İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    AYƏ 85:
    وَإِسْمَاعِيلَ وَإِدْرِيسَ وَذَا الْكِفْلِ كُلٌّ مِّنَ الصَّابِرِينَ
    "İsmail, İdris, Zül-Kifl hər biri səbirlilərdən idi.”
    AYƏ 86:
    وَأَدْخَلْنَاهُمْ فِي رَحْمَتِنَا إِنَّهُم مِّنَ الصَّالِحِينَ
    "Biz onları Öz rəhmətimizə daxil etdik. Həqiqətən, onlar salehlərdən idilər.”
    Nöqtələr
    İsmail həzrət İbrahimin övladı, əziz İslam Peyğəmbərinin (s) babası idi. O haqqa itaət və Allah əmri qarşısında səbirin ən gözəl əsərini nümayişə qoydu. Atası sadiq bir yuxuda İsmaili qurban vermək əmri almışdı.
    Həzrət Nuhun babası həzrət İdris ilk dəfə nücum (astrologiya) elmi ilə məşğul olmuş, başqalarına libas tikməyi öyrətmiş, qələm götürüb yazı yazmışdır. Deyirlər ki, İdrisə 30 səhifə ilahi kəlam nazil olmuşdur. Nəhayətdə, səmaya çəkilmişdir, hazırda da sağdır.("Təfsire-ətyəbul-bəyan”.)
    Həzrət Zül-Kifl ilahi peyğəmbərlərdən biridir. Həzrət Süleymandan sonra, həzrət İsadan əvvəl yaşamışdır.("Bihar”, c. 38, s. 309)Bildirilir ki, onun qəbri Kərbəla-Nəcəf yolu kənarındadır.
    "Tibyan” təfsirində oxuyuruq: "Bu ilahi peyğəmbər gündüzlər oruc tutub, gecələr ibadətlə məşğul olmağı əhd etmişdi. O yalnız haqq əsasında hökm edər, Allahın razılığı əsasında qəzəblənərdi. Sonadək əhdinə vəfa qıldığından onu "Zül-Kifl”, yəni "öhdəçilik götürən” adlandırmışdılar. Bəziləri, o cümlədən Fəxr-Razi bu fikirdədir ki, Zül-Kifl həzrət İlyasın ləqəbidir. Ammma biz "Məcməul-bəyan” təfsirində nəql olunmuş rəvayəti daha mötəbər sayırıq. Əbdül-Əzim Həsəni imam Cavaddan (ə) nəql edir ki, Allah bəşəriyyətin hidayəti üçün 124 min peyğəmbər məbus etdi. Onlardan 313 nəfəri mürsəl peyğəmbərlərdir. Zül-Kifl həmin mürsəl peyğəmbərlərdən biridir. Biz Zül-Kifli həzrət İlyas yox, mürsəl peyğəmbərlərdən biri kimi tanıyırıq.
    Həzrət İsmail qurban kəsilməsi ilə bağlı ilahi əmr qarşısında səbir etdi. Həzrət İdris xalqı 365 il haqq dinə çağırdı. Amma ona iman gətirən olmadı.(Kafi”, c. 2, s. 497)
    Bildirişlər
    1. İlahi insanları unutmayaq, onların kamilliklərini nəql edək.
    2. Səbir Allah tərəfindən təriflənilmiş bir xislətdir.
    3. Səbir insanın ilahi rəhmətə qovuşması üçün zəmin yaradır.
    4. İnsan ilahi sınaqlardan müvəffəqiyyətlə çıxdıqdan sonra dərəcə və məqam əldə edir.
    5. İnsan saleh əməl sayəsində ilahi rəhmətdən bəhrələnir.
    6. Səbir və salehlik peyğəmbərlik sifətlərindəndir. Bu sifətlərə malik insanda peyğəmbərlərdən nişan var.
    AYƏ 87:
    وَذَا النُّونِ إِذ ذَّهَبَ مُغَاضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ أَن لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ
    "Zunnunu (Yunisi yada sal,) bir zaman qəzəblənib getdi və düşündü ki, (rahatlığa çıxdı və) Biz onu sıxıntıya salmayacağıq. (Nəhəng) bir balıq onu kamına çəkdikdən sonra bu işin səbəbini anladı,) zülmət içində yalvardı ki, (Pərvərdigara,) Səndən başqa məbud yoxdur. Sən pak-pakizəsən. Həqiqətən, mən zalımlardan idim. (İtaətsizliyinə görə xalqdan qaçmamalıydım.)”
    AYƏ 88:
    فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَكَذَلِكَ نُنجِي الْمُؤْمِنِينَ
    "Duasını qəbul etdik, onu qəmdən qurtardıq. Biz, möminlərə bu sayaq nicat veririk.”
    Nöqtələr
    Təfsirlərdə həzrət Yunisin əhvalatı ilə bağlı bildirilir: Həzrət Yunis uzun illər xalqı allahpərəstliyə dəvət etdi, amma ona yalnız iki nəfər iman gətirdi. Onlardan biri abid, digəri alim idi. Belə bir vəziyyət yarandıqda abid Yunisə nifrin etməyi məsləhət gördü. Xalqın itaətsizliyi və inadkarlığından cana yığılmış Yunis nifrin etdi. Bəla nişanələri görünən vaxt Allahdan icazə almadan qəzəblənərək məntəqəni tərk etdi. O düşündü ki, rahatlığa çıxacaq. Amma bilmirdi ki, bu addımına görə Allah tərəfindən sıxıntıya salınacaq.
    O, xalqdan uzaqlaşıb dəryaya üz tutdu. Başqa bir məntəqəyə getmək məqsədi ilə gəmiyə süvar oldu. Yol arası gəmi nəhəng bir daşa dəyib zədələndi və batmaq təhlükəsi yarandı.
    Gəmi sahibləri qərara gəldilər ki, bu bəladan xilas olmaq üçün gəmidə olanlardan birini dənizə atsınlar. Püşk atıldı və püşkdən Yunisin adı çıxdı. Beləcə, Yunis dəryaya atıldı. Dalğaların qoynuna düşər-düşməz bir dəniz nəhəngi (iri bir balıq, balina) Yunisi uddu. Amma Allahın əmri ilə ilahi peyğəmbər nəhəngin qarnında hifz olundu.
    Yunis balığın qarnındakı zülmətdə, suyun dərinliyində xalqı tərk etməklə bağlı zülmünü anladı. O günahını etiraf edib Allaha dua etdi və duası qəbul olundu. Yunis düşdüyü zülmətdən xilas edildi. Həmin hadisədən sonra ona "zunnun”, yəni balıq sahibi ləqəbi verildi.
    "Saffat” surəsinin 143, 144-cü ayələrində buyurulur: "Əgər o təsbih edənlər zümrəsindən sayılmasaydı, Qiyamət gününədək balığın qarnında həbsdə qalardı.”
    Bildirişlər
    1. Tarixin bəyanında davamlı olaraq şirin və müvəffəqiyyətli hadisələrdən danışaq, acı hadisələrə sadəcə işarə edək.
    2. Öz ilahi vəzifəmizi başa çatmış sayıb onu tərk etməyək.
    3. Bəzən bir tələsik, hesabsız və icazəsiz hərəkət ağır cəza ilə nəticələnir.
    4. Allah bizim düşüncələrimizdən və gümanlarımızdan agahdır.
    5. Bəzən peyğəmbərlər gələcək hadisələrdən xəbərsiz olur.
    6. Bir yersiz qəzəb bəzən ilahi peyğəmbəri çətinliyə salır.
    7. Bəzən bir ləyaqətsiz əməl növbənöv zülmətlərə aparır.
    8. Çətinlikləri araşdırarkən Allahı pak sayaq və çətinliyin səbəbini özümüzdə axtaraq.
    9. Hərəkətlər, sevgilər və nifrətlər Allahın razılığına əsaslanmasa, xoşagəlməz nəticə ilə sonuclanır.
    10. Allah qarşısında günahın etirafı özü bir kamillik və dua qaydasıdır.
    11. Duada tövhid əqidəsi bəyan olunsa, Allah paklıqla yada salınsa, günah etiraf edilsə həmin dua qəbuldur.
    12. Allahın təsbihi (paklığının bəyanı) və günahın etirafı çətinlik və məhrumiyyətlərdən qurtuluş rəmzidir.
    13. Yeganə qurtuluş yolu Allahın razılığıdır.
    14. Quran dastanları başa çatmış əhvalatlar yox, daimi bir cərəyan, sünnədir.
    15. İman əhlinin qurtuluşu Allahın sünnəsi, qanunudur.
    16. Uyğun zikrin nəzərdə tutulmuş halda deyilməsi insanı xilas edir.
    AYƏ 89:
    وَزَكَرِيَّا إِذْ نَادَى رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنتَ خَيْرُ الْوَارِثِينَ
    "Zəkəriyyanı (yad et), bir zaman Rəbbinə belə dua etdi: "Pərvərdigara! Məni tənha buraxma. (Mənə varis olaraq övlad əta et və əlbəttə ki,) Sən özün varislərin ən üstünüsən.”
    AYƏ 90:
    فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَى وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا وَكَانُوا لَنَا خَاشِعِينَ
    "Onun duasını qəbul etdik və Yəhyanı ona bağışladıq. Zövcəsini onun üçün ləyaqətə çatdırdıq. Həqiqətən, onlar yaxşı işlərə tələsdilər, bizi ümid və qorxu ilə çağırdılar, hüzurumuzda müti dayandılar.”
    Nöqtələr
    Peyğəmbərlər hər dəfə çətinliklə rastlaşdıqda Allah dərgahına üz tutmuş, Rəblərindən qurtuluş diləmişlər. Ötən ayələrdə uyğun istəklərdən bəzi nümunələrlə rastlaşdıq. (Ötən ayələrdə həzrət Nuhun, Əyyubun və Yunisin duaları ilə tanış olduq.)
    İmam Hüseyn (ə) Peyğəmbər (s) Xəndək müharibəsi zamanı Allah dərgahına üz tutub belə ərz etdi: "Pərvərdigara! Sən Übeydə ibn Harisi Bədr günü, Həmzəni Ühüd günü məndən aldın. Bu isə Əlidir.” Sonra həzrət hazırkı ayəni oxudu.("Yusuf”, 56.)
    İmam Sadiq (ə) "Ümid və qorxu ilə” ("rəğəbən” və "rəhəbən”) ifadəsi haqqında buyurur: "Əlin içinin səmaya doğru tutulduğu hal rəğbət, əlin arxasının səmaya doğru tutulduğu hal rəhbətdir.”("İsra”, 19)
    Bildirişlər
    1. Heç vaxt Allahın mərhəmətindən ümidimizi üzməyək. (Allah hətta Zəkəriyya kimi qocaya sonsuz zövcədən övlad əta edir.)
    2. Duada "Rəbb” sözü ilə müraciət və onun təkrarı istəkləri qəbula yaxınlaşdırır.
    3. Dua zamanı Allahı bizim istəyimizə uyğun gələn sifəti ilə yada salaq.
    4. Allahın varislərin ən xeyirlisi olmasına iman övlad məhəbbəti və Allahdan övlad istəyi kimi təbii meyllərlə zidd deyil.
    5. Peyğəmbərlərin duası qəbuldur.
    6. Övlad Allahın ətasıdır.
    7. Allahın Öz övliyalarına xüsusi diqqəti var.
    8. Allah hər şeyə qadirdir, O, sonsuz qadını ana edə bilər.
    9. İnsan dua vasitəsi ilə sonsuzluğu aradan qaldıra bilər.
    10. Kamil səadət o zaman əldə olunur ki, bütün ailə üzvləri xeyir işlərin yerinə yetirilməsində bir-birləri ilə həmfikir olsunlar.
    11. İşlərə dəyər verən onların sürət və şadlıqla yerinə yetirilməsidir.
    12. Ümid və qorxu hətta peyğəmbərlər üçün də dəyərli olan iki ünsürdür.
    13. Allaha qorxu və ümid halında dua etmək lazımdır.
    14. Allahın övliyaları yalnız Onun qarşısında baş əyirlər.
    15. Kamilliklər davamlı olduqda dəyər sayılır.
    16. Xeyir işə tələsmək, ümid və qorxu halında dua etmək duanın qəbuluna təsir göstərir.
    AYƏ 91:
    وَالَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلْنَاهَا وَابْنَهَا آيَةً لِّلْعَالَمِينَ
    "Özünü pak saxlayan qadını (Məryəmi yad et). Biz ona Öz ruhumuzdan üfürdük. Onu və oğlunu aləmlər üçün nişanə qərar verdik.”
    Bildirişlər
    1. Quran mətləblərinin bəyanında nümunələr və insani kamilliklər göstərmək zəruridir. Bu yönümdə qadınla kişi arasında fərq yoxdur.
    2. İlahi lütflər qabiliyyət olan zaman nazil olur.
    3. Paklıq qadının ən üstün kamilliklərindəndir.
    4. İnsanda mövcud olan bir kamillik bir çox bərəkətlərlə müşayiət olunur.
    5. Ananın paklığı onun övladlarını uca məqamlara yüksəldə bilər.
    6. Qadının məqamı o qədər yüksələ bilər ki, Allah onu peyğəmbərlər tək mədh edər, aləmlər arasında Özü üçün nişanə qərar verər.
    AYƏ 92:
    إِنَّ هَذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ
    "Həqiqətən, bu sizin ümmətinizdir, vahid ümmət! Mən sizin Rəbbinizəm, Mənə pərəstiş edin.”
    AYƏ 93:
    وَتَقَطَّعُوا أَمْرَهُم بَيْنَهُمْ كُلٌّ إِلَيْنَا رَاجِعُونَ
    "(Təfriqədən çəkinin; amma) onlar öz aralarında işi təfriqəyə aparıb çıxardılar. (Bilsinlər ki, nəhayət) hamı Bizə doğru qayıdar.”
    Bildirişlər
    1. Bütün ilahi dinlərin məqsədi birdir.
    2. Tövhid və vəhdət ilahi dinlərin əsas işidir.
    3. Rübubiyyət pərəstiş tələb edir.
    4. İlahi dinlərlə və İslam dinində təfriqəni törədən insanların özləridir.
    5. Təfriqəçilər Allahın hüzurunda cavab verməyə hazırlaşmalıdırlar.
    AYƏ 94:
    فَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِ وَإِنَّا لَهُ كَاتِبُونَ
    "Saleh işlər görüb mömin olan kəsin səyi heç vaxt əvəzsiz qalmayacaq. Həqiqətən, Biz onun üçün qeydə alırıq.”
    Nöqtələr
    Mükafat və savab vədləri Quranda müxtəlif təbirlərlə qeyd olunmuşdur. Bir yerdə belə buyurulur: "Biz xeyir əməl sahiblərinin mükafatını zay etmərik.”("Hucurat”, 14.) Başqa bir yerdə belə buyurulur: "Xalqın səy və təlaşına görə təşəkkür olunar.("Zilzal”, 7)
    Digər bir ayədə belə buyurulur: "Allah sizin mükafatınızdan zərrəcə azaltmaz.”("Təfsire-ətyəbul-bəyan”. "Təfsire-Qummi”. c, 1, s. 24.) Başqa bir ayədə isə oxuyuruq: "Bir zərrə yaxşı iş görsəniz, onun əvəzini alacaqsınız.”("Məaric”, 7, 8)
    Bildirişlər
    1. Vəhdəti qorumaq saleh əməllərdəndir.
    2. İslamda meyarlar və dəyərlər kompleksi mövcuddur. İstənilən bir şəxsin istənilən bir zamanda gördüyü dəyərli iş mədh olunur.
    3. Əgər bütün xeyirli işləri görmək gücündə deyilsinizsə, heç olmasa imkan çatan işləri yerinə yetirin.
    4. İlahi məqsəd işə dəyər verir.
    5. İlahi dünya görüşündə kimsənin müsbət səyləri cavabsız və nəticəsiz qalmır. (Biz də insanların yaxşılıqlarını nəzərdən qaçırmayaq.)
    6. Əsas məsələ (istək həyata keçməsə də,) xeyir iş üçün çalışmaqdır.
    7. İnsanın əməlləri qeydə alınır, hesab-kitab əsasında mükafat verilir.
    AYƏ 95:
    وَحَرَامٌ عَلَى قَرْيَةٍ أَهْلَكْنَاهَا أَنَّهُمْ لَا يَرْجِعُونَ
    "(Fəsad və günahına görə) həlak etdiyimiz məmləkət əhlinin qayıdışı haramdır.”
    AYƏ 96:
    حَتَّى إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٍ يَنسِلُونَ
    "O vaxtadək ki, Yəcuc və Məcuc üçün yol açılsın və onlar hər yüksəklikdən çaparaq sürətlə ötüb keçsinlər.”
    Nöqtələr
    "Kafirlərin qayıdışı” dedikdə nəzərdə nə tutulur? İmam Sadiq (ə) buyurur: "Dünyada Allahın qəzəbi ilə həlak olanlar bir daha dünyaya qayıda bilməz. Təbii ölümlə dünyasını dəyişən kafirlərin isə qayıdışı (rəcəti) mümkündür.("Bihar”, c. 9, s. 282)Demək, "qayıdış” dedikdə dünyaya qayıdış nəzərdə tutulmuşdur.
    "Kəhf” surəsinin 93-98-ci ayələrində Yəcuc və Məcuc qövmlərindən danışılır. Onlar qonşu məntəqələrə hücum çəkərək fəsad törədir, abadlıqları xaraba qoyurdular. Nəhayət, Zül-Qərneynin tikdiyi səd onların qarşısını kəsdi.
    Bu səddin dağılması və həmin qövmlərin yeni hücumları Qiyamətin və yer üzündə həyatın sona çatma nişanələrindəndir.
    Hər halda bu ayələr təcavüzkarların yürüşünü, onların bütün məntəqələrə hücumunu öncədən xəbər verir.
    Bildirişlər
    1. Həlak olmuş qövmlərin qayıdış arzusu (rəcət) yalnız yer üzündə Yəcuc və Məcucun meydana çıxması ilə gerçəkləşəsidir.
    2. Dünya tüğyan edənlər üçün meydan olacaq.
    3. Fəsad əhli gələcəkdə də hökm sürəsidir.
    AYƏ 97:
    وَاقْتَرَبَ الْوَعْدُ الْحَقُّ فَإِذَا هِيَ شَاخِصَةٌ أَبْصَارُ الَّذِينَ كَفَرُوا يَا وَيْلَنَا قَدْ كُنَّا فِي غَفْلَةٍ مِّنْ هَذَا بَلْ كُنَّا ظَالِمِينَ
    "(Qiyamətin bərpası ilə bağlı) Haqq vəd yaxınlaşdı. Həmin vaxt kafirlərin gözü (dəhşətdən) bərələ qaldı. (Özləri özlərinə deyərlər:) «Vay olsun bizə! Doğrudan da, biz bu gündən xəbərsiz idik, bəli, biz zülmkar olmuşuq.”
    Nöqtələr
    "Şaxisə” sözü "şuxus” kökündən olub, "bir məkandan o birinə köç” mənasını bildirir. Təəccüb edən zaman gözlər elə bir hala düşür ki, sanki hədəqəsindən çıxacaq. Bu səbəbdən də gözün uyğun halı da "şuxus” adlanır.
    Qiyamət uzaq görünsə də yaxındadır.("Təfsire-nümunə”.)
    Bildirişlər
    1. Fitnəkarların hücumu yer üzündə həyatın başa çatdığını göstərir.
    2. Qiyamətin bərpası labüddür.
    3. Qiyamət və onun hadisələri qəfil meydana çıxasıdır.
    4. Qiyamət heyrət günüdür.
    5. Qiyamət vicdanların oyanış və təəssüf günüdür.
    6. Qiyamətdən xəbərsizlik küfr və kafirlərin bariz nişanələrindəndir.
    7. Bütün azğınlıqların və bədbəxtçiliklərin kökü qəflətdir.
    8. Qiyamətdən qəflət insanın özünə və ətrafındakılara zülm üçün səbəbdir.
    9. Qiyamət peşmançılıq və etiraf günüdür.
    AYƏ 98:
    إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَارِدُونَ
    "(Onlara deyilər:) «Həqiqətən, siz və Allahdan qeyri pərəstiş etdikləriniz cəhənnəmə yanacaq olacaq, ona daxil olacaqsınız.»”
    Nöqtələr
    Sual: Ayədə bildirildi ki, bütpərəstlər və onların məbudları cəhənnəm yanacağı olacaq. Bəziləri həzrət İsanı məbud götürdülər. Bu qayda onlara da aiddirmi?
    Cavab: Bu sayaq məbudlar istisna olunmuşdur. Əvvəla, Quran həmin məbudları "və ma təbudunə” təbiri ilə yad edir. "Ma” kəlməsi şüursuz mövcudlara münasibətdə işlədilir.("Zuxruf”, 71.) İkincisi, ayədə Məkkə bütpərəstlərinə müraciət olunur. Onlar isə daş və ağac bütlərə sitayiş edirdilər. Üçüncüsü növbəti ayələrdə bildirilir ki, Allah tərəfindən yaxşı vəd almış kəslər (məsələn, həzrət İsa) cəhənnəmdən uzaqdır.
    Bildirişlər
    1. Allahdan qeyrisinə pərəstiş abid və məbudu cəhənnəmə sürükləyir.
    2. Cəhənnəmin yanacağı kafirlər və onların uydurma məbudlarıdır.
    AYƏ 99:
    لَوْ كَانَ هَؤُلَاء آلِهَةً مَّا وَرَدُوهَا وَكُلٌّ فِيهَا خَالِدُونَ
    "Əgər bunlar (həqiqi) tanrı olsaydılar, (cəhənnəmə) daxil olmazdılar. Halbuki həmişəlik orada qalacaqlar.”
    AYƏ 100:
    لَهُمْ فِيهَا زَفِيرٌ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ
    "Onlar cəhənnəmdə ah-nalə, fəryad içindədirlər və orada (heç bir cavab) eşitməzlər.”
    Nöqtələr
    Adətən, ərəb dilində sədalar "fəil” vəznində bəyan olunur. Məsələn, zəfir, şəhiq, zəir, hərir. "Zəfir” dedikdə nəfəs verməklə müşayiət olunan səs nəzərdə tutulur.
    "La yəsməunə” dedikdə cəhənnəm əhlinin heç bir səs eşitməməsi nəzərdə tutulmur. Söhbət cəhənnəm əhlinin fəryadına heç bir cavab verilməməsindən gedir. Quranda cəhənnəm əhlinin səs eşitməsini təsdiqləyən ayələr var. Onlar əzab məmurundan möhlət istəyər və ya Allahdan qurtuluş diləyərlər. Cəhənnəm əhli verilən sualları da cavablandırar.
    Bildirişlər
    1. Allahdan qeyrisinə könül verməyək. Taleyimizi uydurma və aciz tanrılara tapşırmayaq.
    2. Acizlik və məhkumluq Allahlıq məqamına uyğun deyil.
    3. Şirkə görə verilən əzab əbədi əzabdır.
    4. Cəhənnəm cavabsız qalacaq fəryadlar məkanıdır.
    5. Ah-nalə və fəryadların cavabsız qalması özü də cəhənnəm əhli üçün bir işgəncədir.
    AYƏ 101:
    إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا الْحُسْنَى أُوْلَئِكَ عَنْهَا مُبْعَدُونَ
    "Həqiqətən, öncədən Bizim tərəfimizdən yaxşılıq vədi alan kəslər ondan (cəhənnəmdən) kənar saxlanılacaq.”
    Nöqtələr
    Rəvayətdə bildirilir ki, bir qrup şəxs Peyğəmbərdən soruşdu: "Əgər Quran bütpərəst abid və onun məbudunu cəhənnəm yanacağı kimi tanıtdırırsa, tanrı seçilmiş İsa və Məryəmin halı necə olacaq?” Həzrət verilmiş suala cavab olaraq uyğun ayəni tilavət etdi.
    Bildirişlər
    1. Allah iman və təqva əhlinə verdiyi vədə vəfa qılır.
    2. Behiştə daxil olan kəs nə vaxtsa cəhənnəmə aparılmaz.
    AYƏ 102:
    لَا يَسْمَعُونَ حَسِيسَهَا وَهُمْ فِي مَا اشْتَهَتْ أَنفُسُهُمْ خَالِدُونَ
    "Onlar cəhənnəmin (nərə) səsini eşitməzlər, onlar ürəklərindən keçən nemətlər içində əbədidirlər.”
    Nöqtələr
    İnsan dünya həyatında rifah içində yaşasa da, istər-istəməz acı hadisələrlə rastlaşır. Qiyamətdə isə behişt əhli bütün pis xəbərlərdən, ah-nalədən uzaq, ləzzət içində ömür sürər.
    Əmirəlmöminin Əli (ə) "Nəhcül-bəlağə”nin 183-cı xütbəsində buyurur: "Allah-təala behişt əhlini o qədər əziz tutmuşdur ki, hətta onların qulaqları cəhənnəm odunun və cəhənnəm əhlinin səsini eşitməz.”("Səcdə”, 17.)
    Quranda behişt nemətlərinin kəmiyyət və keyfiyyətindən danışan çeşidli ayələr var. Ayələrdən birində buyurulur: " İnsanın meyli çəkən hər şey və gözünü oxşayan hər şey!”("Əl-fəqih”, c. 1, s. 295) Hazırkı ayədə oxuyuruq: "Onlar qəlblərindən keçən hər şeylə daim bəhrələnərlər.” Başqa bir ayədə oxuyuruq: "Behişt əhli üçün hansı ləzzətlər hazırlandığını kimsə bilməz.”("Təfsire-Əl-mizan”.)
    Həzrət Peyğəmbər (s) buyurur: "Behişt nemətləri ilə bağlı nə qulaq bir şey eşidib, nə göz bir şey görüb.”(Əraf”, 26.)
    Bildirişlər
    1. Qiyamətdə behişt əhli əziyyət və əziyyətə düşənlərin naləsindən kənarda kam almağa məşğuldur.
    2. İnsanın istəkləri yalnız behiştdə gerçək təmin olunur.
    3. Behiştdə nə nemət məhdudiyyəti var, nə də zaman məhdudiyyəti.
    AYƏ 103:
    لَا يَحْزُنُهُمُ الْفَزَعُ الْأَكْبَرُ وَتَتَلَقَّاهُمُ الْمَلَائِكَةُ هَذَا يَوْمُكُمُ الَّذِي كُنتُمْ تُوعَدُونَ
    "(Həmin günə aid) ən böyük dəhşət onları qəmləndirməz. Mələklər onların görüşünə çıxar. (Deyərlər:) «Bu sizə vəd olunmuş gündür.»”
    Nöqtələr
    Rəvayətlərə əsasən, ayədə düzgün əqidəyə malik olmaqla yanaşı Allah və Onun rəsulu tərəfindən təyin olunmuş rəhbərlərin yolunu gedənlər nəzərdə tutulmuşdur.("Rum”, 27)
    Bildirişlər
    1. Şərin dəf olunmuş mənfəət əldə etməkdən uzaqdır. Bu səbəbdən də öncə qəm-qüssədən uzaqlıqdan, sonra xeyir əldə olunmasından danışılırlar.
    2. Dünya acılıqları nə qədər böyük olsa da, axirət müsibətləri ilə müqayisədə heç bir şeydir.
    3. Qiyamətdə mələklər insanlarla danışar.
    4. Möminləri qarşılamaq və onlarla görüş mələklərə xas xüsusiyyətdir.
    5. Bu gün dünyanın zalım qüvvələrin əlində olması bizi qəmləndirməsin. Möminlərin də dövrü gəlib çatacaq.
    6. Allahın vədləri qətidir.
    AYƏ 104:
    يَوْمَ نَطْوِي السَّمَاء كَطَيِّ السِّجِلِّ لِلْكُتُبِ كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُّعِيدُهُ وَعْدًا عَلَيْنَا إِنَّا كُنَّا فَاعِلِينَ
    "Bir gün səmanı yazı vərəqləri tək bükərik. Yaranışa başladığımız kimi, onu geri döndərərik. Bu, Bizim öhdəmizdə olan bir vəddir. Biz hökmən (vədimizi) yerinə yetirənik.”
    Nöqtələr
    "Sicill” dedikdə, üzərinə yazı yazılan daş nəzərdə tutulur. Zaman ötdükcə bu söz, üzərində qeyd aparılmış vərəqlərə aid edilmişdir.
    Qiyamətin bərpasının ilkin yaranışa bənzədilməsi ilə Quranda dəfələrlə rastlaşmaq olar: "Başlanğıcda sizi yaratdığı kimi yenə sizi qaytarar.”("Zumər”, 67); O, yaranışa başlayıb sonra onu təkrar edən kəsdir. Bu, Onun üçün çox asandır.”("Nəhcül-bəlağə”.)
    Bu ayədəki səma sözü bütün səmalara aiddir.("Qəmər”, 52.)
    Həzrət Əli (ə) buyurur: "İnsan qiyamət səhnəsinə üryan gətirilər.” Sonra həzrət bu ayəni tilavət etmişdir.("Kafi”, c. 1, s. 225)
    Bildirişlər
    1. Varlıq aləmi əzəli və əbədi deyil. O bir gün halını dəyişəsidir.
    2. Allah üçün səmaları bükmək bir vərəq bükmək qədər asandır.
    3. Mövzunu anlamaq üçün təmsil ən üstün və yetərli yoldur.
    4. Əgər kağızı bükmək ondakı yazıları məhv etmək sayılmırsa, səmaların bükülməsi də yaranışın məhvi sayılmamalıdır.
    5. Səmadakı bütün dəyişikliklər Allahın istək və iradəsindən asılıdır.
    6. Allah bükülü məxluqları ilkin yaranışda olduğu şəkildə xəlq edəsidir.
    7. İlahi vədlər qətidir və həyata keçəsidir.
    AYƏ 105:
    وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ
    "Həqiqətən, zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, Mənim saleh bəndələrim hökmən yer üzünə varis olacaqlar.”
    Nöqtələr
    Ərəb dilində "Zəbur” dedikdə, istənilən bir yazı və ya kitab nəzərdə tutulur.("Təfsire-nümunə)Amma "Nisa” surəsinin 63-cü, "İsra” surəsinin 55-ci ayəsindən belə görünür ki, "Zəbur” dedikdə həzrət Davuda aid olan ilahi kitab nəzərdə tutulmuşdur. Bu kitab həzrət Davuda aid münacatlardan, dualardan, öyüd-nəsihətlərdən ibarətdir. Bu kitab Tövratdan sonra nazil olmuşdur.
    Ayədə "Zikr” dedikdə Tövrat nəzərdə tutulur. Hazırkı surənin 48-ci ayəsi də bu ayəni təsdiqləyir.
    Bəziləri bildirirlər ki, "Zəbur” dedikdə ayədə bütün səmavi kitablar, "Zikr” dedikdə Qurani-məcid nəzərdə tutulmuşdur. Əgər "min bədi” ifadəsi "əlavə olaraq” mənasında tərcümə olunsa, ayə belə anlaşılar: "Biz Qurandan əlavə bütün səmavi kitablarda yazdıq ki, yer üzünə Mənim saleh bəndələrim varis olacaq.”
    İmam Sadiqdən (ə) "Zəbur” və "Zikr” sözləri haqqında soruşulduqda həzrət buyurdu: ”Zikr” Allahın yanındadır, "Zəbur” isə Davuda nazil olmuş kitabdır. Bütün kitablar elm əhlinə məxsusdur və bizik elm əhli.”("Təfsire-nurus-səqəleyn)
    Bu gün "əhdi qədim” adı ilə tanınan Zəburda deyilir: "Saleh insanlar yer üzünə varis olacaq.”("Təfsire-Qummi”, c. 2, s. 297.)
    Çoxsaylı rəvayətlərdə bildirilir ki, yer üzünə varis olacaq saleh bəndələr həzrət Mehdinin (ə) yardımçılarıdır.("Təfsire-Məcməül-bəyan”.)
    Bəzi rəvayətlərdə bildirilir ki, yer üzünün varisləri İslam Peyğəmbərinin (s) Əhli-beytidir (ə). Onlar ikinci dəfə həyata qaytarılasıdırlar.(Bihar”, c. 3, s. 7)
    Bildirişlər
    1. Saleh bəndələrin yer üzünə hakim və varis olması ilahi sünnədir.
    2. Quranın öncə görmələri qətidir.
    3. Quran gələcəkdən xəbər verir.
    4. Gələcək salehlərindir.
    5. Din siyasətdən ayrı deyil.
    6. İbadət təklikdə bəs etmir, saleh əməl də lazımdır.
    7. Yer üzünə varislik və hakimliyin iki şərti var: Allaha bəndəlik və saleh əməl.
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-23)
    Views: 731 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024