İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 61:
    وَلَوْ يُؤَاخِذُ اللّهُ النَّاسَ بِظُلْمِهِم مَّا تَرَكَ عَلَيْهَا مِن دَآبَّةٍ وَلَكِن يُؤَخِّرُهُمْ إلَى أَجَلٍ مُّسَمًّى فَإِذَا جَاء أَجَلُهُمْ لاَ يَسْتَأْخِرُونَ سَاعَةً وَلاَ يَسْتَقْدِمُونَ
    "Əgər Allah insanları etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlı qalmazdı. Amma onların cəzasını müəyyən vaxtadək təxirə salar. Elə ki, əcəlləri çatdı, onu bir saat sonraya ata bilməz, bir saat irəli çəkə bilməzlər.”
    Nöqtələr
    Ümumi qanunçuluğa əsasən əzab təxirə salınırsa da, bəzən Allah başqalarına ibrət olsun deyə sitəmkarları cəzalandırır. Lut, Nuh və Səmud qövmünün başına gələnlər buna misal ola bilər.
    Sual: Nə üçün ayədə insanın günahına görə bütün canlıların məhv olunması bildirilir?
    Cavab: Ayədəki "dabbə” sözü ya təkcə insana aiddir, ya da insan nəslinin məhvi ilə bütün canlıların məhvi nəzərdə tutulur. Çünki bütün digər canlılar insana xatir yaradılmışdır.
    İmamdan soruşurlar ki, nə üçün bəzi ölülərin gözü açıq, bəzilərininki bağlı olur? Həzrət buyurur: "Çünki əcəl gələndə gözləri açıq olanlar onu bağlamağa, gözləri bağlı olanlar da onu açmağa fürsət tapmırlar.”
    Bəzi zülmlərin təhlükəsi və təsiri çox böyükdür və bütün canlı aləm üçün qorxuludur. Quranda buyurulur: "Qorxun o günahlardan ki, onun ağrısı yalnız sitəmkarları bürüməz.”
    Bildirişlər
    1. İlahi cəza öz zülmümüzdən qaynaqlanır.
    2. Zülm-sitəm ev yıxandır və bəşər nəslinin varlığını hədələyir.
    3. Möhlət vermək və cəzanı təxirə salmaq Allahın sünnəsi, qanunudur.
    Allahın işində təxir olsa da, ləğv yoxdur. İlahi əzabın gec-tezi var, amma ləğv olunmaz.
    4. Allahın möhlətinin sonu var.
    5. Allah Öz lütfü əsasında insanların tövbəsi üçün möhlət verir. Bu möhlət sizi qürrələndirməsin.
    6. Sitəmkarların azad buraxılması onların haqlı olduğunu göstərmir.
    7. Əcəl dəyişməzdir.
    Ayə 62:
    وَيَجْعَلُونَ لِلّهِ مَا يَكْرَهُونَ وَتَصِفُ أَلْسِنَتُهُمُ الْكَذِبَ أَنَّ لَهُمُ الْحُسْنَى لاَ جَرَمَ أَنَّ لَهُمُ الْنَّارَ وَأَنَّهُم مُّفْرَطُونَ
    "Müşriklər özləri üçün bəyənmədiklərini Allaha aid edirlər. Yalan olaraq deyirlər ki, ən gözəl olanlar onlar üçündür. Həqiqətən, onlar üçün olan oddur və onlar (oda doğru) öncüldürlər.”
    Nöqtələr
    Bu ayə bir neçə ayə öncə bəyan olunmuş xurafi təfəkkürə işarə edir. Qız övladı özləri üçün əskik sayan müşriklər mələkləri Allahın qızları sayırdılar. Onlar oğlan övladı iftixar hesab edir və onu qızdan üstün nemət kimi tanıtdırırdılar.
    Bildirişlər
    1. Özümüz üçün bəyənmədiyimiz şeyləri Allaha aid etməyək.
    2. İnsan bəzən xəyala o qədər uyur ki, özünü başqalarından üstün sayır. Ona elə gəlir ki, onu başqalarının aqibətindən xoş aqibət gözləyir. Bu sayaq fərdlər başqa ayələrdə də tanıtdırılır.
    Ayə 63:
    تَاللّهِ لَقَدْ أَرْسَلْنَا إِلَى أُمَمٍ مِّن قَبْلِكَ فَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَهُوَ وَلِيُّهُمُ الْيَوْمَ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
    "And olsun Allaha, həqiqətən, Biz səndən qabaq da ümmətlərə peyğəmbərlər göndərdik. Şeytan onların (müşriklərin) əməllərini onlara gözəl göstərdi. (Şeytan) bu gün də onların hamisidir. Onlar üçün dərdli əzab var.”
    Nöqtələr
    Ayə İslam Peyğəmbərinə (s) təsəlli verir ki, xalqın diqqətsizliyi və arxa çevirməsi onu narahat etməsin. Çünki bütün peyğəmbərlər bu sayaq fərdlərlə üzləşmişlər.
    Bildirişlər
    1. Tarix və keçmiş qövmlərlə tanışlıq səbir və dözüm amilidir, ibrət dərsidir.
    2. Allah Öz adına and içir.
    3. Peyğəmbərlərin besəti ilahi bir cərəyan, sünnə olmuşdur.
    4. Çirkinlikləri gözəl göstərmək, azğınlıqlara don geyindirmək şeytanın nüfuz yoludur.
    5. Şeytanın yaratdığı görüntüləri qəbul etmək ona itaətin müqəddiməsidir.
    6. Şeytanın hakimiyyəti bir anlıq deyil. O hər gün hakimiyyət dairəsini genişləndirməyə çalışır.
    7. Şeytanın hakimiyyəti yalnız dünyaya aiddir və qiyamətdə onun əlindən bir iş gəlmir.
    Ayə 64:
    وَمَا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ إِلاَّ لِتُبَيِّنَ لَهُمُ الَّذِي اخْتَلَفُواْ فِيهِ وَهُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ
    "Biz sənə yalnız ixtilafda olduqları məsələləri onlara aydınlaşdırmağın üçün Kitab nazil etdik. Bu Kitab iman gətirən qövm üçün hidayət və rəhmət səbəbidir.”
    Bildirişlər
    1. Quranın nazil olmasında məqsəd haqqı batildən ayırmaqdır.
    2. İxtilafların səbəbi Peyğəmbər (s) göstərişlərindən uzaqlıqdır.
    3. Allah peyğəmbərlər vasitəsi ilə höccəti tamamlayır, bəhanələri kəsir.
    4. Quran həm haqla batil arasında mühakimə kitabı, həm tərbiyə vasitəsi, həm də ilahi rəhmət əldə etmək vasitəsidir.
    5. İlahi hidayət və rəhmət əldə etmək üçün insan özündə səadət zəmini yaratmalıdır.
    Ayə 65:
    وَاللّهُ أَنزَلَ مِنَ الْسَّمَاء مَاء فَأَحْيَا بِهِ الأَرْضَ بَعْدَ مَوْتِهَا إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَسْمَعُونَ
    "Allah səmadan su nazil etdi, onun vasitəsi ilə ölmüş torpağı diriltdi. Əlbəttə bunda eşidənlər üçün aydın nişanələr var.”
    Nöqtələr
    Ötən ayədə qəlblərin oyanış səbəbi olan kitabın nazil olması haqqında danışıldı. Bu ayədə torpağın oyanış səbəbi olan yağışın nazil olması qeyd edilir.
    Bildirişlər
    1. Təbiət hadisələri təsadüfi deyil, Allahın iradəsi əsasında gerçəkləşir.
    2. Torpaq da insan kimi ölür, dirilir.
    3. İlahi proqramlar adi və təbii vasitələrlə həyata keçir.
    4. Su torpağın və torpaqda olanların həyat qaynağıdır.
    5. Allahın təbiətdə idarəçiliyi tövhid məktəbidir.
    6. Ən üstün allahşünaslıq yolu ilahi ayələri dinləmək və öyüd götürməkdir.
    Ayə 66:
    وَإِنَّ لَكُمْ فِي الأَنْعَامِ لَعِبْرَةً نُّسْقِيكُم مِّمَّا فِي بُطُونِهِ مِن بَيْنِ فَرْثٍ وَدَمٍ لَّبَنًا خَالِصًا سَآئِغًا لِلشَّارِبِينَ
    "Şübhəsiz, dördayaqlılarda (davarda) sizin üçün ibrət var. Biz sizi onların içində olan həzm olmuş qida ilə qan arasındakı, içmək üçün dadlı südlə sirab edirik.”
    Nöqtələr
    Allah yalnız səma qatları arasından həyat səbəbi olan su yox, həm də heyvanların daxilindən həyat səbəbi olan süd çıxarır.
    "Fərs” dedikdə həzm olunmuş qida nəzərdə tutulur. "İbrət” dedikdə cəhalətdən çıxmaq vasitəsi başa düşülür.
    "Ənam” sözü cəm formada olsa da, "butunihi” sözü tək halda işlədilmişdir. Çünki bütün dördayaqlılar yox, onlardan bir vahidi nəzərdə tutulur.
    Süd həm su, həm də qida yerinə işlədilən kamil bir qidadır. Bu nemət bədənin bütün ehtiyaclarını ödəyir. Rəvayətdə oxuyuruq ki, süd əqli artırır, zehni gücləndirir, gözlərə işıq verir, qəlbi qüvvətləndirir, beli bərkidir, yaddaşsızlığı azaldır.
    Dördayaqlılar insanın təkcə maddi ehtiyaclarını yox, həm də bir sıra mənəvi ehtiyaclarını ödəyir.
    Necə ola bilər ki, otdan süd çıxaran Allah qiyamətdə torpaqdan insanı çıxara bilməyə?! Necə ola bilər ki, qanla həzm olmuş qida arasından xalis süd hasil edən Allah saleh əməli qeyri-saleh əməldən seçə bilməyə?!
    Otun südə çevrilməsi üçün dördayaqlının orqanizmində ayırıcı, mikroböldürücü, təhlükəli maddələri zərərsizləşdirici, şirinləşdirici, qızdırıcı, yağlayıcı, rəngləyici qurğulara ehtiyac var. Necə ola bilər ki, neftayırma zavodunun mühəndisə ehtiyacı olsun, amma süd istehsal edən qurğunun yaradana ehtiyacı olmasın?!
    Müxlis insan o insandır ki, eniş-yoxuşlardan, ictimai-siyasi cərəyanlardan, müxtəlif dostlar arasından keçdikdə onların rəngini götürməsin.
    Hər hansı halal içkini dadlı edən onun saflığıdır. Su istənilən bir qatqıdan təmiz olduqda içməli olur.
    Su təkcə insan üçün yox, bütün canlılar üçün tamlı olmalıdır.
    Müasir dünyada belə bir faktla rastlaşırıq ki, özünü sivil adlandıran ölkələr istifadə vaxtı ötmüş ərzaqları yoxsul ölkələrə göndərirlər.
    Südün insan tərəfindən istifadəsi onu göstərir ki, heyvanı xəlq edib onun daxilində süd qərar verən kəs elə bizi də yaradan və ehtiyaclarımızı bilən kəsdir.
    Həzrət Əli (ə) "Nəhcül-bəlağə”nin 25-ci məktubunda zəkat toplayan məsula belə yazır: "Zəkat toplamağa gedəndə bəzi qaydalara əməl etməlisən. O cümlədən: heyvanın döşündə balası üçün bir qədər süd saxlamalı, heyvanı balasından ayırmamalı, yolda yorğun heyvana istirahət verməli, heyvanı otdan-sudan məhrum qoymamalısan.”
    Heyvanı kötəkləmək, uzun dırnaqlı barmaqlarla sağmaq, heyvandan həddindən artıq istifadə etmək, heyvana zülm etmək qadağandır. Quranda oxuyuruq ki, həzrət Süleyman - cin və ins onun hökmü altında olan bu əzəmətli şəxs - heyvanlara mərhəmət göstərər, mübarək əlini onların boynuna və ayağına çəkərmiş.”
    Bildirişlər
    1. Heyvanda süd istehsalı sistemi, bu südün həzm olmuş qida ilə qan arasından xaric olması insan üçün ibrət dərsidir.
    Ayə 67:
    وَمِن ثَمَرَاتِ النَّخِيلِ وَالأَعْنَابِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَعْقِلُونَ
    "Siz xurma və üzüm ağaclarının meyvəsindən həm içki, həm də gözəl ruzi hazırlayırsınız. Əlbəttə, bu işdə düşünən qövm üçün aydın nişanələr var.”
    Nöqtələr
    "Sukr” dedikdə ağılın itirilməsi nəzərdə tutulur. "Səkər” isə "sukr” üçün mənşədir.
    Ötən iki ayədə su və süd kimi iki təbii içkidən danışıldı. Bu ayədə meyvələrdən alınan içkilərə işarə olunur. Nə qədər ki, insan dünyanın işinə qatılmayıb, su və süd kimi lətif içkilər hasil olur. Elə ki, insan işə qatıldı, bəzən gözəl ruzi, bəzən isə fəsad törədən məstedici şərab hazırlanır.
    Bildirişlər
    1. Məstlik gətirən istənilən bir şey gözəl ruzi sayılmır.
    2. Allah nə yaratmışsa gözəl yaratmışdır. Allahın yaratdıqlarından yaxşı və pis yolda istifadə etmək isə bizə aiddir.
    3. Meyvələrin yaranışında diqqəti Allaha yönəldən nişanələr var: Meyvələrin rəngi, dadı, xüsusiyyətləri, qısamüddətli və uzunmüddətli faydaları, tərkibləri, insanın ehtiyaclarını ödəməsi, tədarük həddi, tədarük məhəlli ilə sakinləri arasındakı nisbət, insanın bu nemətləri əldə etməsi, bu nemətlərin əldə olunmasında istifadə edilən vasitələr.
    Ayə 68:
    وَأَوْحَى رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ
    "Rəbbin bal arısına vəhy etdi ki, bəzi dağlarda, ağaclarda və insanların tikdiyi örtülü yerlərdə yuva qur.”
    Nöqtələr
    "Vəhy” dedikdə sürətli, məxfi işarə və ötürmə nəzərdə tutulur. Vəhy sözü həm peyğəmbərlərə olan ilahi vəhyə, həm də müəyyən meyillərə işarədir. Hazırkı ayəni buna misal göstərmək olar. İlahi ilham mənasındakı vəhyə "Qəsəs” surəsinin 7-ci ayəsini misal göstərmək olar: "Allah Musanın anasına ilham etdi.” "Ənam” surəsinin 121-ci ayəsində də vəhy ilham mənasında işlədilmişdir. Həmin ayədə söhbət şeytanın vəsvəsələrindən gedir.
    Bildirişlər
    1. Heyvanlardakı səy, hərəkət və məskən seçmələri onların daxillərində Allah tərəfindən qoyulmuş meyl əsasındadır.
    2. Ən yaxşı bal dağlıq ərazilərdəki arıların balıdır. Bu bal dağ çiçəkləri və otlarından çəkilir. (Arı yuvalarının kənarında yerləşdirilən şəkərdən çəkilən bal – bal keyfiyyətlərinə malik deyildir.)
    Ayə 69:
    ثُمَّ كُلِي مِن كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلاً يَخْرُجُ مِن بُطُونِهَا شَرَابٌ مُّخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاء لِلنَّاسِ إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ
    "Sonra bütün meyvələrdən ye, Rəbbinin yolunu mütiliklə adla. Onların (arıların) qarınlarından insanlar üçün şəfa olan rəngarəng maye çıxır. Əlbəttə, bunda (bal arısının həyatında) düşünən insanlar üçün ibrət var.”
    Nöqtələr
    Ötən ayələrdə və bu ayədə Allah canlılardan alınan həyati əhəmiyyətə malik iki mayeni yada saldı: süd və bal.
    Ötən iki ayədə insanların meyvələrdən içki hazırladığı bildirildi. Heyvan isə meyvələrdən şəfaverici bal hazırlayır.
    Allahın məqsədli və hikmətli nizamında qəflət və işsizlik mənfurdur. Ona görə də Quran harada yeməkdən danışırsa, bu bəyanın kənarında hansısa məsuliyyəti qeyd edir. O cümlədən: "yeyin və layiqli iş görün”, "yeyin və başqalarını da yedirdin”, "yeyin və Allaha şükür edin”, "yeyin və israf etməyin”.
    Bu ayədə də Allah bal arasına yemək göstərişi verir. Amma bu göstəriş də hansısa məqsəd və məsuliyyətlə müşayiət olunur.
    Allahın övliyaları alçaqlıqlardan çəkinib, ucalıqları seçən "nəhl” kimidir. Onlar ilahi maarifdən istifadə edir, Rəbbinin yolunu mütiliklə izləyirlər. Onların nəfəslərindən hikmət və mənəvi şirinlik xaric olur.
    Bildirişlər
    1. Heyvanlar ilahi göstərişlər əsasında hərəkət edirlər. Onların hərəkəti daxili meyillər formasında müşahidə olunur.
    2. Bal müxtəlif meyvələrin cövhəridir.
    3. Heyvanların təkcə məskən və qida seçimi yox, bütün işləri Allah tərəfindən müəyyənləşdirilmişdir.
    4. Heyvanların Allah tərəfindən müəyyənləşdirilmiş hərəkəti müti hərəkətdir.
    5. Kiçik arının orqanizmində bal hazırlayan müəssisənin mövcudluğu yaranış möcüzəsidir.
    6. Təbii bal müxtəlif rənglərdə olur. (Balın ağ, sarı və qırmızı rəngdə olmasının səbəbi çiçəklərin rəngarəngliyi ola bilər.)
    7. Otlarda və güllərdə müalicə xüsusiyyətləri var. Bal vasitəsi ilə bir çox dərdlərə şəfa tapılır. (Əlbəttə ki, bal müəyyən dərdlərin şəfasıdır. Çünki ayədə "şifaun” sözü qeyri-müəyyən formada işlənmişdir.)
    8. Arı kimi kiçik bir varlığın yuva qurması, mum hazırlaması, bal hazırlaması, eyni zamanda zəhər hazırlaması Allahın qüdrət nişanələrindəndir.
    9. Bütün dərslər və ibrətlər düşüncə əhli üçündür. Bir ömür baldan istifadə etdiyi halda bu barədə bir neçə dəqiqə düşünməyənlər var.
    Ayə 70:
    وَاللّهُ خَلَقَكُمْ ثُمَّ يَتَوَفَّاكُمْ وَمِنكُم مَّن يُرَدُّ إِلَى أَرْذَلِ الْعُمُرِ لِكَيْ لاَ يَعْلَمَ بَعْدَ عِلْمٍ شَيْئًا إِنَّ اللّهَ عَلِيمٌ قَدِيرٌ
    "Allah sizi yaratdı, sonra canınızı alar. Sizdən bəziləri ömrün ən alçaq dövrünə (qocalığa) qaytarılar. Belə ki, bildikdən sonra (bir çox məsələləri unudar və) bir şey bilməz. Əlbəttə, Allah bilən və qüdrətlidir.”
    Nöqtələr
    "Rəzil” sözündən olan "ərzəl” sözü alçaq və dəyərsiz mənasını bildirir. İnsan ömrünün ən alçaq dövrü zəiflik və yaddaşsızlığın zirvə həddinə çatdığı dövrdür.
    Qocalıq dövründə yaddaşsızlıq adi insanlara aiddir. Allahın həzrət Nuh, həzrət Mehdi (ə) kimi övliyaları ömür boyu məsuliyyət daşımışlar. Onlarda heç vaxt qəflət, süstlük və yaddaşsızlıq görünməmişdir.
    Bildirişlər
    1. Ölüm və həyat Onun əlindədir.
    2. Ömrün agahlıqla müşayiət olunan hissəsi faydalı və dəyərlidir. Yaddaşsızlıq və qəflət dolu ömür dəyərsizdir.
    3. Uzun ömür hamı üçün nəzərdə tutulmayıb.
    4. İnsanda qüdrət və zəiflik, elm və cəhalət, agahlıq və qəflət arası baş verən dəyişikliklər Allahın tədbir və elmi əsasındadır.
    Ayə 71:
    وَاللّهُ فَضَّلَ بَعْضَكُمْ عَلَى بَعْضٍ فِي الْرِّزْقِ فَمَا الَّذِينَ فُضِّلُواْ بِرَآدِّي رِزْقِهِمْ عَلَى مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَهُمْ فِيهِ سَوَاء أَفَبِنِعْمَةِ اللّهِ يَجْحَدُونَ
    "Allah ruzi baxımından sizlərdən bəzisini digərlərindən üstün etmişdir. Üstün edilənlər öz ruzilərini tabeçiliklərində olanlara verməzlər ki, hamı bərabər olsun. Yoxsa Allahın nemətini inkar edirsiniz?”
    Nöqtələr
    Bəzi rəftarların müxtəlif hallarda fərqli təsirləri var. Məsələn, başqalarına mərhəmət bəyənilmiş işdir. Amma bəzən şairin təbirincə:
    İti dişli qurda olunan hörmət
    Qoyunlara qarşı böyük cinayət.
    Bəzilərinə elm öyrətmək sərxoş insanın əlinə bıçaq vermək kimidir. Ədalətli rəftar hər yerdə, hamıya münasibətdə bir dəyərdir və ədalətə riayət olunması heç vaxt pis sayılmır. Amma bütün xalqın istedad və şərait baxımdan eyni dərəcədə müəyyənləşməsi ədalət deyil. Əgər bütün insanlar nemətlərdən eyni dərəcədə bəhrələnsəydilər, işə təyinat, qarşılıqlı yardım və həmkarlıq kimi ictimai zərurətlər aradan götürülərdi. Quran "Zuxruf” surəsinin 32-ci ayəsində buyurur: "İnsanlardan bəzisini bəzilərindən üstün etdik ki, biri o birini işə götürsün.”
    Ruziyə münasibətdə insanlar arasındakı fərq Allahın hikmətli proqramlarındandır. Bütün insanlar eyni dərəcədə bəhrələnsəydilər, mənəvi kamilliklər üzə çıxmazdı. Məsələn, səxavət, səbir, isar, himayə, şəfqət, təvazö və bu kimi başqa səciyyələr yalnız insanlar arasında fərq olduqda ortaya çıxır.
    Ayə başqa şəkildə də mənalandırıla bilər: varlı insanların öz imkanlarını tabeçiliklərində olanlarla bölüşməməsi xəsislik ünvanında tənqid olunur. Ayədə belə bir məna da nəzərdə tutula bilər ki, bəzi nemətləri başqaları ilə bölüşmək mümkünsüzdür. Məsələn, insan öz gözəlliyini, ağlını, yetkinliyini, sevimliliyini, nüfuzlu danışığını başqaları ilə necə bölüşsün?! Bütün bu fərqlər təkamül rəmzidir və Allahın nemətlərindən biridir.
    Bəzən insan zülm, haqqı tapdamaq, istismar yolu ilə kama çatır. İslam bu sayaq gəlirləri haram sayır. Bəzən isə ruzi Allahın lütfü olaraq halal yolla artır. Məsələn, iki nəfər şəxs balıqçılıqla məşğuldur. Onlardan birinin toruna yüzlərlə, o birinə isə bir neçə balıq düşür. Belə məqamda varlılıqla yoxsulluq Allah tərəfindən müəyyənləşir. Məqsəd varlını var, yoxsulu yoxsulluq vasitəsi ilə sınağa çəkib onların istedadlarını üzə çıxarmaqdır. Bu işdə heç bir mənfi yönüm yoxdur. Ayədə bu sayaq hallar nəzərdə tutula bilər.
    Əbuzər nəql edir ki, həzrət Peyğəmbər (s) buyurdu: "Öz qullarınıza münasibətdə bərabərliyi gözləyin. Onlar sizin qardaşlarınızdır. Öz geyindiyinizdən onlara geyindirin, öz yediyinizdən onlara yedirin.”
    Rəvayətdə oxuyuruq: "Bəziləri var-dövlət, bəziləri isə yoxsulluq vasitəsi ilə islah olur. Buna görə də hikmət sahibi olan Allahın iradəsinə razı olun.”
    Bildirişlər
    1. Ruzi təkcə zirəklikdən asılı deyil.
    2. İnsan öz imkanlarını tabeçiliyində olanlarla bölüşmək istəmir. Bəs nə üçün daşı, ağacı Allaha şərik qərar verir?
    3. Başqalarına biganəlik, onlara yardımdan imtina nankorluqdur.
    Ayə 72:
    وَاللّهُ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا وَجَعَلَ لَكُم مِّنْ أَزْوَاجِكُم بَنِينَ وَحَفَدَةً وَرَزَقَكُم مِّنَ الطَّيِّبَاتِ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَتِ اللّهِ هُمْ يَكْفُرُونَ
    "Allah sizin üçün öz cinsinizdən zövcələr qərar verdi. Zövcələrinizdən sizin üçün övladlar ərsəyə gətirdi. Pak şeylərdən sizə ruzi verdi. Yoxsa batilə inanır, Allahın nemətlərini inkar edirlər?”
    Nöqtələr
    Təbərinin təfsirində oxuyuruq ki, "həfədə” dedikdə kürəkən, övlad, nəvə, hətta xidmətçi və arvadın başqa ərdən olan övladı nəzərdə tutula bilər. "Əl-Mizan” təfsirində deyilir ki, "həfədə” "hafid” sözünün cəm forması olub, əməldə sürət mənasını bildirir. Övladlar öz valideynlərinin köməyinə tələsdiyindən onlara "həfədə” deyilmişdir.
    Sual: Nə üçün bu ayədə qız övladlar qeyd olunmur?
    Cavab: "Bənun” dedikdə həm oğlan, həm də qız övladlar nəzərdə tutula bilər. Qız övladlar "təyyibat” sözü ilə də xatırlana bilər. Çünki "Nur” surəsinin 26-cı ayəsində məhz bu söz qadın cinsinə işarədir. Qız nəvəyə "həfədə” sözü ilə işarə olunduğundan qız övladların ayrıca zikr olunması da mümkündür.
    Bildirişlər
    1. Zövcə və övlad ilahi nemətlərdəndir. (Zövcə aramlıq, övlad isə ümid səbəbidir).
    2. Ərlə arvad arasındakı bağlılıq ilahi lütf və hikmətlərdəndir.
    3. İzdivac hikmətli bir ilahi proqramdır.
    4. Allah həm mənəvi, həm də maddi ehtiyacları təmin edir.
    5. Ruzinin xoşagəlimli olması Allahın hikmətli lütflərindəndir.
    6. İzdivacı tərk etmək, doğuşun qarşısını almaq, halalları haram etmək batilə meyl və nankorluqdur.
    7. Zövcə və halal ruzi olan yerdə zina və haram yemək nankorluqdur.
    8. İnsanda özündən xatirə qoymaq meyli var.
    9. Nemət və lütfləri xatırlamaqla öncə qarşı tərəfdə hazırlıq yaradın, sonra tənqidə keçin.
    Ayə 73:
    وَيَعْبُدُونَ مِن دُونِ اللّهِ مَا لاَ يَمْلِكُ لَهُمْ رِزْقًا مِّنَ السَّمَاوَاتِ وَالأَرْضِ شَيْئًا وَلاَ يَسْتَطِيعُونَ
    "Allahın yerinə göylərdə, yerdə heç nəyi olmayan və buna gücü çatmayan bütlərə pərəstiş edirlər.”
    Ayə 74:
    فَلاَ تَضْرِبُواْ لِلّهِ الأَمْثَالَ إِنَّ اللّهَ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ
    "Bütləri Allaha tay saymayın. Həqiqətən, Allah bilir, siz isə xəbərsizsiniz.”
    Nöqtələr
    Müşriklər Allahı padşah, bütləri Onun vəziri kimi qəbul edirdilər. Ayədə bu sayaq təsəvvürlər inkar olunur.
    Şair Qaani deyir:
    Bütün varlıq fəqət Səndən yaranmış,
    Cansız torpaq səndən gücünü almış.
    Hökmün altındadır bütün kainat,
    Bizimçün Sən varsan, Sənin üçün zat.
    Varlığın varlığa duymaz ehtiyac,
    Oxşarsızsan, Sənə tapılmaz məcaz.
    Bildirişlər
    1. Məbud həm ruzi verən, həm də qüdrətli olmalıdır. Ona qoşulan şəriklərdə isə bu səciyyələr yoxdur.
    2. Bütlər və yalançı məbudlar nə bu gün ruzi verir, nə də gələcəkdə ruzi verəsidir.
    3. Sizin uydurma məbudlarınız nə səmadan yağış endirə bilər, nə də torpaqdan bitki düzəltməyi bacarar.
    4. Saxta məbudlar nəinki böyük, hətta kiçik işlərə də qadir deyildirlər.
    5. Allahla bağlı bənzətmələrin kökü insanın cəhalətidir.
    Ayə 75:
    ضَرَبَ اللّهُ مَثَلاً عَبْدًا مَّمْلُوكًا لاَّ يَقْدِرُ عَلَى شَيْءٍ وَمَن رَّزَقْنَاهُ مِنَّا رِزْقًا حَسَنًا فَهُوَ يُنفِقُ مِنْهُ سِرًّا وَجَهْرًا هَلْ يَسْتَوُونَ الْحَمْدُ لِلّهِ بَلْ أَكْثَرُهُمْ لاَ يَعْلَمُونَ
    "Allah məsəl çəkir: Başqalarının mülkü olan və heç nəyə qüdrəti çatmayan qul ilə öz tərəfimizdən verdiyimiz gözəl ruzini aşkar və məxfi şəkildə infaq edən kəs eyni ola bilərmi? (Əgər sizin üçün qüdrətli insanla zəif insan eyni deyilsə, nə üçün daş və ağacı Allaha bərabər sayırsınız?) Sitayiş Allaha məxsusdur, amma onların çoxu bilməz.”
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 652 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024