İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1684
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jazesinomo
  • Seadet
  • HozardbiT
  • ClyzePrisy
  • ZatrickLus
  • El_qarie
  • TrenzhoUth
  • NathazDrymn
  • Broscype
  • BranzonHut
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 51, 52, 53:
    وَنَبِّئْهُمْ عَن ضَيْفِ إِ بْراَهِيمَ إِذْ دَخَلُواْ عَلَيْهِ فَقَالُواْ سَلامًا قَالَ إِنَّا مِنكُمْ وَجِلُونَ قَالُواْ لاَ تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلامٍ عَلِيمٍ
    "Onlara İbrahimin qonaqları haqqında xəbər ver. Onun yanına gəlib salam verdikləri vaxt İbrahim dedi: "Həqiqətən, biz sizdən qorxuruq.” Dedilər: "Qorxma, biz səni bilikli olan oğul övladla müjdələyirik.”
    Ayə 54:
    قَالَ أَبَشَّرْتُمُونِي عَلَى أَن مَّسَّنِيَ الْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ
    «İbrahim dedi: "Qocalıq gəlib çatdığı vaxt mənə belə bir müjdəmi verirsiniz?” Gör nə ilə müjdə verirsiniz?!»
    Ayə 55:
    قَالُواْ بَشَّرْنَاكَ بِالْحَقِّ فَلاَ تَكُن مِّنَ الْقَانِطِينَ
    «(Qonaqlar) dedilər: "Biz səni haqq olaraq müjdələyirik. Ümidini itirənlərdən olma.”»
    Ayə 56:
    قَالَ وَمَن يَقْنَطُ مِن رَّحْمَةِ رَبِّهِ إِلاَّ الضَّآلُّونَ
    «(İbrahim) dedi: "Azğınlardan savay Rəbbinin rəhmətindən kim məyus olar?!”»
    Nöqtələr
    Allahın rəhmət və qəzəb nümunələrindən biri həzrət İbrahimin qonaqlarının əhvalatıdır. Mələklər bir yandan onu oğlu olacağı ilə müjdələyir, digər tərəfdən Lut qövmünün həlak olacağını xəbər verirlər.
    "Zəyfi” dedikdə həm bir, həm də bir neçə qonaq nəzərdə tutula bilər.
    Allah-təala bir dəfə həzrət İbrahimə kənizindən (Hacərdən) bir oğlan övlad verdi. Onun adı İsmail qoyuldu. Hazır müjdə isə İbrahimin Sara adlı arvadı ilə bağlıdır. Allah Saradan İbrahimə İshaqı verdi. Ayələrdə İsmailin həlimliyi, İshaqın elmi önə çəkilir.
    Bildirişlər
    1.Tarixin acı və şirin hadisələrindən ibrət götürək. (Tarixlərin ən üstünü peyğəmbərlərin həyatı, tarixi ən gözəl nəql edənlər isə peyğəmbərlər özləridirlər.)
    2. Mələklər bəzən Allahın iradəsi ilə insan şəklinə düşür və təmasda ola bilirlər.
    3. Salam vermək tarix boyu ilahi bir ədəb olmuşdur.
    4. Peyğəmbərlərin elm və biliyi məhduddur və Allahın izni ilə şərtlənir. (Həzrət İbrahim qonaqlarını görəndə əvvəlcə tanımayıb qorxdu.)
    5. Acı xəbərləri şirin xəbərlərlə yanaşı bəyan edək. (İmam Baqirin (ə) buyruğuna əsasən, Lut qövmünün həlak olma xəbərinin acılığı övlad xəbərinin şirinliyi ilə aradan götürüldü.)
    6. Allahın qüdrətinə təəccübün tövhid inancı ilə ziddiyyəti yoxdur. (Hazırkı ayələrdə həzrət İbrahimin, "Hud” surəsində onun zövcəsi Saranın təəccübü qeyd olunur.)
    7. Təhlükə və hadisə baş verməmiş xəbərdarlıq lazımdır.
    8. Peyğəmbərlər ilahi ədəblə tərbiyələndirilirlər.
    9. Peyğəmbərlərin isməti ilə ilahi xəbərdarlıq arasında ziddiyyət yoxdur.
    10. Allahın qadağası bəzən xilaf əməlin baş verməsini göstərmir. Qadağada məqsəd israf işin qarşısının alınması da ola bilər.
    11. Ümidsizlik dərdini Allahın rəhmət və rübubiyyətini yada salmaqla müalicə edək.
    12. Allahın elminə, qüdrətinə və rəhmətinə əmin olanlar heç vaxt ümidlərini üzmürlər. (Namazda həzər qıldığımız yolunu azmışların bir dəstəsi də ümidsizlərdir.)
    Ayə 57:
    قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ
    "Sonra İbrahim dedi: "Ey (ilahi) elçiləri, sizin işiniz nədir?”
    Ayə 58:
    قَالُواْ إِنَّا أُرْسِلْنَا إِلَى قَوْمٍ مُّجْرِمِينَ
    "Dedilər: "Biz günahkar bir qövmə doğru göndərilmişik (onları həlak etməliyik).”
    Bildirişlər
    1. Mələklər öz vəzifələrini yerinə yetirməmişdən öncə ilahi rəhbəri xəbərdar edirdilər.
    2. Mələklər Allahın məmurlarıdırlar. Onlar möminlərə dua edir , günahkrlara Allahın qəhr-qəzəbini gətirirlər.
    3. Mərtəbələr silsiləsinə riayət olunmalıdır. Məsələ Lut qövmünə aid olsa da, mələklər öncə həzrət İbrahimə, sonra həzrət Luta məlumat verdilər, çünki həzrət Lut həzrət İbrahimin hakimiyyəti altında idi.
    4. Günahkarlara təkcə axirətdə cəza verilmir.
    5. Günah hamını əhatə etdikdə və tövbə qılınmadıqda Allahın qəhr-qəzəbi labüddür.
    6. Həyatın acı və şirin hadisələri bir-birinə qatışmışdır. (Öncə övlad müjdəsi verildi, sonra Lut qövmünün həlak olacağı bildirildi.)
    Ayə 59:
    إِلاَّ آلَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمْ أَجْمَعِينَ
    "Yalnız Lut ailəsi istisnadır. Biz hökmən onların hamısını fəlakətdən xilas edərik.”
    Ayə 60:
    إِلاَّ امْرَأَتَهُ قَدَّرْنَا إِنَّهَا لَمِنَ الْغَابِرِينَ
    "Yalnız (Lutun) zövcəsi istisnadır. Biz təqdir etmişik ki, o, (əzabda) qalanlardan olsun.”
    Ayə 61, 62:
    فَلَمَّا جَاء آلَ لُوطٍ الْمُرْسَلُونَ قَالَ إِنَّكُمْ قَوْمٌ مُّنكَرُونَ
    "Elə ki, (ilahi) mələklər Lut ailəsinin sorağına gəldilər, (Lut) dedi: "Siz tanış olmayan bir qövmsünüz.”
    Nöqtələr
    "Ğabir” sözünün cəm forması olan "ğabirin” sözü (geridə) qalmış mənasını bildirir. Torpaqdan qalmış hissə (toz) "qubar” adlanır.
    Həzrət İbrahim və həzrət Lut mələklərlə ilk görüşdə onları tanımadılar. Bu mələklər xoş çöhrəli gənclər qiyafəsində həzrət Luta qonaq olmuşdular. Həzrət Lut cəmiyyətdəki fəsad səbəbindən bu sayaq qonaqlara görə nigaran oldu.
    Bildirişlər
    1. Peyğəmbərlərin həqiqi ardıcılları dünya cəzalarından da sığortalanmışlar.
    2. Həzrət Lutun zövcəsinin onunla müxalifəti insanın iradə azadlığına yetərli dəlil ola bilər. Bəli, insan mühitin hökmü altında deyil.
    3. İqtisadi asılılıq ideoloji mədəniyyət asılığı üçün əsas deyil. (Lutun arvadı Lutun çörəyini yeyir və onun düşüncəsinin əksinə çıxırdı.)
    4. Peyğəmbər məktəbində əsas məsələ bağlılıq yox, ləyaqətdir. Göründüyü kimi, Lutun arvadı da Allahın qəzəbinə gəldi. (Ailə bağlılıqları ilahi hədəflərin icrasına mane olmamalıdır.)
    5. Ailə işlərində müvəffəqiyyət ictimai işlərdə müvəffəqiyyət şərti deyil. (Lutun arvadı evdə ona müxalif idisə, bayırda Lutu qəbul edənlər vardı.)
    6. Peyğəmbərlərin də ailə həyatında nakamlıqlar olub.
    7. İlahi insanların hesabı onların ailəsindəki ləyaqətsiz fərdlərin hesabından ayrıdır.
    8. Allahın qəhr-qəzəbi və əzabının hesabı və proqramı var.
    9. Günahkarların cəzalandırılması ilə bağlı ilahi qanun yaxınla uzağa, qadınla kişiyə, tanınmışla tanınmamışa fərq qoymur.
    10. Qeyb elmi peyğəmbərin öz əlində deyil. (Həzrət Lut mələkləri tanımadı.)
    Ayə 63, 64:
    قَالُواْ بَلْ جِئْنَاكَ بِمَا كَانُواْ فِيهِ يَمْتَرُونَ وَأَتَيْنَاكَ بَالْحَقِّ وَإِنَّا لَصَادِقُونَ
    «(Mələklər) dedilər: "Əslində biz sənə onların şübhə etdiklərini gətirmişik. Biz haqq olaraq sənin yanına gəlmişik və şübhəsiz, doğru danışanlardanıq.”»
    Ayə 65:
    فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِّنَ اللَّيْلِ وَاتَّبِعْ أَدْبَارَهُمْ وَلاَ يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ وَامْضُواْ حَيْثُ تُؤْمَرُونَ
    "Gecənin bir vaxtı ailəni hərəkət etdir və özün onların arxasınca get. Heç biriniz (arxaya) baxmayın, əmr olunan yerə gedin.”
    Ayə 66:
    وَقَضَيْنَا إِلَيْهِ ذَلِكَ الأَمْرَ أَنَّ دَابِرَ هَؤُلاء مَقْطُوعٌ مُّصْبِحِينَ
    "Bu qəti əmri Luta çatdırdıq: Sübh çağı bu qrupun kökü kəsilər.”
    Nöqtələr
    Quranda dəfələrlə bəyan olunur ki, kafirlər ilahi əzabın tezləşməsi istəyi ilə peyğəmbərə müraciət edirdilər. Onlar bütün xəbərdarlıqları zarafat sayır, Allahın istər dünya, istər axirətdə əzab verəcəyinə şübhə ilə yanaşırdılar. Allah bu ayələrdə bəyan edir ki, kafirlərin şübhə etdikləri qəhr-qəzəb hökmən gələcək.
    "Qətə” sözünün cəm forması olan "qitin” sözü "gecənin ötüb keçmiş əsas hissəsi” mənasını bildirir.
    Bildirişlər
    1. Allahın xəbərdarlıq və hədələrini zarafat saymayın.
    2. İlahi cəzalar haqq-ədalətə və günahkarların əməlinə əsaslanır.
    3. Kafirlərin qəflətindən möminlərin qurtuluşu üçün istifadə edin.
    4. Döyüş və hicrət zamanı rəhbər xalqın ən zəif hissəsi ilə yanaşı hərəkət etməlidir ki, mömin dəstədən geri qalmasın, düşmən dəstəyə isə qoşulmasın.
    5. Qəti, ciddi və irəliyə doğru hərəkət etmək lazımdır.
    6. Peyğəmbərlər Allahın nəzəri və göstərişi altında hərəkət etmişlər.
    7. Mühüm hadisələr zamını Allahın lütfü köməyə ləhzə-ləhzə gəlir.
    8. Allah kafirləri həlak etməmiş peyğəmbərləri xəbərdar edir.
    9. Allah bir anda bir tayfa və dəstəni məhv etməyə qadirdir.
    Ayə 67:
    وَجَاء أَهْلُ الْمَدِينَةِ يَسْتَبْشِرُونَ
    "Şəhər əhli (Lutun qonaqlarına hücum üçün) şadlıq içində gəldi.”
    Ayə 68, 69:
    قَالَ إِنَّ هَؤُلاء ضَيْفِي فَلاَ تَفْضَحُونِ وَاتَّقُوا اللّهَ وَلاَ تُخْزُونِ
    "Lut dedi: "Həqiqətən, bunlar mənim qonaqlarımdır. Məni rüsvay etməyin. Allahdan qorxun və məni alçaltmayın.”
    Ayə 70:
    قَالُوا أَوَلَمْ نَنْهَكَ عَنِ الْعَالَمِينَ
    "(Günahkarlar) dedilər: "Məgər biz sənə xalqı (qorumağı, qonaq saxlamağı) qadağan etmədikmi?!”
    Nöqtələr
    Rəvayətdə nəql olunur ki, Lutun gözəl qonaqları haqqında günahkarlara onun arvadı xəbər verdi. Onlar çirkin məqsədlə Lutun evinə hücum etdilər. Amma Allah onları hər hansı pis addımdan öncə məhv etdi.
    Bildirişlər
    1. Pisliyə qadağa qoyarkən («nəhy əz münkər» zamanı) qəlbə yatan və insani sözlərdən istifadə edin.
    2. Abır-həyanın böyük dəyəri var.
    3. Qonağa hörmətsizlik ev sahibinə hörmətsizlikdir.
    4. Günahkar cəmiyyətdə günahkarlar özlərini haqlı sayır və iddiaçı oluralr edir.
    5. Günahkar cəmiyyətdə ilahi insanlar öz mal-mülklərini sərf etmək haqqına malik deyillər.
    Ayə 71:
    قَالَ هَؤُلاء بَنَاتِي إِن كُنتُمْ فَاعِلِينَ
    "(Lut) dedi: "Əgər sizin bir məqsədiniz varsa, onlar mənim qızlarımdır. (Onlarla evlənin və həmcinsbazlıqdan çəkinin.)”
    Nöqtələr
    Sual: Məgər Lut öz qızlarını kafirlərə ərə verə bilərdimi?
    Cavab: Ola bilsin ki, Lut qızlarını onlara ərə verməmişdən öncə onların iman gətirəcəyini nəzərdə tuturdu. Belə də ola bilər ki, həmin dövrdə kafirlərlə izdivac qadağan olmamışdır.
    Bildirişlər
    1. Günahdan çəkindirmək üçün öncə qanuni və halal yolları göstərin.
    2. Yaxşılığa əmr və pisliyə qadağada («əmr be məruf» və «nəhy əz münkərdə»), günahın qarşısını alanda özümüzdən maya qoyaq (qarşı tərəfin günahından çəkinməsi üçün şərait yaradaq).
    3. Peyğəmbər məktəbi ləzzətləri haram edib, istəkləri öldürmək yox, daxili meyilləri düzgün istiqamətdə yönəltmək məqsədindədir.
    Ayə 72:
    لَعَمْرُكَ إِنَّهُمْ لَفِي سَكْرَتِهِمْ يَعْمَهُونَ
    "(Ey peyğəmbər,) canına and olsun ki, onlar öz məstlikləri içində çaşıb qalmışdılar.”
    Ayə 73:
    فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُشْرِقِينَ
    "Beləcə, günəş doğan vaxt öldürücü səs onları bürüdü.”
    Ayə 74:
    فَجَعَلْنَا عَالِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِّن سِجِّيلٍ
    "Həmin şəhəri alt-üst etdik, başlarına bərk gil daşlar yağdırdıq.”
    Nöqtələr
    "Umr” və "əmr” sözləri eyni mənanı bildirir. Amma and içərkən "əmr” sözündən istifadə olunur.
    Quranda yalnız İslam Peyğəmbərinin (s) canına and içilmişdir. (Amma Məraği belə deyir: "Canına and olsun” təbiri Lutun canına and içmiş mələklərə aiddir.)
    "Əməh” sözündən olan "yəməhun” sözü heyrət, çaşqınlıq mənasını bildirir. "Muşriqin” dedikdə sübh işığına daxil olmaq nəzərdə tutulur.
    Daş yağdırılmasında məqsəd şəhər alt-üst olarkən canını qurtaranların və ya bütün şəhərin məhv edilməsi ola bilər.
    Bildirişlər
    1. Peyğəmbərin (s) canına and içmək olar.
    2. Günah və azğınlıq insanın ağıl və huşunu əlindən alıb, onu anlaqsız vəziyyətə sala bilər.
    3. Dünya məstliyini səmadan gələn səs aradan götürməlidir.
    4. Güclü səs bir şəhəri alt-üst edə bilər.
    5. Allah hər şeyə qadirdir. O, səmadan rəhmət yağışı yağdırdığı kimi, daş yağdırıb, əzab da nazil edə bilər.
    6. Səs, şəhərin alt-üst olması və daş yağdırılması həmcinsbazlıq (livat) günahı üçün nəzərdə tutulmuş üç növ əzabdır.
    Ayə 75:
    إِنَّ فِي ذَلِكَ لآيَاتٍ لِّلْمُتَوَسِّمِينَ
    "Həqiqətən, bu əhvalatda işarəni anlayanlar və itigözlər üçün aydın nişanələr var.”
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 170 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017