İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Articles » Quran » Nur təfsiri (5-ci cild)

    Nur təfsiri (5-ci cild)
    ON İKİNCİ CÜZ
    Ayə 6:
    وَمَا مِن دَآبَّةٍ فِي الأَرْضِ إِلاَّ عَلَى اللّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا كُلٌّ فِي كِتَابٍ مُّبِينٍ
    "Yer üzündə elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. O, daimi və müvəqqəti yerləri bilir. Hər biri aşkar kitabda qeydə alınmışdır.”
    Nöqtələr
    ”Dəbib” sözündən olan "dabbət” sözü aram yolu getmək, kiçik addımlar atmaq mənasını bildirir. Bu söz bütün canlılara aid edilir.
    "Rizq” dedikdə ardıcıl bəxşiş nəzərdə tutulur. Bu bəxşiş həm maddi, həm də mənəvi ola bilər. Bu məsələ duada da öz yerini tapmışdır.  Allahın verdiyi ruzi hər bir cəhətdən mövcudlara münasibdir. Məsələn, ana bətnindəki uşağın qidası onun ehtiyacına uyğun olaraq dəyişir. Körpə anadan olduqdan sonra həmin qida süd şəklinə düşür. Təbii ki, insanlar bətndəki körpəni qidalandıra bilməzdilər. Körpə özü də özünü təmin etməkdə acizdir. 
    "Mustəqərr” sabit yer mənasını bildirir. "Mustəvdəə” dedikdə əmanət qoyub götürmək başa düşülür. Bu söz müvəqqəti yer mənasını bildirir.
    Həzrət Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyətində belə buyurur: "Ruzi iki növdür: bir növünü çalışmaqla əldə edirsən, digər növü isə özü sənin sorağına gəlir.”  Günəş işığı, yağış, hava, hafizə və istedad insanın sorağına gələn nemətlərdəndir.
    Ayə belə anlaşılmamalıdır ki, insan bir bucaqda oturub səmadan ruzi gözləməlidir. Məqsəd budur ki, insan çalışıb ruzi əldə etdikdə, onu Allah tərəfindən bilməlidir. Bu səbəbdən də bütün din öncüllərimiz səy göstərmişlər.
    Bütün mövcudlara ruzi çatdırmağın şərti onların yerindən və ehtiyaclarından xəbərdarlıqdır. Olduqca dəqiq bir sistem əsasında bütün varlıq aləminin son ehtiyaclarından xəbər tutmaq olar. Ruzi yetirən varlıq insanların, heyvanların sayını, onların fərdi xüsusiyyətlərini və ən çeşidli ehtiyaclarını bilməlidir.
    Əgər bütün biliklər Quranda toplanmışsa, demək kitabdan xəbərdar olan kəs hər şeyi bilir. "Rəd” surəsinin son ayəsində oxuyuruq: "Kafirlərə de ki, mənim şahidim Allahdır və kitab elmini bilən kəs.” Şiə və sünni rəvayətlərində nəql olunur ki, kitab elmini bilən kəs dedikdə, Həzrət Əli (ə) nəzərdə tutulmuşdur.
    Allahın iki sünnəsi, qanunu var: bu qanunlardan biri ruzi yetirmək, digəri işlərin vasitələrlə gerçəkləşdirilməsidir. Demək, ruziyə çatmağın insanın səyi ilə heç bir ziddiyyəti yoxdur.
    Bildirişlər
    1. Diri varlığın qidalanma haqqı var. Allah canlı varlıqları qidalandırmağı Özü üçün zəruri etmişdir.
    2. Bizim ruzimiz Allahın əlindədir, başqalarının qarşısında boyun əyməyək.
    3. Ruziyə görə nə hərislik göstərək, nə də qorxaq.
    4. Allah həm ruzi mənbələri vermiş, həm də onun əldə olunması üçün ağıl və vasitə əta etmişdir.
    5. İstər səfərdə, istərsə də vətəndə, harada olsaq, Allahın nəzəri altındayıq.
    6. Bu dünyanın bütün məlumatları dəqiq şəkildə qeydə alınır.
    Ayə 7:
    وَهُوَ الَّذِي خَلَق السَّمَاوَاتِ وَالأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْشُهُ عَلَى الْمَاء لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلاً وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِن بَعْدِ الْمَوْتِ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُواْ إِنْ هَـذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ
    "O, göyləri və yeri altı gündə xəlq edən kəsdir. Onun ərşi (hökuməti) su üzərində qərar tutmuşdur ki, hansınızın xeyir əməl sahibi olduğunu müəyyənləşdirmək üçün sınağa çəksin. Əgər desən ki, siz öləndən sonra diriləcəksiniz, şübhəsiz, kafirlər deyəcəklər ki, bu aşkar sehrdən başqa bir şey deyil.”
    Nöqtələr
    Ayədə "altı gün” deyərkən altı mərhələ, dövr nəzərdə tutulmuşdur. Çünki yaranışın əvvəlində gecə-gündüzü müəyyənləşdirəcək günəş yox idi.
    "Ərş” dedikdə çardaq və üstü örtlü bir yer, həmçinin padşahların hündür taxtı nəzərdə tutulur. Bəzən bu söz hansısa qüdrətə işarə olur. Məsələn, deyirlər ki, filankəs taxta oturdu, yəni qüdrətə çatdı.
    Sual: Ayədə bildirilir ki, yaranışın məqsədi insanın sınağa çəkilməsidir. Başqa ayələrdə isə fərqli məqsədlər bəyan olunmuşdur. Burada ziddiyyət yoxdurmu?
    Cavab: Məqsədlər ardıcıl mərhələli şəkilə malik olur. Məsələn, şum əkin üçündür, əkin buğda üçündür, buğda çörək üçündür, çörək isə insan üçün. Quranda da məqsədlər bu sayaq mərhələli bəyan olunmuşdur:
    a) Yaranış sınaq üçündür.
    b) Sınaq yaxşını pisdən seçmək üçündür. 
    v) Yaxşını pisdən ayırmaq mükafat və cəza üçündür. 
    q) Mükafat və cəza vəd olunmuş əməl üçündür. 
    Həzrət Əli (ə) buyurmuşdur: "İlahi sınaq bilgi qazanmaq üçün deyil. Allah hər şeydən agahdır. Sınağın məqsədi insanın reaksiyasıdır. İnsan yaxşı əməlinə görə mükafat, pis əməlinə görə cəza alır. 
    Rəvayətlərdə ağıl və təqvaya əsaslanan əməl xeyir, gözəl əməl sayılmışdır.  İmam Sadiq (ə) buyurmuşdur: "Əməlin gözəlliyi onun çoxluğunda yox, elm, ixlas və təqva ilə müşayiət olunmasındadır.” 
    Bildirişlər
    1.Cahan insan üçün yaradılmışdır.
    2. Allah bütün varlıq aləmini bir anda yarada bilsə də, ilahi hikmət səbəbindən tədrici yaranışa üstünlük vermişdir.
    3. Göylərin və yerin maddi qaynağı su və maye olmuşdur.
    4. Su göylərdən və yerlərdən öncə var idi.
    5. Bütün mövcudların yaranmasında məqsəd insanın mənəvi və azad inkişafı olmuşdur.
    6. Əməlin kəmiyyəti yox, keyfiyyəti mühümdür.
    7. Göylər və yer ləzzət və qəflət üçün yox, yaxşı iş üçün xəlq olunmuşdur.
    8. Məadı inkar edənlərin heç bir dəlili yoxdur, onlar yalnız böhtan atırlar.
    Ayə 8:
    وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ الْعَذَابَ إِلَى أُمَّةٍ مَّعْدُودَةٍ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُ أَلاَ يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ
    "Əgər əzabı məhdud bir müddət onların üzərindən götürsək, (məsxərə ilə) deyərlər: "Bizə əzabın qarşısını hansı əməl aldı?" Bilin ki, qəhr və əzabımız onların sorağına gələn gün geri götürülməz. Məsxərə etdikləri şey onları yaxalayar.”
    Nöqtələr
    "Ümmət” dedikdə, müştərək hədəfə malik dəstə və ya zaman nəzərdə tutula bilər. Məhdud bir müddət dedikdə, müəyyən və məhdud zaman nəzərdə tutulur. Bu təbirlə "Yusuf” surəsinin 45-ci ayəsində də rastlaşırıq: "Məhbus azad olub bir müddət sonra Yusifi yada saldı.”
    Bəzi rəvayətlərə əsasən "məhdud müddət” təbiri həzrət Mehdinin (ə) qiyam dövrünə işarə ola bilər. Yəni Allah-təala həmin vaxtadak ümmət üzərindən əzabı götürmüşdür.
    İlahi əzabın təxirə düşməsində faydalar var. Belə bir təxir günahkara tövbə fürsəti verir, günahkar valideynlərdən mömin övladlar doğulur. Bundan əlavə saleh fərdlərin varlığı və onların duaları ilahi əzabın təxirə düşməsinə səbəb olur.
    Bildirişlər
    1. Allah Öz işləri üçün vaxt müəyyənləşdirmişdir.
    2. Allahın qəhr-qəzəbi təxirə düşə bilər.
    3. Əzabın təxirə salınması Allahın lütf nişanələrindəndir. Bunu Allahın zəifliyi kimi qəbul edib məsxərəyə qoyanlar yanılırlar.
    4. Məsxərə edənlər Allahın qəzəbindən qurtulmazlar.
    5. Allahın verdiyi möhlət bizi qürrələndirməsin. İlahi əzab təxirə düşsə də, ləğv olunmaz.
    6. Dini inancların məsxərəyə qoyulması kafirlərin xasiyyətidir.
    Ayə 9:
    وَلَئِنْ أَذَقْنَا الإِنْسَانَ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَاهَا مِنْهُ إِنَّهُ لَيَئُوسٌ كَفُورٌ
    "Əgər insana Öz tərəfimizdən bir nemət daddırsaq, sonra onu geri alsaq, şübhəsiz, o, ümidsiz və naşükür olacaq.”
    Nöqtələr
    Nemətin verilməsi məhəbbət, geri alınması qəzəb kimi başa düşülməməlidir. Bütün bunlar sadəcə ilahi sınaq ola bilər.
    İnsan ilahi hikmət və məsləhətdən xəbərsiz olduğundan, tələsik mühakimə yürüdən və məyus olub küfrə uğrayandır.
    Bildirişlər
    1. İnsan nemətlərdən yalnız dadmaq həddində faydalana bilir.
    2. İlahi nemətlər bizim haqqımız yox, Allahın fəzl və rəhmətidir.
    3. İnsanın bəhrələnməsi uzun çəkdikdə qürrələnməməlidir.
    4. Həm vermək, həm də geri almaq Allahın əlindədir.
    5. İnsanı rəhmətdən məhrum etmək Allaha ağır gəlir.
    6. İnsanın tutumu azdır. O, nemətləri əldən verdikdə məyus olur.
    7. Dünya şirinlikləri Allaha olan imanımıza təsir etməməlidir.
    8. İlahi rəhmətdən ümidsizlik küfr və naşükürlüyün müqəddiməsidir.
    Ayə 10:
    وَلَئِنْ أَذَقْنَاهُ نَعْمَاء بَعْدَ ضَرَّاء مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ السَّيِّئَاتُ عَنِّي إِنَّهُ لَفَرِحٌ فَخُورٌ
    "İnsana çətinlik və möhnətdən sonra bir nemət daddırsaq, (qürrələnib) deyər: "Həqiqətən, çətinliklər məndən kənarlaşdı. Şübhəsiz, o, sevinib öyünəndir.”
    Nöqtələr
    Dövran həmişə bir cür olmur. Rəvayətlərə əsasən zəmanənin iki üzü var: bəzən səninlədir, bəzən sənə qarşı. Sənin xeyrinə olduqda qürrələnmə, zərərinə olduqda səbir et. Çünki hər iki halda ilahi sınaqdasan.” 
    Çətinlik və müşküllərdən sonra insana çatan nemətlər onu lovğalığa yox, şükrə sövq etməlidir.
    İki şey şadlığı təhlükəli edir: yanlış təhlil və başqalarının təhqiri.
    Bildirişlər
    1. İnsan tutumsuzdur. Azca nemət əldə edən kimi qürrələnir.
    2. Quranın xüsusi bir vəzni və ahəngi var.
    3. Çətinliklər və şadlıqlar ötəridir.
    4. İnsan düşünsə ki, bir daha çətinliklə üzləşməyəcək, səhv edir.
    5. Elə düşünməyək ki, nemət əldə etməyimiz Allahın məhəbbətini göstərir. Deməyək ki, bir daha çətinliyə düşməyəcəyik.
    6. Yanlış təhlil və baxış yanlış rəftara aparır. Özündə pislik görməyən insan qürrələnir.
    7. Bəzi insanların şəxsiyyəti kövrəkdir və xarici hadisələrlə müəyyənləşir. Əslində isə daxili kamillik dəyərdir.
    Ayə 11:
    إِلاَّ الَّذِينَ صَبَرُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أُوْلَـئِكَ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ
    "Yalnız səbir və saleh əməl sahibləri istisnadır (məhrumluqdan məyus olmur, nemət əldə edəndə qürrələnmirlər). Onlar üçün bağışlanma və böyük mükafat olacaq.”
    Nöqtələr
    Quranın saleh əməllə bağlı bütün söhbətləri imanla şərtlənir. Bu ayədə də səbir əhlinin həqiqi möminlərdən olduğu bildirilir. Tutumsuz müsahibləri nəzərə alaraq möminlər əvəzində səbirlər təbiri işlədilmişdir.
    Səbir təkcə acı hadisələrə yox, rifah və şadlıq dönəminə də aiddir. Rifah içində yaşayan insan səbir etməsə, həddini aşar. Necə ki, Bəni-İsrail Fironun əlindən qurtulduqdan sonra tüğyan etdi.  Onlar Allahı yaddan çıxarıb buzovpərəstlik ardınca getdilər, Harunun dəvətlərinə onu hədələməklə cavab verdilər. 
    Bildirişlər
    1. Acı hadisələr və şirin dönəmlər zamanı səbir etmək saleh əməlin ən üstün nümunələrindəndir.
    2. Mömin nə məyus olur, nə də küfr edir. O, şükür edən və səbirlidir.
    3. Saleh əməl səbri möhkəmləndirir.
    4. Səbir və dözüm günahların bağışlanma vasitəsidir.
    5. Qarşıda bizi nə gözlədiyini bilsək, səbir etmək şirin olar.
    6. Təhlükənin dəf olunması bağışlanmaya çatmaqdan mühümdür.
    Ayə 12:
    فَلَعَلَّكَ تَارِكٌ بَعْضَ مَا يُوحَى إِلَيْكَ وَضَآئِقٌ بِهِ صَدْرُكَ أَن يَقُولُواْ لَوْلاَ أُنزِلَ عَلَيْهِ كَنزٌ أَوْ جَاء مَعَهُ مَلَكٌ إِنَّمَا أَنتَ نَذِيرٌ وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ
    "Bəlkə də sənə vəhy olanın bəzisini (xalqın qəbul etməməsi səbəbindən) tərk edəsən və "nə üçün ona bir xəzinə nazil olmadı və ya onunla bir mələk gəlmədi” dedikləri üçün ürəyin sıxıla. Sən yalnız xəbərdarlıq edənsən və Allah hər şeyə vəkildir.”
    Nöqtələr
    Bəzən kafirlər Peyğəmbərdən (s) tələb edirdilər ki, Məkkə dağlarını möcüzə ilə qızıla çevirsin. Ya da onun təsdiqi üçün mələk gəlməsini istəyirdilər. Bəziləri də qəlblərindəki kin-küdurət səbəbindən Həzrət Əli (ə) ilə bağlı Peyğəmbər (s) buyruqlarını qəbul etmək istəmirdilər. Bu səbəbdən də Peyğəmbərin (s) qəlbi sıxılırdı. Beləcə, ilahi göstərişlərin bəyanı təxirə salınırdı. Amma bu təxir Peyğəmbərin (s) paklığına zidd deyildi. Bəzən ilahi göstəriş ilahi məsləhətə xatir dərhal bəyan olunmaya bilər. Amma bu ayə vasitəsi ilə bütün mülahizələr kənara qoyuldu və ayə qətiyyətlə elan olundu.
    Ola bilsin ki, vəhyin bəyan olunmasının tərki yalnız hidayətinə ümid bəslənilməyən inadkar fərdlərə aid idi. Amma Allah-təala göstəriş verdi ki, onlar iman gətirməsələr də, Peyğəmbər (s) öz vəzifəsini tərk etməsin.
    Ayə başqa cür də mənalandırıla bilər: kafirlər o qədər biganə idilər ki, sanki onlara vəhy oxunmamışdı. Beləcə, Peyğəmbərin (s) qəlbini sıxan bəzi ayələrin bəyanının tərki fikri ola bilər.
    Bildirişlər
    1. Təbliğatçı Allah kəlamının bəyanında qətiyyətli olmalıdır. Xalqın bəhanələri heç bir vəchlə nəzərə alına bilməz.
    2. Dəvət zamanı "sən beləsən” əvəzinə "məbada belə olasan” təbirini işlədək.
    3. Kafirlər fiziki əziyyətlərdən əlavə, müxtəlif bəhanələri ilə Peyğəmbəri (s) sıxıntıda saxlayırdılar.
    4. Xalqın ağlı onun gözündədir. Onlar risaləti yalnız var-dövlətlə birlikdə qəbul edirlər.
    5. Biz nəticəyə yox, vəzifəmizi yerinə yetirməyə zaminik. Sən vəzifənə əməl et, qalan işləri Allahın öhdəsinə burax.
    6. Təbliğatçının vəzifəsi məcburiyyət yox, xəbərdarlıqdır.
    7. Möcüzələrin gerçəkləşməsi xalqın istəyi, Allahın işidir.
    Ayə 13:
    أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ فَأْتُواْ بِعَشْرِ سُوَرٍ مِّثْلِهِ مُفْتَرَيَاتٍ وَادْعُواْ مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللّهِ إِن كُنتُمْ صَادِقِينَ
    "Ya da deyirlər: "O, Quranı özündən düzəltmişdir.” De ki, əgər doğru deyirsinizsə, siz də özünüzdən on surə düzəldib gətirin. (Bu işdən ötrü) hər kəs Allahdan qeyri istədiyini (köməyə) çağırsın.”
    Nöqtələr
    Quran təkcə fəsahət və bəlağət baxımından möcüzə deyil, onun maarifi, moizələri, dəlilləri, qeybi xəbərləri və qanunları da möcüzədir. Çünki Quran təkcə Quranın fəsahət və bəlağətini anlayan ərəbləri yox, bütün xalqları dəvət edir. Digər bir ayədə buyurulur: "Əgər bütün ins və cin bir yerə toplanarsa, Quranın mislini gətirə bilməz.” 
    Quranın ecazkar cəhətləri çoxdur: onun qiraətindəki şirinlik; iyirmi üç il ərzində nazil olmasına baxmayaraq məzmun həmahəngliyi; həmin dövrədək məlum olmayan elmlərin bəyanı; sonralar baş verəcək hadisələrin öncədən xəbər verilməsi; nişanəsi qalmamış qədim qövmlərin tarixi xəbərləri, insanın fərdi və ictimai həyatını əhatə edən ümumi və kamil qanunların bəyanı; təhrifdən uzaqlıq; daimi aktuallıq.
    Bütün bu yüngülləşdirmə və təhriklərə baxmayaraq bəşər yenə acizdir. Quran bir yerdə "bütün Quranın oxşarını gətirin” . Başqa bir yerdə ”Quranın on surəsinin oxşarını gətirin”, üçüncü bir yerdə "Quranın bir surəsinin oxşarını gətirin,”  deyə müxalifləri mübarizəyə çağırır. Quran öz mübarizə çağırışında qarşı tərəf üçün çətinlik yaratmamaqla yanaşı həm də təhrik edir. Bir yerdə "əgər cin və ins əl-ələ versələr də belə, bacarmazlar”, digər bir yerdə "yer üzünün bütün beyinlərini dəvət edin” deyə qarşı tərəf mübarizəyə təşviq olunur. Tarix də sübuta yetirmişdir ki, İslama qarşı müharibələr alovlandırmış düşmənlər Quranın bir surəsinə oxşar surə gətirə bilməmişlər. Məgər bu möcüzə deyil?!
    Bildirişlər
    1. Kafirlər öz iddialarına dəlil göstərmək əvəzinə, Peyğəmbərə (s) böhtan atırdılar ki, Quran Allah kəlamı yox, Peyğəmbərin (s) öz sözləridir.
    2. Quran tarixin əbədi möcüzəsidir.
    Ayə 14:
    فَإِن لَّمْ يَسْتَجِيبُواْ لَكُمْ فَاعْلَمُواْ أَنَّمَا أُنزِلِ بِعِلْمِ اللّهِ وَأَن لاَّ إِلَـهَ إِلاَّ هُوَ فَهَلْ أَنتُم مُّسْلِمُونَ
    "Əgər sizə (kömək istəyinizə) cavab verə bilməsələr, bilin ki, nazil olan şey Allahın elminə əsaslanır və Ondan başqa məbud yoxdur. (Bu halda) təslim olursunuzmu?!”
    Nöqtələr
    Kafirlər Peyğəmbərə (s) böhtan atırdılar ki, o, Quranı başqa birindən öyrənib.  Quran onlara cavab verir ki, bu kitabın qaynağı başqalarının dediyi yox, ilahi elmdir. Bəzən də deyirdilər ki, Quran onun öz sözləridir, amma başqaları ona kömək etmişlər.  Bu ayə bütün böhtanlara cavab verir.
    Category: Nur təfsiri (5-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 695 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024