İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Articles » Quran » Nur təfsiri (5-ci cild)

    Nur təfsiri (5-ci cild)
    Bildirişlər
    1. İnsan vəfasız, əhdini pozan və naşükürdür. (Ötən ayədə bildirildiyi kimi, o nicat tapsa şükür edəcəyini vəd edir, amma nicat tapdıqdan sonra qəflətə uğrayır.)
    2. Xalqa zülm insanın özünə zülmüdür. Çünki hamı bir-birindəndir. 
    3. Zülm-sitəmin cəzası həm dünya, həm də axirətə aiddir.
    4. Zalımlar yalnız bir neçə günlük dünyada ləzzət alırlar. Bu isə qiyamət cəzası ilə müqayisədə heçdir.
    5. Zülmlərin kökü insanın dünyapərəstliyidir.
    6. Qiyamətin xatırlanması insanı günahdan çəkindirən amillərdəndir.
    7. Allah insanın bütün işlərindən agahdır. İnsan da qiyamət günü bütün əməllərindən xəbər tutacaq.
    Ayə 24:
    إِنَّمَا مَثَلُ الْحَيَاةِ الدُّنْيَا كَمَاء أَنزَلْنَاهُ مِنَ السَّمَاء فَاخْتَلَطَ بِهِ نَبَاتُ الأَرْضِ مِمَّا يَأْكُلُ النَّاسُ وَالأَنْعَامُ حَتَّىَ إِذَا أَخَذَتِ الأَرْضُ زُخْرُفَهَا وَازَّيَّنَتْ وَظَنَّ أَهْلُهَا أَنَّهُمْ قَادِرُونَ عَلَيْهَآ أَتَاهَا أَمْرُنَا لَيْلاً أَوْ نَهَارًا فَجَعَلْنَاهَا حَصِيدًا كَأَن لَّمْ تَغْنَ بِالأَمْسِ كَذَلِكَ نُفَصِّلُ الآيَاتِ لِقَوْمٍ يَتَفَكَّرُونَ
    "Həqiqətən, dünya həyatı səmadan endirdiyimiz suya bənzər. Yerin insanlar və dördayaqlılar yeyən otu onunla qarışdı. Nəhayət, yer zinətləndi və yer əhli belə güman etdi ki, bütün bu nəbatatdan istifadə etmək gücündədir. (Qəfildən) gecə və ya gündüz (viranlığa) əmr gəldi. Onu elə biçdik ki, sanki dünən heç bir ot olmamışdı. Biz Öz ayələrimizi düşünən qövm üçün bu sayaq açıqlayırıq.”
    Nöqtələr
    Ötən ayə dünya matahını puç saydı. Bu ayə isə gözəl bir oxşatma ilə onu təsvir edir.
    Bəzi rəvayətlərdə bu ayə həzrət Mehdinin (ə) zühur rəmzi sayılmışdır. Nə vaxt yer üzü zər-zibaya büründü, ilahi bir əmr və ideoloji bir inqilabla hər şey dəyişər. 
    Bildirişlər
    1. Ən yaxşı təbliğ və təlim üsullarından biri misaldır.
    2. Ən üstün misal təbiətdən götürülmüş misaldır. Belə bir misal daim aktualdır.
    3. Təbiətin maddi ünsürlərindən həm insan, həm də heyvan bəhrələnir. İnsan yalnız mənəvi dəyərlərə görə heyvandan üstündür.
    4. Bitki örtüyünün insan və heyvanların ehtiyacına uyğun olması ilahi lütflərdəndir.
    5. İman insanın zinətidir.  Bitki örtüyü isə yerin zinətidir.
    6. Dünya insanı aldadaraq, onu xəyallar aləminə aparır.
    7. Bitki örtüyünü cücərtmək Allahın əlində olduğu kimi, onu məhv etmək də Allahın əlindədir.
    8. Dünya və onun cilvələri hadisələr keşməkeşindədir.
    9. İnsanın dünya ömrü bitki aləminin ömrü kimi qısa və ötəridir.
    10. Allahın şiddətli qəhr-qəzəbindən sonra heç bir əsər-əlamət qalmır.
    11. Quran misalları insanı düşüncəyə vadar edir. Bu misallara əhəmiyyətsiz yanaşmayaq.
    12. Dünyaya bağlılıq və onunla qürrələnmək dar düşüncə, ondan qürur duymamaq isə düşüncə nişanəsidir.
    Ayə 25:
    وَاللّهُ يَدْعُو إِلَى دَارِ السَّلاَمِ وَيَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
    "Allah (xalqı) salamatçılıq və səadət mənzilinə çağırır və istədiyini doğru yola hidayət edir.”
    Nöqtələr
    "Behiştin adlarından biri "Darüs-səlamdır”. Çünki orada döyüş və mübahisə törədəcək kin-küdurət yoxdur. 
    Salam Allahın adıdır. Darus-Səlam dedikdə isə ilahi rəhmət civarı və görüş salamı olan, eləcə də, Allahın salam verdiyi yer nəzərdə tutulur. 
    Rəvayətlərdə Əmirəlmöminin (ə) və məsum rəhbərlərin vilayəti doğru yolun ən üstün nümunəsi kimi təqdim olunur.
    Bildirişlər
    1. İlahi dəvət Allahın Öz bəndələrinə xüsusi lütf nişanəsidir.
    2. Dünya salamatçılığı ötəri, axirət salamatçılığı isə əbədidir.
    3. Sirate-mustəqim, yəni doğru yol aramlıq gətirir. Bu yol axirətdən əlavə dünya həyatında insan üçün darus-səlam yaradır.
    4. Sağlam həyat və cəmiyyət Allahın istəyidir.
    5. Allah həm dəvət edir, həm də yol göstərir.
    6. İlahi dəvət hamı üçündür. Xüsusi hidayət isə yalnız Allahın istədiklərinə aiddir.
    7. Doğru yolda hərəkət üçün ilahi tövfiq, yardım lazımdır.
    Ayə 26:
    لِّلَّذِينَ أَحْسَنُواْ الْحُسْنَى وَزِيَادَةٌ وَلاَ يَرْهَقُ وُجُوهَهُمْ قَتَرٌ وَلاَ ذِلَّةٌ أُوْلَـئِكَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِيهَا خَالِدُونَ
    "Yaxşılıq edənlər üçün daha yaxşı və daha artıq mükafat olacaq. Onların çöhrəsinə zillət və xarlıq tozu qonmayacaq. Onlar behişt əhlidirlər və həmişə oradadırlar.”
    Nöqtələr
    "Rəhəq” dedikdə məcburi şəkildə örtmək, "qətər” dedikdə toz, tüstü və kül nəzərdə tutulur.
    Daha çox və ikiqat mükafatın verilməsi "ziyadə”, "zef”, "izaf” təbirləri ilə təkrar-təkrar bəyan olunmuşdur. Eləcə də, yaxşılıq edən on qat mükafat alır. Allah tam mükafatdan əlavə, Öz fəzli ilə onlara əta edir.  Allah yolunda infaq müqabilində yeddi yüz qat artıq əvəz verilir. 
    İmam Sadiq (ə) buyurmuşdur: "Bir damlası alovu söndürən göz yaşından savay hər şeyin ölçüsü var.” Sonra imam buyurmuşdur: "Allahın razılığı xatirinə göz yaşı axıdan kəs üzü qaralıq və xarlıq görməyəcək.” 
    Bəzi rəvayətlərdə bildirilir ki, "ziyadət” dedikdə dünya nəzərdə tutulmuşdur.  Sünnə əhlinin bir çox rəvayətlərinə əsasən, "ziyadət” Allahla görüşə işarədir. 
    "Əhsənu” dedikdə düz əqidə, saleh əməl və yaxşı danışıq nəzərdə tutulur.
    Bildirişlər
    1. İlahi lütfdən xeyir əməl sahibləri faydalanırlar.
    2. Allah həm əməlin mükafatını verir, həm də təşviq edir.
    3. Qiyamət günü ən üstün mükafat yaxşı əməl sahiblərinindir.
    4. Allahdan qeyrisinə üz tutanların heç bir üzrü yoxdur. Çünki Allah həm dəvət edir, həm yol göstərir, həm də artıqlaması ilə əvəz verir.
    5. Ötəri və fani dünyadakı ehsan və yaxşılıq əbədi behişt həyatına aparır.
    Ayə 27:
    وَالَّذِينَ كَسَبُواْ السَّيِّئَاتِ جَزَاء سَيِّئَةٍ بِمِثْلِهَا وَتَرْهَقُهُمْ ذِلَّةٌ مَّا لَهُم مِّنَ اللّهِ مِنْ عَاصِمٍ كَأَنَّمَا أُغْشِيَتْ وُجُوهُهُمْ قِطَعًا مِّنَ اللَّيْلِ مُظْلِمًا أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ
    "Pislik ardınca gedənlər həmin pisliklər qədərində cəzalandırılarlar. Zillət və xarlıq qubarı onları bürüyər. Allahın qəhri səbəbindən sığınacaq verənləri olmaz. Onların çöhrələri sanki qaranlıq gecə parçaları ilə örtülmüşdür. Onlar cəhənnəm əhlidirlər və orada əbədidirlər.”
    Nöqtələr
    İmam Baqir (ə) buyurmuşdur: "Bu ayə bidət, şübhə və şəhvət əhli haqqındadır.” 
    "Ləyli muzlim” dedikdə ay işığından əsər-əlamət olmayan gecə nəzərdə tutulur. Hər ayda bir gecə bu sayaq qaranlıq olur. Əksinə, "ləyli muqmir” dedikdə, ayın işıqlandırdığı gecə başa düşülür.
    "Əbəsə” surəsinin 40-42, "Ali-İmran” surəsinin 106-cı ayələrinə əsasən üzlərin gecə tək qaralmasından danışılarkən kafirlər nəzərdə tutulmuşdur.
    Bildirişlər
    1. İnsanlar öz iradələri ilə günah yolunu seçirlər.
    2. Allah pis əməl sahibləri ilə ədalətli rəftar edir.
    3. Dünya əməl, axirət əvəz məhəllidir.
    4. İnsan tənbeh və cəzadan qabaq təşviq olunmalıdır.
    5. Üzüqaralıq günahkar möminlərə yox, kafirlərə aiddir.
    6. Cəza və tənbeh, eləcə də təhqir və üzüqaralıq qiyamətdə də var.
    7. Qurtuluş və şəfaət yolu kafirlərin üzünə bağlıdır.
    Ayə 28:
    وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُواْ مَكَانَكُمْ أَنتُمْ وَشُرَكَآؤُكُمْ فَزَيَّلْنَا بَيْنَهُمْ وَقَالَ شُرَكَآؤُهُم مَّا كُنتُمْ إِيَّانَا تَعْبُدُونَ
    "(Qiyamətdə) hamını bir yerə toplayacağımız gün müşriklərə deyərik: "Siz və Allaha şərik güman etdikləriniz öz yerinizdə qalın (ki, hesabınız aparılsın). Sonra aralarında ayrılıq salarıq və məbudlar deyərlər ki, siz (əslində) bizə pərəstiş etmirdiniz (öz həvəslərinizin ardınca gedirdiniz).”
    Nöqtələr
    Ötən ayədə deyildi ki, günahkarlar və kafirlər üçün heç bir qurtuluş yolu yoxdur. Bu ayədə isə bildirilir ki, hətta onların xəyali vasitələri də şəfaət vermək əvəzinə, onlardan üz döndərərlər.
    Bildirişlər
    1. Qiyamət və onun hadisələrini unutmayaq.
    2. Qiyamətdə təkcə insanlar yox, hətta saxta məbudlar da hazır olar.
    3. Qiyamət ayrılıq günüdür. (Qiyamətdə sorğu üçün insanlar bir-birlərindən ayrı düşərlər.)
    4. Kafirlərin öz xəyali şəfaətçiləri qiyamətdə onlardan üz döndərər.
    5. Qiyamətdə bütlər dilə gəlib onlara ibadət edənləri inkar edər və ya xəbərsizliklərini bildirərlər.
    Ayə 29:
    فَكَفَى بِاللّهِ شَهِيدًا بَيْنَنَا وَبَيْنَكُمْ إِن كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَافِلِينَ
    "Sonra (məbudlar müşriklərə deyərlər) bizimlə sizin aranızda Allah yetər. Həqiqətən, biz sizin pərəstişinizdən xəbərsiz idik.”
    Nöqtələr
    Ötən ayədə məbudlar deyirdilər ki, siz bizə ibadət etmirdiniz. İndi isə bildirirlər ki, biz sizin ibadətinizdən xəbərsiz idik. Nəticə alınır ki, məbudun xəbərsiz olduğu istənilən bir ibadət ibadət deyil.
    Quranda məbudların müşriklərə nifrət və onlardan üz döndərməsindən dəfələrlə söhbət açılmışdır. 
    Bildirişlər
    1. Qiyamətdə bütlərə şüur və nitq verilər.
    Ayə 30:
    هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَّا أَسْلَفَتْ وَرُدُّواْ إِلَى اللّهِ مَوْلاَهُمُ الْحَقِّ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ
    "Orada hər kəs öncədən göndərdiyinə (onun cəzasına) düçar olar və həqiqi hamisinə doğru qaytarılar. İftira və yalan olaraq Allah saydıqları şeylər onların gözləri qarşısındaca məhv olar.”
    Bildirişlər
    1. Dünyəvi sınaqların nəticəsi qiyamət günü əldə olunar.
    2. Qiyamət hesabı hamı üçündür.
    3. Varlığın qaynağı Odur və işin sonu Ona doğrudur.
    4. Həqiqi mövla Allahdır və Ondan qeyriləri puçdur.
    5. Qiyamətdə yalançı məbudların görüntüləri məhv olacaq.
    Ayə 31:
    قُلْ مَن يَرْزُقُكُم مِّنَ السَّمَاء وَالأَرْضِ أَمَّن يَمْلِكُ السَّمْعَ والأَبْصَارَ وَمَن يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيَّتَ مِنَ الْحَيِّ وَمَن يُدَبِّرُ الأَمْرَ فَسَيَقُولُونَ اللّهُ فَقُلْ أَفَلاَ تَتَّقُونَ
    "De ki, sizə göydən və yerdən ruzi verən kimdir? Qulaq və gözlərin sahibi kimdir? Kimdir dirini ölüdən, ölünü diridən çıxaran? Kimdir varlığın işini sahmana salan? (Cavab olaraq) deyəcəklər: "Allah.” De ki, məgər Allahdan qeyrisinə pərəstişin cəzasından qorxmursunuz?”
    Nöqtələr
    "Ölünü diridən, dirini ölüdən çıxarmaq” təbiri insanın nütfədən, nütfənin insandan, cücənin yumurtadan, yumurtanın cücədən, otun toxumdan, toxumun otdan, saleh övladıngünahkar ata-anadan, günahkar övladın saleh valideyndən çıxması təbirləri ilə oxşar formadadır.
    Ayədə insan əzalarından yalnız göz və qulağın yada salınmasının səbəbi bu ola bilər ki, bədən üzvləri arasında ən çox istifadə olunan bu iki üzvdür.
    Bildirişlər
    1. Sual üslubu və insanların düşüncə və fitrətə yönəldilməsi səmavi təlimatçıların vəzifələrindəndir.
    2. Allah insana ruzi verilməsindən danışarkən göy və yerin də adını çəkir.
    3. Ruzi vermək, yaratmaq, idarə etmək Allahın daimi sünnələrindəndir.
    4. Yaranış aləmi daim müdiriyyətə ehtiyaclıdır. Tədbirlərdəki vəhdət rübubiyyətin vəhdət nişanəsidir.
    5. Ruzimiz, göz və qulağımız, həyat və ölümümüz Allahın əlindədir. Bu sahədə başqa bir güc və hakimiyyət yoxdur.
    6. Nemətlər və ilahi qüdrət haqqında düşüncə allahşünaslığın ən şirin, ən duyumlu, ən ümumi, ən sadə və eşq yaradan yollarındandır.
    7. Müşriklər də öz dövrlərində Allahı varlığın yaradıcısı kimi tanıyırmışlar.
    8. Əqidə bəs etmir, əməl də lazımdır.
    9. Mərifət və elm təqva üçün zəmin yaradır.
    Ayə 32:
    فَذَلِكُمُ اللّهُ رَبُّكُمُ الْحَقُّ فَمَاذَا بَعْدَ الْحَقِّ إِلاَّ الضَّلاَلُ فَأَنَّى تُصْرَفُونَ
    "Belə bir (qadir və vahid) Allah, həqiqətən, sizin Rəbbinizdir. Haqdan sonra azğınlıqdan başqa nə var? Bəs necə olur ki, (haqdan) qaytarılırsınız?!”
    Bildirişlər
    1. Hakim, ruzi verən, xəlq edən, idarə edən Allah olan yerdə digər bir yaradana macal yoxdur.
    2. Allahdan qeyrisinin rübubiyyətinə etiqad puçdur, azğınlıqdır.
    3. Haqla batil arasında üçüncü bir yol yoxdur. Haqq olmayan şey batildir. Bu məsələdə bitərəf yoxdur.
    4. İnsan haqpərəst bir fitrətə malikdir. Şeytanlar, digər xülyalar və amillər onu azğınlığa çəkir.
    Ayə 33:
    كَذَلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى الَّذِينَ فَسَقُواْ أَنَّهُمْ لاَ يُؤْمِنُونَ
    "Beləcə, Rəbbinin hökmü və sözü itaətsizlik edənlər haqqında gerçəkləşdi. Onlar iman gətirməzlər.”
    Bildirişlər
    1. İnsan əyri yol seçməklə Allahın qəzəbini qətiləşdirir.
    2. Azğınlıq və günah iman üçün maneə, küfr üçün zəmindir.
    Ayə 34:
    قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ قُلِ اللّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ فَأَنَّى تُؤْفَكُونَ
    "De ki, Allaha şərik qərar verdiyiniz məbudlardan yaranışı ərsəyə gətirib sonra geri qaytara bilən varmı? De ki, (yalnız) Allah yaranışa başlar, sonra onu qaytarar. Belə isə, nə üçün (haqdan) üz çevirirsiniz?!”
    Bildirişlər
    1. Allah-təala Öz Peyğəmbərinə (s) müşriklərlə mübahisə üsulunu öyrədir.
    2. Allaha şərik qoşulanlar bəşər xülyasından başqa bir şey deyil.
    3. Varlıq bir hadisədir.
    4. Pərəstiş üçün iki meyar var: İlkin yaratma qüdrəti və yenidən bərpa qüvvəsi.
    5. Dünya fəna olduqdan sonra qiyamət qopar.
    6. Varlıq aləmi ölümə, məhvə doğru hərəkətdədir. Bu hərəkətin sonu fənadır.
    7. Məad və qiyamət də dünya kimi cismanidir.
    8. Şərik qoşmağa meyl düşüncəsizlik nişanəsidir.
    Ayə 35:
    قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَهْدِي إِلَى الْحَقِّ قُلِ اللّهُ يَهْدِي لِلْحَقِّ أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لاَّ يَهِدِّيَ إِلاَّ أَن يُهْدَى فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
    "De ki, Allaha şərik qoşduğunuz məbudlar arasında haqqa hidayət edəni varmı? De ki, (yalnız) Allah haqqa hidayət edir. İtaətə daha çox kim layiqdir: haqqa hidayət edən kəs, yoxsa başqası hidayət etmədikdə hidayət olmayan kəs? Sizə nə olub, necə hökm edirsiz?!”
    Category: Nur təfsiri (5-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 662 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024