Nur təfsiri (6-cı cild) - Nur təfsiri (6-cı cild) - Quran - Quran, Hədis, İslam təlimləri, Fiqh - Islam kitabxanasi
İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1647
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Lazryantep
  • JazonKic
  • AaronzVam
  • Melzingroub
  • Lestezfuers
  • RozertImiff
  • Waviznah
  • LarzyHuM
  • BlafeInfex
  • EmeryzQuilm
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 12:
    وَمَا لَنَا أَلاَّ نَتَوَكَّلَ عَلَى اللّهِ وَقَدْ هَدَانَا سُبُلَنَا وَلَنَصْبِرَنَّ عَلَى مَا آذَيْتُمُونَا وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ
    "Allah bizi (səadət) yollarımıza hidayət etdiyi vaxt nə üçün Ona təvəkkül etməyək?! Şübhəsiz, bizə rəva bildiyiniz hər bir əziyyətə qarşı müqavimət göstərəcəyik. Təvvəkül əhli yalnız Allaha təvəkkül etməlidir.”
    Nöqtələr
    «Təvəkkül» dedikdə vəkil tutmaq nəzərdə tutulur. Vəkildə 4 şərt olmalıdır: bilik, əmanətdarlıq, qüdrət və məhəbbət. Bu şərtlər Allahdan savay kimsədə tam şəkildə yoxdur. Beləsə, Ona təvəkkül edək.
    İmam Riza (ə) buyurur: "Allaha iman gətirmək sayəsində kimsədən qorxmamaq təvəkkülün sərhəddidir.”
    Bildirişlər
    1. Hidayət edən Allah himayə də göstərir. Beləsə, Ona təvəkkül edək.
    2. Peyğəmbərlərin yolu elə Allahın yoludur.
    3. Allah yolunu getmək üçün çətinliklərə dözmək şərtdir.
    4. Həm Allaha təvəkkül etmək, həm də müxaliflər qarşısında səbirli olub onlara müqavimət göstərmək lazımdır.
    5. Möminə nə qədər işgəncə verilsə də, öz əqidə və əməlindən əl çəkməz.
    6. Yalnız dayağı olan kəs səbir edə bilər.
    Ayə 13:
    وَقَالَ الَّذِينَ كَفَرُواْ لِرُسُلِهِمْ لَنُخْرِجَنَّـكُم مِّنْ أَرْضِنَآ أَوْ لَتَعُودُنَّ فِي مِلَّتِنَا فَأَوْحَى إِلَيْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ الظَّالِمِينَ
    "Kafirlər öz peyğəmbərlərinə dedilər: «Biz, şübhəsiz, dinimizi qəbul etməsəniz, sizi öz torpağımızdan çıxararıq.» Rəbləri onlara vəhy etdi ki, Biz, hökmən, sitəmkarları məhv edərik.”
    Nöqtələr
    Sual: Əgər peyğəmbərlər besətdən öncə müşrik deyildilərsə, nə üçün kafirlər onları öz ayinlərinə qayıtmağa dəvət edirdilər?
    Cavab: Əvvəla, kafirlər peyğəmbərlərin onların tabeçiliyinə qayıtmasını nəzərdə tuta bilərlər. Yəni kafirlər deyirdilər ki, sizin imanınız varsa da, bizə qarşı qiyam qaldırmamalı və bizim yolumuzdan çıxmamalısınız.
    İkincisi, "Ud” sözü "ila” şəkilçisi ilə işlənmiş olsaydı, ilkin halətə qayıdış mənasını bildirərdi. Amma bu söz "fi” şəkilçisi ilə işləndiyindən nəzərdə tutulan ilkin hala qayıdış yox, sadəcə dəyişiklikdir. Yəni əqidənizi dəyişin və bizim ayini qəbul edin.
    Üçüncüsü, şirkə qayıdış dedikdə, peyğəmbərlərin özlərinin yox, onların ətrafındakıların qayıdışı nəzərdə tutula bilər.
    Bildirişlər
    1. Bütün peyğəmbərlər müxaliflərin müqaviməti ilə qarşılaşmışlar.
    2. Hədə və sürgün məntiqsiz zorluların siyasətidir.
    3.Kafirlər istəmirlər ki, möminlərin müstəqil şəxsiyyəti olsun.
    4. Hədəyə hədə ilə cavab verilməlidir.
    5.Fəlakətin səbəbi küfr yox, zülmdür.
    6. Zülm davamsızdır, zalımın sonu puçdur.
    Ayə 14:
    وَلَنُسْكِنَنَّـكُمُ الأَرْضَ مِن بَعْدِهِمْ ذَلِكَ لِمَنْ خَافَ مَقَامِي وَخَافَ وَعِيدِ
    "Həqiqətən, sitəmkarlardan (onların həlakından) sonra sizi həmin torpaqda sakin edəcəyik. Bu Mənim məqamımdan çəkinən, vədimdən qorxanlar üçündür.”
    Nöqtələr
    Allah-təala vəd etmişdir ki, sitəmkarları məhv edib, Öz övliyalarını qüdrətə çatdıracaq. Bu vəd hələ ki tam gerçəkləşmədiyindən imam Mehdinin (ə) zühuru dövründə həyata keçəcək.
    Qurani-Kərim dəfələrlə vəd etmişdir ki, Allahın övliyaları yer üzünə hakim olacaq və onların düşmənləri aradan götürüləcək. Bu məqamda üç halı xatırlayırıq:
    a) "Həqiqətən, Bizim qoşunumuz qalibdir.”
    b) "Bizim peyğəmbərlərə sözümüz qətidir. Onlar qalibdirlər.”
    v) "Mənim saleh bəndələrim yer üzünə varis olacaq.” Hər halda haqqın batil üzərində qələbəsi və övliyaların əli ilə ilahi hökumətin təşkili Quranın qəti və təkrar vədlərindəndir.
    İlahi zat xeyir və yaxşılıqların qaynağıdır və sevgiyə layiqdir. "Möminlər Allahı daha çox sevirlər.” Gerçək qorxu səbəbi Allahın məqamıdır.
    Bəli! Əgər sizin dostunuz hakim olsa və işiniz məhkəməyə düşsə, hakimin sizə dost olmasına baxmayaraq onun ədalətə əsaslanan mühakiməsindən qorxarsınız.
    Bildirişlər
    1. Kafirlər yer üzünü öz qüdrətlərinin nümayişi üçün meydan sayırlar. Onlar unudurlar ki, yer üzünün hakimiyyəti peyğəmbərlərə və möminlərə məxsusdur.
    2. Allah Öz övliyalarına qələbə vəd etmişdir.
    3. Peyğəmbərlər təkcə hökmlərin bəyanı və moizə üçün yox, həm də hakimiyyət üçün gəlmişlər.
    4. Təqva sitəmkarlaq üzərində qələbə şərtidir.
    5. Təsirlərdən yox, Allahın hədələrindən qorxun.
    Ayə 15:
    وَاسْتَفْتَحُواْ وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٍ
    "(Peyğəmbərlər və möminlər) fəth və qələbə intizarında idilər. Bütün inadkar zalımlar isə məhrum oldular.”
    Ayə 16:
    مِّن وَرَآئِهِ جَهَنَّمُ وَيُسْقَى مِن مَّاء صَدِيدٍ
    "Bunların (inadkar zalımların) aqibəti cəhənnəmdir və onlara qoxumuş, çirkin su içirilər.”
    Nöqtələr
    "Vəra” dedikdə aqibət, son başa düşülür.
    Bütün peyğəmbərlər qələbə intizarında olmuşlar. Nuh deyirdi: "Pərvərdigara! Mən məğlubam, yardım göstər.” Başqa peyğəmbərlər də Allahdan fəth və qələbə istəmişlər. Onlar deyirlər: "Pərvərdigara! Bizimlə qövmümüz arasında haqq əsasında hökm et.” Kafirlər isə müsəlmanlara belə deyirdilər: "Siz deyirsiniz ki, bir gün qalib gələcəksiniz. Bəs həmin gün nə vaxt çatacaq?” Məhz bu məqamda Qurani-Kərim peyğəmbərlərin qələbəsindən, kafirlərin məğlubiyyətindən və onların düçar olacağı əzabdan söz açır. Kafirlərə qətiyyətlə elan olunur ki, müsəlmanların qalib gələcəyi gün yaxındadır.
    Cəhənnəm əhlinin içdiyi maye yanğı gətirir. Bir çox Quran ayələri bu həqiqəti bəyan edir:
    a) "Onlara içlərini parça-parça edən qaynar su içirilər.”
    b) "Mis kimi ərimiş su ilə qarşılanarlar, onun hərarəti üzlərini bişirər.”
    Behişt əhli isə şirin sulu çeşmələr başında yaşayar. Onlar Allahın hazırladığı saf süd və baldan istifadə edərlər və bütün ilahi nemətlərdən bəhrələnərlər.
    Tarixi mənbələrdə bildirilir: Bir gün Bəni-Üməyyə zalımlarından olan Vəlid ibn Yəzid ibn Əbdül-Məlik öz gələcəyindən xəbər tutmaq üçün Quran açdı. O "vəstəftəhu...” ayəsini görüb qəzəbləndi və Quranı cırdı. Sonra belə bir məzmunda şer yazdı: "Ey Quran, sən məni inadkar zalım sayıb hədələyirsən? Bəli, mən həmin inadkar zalımam. Mən bu gün səni cırıram ki, qiyamətdə bu işi gördüyümə şahid durasan.”
    Ayə 17:
    يَتَجَرَّعُهُ وَلاَ يَكَادُ يُسِيغُهُ وَيَأْتِيهِ الْمَوْتُ مِن كُلِّ مَكَانٍ وَمَا هُوَ بِمَيِّتٍ وَمِن وَرَآئِهِ عَذَابٌ غَلِيظٌ
    "Onu (çirkin suyu) qurtum-qurtum içər. Halbuki onu içmək ləzzətli deyil. Hər tərəfdən sorağına ölüm gələr, amma o öləsi deyil. Ondan sonra şiddətli əzab var.”
    Nöqtələr
    Bu ayədə cəhənnəm əhlinin əzabı təsvir olunur:
    a) Cəhənnəm əhlinin əzabını artırmaq üçün onların əzabı zərrə-zərrə yetişər.
    b) Növbənöv əzablar cəhənnəm əhlini ölüm həddinə çatdırsa da, onlar ölməz.
    v) Əzabların çətin döngələri var və çətinlik getdikcə artır.
    Quran qiyamət əzabını "əlim”, "şədid”, "ğəliz”, "əzim” təbirləri ilə vəsf edir. Bütün bunlar əzabın şiddət və əzəmətini göstərir.
    Həzrət Peyğəmbər (s) buyurur: "Şərab içən insanın namazı 40 gün qəbul olmaz. Belə bir insana Allahın qoxumuş cəhənnəm suyu içirməsi rəvadır.”
    Bildirişlər
    1. Cəhənnəm əzabı tədrici və daimidir.
    2. Cəhənnəm əhli üçün ölüm yoxdur, cəhənnəm əzabı ölümlə başa çatmır.
    3. Cəhənnəm əzabı getdikcə artır.
    Ayə 18:
    مَّثَلُ الَّذِينَ كَفَرُواْ بِرَبِّهِمْ أَعْمَالُهُمْ كَرَمَادٍ اشْتَدَّتْ بِهِ الرِّيحُ فِي يَوْمٍ عَاصِفٍ لاَّ يَقْدِرُونَ مِمَّا كَسَبُواْ عَلَى شَيْءٍ ذَلِكَ هُوَ الضَّلاَلُ الْبَعِيدُ
    "Allaha qarşı küfr edənlər (onların əməlləri) tufanlı bir gündə bərk küləyin sovurduğu külə bənzəyir. Onlar əldə etdiklərinin bir zərrəsini belə qorumağa qadir deyillər. Bu həmin uzaq və dərin azğınlıqdır.”
    Nöqtələr
    Ötən ayələrdə inadkar zalımların düşdüyü zərər və məhrumiyyətdən danışıldı. Bu ayədə isə həmin zərərlər izah olunur.
    Allah möminlərin pisliklərini, tövbə edərlərsə, yaxşılığa və savaba çevirər. Amma kafirlərin pis əməlləri onların yaxşı əməllərini puça çıxarar.
    Quranın bir çox ayələrində kafirlərin əməllərinin puça çıxmasından danışılır. "Biz onların əməllərini gətirər və puç edərik.” Başqa bir ayədə oxuyuruq: "Qiyamətdə kafirlər üçün mizan qurular.” Ola bilsin ki, ayədə həmin nöqtəyə işarə olunmuşdur.
    Bildirişlər
    1. Kafirlərin əməlləri sonu küldən başqa bir şey olmayan bir oddur.
    2. Kafirlərin əməlləri sizi heyrətə gətirməsin. Bu əməllər puç və səmərəsizdir.
    3. Kafir tövbə və qurtuluşdan uzaqdır.
    4. Küfr yaxşı əməlləri də bada verir.
    Ayə 19:
    أَلَمْ تَرَ أَنَّ اللّهَ خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ بِالْحقِّ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍ جَدِيدٍ
    "Allahın göyləri və yeri haqq olaraq yaratdığını görmədinmi? Əgər istəsə, sizi aparar və (yerinizə) yeni bir xalq gətirər.”
    Ayə 20:
    وَمَا ذَلِكَ عَلَى اللَّهِ بِعَزِيزٍ
    "Bu (dəyişiklik) Allah üçün çətin deyil.”
    Nöqtələr
    Quran dəfələrlə buyurmuşdur: "Biz göyləri və yeri boş yerə, oyun-oyuncaq olaraq yaratmadıq.” Digər bir ayədə buyurulur: "Bəli, kafirlərdir ki, varlıq aləminin yaranışını məqsədsiz, puç sayırlar.”
    Bildirişlər
    1. Göylərin və yerin yaranışı hikmət, məsləhət, müsbət məqsəd əsasında gerçəkləşmişdir.
    2. Varlığımıza görə qürrələnməyək, Allahın buna ehtiyacı yoxdur.
    3. Varlıq və onun davamı Allahın istək və iradəsinə bağlıdır.
    4. İnsansız aləm əbəsdir. Göylərin və yerin yaranışının əbəs olmaması üçün bir dövrün insanları aparılsa da, onların yerinə başqaları gətirilər.
    Ayə 21:
    وَبَرَزُواْ لِلّهِ جَمِيعًا فَقَالَ الضُّعَفَاء لِلَّذِينَ اسْتَكْبَرُواْ إِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا مِنْ عَذَابِ اللّهِ مِن شَيْءٍ قَالُواْ لَوْ هَدَانَا اللّهُ لَهَدَيْنَاكُمْ سَوَاء عَلَيْنَآ أَجَزِعْنَا أَمْ صَبَرْنَا مَا لَنَا مِن مَّحِيصٍ
    «(Qiyamət günü xalq) hamılıqla Allahın hüzurunda zahir olar. Zəiflər təkəbbürlülərə deyərlər: "Biz (dünyada) sizə tabe idik. (Bu gün) Allahın əzabından bir şeyi bizdən uzaqlaşdıra bilərsinizmi?” (Onlar cavab olaraq) deyərlər: "Əgər Allah bizi əzabdan qurtuluşa yönəltsə, hökmən biz sizi doğru yola çəkərik. Bizim üçün fəryad çəkməklə səbir etmək arasında fərq yoxdur. Bizim üçün heç bir xilas yolu mövcud deyil.”»
    Nöqtələr
    "Bərəzu” dedikdə xaric olmaq mənası anlaşılır. Qoşun sıralarından önə çıxıb döyüş üçün hazırlığını bildirən şəxs "mübariz” adlanır.
    Xalq adətən öz hakiminin əqidəsində olsa da, İslam müdiriyyət sistemində müdirə mütləq itaət vacib deyil.
    Bildirişlər
    1. Qiyamətdə xalq Allahın hüzuruna birlikdə çıxar.
    2. Kor-koranə təqlid və itaətin sonu peşmançılıqdır.
    3. Cəhənnəm əhli bütün əzabın yox, əzabın bir hissəsinin yüngülləşməsini diləyər.
    4. Cəmiyyətin rəhbərlərinin doğru və ya əyri yolda olması, xalqın xoşbəxtlik və ya bədbəxtliyini təyin edən mühüm amildir.
    5. Günahkar rəhbərlərin qiyamətdə ruhi əzablarından biri öz tabeçiliklərində olanlar qarşısında zəifliklərini və bədbəxtliklərini etiraf etmələridir.
    6. Dünyada "bizim üçün moizə edib-etməməyinizin fərqi yoxdur” deyənlər Qiyamətdə belə deyərlər: "Bizim üçün fəryad çəkib-çəkməməyin fərqi yoxdur. Bütün hallarda əzaba düçarıq.”
    7. İlahi mühakimə və cəzadan qaçmaq mümkünsüzdür.
    8. Qiyamətdə xalq arasında çox söz-söhbət olar.
    9. Qiyamətdə kimsə Allahın əzabına mane ola bilməz.
    Ayə 22:
    وَقَالَ الشَّيْطَانُ لَمَّا قُضِيَ الأَمْرُ إِنَّ اللّهَ وَعَدَكُمْ وَعْدَ الْحَقِّ وَوَعَدتُّكُمْ فَأَخْلَفْتُكُمْ وَمَا كَانَ لِيَ عَلَيْكُم مِّن سُلْطَانٍ إِلاَّ أَن دَعَوْتُكُمْ فَاسْتَجَبْتُمْ لِي فَلاَ تَلُومُونِي وَلُومُواْ أَنفُسَكُم مَّا أَنَاْ بِمُصْرِخِكُمْ وَمَا أَنتُمْ بِمُصْرِخِيَّ إِنِّي كَفَرْتُ بِمَآ أَشْرَكْتُمُونِ مِن قَبْلُ إِنَّ الظَّالِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
    "Mükafat və cəza başa çatdıqdan sonra (şeytan) cəhənnəm əhlinə (məzəmmətlə) deyər: "Həqiqətən, Allah sizə doğru vəd verdi, mən isə sizə verdiyim vədə xilaf çıxdım. Mən sizə hakim deyildim. Yalnız sizi dəvət etdim və siz qəbul etdiniz. Belə isə məni yox, özünüzü məzəmmət edin. (Bu gün) nə mən sizin dadınıza çatanam, nə də siz mənim dadıma çatansınız. Bundan öncə məni Allaha şərik qoşmağınızdan zara gəlmişəm. Şübhəsiz, zalımlar üçün dərdli əzab var.”
    Nöqtələr
    Günahkar qiyamətdə çabalayar ki, öz günahlarına şərik tapsın və xətalarını başqasının boynuna atsın. O bəzən "pis yoldaş məni azdırdı”, bəzən "azğın rəhbər məni yoldan çıxardı”, bəzən "şeytan məni aldatdı” deyər. Şeytan isə belə cavab verər: "Məni məzəmmət etməyin, mənim işim yalnız vəsvəsə və dəvət olub. Azğınlığınız özünüzdəndir.”
    Şeytanın insana hakim olmamasını Allah da təsdiqləyir. Allah-təala buyurur ki, şeytan mənim xalis bəndələrimə hakim deyil.
    Bildirişlər
    1. Allahın vədləri haqdır və gerçəkliyə uyğundur.
    2. Şeytan öz vədləri ilə insanı aldadır.
    3. Şeytan insanı məcbur etmir, onun işi vəsvəsə və dəvətdir.
    4. Hətta şeytan belə günahkar insanı məzəmmət edir.
    5. Məzəmmət insanın azadlığını göstərən dəlillərdəndir. Əgər insan məcbur olsaydı, məzəmmət edilməzdi.
    6. Günahınızı şeytanın boynuna atmayın.
    7. Batil rəhbərlər və onlara tabe olanlar bir-birlərindən üz döndərərlər. Şeytan insanların günahına şərik olmasından imtina edər. Yolunu azmış ardıcıllar isə öz rəhbərlərinə deyərlər: "Əgər dünyaya qayıtmağımız üçün fürsət olsaydı, biz də sizdən üz çevirərdik.”
    8. Allahdan qeyrisinə itaət şirkdir.
    9. Şeytanın dəvətlərini qəbul etməsi insanın özünə və əqidə məktəbinə zülmdür.
    Ayə 23:
    وَأُدْخِلَ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا بِإِذْنِ رَبِّهِمْ تَحِيَّتُهُمْ فِيهَا سَلاَمٌ
    "İman gətirib saleh işlər görənlər ağacları altından çaylar axan bağlara daxil olarlar. Onlar öz Rəblərinin izni ilə orada həmişəlik qalarlar. Onların bir-birinə xoşgəldini "salam” olar.”
    Nöqtələr
    Qiyamətdə haraya baxsan salamdır: behişt əhlinə Allahın salamı, möminlərə mələklərin salamı, behişt əhlinin bir-birinə salamı.
    Bəzən bir yerə insan özü gedirsə, bəzən də onu xüsusi dəbdəbə ilə aparırlar. Bu ayədə Allah-təala bildirir ki, behişt əhli behiştə adi şəkildə daxil olmaz, onları hörmətlə, dəbdəbə ilə apararlar. Amma cəhənnəm əhlinin əzaba doğru işgəncə ilə aparılacağı bildirilir: "Onu tutun, bağlayın, sonra da cəhənnəmə atın.”
    Cəhənnəm əhli bir-birinə nifrət edir, bir-birini lənətləyir. Behişt əhli isə bir-birini salamlayır.
    Behiştdə müxtəlif arxlar var: su arxı, süd arxı, behişt içkisi arxı, bal arxı.
    Bildirişlər
    1. Xeyir əməl sahibi olan möminlər daim behiştdə qalacaqlar.
    2. Behişt əhli didişmə və nifrət yox, səfa-səmimiyyət və salam əhlidir.
    Ayə 24:
    أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ اللّهُ مَثَلاً كَلِمَةً طَيِّبَةً كَشَجَرةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِي السَّمَاء
    "Allahın necə məsəl çəkdiyini görmədinmi? Pak, xoş söz kökü möhkəm, budaqları səmada pak bir ağac kimidir.”
    Nöqtələr
    "Şəcərətin təyyibə”, yəni pak ağacın müəyyən səciyyələri var: inkişaf, bol bəhrə, kölgə, möhkəmlik, daimi səmərə. Müvəhhid (təkallahçı) insan da daim səydədir, onun danışıq və əməllərində imanının əsərləri görünür. Onun etiqadı mövsümi yox, daimidir və başqalarını imana, xeyir əmələ dəvət edir.
    Rəvayətlərdə və təfsirlərdə "kəlimətən təyyibə” ilə bağlı bir çox nümunələr zikr olunur: tövhid, iman, düzgün əqidə, səmavi rəhbər və vəfalı tərəfdarlar. Bəli, tövhid insanın fitrətində və ruhunun dərinliyində qərarlaşmış sabit bir bünövrədir. Tövhidin insanın bütün əməllərinə, danışıqlarına və düşüncələrinə təsiri var. Belə bir insan hər vaxt, bütün eniş-yoxuşlarda iman meyvəsindən bəhrələnə bilər.
    Tövhid ağacının sabit kökü var. Hədələr, qurğular, acılı-şirinli hadisələr, zalım qüvvələr bu ağacı yerindən tərpədə bilmir. Rəvayətlərdə bu ağac Peyğəmbər və onun Əhli-beyti kimi təfsir olunur. Bu səbəbdən də, Məhəmməd (s) dini və onun Əhli-beytinin yolu bir bu qədər düşmən qarşısında genişlənməkdə, dünyanı bürüməkdədir.
    Bildirişlər
    1. Quranın məsələlərinə diqqətli olaq.
    2. Həqiqi əqidə pak sözdür. ("Kəlimətən təyyibə”) Bu sözün kökü sabit möminlərin qəlbindədir. Möminləri bu əqidədə qoruyub saxlamaq Allahın lütflərindəndir.
    3. Haqq söz möhkəm, davamlı və dəyişməzdir.
    Ayə 25:
    تُؤْتِي أُكُلَهَا كُلَّ حِينٍ بِإِذْنِ رَبِّهَا وَيَضْرِبُ اللّهُ الأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
    "(Pak ağac) Rəbbinin izni ilə daim meyvə verir. Allah xalq üçün misallar çəkir, ola bilsin ki, yada salıb öyüd götürələr.”
    Nöqtələr
    Allah və Ona imandan savay nə varsa fanidir. Fani olan şey daim səmərə verə bilməz. Yalnız Allah rənginə boyanmış eşq əbədidir. Bəli, Allahın rəngi sabitdir və digər rənglər solub gedəsidir.
    İman ağacı daim səmərə verir. Mömin daim Allahı xatırlayır, istər rifah, istər sıxıntıda, istər xoş, istər qəmli anlarda, istər varlılıqda, istər yoxsulluqda öz vəzifəsini yerinə yetirməyə çalışır. Mömin insan zalımların hədələrinə müqavimələ cavab verir, təbliğ edərkən kimsədən umacağı olmur, qəzəblənəndə Allahın razılığı üçün qəzəbini udur, evlənərkən Allaha təvəkkül edir.
    Mömin bəndə Allaha yaxınlıq məqsədi ilə ibadət edir, yoxsulluğa düşdükdə varlılara üz tutub yaltaqlanmır.
    Bəli, Allah-təalaya iman meyvəsi hər an dünya və axirətdə insanı kama çatdıran ağac kimidir. Amma var-dövlət, vəzifə, övlad və digər dünya nemətləri yalnız bir neçə günlük meyvə verən ağaca bənzəyir. Bu meyvələr həm də çox azdır. Bəzən isə var-dövlət, vəzifə və övlad insana mənəvi əzabdan savay bir şey vermir.
    Bildirişlər
    1. İman ağacı daim səmərə verir. Mömin üçün payız, xəzan yoxdur.
    2. Təşbeh və təmsil xalqın diqqətini bir məsələyə yönəltmək üçün Quranın faydalandığı üsuldur.
    Ayə 26:
    وَمَثلُ كَلِمَةٍ خَبِيثَةٍ كَشَجَرَةٍ خَبِيثَةٍ اجْتُثَّتْ مِن فَوْقِ الأَرْضِ مَا لَهَا مِن قَرَارٍ
    "Çirkin söz (etiqad) yerdən qoparılmış və heç bir davamı olmayan çirkin ağac kimidir.”
    Nöqtələr
    "İctisas” sözü "kökündən qoparmaq” mənasını bildirir.
    Qatqılı və azğın əqidələrin, sözlərin və insanların nə kökü, nə meyvəsi, nə gülü, nə gözəlliyi, nə ətri, nə möhkəmliyi, nə kölgəsi, nə də inkişafı var. Onlar başqalarının yolu üstə tikandan başqa bir şey deyildirlər.
    Bildirişlər
    1. Müqayisə təlim-tərbiyə üsullarından biridir.
    2. Şirkin və Allahdan uzaq istənilən bir şeyin sabitliyi və davamı yoxdur.
    3. Batil əqidələrin yosun kimi dərində kökü yoxdur. Ona görə də düzgün gövdə və əsasdan məhrumdur.
    Ayə 27:
    يُثَبِّتُ اللّهُ الَّذِينَ آمَنُواْ بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الآخِرَةِ وَيُضِلُّ اللّهُ الظَّالِمِينَ وَيَفْعَلُ اللّهُ مَا يَشَاء
    "Allah dünya və axirətdə iman əhlini sabit sözlə (əqidə ilə) möhkəmləndirər. Allah sitəmkarları (lütfündən məhrum edib özbaşına buraxar,) azdırar. Allah (ədalət və hikmət əsasında) istədiyini edər.”
    Bildirişlər
    1. İlahi yardımlardan bəhrələnmə insanın hansı yolu seçməsindən asılıdır.
    2. Allahın yardımı olmasa, insan nəfs istəklərinin, zalım qüvvələrin qarşısında davam gətirməyib süqut edər.
    3. İman əhli məntiq baxımından möhkəmdir və maddi, dünyəvi məktəblərin qarşısında əzmlə dayanır.
    4. İnsan iman gətirsə, Allah tərəfindən sığortalanır. Batil məktəbə üz tutan insan isə Allah tərəfindən özbaşına buraxılır.
    5. Batil məktəblərin qəbulu insanın özünə və haqq məktəbinə zülmüdür.
    6. Allahın qəzəbi insanın seçdiyi yoldan asılıdır.
    Ayə 28:
    أَلَمْ تَرَ إِلَى الَّذِينَ بَدَّلُواْ نِعْمَةَ اللّهِ كُفْرًا وَأَحَلُّواْ قَوْمَهُمْ دَارَ الْبَوَارِ
    "Allahın nemətini küfrə dəyişən və öz qövmünü bədbəxtlik evinə aparan kəsləri gördünmü?”
    Ayə 29:
    جَهَنَّمَ يَصْلَوْنَهَا وَبِئْسَ الْقَرَارُ
    "(Onlar) cəhənnəmə daxil olarlar. (Cəhənnəm) necə də pis məkandır.”
    Nöqtələr
    "Bəvar” dedikdə fəlakətə aparan rövnəqçilik və kasadçılıq nəzərdə tutulur.
    Kafirlər və müşriklər Allahın böyük nemətlərini küfrə dəyişdilər: Tövhid neməti əvəzində şirki seçdilər, pak fitrəti qoyub babalarının azğın yoluna üz tutdular, xurafatı ilahi vəhydən üstün tutdular, səmavi rəhbər nemətinə qarşı nankorluq göstərdilər və zalım qüvvələrə tabe oldular.
    Çoxsaylı rəvayətlərdə oxuyuruq: Şiə imamları buyurmuşlar: "And olsun Allaha, "dəyişdirilmiş nemətlər” bizim vücudumuzdur. İnsanlar bizi boşlayıb, başqa rəhbərlərin sorağına getdilər.”
    Bu ayəyə oxşar başqa ayələr də var.
    Bildirişlər
    1. Allahın nemətlərini və ayələrini istənilən bir şəkildə dəyişmək və təhrif etmək küfrdür.
    2. Azğın rəhbərlər bütün cəmiyyəti bədbəxtliyə aparır, xalqı cəhənnəmə sürükləyirlər.
    Ayə 30:
    وَجَعَلُواْ لِلّهِ أَندَادًا لِّيُضِلُّواْ عَن سَبِيلِهِ قُلْ تَمَتَّعُواْ فَإِنَّ مَصِيرَكُمْ إِلَى النَّارِ
    "(Azğın başçılar) Xalqı Allahın yolundan yayındırmaq üçün Ona şəriklər qoşdular. Kam alın, şübhəsiz, işinizin sonu oddur.”
    Nöqtələr
    Bəziləri varlıq aləminin yaranışında, bəziləri isə nemətlərə münasibətdə Allaha şərik qoşurlar. Onlar sağlamlıqlarını, elmlərini, güclərini, izzətlərini, var-dövlətlərini öz hünərlərinin bəhrəsi sayırlar. Amma tezliklə anlayırlar ki, azğınlığa düçar olublar.
    Bildirişlər
    1. Nemətə münasibətdə ən böyük nankorluq Allaha şərik qoşmaq və xalqı doğru yoldan azdırmaqdır.
    2. Bəzən şirkin mənbəyi zalım qüvvələr olur. Bəzən də bütlərin öz cazibəsi çaşqınlığa aparır.
    3. Allah bəzilərini özbaşına buraxır.
    4. Kafirlər dünyadan kam alsalar da, onların axirəti yoxdur.
    5. Hər rifah ilahi mərhəmət sayılmamalıdır. Bəzən rifah ilahi qəzəb üçün müqəddimə ola bilər.
    Ayə 31:
    قُل لِّعِبَادِيَ الَّذِينَ آمَنُواْ يُقِيمُواْ الصَّلاَةَ وَيُنفِقُواْ مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلانِيَةً مِّن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لاَّ بَيْعٌ فِيهِ وَلاَ خِلاَلٌ
    "(Ey peyğəmbər,) mənim iman gətirmiş bəndələrimə de ki, heç bir alış-verişin və dostluğun olmayacağı gün çatmamış namazı bərpa etsinlər, onlara verdiyim ruzidən gizlində və aşkarda infaq etsinlər.”
    Nöqtələr
    Aşkar infaq (yardım göstərmək) ətrafdakıların tərbiyəsi, başqalarının təşviqi və böhtandan yaxa qurtarmaq üçün təsirli amildir. Gizli infaq isə təkamül və xalislik amilidir. Amma bəzi təfsirçilər belə deyirlər: Aşkar infaq dedikdə, xüms və zəkat kimi vacib ödənclər nəzərdə tutulur. Məxfi infaq isə sədəqə kimi müstəhəb yardımlara aiddir.
    Həm aşkar, həm də gizli infaqın müsbət təsirləri olsa da, gizli infaq daha üstündür. Hazırkı ayədə gizli infaq ifadəsi öncə zikr olmuşdur.
    Bildirişlər
    1. Əmr vermək üçün öz şəxsiyyətinizi dəyərləndirin.
    Allaha bəndəlik möminlər üçün iftixar nişanıdır.
    2. Təkcə qəlb imanı bəs etmir, namaz, infaq və saleh əməl də lazımdır.
    3. İslam kompleks bir dindir. Allahla rabitə və məhrumlara yardım bir-biri üçün qəbul şərtidir.
    4. İnfaq təkcə mal-mülkə aid deyil. Nəyimiz varsa, ondan infaq etməliyik. (Elmimizdən, sərvətimizdən, şəxsiyyətimizdən və qüdrətimizdən.)
    5. İnfaq Allahın ruzi etdiyindən, yəni halal maldan olmalıdır.
    6. İnfaq bəzən gizli, bəzən aşkar həyata keçməlidir.
    7. Fürsətlərdən istifadə edin.
    8. Əgər ticarət fikrindəsinizsə, Allahla dünyada müamilə edin. Çünki Qiyamətdə heç bir alış-veriş yoxdur.
    9. Pul-para, partiya mənsubiyyəti ilə Qiyamət əzabından qurtarmaq olmaz.
    Ayə 32:
    اللّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَّكُمْ وَسَخَّرَ لَكُمُ الْفُلْكَ لِتَجْرِيَ فِي الْبَحْرِ بِأَمْرِهِ وَسَخَّرَ لَكُمُ الأَنْهَارَ
    "Göyləri və yeri yaradan, səmadan su nazil edən, onunla sizə ruzi üçün meyvələr yetişdirən, əmri ilə dənizdə hərəkət etməyiniz üçün gəmiləri sizə ram edən, çayları ixtiyarınızda qoyan Allahdır.”
    Nöqtələr
    Bu ayədə su məsələsinə üç baxımdan yanaşılmışdır:
    a) Yağış suyu: Bu su bitkilərin suvarılması vasitəsi, onların həyat qaynağı, havanın təmizlənmə və dəyişmə səbəbidir.
    b) Dəniz suyu: Bu su dəniz heyvanlarının həyatını təmin edir, ən üstün və ucuz nəqliyyat vasitəsi olan gəmilərin hərəkət vasitəsidir, od və yağışın mənbəsidir.
    v) Çay suyu: Bu su vasitəsi ilə susuz məntəqələrə su çatdırılır.
    Allah ötən ayədə namaz və infaq məsələsinə toxundu. Bu ayədə isə buyurulur ki, Allah sizə hər şey verib, nə üçün infaqda süstlük göstərirsiniz?
    "Təsxir” dedikdə həm günəş və ay kimi mənbələrdən bəhrələnmə, həm də gəmi və çayların ram edilməsi, insanın onlara hakimliyi kimi kamil hakimiyyət mənası nəzərdə tutulur.
    Bildirişlər
    1. Allahın nemətlərini tanımaq ən üstün Allahşünaslıq yoludur. Bu yol ümumi dərketmə, eşq, stimul, ibadətlə müşayiət olunur.
    2. Allahın bütün nemətləri arasında su ən mühüm nemətlərdəndir.
    3. Varlıq aləmi insan üçün yaradılmışdır.
    4. Maddi vasitələrin rolu olsa da bütün amillər Allahın əmrinə tabedir.
    5. İnsan təbiətə hakimdir.
    Ayə 33:
    وَسَخَّر لَكُمُ الشَّمْسَ وَالْقَمَرَ دَآئِبَينِ وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ
    "(Allah) daim hərəkətdə olan günəş və ayı, eləcə də, gecə və gündüzü sizin üçün ram etdi.”
    Nöqtələr
    "Dəb” sözündən olan "daibəyn” sözü "sabit” adət mənasını bildirir. Məraği öz təfsirində bildirir ki, "daibəyn” daim hərəkətdə olma mənasını ifadə edir.
    Günəş daim hərəkətdə olan enerji mənbəyidir. Bu mənbə insanın yaratdığı enerji mənbələrindən fərqli olaraq yanacaq çatışmazlığından və ya təmir üçün dayanmır. Əgər günəş bir an olmasa, yer üzü hansı hala düşər? Bəşəriyyətin, bitki aləminin, heyvanların həyatını günəşsiz təsəvvür etmək mümkünsüzdür. İşıq və istilikdən məhrum olmuş təbiət çox böyük müsibətlərlə üzləşə bilər.
    Buludlar, günəş, ay durmadan işdə,
    Oyan, səninçündür atılan addım.
    Yaranmış mütidir haqqın sözünə,
    İnsafmı asi tək çəkilsin adın?!
    Bildirişlər
    1. Təkcə yer və onun nemətləri yox, hətta səma və səma cisimləri onun ehtiyaclarına münasib yaradılmışdır.
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 147 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017