İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (7-ci cild)

    Nur təfsiri (7-ci cild)
    AYƏ 106:
    إِنَّ فِي هَذَا لَبَلَاغًا لِّقَوْمٍ عَابِدِينَ
    "Həqiqətən, bunda (öncə görmədə) ibadət edən qövm üçün aşkar bildirişlər var.”
    Nöqtələr
    Ötən ayədə oxuduq ki, yalnız Allaha xalis bəndəlik və saleh əməl şərti ilə yer üzünə hakim və varis olmaq mümkündür. Bu ayədə növbəti dəfə təkid olunur ki, bəndələr uyğun bildirişi nəzərdə saxlayıb, həm xalis bəndəlik, həm də saleh əməl üçün çalışmalıdırlar.
    Həzrət Əli (ə) buyurur: "Allaha xatir, Allaha xatir! Quran göstərişlərini nəzərdə saxlayın. Məbada başqaları onun göstərişlərinə əməl etməkdə sizi qabaqlayalar!”
    Bildirişlər
    1. Hidayət və səadət üçün Quranın müjdə və bildirişləri yetər.
    2. Ey Allahın bəndələri! Yer üzünə varis olmaq üçün saleh əməl və ləyaqət sorağınca gedin!
    3. Allahın həqiqi bəndələri ilahi göstərişlərə hamıdan öncə əməl etməlidirlər.
    AYƏ 107:
    وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ
    "Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik.”
    Bildirişlər
    1. Saleh bəndələrin yer üzünə hakimliyi risalət sayəsində əldə olunmuş bir lütfdür. Dünya və axirətdə nəsibimiz olası Peyğəmbər (s) rəhməti ilahi rəhmətdən bir cilvədir.
    2. İslam Peyğəmbərinə (s) nazil olmuş bütün ilahi göstərişlər, o cümlədən cihad, cəza, qisas hökmləri cəmiyyət üçün rəhmətdir.
    3. Allah aləmlərin Rəbbi, Onun rəsulu isə aləmlər üçün rəhmətdir. Yəni gerçək tərbiyə peyğəmbərlərin hidayəti sayəsində mümkün olur.
    4. Peyğəmbər (s) bütün əsrlərdə, bütün məkanlarda bütün insanlar üçün rəhmətdir. Başqa bir peyğəmbərə ehtiyac yoxdur.
    5. Əziz İslam Peyğəmbəri (s) hətta Allaha yaxın mələklər üçün rəhmətdir. Hədisdə bildirilir ki, Cəbrail (ə) Peyğəmbərə (s) bildirdi: "Sənin rəhmətin bizə də şamil oldu.”("Ali-İmran”, 44.)
    6. İslamın göstərişləri bütün dünyaya aiddir.
    7. Bir insan Allahın istəyi ilə bütün aləmə təsir göstərə bilər.
    AYƏ 108:
    قُلْ إِنَّمَا يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَهَلْ أَنتُم مُّسْلِمُونَ
    "(Onlara) de ki, mənə vəhy olunan yalnız budur: «Sizin məbudunuz yalnız vahid Allahdır. Təslim olursunuzmu?!»”
    Nöqtələr
    İmam Rza (ə) Nişapurda minlərlə aşiq qarşısında xalqın istəyinə cavab olaraq silsilə qüdsi hədislər bəyan etdi: "Tövhid elə bir ilahi qaladır ki, bu qalada olan hər tərəfdən sığortalanmışdır;” "Həyatda olan imama tabeçilik bu tövhid üçün şərtdir.”("Ali-İmran”, 178)
    Bildirişlər
    1. Tövhidə dəvət ilahi rəhmətdən bir cilvədir.
    AYƏ 109:
    فَإِن تَوَلَّوْا فَقُلْ آذَنتُكُمْ عَلَى سَوَاء وَإِنْ أَدْرِي أَقَرِيبٌ أَم بَعِيدٌ مَّا تُوعَدُونَ
    "Əgər üz çevirsələr, de ki, «hamınıza eyni şəkildə elan etdim. Mən sizə verilən vədin yaxın və ya uzaq olduğunu bilmirəm.»”
    Nöqtələr
    Sual: Ayə və rəvayətlərdən məlum olur ki, İslam Peyğəmbəri (s) geniş qeyb elminə malik idi. "Nüdbə” duasında oxuyuruq: "Pərvərdigara! Sən Öz Peyğəmbərinə (s) keçmişin və gələcəyin elmini öyrətdin.” Amma yuxarıdakı ayəyə oxşar digər ayələrdə belə bir elmin mövcud olmadığını bəyan edən ifadələrlə rastlaşırıq. Uyğun ayə və rəvayətlər arasında ziddiyyət var, yoxsa hansısa açıqlama verilir?
    Cavab: Qeyb elmi iki hissədir. Onun bir hissəsi Allahın zatına aiddir. Kiminsə bu elmə yol tapması mümkünsüzdür. Qiyamətin nə vaxt bərpa olacağı da bu qəbil məlumatlardandır. Duada oxuyuruq: "Pərvərdigara! Səni yalnız Özünə aid etdiyin elmə and verirəm.” Qeyb elminin digər bir hissəsi Allah tərəfindən Onun istədiyi kəslərə, peyğəmbər və övliyalara əta olunur.("Ənbiya”, 18.)Qurandakı bir çox məsələlər qeybi işlərlə bağlıdır.
    Allah kafirlərə həm müharibələrdə məğlubiyyət, həm də Qiyamət əzabı vəd etmişdir.
    Bildirişlər
    1. Bəzi inadkar insanlar hətta aləmlərə rəhmət olan Peyğəmbərdən (s) belə üz çevirirlər.
    2. İnsan məcbur yox, ixtiyar sahibidir. Bu səbəbdən də hətta peyğəmbərlərin dəvətinə arxa çevirə bilir.
    3. Bütün bəşəriyyətin haqqı qəbul edəcəyini gözləmək olmaz. Peyğəmbərlər də belə bir məqsədə çata bilməmişlər.
    4. Xalqın inadkarlığı və arxa çevirməsi müqabilində məsuliyyətimizdən əl çəkməyək.
    5. Peyğəmbər göstərişləri bütün insanlara eyni şəkildə ünvanlanmışdır. Bu istiqamətdə cins, millət, dil fərqi əhəmiyyət kəsb etmir. Bəli, təbliğdə bütün insanlara bir gözlə baxaq.
    6. Bilmədiyimiz vaxt aşkar şəkildə "bilmirəm” deyək.
    7. Elmlər birbaşa Allahın müqəddəs zatına məxsusdur.
    AYƏ 110:
    إِنَّهُ يَعْلَمُ الْجَهْرَ مِنَ الْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ
    "Həqiqətən, O, həm aşkar sözləri bilir, həm də gizlətdiklərinizi.”
    AYƏ 111:
    وَإِنْ أَدْرِي لَعَلَّهُ فِتْنَةٌ لَّكُمْ وَمَتَاعٌ إِلَى حِينٍ
    "Mən bilmirəm, ola bilsin ki, bu (əzabın təxiri), sizin üçün bir sınaqdır, (sadəcə) müəyyən müddətədək kam alırsınız.”
    Nöqtələr
    İlahi vəd təxirə düşərsə, bunun səbəbi Allahın qəflətdə olması deyil. O hər şeyi bilir, hər şeydən agahdır. Təxirin isə müxtəlif səbəbləri var. O cümlədən:
    a) Günahkarın günah yükünü bacardıqca ağırlaşdırması üçün;("Ənam”, 139.
     )
    b) Günahkarın tofiq taparaq tövbə etməsi üçün;
    v) Günahkarın yaxşı əməllərinin əvəzinin axirətə saxlanmayıb, dünyada verilməsi üçün.
    Bildirişlər
    1. Allah üçün qeyblə hüzurun (aşkarın) fərqi yoxdur.
    2. Allah gizli işlərdən xəbərdardırsa, fitnə və nifaq nə üçündür?!
    3. Peyğəmbərlərin elmi Allahın elmindən məhduddur.
    4. Allahın cəzası sınaq üçün təxirə salınır. Bəzən də günah yükünü ağırlaşdırmaq üçün möhlət verilir.
    5. Dünya ləzzətləri müvəqqətidir.
    AYƏ 112:
    قَالَ رَبِّ احْكُم بِالْحَقِّ وَرَبُّنَا الرَّحْمَنُ الْمُسْتَعَانُ عَلَى مَا تَصِفُونَ
    "(Peyğəmbər) dedi: «Pərvərdigara! (Sən özün bizim aramızda) haqq üzərində hökm ver. (Ey kafirlər, bilin ki,) hamımızın Rəbbi Rəhman Allahdır. Aid etdiyiniz sifətlər qarşısında Ondan kömək istənilər.»”
    Nöqtələr
    Quranda Allaha qarşı iftira ilə bağlı danışılarkən xalqın Allaha ünvanlanmış xəyali vəsfi nəzərdə tutulur. Quranda buyurulur: "Vay olsun sizə vəsfinizə görə.”  Başqa bir ayədə oxuyuruq: "Allah tezliklə onların vəsfinin cəzasını verəcək.”  Hazırkı ayədə isə belə buyurulur: "Allahdan sizin vəsflərinizə görə kömək istəyirəm.”
    Bildirişlər
    1. Bəzən inadkarlıq elə bir həddə çatır ki, aləmlərə rəhmət olan Peyğəmbər (s) nifrin etməyə məcbur olur.
    2. Düşmənlərin inadkarlığı qarşısında Allahdan yardım alaq.
    3. Duaya "Rəbb” sözü ilə başlayaq.
    4. Rübubiyyət və mühakimə arasında yaxın bağlılıq var.
    5. Hər şeydən xəbərdar olan mütləq alimin mühakiməsi haqdır.
    6. Düşmənlərə münasibətdə də həddi aşmayaq. Artıq cəza istəməyək.
    7. Hətta nifrin və cəza istəyərkən rəhməti yaddan çıxarmayaq, hamı üçün həmişəlik ümid bacası qoyaq.
    8. Böhtanlar və hədyanlar cavabsız qalmayacaq. Unutmayaq ki, hər şey qeydə alınır. Tərif və tənqidlərimizə qarşı diqqətli olaq.
    Category: Nur təfsiri (7-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 585 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024