İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Articles » Quran » Nur təfsiri (5-ci cild)

    Nur təfsiri (5-ci cild)
    Nöqtələr
    Ötən ayədə ilkin yaranış, məad və varlığın yaranışına işarə olundu. Bu ayədə isə nübuvvət, peyğəmbərlik, imamət, hidayət haqqında danışıldı.
    Hidayət (doğru yola yönəltmə) iki növdür: Doğru yolun göstərilməsi və məqsədə çatdırma. Birinci iş peyğəmbərlərə aiddir. İkinci iş isə yalnız Allaha məxsusdur. 
    "Yəhdi iləl həqq” və "yəhdi lil həqq” təbirləri eyni mənadadır. 
    Yetərli sayda şiə və sünni rəvayətlərinə əsasən İslam Peyğəmbəri (s) buyurmuşdur: "Daim haqq Əli (ə) ilədir, Əli (ə) də haqla.” 
    Bildirişlər
    1. Haqqa çağırış və yönəltmə Allahlıq şənlərindəndir. (Pərəstiş ölçüsü məbudun hidayət edə bilməsidir.)
    2. Düzgün hidayət (yönəltmə) əhatəli elmə, nöqsansızlığa, qüdrətə, məhəbbət və məqsədə ehtiyaclıdır. Allahdan və Onun rəhbər kimi təyin etdiyi kəslərdən savay kimsə hadi, yəni doğru yol bələdçisi ola bilməz. Qüdrətsiz bütlər və zalım hakimlər hadi ola bilərmi?!
    3. Yalnız doğru yola çağıran kəs itaətə layiqdir.
    4. Nübuvvət, imamət və məsum rəhbərə itaət əqli prinsiplərdəndir.
    Ayə 36:
    وَمَا يَتَّبِعُ أَكْثَرُهُمْ إِلاَّ ظَنًّا إِنَّ الظَّنَّ لاَ يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا إِنَّ اللّهَ عَلَيمٌ بِمَا يَفْعَلُونَ
    "Onların çoxu yalnız (əsassız) gümana itaət edirlər. Şübhəsiz, güman heç vəchlə həqiqətə olan ehtiyacı ödəmir. Həqiqətən, Allah xalqın gördüyü işlərdən agahdır.”
    Nöqtələr
    Gerçək dəyər elmdədir. Güclü ehtimal və əminlik də həqiqətə əsaslandıqda dəyərli olur. Ayə və rəvayətlər əsasında fəqihin ilahi hökmləri müəyyənləşdirməsi də dəyərdir. Amma cahil ata-babalara təqlidçiliyə əsaslanan əqidə puçdur.
    Bildirişlər
    1. Çoxluq haqlılıq deyil.
    2. Peyğəmbərlərin müxalifləri məntiqsizdirlər.
    3. Şirkin elmi kökü yoxdur.
    4.Əqidə məsələsində gümana yox, elmə əsaslanmaq lazımdır.
    Ayə 37:
    وَمَا كَانَ هَـذَا الْقُرْآنُ أَن يُفْتَرَى مِن دُونِ اللّهِ وَلَـكِن تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ الْكِتَابِ لاَ رَيْبَ فِيهِ مِن رَّبِّ الْعَالَمِينَ
    "Belə deyil ki, bu Quran Allahdan qeyrisi tərəfindən və yalan olaraq düzəldilsin. O əvvəlki səmavi kitabların təsdiqi və izahıdır. Onun aləmlərin Rəbbi tərəfindən olmasında heç bir şəkk-şübhə yoxdur.”
    Bildirişlər
    1. Quranın əhatəsi və mahiyyəti yol vermir ki, o, Allahdan qeyrisinə aid edilsin.
    2. Səmavi kitablar bir-birlərini təsdiqləyir. Bu kitabların fərqi onların əhatə və mahiyyətindədir.
    3. Quran təkamül və tərbiyə vasitəsidir.
    Ayə 38:
    أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ فَأْتُواْ بِسُورَةٍ مِّثْلِهِ وَادْعُواْ مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللّهِ إِن كُنتُمْ صَادِقِينَ
    "Hətta "Quranı (özündən) toxumuşdur” deyirlər. De ki, əgər doğru deyirsinizsə, onun kimi bir surə gətirin və Allahdan qeyri bacardığınız kəsi köməyə çağırın.”
    Nöqtələr
    Quranda cin və insanların ilahi kəlamının oxşarını gətirməkdə aciz olması dəfələrlə önə çəkilir və iddiası olanlar mübarizə meydanına çağrılır. "Hud” surəsinin 13-cü ayəsi də bu qəbildəndir. Digər bir tərəfdən, əsrlər boyu milyonlarca müxalif Quranın nüfuzunu zəiflətməyə çalışmışdır. Bu sayaq fəaliyyətlər hazırda da davam edir. Amma Quranın uyğun çağırışı hələ də cavabsız qalmışdır və qiyamətədək də cavabsız qalasıdır.
    Quranın imtiyazları
    Söhbət Quranın mübarizəyə çağırışından getdiyi üçün bu əbədi möcüzənin bəzi imtiyazlarını nəzərdən keçirək:
    1. Uca bir maarifin qısa ifadələrlə bəyanı: məsələn, qadın və kişi haqqında buyurur: "Qadınlar sizin libasınızdır, siz isə qadınların libası.”  Qeyri-ilahi güclərin puçluğu onların hörümçək yuvasına bənzədilməsi ilə çatdırılır. Başqa bir məqamda qeyri-ilahi qüvvələrin bir cücü yarada bilməməsi onların zəifliyi kimi təqdim olunur. 
    2. Sözün şirinliyi və nüfuz: Quran 1000 dəfə oxunsa da köhnəlmir, hər oxunuşda yeni bir nöqtə üzə çıxır.
    3. Quran kəlamlarının ahəng və musiqisi: Bu kəlmələrin xüsusi bir ahəngi var. Ərəb cümlələri və ya rəvayət arasında işlədilmiş Quran ayəsi dərhal tanınır.
    4. Quranın əhatəliliyi: dəlildən məsələdək, dünyadan axirətədək bütün məsələlər, eləcə də ailə, hüquq, siyasi, hərbi, əxlaqi və tarixi mövzular onda öz əksini tapmışdır.
    5. Gerçəklik: Quranın söhbətləri zənn-gümana əsaslanmır. Hətta ondakı əhvalatlar da sənədli və gerçəkdir.
    6. Ümumilik: İstənilən səviyyədə, istənilən bir məkandan olan insan ondan bəhrələnir. Quran ixtisas kitabı formasında deyil.
    7. Əbədilik: Bəşəriyyətin və elmlərin ömrü artdıqca Qurandan daha çox sirr açılır.
    8. Artan təkamül: Saysız-hesabsız müqavimətlərə baxmayaraq Quran ən böyük təkamül yolu keçmişdir.
    9. Real möcüzə olması: Bu möcüzə hamının əlindədir.
    10. Quran həm möcüzədir, həm də qanun kitabı.
    11. O məktəb görməmiş, savaddan məhrum bir məntəqədən olan fərd tərəfindən çatdırılmışdır.
    12. Ona heç nə artırılmamış, ondan heç nə əskildilməmişdir və o, təhrifdən qorunmuşdur.
    Bildirişlər
    1. Quran öz ecazının sübutu üçün ən sadə yolu göstərir və bu yol onun surələrinə oxşar surələrin deyilməsidir.
    2. Nəinki Quran tam şəkildə, hətta onun bir surəsi də möcüzədir.
    3. Quran bu mübarizədə qarşı tərəf üçün çətinlik yaratmır və onun oxşar bir surə gətirməsini kafi sayır.
    4. Quranın mübarizəyə çağırışı hansısa zaman və məkana aid deyil. Qiyamətədək bütün yer üzündə bu çağırış öz gücündədir.
    5. Bu mübarizə təkcə savadsız kütləyə aid deyil. Əgər dünya alimləri, hüquqşünasları, ədibləri arasında Qurana şəkk edən varsa, bu dəvəti qəbul edə bilər.
    6. Bu mübarizə çağırışında xüsusi imkanlar və say nəzərdə tutulmamışdır.
    7. Müxaliflər belə bir mübarizəyə hətta təhrik də olunur.
    Ayə 39:
    بَلْ كَذَّبُواْ بِمَا لَمْ يُحِيطُواْ بِعِلْمِهِ وَلَمَّا يَأْتِهِمْ تَأْوِيلُهُ كَذَلِكَ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الظَّالِمِينَ
    "Həqiqət budur ki, bilmədikləri bir şeyi yalan saydılar. Halbuki onun sonu, mahiyyəti və batini hələ ki, onlara aydınlaşmamışdı. Onlardan qabaqkılar da bu sayaq təkzib etdilər. Bax gör, zalımların aqibəti necədir.”
    Nöqtələr
    İmam Sadiq (ə) buyurmuşdur: "Quranın bu iki ayəsindən iki böyük dərs öyrənirik: Nə qədər ki, bilmirik, danışmayaq  və nə qədər ki, bilmirik, bir sözü rədd etməyək.” 
    Əbdül-Əzim Həsəni imam Cavaddan (ə) Həzrət Əlinin (ə) belə buyurduğunu nəql edir: "Allah-təala dediyim dörd nöqtəni ayədə nazil etmişdir:
    1. İnsanın kimliyi onun dilinin altındadır. Ayə nazil oldu ki, danışıqlarından onları tanıyarsan. 
    2. Hər kəs bir şeyi bilməsə, onunla düşmənçilik edir. Ayə nazil oldu ki, bilmədiklərini yalan saydılar. 
    3. Hər kəsin dəyəri onun ləyaqəti və dəyərindən asılıdır. Ayə nazil oldu ki, Allah Talutu bacarıqlarına görə seçdi. 
    4. Zalımı (qatili) öldürmək qətllərin çoxalmasının qarşısını alır. Ayə nazil oldu ki, qisas sizin üçün həyatdır. 
    Bildirişlər
    1. Müxaliflər Quranı yetərincə öyrənmədən onu rədd etmişdilər.
    2. Bir şeyi bilmədiyimizə görə rədd etməyək.
    3. Ümumi və yığcam bilik təsirsizdir. Yalnız elmi əhatə sayəsində nuraniyyət əldə etmək olar.
    4. Tarix boyu peyğəmbərlərlə müxalifliyin səbəbi cəhalət olmuşdur.
    5. Din müxaliflərinin tarixi və taleyi ilə tanış olmaq lazımdır.
    Ayə 40:
    وَمِنهُم مَّن يُؤْمِنُ بِهِ وَمِنْهُم مَّن لاَّ يُؤْمِنُ بِهِ وَرَبُّكَ أَعْلَمُ بِالْمُفْسِدِينَ
    "Onlardan bəziləri Qurana iman gətirənlərdir, bəziləri isə iman gətirməyənlər. Sənin Rəbbin fəsad əhlini daha yaxşı tanıyır.”
    Bildirişlər
    1. İnsan məcbur yox, azaddır.
    2. Rəhbər bütün xalqın onun ayinlərinə iman gətirməsini gözləməməlidir.
    3. İmansızlıq və fəsad bir-biri üçün şərtdir. Həm günah imana mane olur, həm də imansızlıq fəsad törədir.
    4. İnsan Pərvərdigarın nəzarəti altındadır.
    Ayə 41:
    وَإِن كَذَّبُوكَ فَقُل لِّي عَمَلِي وَلَكُمْ عَمَلُكُمْ أَنتُمْ بَرِيئُونَ مِمَّا أَعْمَلُ وَأَنَاْ بَرِيءٌ مِّمَّا تَعْمَلُونَ
    "Əgər səni təkzib etsələr, de ki, mənim əməlim mənim üçündür, sizin əməliniz sizin üçün. (Hər birimiz öz əməlimizin cəzasına çatacağıq.) Siz mənim əməllərimdən zara gəlmisiz, mən də sizin əməllərinizdən.”
    Bildirişlər
    1. Əqidəni məcburi qəbul etdirmək olmaz. Peyğəmbərlərin vəzifəsi məcburiyyət yox, doğru yola dəvət olmuşdur.
    2. Rəbhər kimlərinsə təkzibinə hazır olmalıdır.
    3. Təkzibçilər qarşısında özümüzü məğlub saymayaq. Çünki biz doğru yola dəvətimizin mükafatını alacağıq, müxaliflər isə öz inadkarlıqlarının cəzasına çatacaqlar. Bu qarşıdurmada qalib bizik.
    4. İslam Peyğəmbəri (s) təkzibçilər qarşısında qəti mövqe tuturdu.
    5. Hər bir şəxsin xeyiri və zərəri onun özünə aiddir.
    6. İslam kafirlərlə saziş dini yox, dəlil və əxlaq dinidir. Qarşı tərəf həqiqəti qəbul etmədikdə, onların əqidəsindən uzaq olduğumuzu bildirək.
    7. Başqalarının əməllərindən razılıq insanı həmin əməllərin mükafat və cəzasına şərik edir.
    Ayə 42:
    وَمِنْهُم مَّن يَسْتَمِعُونَ إِلَيْكَ أَفَأَنتَ تُسْمِعُ الصُّمَّ وَلَوْ كَانُواْ لاَ يَعْقِلُونَ
    "Onlardan bir dəstəsi (zahirdə) sənin sözlərini diqqətlə dinləyirlər. (Əslində isə sanki kardırlar və heç nə eşitmirlər.) Əgər düşüncə əhli deyildirlərsə, sən öz sözlərini karların qulağına çatdıra bilərsənmi?”
    Bildirişlər
    1. Bəzən dinləyici xoşməramlı olmur. İnadkarlar bəzən bəhanə əldə etmək üçün diqqətlə dinləyirlər.
    2. Bəzən insanın qəlb xəstəliyi o qədər şiddətli olur ki, Peyğəmbərin (s) də sözləri onlara şəfa vermir.
    3. Xalqın hidayəti üçün onlarda qəbul hazırlığı olmalıdır. Yalnız aşkar dəlil və ləyaqətli rəhbər bəs etmir.
    4. Eşitmək yox, eşidilənləri düşünüb qəbul etmək mühümdür. Məgər heyvan deyilən sözü eşidirmi?!
    Ayə 43:
    وَمِنهُم مَّن يَنظُرُ إِلَيْكَ أَفَأَنتَ تَهْدِي الْعُمْيَ وَلَوْ كَانُواْ لاَ يُبْصِرُونَ
    "Xalqdan bir dəstəsi də vardır ki, sənə baxırlar (amma sanki görmürlər). Əgər (qəlb gözü ilə) görmürlərsə, korları hidayət edə bilərsənmi?!”
    Ayə 44:
    إِنَّ اللّهَ لاَ يَظْلِمُ النَّاسَ شَيْئًا وَلَـكِنَّ النَّاسَ أَنفُسَهُمْ يَظْلِمُونَ
    "Şübhəsiz, Allah xalqa heç bir zülm etməz. Özünə zülm edən elə xalqın özüdür.”
    Nöqtələr
    Bir dəstə insan qiyamət səhnəsinə kor gətirilər. Bu korluq ilahi ayələrə münasibətdə korluğun nəticəsidir. 
    İmam Hadi (ə) buyurmuşdur: "Hər kəs Allahın Öz bəndələrini günaha məcbur etdiyini və cəzalandırdığını düşünsə, Allaha qarşı zülmə yol vermişdir və bu ayəni təkzib edir.” 
    Bildirişlər
    1. Hər bir baxış bəsirətli olmur, hər tamaşaçı həqiqəti duymur.
    2. Hətta peyğəmbərlər də qəlbi korlara təsir edə bilmirlər.
    3. Baxmaqla haqqa çatmayanlar kor kimidirlər.
    4. Allah xalqın hidayəti üçün üstün bir məktəb, kitab və rəhbər göndərmişdir. Qəbul etməyənlər özlərinə zülm edirlər.
    Ayə 45:
    وَيَوْمَ يَحْشُرُهُمْ كَأَن لَّمْ يَلْبَثُواْ إِلاَّ سَاعَةً مِّنَ النَّهَارِ يَتَعَارَفُونَ بَيْنَهُمْ قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُواْ بِلِقَاء اللّهِ وَمَا كَانُواْ مُهْتَدِينَ
    "Allah onları bir yerə toplayacağı gün elə görünər ki, (dünyada və ya Bərzəxdə) bir saatdan artıq qalmamışlar. Həmin gün bir-birlərini tanıyarlar. Şübhəsiz, Allahla görüşü təkzib edənlər ziyankar oldular və heç vaxt hidayət olmamışlar.”
    Nöqtələr
    Qiyamət günü o qədər əzəmətlidir ki, ondan öncəki həyat olduqca qısa görünür. Bu həqiqət digər ayələrdə də bəyan olunmuşdur: "Sanki dünya və ya bərzəxdə bir gecədən artıq olmamışdılar.” ; "Güman edərsiniz ki, qiyamətdən öncə qısa bir müddət olmusunuz.” ; "On gündən artıq sakin olmadığınızı düşünərsiniz.” ; Dünya və ya Bərzəxdə bir gün və ya yarısı qədər olduğunuzu düşünərsiniz.” ; "Düşünərsiniz ki, bir saatdan artıq olmamısınız.” 
    Dünya həyatının qısa görünməsinin səbəbi ya onun ötəriliyi, ya fürsətlərdən istifadə edilməməsi, ya axirətlə müqayisə, ya da insanların Bərzəxdə yuxuda olmasıdır. Onlar oyandıqdan sonra qısa bir müddətin ötdüyünü zənn edirlər.
    Hər halda, həm axirətə münasibətdə dünya malı cüzidir, həm də zaman. İnsana elə gəlir ki, bir saatdan çox ötməmişdir.
    Bildirişlər
    1. Dünya həyatı qiyamət günü ilə müqayisədə çox qısadır.
    2. Qiyamətdə insanlar bir-birlərini tanıyarlar.
    3. Gerçək ziyankar o kəslərdir ki, qiyaməti inkar etməklə, əbədi axirət nemətlərindən məhrum olurlar. Belələri yalnız dünya ləzzətlərindən bəhrələndikləri halda, möminlər həm dünya nemətlərindən ləzzət alırlar, həm də axirət nemətlərindən.
    Ayə 46:
    وَإِمَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ اللّهُ شَهِيدٌ عَلَى مَا يَفْعَلُونَ
    "(Ey peyğəmbər,) kafirlərə vəd etdiyimiz bəzi qəhr və cəzanı ya sənə göstərərik, ya da səni dünyadan apararıq. (Səndən sonra cəzaya çatarlar.) Onların dönüşü Bizə doğrudur. Allah onların sonrakı işlərinə şahiddir.”
    Nöqtələr
    Bəzi kafirlər Bədr, Hüneyn, Əhzab döyüşlərində və Məkkənin fəthində cəzalandırıldılar. Həzrət Peyğəmbər (s) dünyasını dəyişəndən sonra da Allah istədiyini cəzalandırır.
    Müşriklərin cəzalandırılmasının təxiri Peyğəmbərdə (s) nigarançılıq yaratmışdı, bundan əlavə, müşriklər "vəd olunmuş əzab haradadır?” deyə bəhanə gətirirdilər. (Bu barədə növbəti iki ayədə danışılacaq.)
    Bu ayə Peyğəmbərə (s) və xalqa təsəlli üçün əzabın təxirə salınmasının səbəbini bəyan edir. Bildirilir ki, hamı Allaha doğru qayıdasıdır. Allah müşriklərin əməllərindən agahdır, belə isə gətirdikləri bəhanələr onları məmnun etməsin.
    Həzrət Əli (ə) buyurmuşdur: "Gizlində də Allaha itaətsizlikdən çəkinin. Çünki şahid özü hakimdir.” 
    Bildirişlər
    1. İstər indi, istərsə də başqa vaxtlarda Allah kafirlərlə hesab çəkib onları cəzalandırır. İlahi cəzanın təxirə salınması müsəlmanları narahat etməməlidir.
    2. Həzrət Peyğəmbərin (s) vəfatı Allahın kafirlər haqqındakı hökmünə təsir göstərmir.
    3. Hamı Allaha doğru qayıdasıdır. Kimsə Allahın ədalət mühakiməsindən canını qurtara bilməz.
    4. Allah əməllərimizə şahiddir.
    Ayə 47:
    وَلِكُلِّ أُمَّةٍ رَّسُولٌ فَإِذَا جَاء رَسُولُهُمْ قُضِيَ بَيْنَهُم بِالْقِسْطِ وَهُمْ لاَ يُظْلَمُونَ
    "Hər bir ümmət üçün bir peyğəmbər var. Əgər peyğəmbərləri gəlsə, onlar arasında ədalətlə mühakimə aparar və onlara zülmü rəva bilməz.”
    Ayə 48:
    وَيَقُولُونَ مَتَى هَـذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ
    "Kafirlər (istehza ilə) deyirlər: "Əgər düz deyirsinizsə, bu (əzab) vəd nə vaxtdır?”
    Nöqtələr
    Kafirlər dəfələrlə Peyğəmbərdən (s) istehza ilə soruşardılar ki, Allahın qəzəbi nə vaxtdır?! Onların bu təhqiramiz sualı təsir altına saldıqları fərdlərə ruh verirdi. Əslində isə bir işin həyata keçməsi üçün onun vaxtının bilinməsi şərt deyil.
    Sual: Əgər hər bir qövm üçün rəsul varsa, nə üçün risalət silsiləsi kəsilmişdir?
    Cavab: Rəsul dedikdə şəxsən peyğəmbər yox, peyğəmbərin gətirdikləri nəzərdə tutulur. Uyğun təbir belə anlaşılmamalıdır ki, hər məntəqənin öz peyğəmbəri var.
    Peyğəmbərin xalq arasında olması və ədalətli mühakiməsi axirətə də aid ola bilər. Bu məsələyə "Zumər” surəsinin 69-cu ayəsində işarə olunmuşdur.
    İmam Baqir (ə) buyurmuşdur: "İlahi peyğəmbərlər ədalət əsasında hökm edirlər.” 
    Bildirişlər
    1. Heç bir ümmətin peyğəmbərsiz olmaması ilahi sünnə, qanunlardandır.
    2. Din tarixi bəşər tarixi ilə yanaşıdır. 
    3. Ötən ayədə haqqında danışılan ilahi qəhr-qəzəb dəlillər tamamlandıqdan, peyğəmbərlər gəldikdən sonra gerçəkləşir.
    4. Cəmiyyətdə ədalətin bərpası peyğəmbərlərin besəti sayəsində mümkün olur.
    5. Qiyamətdə hər bir qövm öz peyğəmbəri ilə səhnəyə gəlir. Sonra onlar arasında ədalətlə mühakimə aparılır. 
    Ayə 49:
    قُل لاَّ أَمْلِكُ لِنَفْسِي ضَرًّا وَلاَ نَفْعًا إِلاَّ مَا شَاء اللّهُ لِكُلِّ أُمَّةٍ أَجَلٌ إِذَا جَاء أَجَلُهُمْ فَلاَ يَسْتَأْخِرُونَ سَاعَةً وَلاَ يَسْتَقْدِمُونَ
    "De ki, mən (hətta) özüm üçün Allahın istədiyindən savay bir zərər və xeyirə malik deyiləm. Hər bir ümmət üçün əcəl, son müəyyənləşmişdir. Əgər bu müddət yetişsə nə bir an təxirə salınar, nə də qabağa çəkilər.”
    Nöqtələr
    Ötən ayədə hər bir ümmət üçün rəsul olduğu bildirildi. Bu ayədə isə hər bir ümmətin öz əcəli olduğu bəyan olunur. Belə çıxır ki, bir qövmün bədbəxtlik və ya xoşbəxtlik zamanının yetişməsi onların peyğəmbərə itaətindən asılıdır.
    Sual: Əgər hər bir ümmətin öz əcəli varsa, bəs İslam ümmətinin sonu nə vaxtdır?
    Cavab: Ümmət dedikdə din yox, dəstə və cəmiyyət nəzərdə tutulur. Bu məsələ xatəmiyyət, peyğəmbərliyin sona çatması məsələsi ilə zidd deyil və hər zamanda dinin dəyişilməsi üçün dəlil ola bilməz.
    Category: Nur təfsiri (5-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 769 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024