İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 1:
    أَتَى أَمْرُ اللّهِ فَلاَ تَسْتَعْجِلُوهُ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ
    "Allahın əmri gəldi (tezliklə gələcək). Belə isə ona tələsməyin. O, şərik qoşduğunuz hər şeydən pak və üstündür.”
    Ayə 2:
    يُنَزِّلُ الْمَلآئِكَةَ بِالْرُّوحِ مِنْ أَمْرِهِ عَلَى مَن يَشَاء مِنْ عِبَادِهِ أَنْ أَنذِرُواْ أَنَّهُ لاَ إِلَـهَ إِلاَّ أَنَاْ فَاتَّقُونِ
    "Allah mələkləri əmrindən olan vəhylə bəndələrindən istədiyi kəsə nazil edər: "Xalqa xəbərdarlıq edin ki, Məndən başqa məbud yoxdur, yalnız Məndən çəkinsinlər. (Əmrimə qarşı çıxmasınlar.)”
    Nöqtələr
    Ayənin əsas mövzusu kafirlərin ilahi qəhr-qəzəbə tələsməsi olsa da, "Allahın əmri tezliklə gələcək” cümləsi təkcə qəhr-qəzəb əmrinə yox, bütün ilahi fərmanlara aiddir. Cihad, imam Mehdinin (ə) zühur göstərişi, qiyamətin bərpa əmri uyğun əmrlərdəndir. Bütün bu işlərə münasibətdə tələsmək olmaz.
    "Ruh” Allahın yaxın mələklərindən biridir. Onun adı Quranda ayrıca, "məlaikə” sözü ilə yanaşı çəkilir. Amma ayədə iki söz arasında "vav” əvəzinə "ba” şəkilçisinin işlənməsindən məlum olur ki, bu ayədə "Ruh” dedikdə sözün lüğətdəki mənası nəzərdə tutulmuşdur. Nəzərdə tutulan halda ayə belə mənalandırıla bilər: "Allah mələkləri istədiyi bəndələrinə həyat vasitəsi ilə nazil edər.” Başqa bir ayədə "Ruh” dedikdə Quran nəzərdə tutulmuşdur.
    Bildirişlər
    1. Allahın əmrləri qətidir və ilahi qəhr-qəzəbin gerçəkləşməsi labüddür.
    2. Allah Öz vədlərinə əməl edir.
    3. Allahın işlərinə münasibətdə tələsməyin. Allahın işi hikmətə əsaslanır və öz vaxtında gerçəkləşəsidir.
    4. Vəhy mələyinin nazil olması, vəhy və onu qəbul edənin mahiyyəti Allahın iradəsindən xaricdə deyil.
    5. Risalət (peyğəmbərlik) qazanılmır, əta olunur. (İqtisabi yox, intisabidir.)
    Əlbəttə ki, Allah hikmət sahibidir və kimsəni boş yerə peyğəmbərlik məqamına qaldırmır.
    6. İlahi vəhyi qəbul etməyin ilkin şərti peyğəmbərlərin bəndəlik ruhu olmuşdur.
    7. Peyğəmbərlərin vəzifələri arasında xalqa xəbərdarlıq öndə gəlir.
    8. Əqidələrin əsası tövhid, saleh əməlin əsası təqvadır.
    9. Təqva və paklıq tövhid sayəsində məna kəsb edir.
    Ayə 3:
    خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ بِالْحَقِّ تَعَالَى عَمَّا يُشْرِكُونَ
    "O, göyləri və yeri haqq əsasında yaratdı. O, onların şərik qoşduqlarından üstündür.”
    Ayə 4:
    خَلَقَ الإِنسَانَ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ
    "O, insanı nütfədən yaratdı. O isə aşkar şəkildə (Allahla) düşmənçilik edir.”
    Nöqtələr
    Bu surənin 4-cü ayəsi "Yasin” surəsinin 77-78-ci ayələrinə oxşayır. Həmin ayələrdə deyilir ki, insan nütfədən yaradıldı, amma elə qürrələndi ki, Bizə qarşı düşmənçiliyə qalxdı və "bu çürümüş sümüklər yenidən necə diriləcək?” deyə etiraz etdi; o sanki öz ilkin yaranışını unutmuşdu.
    Digər ayələrdə, o cümlədən, "Mursəlat” surəsinin 20-ci ayəsində insanın yaradıldığı nütfə "alçaq su” kimi təbir olunur. Bəs necə olur ki, "alçaq su” "aşkar düşmənə” cevrilir?
    Bildirişlər
    1. Göylərin və yerin yaranışı boş yerə deyil, haqqa əsaslanır.
    2. Yaranışda hansı büt və ya məbud Allaha şərik ola bilər?!
    3. Şirklə mübarizə ciddi və davamlı olmalıdır.
    4. İnsan o qədər qürurlu və təkəbbürlüdür ki, Allahına qarşı düşmənçiliyə qalxır.
    Ayə 5:
    وَالأَنْعَامَ خَلَقَهَا لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَافِعُ وَمِنْهَا تَأْكُلُونَ
    "O, dördayaqlıları yaratdı. Onlar sizin üçün istilik və bəhrələnmə vasitəsidir, onlardan (ətindən və südündən) yeyirsiniz.”
    Ayə 6:
    وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ
    "Onları örüşdən gətirməyinizdə və örüşə aparmağınızda sizin üçün ləzzət var.”
    Nöqtələr
    "Təsrəhun” mal-qaranı otlağa, örüşə göndərmək mənasını bildirir. "Turihun” dedikdə isə mal-qaranın örüşdən geri qayıtması nəzərdə tutulur.
    Heyvanların insanlara bir çox faydaları var. Heyvanların südü və əti qida üçün, dərisi və yunu ayaqqabı və libas üçün, beli yük üçün, ayaqları şum üçün, ifrazatı gübrə üçün istifadə olunur. Heyvanlarda bir bu qədər bərəkət olduğu halda onlar insana olduqca az zəhmət verirlər.
    Rəvayətlərdə ən yaxşı iş kimi əkinçilik, ardınca heyvandarlıq göstərilir. Bir şərtlə ki, vaxtlı-vaxtında zəkat ödənsin, məhrumlar yaddan çıxarılmasın.
    Bildirişlər
    1. Dördayaqlılar insan üçün yaradılmışdır.
    2. Nemətlərə diqqət insanda yaradana eşq və bəndəlik ruhunu canlandırır.
    3. Vegetarianlıq (ətyeməzlik) dəyər deyil. Allah heyvanların əti ilə qidalanmanı onların faydalarından sayır.
    4. Cəmiyyətin rövnəqi onun istiqlalındadır, özünü təmin edə bilməsində, istehsal və heyvandarlığın genişlənməsindədir.
    5. Gözəllik və zinət fərd və cəmiyyətin təbii ehtiyaclarındandır.
    6. Cəmiyyətin gözəlliyi onun yerində saymasında yox, səy və hərəkətindədir. Fərdin yox, bütünlüklə cəmiyyətin hərəkəti mühümdür.
    7. Gözəllik qarını doyurmaqda yox, xalqın xidmətində dayanmaqdadır. Gözəllik başlı-başına buraxılmaqda yox, ağıllı çobanın nəzarəti altında olmaqdır.
    Ayə 7:
    وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَى بَلَدٍ لَّمْ تَكُونُواْ بَالِغِيهِ إِلاَّ بِشِقِّ الأَنفُسِ إِنَّ رَبَّكُمْ لَرَؤُوفٌ رَّحِيمٌ
    "Onlar sizin yüklərinizi ağır əziyyətsiz çatdıra bilməyəcəyiniz şəhərə daşıyırlar. Həqiqətən, sizin Rəbbiniz rəuf (rəfətli) və mehribandır.”
    Bildirişlər
    1. Dördayaqlılar təkcə insanı yox, onun yükünü də daşıyırlar.
    2. Dördayaqlılar nə qədər güclü olsalar da, Allahın qüdrəti ilə ram olmuşlar.
    3. Dördayaqlılar bəşəriyyət üçün rifah səbəbidir. (Bir nemətin dəyərini anlamaq üçün bir anlıq həmin nemətin olmamasını təsəvvür etmək lazımdır.)
    4. Allah bəşəriyyətə borclu deyil, bütün nemətləri öz lütf və mərhəməti əsasında əta edir.
    Ayə 8:
    وَالْخَيْلَ وَالْبِغَالَ وَالْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةً وَيَخْلُقُ مَا لاَ تَعْلَمُونَ
    "Atları, qatırları və ulaqları sizin süvar olmağınız və sizə zinət üçün yaratdı. O sizin bilmədiyiniz şeylər də yaradır.”
    Nöqtələr
    "Xəyl” sözü təkəbbür mənasını bildirir. Bu söz ayədə at mənasında işlədilmişdir. Sanki ata süvar olarkən böyüklük, təkəbbür hissi yaranır.
    "Biğal” sözü qatır mənasını bildirir. Qatır atla ulağın cütləşməsi nəticəsində yaranır. "Himar” sözünün cəm forması olan "həmir” sözü ulaqlar mənasında işlədilmişdir.
    Bildirişlər
    1. Yük və müsafir daşınması bəşəriyyətin ilkin ehtiyaclarındandır. Allah bu iş üçün heyvanlar xəlq etmişdir.
    2. Miniyə süvar olmaq rifah, asayiş, bir növ zinət sayılır.
    3. Zinət bəşəriyyətin fitri ehtiyaclarındandır.
    4. Minik öncə hərəkət, sonra zinət üçün nəzərdə tutulmalıdır. (Təəssüf ki, bəziləri yalnız dəbdəbə xatirinə nəqliyyat vasitəsi əldə edirlər.)
    5. Allah varlıq aləmində istədiyini edə bilir.
    6. Əslində bugünkü nəqliyyat vasitələri (avtomobil, qatar, təyyarə, gəmi) bəşəriyyətin yox, Allahın məxluqlarıdır.
    Ayə 9:
    وَعَلَى اللّهِ قَصْدُ السَّبِيلِ وَمِنْهَا جَآئِرٌ وَلَوْ شَاء لَهَدَاكُمْ أَجْمَعِينَ
    "Orta yol (doğru yolu göstərmək) Allahın öhdəsinədir. Əyri yollar da var. Allah istəsə hamınızı (məcburi şəkildə) doğru yola yönəldər. (Amma məcburi işin faydası yoxdur. Allahın sünnəsi, qanunu insanları azad buraxmaqdır.)
    Nöqtələr
    Xalqın tərbiyəsi və hidayəti Allahın Özü üçün vacib saydığı işlərdəndir.
    "Qəsd” dedikdə orta hədd nəzərdə tutulur. "Qəsdus-səbil” dedikdə isə orta, doğru yol mənası başa düşülür. Loğman öz oğluna orta yerişi tövsiyə edir.
    Bildirişlər
    1. Maddi nemətlərlə yanaşı ən mühüm mənəvi nemət olan hidayətə diqqət yetirək.
    2. Allah yalnız doğru yola yönəldir. Əyri yollar isə bizim öz seçimimizdir.
    3. Allah insanların məcburi surətdə iman gətirməsini istəmir. Əgər Allah istəsəydi, hamını məcburi şəkildə hidayət edərdi. Demək, xalqın bir hissəsinin yolunu azması Allahın iradəsi üzərində qələbə və ya Onun acizliyi sayılmamalıdır.
    4. Allah insanı yol seçimində azad buraxmışdır.
    Ayə 10:
    هُوَ الَّذِي أَنزَلَ مِنَ السَّمَاء مَاء لَّكُم مِّنْهُ شَرَابٌ وَمِنْهُ شَجَرٌ فِيهِ تُسِيمُونَ
    "Sizin üçün səmadan su endirən Odur, içdiyiniz Ondandır. (Heyvanlarınızı) otardığınız otlar da Ondandır.”
    Nöqtələr
    "İsamət” sözündən olan "tusimunə” sözü çəmənlikdə heyvanların otarılması mənasını bildirir. "Şəcər” sözünün ərəb dilində həm otlara, həm ağaclara, həm də kolluqlara aid olan ümumi mənası var. Məsələn, "Saffat” surəsinin 146-cı ayəsində balqabaq (boranı) haqqında danışılarkən "şəcərə” sözü işlədilmişdir.
    Bildirişlər
    1. Yağışın yağması təsadüfi deyil, Allahın iradəsi ilə gerçəkləşir.
    2. Yağış insanların bəhrələnməsi üçün nazil olur.
    3. Eyni bir sudan insan da, bitki də, heyvan da istifadə edir.
    Ayə 11:
    يُنبِتُ لَكُم بِهِ الزَّرْعَ وَالزَّيْتُونَ وَالنَّخِيلَ وَالأَعْنَابَ وَمِن كُلِّ الثَّمَرَاتِ إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ
    "Allah həmin su vasitəsi ilə sizin üçün əkinəcəklər, zeytun, xurma, üzüm və hər növ meyvə cücərdir. Həqiqətən, düşünən insanlar üçün bu işdə aşkar nişanələr var.”
    Nöqtələr
    Müxtəlif meyvələr və otlar sırasından Allah zeytun, xurma və üzümü yada salır. Mütəxəssislərin nəzərincə, insan orqanizmi üçün zeytun, xurma və üzüm qədər faydalı meyvə çox azdır. Quranın "Nur” surəsinin 35-ci ayəsində zeytun "mübarək ağac” kimi xatırlanır və onun yağına işarə olunur.
    Bildirişlər
    1. Cücərtmək əkinçinin yox, Allahın işidir.
    2. Müxtəlif növ otlar, ağaclar və meyvələr insan üçün yaradılmışdır.
    3. Məhsul və bəhrə dayanacaq yox, keçid, məqsəd yox, yol göstəricisidir.
    4. Görmək və bilmək bəs etmir, varlıq aləmi haqqında düşünmək zəruridir.
    Ayə 12:
    وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالْنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ وَالْنُّجُومُ مُسَخَّرَاتٌ بِأَمْرِهِ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ
    "O (Allah) gecə və gündüzü, günəş və ayı sizə xidmət və bəhrə vermək üçün qərarlaşdırdı. Ulduzlar Onun əmri ilə ram olmuşlar. Əlbəttə, bu işdə düşünən qrup üçün Onun qəti nişanələri var.”
    Nöqtələr
    Günəş və ayın tabe edilməsi dedikdə, insanların onlardan bəhrələnməsi nəzərdə tutulur. Əlbəttə ki, milçək yaratmaqda aciz olan insan günəş və ayı özünə tabe edə bilməz. Allah Öz lütfü ilə günəş və ayı bəşəriyyətin xidmətində qərar vermişdir.
    Bildirişlər
    1. İstər göy, istərsə də yer - bütün varlıq aləmi insan üçün yaradılmışdır.
    2. Varlıq aləmi Allahın tabeçiliyində və nəzarəti altındadır.
    3. Varlıq aləmindən Allahın əmri ilə bəhrələnmək olar.
    4. Varlıq nizamı tövhid sinfidir.
    5. Varlıq aləmindəki nizam yalnız düşüncə əhlinin inkişafı üçün səbəb olur. Darbaxış və adi insanlar bu nizamdan nəticə çıxara bilmirlər.
    Ayə 13:
    وَمَا ذَرَأَ لَكُمْ فِي الأَرْضِ مُخْتَلِفًا أَلْوَانُهُ إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَذَّكَّرُونَ
    "Yer üzündəki müxtəlif əlvanlıqları da sizin üçün yaratdı. Əlbəttə, bu yaranmışlarda öyüd götürənlər üçün ibrət və aydın nişanələr var.”
    Bildirişlər
    1. Allah müxtəlif rəngləri insan üçün yaratmışdır.
    2. Varlıq aləmindəki çeşidli rənglər Allahın qüdrət və hikmət nişanəsidir. Zavodun istehsal etdiyi malların çeşidinin çoxluğu onun istehsal gücünü göstərir.
    3. Rənglər arasındakı fərqlər fərdlərin və məhsulların bir-birindən seçilməsi üçün ilahi nemətdir.
    Ayə 14:
    وَهُوَ الَّذِي سَخَّرَ الْبَحْرَ لِتَأْكُلُواْ مِنْهُ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُواْ مِنْهُ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى الْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُواْ مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
    "Dənizdən təzə ət yeməyiniz, taxmaq üçün zinət şeyləri çıxarmağınız üçün onu sizə ram edən Allahdır. Dənizin sinəsini yarıb gəmilərin getdiyini görürsən. (Allah bu cür etdi ki,) Onu fəzl və lütfünü arayasınız və bəlkə, (bundan sonra) şükür edəsiniz.”
    Nöqtələr
    İnsanın həyatında dənizin mühüm rolu var. Dənizin suyu buxar, bulud və yağış qaynağıdır. Dənizin dibi insanı ən ləziz balıqlarla təmin edir, onun səthi ən ucuz nəqliyyat vasitəsidir. Bütün bunlar Allahın tədbir və qüdrəti sayəsində başa gəlir və insanın bu sahədə heç bir rolu yoxdur.
    "Məvaxir” dedikdə sağdan və soldan yarmaq mənası anlaşılır.
    Bildirişlər
    1. Dənizlər bütün əzəmət və coşqunluğu ilə ram edilmiş və insanın xidmətinə verilmişdir.
    2. Dəniz təzə və sağlam ətlə təmin edən ən mühüm mənbədir.
    3. Allah insanın təkcə su və qida kimi ilkin ehtiyaclarını yox, həm də zinət istəklərini belə təmin etmişdir.
    4. Dəniz ən üstün təbii zinətləri insana hədiyyə edir.
    5. Ümumi qanuna əsasən, haramlığına xüsusi dəlil olmayan dəniz heyvanı halal sayılır.
    6. Ətin təzəliyi də bir dəyərdir.
    7. İnsan çalışmalı olsa da, ruzi verən Allahdır.
    8. Ləzzətlər də məqsədli olmalıdır.
    Ayə 15:
    وَأَلْقَى فِي الأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ وَأَنْهَارًا وَسُبُلاً لَّعَلَّكُمْ تَهْتَدُونَ
    "Və yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrətməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (dünyəvi məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu).”
    Nöqtələr
    Dağlar yerin tarazlıqda və aram qalmasına kömək edir. "Məyd” dedikdə sağa-sola hərəkət və iztirab nəzərdə tutulur. "Ən təmidə bikum”, yəni sizin üçün aramlıq səbəbidir və yerin silkələnməsinin qarşısını alır. Həzrət Əli (ə) dağlar barəsində belə buyurur: "Allah yerin tərpənişini böyük dağlar və möhkəm daşlarla sabitləşdirdi.” Dağlar yerdə kök ataraq onun çatlarına yerimişdir.
    Yerin iztirabının möhkəm dağlara ehtiyacı olduğu kimi, yer üzü sakinlərinin iztirabının da möhkəm və ilahi insanlara ehtiyacı var. Belə insanlar cəmiyyət üçün aramlıq səbəbidir. Rəvayətlərdə deyilir: "Allah yer əhlini iztirabdan qurtarmaq üçün Peyğəmbər (s) Əhli-beytini yer üzündə sütun qərar vermişdir.”
    İnsanın həyatında dağların mühüm rolu var. Onların qoynunda toplanmış qar kütlələri yazda yağışlar üçün mənbə olur. Dağlar müxtəlif formaya malik olduqlarından müsafirlər üçün yol nişanı kimi istifadə edilir. Bir anlıq təsəvvür edin ki, bütün yer üzü hamardır!
    Bildirişlər
    1. Dağlar kor-koranə təsadüf yox, hikmətli tədbir məhsuludur.
    2. Dağlar sabit və möhkəm olduğundan yeri və onun sakinlərini iztirabdan qoruya bilir. (Bəli, cəmiyyəti yalnız sabitqədəm və möhkəm şəxs iztirabdan qurtara bilər.)
    3. Dağların qoynundakı enişlər suyun çaylarda axımına səbəb olur.
    4. Dağlar ilk baxışdan yol üstə maneə kimi görünsə də, əslində yol göstəricisidir.
    5. Dağlar həm zahiri, həm də mənəvi hidayət səbəbidir.
    (Dağlar biyabanlarda ən yaxşı yol göstəricisi, eləcə də, allahşünaslıq və Allahın əzəmətinə diqqət yoludur.)
    Ayə 16:
    وَعَلامَاتٍ وَبِالنَّجْمِ هُمْ يَهْتَدُونَ
    «Digər nişanələr (qərar verildi) və onlar ulduzlar vasitəsi ilə yol taparlar.»
    Nöqtələr
    Düzənliklərdə hərəkət və yolu tapmaq üçün əlamətlərə ehtiyac var. Allah bu ayədə gündüz və gecə yol göstərən iki əlamətə işarə edir.
    Təkcə düzənlikdə yol tapmaq üçün yox, həm də haqqı batildən seçmək üçün əlamətlərə ehtiyacımız var. İslam Peyğəmbəri (s) özündən sonra əlamətlər qeyd etdi. Tərəddüddə qalan insanlar bu əlamətlərə nəzər salmaqla haqqı tanımalıydılar. Bu əlamətlərdən birincisi həzrət Zəhradır (s). İslam Peyğəmbəri (s) qızı Zəhra (Fatimə) (s) haqqında buyurur: "Onun razılığı mənim razılığım, onun qəzəbi mənim qəzəbimdir.” Həzrət Peyğəmbərin (s) təqdim etdiyi digər bir əlamət Əbuzər Qəffaridir. İslam Peyğəmbəri (s) onun haqqında buyurur: "Səmanın kölgə saldığı ən doğru şəxs Əbuzərdir.” Əbuzərin kimi himayə etməsinə diqqətli olmalıyıq. Bu böyük insanı kim sürgün etdi? Digər bir əlamət Əmmar Yasirdir. Həzrət Peyğəmbər (s) buyurur: "Əmmarın qatili azğın qrupdur.” Xalq şahid oldu ki, Əmmar Siffeyn döyüşündə Müaviyə qoşunu tərəfindən öldürüldü. Peyğəmbərdən (s) sonra haqqın ən aşkar əlaməti imam Hüseyn (ə) olmuşdur. Həzrət Peyğəmbər (s) Hüseyn (ə) haqqında buyurur: "Hüseyn məndəndir, mən də Hüseyndən.” İmam Sadiq (ə) buyurur: "Biz əlamətlərik.”
    Ulduzlar da qibləni müəyyənləşdirmək üçün vasitədir. Heç bir əlamət olmayan dənizlərdə və səhralarda ən yaxşı əlamət ulduzlardır.
    Bildirişlər
    1. Necə ola bilər ki, insanların dünyəvi baxımdan hidayəti (doğru yola yönəldilməsi) üçün əlamətlər müəyyənləşdirən Allah onların mənəvi hidayətinə diqqət yetirməsin?
    2. İslam nücum, ulduzşünaslıq elminə diqqət ayırır.
    Ayə 17:
    أَفَمَن يَخْلُقُ كَمَن لاَّ يَخْلُقُ أَفَلا تَذَكَّرُونَ
    "Məgər yaradan yaratmayan kimidir? Yoxsa öyrənmir, öyüd götürmürsünüz?”
    Nöqtələr
    "Nəhl” surəsinin hazırkı ayəyədək beş ayəsində ilahi nemətlər sadalanır. Bu ayədə ümumi bir nəticə əldə olunur və sual şəklində bəyan olunur ki, yaradan kəs yaratmaq qüdrəti olmayan bütlər və zalım qüvvələr kimi ola bilərmi? Hansı əsasla Allahın yox, uydurma məbudların sorağınca gedirsiniz?
    Bildirişlər
    1. Təbliğ prosesində cüzi məsələlərdən başlanılmalı, sonradan külli məsələlərə keçilməlidir. Əvvəlcə nümunələri bəyan edin, sonra ümumi nəticə çıxarın. Yalnız on beş ayədə Allahın nemətləri yada salındıqdan sonra Onun misilsiz Yaradan olması önə çəkilir.
    2. Təbliğ zamanı qarşı tərəfin vicdanını mühakiməyə çəkin, ağıl və fitrətini oyadın.
    3. Ağıl və vəhy bir-birinə uyğundur. Quran nə bəyan edirsə, ağıl onu bəyan edir.
    4. Yaranış başa çatmamışdır, davam etməkdədir.
    5. Bütün insanların daxilində allahşünaslıq və allahpərəstlik var. Bu meylləri oyatmaq üçün yalnız xatırlatmaq lazımdır.
    Ayə 18:
    وَإِن تَعُدُّواْ نِعْمَةَ اللّهِ لاَ تُحْصُوهَا إِنَّ اللّهَ لَغَفُورٌ رَّحِيمٌ
    "Allahın nemətlərini saymaq istəsəniz saya bilməzsiniz. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
    Nöqtələr
    "İbrahim” surəsinin 33-cü ayəsi də bu ayənin oxşarıdır. Amma bu ayənin sonu "Həqiqətən, Allah bağışlayan və mehribandır” cümləsi ilə bitirsə, nəzərə çatdırılan ayə "Həqiqətən, insan zalım və nankordur” cümləsi ilə başa çatır. Bəli, nemət Allahın lütf və rəhmət nişanəsidir. Amma insan nankorluq göstərir, özünə və cəmiyyətə zülm edir.
    Allahın nemətlərini sayıb qurtarmaq mümkünsüz olsa da, bu nemətləri xatırlamaq lazımdır. "Zuha” surəsinin 11-ci ayəsində buyurulur: "Rəbbinin sənə olan nemətlərindən danış.” Nemətlərin xatırlanması "Əminullah” ziyarətnaməsində də qeyd olunur.
    Əgər insan ilahi nemətləri saymaqda gücsüzdürsə, təbii ki, bu nemətlərin şükrünü yerinə yetirməkdə daha çox acizdir.
    Əlindən, dilindən gələn qədəri
    Şükr qıl, düşünmə yoxdur əsəri.
    Bəndə təqsirini ərz etsə Haqqa,
    Əlbət ki, mərhəmət gələr sorağa.
    Şübhəsiz, Allaha layiqli qədər,
    Şükr üçün kimsədə tapılmaz təpər.
    Bildirişlər
    1. İlahi nemətləri sayıb qurtarmaq olmaz.
    2. Bildiyinizə görə şükür edin, bilmədiyinizə görə Allah keçər.
    Ayə 19:
    وَاللّهُ يَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ
    "Allah sizin gizlətdiklərinizi və aşkarladıqlarınızı bilir.”
    Bildirişlər
    1. Allahın elmi istər aşkar, istər gizli – bütün işləri əhatə edir.
    2. Əgər Allahın bizim bütün işlərimizdən xəbərdar olduğunu bilsək, təqva yolunu seçərik.
    3. Allah bizim niyyət və məqsədlərimizdən də xəbərdardır.
    Ayə 20:
    وَالَّذِينَ يَدْعُونَ مِن دُونِ اللّهِ لاَ يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ
    "Allahın əvəzində çağırdıqları kəslər heç nə yaratmamışlar və özləri də yaradılmışlar.”
    Ayə 21:
    أَمْواتٌ غَيْرُ أَحْيَاء وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ
    "Onlar diri yox, ölüdürlər və nə vaxt ayağa qaldırılacaqlarını bilmirlər.”
    Nöqtələr
    Bütpərəstlər bütləri insan şəklində düzəltdiklərindən onları şüur sahibi sayırdılar. Ona görə də Allah bu ayədə bütləri diri və şüurlu mövcudlara münasibətdə olduğu kimi ölülər adlandırır.
    Cahil üçün məsələni təkrarlamaq lazımdır. Bu məqsədlə "yaratmamışlar” sözü ilə yanaşı "yaradılmışlar”, "ölüdürlər” sözü ilə yanaşı "diri deyildirlər” sözləri zikr olunmuşdur.
    Bildirişlər
    1. Bütlərin nə qüdrəti, nə həyatı, nə elmi, nə də şüuru var. (Hansı ki, elm, qüdrət və həyat pərəstiş şərtidir.)
    2. Qeyri-ilahi məbudlar hər nədirsə də ölüdürlər.
    3. Qiyamətdə hətta bütlər də səhnəyə gətirilər.
    Ayə 22:
    إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَالَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٌ وَهُم مُّسْتَكْبِرُونَ
    "Sizin məbudunuz yeganə məbuddur. Axirətə imanı olmayanların qəlbləri yana çevrilmişdir və onlar təkəbbür əhlidirlər.”
    Nöqtələr
    Ötən ayələrdə qeyri-ilahi məbudların yarada bilməməsi və bixəbərliyi qeyd olundu. Bu ayədə isə deyilir ki, sizin həqiqi məbudunuz bir olan Allahdır.
    "Kibr” dedikdə özünü böyük bilmək nəzərdə tutulur. "Təkəbbür” isə kibr təsirlərinə əməl etməkdir. İnsanın hansısa vasitələrlə öz böyüklüyünü sübuta yetirmək istəməsi "istikbar” sözü ilə ifadə olunur.
    Rəvayətlərdə deyilir ki, imam Hüseyn (ə) yoxsulların yanından keçərkən onlar təam yeyirdilər. Onlar həzrəti süfrəyə dəvət etdilər. İmam (ə) onlarla yanaşı əyləşdi və təamlarından dadıb buyurdu: "Allah təkəbbürlüləri sevmir.”
    Bildirişlər
    1. Ölümdən sonrakı həyatı – məadı inkar etmək əslində yaranışı inkar etməkdir. Tövhid və məad bir-birinə bağlı prinsiplərdir.
    2. Küfrün qaynağı cəhalət yox, kibrdir. Nəzərdə tutulan - həqiqətdən xəbərsizlik yox, həqiqətin inkarıdır.
    3. Axirətə iman təkəbbür və istikbarı aradan qaldırır.
    Ayə 23:
    لاَ جَرَمَ أَنَّ اللّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ إِنَّهُ لاَ يُحِبُّ الْمُسْتَكْبِرِينَ
    "Şübhəsiz, Allah onların gizlətdiklərini və aşkarladıqlarını bilir. Həqiqətən, O, təkəbbürlüləri sevmir.”
    Nöqtələr
    "Cərm” dedikdə meyvəni ağacdan kəsmək və ya qoparmaq nəzərdə tutulur. "Lə cərəmə”, yəni məsələ qətidir və şübhə yeri yoxdur.
    Bu ayə kafirləri hədələyir ki, Allah onların işlərindən agahdır. Eləcə də, möminlərə müjdə verilir ki, Allah onların düşmənlərinin vəziyyətindən agahdır və onları cəzalandırmağa qadirdir.
    Ayə 24:
    وَإِذَا قِيلَ لَهُم مَّاذَا أَنزَلَ رَبُّكُمْ قَالُواْ أَسَاطِيرُ الأَوَّلِينَ
    "Onlardan "Rəbbiniz nə nazil edib?” soruşulduqda "keçmişlərin əfsanələridir” deyə cavab verərlər.”
    Nöqtələr
    "Əsatir” sözü ya "usturə” sözünün cəm forması olub hekayə və xurafat əfsanə mənasını bildirir, ya da "əstar” sözünün cəm forması olub əsas nüsxənin surətinin sətirləri mənasını bildirir. Bu söz Quranda 9 dəfə kafirlərin dilindən nəql olunmuşdur. Bütün hallarda "əvvəlin” sözü ilə yanaşı işlənmişdir. Yəni "bu sözlər təzə deyil və əvvəlkilərin quramalarıdır.”
    Bugünkü sosioloqların da bəziləri dini cəhalət və xurafatdan qaynaqlanmış cərəyan sayırlar. Bu söz həm də həqiqi dinin üsulunda yer tapmış və həqiqi dinlə heç bir əlaqəsi olmayan xurafatlara işarə ola bilər.
    Bildirişlər
    1. Peyğəmbərlərin və səmavi kitabların göndərilməsi xalqın hidayət və tərbiyəsi ilə bağlı Allahın rübubiyyət şənindəndir.
    2. Təkəbbürlü insanların xasiyyəti qarşı tərəfi təhqir etməkdir. Onlar bəzən əqidə məktəbini, bəzən rəhbəri, bəzən də bütöv bir ümməti təhqir edirlər.
    3 Quranın müəyyən bir hissəsi əhvalatlardan ibarət olsa da, bunlar kitab nazil olan xalqın tanımadığı qövmlər və peyğəmbərlər haqqındadır. Bu sayaq əsaslı məlumatları keçmişlərin uydurması saymağa əsas nədir?!
    Ayə 25:
    لِيَحْمِلُواْ أَوْزَارَهُمْ كَامِلَةً يَوْمَ الْقِيَامَةِ وَمِنْ أَوْزَارِ الَّذِينَ يُضِلُّونَهُم بِغَيْرِ عِلْمٍ أَلاَ سَاء مَا يَزِرُونَ
    "Onlar qiyamət günü həm öz günah yüklərini bütünlüklə, həm də bilmədən yoldan çıxardıqlarının günah yükünün bir hissəsini çiyinlərinə almalıdırlar. Bilin ki, necə də pis bir yük götürürlər.”
    Nöqtələr
    Bu ayədə dünya həyatında yalan təbliğatla xalqı doğru yoldan azdıran küfr başçılarına aiddir. Çünki onlar qiyamətdə həm öz küfrlərinin günahını, həm də yoldan çıxardıqlarının günahını çiyinlərinə alarlar. Rəvayətdə oxuyuruq: Əyri yol qoyan kəs bütün azanların cəzasına şərikdir. Yaxşı yol qoyan kəs isə bu yolu gedənlərin mükafatına öz payından bir şey azaldılmadan şərik olar.
    Bildirişlər
    1. Küfr və zillət rəhbərlərinin günahında heç bir güzəşt olmaz.
    2. Başqalarını günaha dəvət edən insan onların cəzasına da şərikdir.
    3. Küfr başçıları öz günah paylarını bütünlüklə, öz ardıcıllarının günah payının isə bir hissəsini öhdələrinə götürərlər.
    4. Bir çox azğınlıqların səbəbi cəhalətdir. Düşmən xalqın cəhalətindən istifadə edib, xalqı doğru yoldan azdırır.
    5. Günah yükdür, özü də çox pis bir yük.
    Ayə 26:
    قَدْ مَكَرَ الَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَى اللّهُ بُنْيَانَهُم مِّنَ الْقَوَاعِدِ فَخَرَّ عَلَيْهِمُ السَّقْفُ مِن فَوْقِهِمْ وَأَتَاهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لاَ يَشْعُرُونَ
    "Həqiqətən, onlardan əvvəlkilər hiylə qurdular. Allahın qəhr-qəzəbi onların binalarının sütunları sorağına gəldi. Başlarının üzərindəki dam uçub töküldü və ilahi əzab gözləmədikləri yerdən yetişdi.”
    Nöqtələr
    Bu ayə həm fitnəkarlara xəbərdarlıq, həm də Peyğəmbərə (s) təsəllidir.
    Bildirişlər
    1. Haqq yolda daim qurğular qurulmuşdur.
    2. Dinin bünövrəsi təhlükədə olduqda Allah Özü işə qarışır.
    3. Din və məzhəb müxalifləri bilsinlər ki, onlar Allahla qarşı-qarşıya durmuşlar.
    4. Harada dinin bünövrəsi təhlükədədirsə (ötən ayələrdə kafirlər vəhyi əsatir sayırdılar), müxaliflərlə bünövrəli rəftar edilməlidir.
    5. Düşmənlə səthi yox, fundamental mübarizə aparılmalıdır ki, onların bütün ideoloji təşkilatları aradan götürülsün.
    6. Allahın cəzaları təkcə axirətə aid deyil.
    7. Bəzən insanın canını qorumalı olan möhkəm bina onun üçün gora çevrilir.
    8. Allahın qəhr-qəzəbinin zaman və məkanını öncədən müəyyənləşdirmək mümkünsüzdür.
    Ayə 27:
    ثُمَّ يَوْمَ الْقِيَامَةِ يُخْزِيهِمْ وَيَقُولُ أَيْنَ شُرَكَآئِيَ الَّذِينَ كُنتُمْ تُشَاقُّونَ فِيهِمْ قَالَ الَّذِينَ أُوتُواْ الْعِلْمَ إِنَّ الْخِزْيَ الْيَوْمَ وَالْسُّوءَ عَلَى الْكَافِرِينَ
    "Allah qiyamət günü onları xar və rüsvay edəcək. O buyurar: "Haqqında höcətləşdiyiniz şəriklərim haradadır?” Alimlər deyər: "Həqiqətən, bu gün zillət və rüsvayçılıq kafirlər üçündür.”
    Nöqtələr
    Quran baxımından elm və cəhalət bilmək və bilməməkdən daha geniş mənaya malikdir. Bir insan oxuyub-yazmağı bacarmasa da, elm və həqiqət əsasında düşünüb hərəkət edirsə, o, əsl alimdir. Əksinə, bütün elmlərdən xəbərdar olan bir şəxs yanlış əməl edirsə, o, əsl cahildir. Şirk və bütpərəstlik düşüncəsi cəhalət nişanəsidir. Necə ki, Lut qövmünün çirkin əməllərinin kökü cəhalət sayılır. Bu ayədə "Utul-ilmə” dedikdə küfr və şirkə qarşı dayanmış elm adamları nəzərdə tutulur. Yəni həqiqi elm insanı tövhid və imana çatdırır.
    Bildirişlər
    1. Günahkarlar əsasən qiyamətdə cəzalandırılırlar. Dünyadakı bədbəxtlik onların axirət bədbəxtliyinin müqəddiməsidir.
    2. Dünyada möminləri xar sayanlar özləri qiyamətdə xar olar.
    3. Dünyada kimin ardınca gedirsənsə, qiyamətdə də bu ardıcıllığın cavabını verməlisən.
    4. Qiyamət mühakiməsində müşriklərin deməyə sözləri yoxdur.
    5. İnsanı iman və saleh əmələ aparan həqiqi elm Allahın hədiyyəsidir.
    Ayə 28:
    الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلائِكَةُ ظَالِمِي أَنفُسِهِمْ فَأَلْقَوُاْ السَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِن سُوءٍ بَلَى إِنَّ اللّهَ عَلِيمٌ بِمَا كُنتُمْ تَعْمَلُونَ
    "Mələklər özlərinə sitəm qılanların canlarını aldıqda onlar itaətlə baş əyər (aldadaraq deyərlər:) "Biz heç bir pis iş görməmişik.” Elə deyil! Şübhəsiz, Allah gördüyünüz işlərdən agahdır.”
    Ayə 29:
    فَادْخُلُواْ أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا فَلَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ
    "Əbədi qalacağınız cəhənnəmin qapılarından daxil olun. Həqiqətən, təkəbbürlülərin yeri necə də pisdir.”
    Nöqtələr
    Mələklər kafirlərin canlarını alarkən onlar həm İslamı qəbul, həm də öz çirkin keçmişlərini inkar edirlər. Amma nə həmin imanın, nə də həmin inkarın faydası var. Çünki hər iki iş məcburiyyət üzündən edilir. Allah onların işlərindən agahdır.
    Bildirişlər
    1. Ölüm yoxluq yox, ruhun cisimdən ayrılmasıdır.
    2. İşi vasitə ilə həyata keçirmək Allahın sünnəsi, qanunudur.
    3. Küfr və şirk şəxsin öz insanlığına zülmüdür.
    4. İnsan bir gün məcbur qalaraq təslim olur.
    5. Canvermə məqamı mömin və kafir üçün həssas bir məqamdır.
    6. Cəhənnəmin müxtəlif qapıları var, hər günahkar bir qapıdan daxil olur.
    7. Küfrün kökü təkəbbür ruhiyyəsidir.
    Ayə 30:
    وَقِيلَ لِلَّذِينَ اتَّقَوْاْ مَاذَا أَنزَلَ رَبُّكُمْ قَالُواْ خَيْرًا لِّلَّذِينَ أَحْسَنُواْ فِي هَذِهِ الدُّنْيَا حَسَنَةٌ وَلَدَارُ الآخِرَةِ خَيْرٌ وَلَنِعْمَ دَارُ الْمُتَّقِينَ
    "Müttəqilərə deyilir: "Rəbbiniz nə nazil edib?” Deyərlər: "Xeyir (nazil etmişdir).” Yaxşılıq edənlər üçün dünyada yaxşılıq var. Şübhəsiz, axirət evi daha üstündür. Pəhrizkarların yeri necə də yaxşıdır!”
    Nöqtələr
    İlkin İslam dövründə Məkkəyə gələnlər Quran və Peyğəmbərin (s) adını eşidib, "Rəbbiniz nə nazil edib?” deyə soruşardılar. Müşriklər onlara "Bu, keçmişlərin əsatiridir” deyərdilər. Möminlər isə Allahdan xeyir nazil olduğunu bildirərdilər.
    Duada Allahdan yaxşılıq istəyən insan özü saleh əməl sahibi olmalıdır.
    Bildirişlər
    1. Həqiqi mühakimənin pak ruh və pəhrizkarlığa ehtiyacı var.
    2. Quran bir kəlmə ilə tanıtdırılır. ("Xeyir” xoşbəxtliyin qaynağıdır. Yüz söz əvəzinə bir söz!) Quran xeyir və yaxşılığa dəvət edir.
    3. Xeyir əməl sahibləri hər iki dünyada xeyirə çatar.
    4. İlahi mükafat insanın əməllərinə münasib olur.
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 1001 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024