İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 76:
    وَضَرَبَ اللّهُ مَثَلاً رَّجُلَيْنِ أَحَدُهُمَا أَبْكَمُ لاَ يَقْدِرُ عَلَىَ شَيْءٍ وَهُوَ كَلٌّ عَلَى مَوْلاهُ أَيْنَمَا يُوَجِّههُّ لاَ يَأْتِ بِخَيْرٍ هَلْ يَسْتَوِي هُوَ وَمَن يَأْمُرُ بِالْعَدْلِ وَهُوَ عَلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
    "Allah iki kişi haqqında misal çəkir: Onlardan biri heç nəyə qadir olmayan laldır, öz ağasına yükdür, hara göndərirsə, bir fayda vermir. Beləsi ədalət əsasında göstəriş verən, özü doğru yolla gedən kəslə bərabərdirmi?”
    Bildirişlər
    1. Əgər iki insanı eyni saymırsınızsa, nə üçün Xaliqlə məxluqu bərabər tutursunuz?
    2. Sual və məsəl yolu ilə xalqın vicdanını oyadın, onları düşüncəyə vadar edin.
    3. Şirkin kökü cəhalətdir.
    4. Azadlıq ilahi bir nemətdir.
    5. Yaxşı ruzi həm də infaq olunursa gözəldir. Danışan dil ədalətə çağırdıqda dəyərli olur.
    6. Gizli infaq aşkar infaqdan üstündür.
    7. Dil ruzinin açarıdır.
    8. «Əmr be məruf» (yaxşılığa əmr) düzgün yola yönəltdikdə təsirli olur.
    9. Mülk sahibi olanların da bir şeyi yoxdur, onlar da ilahi ruzi sayəsində rifaha çatmışlar.
    Ayə 77:
    وَلِلّهِ غَيْبُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا أَمْرُ السَّاعَةِ إِلاَّ كَلَمْحِ الْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
    "Göylərin və yerin qeybi Allaha məxsusdur. Qiyamət bir göz qırpımında, ya daha tez bərpa olar. Əlbəttə, Allah hər şeyə qadirdir.”
    Nöqtələr
    "Qeyb” sözü nisbi məna daşıyır. Bir insan üçün qeybi (gizli) olan bir iş başqa biri üçün aşkar ola bilər.
    "Əmrus-saəti” dedikdə qiyamət hadisəsi nəzərdə tutulur. Bu, qeybin mühüm nümunələrindəndir. Qiyamət vaxtının bilinməməsi Allahın lütflərindəndir.
    Bu ayə müşriklərin bənzətmələrinə cavab ola bilər. Əgər göydə və yerdə yaranış və tədbirə şərik olsaydı, hər şeyi bilən Allah bundan xəbərdar olardı.
    Ölümdən sonra insanın cismi parçalanır və gözdən itir. Allah qeybi bildiyindən bu cismi yenidən bərpa edir.
    Bildirişlər
    1. Allah nəinki qeybi bilir, hətta onun sahibidir.
    2. Allah üçün heç bir iş çətin deyil, hətta qiyamətin bərpası!
    3. Hər bir işin batini qiyamətdə aşkar olur.
    4. Allah hər şeyi bildiyindən və hər şeyə qadir olduğundan qiyamətin bərpası mümkün sayılmalıdır.
    5. Dünya ilə qürrələnməyək, Qiyamət uzaqda deyil və özümüzü hazırlamalıyıq.
    6. Allah istənilən bir işin müqəddiməsini ləğv edə, xülasələşdirə və sürətləndirə bilər. (Müqəddimənin ləğvinə həzrət İsanın beşikdə danışması, müqəddimənin sürətləndirilməsinə Bilqeysin taxtının həzrət Süleymanın yanına gətirilməsi nümunə göstərilə bilər).
    Ayə 78:
    وَاللّهُ أَخْرَجَكُم مِّن بُطُونِ أُمَّهَاتِكُمْ لاَ تَعْلَمُونَ شَيْئًا وَجَعَلَ لَكُمُ الْسَّمْعَ وَالأَبْصَارَ وَالأَفْئِدَةَ لَعَلَّكُمْ تَشْكُرُونَ
    "Heç bir şey bilmədiyiniz halda Allah sizi analarınızın bətnindən çıxardı. Sizə qulaq, göz, qəlb verdi ki, bəlkə şükür edəsiniz.”
    Nöqtələr
    "Umm” sözünün cəm forması olan "umməhat” "ummat” sözünün əvəzində işlədilmişdir.
    Bildirişlər
    1. İnsan Allahın iradəsi ilə anadan doğulur.
    2. Keçmişdəki çatışmazlıqları, çətinlikləri xatırlamaq insanda şükür ruhiyyəsi yaradır.
    3. İstənilən bir işi vasitə ilə görmək Allahın sünnəsidir. Göz, qulaq və qəlb elm vasitəsidir.
    4. Qulaq gözdən tez işə düşür. (Qulaq ananın bətnində də eşidir.)
    5. Nemətə təşəkkür vasitələrdən düzgün bəhrələnməni göstərir. Çünki Quran bəzilərini məzəmmət edərək buyurur ki, gözləri var, amma həqiqəti görmürlər, qulaqları var, amma haqqı eşitməyə hazır deyillər.
    6. Göz və qulaq nemətinin həqiqi şükrü elm əldə etməkdir, çünki ayədə öncə buyurulur ki, siz bilmirdiniz, Mən şükür edəsiniz deyə sizə göz və qulaq verdim. (Yəni elm öyrənəsiniz.)
    Ayə 79:
    أَلَمْ يَرَوْاْ إِلَى الطَّيْرِ مُسَخَّرَاتٍ فِي جَوِّ السَّمَاء مَا يُمْسِكُهُنَّ إِلاَّ اللّهُ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ
    "Səmada ram edilmiş (saxlanılmış halda qalan) quşları görmürlərmi? Onları yalnız Allah saxlayır. Əlbəttə, bunda (bu uçuşda) iman gətirənlər üçün aydın nişanələr var.”
    Nöqtələr
    Qeyd olunduğu kimi, bu surə nemətlərlə tanışlıq və Xaliqə diqqət mövzusundadır. Surənin bu yerinədək yağış suyu, heyvanların südü, meyvələr, bal, həyat yoldaşı və övlad kimi nemətlərin adı çəkildi. Bu və bundan sonrakı ayədə quşlardan, dördayaqlıların dərisindən, yunundan, eləcə də, dağlardan danışılır.
    Quşlar bəzən tənha, bəzən dəstə ilə, bəzən nizamlı, bəzən nizamsız, bəzən canını qurtarmaq üçün, bəzən qida tapmaq məqsədi ilə pərvaz edirlər. Hər bir quş öz çəkisinə uyğun qanadla hərəkət edir. Bütün bu nöqtələr ağıllı insanın diqqətini Allaha yönəltməlidir.
    Bildirişlər
    1. Allah bizim yaradılmışlar haqqında düşünməyimizi istəyir və diqqətsiz insanlar tənqid olunur.
    2. Quşlar istənilən halda, istənilən yerdə Allaha tabedir.
    3. Səmada hərəkət üçün imkanlar əldə etməsi insanın diqqətini Allahdan yayındırmamalıdır. (Bir dəfə təyyarə ilə uçarkən bələdçi salona daxil olub təyyarənin nə vaxt yerə enəcəyini bildirdi. Soruşdum ki, nə üçün inşallah demirsən? Dedi ki, təyyarənin kompyuter sistemi var və bu sistem hər şeyi dəqiq göstərir. Bu şəxs unudurdu ki, dünyanın ayrı-ayrı nöqtələrində qəzaya uğrayan təyyarələrin də kompyuter sistemi var idi!)
    4. Quşların uçuşunda bir çox qəribəliklər var. Amma bu nöqtələri yalnız iman əhli dərk edir.
    Ayə 80:
    وَاللّهُ جَعَلَ لَكُم مِّن بُيُوتِكُمْ سَكَنًا وَجَعَلَ لَكُم مِّن جُلُودِ الأَنْعَامِ بُيُوتًا تَسْتَخِفُّونَهَا يَوْمَ ظَعْنِكُمْ وَيَوْمَ إِقَامَتِكُمْ وَمِنْ أَصْوَافِهَا وَأَوْبَارِهَا وَأَشْعَارِهَا أَثَاثًا وَمَتَاعًا إِلَى حِينٍ
    "Allah evlərinizi sizin üçün aramlıq səbəbi qərar verdi. Dördayaqlıların dərilərindən köç günü və dayanış günü sizin üçün yüngül və lətif xeymələr (çadırlar) düzəltdi. Onların yunundan, kürkündən və tüklərindən müəyyən müddət üçün əşyalar və həyat vasitələri hazırladı.”
    Nöqtələr
    "Bəytutə” sözündən olan "bəyt” sözü adətən, insanın gecələr istirahət etdiyi yerə deyilir. "Zən” getmək mənasını bildirir. "Əsas” dedikdə müxtəlif ev əşyaları nəzərdə tutulur. "Təstəxiffunnəha” dedikdə isə asanlıqla daşınan xeymələr (çadırlar) başa düşülür.
    Bildirişlər
    1. Ev asayiş və aramlıq məhəllidir.
    2. Yaşayış vasitələri və xeymələrin hazırlanmasında dördayaqlıların, onların dərilərinin, kürkünün, tükünün və yununun rolunu yaddan çıxarmayın.
    3. Nemətlərdən istifadə müddəti məhduddur.
    4. Nemətlərin insanın ehtiyaclarına, heyvanın dərisinin, yununun, tükünün tikililərə uyğun gəlməsi ilahi tədbirlərdəndir.
    5. Yunun, dərinin, kürkün və tükün yüngüllüyü ilahi nemətlərdəndir.
    Ayə 81:
    وَاللّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلاَلاً وَجَعَلَ لَكُم مِّنَ الْجِبَالِ أَكْنَانًا وَجَعَلَ لَكُمْ سَرَابِيلَ تَقِيكُمُ الْحَرَّ وَسَرَابِيلَ تَقِيكُم بَأْسَكُمْ كَذَلِكَ يُتِمُّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تُسْلِمُونَ
    "Allah yaratdıqlarından sizin üçün kölgəliklər qərar verdi ("xəlq etdi”). Dağlarda sizin üçün mağaralar hazırladı ("yaratdı”), sizi istidən (və soyuqdan) qoruyan libaslar, bir-birinizin zərbələrindən qoruyan zirehlər düzəltdi ("yaratdı”). Beləcə, (Allah) sizə Öz nemətini tamamladı. Ola bilsin ki, özünüzü Ona təslim edəsiniz.”
    Nöqtələr
    "Kənn” sözünün cəm forması olan "əknan” sözü örtük vasitəsi mənasını bildirir. Bu söz ayədə mağaralar və tunellər mənasında işlədilmişdir.
    Allah ötən ayədə məskən nemətini şəhər əhlinə, çadır nemətini köçərilərə aid bildirir. Bu ayədə isə mağaraların dağ əhlinə aid olduğu bəyan olunur.
    Həm kişilərin, həm də qadınların, həm böyüklərin, həm də uşaqların daim istifadə etdiyi və bütün bədəni örtən uzun köynək "sərabil” adlanır.
    "Əl-Mizan” təfsirində bildirilir ki, ərəb dilində iki zidd məfhumun adını çəkmək lazım gəldikdə onlardan birini qeyd etməklə kifayətlənirlər. Ona görə də bu ayədə libasın insanı istidən və soyuqdan qorumasını bildirmək üçün yalnız istinin adı çəkilir.
    Bildirişlər
    1. Nemətlərə diqqət və onların yada salınması insanın nemət sahibinə olan diqqətini artırır, insandakı təslimçilik və pərəstiş ruhunu oyadır.
    2. Kölgənin rolu işığın rolundan az deyil.
    3. Nemətlərdən alınan ləzzət bizə Yaradanı unutdurmasın. (Ayədə üç dəfə "cəələ” yəni qərar verdi, bir dəfə də "xəlq etdi” sözləri işlədilmişdir.)
    4. Dəmiri əritməklə və xüsusi ustalıqla hazırlanan zireh (müdafiə libası) ilahi lütflərdəndir.
    5. Nemətləri və nemətlərin Xaliqini xalqa xatırlatmaq Allaha doğru ən yaxşı dəvət yolu, azğınlıq və təkəbbürün qarşısını almaq üçün ən yaxşı vasitədir.
    6. Danışarkən müsahibinizi və mühiti nəzərə alın. (Libas insanı soyuqdan qoruyub ona gözəllik versə də, Allah Hicaz məntəqəsindəki döyüşləri və bu məntəqənin iqlimini nəzərə alaraq libasın istilikdən və zərbədən qorunmaq kimi iki faydasını qeyd edir.)
    Ayə 82:
    فَإِن تَوَلَّوْاْ فَإِنَّمَا عَلَيْكَ الْبَلاَغُ الْمُبِينُ
    "(Ey peyğəmbər,) əgər üz döndərsələr, sənin vəzifən yalnız açıq-aşkar təbliğdir.”
    Bildirişlər
    1. İnsan yol və əqidə seçimində azad buraxılmışdır. Peyğəmbərlərin göstərişindən çıxması onun azad olduğunu göstərir.
    2. Peyğəmbərlərin vəzifəsi xalqı məcbur etmək yox, təbliğdir.
    3. Təbliğ aydın olmalı, şəkk-şübhəyə yer qalmamalıdır.
    4. Əgər insanın sağlam ruhu olmasa, ən pak insan olan peyğəmbərlərin aydın təbliğləri də səmərə verməz.
    Ayə 83:
    يَعْرِفُونَ نِعْمَتَ اللّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكْثَرُهُمُ الْكَافِرُونَ
    "(Onlar) Allahın nemətini tanıyır, sonra Onu inkar edirlər. onların çoxu kafirdirlər.”
    Nöqtələr
    Quranda bilərəkdən inkar və haqqa qarşı inadkarlıq mövzusuna dəfələrlə toxunulur. "Nəml” surəsinin 14-cü ayəsində buyurulur: "Dərindən əmin olduqlarını inkar edirlər.” Başqa bir ayədə oxuyuruq: "Peyğəmbəri öz övladları kimi tanıyırdılar, amma onu inkar edirdilər.” Başqa bir ayədə buyurulur: "Haqqı bilirlər, amma bilərəkdən gizlədirlər.” Ayələrdən birində isə belə buyurulur: "Məsələni dərk edir, amma onun üstünə pərdə çəkirlər.”
    İmam Sadiq (ə) buyurur: "Əli ibn Əbu-Talib (ə) Peyğəmbər məscidində rüku halında üzüyünü fəqirə verərkən "Maidə” surəsinin 55-ci ayəsi nazil oldu: "Sizin rəhbəriniz Allah, Onun rəsulu və rüku halında infaq edən kəsdir.” Bəziləri öz vəlisini tanıyıb inkar etdi. Həmin vaxt bu ayə nazil oldu.”
    İmam Sadiq (ə) buyurur: "And olsun Allaha, Allahın Öz bəndələrinə əta etdiyi nemət bizik. İnsanlar yalnız bizim vasitəmizlə qurtular.”
    Bildirişlər
    1. Həqiqəti bilmək bəs etmir, onu qəbul edib əməli addım atmaq lazımdır.
    2. Küfrün cəhalətdən başqa da kökləri var. Milli təəssüb, ruhi inadkarlıq, maddi mənafenin qorunması.
    3. Haqqı tanıdıqdan sonra ruhda bir müddət çarpışma gedir. Bəzən pislik qalib gəlir və küfr baş qaldırır.
    Ayə 84:
    وَيَوْمَ نَبْعَثُ مِن كُلِّ أُمَّةٍ شَهِيدًا ثُمَّ لاَ يُؤْذَنُ لِلَّذِينَ كَفَرُواْ وَلاَ هُمْ يُسْتَعْتَبُونَ
    "(Xatırla) o gün ki, hər ümmətdən şahid seçdik. Sonra küfr edənlərə (danışmağa) icazə verilməyəcək. Onlar üzrxahlıq üçün çağırılmayacaqlar.”
    Nöqtələr
    Quranda Qiyamət şahidliyi haqqında dəfələrlə danışılmışdır. Həmin gün peyğəmbərlər, mələklər, Allahın övliyaları, yer, bədən üzvləri şahid olasıdır. İmam Sadiq (ə) buyurur: "Hər bir ümmət və dövr üçün imam var, xalq onunla məhşur olar.” İmam Baqir (ə) bu ayə haqqında buyurur: "Həqiqətən, biz bu ümmətə şahidlərdənik.”
    Allah hər yerdə hər şeydən xəbərdar olsa da, çoxsaylı şahidlər möminlər üçün təqva və həya amili olur, günahkarların daha çox rüsvay olması ilə nəticələnir.
    Ədalətlə müşayiət olunan elm və agahlıq şahidlik şərtidir. Buna görə də Qiyamətdə əməllərimizə şahid olası övliyalar dünyada işlərimizə nəzarət etməli, əməllərimiz onların nəzərinə çatdırılmalıdır. Hər həftə əməllərimizin həzrət Mehdiyə (ə) çatdırılması bu əqidənin nümunəsidir. Şəhadət və Qiyamətdə şahidlik ayələri belə bir inancsız izah oluna bilməz. Axı əməllərimizdən xəbərsiz və ya ədalətsiz bir şəxs Qiyamətdə necə şahid ola bilər?!
    "İstitab” sözü "itab” sözündəndir. Yəni günahkar şəxs haqqı tapdanmış şəxsin qəzəbini soyutmaq, onun razılığını almaq üçün qarşı tərəfdən məzəmmət gözləyir.
    Dünya həyatında da tövbə etmək, üzr diləyib, səhvi aradan qaldırmaq olar. Qiyamətdə isə izahat və üzrə yer yoxdur. Qiyamətdə yol verilən xətalara don geyindirmək mümkünsüzdür. Cəhənnəm əhlindən bəziləri digər bir dəstəyə "əgər siz olmasaydınız, biz mömin olardıq” dedikdə onlara belə xitab olunar: "Xeyr, siz özünüz iman gətirən deyildiniz.”
    Geriyə qayıdış da mümkünsüzdür. Cəhənnəm əhli saleh işlər görmək üçün geriyə dönmək istədikdə onların bu istəyi rədd edilər.
    Qiyamətdə üzrlər də qəbul olunmaz. Quranda oxuyuruq: "Onlara üzr istəmək üçün icazə verilməz.”
    Bildirişlər
    1. Höccətin tamamlanması, bəhanəyə yer qalmaması üçün hər bir qövmə özündən olan şahidlər gətirilər.
    2. Allahın bütün qövmlər arasında bütün dövrlərdə höccət və şahidləri var.
    3. İlahi mühakimədə hesab-kitab, and və şahidlik var.
    4. Şahid və dəlil olan yerdə üzrə, yozuma, razılıq diləməyə yer yoxdur.
    Ayə 85:
    وَإِذَا رَأى الَّذِينَ ظَلَمُواْ الْعَذَابَ فَلاَ يُخَفَّفُ عَنْهُمْ وَلاَ هُمْ يُنظَرُونَ
    "Zülm-sitəm edənlər əzabı gördükdə nə əzabları azaldılar, nə onlara möhlət verilər.”
    Nöqtələr
    Ötən ayədə oxuduq ki, Qiyamətdə nə izahata, nə də razılıq diləməyə icazə verilər. Bu ayədə isə buyurulur ki, həmin gün Allahın qəzəbi yüngülləşməz, təxirə salınmaz.
    Bildirişlər
    1. Cəzadan və cəzanın necəliyindən xəbərdarlıq insanı günahdan çəkindirir.
    2. İlahi əzabın qaynağı bəşərin öz zülmüdür.
    3. Qiyamətdə zalımların cəzası yüngülləşdirilməz, təxirə salınmaz.
    Ayə 86:
    وَإِذَا رَأى الَّذِينَ أَشْرَكُواْ شُرَكَاءهُمْ قَالُواْ رَبَّنَا هَـؤُلاء شُرَكَآؤُنَا الَّذِينَ كُنَّا نَدْعُوْ مِن دُونِكَ فَألْقَوْا إِلَيْهِمُ الْقَوْلَ إِنَّكُمْ لَكَاذِبُونَ
    "Şirkə uğrayanlar (uydurduqları) şəriklərini gördükləri vaxt deyərlər: "Pərvərdigara, bunlar sənin yerinə çağırdığımız şəriklərdir.” (Şəriklər dilə gəlib) onların sözlərini özlərinə qaytararlar ki, siz, şübhəsiz, yalançılarsınız.”
    Nöqtələr
    Rəvayətlərə əsasən Qiyamətdə müxtəlif dayanacaqlar var. Bəzi dayanacaqlarda dodaqlar möhürlənər və əl-ayaq şəhadət verər. Digər bir dayanacaqda nalələr və yalvarışlar göyə ucalar. Növbəti dayanacaqda insan öz günahlarını başqasının boynuna atmaq istəyər. Məsələn, şeytana deyər: "Sən məni şirk və küfrə vadar etdin”. Şeytan ona belə cavab verər: "Mən ilk gündən sizin şirkinizə müxalif idim.” Allah hətta həzrət İsaya belə xitab edər: "Sən özünü və ananı xalqa məbud kimi tanıtdırdın?” Həzrət İsa cavab olaraq deyər: "Sən şəriki olmaqdan paksan...” Haqqında danışdığımız ayədə də Allaha şərik qoşulmuş mövcudlar müşriklərdən üz çevirib, onları təkzib edərlər.
    Bildirişlər
    1. Allaha şərik yoxdur. Müşriklər onların şərik olduğunu düşünürlər.
    2. İnsan Qiyamət qorxusunun təsirindən özünü xilas etmək üçün yükünü başqasının çiyninə atar.
    3. Saxta məbudlar da Qiyamət günü səhnəyə gətirilər.
    4. Qiyamətdə özünü müdafiə üçün bütlər də danışar.
    5. Bütlər pərəstiş üçün ləyaqətləri olmadığını bildirərlər və bütpərəstlərə deyərlər: "Siz əslində öz xəyallarınıza pərəstiş edirdiniz.”
    Ayə 87:
    وَأَلْقَوْاْ إِلَى اللّهِ يَوْمَئِذٍ السَّلَمَ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ
    "Belə bir gündə Allahın hüzurunda təslim olaraq boyun əyərlər və toxuduqları yalanlar məhv olar.”
    Bildirişlər
    1. Bu gün təslim olmasaq, sabah qiyamətdə təslim olacağıq. Amma bunun nə faydası?
    2. Qiyamətdə bütün uydurmalar məhv olar. (Allahdan qeyrisindən şəfaət gözləmək, onunla yaxınlıq, ona ümid və onun yardımı xəyaldan başqa bir şey deyil.)
    Ayə 88:
    الَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ اللّهِ زِدْنَاهُمْ عَذَابًا فَوْقَ الْعَذَابِ بِمَا كَانُواْ يُفْسِدُونَ
    "Kafir olub xalqı Allahın yolundan çəkindirənlərin davamlı fəsadlarına cəza olaraq əzablarına əzab artırarıq.”
    NÖQTƏLƏR
    İnsanlar Allahın yoluna fərqli reaksiya göstərirlər. Bu münasibətin dərəcələri, mərhələləri var.
    a) Müsbət reaksiyalar:
    - bir qrup insan Allah yolunu anlamaq və bu yolda addım atmaq intizarındadır.
    - bir qrup insan Allaha xatir hicrət edir.
    - bəziləri Allah yolunda olduğu üçün mühasirəyə alınır.
    - bir qrup insan Allah yolunda əzab-əziyyətə dözür.
    - bəziləri başqalarını Allah yoluna dəvət edirlər.
    - bir qrup insan Allah yolunda heç vaxt süstlük göstərmir.
    - bir qrup insan Allah yolunda vuruşur.
    - bir qrup insan bu yolda öldürülür.
    b) Mənfi reaksiyalar:
    - bəziləri Allah yolunda olduğunu düşünürlər.
    - bir qrup insan Allahın yolunu əyir.
    - bir qrup insan Allah yolunu başqalarının üzünə bağlayır.
    - bəziləri Allah yolunu bağlamaq üçün pul xərcləyirlər.
    Bildirişlər
    1. İman saleh əməlin müqəddiməsi olduğu kimi, küfr də fəsadın müqəddiməsidir.
    2. Qələm, bəyan, müxtəlif imkanlarla Allah yolunu bağlayan küfr başçılarının hesabı adi fərdlərin hesabından ayrıdır.
    3. "Yer üzündə fəsad törədən” dedikdə təkcə cəmiyyətin asayişini pozanlar yox, istənilən bir şəkildə mənəvi təkamülə mane olanlar nəzərdə tutulur.
    Ayə 89:
    وَيَوْمَ نَبْعَثُ فِي كُلِّ أُمَّةٍ شَهِيدًا عَلَيْهِم مِّنْ أَنفُسِهِمْ وَجِئْنَا بِكَ شَهِيدًا عَلَى هَـؤُلاء وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَى لِلْمُسْلِمِينَ
    "(Xatırla) o gün ki, hər ümmət arasında onlara özlərindən olan şahid gətirərik və səni də onlara şahid tutarıq. Sənə hər şeyi aydınladan, müsəlmanlar üçün hidayət, rəhmət və müjdə səbəbi olan bu Kitabı nazil etdik.”
    Nöqtələr
    Ötən 5 ayədə də ümmətə şahidlik məsələsinə toxunuldu. Qiyamətdə hər bir ümmətə şahid olması bizim qəti əqidələrimizdəndir. İslam Peyğəmbəri (s) bu və digər ümmətlərə şahiddir. Belə bir nöqtəyə diqqət yetirmək lazımdır ki, Allahın övliyaları hər növ xəta və yalanlardan məsum olmalı, hiss, görmək və bilməklə şəhadət verməlidirlər. Yalnız bu halda onların verdiyi şəhadət höccətin tamamlanması sayılır. Şübhəsiz ki, xalqın aşkar və gizli əməllərindən xəbərdar olan kəsin dediyi sözlər qiyamətdə qəbul olunasıdır. Belə bir şəhadəti isə yalnız qeybi yardımlardan faydalanaraq xalqın bütün hərəkət, danışıq və niyyətlərindən xəbərdar olan məsum Peyğəmbər (s) və imamlar verə bilər.
    "Təfsiri-Safi”də nəql olunur ki, imam Sadiq (ə) buyurmuşdur: Biz göylərdə və yerdə, onların arasında, behişt və cəhənnəmdə nə varsa, hamısını bilirik.” Sonra imam bu üç ayəni ardıcıl şəkildə tilavət etdi.
    İmam Baqir (ə) buyurur: "Quranda xalqın ehtiyac duyduğu hər şey var. Dediklərimizin istənilən birinin Qurandakı sənədini istəsəniz deyəcəyəm.”
    Həzrət Əli (ə) buyurur: "Sizin, keçmişdəkilərin və gələcəkdəkilərin, göyün və yerin xəbərləri Quranda vardır.”
    İmam Riza (ə) bir məclisdə din rəislərinə buyurdu: "İslam Peyğəmbərinin (s) möcüzələrindən biri budur ki, yoxsul bir yetimin, dərs oxumamış bir çobanın hər şeyi aydınladan, Qiyamətədək keçmiş və gələcəyin xəbərlərini əks etdirən bir kitabı var.”
    İmam Sadiq (ə) buyurur: "İki nəfər arasında ixtilafa səbəb olmuş hər bir məsələnin həlli üçün xalqın ağlı kəsməsə belə, Quranda əsas var.”
    Quranda hər şey bəyan olunub. Amma bunu hamı dərk etmir. Həzrət Əli (ə) buyurur: "Quran avamlar üçün zahiri ifadələrdən, xüsusi bəndələr üçün rəmzi işarələrdən, Allahın övliyaları üçün ilahi lütfdən, peyğəmbərlər üçün həqiqətdən ibarətdir.”
    Quran ya birbaşa, ya da ayələri vasitəsi ilə hər şeyi aydınladır. Həmin ayələrdə bizim üçün faydalı üsullar bəyan olunur: "Peyğəmbərlərin sizin üçün gətirdiyindən yapışın, sizə qadağan etdiyindən uzaq olun.” Hazırkı surənin 44-cü ayəsi də bu qəbildəndir.
    Bildirişlər
    1. Övliyaların bizim əməllərimizə nəzarəti Quranın aşkar bəyanatlarındandır.
    2. Qiyamətdə şahidliyin mərtəbələri var. İmam bütün ümmət üçün şahiddir. İslam Peyğəmbəri (s) isə bütün şahidlərin şahididir.
    3. Həm İslam Peyğəmbəri (s) bütün peyğəmbərlərin şahididir, həm də onun kitabı hər şeyi bəyan edir.
    4. Quran cəmiyyətin bütün ehtiyaclarını ən yığcam şəkildə bəyan edən kitabdır.
    5. Hidayət, rəhmət və müjdə əldə etmək üçün təslimçilik şərtdir.
    Ayə 90:
    إِنَّ اللّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالإِحْسَانِ وَإِيتَاء ذِي الْقُرْبَى وَيَنْهَى عَنِ الْفَحْشَاء وَالْمُنكَرِ وَالْبَغْيِ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ
    "Həqiqətən, Allah ədaləti, ehsanı və qohumlara (haqqını) verməyi əmr edib. Allah çirkin, bəyənilməmiş işləri, təcavüzü qadağan edir. O sizə moizə edir. Ola bilsin ki, agah olasınız.”
    Nöqtələr
    Bu ayə İslamın bütün dünyaya ünvanlanmış bəyanatıdır. İmam Baqir (ə) bu ayəni cümə namazının xütbələrində oxuyardı. "Təfsiri-Safi”də deyilir ki, Quran təkcə bu ayədən ibarət olsaydı, yenə deyə bilərdik ki, bu kitab hər şeyi aydınladır. Bu ayənin göstərişləri bütün dinlərdə olmuşdur və heç vaxt nəsx edilməmişdir (dayandırılmamışdır).
    Vəlid ibn Muğeyrə bu ayənin təsiri altında dedi: "Bu ayə o qədər şirin, gözəl və dəyərlidir ki, bəşər sözü sayıla bilməz.” Osman ibn Məzun deyir: "Bu ayəni eşidən vaxt İslam bütün canıma nüfuz etdi, qəlbimə oturdu.”
    "Ədl” dediklə bərabərliyi bəsirətlə dərk olunan, "idl” dedikdə bərabərliyi hisslə duyulan həqiqət başa düşülür.”Ədl” cəzada bərabərlik, "ehsan” isə mükafatı artırmaqdır. "Ədl” dedikdə ifrat və təfritdən uzaqlıq anlaşılır. Bu məsələ həm əqidələrdə, həm də şəxsi və ictimai rəftarlarda özünə yer tapmışdır. Bu ayə həm fərdə, həm də hökumətlərə ünvanlanmışdır.
    "Ədl” yaranış nizamında sabitlik rəmzidir. Bu söz təşrii (şəriət) nizamında bütün peyğəmbərlərin dəvətinin sərlövhəsidir.
    "Ehsan” maddi, elmi, mədəni, qəlblə bağlı yardımları göstərən mübarək sözdür. "Fəhşa” dedikdə böyük və rüsvay edən günah başa düşülür. "Munkər” isə ağıl, fitrət və şəriətin inkar etdiyi işdir.
    "Fi-zilal” təfsirində bildirilir ki, zalım qüvvələr öz pozucu təbliğatları ilə xalqın nəzərində günahı adiləşdirsələr, şəri ölçü götürmək qanuni olacaq.
    Bildirişlər
    1. İnsanı ədalət və ehsana çağıran Allah Özü ədalətsiz ola bilərmi?!
    2. Ədalət və ehsan yanaşı olduqda cazibəlidir. Quru qanunlar isə qəlblərdə həvəs oyatmır. (Ədalət vacib, ehsan isə müstəhəbdir.)
    3. Yaxşılığa əmr etməkdə, pisliyə qadağa qoymaqda Allah birincidir.
    4. Ehsanda qohumlar öndə gəlir.
    5. «Əmr be məruf» «nəhy əz munkər»dən, ədalət ehsandan öndə gəlir.
    6. «Əmr be məruf», «nəhy əz munkər» (yaxşılığa əmr və pisliyə qadağa) məhəbbət fəzasında, moizə və xeyirxahlıq qəlibində olmalıdır.
    7. Yaxşılığa əmr edənlər deyilənlərin yüz faiz qəbul olunmasını gözləməməlidirlər.
    8. İnsanlarda ədalət və ehsana fitri meyl var. Onlar çirkin işlərə nifrət edirlər, amma vəsvəsələr və nəfs istəkləri onları yuxuya verir. Belə məqamlarda onları oyatmağa ehtiyac var.
    9. «Əmr be məruf»da öncə vacib əmrlər bəyan olunduğu kimi, «nəhy əz munkərdə» də öncə ən çirkin günahların qarşısı alınmalıdır.
    10. Ədalətə çağırış və pis işlərə qadağa qoyulması Allahın əbədi sünnəsidir.
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 751 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024