İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 39:
    يَمْحُو اللّهُ مَا يَشَاء وَيُثْبِتُ وَعِندَهُ أُمُّ الْكِتَابِ
    "Allah istədiyini məhv, istədiyini isbat edir. "Ummul-kitab” ("Kitab anası”) yalnız Ona məxsusdur.”
    Nöqtələr
    İlahi müqəddərat mövzusunda söhbət:
    Ayə və rəvayətlərdən belə məlum olur ki, ilahi müqəddərat (yazı, qəza-qədər) iki növdür:
    1. Bəzi işlər daim məsləhət olduğundan onların qanunu da daimidir. Məsələn: "Bizim sözümüzdə dəyişikliyə yer yoxdur.” ; "Hər şeyin Allahın yanında dəqiq hesab-kitabı var. Bu sayaq müqəddərat lövhi-məhfuzda qeyd olunmuşdur.” ; "Yalnız Allaha yaxın olanlar Onun izni ilə bundan (yazıdan) xəbər tuta bilərlər.”
    2. Qeyri-qəti və müəyyənləşməsi xalqın əməl və rəftarından asılı olan işlər. Məsələn: günah ardınca tövbə edildikdə əfv məsləhətdir; bəlanı aradan qaldırmaq üçün sədəqə vermək məsləhətdir; zülm və sitəm fəsad törətdiyindən ilahi qəhr-qəzəblə nəticələnir... Yəni Allah-təala varlıq nizamının idarəsində Öz elm və hikmətinə əsaslanaraq şəraiti dəyişib yaranış və qanunları əvəzləyə bilər. Aydın məsələdir ki, belə bir dəyişiklik Allahın Öz əvvəlki tədbirindən peşman olması səbəbindən deyil. Bu dəyişikliklər hikmət əsasında, şəraitin dəyişməsi ilə, bir işin başa çatması ilə gerçəkləşir.
    Qurani-məciddə bu məsələ ilə bağlı bir çox nümunələr var. Həmin nümunələrdən bəzilərini nəzərdən keçirək:
    a) Dua edin, qəbul edim”. İnsan yalvarış və dua ilə xeyir istəyinə çata bilər, öz taleyini dəyişər.
    b) İlahi qanun hər yerdə sabit deyil.” Allah zəruri şəraitin yaranması ilə yeni bir proqram vücuda gətirər.
    v) "O (Allah) hər gün bir işdədir.”
    q) "Azğın yol tutduqlarından Allah da onları azdırdı.”
    d) "İman və təqva ilə ilahi qəhr-qəzəb yolu lütf və bərəkətlə əvəz olar.”
    e) "Qövmlər öz taleyini dəyişməyincə, Allah onların taleyini dəyişməz”.
    ə) "Tövbə edib iman gətirən və saleh iş görənlərin pisliyini Allah yaxşılığa çevirər.”
    j) "Əgər siz dönsəniz, Biz də dönərik.”
    Sual: Əgər Allahın elmi zatidirsə, dəyişə bilməz. Demək, Onun elmində olan həyata keçir. Allahın elmində olan iş həyata keçməsə cəhalət sayılmazmı?
    Cavab: Allahın elmi səbəblər nizamına əsaslanır. Belə ki, Allah elminə əsasən hər yol bir nəticəyə aparır. Allahın elmi səbəblər elmindən ayrı deyil.
    "BƏDA” NƏDIR?
    Sünnə əhlinin şiələrə qarşı iradlarından biri budur ki, şiələr "bəda” məsələsinə inanırlar. Sünnilər elə güman edirlər ki, şiələr "bəda” dedikdə ilahi elmdə dəyişikliyi nəzərdə tuturlar. Halbuki şiələr ilahi elmin dəyişilməzliyinə inanır və "bəda” dedikdə öz gümanlarının dəyişməsini nəzərdə tuturlar.
    Yaranışda bəda qanunun nəsxi (dayandırılması) kimidir. Bəzən qanuna baxdıqda onun daimi olduğunu təsəvvür edirik. Amma sonradan məlum olur ki, qanun dəyişilmişdir. Əlbəttə ki, belə bir dəyişiklik peşmanlıq və ya cəhaləti göstərmir. Sadəcə, şərait dəyişdiyindən qanunu dəyişmək lazım gəlir. Məsələn, həkim xəstənin durumuna uyğun nüsxə yazır. Xəstənin halı dəyişdikdə nüsxə də təzələnir. Bəda növü olan nəsxi (ayələrdəki hökmün dayandırılmasını) bütün şiə və sünni firqələri qəbul edir. Demək, eyni mahiyyəti daşıyan bəda da qəbul olunmalıdır. Şiələr bədanı Allahın peşmanlığı kimi yox, öz cəhalətləri kimi qəbul edirlər.
    BƏDA NÜMUNƏLƏRI
    1. İbrahimin əhvalatı ilə tanış olduqda öncə belə düşünürdük ki, Allah İsmailin qanının yerə tökülməsini istəyir. Amma sonradan məlum oldu ki, Allahın istəyi oğulun qətlə yetirilməsi yox, atanın sınağa çəkilməsi olmuşdur.
    2. Biz Allahın həzrət Musaya vədindən belə başa düşürük ki, münacat dövrü 30 gecədir. Sonradan məlum oldu ki, bu dövr 40 gecə imiş və Allah sınaq məqsədi ilə həmin dövrü iki mərhələdə elan etmişdir. Öncə 30 gün, sonra10 gün.
    3. Biz elə güman edirdik ki, Beytül-Müqəddəs müsəlmanlar üçün həmişəlik qiblədir. Amma ayələr əsasında qiblə dəyişdi və məlum oldu ki, daimi qiblə Kəbə olmuşdur.
    4. Allahın qəhr-qəzəb nişanələri görünəndə hətta həzrət Yunus əmin olmuşdu ki, ilahi qəzəb kafir qövmü məhv edəcək, buna görə də xalqın arasından çıxmışdı. Amma xalq iman gətirdi və Allahın qəzəbi sovuşdu.
    Bütün hallarda bəda Allah üçün cəhalət sayıla bilməz. Çünki Allah öncədən bilirdi ki, İsmailin qanı axıdılmayacaq, həzrət Musanın münacat müddəti 40 gecədir, daimi qiblə Kəbədir, Yunus qövmü nicat tapacaq. Amma insanlar göstəriş və hadisələrin zahirindən başqa cür güman edirdilər. Demək, Allahın elmində heç bir dəyişiklik olmamışdır. Sadəcə, məsələyə bizim baxışımız və münasibətimiz dəyişmişdir.
    Şiələrin qəbul etdiyi mənada bəda inancının bir sıra tərbiyəvi təsirləri var. Məsələn, insan ömrünün son anınadək şəraitin dəyişəcəyinə ümid edir, təvəkkül ruhiyyəsi dirçəlir, zahiri görüntülərə əsir olmur, qeyb və ilahi qüdrətə iman güclənir. Bədaya inanan insan tövbə, sədəqə, münacat və dua ilə hadisələr və ilahi qəzəb yolunu dəyişmək istəyir.
    İmam Sadiq (ə) buyurur: "Allah-təala bütün peyğəmbərlərdən tövhidlə yanaşı bəda imanı üçün əhd almışdır.” Digər bir hədisdə oxuyuruq: "Bir şəxs düşünsə ki, Allah öncə bilmədiyi bir məsələni bildikdən sonra yeni təqdir müəyyənləşdirib, belə bir şəxsdən üz çevirin.”
    Bildirişlər
    1. Yaranış və ya qanunçuluq (təkvini və ya təşrii) nizamını dəyişmək Allahın istəyindən asılıdır.
    2. Allah yaranışı özbaşına buraxmamışdır.
    3. Varlıq aləminə hakim qanunları dayandırmaq və ya davam etdirmək Allahın əlindədir.
    4. Allahın bir işi dayandırması və ya davam etdirməsi hikmət və elmə əsaslanır.
    5. Varlıq aləminin bütün hadisələrinin qeyd olunduğu kitabı var.
    Ayə 40:
    وَإِن مَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيْكَ الْبَلاَغُ وَعَلَيْنَا الْحِسَابُ
    "Ey peyğəmbər, işin nəticəsini görmək fikrində olma, çünki onlara vəd etdiyimizin bir hissəsini sənə göstərsək də, ya səni dünyadan aparsaq da, (bil ki, Biz Öz vədlərimizi yerinə yetirəcəyik). Beləcə, sənin vəzifən yalnız təbliğdir. Hesab çəkmək yalnız Bizim işimizdir.”
    Bildirişlər
    1. Allahın müsəlmanlara lütfündən və ya kafirlərə qəhr-qəzəbindən müşahidə olunanlar ilahi vədlərin gerçəkləşməsindən yalnız bir hissəsidir.
    2. Hətta möhtərəm peyğəmbər kimi fərdlərin ölümü ilahi vədlərin gerçəkləşməsinə mane olmur və bu vədlər nəzərdə tutulduğu vaxt gerçəkləşir.
    3. Bəzən təbliğin təsirləri təbliğçi gedəndən sonra üzə çıxır. Demək, vəzifəmizi yerinə yetirərkən dərhal nəticə gözləməməliyik. Çünki təxir işin baş verməyəcəyini göstərmir.
    4. İlahi cəzalar əsassız və hesabsız deyil.
    Ayə 41:
    أَوَلَمْ يَرَوْاْ أَنَّا نَأْتِي الأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا وَاللّهُ يَحْكُمُ لاَ مُعَقِّبَ لِحُكْمِهِ وَهُوَ سَرِيعُ الْحِسَابِ
    "(Hamının hesabı Bizim öhdəmizədir və Biz sürətlə hesab çəkəcəyik.) Məgər görmədinmi, Biz torpağın sorağınca gəlir və daim tərəflərindən onu əskildirik?! Allah hökm edir və Onun hökmünü dəyişən kəs yoxdur. O hamı ilə tez hesab çəkər.”
    Nöqtələr
    Müxtəlif rəvayətlərdə bildirilir ki, yerin tərəflərdən azaldılması alimlərin ölümü, çatışmazlığı nəzərdə tutulur.
    Bildirişlər
    1. Tarixdən və keçmişdəkilərin aqibətindən ibrət götürək, Allahın vəd və xəbərdarlıqlarına şəkk etməyək.
    2. Hakimiyyətlərin və şəxsiyyətlərin ömrü Allahın istəyi ilə başa çatır.
    3. Allahın hakimiyyəti və hökmü yenilməzdir.
    4. Bütün şəxsiyyətlər və güclər tədricən yer üzündən götürülər. Allahın qüdrəti isə sabit və davamlıdır.
    Ayə 42:
    وَقَدْ مَكَرَ الَّذِينَ مِن قَبْلِهِمْ فَلِلّهِ الْمَكْرُ جَمِيعًا يَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍ وَسَيَعْلَمُ الْكُفَّارُ لِمَنْ عُقْبَى الدَّارِ
    "Əlbəttə, onlardan əvvəlkilər məkr işlətdilər. (Bunun faydası olmadı, çünki) bütün tədbirlər və məkrlər Allahın ixtiyarındadır. O kimin nə kəsb etdiyini bilir və kafirlər tezliklə biləcəklər ki, axirət evi kimindir.”
    Nöqtələr
    Quran insanın bütün diqqətini Allaha yönəltmək və Allahdan qeyrilərindən ümidi üzmək üçün insanı Allahdan yayındıracaq bütün yolları bağlayır. Məsələn buyurulur: "Əgər izzət qazanmaq üçün başqalarının yanına getsən, bil ki, bütün izzət Allah üçündür.” Digər bir yerdə buyurulur: "Bütün qüdrətlər Allaha aiddir.” Bu ayədə isə bütün tədbirlərin Allaha aid olduğu bəyan edilir. Beləcə, insana anladılır ki, izzət, qüdrət və siyasətə çatmaq üçün başqalarına bağlanmasınlar.
    Allahın ixtiyarında olan ən üstün məkr nümunələrindən biri azğınlara möhlət verməkdir. Bu möhlət səbəbindən onlar elə düşünürlər ki, tutduqları yol doğrudur. Halbuki Allah Quranda bu möhlətin məhəbbət nişanəsi olmadığını dəfələrlə qeyd edir. Bildirilir ki, azğınlara verilən möhlətin səbəbi onların yükünün daha da ağırlaşdırılmasıdır.
    Bildirişlər
    1. Dini rəhbərlər müxaliflərin məkrinə görə nigaran olmasınlar. Tarix boyu peyğəmbərlərə qarşı bu sayaq hiylələr işlədilmişdir.
    2. Son söz kimindir? Tarixdən ibrət götürək.
    3. Bütün tədbirlər və təsirlər Allahın əlindədir, başqalarının sorağına getməyək.
    4. İnsanın Allaha qarşı məkri mənasızdır. Çünki məkr və hiylə qarşı tərəf xəbərsiz olduqda səmərə verir. Allah isə hamının işindən xəbərdardır.
    Ayə 43:
    وَيَقُولُ الَّذِينَ كَفَرُواْ لَسْتَ مُرْسَلاً قُلْ كَفَى بِاللّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِندَهُ عِلْمُ الْكِتَابِ
    "Küfr edənlər deyirlər: «Sən Allahın rəsulu deyilsən.» De ki, Allahım və kitab elmi olan kəsin şahidliyi mənimlə sizin aranızda kafidir.”
    Nöqtələr
    Bu surənin ilk ayəsində oxuduq ki, xalqın əksəri iman gətirməsə də, Peyğəmbərə (s) nazil olan haqdır. Bu son ayədə də oxuyuruq ki, kafirlər Peyğəmbərin (s) risalətini (peyğəmbərliyini) inkar edirlər. Bu münasibəti doğuran batil əhlinin son həddə çatmış inadkarlığıdır.
    Əgər həzrət Süleymanın kitab elmindən bir hissəsinə sahib olan köməkçisi bir göz qırpımından tez Səba mələkəsinin taxtını gətirə bilirsə, kitab elminə tamamilə sahib olan kəs hansı qüdrətdə olar!
    Rəvayətlərə əsasən "kitab elminə sahib olan kəs” dedikdə həzrət Əli (ə) və peyğəmbər Əhli-beyti (ə) nəzərdə tutulmuşdur.
    Bildirişlər
    1. Allahın himayəsinə inam təkzib və təhqirlər qarşısında ən yaxşı dayaqdır.
    2. İlahi kitabdan xəbərdarlıq insanın məqamını o qədər ucaldır ki, onun şahidliyi Allahın şahidliyi ilə yanaşı qeyd olunur.
    3. Bəzən bir şəxsin şəhadəti minlərlə insanın inkarından üstün olur. (Əsas kəmiyyət yox, keyfiyyətdir).
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 681 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024