getsin.
    Həzrət Süleymanın küləklə hansı məsafəni hansı zamanda qət etməsi ilə bağlı "Səba” surəsinin 12-ci ayəsində buyurulur: "Külək (vasitəsi ilə hərəkət) Süleymanın ixtiyarında idi. O, bir aylıq (yol) sübh vaxtı, bir aylıq (yol) qürub vaxtı gedirdi.”
    Bildirişlər
    1. İxtiralar Allahın insana ilhamıdır.
    2. Həzrət Davud zireh düzəltmə sənətinin banisidir.
    3. Peyğəmbərlər də iş və sənət əhli olmuşlar.
    4. Peyğəmbərlər xalqı təbii və adi yollarla hifz edirdilər.
    5. Sənət zalım hakimlərə yox, xalqa xidmət etməlidir.
    6. Müdafiə xarakterli hazırlıq zəruri işdir.
    7. Əmin-amanlıq şükür olunası nemətdir. (Əmin-amanlıq sənət sayəsində təmin olunur.)
    8. Hər bir ixtira və sənaye nemətinə görə Allaha təşəkkür edilməlidir.
    9. Allahın övliyaları Allahın izni ilə təbiətin işlərinə qatıla bilərlər.
    10. Küləklərin də şüuru var. Onlar Allahın və övliyaların əmrini anlayıb icra edirlər.
    AYƏ 82:
    وَمِنَ الشَّيَاطِينِ مَن يَغُوصُونَ لَهُ وَيَعْمَلُونَ عَمَلًا دُونَ ذَلِكَ وَكُنَّا لَهُمْ حَافِظِينَ
    Şeytanlardan bir dəstəsi onun (Süleyman) üçün qəvvaslıq (üzgücülük) edirdilər. Bundan başqa da işlər görürdülər. (Süleymanın əmrindən çıxmamaları üçün ) Biz onlara nəzarət edirdik.”
    Nöqtələr
    Şeytan cin nəslindəndir və şüurlu varlıqdır. Onun da insan kimi vəzifələri var. Həzrət Süleyman insanlardan əlavə cinlərin də bəzilərinə hakim idi.("Kafi”, c. 8, . 253.)
    Cinlərin Süleymana göstərdikləri xidmətlərdən biri də üzgüçülük idi. Amma onlar başqa işlər də görürdülər. Digər ayələrdə cinlərin müəyyən işlərinə işarə olunur. "Səba” surəsinin 13-cü ayəsində oxuyuruq: "Onlar Süleyman üçün mehrablar, gözəl məbədlər, iri qazanlar, bir sözlə istədiyini düzəldirdilər.”
    Bildirişlər
    1. Cinlər də sənətkarlıqla məşğul olurlar.
    2. Cin insanın xidmətində dura bilər.
    3. Əgər nəzarət olmasaydı, Süleymanın da misilsiz hökumətində fitnə-fəsad yaranardı.
    AYƏ 83:
    وَأَيُّوبَ إِذْ نَادَى رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنتَ أَرْحَمُ الرَّاحِمِينَ
    "(Xatırla,) bir zaman Əyyub Rəbbinə dua etmişdi ki, həqiqətən, mənə zərər toxunub, Sən (isə) mehribanların mehribanısan.”
    AYƏ 84:
    فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِن ضُرٍّ وَآتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنْ عِندِنَا وَذِكْرَى لِلْعَابِدِينَ
    "Onun duasını qəbul etdik, düşdüyü çətinlikdən çıxardıq, ailəsini yanına qaytardıq. Ona rəhmət, ibadət edənlərə öyüd-nəsihət olsun deyə, onlar kimisini də əlavə əta etdik.”
    Nöqtələr
    Həzrət Əyyub Qurani-məciddə səbir nişanı ilə iftixara çatdırılmış peyğəmbərdir: "Sad” surəsinin 44-cü ayəsində oxuyuruq: "Həqiqətən, Biz onun səbirli insan olduğunu gördük. Necə də gözəl bəndə idi. Həqiqətən, o çox tövbə edib yalvarardı.
    Həzrət Əyyub çox ağır xəstəliyə düçar olsa da, onu xəstəliyi (bəzi kitablarda yazıldığı kimi) ətrafdakılarda ikrah doğurmurdu. Belə bir ikrah lütf qaydasına zidd olmaqla yanaşı, bir çox rəvayətlər və təfsirlərlə uyğun gəlmir.("Təfsire-ətyəbul-bəyan”. "Məryəm”, 57)
    İmam Sadiqdən (ə) "onlar kimisini də” ifadəsi ilə bağlı sual olunduqda həzrət buyurmuşdur: "Allah həlak olanlarla yanaşı bir vaxt təbii ölümlə dünyasını dəyişmiş övladlarını da Əyyuba qaytardı.”(Təfsire-ətyəbul-bəyan)
    Bildirişlər
    1. Böyük şəxsiyyətlərin xatırlanması və onların tarixinə baxış təskinlik, səbir, hidayət üçün ən üstün vasitədir.
    2. Peyğəmbərlər də adi insanlar kimi maddi həyatda müxtəlif çətinliklərə və xəstəliklərə düçar olmuşlar.
    3. Çətinliklər zahirən zərərli görünsə də, çox vaxt batini bir lütf, ilahi rəhmət olur.
    4. Bəlalar bəzən cəza yox, sınaq xatakterli olur və insanın dərəcəsini yüksəldir. (Nəzərə alaq ki, peyğəmbərlər məsumdurlar və onların düçar olduğu çətinliklər günahlarının cəzası kimi izar oluna bilməz.)
    5. Peyğəmbərlər ədəb nümunələridir. Həzrət Əyyub demədi ki, Pərvərdigara, zərəri məndən uzaqlaşdır.” Onun duasından anlaşıldı ki, "Pərvərdigara, Sən özün yaxşı bilirsən.”
    6. Dua zamanı Allahı öz ehtiyacımıza uyğun adı ilə çağıraq.
    7. Peyğəmbərlərin duası qəbuldur.
    8. Allah insana onun duasından artıq lütf edir. (Həzrət Əyyub zərərin ondan uzaqlaşdırılmasını istəyirdi. Amma Allah əlavə olaraq ona ailəsini qaytardı)
    9. Övlad Allahın lütf və rəhmətidir.
    10. Allah həm səxavət, həm də böyüklük göstərir. "Fitr” və "Qurban” bayramı namazının qunutunda Allah uyğun səciyyələri ilə xatırlanır. Bəli, Allah Əyyubdan aldıqlarını qaytarmaqla yanaşı, ona ikiqat əta edir. Həm keçmiş zərərlər ödənir, həm də gələcəklə bağlı səxavət və kərəm göstərilir.
    11. Dua ilə ilahi rəhmətin nazil olması arasında xüsusi bir rabitə var.
    12. Peyğəmbərlərin də duası şəxsi ləyaqətlərinə görə yox, ilahi fəzl və rəhmətə görə qəbul olunur.
    13. Bəla müxtəlif məqsədlərlə nazil ola bilər: Bəzən sınaq üçün, bəzən əqli və elmi təkamül üçün, bəzən başqalarının ibrət götürməsi üçün.
    14. İbadət nəsihətin qəbulu üçün zəmindir.
    15. Bütün insanların, hətta abidlərin xatırlatmaya ehtiyacı var.
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-23)
    Views: 542 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024