İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 105:
    إِنَّمَا يَفْتَرِي الْكَذِبَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِآيَاتِ اللّهِ وَأُوْلـئِكَ هُمُ الْكَاذِبُونَ
    "Şübhəsiz, yalanı yalnız ilahi ayələrə iman gətirməyənlər uydururlar. Onlar özləri yalançıdırlar.”
    Nöqtələr
    Ötən iki ayədə kafirlərin Peyğəmbərə (s) qarşı böhtanlarından danışıldı. Kafirlər deyirdilər ki, bu ayələri ona bəşər öyrədib və o bu sözləri yalandan Allaha aid edir. Onlara cavab olaraq buyuruldu: "Həmin şəxs ərəb deyil, bundan əlavə, Allah kafirə ilahi maarif təlim etməz.” Bu ayədə isə belə buyurulur: "Peyğəmbər başqalarının sözünü Allaha aid edən deyil və bu iş iman gətirməyənlərin işidir.
    Quran buyurur: "Əgər bir sözü yalan olaraq Bizə aid etsə, onun həyat damarlarını (belə) qət edərik.”
    "Təfsiri-Dürrül-Mənsur” və "Təfsiri-Əl-Mizan”da nəql olunur ki, həzrət Peyğəmbər (s) belə buyurmuşdur: "Mömindən zina və oğurluq baş verə bilər, yalan isə yox!” Sonra həzrət bu ayəni tilavət etmişdir.
    Ayə 106:
    مَن كَفَرَ بِاللّهِ مِن بَعْدِ إيمَانِهِ إِلاَّ مَنْ أُكْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌّ بِالإِيمَانِ وَلَـكِن مَّن شَرَحَ بِالْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِّنَ اللّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
    "(Küfrə) vadar edilib qəlbində imanına əmin olan kəs istisna olmaqla, iman gətirdikdən sonra (azad şəkildə) Allahı inkar edən, küfrə ağuşunu açan kəs üçün Allah tərəfindən qəzəb var. Onları böyük əzab gözləyir.”
    Nöqtələr
    İlkin İslam dövründə Məkkə kafirləri iman gətirdiyi üçün Əmmarın ata-anasını işgəncə ilə şəhadətə yetirdilər. Növbə Əmmara çatanda o, kafirlərin tələb etdiyi sözləri təkrarlayıb canını qurtardı. Bəzi müsəlmanlar Əmmarı qınadılar, onu İslamdan üz döndərməkdə ittiham elədilər. Əmmar ağlar halda Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər (s) əlini nəvazişlə onun başına çəkib dedi: "Əgər yenə canın təhlükəyə düşsə, həmin sözləri de və canını qurtar. Sən başdan ayağa imansan.” Belə bir əməl təqiyyəyə aid olunur. Təqiyyənin öz hökmləri var. Amma bilməliyik ki, təqiyyənin müxtəlif halları mövcuddur. Bəzən təqiyyə vacib olur, bəzən isə candan keçib haqq sözü təkrarlamaq lazım gəlir. Fironun sehrbazlarını yada salaq. Onlar həzrət Musanın möcüzələrini görüb dərhal iman gətirdilər və Fironun hədələrindən çəkinməyərək dedilər: "Nə istəyirsənsə et, biz öz imanımızdan əl çəkən deyilik.” Firon onları şəhadətə yetirdi. Sahirlərin bu hərəkəti Quranda mədh olunur. Əlbəttə ki, təqiyyə dindən çıxmaq, zəiflik, qorxu, geri çəkilmək, özünü aldatmaq və təslimçiliyi nəzərdə tutmur. Təqiyyə əslində bir növ məxfi fəaliyyətə keçmə, imkanları qorumaq üçün taktiki gedişdir. Rəvayətlərdə təqiyyə sipərə bənzədilmişdir.
    Bildirişlər
    1. Mürtədin, dindən çıxanın cəzası dünya və axirətdə ilahi qəhr-qəzəbdir.
    2. İnsan üçün pis aqibət təhlükəsi var.
    3. İslam istisna və zəruri hallarda ayrıca hesab çəkir.
    4. İnsan məcbur olduqda onun vəzifəsi dəyişir.
    5. Təzyiq altında etiraf dəyərsizdir.
    6. İslamın ruhunu iman qəlbi təşkil edir.
    7. İnsanın cismini məcbur etmək mümkünsə də, qəlbini döndərmək mümkün deyil.
    8. Ən çirkin küfr müsəlmanlara arxa çevirib küfrə qucaq açmaqdır.
    9. İman iki növdür: İnsanın ruhuna qatılan sabit iman və bünövrəsiz, ötəri iman.
    Ayə 107:
    ذَلِكَ بِأَنَّهُمُ اسْتَحَبُّواْ الْحَيَاةَ الْدُّنْيَا عَلَى الآخِرَةِ وَأَنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
    "Bunun (ilahi qəzəbin) səbəbi onların dünya həyatını axirət həyatından üstün tutmalarıdır. Şübhəsiz, Allah kafir qövmü hidayət etməz.”
    Bildirişlər
    1. Dünyapərəstlik və dünyanı axirətdən üstün tutmaq imansızlıq, mürtədlik, ilahi qəzəb üçün zəminədir. (Rifah həvəsi və məhdudiyyətlərdən qaçmaq materializmə yönəlmə səbəblərindəndir.)
    2. Dünyapərəstlik küfrün qəbulu üçün insanın ruhuna və qəlbinə yol açır.
    Ayə 108:
    أُولَـئِكَ الَّذِينَ طَبَعَ اللّهُ عَلَى قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَأَبْصَارِهِمْ وَأُولَـئِكَ هُمُ الْغَافِلُونَ
    "Onlar Allah tərəfindən qəlblərinə, qulaqlarına və gözlərinə möhür vurulanlardırlar. Onlar həmin qafillərdirlər.”
    Bildirişlər
    1. Dünyapərəstlik və dünyanın axirətdən üstün tutulması axirətdən xəbərsizlik, həqiqət qarşısında düşüncəsizlik, karlıq və korluq səbəbidir.
    Ayə 109:
    لاَ جَرَمَ أَنَّهُمْ فِي الآخِرَةِ هُمُ الْخَاسِرونَ
    "Şəksiz ki, onlar axirətdə ziyana düşənlərdirlər.”
    Bildirişlər
    1. Dünyanı axirətdən üstün tutan kəs axirətdə ziyana düşmüşdür və öz təkamül sərmayəsini əldən vermişdir.
    Ayə 110:
    ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُواْ مِن بَعْدِ مَا فُتِنُواْ ثُمَّ جَاهَدُواْ وَصَبَرُواْ إِنَّ رَبَّكَ مِن بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ
    "Şübhəsiz, Rəbbin çətinliklərdən sonra hicrət edən və cihada qalxıb sabitqədəmlik göstərənlər üçün bağışlayan və mehribandır.”
    Nöqtələr
    Ötən ayələrə nəzər saldıqda görürük ki, müsəlmanlar bir neçə dəstədən idilər:
    1. Kafirlərin işgəncəsi altında canından keçib dillərinə küfr söz gətirməyənlər. Məsələn: Əmmarın ata-anası.
    2. Qəlbən imanlı olub canını qurtarmaq üçün təqiyyə edənlər. Məsələn: Əmmar.
    3. İman gətirdikdən sonra kafir, başqa sözlə, mürtəd olanlar.
    4. Fitnə və azğınlığa düçar olduqdan sonra hicrət, cihad, səbrlə imana dönüb tövbə edən və dinini qoruyanlar.
    Mürtəd (dindən çıxanlar) iki qismidir:
    1. Fitri mürtəd; Müsəlman ata-anadan doğulub, İslamı qəbul etdikdən sonra küfrə qayıdanlar. Belə bir insan İslam cəmiyyətinə və müsəlmanların əqidəsinə zərbə vurduğundan qətl və müsadirə ilə cəzalanır. Belələrinin tövbəsi qəbul deyildir.
    2. Milli mürtəd; Nütfə bətnə düşən zaman ərlə arvad müsəlman olmamışsa, onlardan doğulan şəxs müsəlman olduqdan sonra küfrə qayıtmışsa, belələrinin tövbəsi qəbul olunur.
    Amma hər hansı dəlil əsasında istisna vəziyyət yaranmazsa, bu ayədən məlum olur ki, hər iki mürtəd azğınlıqdan sonra hicrət, cihad və səbir əhli olsa bağışlanar.
    Bildirişlər
    1. Yalnız cihad, səbir və müqavimətlə müşayiət olunan hicrət dəyərlidir. Bu şərtlər ödənmədikdə hicrət yox, fərarilikdən danışmaq olar.
    2. Cihad və müqavimət ilahi bağışlanma və rəhmətə çatma səbəbidir.
    3. İslamda çıxılmaz vəziyyət yoxdur. İstənilən bir azğınlıq və fitnəni aradan qaldırmaq olar. (Mürtəd də iman gətirib tövbə qıla bilər).
    Ayə 111:
    يَوْمَ تَأْتِي كُلُّ نَفْسٍ تُجَادِلُ عَن نَّفْسِهَا وَتُوَفَّى كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُمْ لاَ يُظْلَمُونَ
    "Elə bir gün gələr ki, hər kəs yalnız özü haqqında düşünər və hər kəsə gördüyü işə görə cəza verilər. Onlara zülm olunmaz.”
    Nöqtələr
    Qiyamət səhnəsi o qədər dəhşətlidir ki, günahkar insan özünü xilas etmək üçün hər an bir söz deyər. O ya Allaha and içər ki, müşrik olmayıb, ya azğınlığında başqalarını ittiham edər, ya da "siz olmasaydınız, biz mömin olardıq” deyər.
    Bildirişlər
    1. Qiyamət əhatəlidir və həmin gün bütün insanlar səhnəyə gətirilər.
    2. İnsan Qiyamət günü hamını yaddan çıxarıb yalnız və yalnız özü haqqında düşünər.
    3. Əməllərimiz dünyada məhv olmur, onların əsərləri axirətdə üzə çıxır.
    4. Qiyamət cəzası zülm və ya intiqam yox, insanın öz əməllərinin nəticəsidir.
    Ayə 112:
    وَضَرَبَ اللّهُ مَثَلاً قَرْيَةً كَانَتْ آمِنَةً مُّطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِّن كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللّهِ فَأَذَاقَهَا اللّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُواْ يَصْنَعُونَ
    "Allah əmin-amanlıqda olan bir şəhəri misal çəkər. Onun ruzisi hər tərəfdən firavandır. Amma Allahın nemətinə nankorluq göstərdilər. Allah əməllərinə görə onlara aclıq və qorxu libasını daddırdı.”
    Nöqtələr
    Aclıq və qorxuya münasibətdə "libas” təbirinin işlənməsində məqsəd bu iki bəlanın insan vücudunu libas tək bürüməsi ola bilər. "Daddırmaq” dedikdə aclıq və qorxunun onların canının dərinliyinə işləməsinə işarə olunur.
    Bildirişlər
    1. Bəşər tarixinin qanunauyğunluqları var və bu tarixə ilahi sünnə hakimdir.
    2. Tarix və keçmiş qövmlərlə bağlı Quran misallarından ibrət götürək.
    3. Əmin-amanlıq və asayiş nemətlər arasında öndə gəlir və cəmiyyətin maddi rifahı üçün zəmindir.
    4. Məmləkətin müəyyən ehtiyacları idxal yolu ilə təmin edilə bilər.
    5. Axirət əzablarına münasibətdə dünya əzabları içmək yox, bir növ dadmaqdır.
    6. Nankorluğun elə bu dünyada cəzası var.
    7. Nankorluq nemətlərin puça çıxması səbəbidir.
    8. İqtisadi gerilik və ictimai nizamsızlıq bu cəmiyyətin dini əsaslara etinasızlığını göstərir.
    9. Nankorluğun yoxsulluq və aclıq kimi fiziki, qorxu və nizamsızlıq kimi ruhi əzabları var.
    Ayə 113:
    وَلَقَدْ جَاءهُمْ رَسُولٌ مِّنْهُمْ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ الْعَذَابُ وَهُمْ ظَالِمُونَ
    "Əlbəttə, onlara öz aralarından peyğəmbər gəldi. Amma onu təkzib etdilər. Onları sitəmkar olduqları halda əzab yaxaladı.”
    Nöqtələr
    Bu ayə ötən ayənin davamı olaraq buyurur: "Naşükür insanlar nəinki maddi, hətta ilahi peyğəmbərlər kimi mənəvi nemətləri də inkar etdilər. Nəticədə Allahın qəhr-qəzəbinə düçar oldular.
    Bildirişlər
    1. Peyğəmbərlər xalq arasından çıxmış ictimai insanlar idilər. Kafirlər onların kimliyini bilir, amma inadkarlıq göstərirdilər.
    2. Yalnız höccət tamamlandıqdan, bəhanəyə yer qalmadıqdan sonra əzab gəlir.
    3. Peyğəmbərlərin təkzibi insanın həm özünə, həm də məktəb və rəhbərə qarşı zülmdür.
    Ayə 114:
    فَكُلُواْ مِمَّا رَزَقَكُمُ اللّهُ حَلالاً طَيِّبًا وَاشْكُرُواْ نِعْمَتَ اللّهِ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ
    "Allahın sizə ruzi etdiyi halal və pak şeylərdən yeyin. Yalnız Ona pərəstiş edirsinizsə, nemətinin şükrünü yerinə yetirin.”
    Nöqtələr
    İslam həm pak, həm də halal şeylərlə qidalanmağa icazə verir. Şərab və donuz əti kimi şeylər qadağandır. Çünki şərab və donuz əti zatən çirkindir. Öz-özlüyündə pak olan bir şey haram pulla alınarsa, haram hökmündədir.
    Əgər nankorluq və peyğəmbərlərin təkzibi qəhr-qəzəb və əzaba səbəb olursa, nankorluq və küfr əvəzində halal nemətlərdən faydalanıb şükür edin.
    Bildirişlər
    1. İslamda riyazət (nəfsə işgəncə) və rahiblik (guşənişinlik) yoxdur.
    2. Hər ələ düşəndən yox, yalnız halal çərçivəsində olandan istifadə etmək olar.
    3. Dini göstərişlər insan fitrətinə uyğundur. İnsan təbiətinə uyğun olan qidalardan istifadə etmək olar.
    4. İslam dini kompleks dindir, onun göstərişləri də əhatəlidir. Bu dində həm zahiri, həm də batini paklıq şərt sayılır.
    5. Əlimizə düşən ruzini öz zirəkliyimizin nəticəsi yox, Allahın hədiyyəsi sayaq.
    6. İnsan qarnını doyurmaq xatirinə yox, vəzifəsini yerinə yetirmək üçün yeməlidir.
    7. Nemətə şükür etmədən ibadət və bəndəlik yetərsizdir.
    Ayə 115:
    إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالْدَّمَ وَلَحْمَ الْخَنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلاَ عَادٍ فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ
    "(Allah) yalnız murdarı (murdar olmuş əti), qanı, donuz ətini və Allahdan qeyrisinin adı ilə kəsiləni sizə haram buyurmuşdur. Bunlardan yeməyə məcbur olan şəxs itaətsizlik göstərməsə və həddi aşmasa (zəruri həddə yeyə bilər). Çünki Allah bağışlayan və mehribandır.”
    Nöqtələr
    Bu ayə azca fərqlə "Ənam” və "Nəhl” kimi Məkkə, "Bəqərə” və "Maidə” kimi Mədinə ayələrində də təkrarlanmışdır.
    "Həlal” sözündən olan "ihlal” sözü ayı görən zaman səsin qaldırılması mənasını bildirir. Müşriklər heyvanları kəsərkən bütlərin adını çəkirdilər. Bu iş "ihlal” kimi ifadə olunmuşdur.
    Bu ayədə bəzi haram qidalar sadalansa da, ayə bütünlüklə haramlara aid deyil. Ayədə Peyğəmbərin (s) Quran tərəfindən tapşırılmış bəzi bəyanlarını da qəbul etməliyik.
    Bildirişlər
    1. Bir şeyi yalnız Allah haram edə bilər. Kimsə özbaşına, xurafat əsasında halalı haram, haramı halal saya bilməz.
    2. Bəzi şeylərin haram buyurulmasında məqsəd onların sağlamlıq üçün təhlükəli olması yox, şirk kimi mənəvi çirkinliklə nəticələnməsidir.
    3. İnsanın qidalanması da tövhid əsasında olmalıdır.
    4. İlahi qanunlardan sui-istifadə etməyin.
    5. İslamda çıxılmaz vəziyyət yoxdur. İnsan bir işə məcbur olduqda günahının cəzası bağışlanır.
    Ayə 116:
    وَلاَ تَقُولُواْ لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ الْكَذِبَ هَـذَا حَلاَلٌ وَهَـذَا حَرَامٌ لِّتَفْتَرُواْ عَلَى اللّهِ الْكَذِبَ إِنَّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللّهِ الْكَذِبَ لاَ يُفْلِحُونَ
    "Ağzınıza gələn yalanı danışıb Allaha iftira ilə deməyin ki, bu halaldır, bu haram. Çünki Allaha iftira yaxanlar nicat tapmır.”
    Ayə 117:
    مَتَاعٌ قَلِيلٌ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
    "(Bütün iftiraların səbəbi dünya əldə etməkdir.) Bu, cüzi bir bəhrədir və onlar üçün dərdli bir əzab vardır.”
    Nöqtələr
    Bu iki ayədə ilahi qanunlara əsaslanmayan istənilən bir qadağa məhkum olunur və Allaha iftira sayılır. Bu sayaq iftiraların səbəbi dəyərsiz dünya malı əldə etməkdir.
    Bildirişlər
    1. Halal-haramlara münasibətdə yersiz və əsassız nəzərlərimizi izhar etməyək. (Ya müctehid olaq, ya da müctehidə — din aliminə təqlid edək.)
    2. Dində və dinin hökmlərində bidət (özbaşına yenilik) qadağandır.
    3. Yalançı nicat tapmaz.
    4. Dində bir çox bidətlərin səbəbi dünya matahı əldə etməkdir.
    5. Halal-haram hədlərini pozmağın həm dünya, həm axirət əzabı var.
    Ayə 118:
    وَعَلَى الَّذِينَ هَادُواْ حَرَّمْنَا مَا قَصَصْنَا عَلَيْكَ مِن قَبْلُ وَمَا ظَلَمْنَاهُمْ وَلَـكِن كَانُواْ أَنفُسَهُمْ يَظْلِمُونَ
    "Yəhudilərə bundan öncə sənə nəql etdiklərimizi haram buyurduq. ("Nəhl” surəsindən öncə nazil olunmuş "Ənam” surəsində bəyan olunan haramlardan əlavə, yəhudilərə cəza olaraq başqa qadağalar da qoyulmuş) (bu qadağalarla) onlara zülm etmədik. Bu onların özlərinə rəva qıldıqları zülm idi.”
    Nöqtələr
    Bir neçə ayə öncə yalnız 4 şeyin haramlığı buyuruldu. Murdar (ölmüş heyvan), qan, donuz əti, Allahdan qeyrisinin adı ilə kəsilmiş heyvan. Belə bir sual yaranır ki, əgər bu dörd şey haramdırsa, nə üçün "Ənam” surəsinin 146-cı ayəsində yəhudilərə dırnaqlı heyvanların, mal və qoyunun piyinin haram edilməsindən danışılır? Bu ayədə həmin suala cavab verilir: yəhudilərə bu sayaq əlavə qadağalar qoyulmasının səbəbi, onların iqtisadi təzyiqə məruz qoyulması və tənbehi olmuşdur.
    İslamda iki növ qadağa var: Bütün xalqa aid olan daimi qadağa və bir dəstəyə aid olan müvəqqəti qadağa.
    Bildirişlər
    1. Bəzi qidaların haram buyurulması yolu, iqtisadi mühasirə ötən ümmətlərin düçar olduğu ilahi cəzalardandır.
    Ayə 119:
    ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُواْ السُّوءَ بِجَهَالَةٍ ثُمَّ تَابُواْ مِن بَعْدِ ذَلِكَ وَأَصْلَحُواْ إِنَّ رَبَّكَ مِن بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ
    "Sonra, əlbəttə, sənin Rəbbin, nadanlıq üzündən pis iş görüb, ardınca tövbə qılıb saleh işə üz tutanları həmin tövbədən sonra (bağışlayar), şübhəsiz, O, bağışlayan və mehribandır.”
    Nöqtələr
    Cəhalət dedikdə bilməmək nəzərdə tutulur. Amma nəfsinə tabe olaraq bildiyinə əməl etməyən insan da cahil sayılır. "Ənam” surəsinin 54-cü ayəsində də cəhalət bu mənada işlədilmişdir.
    Bildirişlər
    1. İslamda çıxılmaz vəziyyət yoxdur, insan üçün geriyə yol qoyulmuşdur.
    2. Tövbənin qəbulu ilahi rübubiyyət şənindəndir və tərbiyə üsuludur.
    3. Həqiqi tövbə islah və səhvlərin aradan qaldırılması ilə müşayiət olunur.
    4. Tövbə yolu hamının üzünə açıqdır.
    5. İnkar və inadkarlıq yox, nəfsin qələbəsi səbəbindən baş verən günahlara qılınan tövbə daha asan qəbul olunur.
    6. Həqiqi tövbənin qəbuluna şübhə yoxdur.
    7. Allah xətakarı qəbul etməklə yanaşı ona mehribanlıq göstərir.
    Ayə 120:
    إِنَّ إِبْرَاهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِلّهِ حَنِيفًا وَلَمْ يَكُ مِنَ الْمُشْرِكِينَ
    "Həqiqətən, İbrahim (təklikdə) bir ümmət idi. O, Allah qarşısında təvazökar, müti və haqpərəst idi, müşriklərdən deyildi.”
    Nöqtələr
    Bu ayədə Allah İbrahimi təklikdə bir ümmət sayır. Təfsirçilər bu münasibətlə bağlı müxtəlif fikirlər söyləmişlər. O cümlədən:
    1. İbrahim kimsəyə aid olmayan bir məktəbdə idi. Ona görə də ümmət sayılmalıdır.
    2. İbrahimdə bir ümmətdə olacaq qədər xeyir, yaxşılıq və kamal vardı. Şairin təbirincə "bütün salehlərdə olan təklikdə səndə var.”
    3. "Ümmət” sözü müəllim mənasını bildirir və İbrahim yaxşılıqlar müəllimi idi.
    4. Ümmət dedikdə rəhbər, məqsəd və bütün allahpərəstlərin imamı nəzərdə tutula bilər.
    5. Onun bir ümmətə xas şəxsiyyət və böyüklüyü vardı.
    6. Çünki ümmət ona sığınmışdı.
    7. İbrahim alim idi, alim isə bir ümmətə yol göstərir.
    8. İbrahim qiyam qaldırıb bir ümmətin işini gördü və bu işdə yoldaşı yox idi.
    Bildirişlər
    1. İlahi insanların tərifi, ideallar və tövhid qəhrəmanlarının tanıtdırılması tərbiyə üsullarındandır.
    2. Say mühüm deyil, mühüm keyfiyyət və hərəkat yaratmaqdır.
    3. Allah yolunda təklikdən qorxmayın.
    4. İnsan mühitə, cəmiyyətə və tarixə tabe deyil.
    5. İbrahimin həm əməli, həm də əqidəsi xalis idi.
    6. İnsanlarla xoş keçinmənin tövhid inancına zərəri yoxdur. (İbrahim öncə ətrafındakılarla müdara üçün ayı və günəşi Rəbb kimi qəbul etdiyini söylədi. Amma ay və günəş batan vaxt "mənim qürub edənlərdən xoşum gəlmir” söylədi. Quran isə İbrahimi belə tanıtdırır: "O bir an olsun müşrik olmadı”.
    7. İnsanı dəyərli edən onun ifrat və təfritə yol vermədən agah ibadət-itaəti, xalisliyidir.
    Ayə 121:
    شَاكِرًا لِّأَنْعُمِهِ اجْتَبَاهُ وَهَدَاهُ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
    "O, Allahın nemətlərinə şükür edirdi. (Allah) onu seçdi və doğru yola hidayət etdi.”
    Ayə 122:
    وَآتَيْنَاهُ فِي الْدُّنْيَا حَسَنَةً وَإِنَّهُ فِي الآخِرَةِ لَمِنَ الصَّالِحِينَ
    "Ona dünyada yaxşılıq verdik. Şübhəsiz, o, axirətdə də salehlərdəndir.”
    Nöqtələr
    "Cəbabət” sözündən olan "ictəba” sözü toplama, mərkəzləşdirmək mənasını bildirir. "İctəbahu”, yəni Allah insanları parçalanmaqdan qorudu və Özünə münasibətdə xalis etdi.
    Yaxşı ad, pak övladlar, Kəbənin inşası, uzun ömür, duanın qəbulu, var-dövlət dünyadakı yaxşılıq nümunələrindəndir.
    Bu ayədə Allah İbrahimin beş kamilliyini sadalayır və sonra onun beş məqamını qeyd edir.
    Bildirişlər
    1. Allah insanı onun ləyaqəti əsasında seçir.
    2. Allah Öz seçdiyini məqsədə çatdırır.
    3. Peyğəmbərlərin duası qəbuldur. İbrahim Allahdan diləmişdi ki, salehlərdən olsun. Onun duası qəbul olur.
    Ayə 123:
    ثُمَّ أَوْحَيْنَا إِلَيْكَ أَنِ اتَّبِعْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
    "Sonra sənə vəhy etdik ki, İbrahimin haqq ayininə tabe ol. O, müşriklərdən deyildi.”
    Bildirişlər
    1. Peyğəmbərlərin şəraiti fərqli olsa da, tutduqları yol eynidir. Hər bir peyğəmbər özündən əvvəlki peyğəmbərin yolunu getmişdir.
    2. İbrahimin ayələrdə ardıcıl şəkildə təriflənməsi onun kamil xalisliyindən danışır.
    Ayə 124:
    إِنَّمَا جُعِلَ السَّبْتُ عَلَى الَّذِينَ اخْتَلَفُواْ فِيهِ وَإِنَّ رَبَّكَ لَيَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُواْ فِيهِ يَخْتَلِفُونَ
    "Həqiqətən, şənbə tətili həmin məsələdə ixtilaf törədənlər üçün qərar verildi. Şübhəsiz, Rəbbin qiyamət günü onların daim ixtilafda olduqları məsələlərlə bağlı mühakimə aparacaq.”
    Nöqtələr
    Yəhudilər öz inadkarlıqları səbəbindən Allah tərəfindən dəfələrlə məzəmmət olunmuşlar. Hazırkı surənin 118-ci ayəsində həmin tənbehlərdən biri ilə tanış olduq. Bu ayədə şənbə gününün tətil buyurulması digər bir tənbehdir. Əlbəttə ki, onlardan bir dəstəsi təşəkkür, digər bir dəstəsi naşükürlük etdi. Onlar hiyləyə əl atıb dərdli əzaba düçar oldular.
    Əvvəlki ayələrə əsasən bu ayəni belə mənalandırmaq olar: "Ey peyğəmbər, sən İbrahim ayinlərinə tabe ol. Onun üçün cümə günü tətil idi. Şənbə gününün yəhudilərə tətil müəyyənləşdirilməsinin səbəbi onların cəzalandırılması və tənbehidir. Əslində isə İbrahim dövründən tətil cümə günüdür.”
    Bildirişlər
    1. İlahi proqramlarda bəzən qəhr-qəzəb, bəzən mehr-məhəbbət nəzərdə tutulur.
    Ayə 125:
    ادْعُ إِلِى سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَجَادِلْهُم بِالَّتِي هِيَ أَحْسَنُ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
    "(Ey peyğəmbər! Xalqı) hikmət və gözəl öyüdlə Rəbbinin yoluna çağır. Ən yaxşı şəkildə vəsf edib danış. Həqiqətən, Rəbbin Onun yolundan azanlardan xəbərdardır və doğru yolu tutanları yaxşı tanıyır.”
    Nöqtələr
    Bu ayədən başlayaraq surənin sonunadək 10 maraqlı əxlaqi göstəriş bəyan olunmuşdur.
    Ayədə bütün məsullara, tərbiyəçilərə, müəllimlərə, ustadlara, alimlərə ümumi şəkildə göstəriş verilir ki, müvəffəqiyyət qazanmaq üçün qarşı tərəflə müxtəlif üslublarda iş aparsınlar. Çünki bütün xalqı eyni şəkildə dəvət etmək olmaz. Hər bir insanın fərqli ruhu və fərqli tutumu var. İnsanla onun öz dilində danışmaq lazımdır. Xüsusi insanlarla hikmət və dəlil, adi insanlarla moizə üsulunda danışmaq lazımdır. Müxaliflər gözəl mübahisə ilə təslim edilməlidirlər.
    Gözəl moizə dedikdə vaizin (moizə edənin) öz dediyinə əməl etməsi, gözəl mübahisə dedikdə danışıqda təhqirə və yersiz təhriklərə yol verməmək nəzərdə tutulur.
    Bildirişlər
    1. Peyğəmbərlərin ilkin vəzifələri dəvətdir.
    2. Dəvət ilahi yönümlü olmalıdır.
    3. Dəvətin mərhələləri və mərtəbələri var. (Hikmət, moizə, gözəl mübahisə).
    4. Moizə gözəl, mübahisə isə daha gözəl olmalıdır. Həm məzmun, həm də bəyan üsuluna diqqət yetirilməlidir.
    5. Yaxşılıqların bərəkətini, pisliklərin bəlasını bəyan etmək dəvət üsuludur. ("Hikmət” dedikdə nəzərdə tutulan işin faydaları və zərərlərini elm və ağıl yolu ilə açıqlamaq nəzərdə tutulur.)
    6. İnsan işin nəticəsinə yox, öz vəzifəsinə məsuldur.
    7. Hikmət və dəlil həmişə gözəldir. Amma moizə və mübahisə həm yaxşı, həm də pis üslubda ola bilər.
    8. İslam öz tərəfdarlarını həm elmi, həm də mənəvi baxımdan qidalandırır. Müxaliflərlə məntiqi şəkildə davranılır.
    Ayə 126:
    وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُواْ بِمِثْلِ مَا عُوقِبْتُم بِهِ وَلَئِن صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِّلصَّابِرينَ
    "Cəzalandırdıqda necə cəzalandırılmısınızsa, elə cəzalandırın. Əlbəttə, səbir və dözüm göstərsəniz, səbir əhli üçün bu daha yaxşıdır.”
    Nöqtələr
    Rəvayətlərdə bildirilir ki, Ühüd döyüşündə həzrət Həmzə şəhadətə çatdığı vaxt İslam Peyğəmbəri (s) buyurdu: "Əgər kafirlərə qalib gəlsək onları doğrayacağıq.” Ayə nazil oldu ki, intiqam alarkən ədalət və səbrinizi əldən verməyin. Həzrət (s) buyurdu:”Səbir edirəm, səbir edirəm!” Bəli, İslamı tanıtdırarkən Ühüd döyüşü ilə yanaşı Məkkənin fəthini, həzrət Peyğəmbərin (s) əfvini (müqayisəli şəkildə) qeyd edək.
    Bildirişlər
    1. Düşmənlərə münasibətdə də ədalət və insafı gözləyin.
    2. Qarşı tərəf kimi rəftar etmək təbii və ilahi haqdır.
    3. Səbirdə elə bir ləzzət vardır ki, intiqamda bu yoxdur.
    4. İnamsızlıq yarandıqda öz vədinizi təkidlə bəyan edin.
    5. Döyüşün də qanunu və əxlaqı var.
    6. Qanun təklikdə bəs etmir, əxlaq da lazımdır.
    7. Düşünməyin ki, sizin səbriniz düşmənə fayda verəcək. Səbir sizin özünüz üçün faydalıdır.
    Ayə 127:
    وَاصْبِرْ وَمَا صَبْرُكَ إِلاَّ بِاللّهِ وَلاَ تَحْزَنْ عَلَيْهِمْ وَلاَ تَكُ فِي ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ
    "(Ey peyğəmbər,) Səbir et, sənin səbrin yalnız Allahın yardımı ilə mümkündür. Onlara (müşriklərə) görə kədərlənmə, onların alçaq hiylələrinə görə özünü sıxıntıya salma.”
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 704 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024