İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1675
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • ZatrickLus
  • El_qarie
  • TrenzhoUth
  • NathazDrymn
  • Broscype
  • BranzonHut
  • ThozasPluse
  • Jenncype
  • Vickiefrumn
  • DenzisMob
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 8:
    لَّقَدْ كَانَ فِي يُوسُفَ وَإِخْوَتِهِ آيَاتٌ لِّلسَّائِلِينَ
    "O vaxt ki, (qardaşları ona) dedilər: "Həqiqətən, Yusif və onun qardaşı (Benyamin) böyük bir dəstə olan bizlərdən atamıza daha əzizdir. Həqiqətən, atamız aşkar azğınlıqdadır.”
    Nöqtələr
    Əlbir və güclü qrupa "usbət” deyilir. Çünki belə bir qrup bir bədənin əsəb sistemi kimi qarşılıqlı himayə ilə fəaliyyət göstərir.
    Yəqubun övladlarından ikisi (Yusif və Benyamin) bir anadan, o biri övladlar isə başqa bir anadan idilər. Yəqub ya körpə olduğuna, ya da kamalına görə Yusifi çox sevirdi. Onun bu sevgisi Yusifin qardaşlarında həsəd yaratmışdı. "Biz güclü qrupuq” demələrindən belə məlum olur ki, onlarda həsəddən əlavə qürur və təkəbbür də olmuşdur. Onlar məhz həmin qürur və həsəd səbəbindən atalarını öz övladlarına münasibətdə səhvə yol verməkdə ittiham edirdilər.
    Cəmiyyətdə bir qrup insanlar özlərini yüksəltmək əvəzinə yüksəkdə olanları alçaldırlar. Onlar özləri sevilmədiyindən sevilənlərə qarşı çıxırlar.
    Ayrıseçkilik və fərq sözləri fərqli məna daşıyır. Ayrıseçkilik dedikdə, heç bir dəlilə əsaslanmadan birini o birindən üstün tutmaq nəzərdə tutulur. Fərq isə ləyaqətə əsaslanan üstünlükdür. Məsələn, müəllimin verdiyi qiymətlər fərqli olur. Amma bu fərq zülm yox, hikmət əsasındadır. Həzrət Yəqubun öz övladı Yusifə məhəbbəti zülm sayılmamalıdır. Amma Yusifin qardaşları bu məhəbbəti dəlilsiz sayır və deyirdilər: "Həqiqətən, atamız aşkar surətdə azmışdır.”
    Bəzən güclü məhəbbət başağrısına səbəb olur. Yəqub Yusifi çox sevirdi. Bu sevgi səbəbindən qardaşları ona qarşı həsəd apardılar və onu quyuya atdılar. Necə ki, Züleyxanın Yusifə bağlılığı Yusifin zindana düşməsi ilə nəticələndi. Yusifin əxlaqına heyran qalan zindan rəisi ona dedi: "Mən səni çox istəyirəm. Qorxuram ki, bu istəyin də ardınca bəla gələ.”
    Bildirişlər
    1. Həsəd səbəbindən yaşlı insanlar da belə öz şəxsiyyətlərini unudub uşaqlara qarşı kin saxlayırlar. (Yusif gənc olsa da, yaşlılar ona həsəd aparırdılar)
    2. Əgər övladlar ayrıseçkilik hiss etsələr, onlar arasında həsəd alovlanar.
    3. Hər bir insanda sevilmək istəyi var. İnsan özü biganəlikdən əziyyət çəkir.
    4. Həzrət Yəqub bütün övladlarını sevirdi. (Qardaşları deyirdi ki, atamız Yusifi daha çox sevir: yəni Yəqub o biri övladlarını da sevirdi.)
    5. Zor və qüdrət insanı sevdirə bilməz. (Yusifin qardaşları qüdrətli idilər, amma sevimli deyildilər.)
    6. İnsanlar bir yerdə olduqda özlərində güc və qüdrət hiss edirlər.
    7. Həqiqi və Allah bəyənən rəhbər olmadan qrup yaratmaq süqut amillərini daha tez gerçəkləşdirir.
    8. İnsan xəta və günaha yol verməzdən öncə özü üçün dəlil axtarır, əməlinə don geyindirir. (Yusifin qardaşları özlərini güclü bir qrup, atalarını isə azğın sayırdılar.)
    9. Gənclər özlərini bir növ yetkin ağıl sahibi sayır, atalarının baxışlarına əhəmiyyət vermirlər.
    10. Güc və qüdrət hissi ağılı kor edir.
    11. Yanlış meyarların yanlış nəticələri olur. (Əgər güc və say meyar olsaydı, azlıqda qalanlar azğın sayılardı.)
    12. Eqoist adamlar uğursuzluqda özlərini yox, başqalarını ittiham edirlər. (Yusifin qardaşları özlərini həsədcil saymaq əvəzinə atalarını azğın adlandırdılar.)
    13. Həsəd nübuvvət və atalıq sərhədlərini də pozur. Övladlar həm də ataları olan peyğəmbəri çaşqınlıq və ədalətsizlikdə ittiham edirlər.
    14. İnsan o qədər qafil ola bilər ki, özü azdığı halda başqalarını azğın sayar.
    Ayə 9:
    اقْتُلُواْ يُوسُفَ أَوِ اطْرَحُوهُ أَرْضًا يَخْلُ لَكُمْ وَجْهُ أَبِيكُمْ وَتَكُونُواْ مِن بَعْدِهِ قَوْمًا صَالِحِينَ
    "(Qardaşlardan biri dedi:) Yusifi öldürün, ya uzaq bir yerə atın ki, atanızın diqqəti sizə məxsus olsun. Ondan sonra (tövbə edib) saleh bir qrup olun.”
    Nöqtələr
    İnsanın nemətə münasibətdə dörd halı olur: həsəd, xəsislik, isar (fədakarlıq), qibtə. Əgər insan onda olmayan nemətin başqalarında da olmamasını istəyirsə, o həsədçidir. Bir nemətin kimsədə yox, yalnız onun özündə olmasını istəyən insan xəsisdir. Özü bir nemətdən məhrum olsa da, başqalarında bu nemətin olmasını istəyən insan isar əhlidir. Başqalarında olan nemətin onda da olmasını istəyən şəxs qibtə edir.
    İmam Baqir (ə) buyurmuşdur: "Mən arabir bəzi övladlarıma məhəbbət göstərib onları dizim üstə oturduram. Halbuki bu onların haqqı deyil. Məqsədim budur ki, övladlarım arasında həsəd olmasın və Yusifin macərası təkrarlanmasın.”
    Bildirişlər
    1. Təhlükəli fikir insanı təhlükəli işə sövq edir.
    2. Övladların özlərinə münasibətdə ayrıseçkilik hiss etmələri onları qardaş qətlinədək aparır. (Yəqub Yusifi onun ləyaqətinə görə sevsə də, qardaşları bunu ayrıseçkilik kimi dəyərləndirirdilər.)
    3. Darbaxışlı insanların nəzərincə, rəqibi fiziki cəhətdən aradan götürmək ən yaxşı yoldur.
    4. Həsəd insanı qardaş qətlinədək aparır.
    5. Günahkarlar günah yolunda bir-birlərinə vəsvəsə edir, bir-birlərindən güc alırlar.
    6. İnsan sevgi sorağındadır. Məhəbbətdən məhrumluq təhlükə və azğınlıqların ən böyük amilidir.
    7. Həsədçi insanlar elə güman edirlər ki, göz qabağından gedən qəlbdən də çıxır. (Yusifin qardaşları elə güman edirdilər ki, ataları Yusifi görməsə, diqqətini onlara yönəldəcək).
    8. Quran iman və saleh əməli məhəbbət amili sayırsa, Şeytan qardaş qətlini məhəbbət yolu kimi təqdim edir.
    9. Həsədçi insan düşünür ki, başqalarını aradan götürməklə bütün nemətlər onun olacaq.
    10. Şeytan qarşıda tövbə etmək imkanı olduğunu önə çəkərək, bu gün günah üçün yol açır.
    11. Təkcə elm və agahlıqla azğınlıqdan qurtarmaq olmaz. Qardaşlar qətl və sürgünün pis olduğunu bilirdilər. Bnunla belə, bu çirkin işlərə yol verdilər.
    12. Günaha başlamazdan öncə tövbə etməyi planlaşdırmaq – vicdanı aldatmaq və günaha yol açmaqdır. (Qardaşlar bir-birinə deyirdilər ki, Yusifi aradan götürək, sonra tövbə edib salehlərdən olarıq.)
    Ayə 10:
    قَالَ قَآئِلٌ مَّنْهُمْ لاَ تَقْتُلُواْ يُوسُفَ وَأَلْقُوهُ فِي غَيَابَةِ الْجُبِّ يَلْتَقِطْهُ بَعْضُ السَّيَّارَةِ إِن كُنتُمْ فَاعِلِينَ
    "Onların arasından dillənən biri dedi: "Yusifi öldürməyin, onu quyunun dibinə atın ki, karvanlardan biri onu götürsün.”
    Nöqtələr
    "Cubb” dedikdə daş döşənmiş quyu başa düşülür. "Ğəyabət” quyunun divarında suya yaxın bir hissədə düzəldilmiş taxçadır. Yuxarıdan baxdıqda bu taxçalar görünmür.
    "Nəhy-əz münkərin”, yəni pisliyə qadağa qoymağın gələcəkdə üzə çıxan bir sıra bərəkətləri var. "Öldürməyin” qadağası Yusifə nicat verdi. Yusif sonrakı illərdə məmləkəti qıtlıqdan qurtardı. Fironun arvadı Asya da "öldürməyin” deməklə Musanın canını qurtarmışdı. Musa sonralar Bəni-İsraili Fironun şərindən xilas etdi. "Maidə” surəsinin 32-ci ayəsində ilahi vədin aydın bir nümunəsi verilmişdir: "Hər kəs bir nəfərə həyat versə, sanki bütün xalqa həyat vermişdir.”
    Bildirişlər
    1. Bəzən bir fərdi pis işdən çəkindirmək bir toplumun baxışını dəyişə bilər. (Bir nəfər "öldürməyin” dedi, bir dəstənin fikrini dəyişdi.)
    2. Sözü deyənin adı yox, sözün mənası mühümdür.
    3. Çoxluqdan qorxmayaq, onlarla həmrəng olmayaq.
    4. Əgər pis işin qarşısını tamamilə almaq mümkün deyilsə, ona güc çatan həddə mane olmaq lazımdır.
    5. Nəinki yaxşı işlərdə, bəyənilməyən işlərdə də məsləhətləşmək faydalıdır. (Yusifin qardaşları onu qətlə yetirmək barədə məsləhətləşdilər).
    6. Fəsadla mübarizə üçün bəzən fəsadı fəsadla aradan götürmək lazım gəlir. ("Onu öldürməyin, quyuya atın”.)
    7. Pis işə qadağa qoymaqla yanaşı yaxşı iş təklif edək. (Bir işi görmə deyiriksə, deyək ki, hansı iş görülməlidir.)
    Ayə 11:
    قَالُواْ يَا أَبَانَا مَا لَكَ لاَ تَأْمَنَّا عَلَى يُوسُفَ وَإِنَّا لَهُ لَنَاصِحُونَ
    "Dedilər: "Ey ata, sənə nə olub ki, Yusifin xeyirxahı olduğumuz halda onu bizə etibar etmirsən?!”
    Bildirişlər
    1. Puç insanlar daha çox iddia və təbliğat edirlər.
    2. Hətta hər qardaşa da etibar etmək olmaz.
    3. Hər iddiaya aldanmayın və əsassız adlardan çəkinin. (Xain özünü saleh adlandırır.)
    4. Düşmən sui-zənni aradan qaldırmaq üçün hər yolla etibar qazanmaq istəyir.
    5. Xain təqsiri başqalarının boynuna atır.
    6. Yaranışın ilk günündən bəşəriyyət xeyirxahlıq adı ilə aldadılmışdır. Şeytan da Adəm və Həvvanı qafil etmək üçün dedi: "Mən sizin xeyirxahınızam.”
    7. Həsəd insanı yalan, hiylə, hətta yaxın insanlara qarşı pisliyə vadar edir.
    Ayə 12:
    أَرْسِلْهُ مَعَنَا غَدًا يَرْتَعْ وَيَلْعَبْ وَإِنَّا لَهُ لَحَافِظُونَ
    "Onu sabah bizimlə göndər ki, (səhrada) gəzsin, oynasın. Şübhəsiz, biz onu qoruyacağıq.”
    Nöqtələr
    İnsanın əyləncə və idmana ehtiyacı vardır. Bu ayədən göründüyü kimi, Yusif əyləncəyə ehtiyac duyduğundan atası övladlarının təklifi ilə razılaşdı.
    Rəvayətdə deyilir: «Mömin vaxtının bir hissəsini əyləncə və halal ləzzətlərdən faydalanmaq üçün ayırmalıdır. Bu yolla başqa işlərdə müvəffəqiyyət əldə etmək olur.»
    Nəinki keçmişdə, hətta bu gün və gələcəkdə də gəncləri idman və oyun pərdəsi altında əsil yaranış məqsədindən qəflətdə saxlayacaqlar. Onlar oyunu ciddiləşdirirlər ki, ciddi işlər oyun kimi görünsün. Dünyanın zalım hakimləri nəinki idmandan sui-istifadə edir, hətta başqa cazibəli adlarla da öz çirkin məqsədlərini həyata keçirirlər. Diplomat adı altında ölkələrə ən təhlükəli casuslar göndərilir. Hərbi müşavir adı ilə ölkələrdə fitnə-fəsad yaradır, hərbi sirləri əldə edirlər. İnsan haqları adı altında öz muzdurlarını himayə edirlər. Humanitar yardım adı altında öz muzdurlarına silah göndərirlər. İqtisadçı mütəxəssis, qloballaşma adı ilə zəif ölkələri güclənməyə qoymur, torpağı dərmanlamaq adı ilə bağ və əkin sahələrini məhv edir, hətta islamşünaslıq adı ilə İslamı tərsinə cilvələndirirlər.
    Bildirişlər
    1. Övlad atanın icazəsi ilə əylənə bilər.
    2. Gənc insan əyləncə və idmana ehtiyaclıdır.
    3. Qardaşlar halal və məntiqi vasitələrdən qarşı tərəfi aldatmaq üçün sui-istifadə etdilər.
    4. Əgər canıyanan valideyn və tərbiyəçilər övladların boş vaxtı üçün proqram hazırlasalar, düşmənlər gənclərin boş vaxtından sui-istifadə edə bilməzlər. (Qardaşları Yusifin idmana ehtiyacından sui-istifadə etdilər).
    5. Uşaqlar əylənərkən onlardan muğayat olaq ki, zədələnməsinlər.
    6. Bir mövzuya israrla yanaşmaq bəzən qurğu nişanəsi olur.
    Ayə 13:
    قَالَ إِنِّي لَيَحْزُنُنِي أَن تَذْهَبُواْ بِهِ وَأَخَافُ أَن يَأْكُلَهُ الذِّئْبُ وَأَنتُمْ عَنْهُ غَافِلُونَ
    "(Yəqub) dedi: "Həqiqətən, onu aparmağınızla məni qəmləndirirsiniz. Qorxuram ki, onu canavar yesin və siz xəbərsiz olasınız.”
    Bildirişlər
    1. Övlad qarşısında məsuliyyət və ona can yandırmaq peyğəmbərlərin xislətlərindəndir.
    2. Ayrılıq hətta peyğəmbərlər üçün də ağrılıdır.
    3. İnsan həssas yanaşdığı nöqtələrdən imtahana çəkilir. (Yəqub Yusifə münasibətdə çox həssas idi. Yusifin ayrılığı onun üçün imtahan oldu.)
    4. Həya pərdəsini yırtmayın.
    (Yəqub övladlarının həsədindən xəbərdar idi, ona görə də Yusifə buyurdu: "Gördüyün yuxunu qardaşlarına danışma.” Amma Yəqub burada övladlarının həsədindən söz açmır. O, sadəcə, canavarı və övladlarının Yusifdən xəbərsiz qalacaqlarını bəhanə gətirir.)
    5. Övladlarınıza müstəqillik verin.
    (Atanın övlada eşqi və ehtimal olunan təhlükələrdən qoruması iki prinsipdir. Amma övlada istiqlal vermək də başqa bir prinsipdir. Yəqub Yusifi o biri qardaşları ilə göndərdi. Çünki gənc aram-aram istiqlal əldə etməli və atasından ayrılmalıdır. Övlad tələsmədən özünə dost seçməli, düşünüb öz ayağı üstündə dayanmalı və bu yolda çətinliklərə dözməlidir.)
    6. Öz həssas nöqtələrinizi hamıya açıqlamayın. Qarşı tərəf nə vaxtsa bu məlumatdan sizə qarşı istifadə edə bilər.
    7. Qəflət insanın zərbə almasına səbəb olur.
    Ayə 14:
    قَالُواْ لَئِنْ أَكَلَهُ الذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ إِنَّا إِذًا لَّخَاسِرُونَ
    "(Yəqubun övladları) dedilər: "Biz güclü bir dəstə olduğumuz halda canavar onu yesə, ziyankar olarıq ki!”
    Bildirişlər
    1. Bəzən böyüklər təcrübə və agahlıq vasitəsi ilə təhlükəni hiss edirlər, amma cavanlar öz güclərinə güvəndiklərindən təhlükəni zarafat sayırlar.
    2. Güclü olmaq təhlükədən uzaqlıq deyil. (Yusifin qardaşları güclü bir dəstə idi, amma təhlükədən amanda deyildi.)
    3. Qardaşlar canavarın Yusifi yeməsindən narahat deyildilər. Amma zəif görünməsinlər deyə, Yəqubun sözünə reaksiya verdilər.
    4. Əgər bir şəxs məsuliyyəti qəbul edib, onu lazımınca yerinə yetirməsə, öz şəxsiyyətini, sərmayəsini, hörmətini, vicdanını təhlükəyə atmış olur və zərərə düşür.
    5. Zahirlə aldatmaq və hisləri riyakarcasına büruzə vermək münafiqlərin qurğularındandır.
    6. Bəziləri öz məqsədlərinə çatmaq üçün hətta şəxsiyyətlərindən belə keçməyə hazırdırlar.
    Ayə 15:
    فَلَمَّا ذَهَبُواْ بِهِ وَأَجْمَعُواْ أَن يَجْعَلُوهُ فِي غَيَابَةِ الْجُبِّ وَأَوْحَيْنَآ إِلَيْهِ لَتُنَبِّئَنَّهُم بِأَمْرِهِمْ هَـذَا وَهُمْ لاَ يَشْعُرُونَ
    "Elə ki, onu özləri ilə götürdülər, hamılıqla qərara gəldilər ki, onu quyunun məxfi yerinə atsınlar. (İstəklərini həyata keçirdilər.) Biz ona vəhy etdik ki, gələcəkdə onlara bu işlərini xəbər verəcəksən. Bir halda ki, onlar səni tanımazlar.”
    Nöqtələr
    Allah Yusifi hakim qərar vermək istədiyindən, o öz ətrafını görməli idi. O, qullara rəhm etmək üçün qul olmalı, məhbuslara rəhm etmək üçün quyu və zindana düşməli idi. Necə ki, Allah-təala Öz Peyğəmbərinə buyurur: "Sən fəqir və yetim oldun ki, fəqir və yetimləri yanından qovmayasan.”
    Bildirişlər
    1. İnsanların yekdil fikri onların haqlı olmasını göstərmir.
    2. Planla onun icrası arasında fərq ola bilər. (Qardaşlar Yusifi quyuya atmaq istəyirdilər, amma əməldə onu quyuda yerləşdirdilər.)
    3. Yusifə vəhy gələn vaxt o, ailədən uzaqlaşdı və qardaşlarının pis münasibəti ilə üzləşdi.
    4. Həssas məqamlarda övliyalar ilahi yardımdan bəhrələnirlər.
    5. Quyuda Yusif üçün arxayınlıq vasitəsi Allahın gələcəklə bağlı ilhamı idi.
    6. Yusifin gənc yaşlarında vəhy qəbul etmək ləyaqəti vardı.
    7. Allah Öz övliyalarını çətinliklərlə sınağa çəkir və onları hidayət edir.
    8. Agahlıq arxayınlıq yaradır. (Yusifi quyuda arxayınlaşdıran ilahi vəhy idi)
    9. Həyatın davamı üçün ən yaxşı sərmayə ümiddir. (Yusifə vəhy edildi ki, quyudan xilas olacaq və qardaşları öz işlərinə görə xəcalət çəkəcək.)
    10. Bir halda ki, rəzilliyin sonu rüsvayçılıqdır, insan öz nəfsini cilovlamalıdır.
    11. Çirkin işləri işarə və kinayə ilə yada salın.
    Ayə 16:
    وَجَاؤُواْ أَبَاهُمْ عِشَاء يَبْكُونَ
    "(Öz planlarını həyata keçirdikdən sonra) gecə vaxtı ağlar halda atalarının yanına gəldilər.”
    Nöqtələr
    Quranda dörd növ göz yaşına işarə olunur:
    1. Şövqdən göz yaşı; məsihilərdən bir dəstəsi Quran ayələrini eşitdikdə ağlayırdı.
    2. Qüssə və həsrətdən göz yaşı; aşiq müsəlmanlar Peyğəmbərdən (s) cəbhəyə getmək imkanı olmadığını eşitdikdə ağlayırdılar.
    3. Qorxudan göz yaşı; övliyalara ilahi ayələr oxunduqda ağlayaraq səcdəyə düşürdülər.
    4. Saxta göz yaşı; Yusifin qardaşları ağlar halda Yəqubun yanına gəldilər.
    Bildirişlər
    1. Fitnəkarlar hiss və zamanın roluna diqqətlidirlər.
    2. Göz yaşı sədaqət nişanəsi olmaya da bilər. Hər göz yaşına inanmayın.
    Ayə 17:
    قَالُواْ يَا أَبَانَا إِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوسُفَ عِندَ مَتَاعِنَا فَأَكَلَهُ الذِّئْبُ وَمَا أَنتَ بِمُؤْمِنٍ لِّنَا وَلَوْ كُنَّا صَادِقِينَ
    "Dedilər: Ey ata! Biz yarışmaq üçün getdik, Yusifi şeylərimizin yanında qoyduq. Sonra canavar onu yedi. Əlbəttə, biz doğru danışsaq da sözlərimizə inanmırsan.”
    Bildirişlər
    1. Yalan yalan gətirir. Qardaşlar öz xətalarını ört-basdır etmək üçün ardıcıl olaraq üç yalan danışdılar: Yarışmağa getmişdik, Yusifi şeylərimizin yanında qoymuşduq, canavar onu yedi.
    2. Yalançının yaddaşı olmur. Qardaşlar Yusifi əylənmək üçün aparmışdılar. Amma atalarına bildirdilər ki, onu şeylərin yanında qoyubmuşlar.
    3. Oyunda yarışmanın uzun keçmişi var.
    4. Xain qorxaqdır. Yalançı ifşa olmaqdan qorxur.
    5. Yalançı israr edir ki, xalq onu sədaqətli tanısın.
    Ayə 18:
    وَجَآؤُوا عَلَى قَمِيصِهِ بِدَمٍ كَذِبٍ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًا فَصَبْرٌ جَمِيلٌ وَاللّهُ الْمُسْتَعَانُ عَلَى مَا تَصِفُونَ
    "Yusifin köynəyini yalandan qana batırıb (atalarının yanına) gətirdilər. (Ata) dedi: "Belə deyil, nəfsiniz sizə pis işi bəzəmişdir. Gözəl və yaxşı səbir lazımdır. Dediklərinizlə bağlı Allahın yardımını istəyirəm.”
    Nöqtələr
    Sual: İlahi müqəddərat qarşısında səbir gözəldir. Amma uşağa zülm qarşısında səbri Yəqub "səbri-cəmil” adlandırır. Bu necə izah olunlur?
    Cavab: Əvvəla, Yəqub Yusifin sağ olduğunu vəhy vasitəsi ilə bildi. İkincisi, əgər Yəqub övladlarının şübhəsini artırsaydı, onlar Yusifi qoyduqları yerə qayıdıb onu öldürərdilər. Üçüncüsü, hətta zalımların da üzünə tövbə qapısını birdəfəlik bağlamaq olmaz.
    Bildirişlər
    1. Qurğulara qarşı diqqətli olaq.
    2. Məzlum görkəmi qurğu ola bilər. (Yəqub qanlı köynək qurğusuna aldanmadı. O "aman sizin nəfsinizin əlindən” söylədi.)
    3. Şeytan və azğın nəfs günahı insana gözəl göstərir, ona don geyindirir.
    4. Yəqub bilirdi ki, Yusifi canavar yeməyib. Ona görə də Yusifin cəsədini tələb etmədi.
    5. Hadisələrin iki çöhrəsi var: Bəla və çətinlik, səbir və gözəllik.
    6. İlahi peyğəmbərlər hadisələrlə üzləşdikdə ən gözəl şəkildə reaksiya göstərirlər.
    7. Hadisələrlə qarşılaşdıqda səbir və gücdən əlavə, ilahi yardımlara da ehtiyac var.
    8. Səbirli olmaq üçün Allahdan yardım diləmək lazımdır.
    9. Ən gözəl fəzl odur ki, ürək yanıb gözdən yaş axsa da, Allah yaddan çıxmasın.
    10. Qardaşın qardaşa qarşı qurğusuna dözmək çətindir. Belə bir hadisə ilə qarşılaşdıqda səbir üçün Allahdan yardım diləmək lazımdır.
    11. Həzrət Yəqub öz sözləri ilə övladlarına anlatdı ki, onların iddiası inanılası deyil.
    Ayə 19:
    وَجَاءتْ سَيَّارَةٌ فَأَرْسَلُواْ وَارِدَهُمْ فَأَدْلَى دَلْوَهُ قَالَ يَا بُشْرَى هَـذَا غُلاَمٌ وَأَسَرُّوهُ بِضَاعَةً وَاللّهُ عَلِيمٌ بِمَا يَعْمَلُونَ
    "(Yusif o vaxta qədər quyuda qaldı ki,) bir karvan gəlib çatdı. Suçunu göndərdilər (ki, su gətirsin). O öz qabını quyuya atdı. (Yusif qabın ipindən yapışıb quyunun ağzına qalxdı.) Suçu fəryad çəkdi: "Şad xəbər, bu bir oğlandır.” Onu əşyatək gizlətdilər (ki, kimsə onun sahibi olduğunu iddia etməsin), halbuki Allah onların etdiyi işdən agah idi.”
    Nöqtələr
    Allah Öz xalis bəndələrini tənha buraxmır, çətinliklər zamanı onlara nicat verir. Allah Nuha suyun üstündə, Yunusa suyun altında, Yusifə suyun kənarında nicat verdi. İbrahim odda, Musa dəryanın ortasında, Məhəmməd mağarada, Əli (ə) Peyğəmbərin (s) yatağında hifz olundu.
    Allahın iradəsi ilə quyuya atılan qabın ipi Yusifin xilası üçün vasitə oldu. Bu ipdən yapışan Yusif nəhayət taxt-taca çatdı. Bəli, Allahın ipindən yapışan beləcə yüksəlir!
    Bildirişlər
    1. Bəzən insanı öz adamları quyuya atır. Amma Allah istədiyi vaxt onu biganələrin əli ilə xilas edir.
    2. İş bölgüsü müdiriyyət və kollektiv yaşayış prinsiplərindəndir. (Karvanda su üçün məmur vardı.)
    3. Bəziləri insana əşya kimi baxır.
    4. Həqiqəti xalqdan gizləmək olar. Bəs hər şeydən xəbərdar olan Allahdan necə?!
    Ayə 20:
    وَشَرَوْهُ بِثَمَنٍ بَخْسٍ دَرَاهِمَ مَعْدُودَةٍ وَكَانُواْ فِيهِ مِنَ الزَّاهِدِينَ
    "(Karvan əhli) Yusifi ucuz qiymətə, bir neçə dirhəmə satdı. Ona rəğbət göstərmədilər.”
    Nöqtələr
    Yusif vücudunu ucuz satan peşman olar. Ömür, gənclik, izzət, istiqlal, paklıq Yusif səciyyəsidir və bütün bunları ucuz satmaq olmaz.
    Bildirişlər
    1. Asan yolda əldə olunan mal asanlıqla əldən çıxar.
    2. Quldarlığın və qul alverinin böyük tarixi var.
    3.Karvan əhlinin Yusifə rəğbətsizliyi onun gələcəyi üçün faydalı oldu.
    4. Bir şeyin qiymətini bilməyən kəs onu ucuz qiymətə verir.
    5. Dəyərli insanlara bir müddət rəğbət göstərilməsə də, nə vaxtsa onların dəyəri üzə çıxır. (Qul kimi satılan Yusif bir gün hakim oldu.)
    6. Pulun neçə min illik tarixi var.
    7. Qafil insanlar Yusifi ucuz qiymətə satdılar. Amma agah və aşiq qadınlar onu mələyə oxşatdılar. İmam Sadiq (ə) buyurur: "Kişidən dərrakəli qadın çoxdur.”
    Ayə 21:
    وَقَالَ الَّذِي اشْتَرَاهُ مِن مِّصْرَ لاِمْرَأَتِهِ أَكْرِمِي مَثْوَاهُ عَسَى أَن يَنفَعَنَا أَوْ نَتَّخِذَهُ وَلَدًا وَكَذَلِكَ مَكَّنِّا لِيُوسُفَ فِي الأَرْضِ وَلِنُعَلِّمَهُ مِن تَأْوِيلِ الأَحَادِيثِ وَاللّهُ غَالِبٌ عَلَى أَمْرِهِ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَعْلَمُونَ
    "Yusifi alan misirli zövcəsinə dedi: "Onu əziz tut, ümid var ki, gələcəkdə bizə fayda versin və ya onu övladlığa götürək.” Bu sayaq həmin məmləkətdə Yusifə yer və güc verdik ki, ona yuxuların təbirini öyrədək. Allah Öz işində qalibdir, amma xalqın əksəri bilməz.”
    Nöqtələr
    "Gələcəkdə bizə fayda verə bilər, ya onu övladlığa götürərik” cümləsi Quranda iki yerdə işlənmişdir: Musanın olduğu sandıq sudan götürülərkən, Fironun arvadı ona belə müraciət etmişdi; Hazırkı ayədə Əzizi-Misr öz zövcəsinə belə müraciət edir. Bəli, Allahın iradəsi ilə tanınmayan qulun məhəbbəti Misir hakiminin qəlbində özünə yer tapır və gələcəkdə bu şəxsin hakimiyyətə çatması üçün zəmin yaranır.
    Bildirişlər
    1. Yusifin əzəməti onun simasından görünürdü. Belə ki, Əzizi-Misr onu zövcəsinə tapşırır.
    2. Qadının evdə aparıcı rolu var.
    3. Ətrafınızdakıları və tanışları xalqa yaxşılığa dəvət edin.
    4. Müamilələrdə gələcəyi nəzərə alın.
    5. İnsanlara hörmət göstərməklə onlardan kömək gözləmək olar.
    6. Qəlblər Allahın əlindədir. Yusifin məhəbbəti sahibin qəlbində qərar tutdu.
    7. Yalnız diqqətlə götür-qoydan və sınaqdan sonra mühüm qərar çıxarın. (Yusif əvvəlcə köməkçi götürüldü, sonra övlad kimi seçildi).
    8. Oğulluğa götürmənin tarixi keçmişi var.
    9. Əzizi-Misrin övladı yox idi.
    10. Allah istəsə, pislik xeyir səbəbi olar. (Qardaşları Yusifi quyuya atdı, o isə taxt-taca yetişdi.)
    11. Əlinizin altında olan qulamlara biganə yanaşmayın. Onlar gələcəkdə qüdrətli və hökm sahibi ola bilərlər.
    12. Elm və bilik məsuliyyətin qəbulu üçün şərtdir.
    13. Acılıqların sonu şirinlikdir.
    14. Allahın qalib iradəsi Yusifi quyudan taxt-taca qaldırdı.
    15. Yaxşılığın pisliyə qalib gəlməsi Allahın qanunudur.
    16. Bizim hadisə kimi qəbul etdiyimiz işlər əslində Allahın iradəsinin gerçəkləşməsi üçün ilahi plandır.
    17. Əslində xeyir olan acı hadisələr çoxdur. (Yusif zahirdə quyuya düşdü, amma əslində işin davamı yüksəlişə aparırdı.)
    18. Xalq hadisələrin zahirini görür, amma Allahın proqramlarından xəbərsizdir.
    Ayə 22:
    وَلَمَّا بَلَغَ أَشُدَّهُ آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ
    "(Yusif) yetkinlik qüvvəsinə çatdığı vaxt ona hökm və elm verdik. Biz yaxşı əməl sahiblərini bu sayaq mükafatlandırırıq.”
    Nöqtələr
    "Şədd” sözündən olan "əşuddə” sözü "möhkəm düyün” mənasını bildirir. Bu söz fiziki və mənəvi möhkəmliyə işarədir. Bu söz Quranda bəzən "büluğ” mənasında işlədilmişdir. Bəzən də "əşuddə” dedikdə qocalıqdan əvvəlki yaş nəzərdə tutulur.
    Bildirişlər
    1. Elm və hikmət insandan tutum və hazırlıq tələb edir.
    2. İlahi yüksəlişin gerçəkləşməsi üçün vaxt və məqama ehtiyac var.
    3. Hikmət elmdən fərqlənir. (Elm bilikdir, hikmət isə insanı haqqa çatdıran bəsirətdir.)
    4. Peyğəmbərlər elmi oxumaqla qazanmırlar.
    5. Elm və hikmət yanaşı olduqda səmərə verir.
    6. Birini vəzifədən kənarlaşdırdıqda və ya vəzifəyə qoyduqda bunun dəlilini xalqa bəyan edin.
    7. Allahın xüsusi mükafatını əldə etmək üçün ehsan etmək lazımdır.
    8. Xeyir əməl sahibləri elə bu dünyada kama çatır.
    9. Yalnız elmi və fiziki güclə Allahın lütfünə çatmaq olmur. İlahi lütfü əldə etmək üçün xeyir əmələ də ehtiyac var.
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 202 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    NathazDrymn
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017